Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Protokolundan Çıxarış aprel 2016-cı il

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

8 Məsləhətləşmə və məlumatın açıqlanması

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Sistem inzibatçıları üçün təlimat

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

[18] 1. Ümumi müddəalar

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Kommunal müəssisələr tərəfindən satınalma

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Qısa Icmalın Əlavəsi. May 2003-cü il

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

MƏTBUAT ÜÇÜN HESABAT

Zeynalova Sevinc III kurs

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azərbaycanda turizmin vəziyyəti

AVROPA KOMİSSİYASI PRESS-RELİZ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

Azərbaycan Futbol Klublarında çalışan. Azarkeşlərlə əlaqələndirici şəxslər üçün məlumat kitabçası

Transkript:

Azərbaycan Sosial Təhlil Komissiyası BP Azərbaycan şirkətinin cavabı BP Azərbaycan şirkəti 2007-ci ilin iyun ayında aldığı Azərbaycan Sosial Təhlil Komissiyasının (Komissiya) birinci hesabatını alqışlayır və Komissiya ilə konstruktiv əlaqələrə ümid bəsləyir. Komissiya BP Azərbaycan şirkəti tərəfindən özünün Azərbaycanda həyata keçirdiyi sosial fəaliyyəti ilə əlaqədar qarşıya vəzifələr qoymaq, məsləhətlər vermək və əminlik yaratmaq məqsədinin bir hissəsi olaraq təsis edilmişdir. Bu Komissiya, xüsusilə BPnin sosial fəaliyyətinin gözlənən ümidləri doğrultmasını təmin etmək və BP-nin Azərbaycandakı fəaliyyətləri barədə şəffaflığı gücləndirməklə, BP-yə potensial problemləri müəyyənləşdirməkdə yardım etmək rolunu oynayır. Mahiyyət etibarı ilə, bu komissiyanın fəaliyyəti ACĐ tərəfindən rəhbərlik edilən yerli QHT-lərin öz üzərlərinə götürdükləri yüksək qiymətləndirilən işlərin monitorinqi, Xəzərdə Đşlənmələr üzrə Məsləhət Şurasının işi və kreditorların Sosial və Köçürülmə üzrə Fəaliyyət Planının ekspertləri tərəfindən aparılan monitorinqı əsasında qurulur. Komissiyanın rolu BP-nin Azərbaycanda fəaliyyət göstərdiyi biznes mühitini başa düşməyə kömək etmək, aidiyyatı olan müxtəlif məlumatları təhlil etmək və BP-nin Azərbaycanda apardığı sosial fəaliyyətin yaxşılaşdırılması üçün təkliflər verməkdən ibarətdir. Əgər vacib hesab olunarsa, Komissiyanın birbaşa BP-dən götürülməmiş məlumatların müstəqil təhlilinin aparılması üçün xahiş etmək səlahiyyəti vardır. Bizim məqsədimiz Komissiya tərəfindən irəli sürülən hər bir təklifə cavab vermək deyildir. Bunun əvəzinə, Komissiyanın hesabatlarını əlimizdə əsas tutaraq, biz birgə tədqiqat və siyasətimizin inkişaf etdirilməsi üçün, imkan olduğuna inandığımız hallarda, şirkət üçün dəyərli olan sahələri müəyyən etməyə ümid bəsləyirik. Belə nəzərdə tutulur ki, Komissiya ildə iki dəfə SĐB əməkdaşları ilə iclaslar keçirmək üçün Bakıda yığışacaq və bu iclaslardan sonra BP Azərbaycan şirkətinə hesabat təqdim edəcəkdir. BP-nin məqsədi ondan ibarətdir ki, Komissiyanın hesabatları, Komissiya tərəfindən razılıq verildiyi təqdirdə, ictimaiyyətə açıqlansın. Komissiyanın birinci hesabatı 2007-ci ilin aprel ayında Azərbaycanda keçirilən və üç gün davam edən iclasda qaldırılmış məsələləri əks etdirir. Đcra fəaliyyətinin ölçülməsi Göstəricilərin işlənib hazırlanması Birinci hesabatda bir nəqarət kimi səslənən təklif ondan ibarətdir ki, Komissiyanın fəaliyyət göstərə və SĐB-nin Azərbaycandakı sosial fəaliyyətini dəqiq və obyektiv şəkildə qiymətləndirə bilməsi üçün aydın və razılaşdırılmış bir konsepsiya yaradılsın. Komissiyanın iclaslarının formatına gəlincə, biz qrupun təklifləri ilə razılaşırıq və Komissiyanın Sədri ilə məsləhətləşmələrdən sonra gələcək iclaslar üçün sahələrə səfərlər, BP-nin təqdimatları və Komissiyanın ətraflı və əhatəli şəkildə fikirləşməsinə vaxt ayrılması da daxil olmaqla, razılaşdırılmış struktur işləyib hazırlayacağıq.

