Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Benzer belgeler
Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

[18] 1. Ümumi müddəalar

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Protokolundan Çıxarış aprel 2016-cı il

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

Yük sığortası Qaydaları

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azər-Türk Bank ASC üzrə

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MÜQAVİLƏLƏR. Müştəri / / 2016-cı il Bakı, Azərbaycan

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Expressbank Açıq Səhmdar Cəmiyyətinin 2016-ci il üzrə YARIMİLLİK HESABATI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Strateji Planlaşdırma və Təşkilati Struktur Standartı

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair

Transkript:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir Protokol 32 D/reyestr 310 Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik BAKI 2015

1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onun effektiv mexanizmin hazırlanması, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqi məqsədilə banklara və bank olmayan kredit təşkilatlarına (bundan sonra - kredit təşkilatları) bu Metodoloji Rəhbərlikdə (bundan sonra - Rəhbərlik) göstərilmiş tədbirləri həyata keçirməyi tövsiyə edir. 1.2. Rəhbərliyin icrası kredit təşkilatlarında məsuliyyətli kreditləşmənin stimullaşdırılması, bazar intizamı və şəffaflığın təmin edilməsi ilə bank sektorunda sistem riskləri, kredit portfelinin sürətli artım və konsentrasiya risklərinin azaldılmasına imkan verəcəkdir. Eyni zamanda, istehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması bu Rəhbərliyin ümumi məqsədlərini təşkil edir. 2. Anlayışlar 2.1. İstehlakçı bu Rəhbərliyin məqsədləri üçün maliyyə xidmətlərindən istifadə etmiş, istifadə edən və ya istifadə etmək niyyətini bildirən fiziki şəxs; 2.2. İstehlak krediti sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit; 2.3. Aylıq ödəmə kredit müqaviləsində kreditin qaytarılması üzrə ödəmə qrafiki ilə nəzərdə tutulmuş aylıq ödəmə; 2.4. Aylıq borc yükü istehlakçının aldığı kreditlər üzrə icra olunmamış öhdəliklər və onun zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə qrafiklə müəyyən olunmuş aylıq ödəmələrin ümumi məbləği; 2.5. İstehlakçının gəlirləri istehlakçının müvafiq sənədlərlə (əmək haqqı barədə iş yerindən arayış, xərclər çıxıldıqdan sonra qalan gəlirlərini təsdiq edən vergi bəyannaməsi, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə orqanları tərəfindən istehlakçıya pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, istehlakçının mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank 2

arayışı və sabit gəlirləri təsdiq edən digər sənədlər) təsdiq olunmuş sabit aylıq gəlirləri; 2.6. Aylıq borc yükünün gəlirə nisbəti (BYG əmsalı) fiziki şəxs olan bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin maksimum miqdarı (bankın kredit tələbinin yuxarı həddi) müəyyən edilərkən borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti; 2.7. Məsuliyyətli kreditləşmə siyasəti istehlakçıların həddən artıq borclanmasının qarşısının alınmasına yönəlmiş tədbirləri özündə ehtiva edən siyasət; 2.8. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi istehlakçının kredit öhdəliklərini icra etmə qabiliyyətinin kredit təşkilatı tərəfindən qiymətləndirilməsi; 2.9. Təyinata uyğunluğun qiymətləndirilməsi ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əsaslanmaqla kredit məhsulunun istehlakçının tələb, məqsəd və ehtiyaclarına uyğunluğunun kredit təşkilatı tərəfindən qiymətləndirilməsi; 2.10. Həddən artıq borclanma yaşayış səviyyəsini azaltmadan istehlakçının mövcud və gələcək gəlirlərinin onun maliyyə öhdəliklərini icra etməyə kifayət etmədiyi borclanma səviyyəsi. 3. Məsuliyyətli kreditləşmə siyasəti 3.1. Kredit təşkilatı bu Rəhbərlikdə göstərilmiş tələblərin icrası məqsədilə məsuliyyətli kreditləşmə siyasətini hazırlamalıdır. Məsuliyyətli kreditləşmə siyasəti Müşahidə Şurası (BOKT-larda Müşahidə Şurası olmadığı təqdirdə icra orqanı) tərəfindən təsdiq edilir və icra orqanı siyasətin icrasını təmin edir. 3.2. Məsuliyyətli kreditləşmə siyasətinin icrası ildə ən azı bir dəfə daxili audit bölməsi tərəfindən yoxlanılmalı və yoxlamanın nəticələri barədə hesabat Müşahidə Şurasında müzakirə edilməlidir. 3.3. Məsuliyyətli kreditləşmə siyasəti ən azı aşağıdakıları əhatə edir: 3.3.1. maraqlar münaqişəsinin qarşısının alınması prosedurları; 3.3.2. ödəmə qabiliyyətinin qiymətləndirilməsi mexanizmi; 3.3.3. təyinata uyğunluğun qiymətləndirilməsi mexanizmi; 3.3.4. qiymətləndirmənin nəticəsinin istehlakçılara açıqlanması prosedurları; 3

