Uşaq ədəbiyyatı silsiləsindən. Elşən Misir oğlu Nəsibov ƏMİ, MƏN KOSMONAVT OLACAM! BALA, MƏN DƏ DƏSTƏK OLACAM!

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

DAVETLİSİ

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Qeyd: Hər hansı bir sualınız yaransa müraciət etməkdə çəkinməyin : Ichimoku Kinko Hyo

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Yeni torpaqlara səyahət

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

Marketinq. Mehdiyev Əkbər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Aparıcı uşaqlara uyğun müraciətlə:

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

ÜLVİ BÜNYADZADƏ SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ

Milli Virtual Kitabxananın təqdimatında

Himayə altında böyüyən uşaq və gənclər

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Mina RƏŞİD - BÖYÜKLƏR BİZƏ BAXSIN. Mina RƏŞİD BÖYÜKLƏR BİZƏ BAXSIN

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

2014-cü ilin üçüncü rübünün nəticələri

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

BESTAMİ YAZGAN. Yağmur Quşları. Qafqaz Üniversitelinin nəşri. W-Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

tək qoyub, özü onlara tamaşa edib görsün, doğrudan necə adamlardı. Odu ki, qapının dalında əyləşib onları seyr eləməyə başladı. Böyük oğlan ortadakı q

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Uşaq dünyasının yorulmaz səyyahı- Tofiq Mahmud

Fənn: Auditoriya saatlarının miqdarı: Kafedra: Qruplar: Bölmə Sual

Haraylayır Ana torpaq NƏZMİYYƏ HİCRAN

SƏNİ YARADANI SEVİRƏM...

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Сян кюврялмя mяn kюvrяlim

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Şaman nəvəsi Rüstəm Behrudi

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Xoxan. Gənc yazarın e-kitabı. Günay Dağlı. Poetik və nəsr toplusu. Milli Virtual Kitabxananın təqdimatında

60 Dəq yaş. Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

BAĞIMSIZLIK SONRASINDA, TÜRKİYE TÜRKÇESİNDEN AZERî TÜRKÇESİNE GEÇEN KELİMELER

AZƏRBAYCAN RESPUBLĠKASI MƏDƏNĠYYƏT VƏ TURĠZM NAZĠRLĠYĠ. F.KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI ELMĠ-METODĠKA ġöbəsġ.

İstəmədən Getmək. (Hekayə 1)

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

TÜRKÜN SÖZÜ TÜRK ÜN SÖZÜ

Sarı saatlar dənizində

Gedək biz olmayan yerə

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm. Abbasəli Əhmədoğlu( ) SON TÜFƏNG

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

COŞĞUN QARABULUD COŞKUN KARABULUT HARDAN HARAYA NERDEN NEREYE

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Taksi

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

F.K öçər lia dına Respublika Uşa q Kita bx anası. Ələviyyə Babayevanın 95 illik yubileyi münasibəti ilə. Zərif duyğular tərənnümçüsü

MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİ (almanax)

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

Zeynalova Sevinc III kurs

haqqında ətraflı məlumat

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Şahin Xəlil. Bakı 2011

Şahin Xəlil. Bakı 2011

Abdu`r-RAHMAN əs-sudeys MƏKKƏ HÜZUR VƏ ƏMİN-AMANLIQ YURDU

Transkript:

Uşaq ədəbiyyatı silsiləsindən Elşən Misir oğlu Nəsibov ƏMİ, MƏN KOSMONAVT OLACAM! BALA, MƏN DƏ DƏSTƏK OLACAM! Bakı-2015 1

Redaktoru: Valeh İsmayılov tədqiqatçı jurnalist E.M. Nəsibov: Əmi, mən kosmonavt olacam!, Bala, mən də dəstək olacam! (Uşaq ədəbiyyatı silsiləsindən). Bakı, Elm və Təhsil nəşriyyatı, 2015., 65 səh. İki irihəcmli şerdən ibarət olan əsər (buna mənzum, nəzm hekayə-şerlə deyilən və gələcəyə yönəlik hekayə də demək olar. Hətta həcminə görə uşaq mənzum romanı da adlandırmaq mümkündür) uşaqlar və valideynlər üçün nəzərdə tutulur. Sadə və oxunaqlı dildə yazılan əsərin başlıca məzmunu, qayəsi Bakıda yaşayan Nəsibovlar ailəsində dünyaya gəlmiş və hal-hazırda çağa yaşında olan bir uşağın (Nəsibli Məhəmmədyusifin) lap kiçik yaşlarından tutmuş, məktəbli həyatını, sonra da ali təhsil alaraq, pilot və arxasınca da kosmonavt peşəsinə yiyələnmək arzusunu əhatə edir. Məhəmmədyusifin əmisi, alim Elşən Nəsibov onu gələcəyin kosmonavtı, sonra isə alim astronavtı görmək istəyir. Bu məqəsdlə o, öz arzusunu xəyalında canlandıraraq bədii üslub yolu ilə uşağın böyümək yolunda ardıcıl həyat axarını qələmə alır. Əvvəlcə Məhəmmədyusifi dilə gətirir, onun dili ilə uşağın arzusunu bədiiləşdirir, uşağı öz istəyi ilə kosmonavt yetişdirir, sonra da, həmin bədii axara paralel şəkildə özü uşağın arzusuna dəstək cavabı verir. İkinci şerdə uşağın dili ilə yazılan hər misra və bəndə uyğun dəstək cavabı ifadə olunur. Dialoq və paralel uyğunluq şəkilində olan şerlərdə əmi və qardaşoğlunun qarşılıqlı ünsiyyəti mehribancasına öz əksini tapır. Əsər valideyn və uşaqlarda yenilikçi ruhunu aşılayır. Tərbiyəvericidir və uğurlu peşə seçimi üçün faydalıdır. Uşaqlara gələcək həyatları üçün mənalı istiqamətlər verir. Zamanı əhatə etməsi baxımından dolğundur. Uşaqlar və geniş oxucu kütləsi bu şerlərdən faydalana bilər. ISBN: 978-9952-8024-2-9 4603000000 грифли няшр N 098 2015 2