Komissiya həm də xahiş edir ki, BP müntəzəm əsasda əsas göstəricilərin və təsir sahələrinin qısa siyahısını versin ki, Komissiya vaxtaşırı olaraq Azərbaycanda inkişafın təsirlərini təhlil edə bilsin. Hesabatın müxtəlif yerlərində təklif olunur ki, əhatə olunmalı sahələrə dövlət iqtisadi göstəriciləri, dövlət sosial göstəriciləri, inkişaf problemləri, narazılıqlar, BP-nin makroiqrtisadi təsiri və BP-nin yerli xərcləri və maddi-texniki təchizatı ilə bağlı müfəssəl məlumatlar daxil olunsun. Bu göstəricilərin bir çoxu artıq BP tərəfindən müntəzəm əsasda toplanmışdır və onların bəziləri, məsələn ölkə daxilində çəkilən xərclər və KOM-lərə (Kiçik və Orta Müəssisələr) və dövlətə məxsus şirkətlərə verilmiş müqavilələrin dəyəri barədə biz rüblük əsasda açıq şəkildə hesabatlar veririk. Azərbaycanın yerli iqtisadi göstəriciləri çox geniş şəkildə yoxlanılır və qiymətləndirilir. Đnsan inkişafı məsələləri sahəsində çox az etibarlı göstəricilər mövcuddur. Biz qadınların təhsilə cəlb olunması və yoxsulluq halları barədə - bu məsələlərin hər ikisi bizim inkişafla bağlı göstərdiyimiz cəhdlərə uyğun gəlir - məlumatlar toplamaq və ölçmə işlərini aparan bir təşkilata BP-nin sponsorluq etməsi barədə tövsiyənin bizdə maraq doğurduğunu qeyd edirik. SĐB-nin Azərbaycanda həyata keçirdiyi sosial fəaliyyət və ölkənin inkişafı arasında aydın bir əlaqənin yaradılması çətin və potensial olaraq ziddiyyətli olacaqdır. Lakin buna baxmayaraq, biz razılaşırıq ki, göstəricilər dəsti işimizi istiqamətləndirməyə kömək etməkdə faydalı bir alət olacaqdır. Biz Komissiyanın belə bir təklifini alqışlayırıq ki, o, belə göstəricilərin müəyyən edilməsində və işlənib hazırlanmasında bizə kömək edəcək və təklif edirik ki, BP və Komissiyanın noyabr ayında keçiriləcək iclasının başlıca vəzifəsi məhz bundan ibarət olsun. Daha sonra biz təklif etmək istərdik ki, göstəricilərin müəyyən edilməsi və izlənilməsinə kömək edə biləcək (yuxarıda qeyd edildiyi kimi) bir təşkilata sponsorluq edilməsi məsələsi 2007-ci ilin noyabr ayında keçiriləcək növbəti iclasda birgə nəzərdən keçirilsin. Đcra fəaliyyətinə nəzarət edilməsi Narazılıqların dostcasına həll edilməsi ilə bağlı səylərimizə Komissiya tərəfindən göstərilən marağı alqışlayırıq və narazılıq meyillərinin vaxtaşırı olaraq Komissiyanın təhlil edə bilməsini təmin etmək üçün tədbirlər görəcəyik. Komissiyanın özünə də məlum olduğu kimi, bizim Đcma əlaqələri üzrə məsul şəxs(đəmş) şəbəkəsi vasitəsilə şikayətlərin aradan qaldırılması mexanizmi mövcuddur və işləyir. Đcma əlaqələri üzrə məsul şəxslər yerli icmalar qarşısında sabit və hamının hörmətlə yanaşdığı bir nüfuz qazanmışdır. Biz ĐƏMŞ-lərin öz fəaliyyətlərini BTC marşrutu boyunca davam etdirməsini planlaşdırırıq və onların sayı və gördükləri işlər barədə Komissiyaya mütəmadi olaraq məlumatlar verəcəyik. Bundan başqa, bu ilin oktyabr ayınadək təhlükəsizlik xidmətləri ilə bağlı yaranan narahatlıqlar və şikayətlər barədə məlumatların verilməsi üçün nəzərdə tutulan qaynar telefon xətti yaradılmasını planlaşdırırıq. Komsissiya həm də təklif edir ki, biz BP Azərbaycan şirkətinin Öhdəliklər Registrini hazırlayaq ki, götürdüyümüz sosial öhdəliklərin necə yerinə yetirilməsinə nəzarət etmək mümkün olsun. Bir neçə belə registr artıq mövcuddur və biz onları Komissiyanın işi üçün faydalı olacağı tərzdə bir araya gətirməyə çalışacağıq.

