ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Marketinq. Mehdiyev Əkbər

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya


MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Ölkə Tərəfdaşlığı Strategiyası. Sentyabr 2014

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Macarıstanda Qiymətlərin Tənzimlənməsinə dair Təcrübə

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

İdarəçiliyi. AQS ölkələri üzrə Çərçivə

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

Zeynalova Sevinc III kurs

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI

Kommunal müəssisələr tərəfindən satınalma

İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN MİLLİ QURUMLAR. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

1. Bazar iqtisadiyyatında dövlətin rolu.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank ASC üzrə

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Transkript:

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1 1. Ümumi məlumat 1. Azərbaycan iqtisadiyyatı 2006-cı ildən bəri sürətlə artaraq, ümumi daxili məhsulun illik orta real artımı 2006-2013-ci illərdə 11.6%-dən yüksək olmuşdur. İqtisadi artım 2011-ci ildə 0.1% və 2012-ci ildə 2.2% artıma qədər azalmışdır ki, buna səbəb neft istehsalının azalması olmuşdur və bu ölkənin neft istehsalındakı dəyişikliklərə həssas olduğunun göstəricisidir. Qeyrineft sektorlarında artım 2000 illərdən güclü olmuşdur və əsasən infrastruktura qoyulan dövlət investisiyaları və ev təsərrüfatların gəlirlərinin artması hesabına formalaşmışdır. Özəl sektorun ÜDM-də payı 80% yuxarı, vergi daxilolmalarında isə 72.4% təşkil edir. 2. Qeyri-neft sektorunun diversifikasiyası və inkişafı hökumətin inkişaf planlarının əsas prioritetidir. 2 Digər prioritetlərə infrastrukturun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, enerji təchizatı və nəqliyyat şəbəkə mərkəzi kimi fəaliyyət göstərməkdir. Sektorlar boyu artımın diversifikasiyasının əhəmiyyətini tanıyaraq, Azərbaycan hökuməti kiçik və orta müəssisələrə (KOS) dəstəyini artırmaqdadır. KOS-lar iqtisadi qurumların 94%-ni təşkil etsə də onların ümumi aktivlərinin ÜDM-də payı yalnız 2%-ə bərabərdir. Həmçinin, KOS-lar ümumi məşğulluğun yalnız 43%-ni təmin edirlər. 3. Qadınlar sahibkarların 17.9%-ni təşkil edir. Qadın sahibkarların təqribən 60% regionlarda və təqribən 40% isə Bakıda qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 2002-2013-cü illər ərzində qadın sahibkarlara 46.2 milyon manat güzəştli kreditlər verilmişdir. 4. 2006-cı il üzrə olan özəl sektorun qiymətləndirilməsində, AİB özəl sektorun inkişafıda əsas maneələri işıqlandırmışdı 3. Buraya korrupsiya, qeyri-rəsmi monopoliyalar, maliyyə mənbələrinin məhdud olması, yüksək inflyasiya, qabiliyyətli işçi qüvvəsinin olmaması və təhsil standartlarının aşağı olması, hökumət departamentləri arasında qərarvermədə koordinasiyanın zəif olması daxil idi. Bu zəif cəhətlər müəyyən dərəcədə bu gün də bizneslərin artımına mane olmaqda davam edir. Resursların Bakıda həddindən ziyadə cəmlənməsi və sənaye bazasının aşağı sürətli inkişafı uzun-müddətli inkişaf perspektivlərinə təsir edə bilər. Vergiqoyma siyasətində proqres son qiymətləndirmədən sonra uğur göstəricilərindən biri olmuşdur, baxmayaraq ki, bu sahə də özəl sektorun inkişafına çətinliklər yaratmaqda qalmaqdadır. 2. Özəl Sektorun İnkişafına Əsas Məhdudiyyətlər 5. Biznes mühiti. Lisenziyalaşdırma, yoxlamalar və biznes qeydiyyatı sahələrində irəliləyişlərə nail olunmuşdur. Biznesə başlamaq göstəricisində, Dünya Bankının Biznesin Aparılması üzrə 2014 4 il hesabatında Azərbaycan biznesə başlamağın asanlaşdırıldığı üçün 10-ci yerdə (189 ölkə arasında) göstərilmişdir. Bizneslərin qeydiyyatı asanlaşdırılmış və elektron qeydiyyat sistemi yerli investorlar üçün 2012-ci ildə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119 nömrəli sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun 1 Bu icmal AIB-in müxtəlif texniki yardım hesabatlarına və hökumətlə, eləcə də maraqlı tərəflərlə aparılan məsləhətləşmələrə əsaslanır. 2 Azərbaycan hökuməti, Azərbaycan 2020: Gələcəyə Baxış, Bakı, 2012 3 AİB. 2006. Azərbaycan üzrə Özəl Sektorun Qiymətləndirilməsi. Manila. 4 Dünya Bankı. 2013. Biznesin aparılması 2013: Kiçik və Orta Sahibkarlar üçün daha Düşünülmüş Tənzimləmələr. Vaşinqton, DC. 1