Proloq Əziz uşaqlar, gözəl balalar, hörmətli məktəblilər! Əvvəlcə sizləri ürəkdən salamlayıram! Peşənin, sənətin, fənnin, elmin yaxşısı və pisi yoxdur. Sadaladığım bu sahələrdə sadəcə cüzi çatışmazlıqlar, qüsurlar olur ki, bu da o sahələrdə çalışan şəxslərə bəzən xoş gəlmir. Elə yaşadığımız həyat da müəyyən qüsurlardan (müsbətliklər yanında olan mənfiliklər) ibarətdir. Bunlarsız da tarazlıq, harmoniya ola bilməz. Sizlər böyüyəndə bunları daha yaxşı dərk edə biləcəksiniz. Ən əsası öz peşənə, ixtisasına və sənətinə layiqincə yiyələnmək, ondan faydalanmaq və digərlərini də faydalandırmaqdır. Peşə, sənət həyatın mənalı tərkibidir. Məktəbi yaxşı oxumaq, ailədə və cəmiyyətdə tərbiyəli və sözə baxan olmaq valideynin fərəhidir, həm də sizlərin şərəfidir. Onu da unutmayaq ki, nizamlı, 3

səliqəli, ədəb-ərkanlı və əxlaqlı olmadan yaxşı insan olmaq mümkün deyil. Tərbiyə savadla, bilik və elmlə birləşəndə insanı ali xoşbəxtliyə aparır. Uşağa dair münasibətlərdə ən böyük xoşbəxtlik valideynuşaq-müəllim birliyinin faydalı uyğunlaşmasındadır. Burada uşaq həmişə mərkəzi yeri tutur. Valideyn də, müəlim də öz diqqətini uşaqlara yönəldir ki, onlardan bəhrə görsünlər. Uşaqların timsalında hər kəs öz firavan gələcəyini görür. Əziz uşaqlar, kosmonavt olmaq, - müqayisə etmək istəməzdim-, hesab edirəm ki, ən şərəfli peşələrdən biridir. Həmişə düşünmüşəm ki, bu şərəfli peşəyə bizlərdən kimsə nail ola bilərmi? Azərbaycan adlanan yurdumuzu kosmosdan birbaşa müşahidə edən bir bala tapıla bilərmi? Bu arzu və ona yönəlik təbliğat aparmaq istəyi həmişə mənim içərimdə olub, lakin uzun müddət ifadə etməyə yol tapa bilməmişəm. Çox şükür ki, nəhayət, bir şer yolunu tapdım və yenicə dünyaya 4

gələn bir uşağın həyatını xəyalımda canlandırdım. Onu arzumda kosmonavt gördüm. Uşağın həyat uğurunu ardıcılı canlandıraraq, onu arzusuna çatdırdım. Fərqi yoxdur, həmin şəxs sizlərdən də biri ola bilər. Ən əsası kosmosu fəth etməkdir. Düzdür, kosmik tədqiqat aparan dəyərli alimlərimiz, mütəxəssislərimiz var. Azərbaycan öz süni peyki olan kosmik dövlətdir. İndi informasiya, elm rəqabəti dövrüdür. Yarışda geri qalmaq olmaz. Yaxşı olar ki, elmi tamamlamaq üçün öz kosmik gəmimiz və kosmonavtımız da olsun. Onların Yerə ötürdükləri məlumatlar Yerdəki alimlərimizin analiz obyektinə çevrilsin. Alimlərimiz dünya elminə yeni töhfələr bəxş etsin. Azərbaycanın adı dünya şərəf lövhəsində öz əksini tapsın. Dəyərli məktəblilər, sizləri şerləri oxuyub, nəticələr çıxarmağa və qiymət verməyə dəvət edirəm! Hamınıza böyük uğurlar arzulayıram! 5