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq Şəffaflığın artırılması və bizim Azərbaycanda icmalarla əlaqələrimizin genişləndirilməsi davam edən bir prosesdir. Biz çox şadıq ki, Komissiya bizim bu sahədə göstərdiyimiz cəhdləri qiymətləndirir və biz Azərbaycanda BP ilə bağlı gözləntilərin yüksək səviyyədə qalmaqda davam etdiyini qəbul edirik. Bizim qapılarımız bu gözləntilərin lazımi şəkildə hansı yollarla həyata keçməsi ilə bağlı təkliflərin üzünə açıqdır. Şirkətdən kənar daxil olan rəy və təkliflər bur prosesin bir hissəsini təşkil edir və Komissiyadan alınan bütün məlumatlar da həmişə yüksək qiymətləndiriləcəkdir. Đqtisadi bacarıqların yaradılması Biz Komissiya ilə razılaşırıq ki, Azərbaycanda həyata keçirilən neft və qaz işlənmələrinin yaratdığı təsirlərin qiymətləndirilməsinə ehtiyac var məhz bu səbəbdən də biz Azərbaycan iqtisadiyyatının uzunmüddətli makroiqtisadi modelinin yaradılmasına sponsorluq etdik və bu modelin yaradılması nəticə etibarı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Oksford Universitetinin Đqtisadiyyat fakültəsinin birgə əməkdaşlığı sayəsində reallaşdırıldı. Hazırda bu modelin tam hüquqi sahibi ARDNF-dir. Bilik və bacarıqların yaradılması sahəsində daha bir cəhd kimi, biz bu yaxınlarda Biznes Jurnalistikası kursunun başlanmasını elan etmişik. Təxminən bir il müddətində 12 nəfər yerli jurnalistə Tompson Fondu tərəfindən ingilis dilində biznes sahələri üzrə məlumatlar verilməsi dərsi keçiləcəkdir. Đqtisadi sahələr üzrə məlumatların beynəlxalq standartlara müvafiq verilməsi üzrə bilik və bacarıqlar əldə etmiş bu jurnalistlər təhsillərini gələn ilin ortalarında başa vuracaqlar. Đcma və sahibkarlıq bacarıqlarının yaradılması BP-nin Azərbaycanda həyata keçirdiyi icma proqramları ilə əlaqədar Komissiyanın göstərdiyi maraq təqdirəlayiqdir və biz Komissiyanın layihələri müntəzəm olaraq yoxlayacağına və iştirakçı icmalara səfərlər edəcəyinə ümid bəsləyirik. Bizim icmalara sərmayə qoyuluşu proqramlarımızın (ĐSP) əsasında dayanan daha əhatəli məqsədlər haqqında çox danışılmışdır və onlar BP qrupunun bu məsələlərlə bağlı mövqeyini əks etdirir. Onların sırasına iqtisadi inkişaf (ələlxüsus, kənd yerlərində), bacarıq və vərdişlərin yaradılması (icma infrastrukturunun bərpası və yaxşı idarəetmənin təkmilləşdirilməsi vasitəsi ilə) və sahibkarlığın inkişaf etdirilməsi (iş yerlərinin yaradılması, yerli sahibkarlığa dəstək verilməsi və təlimlərin keçirilməsinə kömək etməklə) daxildir. Bizim icmada üstünlük verdiyimiz tərəfdaşlar ĐSP məqsədlərini irəlilədə biləcək qrup və təşkilatlardır. Belə tərəfdaşlara layihələri reallaşdıran (LR) yerli və beynəlxalq QHT-lər, bələdiyyələr, yerli hökumət orqanları və icma əsaslı təşkilatlar daxildir. ĐSP-nin həyata keçirilməsi üçün kənd səviyyəsində seçilmiş icma (təşəbbüs) qrupları bu strukturun əsas hissəsini təşkil edir və onlar işlərin görülməsində bir katalizator