olaraq elektron qeydiyyatı zamanı xərclər, prosedur və müddətlər azaldılacaqdır. Lakin Biznesin Aparılması göstəriciləri həm də onu göstərir ki, Azərbaycan üç sahə üzrə aşağı yeri tutmaqda davam edir: tikinti icazələrinin verilməsi, elektrik əldə etmək, və trans-sərhəd ticarəti. 6. Biznes mühitinin yaxşılaşdırlımasına rəqabətin artırılması, qeyri-formal monopoliyaların azaldılması və bütün oyunçular üçün bərabər fəaliyyət sahəsinin təmin edilməsi sahələrində ehtiyac vardır. Qeyri-formal iqtisadiyyatın ölçüsü ÜDM-in 30%-i həcmində 5 hesab edilir və əsasən zəif institusional keyfiyyətin olması səbəbindən yaranmışdır. Korrupsiya biznesin aparılması üçün əsas problemlərdən biri kimi göstərilməkdə davam edir 6. Xüsusilə transsərhəd ticarətində rüşvətvermə hallarının üstün olması qeyd edilir. Bu hökuməti əsas narahat edən məsələdir və 2011-ci ildən bəri administrasiyanın ajendasında ən əvvəl duran məsələ korrupsiyaya qarşı mübarizədir və bu sahədə heç bir tolerantlığa yol verməmək siyasəti tətbiq edilməyə başlamışdır. İcrada olan islahatların gömrük və vergi administrasiyalarında miqyasının artırılması bu mühiti yaxşılaşdıra bilər. 7. Vergiqoyma xüsusilə vergilərin sənədləşdirilməsi və ödənilməsinin onlayn sistemlə icrası vasitəsilə əhəmiyyətli dərəcədə təmkilləşdirilmişdir və bu Vergilər Nazirliyinin fəaliyyətlərinin digər nazirliklərlə inteqrasiya olunması üçün baza yaradır. Hökumət həmçinin korporativ gəlir vergisi və bizneslərə tətbiq edilən digər vergi dərəcələrini azaltmaqla vergi yükünü azaltmışdır. Baxmayaraq ki, biznes gəlirlərinə bütün vergi dərəcələri olduqca yüksək deyildir, maaşlara sosial təminat vergilərinin olduqca yüksək olması işəgötürənləri verdikləri maaşlar və öz gəlirləri barədə şəffaf olmaqdan çəkindirir. Vergilər Nazirliyinin vergi müfəttişlərinə cərimələrdən toplanan vəsaitlərdən bonus verməsi maraq toqquşması yaratmışdır və biznes üçün əlverişsiz hesab edilir. Vergiqoyma rejimi aşağı dərəcələrinin tətbiqi və digər əlverişli vergiqoyma müddəaları vasitəsilə karbohidrogen fəaliyyətlərinə olduqca güzəştli şərait yaradır. 7 Effektiv vergi dərəcələri beynəlxalq standartlar baxımından aşağıdır və buna görə də hökumətin gəlirlərini azaldır. Hökumət isə büdcə çatışmamazlığını ödəmək üçün Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edir ki, bu büdcə nizam-intizamı üçün risklər yaradır. 8. Ədliyyə sisteminin fəaliyyəti yaxşılaşmaqdadır, baxmayaraq ki, qeyri-səmərəli praktikalar hələ də qalmaqdadır. Hüquqi məsləhət potensiallarının artırılmasına ehtiyac vardır. Məhkəmələr öz hüquqi baxımdan səriştələrini yaxşılaşdırmışlar lakin bu sahədə daha çox proqresə ehtiyac vardır və sanksiyaların hamısı bir qayda kimi icra edilmir. 9. Biznes fəaliyyəti əsasən Bakıda və Abşeron Yarımadasında cəmlənmişdir. Bu regiona böyük məbləğdə infrastruktur investisiyaları qoyulmuşdur ki, bu da həm biznesləri özünə cəlb edir həm də əhalinin daha yaxşı xidmətlərə malik məskunlaşmasına kömək edir. Baxmayaraq ki, 2004-cü ildən bəri regionların iqtisadi imkanları üçün dövlət proqramı vardır, lakin uğurlar hələ də məhduddur. Mikro və KOS-ların inkişafı, kənd rayonlarının inkişafı və regionlarda evlə təmin olunma üzrə fəal siyasətlərə böyük yer ayrılmalıdır. 10. Maliyyə imkanı əldə etmək imkanı. Maddi vəsait mənbələrini əldə etmək imkanlarının məhdud olması Azərbaycanda biznesin inkişafına əsas maneədir. Baxmayaraq ki, kreditlərin verilməsinin əhatə dairəsi 2005-ci ildən bəri genişləndirilmişdir, maliyyə vasitəçiliyi hələ də nisbətən aşağıdır, və maliyyə aktivləri ÜDM-in 35%-dən azını təşkil edir. Böyük korporasiyaların rəqabətli faiz dərəcələri ilə beynəlxalq bazarları kapitalla təmin etmək potensialları vardır. Bu 5 Y. Abdiah və L. Medina. 2013. Qafqazda Qeyri-formal İqtisadiyyatın Ölçülməsi. Vaşinqton, ƏM. 6 Dünya İqtisadi Forumu. 2013. Rəqabətlilik İndeksi. 7 Vergi Məcəlləsinin yeni variantında korporativ aktivlər üçün amortizasiya cədvəlinin olması neft və qaz hasilatına qoyulan investisiyalar üçün əlverişlidir. 2