Siz səhvlərimi də tapıb mənə ünvanlaya bilərsiniz. O halda mən çox sevincək olaram, sizlərdən də nəisə öyrənərəm. Şerləri sadə dildə yazdım ki, sizlər üçün oxunaqlı olsun. Mənim (Elşən Nəsibov) ilk şeirimdir. Qardaşımın oğli Məhəmmədyusifə ithaf edirəm. Allah bütün balaları saxlasın! 6

Əmi, mən kosmonavt olacam! Əvvəlcə yemiş dil açıb, Şirincə bol danışacam. Sonra geniş qol açıb, Qucaqlara yol açacam. Diqqət çəkib özümə, Qəlblərə yol tapacam. Məzəli hərəkətlərimlə, Çox rənglərdə olacam. Çiçəklənib hər yana, Bol-bol ətir saçacam. Göz vurub hər cana, Əhvala gül açacam. 7

Öz şıltaq oyunlarımla, Çoxlu başlar qatacam. Hərəyə bir öpüş verib, Hamıdan salam alacam. Əlimdə oyuncaqlarım, Başımı qatan olacam. Mənə nəğmə oxuyan, Babayla yatan olacam. Verilən qaşıqlara, Ağızı açan olacam. Nənəmi dərdə salmayan, Yeməyə qaçan olacam. 8

Uşaqlarla oynayıb, Onlara dost olacam. Tez-tez bağçaya qaçıb, Toplarsız qalmayacam. Müəlliməmə xoş olub, Sözə baxan olacam. Anama da söz verib, Saat taxan olacam. Əlifbanı öyrənib, Çoxlu sözlər yazacam. Tez-tez qələmi alıb, Kosmos sözü yazacam! Kitabları gəzdirib, 9

Onlara dost olacam. Şerlər əzbərləyib, Kiçik şair olacam! Anamın yeməklərindən, Bol-bolluca dadacam. Babamın nəğməsindən, Xoşlanıb hallanacam. Nənəmin laylasında, Yatıb yuxuda olacam. Göylərə qanad açıb, Quşlarla bir uçacam! 10

Onlarla söhbət edib, Uçmağa yol alacam. Sonra da yerə enib, Kəpənəklər tutacam! Yuxudan tez oyanıb, Gözlərimi açacam. Babama öpüş verib, Atamı yola salacam. Əmi qucağına girib, Ona bir söz açacam. Yuxumu əmimə deyib, Onu fikrə salacam. 11 \

Əmi, biləsən, haaa.., Mən göylərdə olacam. Sirrini ondan sorub, Deyəsən, kosmonavt olacam! Əmimi sevindirib, Diqqətini alacam. Beləcə yuxumu deyib, Öpüşü ondan alacam. Göylərdən şirin deyib, Əmimə düz baxacam. Ondan bir az pul alıb, Uçan təyyarə alacam. 12

Təyyarədə oturub, Bir xəyala dalacam. Əmim tez-tez deyəcək, Mənim kosmos balacam! Kağızları doğrayıb, Uçaq bileti satacam. Dayıdan pul alıb, Raket maketi alacam. Hər gün məktəbə gedib, Dərslərimi alacam. Fənlərimi oxuyub, Bir əlaçı olacam! 13

Gündəlik qiymətimi, Atama mən satacam, Beş almışam, gülərək, Qucağa mən qaçacam. Savadımla hər zaman, Öndə duran olacam. Yarışlarda birinci, Olanlardan olacam! Şərəf lövhələrində, Şəkli asılan olacam. Uğurumla hər zaman, Fəxri fərman alacam! 14

Gündəlik oxuyaraq, Zəhmətə çox qatılacam. Qiyməti əla duyaraq, Qızıl medal alacam! Tərbiyədə nümunə, Bir ağıllı olacam. Əyni-başı tər-təmiz, Nizamlı şəxs olacam. Yaraşıqlı füsunkar, Qaməti düz olacam. Ədəbdə bir nümunə, Öndə gedən olacam! 15

Hər fənnimi oxuyub, Bilik adlı qalacam. Məntiqlə düşünüb, Mən istedadlı olacam! İdmana qatılaraq, Həmişə sağlam olacam. Uçanlara qoşularaq, Yaxşı pilot olacam! Göy üzünə baxaraq, Çərpələnglər uçuracam. Uçaq modeli toplayan, Həvəsli uşaq olacam. 16

Öz dilimə xoş baxıb, Hamıya yoldaş olacam. Çox dillərdə danışıb, Mən poliqlot olacam! Əmi gözünə dik baxıb, Alını açıq olacam. Soruşanda O, məndən, Əmi, mən kosmonavt olacam! Kosmoslar əksini, Rəsmlərə salacam. Kosmonavtlar şəklini, Sinəmə mən taxacam! 17