kimi çıxış edirlər. Biz Komissiyanın bizim birbaşa bələdiyyələrlə gördüyümüz işlərə göstərdiyi marağı nəzərə alırıq, lakin bununla belə əlavə etmək istərdik ki, icma səviyyəli layihələrin həyata keçirilməsini öz üzərinə götürən icma qrupları adətən bələdiyyələrlə birgə işləyir və bu yolla da əməkdaşlıq üçün bacarıqların qarşılıqlı surətdə yaradılmasına kömək edirlər. Təsirlər Đcmaya olan təsir 2006/07-ci illərdə faəliyyətlərimiz getdikcə daha çox əməliyyat xarakteri aldığına görə, BP-nin Azərbaycan cəmiyyətinə təsirinin də xarakteri və miqyası dəyişməyə başladı. Komissiya öz hesabatında bizi Azərbaycanda ictimai təsirin bu mərhələdə monitorinqini davam etdirməyə çağırmışdır. Biz işlərimizə elə bu cür də davam etmək niyyətindəyik və bu məsələ ilə əlaqədar Komissiyanın köməyini alqışlayırıq. Komissiyanı haqlı olaraq narahat edən məsələlərdən biri də BTC/CQBK boru kəmərlərinin patrul xidmətini həyata keçirən təhlükəsizlik xidməti əməkdaşlarının nəqliyyat vasitələrindən istifadə etməsidir. Komissiya tərəfindən qeyd edildiyi kimi, bu, ilkin Ətraf Mühitə və Sosial sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) sənədində və ya Köçürülmə üzrə Fəaliyyət Planında (KFP) nəzərdə tutulmamışdır. Bu problemin həll olunmasına cavab tədbiri kimi Boru kəməri dəhlizinə (BKD) girişçıxış məsələsini əhatə edən ƏMSTQ sənədinə Əlavə işlənib hazırlanmışdır və o hazırda BTC/CQBK layihələri kreditorları tərəfindən nəzərdən keçirilir. Bu, boru kəmərləri dəhlizinə giriş-çıxış problemi ilə əlaqədar ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi ilə bağlı Komissiyanın etdiyi xahişin yerinə yetirilməsi demək olacaqdır. Bu torpaq sahələrindən istifadədə məhdudiyyətlə üzləşən və ya onu itirən torpaq sahiblərinə əlavə kompensasiyaların verilməsi ilə nəticələnəcəkdir. 2008- ci ildən sonra boru kəməri dəhlizində nəqliyyat vasitələrinin müntəzəm istifadəsi ehtiyacını aradan qaldırmaq üçün sonrakı mərhələlərdə əlavə tədbirlər görüləcəkdir. Komissiya həm də təklif edir ki, təhlükəsizlik sazişləri monitorinqinin üçüncü tərəf tərəfindən keçirilməsi davam etdirilsin və boru kəməri mühafizəsinin azərbaycanlı əməkdaşlarının təlimləndirilməsinə BP bundan sonra da sponsorluq etsin. Təhlükəsizlik və Đnsan Haqları üzrə Könüllülük Prinsipləri çərçivəsində əlavə monitoring təlimlərinin keçirilməsi bu ilin sonları üçün nəzərdə tutulmuşdur və o, ABŞ hüquq firması Foley Hoag tərəfindən həyata keçiriləcəkdir. Hələlik isə, biz insan haqlarına əsaslanmış belə yeniləşdirici təlimlərin keçirilməsi üçün Azərbaycan hökumətinin xahişlərini nəzərdən keçirməyə hazırıq və 2007-ci ilin sonlarınadək Azərbaycan hökuməti ilə Đkitərəfli Təhlükəsizlik Protokolu imzalamağa ümid edirik. Komissiyanın göstərdiyi kimi, hazırda BTC boru kəmərinin genişləndirilməsi məsələsinə baxılır. Bu məsələ ilə əlaqədar olaraq, biz indi mümkün ola biləcək təsirləri öyrənirik və əldə etdiyimiz məlumatları və öz planlarımızı bir qədər sonra Komissiya ilə bölüşdürəcəyik. Səngəçal terminalında qazın məşəldə yandırılması Komissiyanı narahat edən digər bir problem keçən 18 ay ərzində xeyli azaldılmışdır. Bundan başqa, biz terminalda insanların yaratdığı səs-küyü və benzol təsirlərini qiymətləndirmək üçün monitorinq