imkanlar mikro və KOS-lar üçün açıq deyildir və bu göstərir ki, kredit əldə etmək artıma qarşı ən əsas çətinliklərdən biridir. Götürülmüş kreditlərin qeydiyyatının əhatə dairəsinin genişləndirilməsi və belə məlumat bazasına asan daxil olma imkanlarının onlayn platform vasitəsilə mümkün olması informasiya asimetriyasını azaldır və bununla maliyyə əldə etmək imkanlarını artırır. Hökumətin Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığa Dəstək Milli Fondu kimi təşəbbüsləri qeyri-neft sektorunun inkişafına dəstək verən prioritet layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır. 2000 ildən fond tərəfindən 19400 sahibkara 1.2 milyard manat güzəştli kredit verilmişdir. Azərbaycan İnvestisiya Şirkəti ümumi dəyəri 1.1 milyard ABŞ dolları olan 9 layihəyə 190 milyon ABŞ dolları investisiya qoymuşdur. 11. Uzun müddətli maliyyələşmə imkanları artır və bazarda rəqabət şəraiti yaxşılaşır. Hökumət nəzarət çərçivəsini və bank sektorunda prudensial qaydaları gücləndirməkdə davam etməlidir. Böyük xarici bankların cəlb edilməsi rəqabəti artırar və sektor üçün yeni investisiyalar yarada bilərdi. Qeyri-bank maliyyə sektoru, qeyri-bank kredit institutları daxil olmaqla, hələ də inkişafın erkən mərhələsindədirlər. 12. Bank filial şəbəkələri regionlara doğru genişlənməkdədir, kapital bazası isə artırılmışdır. Qeyri bank kredit institutları ilə bağlı tənzimləyici çərçivənin inkişafı və maliyyələşmə mənbələrinə çıxışın artırılması istiqamətində işlər davam etdirilir. 13. Maliyyə uçotunun aparılmasının və biznes işində şəffaflığın zəif olması firmaların banklardan və kapital bazarlardan maliyyə vəsaiti əldə etmək imkanlarını məhdudlaşdırır. Baxmayaraq ki, Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) və Beynəlxalq Mühasibatlıq Standartlarından (İAS) istifadə üçün qanuna dəyişikliklər edilmişdir, lakin audit hesablarının ictimaiyyət üçün açıqlanması məhdudddur. Hesabların sənədləşdirilməsi üçün onlayn qeydiyyatın tətbiqi dövlət repositoriyası xidməti rolunu oynayacaqdır. Bu yeni standartların effektiv icrası üçün, İFRS-təlimli mühasiblərin və auditorların məhdud bazası artırılmalı və rəhbərlər tərəfindən İAS auditləri və İFRS hesablarının vacibliyi qəbul edilməlidir. Korporativ idarəçiliyin də gücləndirilməsinə ehtiyac vardır. 14. Peşəkar kadrların çatışmazlığı. Məşğulluq imkanlarının yaradılması və işçi qüvvəsinin məhsuldarlığının artırılması müasir bazar iqtisadiyyatının əsaslarına dəstək verən həlledici elementlərdir. İqtisadiyyatın yüksək artım tempinin olması iqtisadi cəhətdən fəal əhali tərəfindən bu artımların mənimsənilməsinə kömək etmişdir. İşsizlik səviyyəsi 2011-ci ildə 5.4% civarında olmuşdur. 15. İşçi qüvvəsinin məhsuldarlığının aşağı olması, inkişaf üçün həlledici faktor olaraq qalır. Məşğulluq daha çox aşağı dəyər-əlavə olunan fəaliyyətlərdə cəmlənmişdir. Kənd təsərrüfatı hələ də ən böyük işəgötürən olaraq qalmaqdadır və ümumi məşğulluğun 38% olmaqla ÜDM-in 5.3% təşkil edir. Neft və qaz sektoru, digər tərəfdən, ÜDM-in əksəriyyətinə sahib olsa da ümumi məşğulluğun yalnız 1%-ni təşkil edir. Dövlət sektoru əsas işə götürən olaraq qalmaqdadır. 16. Müvafiq rəhbərlik və administrative qabiliyyətlərinə malik işçilərin çatışmamazlığı biznes sektorunun əsas şikayəti olaraq qalır. Həm dövlət həm də özəl təhsil sektorları təhsilin keyfiyyətinin artırılması üçün təşəbbüslər icra etsələr də çətinliklər qalmaqdadır. Dövlət siyasəti inkişaf etdirilir ki, bura əsasən, Milli Kvalifikasiyalar Çərçivəsini inkişaf etdirmək, daha keyfiyyətli təminat, yeni kirrikulum (tədris planı), və Beynəlxalq Bakalavr proqramının dövlət orta məktəblərində tətbiqinə pilot olaraq başlanması daxildir. Lakin, təhsil təchizatçılarının və dəstəliyici institutların məhdud olması bu dəyişikliklərin effektiv icrası üçün əsas məhdudiyyət olaraq qalmaqdadır. Müəllimlərin maaşı aşağı olaraq qalır. Üçüncü dərəcəli təhsil bazarın tələb 3