Əməlimlə mən saleh, Həmişə dürüst olacam. Səxavətli, təvazökar, Ömrü dualı olacam. Dünya malından uzaq, Nəfsə hakim olacam. Xoş olub hər kəsə, Tərifəlayiq olacam. Qəlbimdə saf inanc, Pak bir oğlan olacam. O göylərdə Allahı, Həmişə tapan olacam. 18

Məhəmmədə, Yusifə, Layiq bir ad olacam. O müqəddəslər andına, Mən kosmonavt olacam! Ali məktəb oxuyub, Qırmızı diplom alacam. Atama deyib arzumu, Mən kosmosa uçacam! Elmi öyrənərək mən, Yaxşı təhsil alacam. Peşəkar kosmonavtlığı, Özümə sənət tapacam! 19

Sevinc göz yaşlarını, Mən əmidən alacam. Söz verib, turist kimi, Onu kosmosa alacam! Gəmidən salam verib, Hamıdan dua alacam. Bayrağımı göstərib, Dünyaya səs salacam! O neftçi qardaşıma, Göydən baxan olacam. Azərbaycan neftini, Üzümə yaxan olacam! 20

Bütün dünya aləmdən, Gəmiyə salam alacam. Kosmosdan qayıdıb, Ölkəmə yan alacam! Xalqımıza ən layiq, Mən bir evlad olacam. Vətənimizin səsinə, Kosmik bir səs olacam! Göydən baxıb Xəzərə, Şəkili çəkən olacam. Azərbaycan şərəfini, Xəttə çəkən olacam! 21

Öz günəşli yurdumdan, Mən kosmosa uçacam. Günəş, Ay və ulduzdan, Bol-bol salam alacam! Göy üzündə xalqıma, Bir yol açan olacam. O sonsuz asimanda Şölə saçan olacam! Məmləkət və yurduma, Fəzadan boylanacam. Məlum olsun xalqıma, Mən kosmonavt olacam! 22

Üz tutub Şərqdən, bir, Qərbi sezən olacam. Adriatikdən bir Şərqə Qurşaq düzən olacam. Dayanaraq Cənubdan, Şimala baxan olacam. Ulu babamın yurduna-, Ardıca 1 baxan olacam. Səs salıb bu dünyaya, Əbədi şöhrət olacam. Öz adımla tarixə, Şanlı şərəf olacam! 1 Ardıc (sonradan Arçut) -kənd adıdır. Məhəmmədyusifin Ulu babasının Qərbi Azərbaycanda (indiki Ermənistan) doğulduğu və yaşadığı kənddir. Məhəmmədyusifin bütün nəsli elə həmin kənddə yaşayıb, 1988-ci ildə isə qaçqına çevrilib. 23

Əmi, sən yaşlı olanda, Mən kosmosda olacam. Ağ bulud və dağlarda, Bil, səni axtaracam! Mən göylərdə olanda, Səni yerdə tapacam. Yer üzünə dönəndə, Əmi, səni bağrıma basacam! Sizlərdən ayrılanda, Kədər yaşı alacam. Sizlərə qayıdanda, Sevinc yaşı bulacam. 24

Uçuşda mən olanda, Tənha aləm bulacam. Yer üzündə olanda, Anama ənam olacam. Nurgün, Ayişə və Zeynəbə, Yaxşı qardaş olacam. O gözəl bacılarıma, Arxa, sirdaş olacam. Əliyə və Elnura, Ömrü qardaş olacam. Əmi, qoy, onlar da bilsinlər, Mən kosmonavt olacam! 25

Ceyrana və Aygünə, Beləcə çıraq olacam. Yer üzünə enəndə, Əziz qonaq olacam. Azəri dostlarımdan, Əhvalı soran olacam. Fürsət tapıb onları, Kosmosa dartan olacam! Ədəbiyyat-mədəniyyətimizə, Medal taxan olacam. Əmi, elə sənin xatirinə, Teatra baxan olacam. 26

Ağarmış saçlarına, Tumar şərik olacam. Sənlə birgə düşünüb, Xumar müdrik olacam. Əmi, imkan toplayıb, Sənə baxan olacam. Uca ad və şərəfinə, Mən kitabxana alacam. Əmi, deyəsən, haa.., Aya uçan olacam. Ordan bir parça tapıb, Elmə əyan olacam. 27

Fəza planetlər yolunda, Mən can yayan olacam. Kainatın sirrini, Cahana yayan olacam. Sonra elmi öyrənib, Mən astronavt olacam. Nəslimizin irsini, Fəxarətlə anacam. Hamını elmə səsləyib, Bəyan edən olacam. O sonsuz kainatı, Mən seyr edən olacam! 28

