Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: İsmayıl Sadıqov Naidə İsayeva Aygün Əzizova Bahar Kərimova Rahilə Əliyarzadə Mətanət Əhmədova Bakı: Bakı Nəşr, 2014. Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından 2. Dil və yazı üslubu baxımından 3. Dizayn və bədii tərtibat baxımından 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 5. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından 1. Məzmunun işlənməsi baxımından Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir. Komplektdə 4 məzmun xətti üzrə ( İnformasiya və informasiya prosesləri, Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma, Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri, Cəmiyyətin informasiyalaşdırılması ) 9 əsas və 32 alt standartın reallaşması nəzərdə tutulmuşdur. Dərslik 26 mövzudan və 64 səhifədən ibarətdir. Dərslik komplekti 4 tədris vahidini ( Obyekt və obyektlər qrupu, İnformasiya, Alqoritm, İnformasiya texnologiyaları ) özündə birləşdirir. Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik komplektinin təkrar nəşri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalmışdır. Bunlar aşağıdakılardır: Səhifə 18. 2-ci şəklin üstündə qeyd olunmuş Taktil sözü 2-ci sinif şagirdləri üçün mürəkkəbdir. Onun mənasına uyğun olaraq toxunma kimi göstərilməsi tövsiyə Məsələn, Toxunma informasiyası dəri vasitəsilə alınan informasiyadır. Səhifə 24. 1-ci abzasda verilmiş cümlənin dərsliyin rus dilinə olan variantına uyğun olaraq Qədim zamanlarda insanlar informasiyanı daşlarda yonmaqla, gil lövhələrdə cızmaqla və qurudulmuş heyvan dərisi perqament üzərində yazmaqla saxlayırdılar kimi verilməsi tövsiyə Səhifə 35. 1-ci abzasda Bəzi təlim görmüş itlər müəyyən alqoritmləri icra edə bilir fikri doğru deyil. Bu fikrin İtlər müəyyən alqoritm üzrə əmrləri icra etməyə təlimlənirlər kimi verilməsi tövsiyə Çünki alqoritm başa düşülüb, icra ediləndir. 2
Səhifə 48. Sxemdə verilmiş Shift klavişinin funksiyalarına yuxarı işarələrin də daxil edilməsi tövsiyə Səhifə 55. Vergül qoymaq üçün göstərilən əməliyyatlar ardıcıllığının dərsliyin rus dilində olan variantına uyğun olaraq Vergül qoymaq üçün Shift klavişini sıxıb saxlamaqla nöqtə klavişi basılmalıdır kimi verilməsi tövsiyə Bu səbəbdən nöqtə klavişinin üzərində vergül işarəsinin də əks olunması məqsədəuyğundur. 2. Dil və yazı üslubu baxımından Təlim materiallarının seçimində dil və yazı üslubu baxımından şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır. Mövzular sadə və anlaşıqlı şəkildə işlənmişdir. Yeni termin və sözlər izahı ilə verilmişdir. Dərslikdə qrammatik və orfoqrafik qaydalara əməl olunmasına baxmayaraq aşağıdakı qüsura da rast gəlinir: Səhifə 18. Duyğu üzvlərinə uyğun olaraq informasiyaların ayrıldığı növlərdən 5-cisi taktil əvəzinə daktil olmalıdır. 3. Dizayn və bədii tərtibat baxımından Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər müvafiq yaş qrupuna uyğundur. Dərslik komplektində vahid dizayn üslubu gözlənilmişdir. Üz qabığının tərtibatı onun məzmununu əks etdirir. Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: Səhifə 24. Sonda Maqnit diski kimi verilmiş şəkil müasirliyini itirdiyi üçün çıxarılması tövsiyə Səhifə 30. Sonuncu şəkildə Ruslan dərs danışdı kimi bəndin verilməsi tövsiyə Səhifə 35. Həm əsgər, həm də sərhəd pozucusu rəsmi uğursuzdur. Hər ikisi uşağa oxşayır. Səhifə 45. Verilmiş şəkli müasir kompüter dəstinin şəkli ilə əvəz etmək tövsiyə Səhifə 48-49. Şəkildə Azərbaycan dili olan klaviaturanın verilməsi tövsiyə 3