etdiyi müvafiq qabiliyyətli məzunlar hazırlamağa imkan vermir və keyfiyyət problemi təhsilin bu səviyyəsində aşağı sayda məzunlara malik olmağa səbəb olmuşdur. 17. Tənzimləyici potensial və qərarvermədə koordinasiya. Dövlət idarəçiliyində zəif institusional potensialın olması artıma olan digər maneədir. Daha güclü institutlar özəl sektorun inkişafı üçün strategiyaların və qaydaların formalaşması və icrasına dəstək verir. Dövlət qurumları arasında koordinasiyanın zəif olduğu görünür. Həmçinin, dövlət qurumlarının çox zaman edilmiş qərarlar üzərində məhdud sahibliyi vardır ki, bu hökumətin effektivliyini və strategiyanın formalaşması və icra keyifyyətini zəiflədir. Bu qismən dövlət qulluğunda müvafiq hesabatlılıq mexanizmlərin, məhdud qabiliyyətli işçilərin olması, və qərarvermə gücünün və məsuliyyətlərinin qənaətbəxş olmaması səbəbindəndir. 18. Infrastruktur. Son bir neçə il ərzində, ümumilikdə fiziki infrastrukturda, enerji, nəqliyyat və su təchizatı daxil olmaqla əhəmiyyətli dəyişikliklər olmuşdur. Bu biznes imkanlarının inkişafına müsbət təsirlər etmişdir. Lakin mərkəzdən təyin olunan tariflər bazar qiymətlərindən aşağıdır və xərclərin geri götürülməsinə imkan vermir. Enerjinin paylanması ilə bağlı əsas problemlər vardır. Elektrik istifadə imkanları Biznesin Aparılması dərəcələməsində olduqca aşağı göstərilmişdir. Məsələn, Bakıda hətta enerjinin paylanması, paylayıcı şəbəkənin yaxşı olmamasından zərər çəkir və şəhərdə gərginliyin müntəzəm olaraq aşağı olması və ya dəyişməsinə və eləcə də arada elektrik kəsilmələrinə səbəb olmuşdur. 19. Enerji paylayıcı şəbəkəsindən əlavə, dəmiryolları, Bakı Metro Şəbəkəsi, və suyun keyfiyyəti sahələri də diqqət tələb edir. Lakin kommunal xidmətlərin maliyyə baxımdan gəlirliliyini təmin etmək və özəl investisiyaları təşviq etmək üçün bu xidmətlərə daha bazar-yönümlü qiymətqoyma strukturu qurulmasına ehtiyac yaranacaqdır. Bundan əlavə, hökumət infrastruktura olan özəl investisiyaları təşviq etmək üçün daha çox işlər görə bilərdi. 