Əmi, xoş olsun deyə, Böyük astronavt olacam. Öz vədimə düz çıxıb, Əvvəli kosmonavt olacam! Bakı şəhəri, 18 aprel 2015-ci il (ilk yazılma tarixi) 20-22 aprel 2015-ci il: əlavələr olunub və redaktə edilib. 29

Əmi, mən kosmonavt olacam! şerini tamamlayandır. Kosmonavt olmaq arzu və istəyini əmisinə bildirən Məhəmmədyusifə əminin dəstək cavabıdır. Bunlar dailoq şəkilində olan tamamlayıcı şerlərdir. Bala, mən də dəstək olacam! (Ümumi hissə) Məhəmməd, əziz bala!, Gəlişin qismət oldu. Ana-bacıya bir heyrət, Hamıya ismət oldu, Hər kəs üçün bir dirək, Hamıya iffət 1 oldu. Ailə üçün bir mələk, Yusifə izzət 2 oldu. 1 İffət-saflıq, təmizlik və həya deməkdir. 2 İzzət-etibar, hörmət deməkdir. 30

Çağa səsi istəyən, Baba səsinə yağ oldu, Ata-ananı bağlayan. Ailəyə bir tağ 1 oldu. Xala-bibiyə bol sevinc, Hər nəvəyə şad oldu. Əmi-dayıya yol sarvan 2, Gələcək imdad oldu. Hər kəsi sülhə səsləyən, Güzəştə hakim oldu. Bir körpə olsun, deyən, Hamıya lazım oldu. 1 Tağ-qübbə, dam deməkdir. 2 Sarvan-karvanı aparan adam deməkdir. 31

Məhəmməd dovşan oldu, Hər kəsə oyun oldu. Ona qovuşan qurbanlıq, Qara bir qoyun oldu. Üzünə baxanda gülən, Şirincə meyxoş oldu. Hamının dilində gəzən, Yaxşı bir Məmoş oldu. Məhəmməd, Əziz balam!, İlk sözün ammi oldu, Söz məni ayıldan oldu, Yuxuma bir ayan olub, Sübhə oyadan oldu. 32

Söz hamını təşvişə, Salan bir kəlam oldu. Beyinlərə yer tapıb, Fikrə min kəlam oldu. Ruhuma bir can olub, Canıma od vuran oldu. Mənə, sən oyan deyib, Üzümə su vuran oldu. Axtardım sirrini, Nəhayət, bəyan oldu. Sənə şer yazmağa, Mənə bir əyan oldu. 33

Kamana qələm taxıb, Məni atdıran oldu. Kağızı hədəf tapıb, İçini qaraldan oldu. Əsas hissə-cavab hissəsi O şirin dillərinə, Bal danışıq qatacam. Üstümə yüyürərkən, Böyük qucaq açacam. Səni qaçan görərkən, Mən qol-qanad açacam. Fərəh dolu gülərkən, Gözümə yaş alacam. 34

Diqqətini yönəldib, Qəlbimə yol açacam. O rəngli hərəkətə, Bala, mən də çalar qatacam. Ətirindən xoşlanıb, Çiçək kimi açacam. Nur olaraq hər yana, Mən də şəfəq saçacam. Sənin şıltaq oyununa, Başımı mən qatacam. Hamını kənar edib, Öpüşü mən alacam. 35

Sənin oyunlarına, Yaxın yoldaş olacam. Birlikdə onu qurub, Nəğmə sirdaş olacam. Verilən hər qaşıqda, Başını qatan olacam. Qucağı gen açaraq, Sənlə yatan olacam. Uşaqlıq dostlarına, Yaxşı oyun quracam. Onlarla dostluq üçün, Sənə bağça quracam. 36

Əyni təmiz olanda, Mən afərin deyəcəm. Sən qınaqda olanda, Əmi dəstəyi edəcəm! Əlifbanı öyrədib, Hələ, mən yaz deyəcəm. Elə kosmos sözünü, Sənə, mən yaz deyəcəm! Şerlər əzbərlədib, Mən nitqini sezəcəm. Yaxşı kitablar üçün, Dükanları gəzəcəm. 37

Sənin yeməklərindən, Elə mən də dadacam. Damağına dad üçün, Dadlı yemək alacam. Sənə layla deyənə-, Mən də dəstək verəcəm. Uçan quşlarla birgə, Yuxuda səni görəcəm. Quşlara dil açıb, Xeyli xahiş edəcəm. Onlardan yol alıb, Sənə bəxşiş edəcəm. 38

Mələklərə yalvarıb, Dəstək olun, deyəcəm. Çəmənliyə üz tutub, Kəpənəklər verəcəm. Buludlara, -yan durun!, O sözü mən deyəcəm, Göy üzünə yol tapıb, Quşlara yol diləyəcəm. Səni yuxudan oyadıb, Gözlərini öpəcəm. Sənə qulaq verərək, Dilini şirin görəcəm! 39