layihələrinin həyata keçirilməsinə başlamışıq. Bundan bir qədər sonra səs-küyü azaltmaq üçün bəzi profilaktik tədbirlər görülmüşdür, lakin bununla belə, Komissiya ilə razılaşırıq ki, bütün bunlar icma səviyyəli potensial təsirlərdir və onların monitorinqinin davam etdirilməsi vacibdir. Məşğulluq və layihənin demobilizasiyası Komissiya eləcə də bizim tikinti layihələrimizdə çalışan podratçı işçilərinin gələcəyi məsələsini də nəzərdən keçirmişdir. Böyük məmnuniyyətlə bir daha təsdiq edirik ki, biz bu il aparıcı podratçılarımıza Bakının əsas quraşdırma sahəsində işçilərin sayının azaldılması kimi həssas məsələlərin idarə edilməsində öz köməyimizi davam etdirmişik və hər bir tikinti sahəsində müvafiq müavinətlərin verilməsini razılaşdırmışıq. Komissiyanın təklif etdiyi kimi, mümkün olan hallarda işçilərə yeni iş yerləri, bəzən isə hətta BP-də iş tapmaq üçün kömək göstərilmişdir. Biz eləcə də gənc nəslin bacarıqlarının inkişaf etdirilməsinə dəstək vermək məqsədi ilə Yunior Açivment Azərbaycan təşkilatı ilə Məktəbdə Đqtisadiyyat və Biznes Təhsili Proqramı üzrə qrant müqaviləsi imzalamışıq. Đndi tikinti işlərinin başa çatdırılması ilə birbaşa təsirə məruz qalmış ərazilərdə sahibkarlar üçün mikromaliyyədən istifadəyə daha çox imkan verən proqramın hazırlanması üzərində FĐNCA təşkilatı ilə birgə işləyirik. Bizim ölkədə həyata keçirdiyimiz biznes fəaliyyətinin böyük əksəriyyətini indi podratçılar öz üzərinə götürmüşdür. BP qrupunun Davranış Kodeksi ni əldə rəhbər tutmaqla, biz Azərbaycanda podratçıları xidmət və ləyaqətlərinə görə seçmək, maraqların toqquşmasından yayınmaq və qeyri-müvafiq tender təcrübələrinin qarşısını almaq üçün prosedurlar hazırlamışıq. Biz bu məsələləri həmişə diqqət mərkəzində saxlayırıq və belə hesab edirik ki, Komissiya bu sahələrdə də bizə faydalı məsləhətlər verə bilər. Mədəni irs Biz Komissiyanın belə bir bəyanatını da təsdiq edirik ki, Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanılmasında və qiymətləndirilməsində BP aparıcı bir rol oynamaqda davam edir. BTC/CQBK üzrə tikinti işlərinin aparıldığı müddətdə biz maddi- mədəniyyət abidələrinin qorunub saxlanılması və onların lazımi qaydada yığılması və yerləşdirilməsini təmin etmık üçün ciddi səylər göstərmişik. Bu təşəbbüsün bir hissəsi kimi, boru kəməri marşrutu byunca yerləşən bir muzey təmir olunmuşdur. Azərbaycan mədəni irsinin qorunmasına kömək etmək sahəsində öhdəliklərimizi yerinə yetirməkdə davam etdikcə, Komissiya bizdən bu sahədə bundan sonra da nailiyyətlər əldə edəcəyimizi gözləyə bilər və biz onlara bu barədə ən son məlumatları vaxtlı-vaxtında çatdırmağa böyük ümid bəsləyirik. Nəticə Komissiyanın Birinci Hesabatı Azərbaycanın və eləcə də məsul bir əməliyyatçı kimi, BP-nin qarşılaşdığı təmayülləri, çətinlikləri və uzunmüddətli məsələləri başa düşməkdə çox qiymətli bir töhfədir. Biz hesabatda irəli sürülmüş müxtəlif təklif və tövsiyələri məmnuniyyətlə qəbul edir və onların çox faydalı olduğuna inanırıq.