20. Qlobal iqtisadiyyata inteqrasiyanın məhdud olması. Azərbaycan dünya iqtisadiyyatına məhdud inteqrasiya olmuşdur ki, bu qeyri-neft sektorlarının uzun-müddətli inkişafını ləngidir. Firmaların yalnız 4.3%-i ixrac imkanına malik olmaqla, bu Avropada və Mərkəzi Asiya regionunda ikinci ən aşağı faiz göstəricisidir. İxrac edən firmaların faizi 2002 və 2009-cu illərdə aşağı düşmüşdür və oxşar təmayül xarici mənşəli istehsal vasitələri və təchizatları ilə çalışan firmalarda da baş vermişdir. Gömrük problemləri və ticarət xərcləri inteqrasiyanın böyük olmasına əsas maneələrdir. Azərbaycan trans-sərhəd ticarəti üzrə Biznesin Aparılması göstəricilərində ən aşağı yerdə duran ölkələrin sırasındadır. 21. İnteqrasiyanın sıx olması iqtisadiyyatın məhsuldarlığını və rəqabətliliyini artıracaqdır. Ümümdünya Ticarət Təşkilatına üzvlük qeyri-neft malları və xidmətləri sahəsində daha çox ticarət imkanlarına yol açar və idxalçılar və ixracatçılar üçün proqnozlaşdırıla bilən çərçivə təmin edərdi. 3. Nəticə 22. Azərbaycanın iqtisadiyyatında son bir neçə ildə əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Iqtisadi fəaliyyətin diversifikasiyası icra edilir və hökumətin əsas prioritetidir. Karbohidrogen sektorunun inkişafı, neft və qaz xidməti sektoru da daxil edilməklə, neft-kimya məhsulları və plastiklər, tullantı idarəçiliyi, gəmi-qayırma, və digər sənayedə iş yerlərinin əhəmiyyətli təminatçısı kimi rol oynaya bilər və qeyri-karbo-hidrogen sektorunun inkişafında uzun-müddətli artımı təmin edə bilər. 4

23. Lakin, iqtisadi fəaliyyətin əksəriyyəti hökumətin kontraktları ilə bağlıdır, və özəl sektorun inkişafına məhdudiyyətlər qalmaqdadır. Xarici birbaşa investisiyanı cəlb etmək texnologiya, qabiliyyətlər, və rəhbərlik praktikalarının transferinə kömək edər və böyük investisiya layihələrinə capital təmin edə bilər. Dünya bazarlarına tərəf genişlənmə uzun-müddətli dayanıqlı inkişaf üçün vacibdir. Buna nail olmaq üçün, hökumətin şəffaflığı sahəsində təkmilləşdirmələr, korrupsiyaya qarşı mübarizədə effektivlik və proqressin olması tələb olunacaqdır. Maliyyə vəsaiti əldə etmək imkanlarının artırılması, trans-sərhəd ticarəti və insan kapitalı resurslarının artırılması bu prosesin əsas məhəl daşları olacaqdır. 5