Yuxun çin olsun deyə, Ortaq bölən olacam. Atanı razı salaraq, Bala, yol görən olacam! Hey fikrə dalaraq, Yuxunu mən yozacam. Sirrə bələd olaraq, Kosmos yolunu bulacam! Ağlayan göz yaşıma, Sevincdən qərq olacam. Sənin alnından öpüb, Günəştək bərq 1 vuracam! 1 Bərq-işıq deməkdir 40

Balama yol açsın, deyə, Allaha yalvaracam. Dualara baş vurub, Tanrıya yollanacam. Sənə tanış olsun deyə, Qlobus səyyarə 1 alacam. Göylər uçuş olsun deyə, Sənə təyyarə alacam! Sənin məktəb yolunda, Elmi dəstək olacam. Fənləri mən öyrədib, Alimin tək olacam! 1 Səyyarə-planet deməkdir 41

Həyatını öyrədib, Ömrü dəstək olacam. Fəxarətlə hər zaman, Sənlə xoşbəxt olacam! Yaxşı məktəb yolunu, Axtaran mən olacam. Müəllimin qiymət qolunu, Satışda mən alacam! Savadını göstərən, Ön sıraya baxacam. Yarışları izləyən, Dəstəkləyən olacam. 42

Şərəf lövhələrindən, Mən də qürur alacam. Sənin o fərmanına, Ucalan mən olacam! Hər gün sənə baxaraq, Zəhmətini sevəcəm. Qızıl medalı taxaraq, Ön dəstəyi verəcəm! Gecə-gündüz sevincdən, İşıq saçıb yanacam. Aldığın medal şanı, Özümə şöhrət sanacam. 43

Ağlına, kamalına, Vurğun olan olacam. Nizamına hər zaman, Heyran olan olacam. Tərbiyəni nümunə, Dəyərə layiq bulacam. O faydalı əqlinə, Şüuru dəstək olacam! Qamətini füsunkar, Üzünü camal sanacam. Sənin ön addımlarını, Müdrik kamal sanacam. 44

O məntiqli əqlinə, Baxışı seyran olacam. İstedadda qabaqcıl, Bilikli heyran sanacam. Öz canına qayğıkeş, Baxana həmcan olacam. Uçanlar sırasından, Pilota həmqan olacam! Göy üzünü sezərək, Çərpələngə baxacam. Kolleksiyalar seçərək, Göydə uçan alacam. 45

Vətənpərvər balama, Mən leksikon olacam. Onun o dillərində, Mən də danışan olacam. Əmi balaya düz baxıb, Gözlərini dikəcək. Sualına cavab kimi, O, kosmonavt deyəcək! Kosmoslar əksinə, Rəsm dəftər alacam. Kosmonavtlar şəklinə, Sinəndə mən baxacam! 46

Əməli saleh balama, Qəlbi dua verəcəm. Səxavətli ömrünə, Ürəkdən dua edəcəm! Dünya malına yan baxan, Balamı zahid edəcəm. Nəfsinə vurğun olub, Tərifə vahid biləcəm. İnancıyla hər zaman, Etiqad axtaran biləcəm. Bu yolda pak niyyət, Allaha tapınan edəcəm! 47

Bala, kosmonavt andın, Göydə cövlan 1 edəcək. Məhəmməd və Yusifin, Ruhunu rəvan edəcək! Qırmızı rəngli diplomun, Zamana dirək edəcək. Sənin kosmik uçuşun Atana ürək verəcək. Elmi öyrədərək mən, Çırağı yandıran edəcəm. Peşəkar kosmonavtlığa, Əlini çatdıran edəcəm! 1 Cövlan-dövrə vurmaq deməkdir. 48

Mən gəmidə olanda, Yaşlı turist olacam. Sevinc, fərəh, şadlıqla, Balama futurist 1 olacam! Gəmidən salam alıb, Duaçı səs bulacam. Bayraq göstərən balama, Dünyada həmsəs olacam! Neftçi qardaşı Əlimə, Baxana mən baxacam. Üzü neftli balama, Fəxri nişan taxacam. Ölkəmə yan alana, 1 Futurist-gələcək deməkdir 49

Alqışla mən baxacam. Yurdumun şöləsi tək, Mən alışıb-yanacam. Sənin kosmos yolunda, Ölkəmə üz tutacam. Hamı dəstək olsun deyə, Xalqıma yüz dil açacam. Şəklinə düşmək üçün, Xəzərə yan alacam. Sənin yazan şərəfinə, Vətənə yalvaracam. 50

Öz səmimi balamdan, Yurda Günəş alacam. Şəkərbura, paxlava, Yoluna şirniyyat alacam. Diz çöküb Allaha, Göydən ilham alacam. Alov saçan ulduza, Yerə çöküb baxacam. Göy üzünə boylanıb, Dan ulduzu sanacam. Xalqımın şəfəqinə,- belə, Öz ulduzuma baxacam! 51