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Dərslikdəki tapşırıqlar elmi-metodiki baxımdan məzmuna uyğundur. Burada biliklərin tətbiqini tələb edən, müqayisəli təhlil üzərində qurulmuş, idrakı bacarıqların formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilmişdir. Komplektdə verilmiş tapşırıqlar şagirdlərin yaş səviyyəsinə uyğundur. 5. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından Müəllim üçün metodik vəsait 88 səhifədən ibarətdir. Burada Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik planlaşdırma nümunəsi, Fənlərarası inteqrasiya cədvəli öz əksini tapmışdır. Vəsaitdə həmçinin Təlimin təşkilində istifadə olunan forma və üsullar, İnformatika fənninin tədrisində müasir informasiya texnologiyalarının tətbiqi, Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsipləri və üsulları haqqında məlumatlar da qeyd olunmuşdur. Bütün bunlar dərslərin qurulmasında müəllim üçün böyük köməkdir. Bununla yanaşı, MMV-də müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır: Vəsaitdə səhifə 3-də dərslik komplektinin dərslik və müəllim üçün metodik vəsaitdən ibarət olduğu qeyd edilsə də vəsaitdə bəzi mövzularda İş dəftəri nə istinad olunmuşdur ki, bu da bir çox hallarda şagirdin dərsi tam mənimsəməsi üçün iş dəftərindən istifadə etməsini qaçılmaz edir. İş dəftərinin alınmasının könüllü olması sinifdəki şagirdlərin hamısının onu əldə etməsinə zəmanət vermir. Bu da ayrıseçkilik yaradır və ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarır. Vəsaitdə (səh. 6, 7, 9, 68, 69 və s.) siçan sözü bəzi yerlərdə siçan qurğusu kimi verilmişdir. Səhifə 11. 4-cü abzas vəsaitin rus dilində olan variantı ilə üst-üstə düşmür. Səhifə 18. Buradakı 1-ci cədvəl vəsaitin rus dilində olan variantında verilmiş cədvəldən fərqlidir. Səhifə 25, 34. Vəsaitin rus dilində olan variantında sxemdə verilmiş mətnin şriftinin dəyişdirilməsi məqsədəuyğundur. Səhifə 28. 10-cu sualda verilmiş şəkillərə iynə şəklinin əlavə edilməsi tövsiyə 4
Səhifə 37. Ümumiləşdirmə və nəticə bölməsində verilmiş 3-cü cümlənin qarşısındakı işarəsi artıqdır. Bu bölmədə verilmiş 4-cü abzasın son 4 cümləsi və 5-ci abzas vəsaitin rus dilində olan variantı ilə üst-üstə düşmür. Səhifə 51. Ümumiləşdirmə və nəticə yarımbaşlığının növbəti səhifəyə keçirilməsi tövsiyə Yenə həmin səhifədə vəsaitin rus dilində olan variantında 2-ci abzasın Azərbaycan dilində olan variantına uyğunlaşdırılması tövsiyə Səhifə 66-67. Verilmiş Klaviş sözlərinin düymə ilə əvəz olunması tövsiyə Qeyd. Dərslik komplektlərinin monitorinqi nəticəsində məlum olmuşdur ki, 2014-cü ildə nəşr edilən bu dərslik komplekti fənn kurikulumunun ilk variantına (Bax: Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, 2008) uyğun hazırlanmışdır. Qeyd etmək lazımdır ki, dərslik komplektlərinin əsaslandığı məzmun standartları bir çox hallarda hazırda Təhsil Problemləri İnstitutunun Kurikulum.az saytında yerləşdirilmiş məzmun standartları ilə üst-üstə düşmür. Mənbələr hissəsində istifadədə olan dərsliklərə istinad verilmişdir. Beynəlxalq aləmdə qəbul olunmuş qaydalara görə dərslik hazırlanarkən istifadədə olan dərsliklərə istinad edilməməlidir. Belə ki, 1. С.В.Симонович. Информатика, 2 класс, АСТ-ПРЕСС, Москва, 2002. 2. А.Л.Семенов, М.А. Посицельская. Математика и информатика, 2 класс, Просвещение, Москва, 2007. 3. Е.П.Бененсон, А.Г.Паутова. Информатика, 2 класс, Москва, Академкнига, 2007. 5