Biz gələcək konstruktiv əlaqələrin yaradılması üçün zəmin ola bilən bir sıra vacib sahələr üzrə eyni fikirdəyik. Bu sahələrə təhlükəsizlik məsələlərinin insan haqlarına hörmətlə yanaşmaqla idarə edilməsində eyni mövqedən çıxış etməyimiz, təlimləndirmənin və yaxşı idarəetmənin vacibliyi, sahibkarlığın inkişaf etdrilməsi, kənd rayonlarının inkişafı və biznes, vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti ilə təmasların daha da gücləndirilməsi daxildir. Biz Komissiya ilə ikinci iclasın noyabr ayında keçiriləcəyini gözləyirik. Orada diqqətimizi iki əsas sahə - Komissiya və bizim üçün ümumi dəyər kəsb edən sosial göstəricilərin müəyyən edilməsi və işlənib hazırlanması, Komissiya ilə BP Azərbaycan şirkətinin konstruktiv iş əlaqələrinin bundan sonra da müəyyənləşdirilməsi və təkamülü, o cümlədən sahələrə səfərlər, tədqiqat işləri, təqdimatlar və müzakirələr kimi proseslər üzərində cəmləşdirəcəyimizə ümid edirik. Bu imkandan istifadə edərək, birinci hesabatda əksini tapan işlərə görə Komissiya üzvlərinə təşəkkür edir və əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə ümid bəsləyirik.