Kainat asimanda, Şöləni mən tapacam. Parıldayan cövlənin, Dairəsi mən olacam! Car çəkib-çaxnaşan, O çarxı mən tapacam. Fəzada boylanan ulduza, Gəmini mən tapacam! Alov olub hər zaman, Göyə buxarı tapacam. O rəngli qurşaqlarda, Nicatı yuxarı tapacam. 52

O qütb parıltısının, İşıltısını mən bulacam. Şərq və Qərbin əksini, Xəritədə mən cızacam. Babamızın yurduna, Xəritə çəkən olacam. Yer üzündə Ardıcı, Sənə göstərən olacam. Şanına, ad-şöhrətinə, Yazılı yoldaş olacam. Tarixi ad söhbətinə, Həkk yaddaş olacam. 53

Səni kosmosda görəndə, Vücudu həyacan olacam. Bala, sənin yolunda, Saçımı ağardan olacam! Gəliş enişi edəndə, Qucaq açan olacam. Görüşə gələn içində, Önünə qaçan olacam! Sənin şanlı uçuşun, Sevinc-kədər olacaq. Sənin o xoş gəlişin, Aləmə xəbər olacaq. 54

Nurgün, Ayişə və Zeynəb, Səni dəstəkçi bulacaq. O uzun şaçlar səni, Bil, bəsləyici olacaq. Əlidən və Elnurdan, Qardaş irşad 1 olacaq. Sənin kosmik nurundan, Onlar həm şad olacaq. Sənin gəlişin üçün, El gülşən olacaq. Aygün və Ceyran da, Evdə həmşən olacaq. 1 İrşad-doğru yol deməkdir 55

Kosmos yolunda dostlar, Həmrəy olub qoşulacaq. Sənin uçuş yolunda onlar, Həm bir olub qovuşacaq! Mədəni-ədəbi mühitdə, Səni şəxsiyyət görəcəm, Bala, mədəni niyyət üçün, Səni səhnədə biləcəm! Elmi aləm yolunda, Səni şərik biləcəm. Çoxlu aləm qolunda, Səni müdrik edəcəm! 56

Səndən elmi öyrənib, Mən də bəxşiş alacam. Bala, elmi şərəfinlə mən, Elə kitablarla qocalacam! Bala, səni siqnal görüb, Aydan bol səs alacam. Tapdığın parçaya xas, Yeni bir yol tapacam! Balama fəza yolunda, Efir gözdən baxacam. Uzaq planetlər sonunda, Kosmik eynək taxacam! 57

O alim-astronavta, Mən teleskop alacam. İrsi elmi soyumuza, Nəsli davam bulacam! Böyük alim yolunda, Ruhən dəstək olacam. Astronavtlar içində, Balamı kosmonavt bulacam! Yazılma tarixi: 21-22 aprel 2015-ci il 58

Epiloq Hörmətli valideynlər! Mən hər bir babanı, nənəni və ataananı, eləcə də əmini, dayını, bibi və xalaları körpələrə sayqı göstərməyə səsləyirəm. Məhəbbət, istək qarşılıqlı olmalıdır ki, yaxınlar uşağı özlərinə sevdirə bilsinlər və uşaqdan sevgi ala bilsinlər. Uşaq sevgi görəndə daima çiçək açıb ətrafa xoş iyi bəxş edəcəkdir. Hesab edirəm ki, hər bir böyük şəxs münasibət zamanı uşaq səviyyəsinə enib, onunla bir olmalı, həm də onu qınağa çəkib özünə dartmalıdır. Bu bir valideyn məharəti və qabiliyyəti olmalıdır. İnsanlıq da bu kimi əlamətlərdə özünü büruzə verir. Uşaq aləmini duymağın ən sadə yolu elə öz uşaqlığını xatırlamaqdan ibarətdir. Burada bir çətinlik yoxdur. Məsələn, yeməyi qaşıqla üz-gözünə çəkən, əyin-başına dağıdan, stola və yerə tökən bir uşağa 59

ata və ana çox əsəbi və qəzəbli olmamalıdır. Sadəcə bu vəziyyəti qəbul və həzm etmək lazımdır. Çünki uşağın düşüncəsi odur. Uşağa psixi zərbə vurmaq onun sağlamlığını əlindən almaq deməkdir. Uşaq psixikası kövrək bir xrustal qabı bənzədər. Onu sınmağa qoymaq olmaz. Nəzərə almaq lazımdır ki, uşaq beyini siqnalları tədricən qəbul etdikcə öz tutumunu artırar. Onları çox yükləyib orqanik və funksional tarazlıqlarını pozmaq olmaz. Uşaqlara tətbiq edilən qadağaların da öz hədd təsnifatı olmalıdır. Məsələn, uşaqları təbiət hadisələrindən, o cümlədən yağışdan, güclü küləkdən, tozlu aləmdən, çən və dumandan, seldən və sudan, digər fövqəladə hallardan qorumaq lazımdır. Onları alova, isti ocaqlara, elektrik cihazlarına yaxın qoymaq olmaz. Küçədə avtomobildən, qatarlardan, kənd yerlərində heyvanlardan qorumaq müt- 60

ləqdir. Həmçinin güclü xəsarət yetirən zərbələrdən də kənarda saxlamaq lazımdır. Ədəbsiz sözlər mühtindən qəti kənar etmək lazımdır. Eyni zamanda psixoloji sarsıntı yaradan görüntülərdən tamamilə uzağa qoymaq lazımdır. Ancaq uşağı uşaq kimi həvəsləndirən, onu oynadan hərəkətlərdən kənarda saxlamaq olmaz. Məsələn, uşaq yolda gedərkən münasib və təhlükəsiz bir yerdə həvəslə oturanda, qumu, torpağı eşələyəndə ona çox qəzəblənmək olmaz. Çünki bu hərəkət onun xarakteridir. Uşağın bioloji və ruhi statusudur. Uşaq uşaqlığını görməsə böyüyəndə elə uşaq kimi qalacaq. Yaşı çox özü isə infantil (yetişməyən, uşaq kimi qalan) olacaq. Valideyn səbri və uşaqla hesablaşması ailənin və uşağın gələcək ən böyük uğrunun ana xəttini təşkil edir. Uşaqları elmə, biliyə, təhsilə meyilləndirmək, onlarda məktəb həvəsi yaratmaq hər birimizin borcudur. Musi- 61

qini, ədəbiyyatı sevdirmək, məşğul etdirmək onların zövqünü incələşdirmək deməkdir. Uşaqlar teatrda, kinoteatrlarda, dərnəklərdə böyüsə daha çox ictimai və ünsiyyətcil olarlar. Enerji mübadiləsi sferasında olaraq rahatlıq taparlar. Məntiqi oyunlara, nağıllara və şerlərə həvəs oyatmaq onların nitq qabiliyyətini təkmilləşdirər və incə duyğularını formalaşdırar. Uşaqlar haqqında çox şeyi demək olar. Sağlam uşaqlar sağlam irsimizin əsas mənasıdır. Kosmonavtika təbii ki, ölkəmizdə yoxdur. Düzdür, biz süni peyk buraxmaqla kosmik dövlət statusu əldə etmişik. Lakin bununla kifayətlənmək olmaz. Bizdə də kosmodromlar düzəlməli, kosmonavt hazırlığı həyata keçməlidir. Orada uşaq yaşlarından ilkin hazırlıq mərhələləri təşkil olunmalı, məktəb açılmalıdır. Onu da qəbul edək ki, mental dəyərlərimiz bir az qız uşaqlarının 62

kosmonavt olmasını qəbul edə bilmir. Məsələn, mən bir neçə dəfə öz qızlarımda kosmos sənətini aşılamışam. Lakin alınmayıb. Evladlarım olan Nurgünə və Zeynəbə bu barədə demişəm. Zeynəbə həmişə deyərdim: Bəlkə sən kosmonavt olasan. Qız olanda nə olar. Mən ki, icazə verirəm. Həm də çoxlu pul qazanarsan. Bir uçuşun nə qədər sənə pul gətirər. Bu fikrimi zarafat qəbul etsələr də belə, qohumlar içində də söyləyirdim. Zeynəb isə deyirdi ki, ata məndən əl çək, mən kosmonavt zad olmayacam. Yalandan özünü yorma. Ailədən kənarda da bu sözü işlətmə. Hətta bir gün səhər yeməyi yeyərkən, mən qızım Zeynəbə, yenə də bəlkə, kosmonavt olasan sözünü deyəndə, o biri qızım Nurgün mənə üz tutub dilləndi: Ay ata, bəsdir də, sən nədir axı, Zeynəbdən əl çəkmirsən. Ondan kosmonavt olar?, Bəs, bilmirsən o qızdır?, Gedər göylərdə qalar, onda onu kim alar. Heç 63

bu barədə düşünürsən Biz axı, Azərbaycanlıyıq. Bu fikiri dinləyib, mən də gülə-gülə qaldım. Sanki başa da düşdüm ki, əbəs yerə onları narahat edirəm. Bəli, bu da bizim gerçək mentalitetimizin bir bariz nümunəsi. Heç olmasa oğlan uşaqlarında biz bu addımın atılmasını görməliyik. Əminliklə deyirəm ki, dövlətimiz də arxa olar. Təbliğatı mən insanlara şerlə edirəm ki, uşaqlar və valideynlər bu istəyi yumşaq başa düşsünlər. Bütün balalara yaxşı peşə və sənətlər əldə etməkdə uğurlar arzulayıram! 64

Uşaq ədəbiyyatı silsiləsindən Elşən Misir oğlu Nəsibov ƏMİ, MƏN KOSMONAVT OLACAM! BALA, MƏN DƏ DƏSTƏK OLACAM! 65