3.3.5. qeyri-məqbul halların qarşısının alınması prosedurları. 3.4. Kredit təşkilatı kredit məhsulunun marketinqi, anderraytinqi və kreditə xidmət prosesində maraqlar münaqişəsinin qarşısının almaq məqədsilə daxili nəzarət sistemlərini daim nəzərdən keçirməlidir. Maraqlar münaqişəsi müxtəlif funksiya və/və ya fəaliyyət növlərindən yaranacağı hallarda bu cür funksiya və/və ya fəaliyyət növlərinin müstəqilliyi təmin olunmalıdır (məsələn, marketinq və kreditin qiymətləndirməsi). İşçilərin mükafatlandırılması verilmiş kreditlərin həcmindən asılı olduqda kredit təşkilatı məsuliyyətli kreditləşmə prisiplərindən kənarlaşmaların baş verməməsini və bununla əlaqədar məsuliyyətli kreditləşmə və mükafatlandırma siyasətinə müvafiq müddəaların əlavə edilməsini təmin etməlidir. 3.5. Siyasət kredit təşkilatının bütün əməkdaşları, o cümlədən kreditləşmə prosesində iştirak edən əməkdaşlar üçün açıq olmalıdır. 3.6. Siyasət və onun sadə dildə yazılmış qısa icmalı kredit təşkilatının internet səhifəsində aydın oxuna bilən formada yerləşdirməli, habelə kredit təşkilatı və onun filiallarının yerləşdiyi binada yazılı formada istehlakçılara məlumat verilməli və istehlakçılar tərəfindən tələb olunduğu təqdirdə siyasətin tam və ya qısa icmalı onlara təqdim olunmalıdır. 3.7. Kredit təşkilatı kreditləşmə prosesində və müştərilərlə kommunikasiya işində iştirak edən əməkdaşlar üçün müntəzəm olaraq məsuliyyətli kreditləşməyə dair təlim və seminarlar təşkil etməlidir. 4. Kredit təşkilatlarının vəzifələri 4.1. Kredit təşkilatı bu Rəhbərliyin 3-cü hissəsində qeyd olunmuş məsuliyyətli kreditləşmə siyasətini rəhbər tutaraq aşağıdakı vəzifələri daşıyır: 4.1.1. kredit sifarişi ilə əlaqədar istehlakçıdan məlumatın toplanılması və yoxlanılması; 4.1.2. ödəmə qabiliyyətinin qiymətləndirilməsi; 4.1.3. təyinata uyğunluğun qiymətləndirilməsi; 4.1.4. qiymətləndirmə(lər)nin nəticələrini istehlakçıya açıqlanması. 4.2. Kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir. 4

4.3. Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. 5. Məlumatın toplanması və yoxlanılması 5.1. Kredit təşkilatı istehlakçının ödəmə qabiliyyətinin və təyinata uyğunluğun qiymətləndirilməsi üçün zəruri məlumatları toplamalıdır. 5.2. İstehlakçının ödəmə qabiliyyəti və kreditin təyinata uyğunluğunun qiymətləndirilməsi kredit məhsulunun şərtləri nəzərə alınmaqla qiymətləndirməlidir. 5.3. Kredit təşkilatı ən azı aşağıdakı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır: 5.3.1. gəlirin məbləği və mənbəyi; 5.3.2. öhdəlikləri və xərcləri; 5.3.3. kredit tarixçəsi; 5.3.4. kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi; 5.3.5. istehlakçının yaşı və himayəsində olan şəxslərin sayı; 5.3.6. gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər; 5.3.7. əldə olunacaq kreditin digər borclara yönəldiləcək hissəsi. 5.4. Kredit təşkilatı istehlakçıdan istər şifahi, istərsə də müvafiq sorğu vərəqəsinin doldurulması vasitəsilə kredit sifarişi ilə əlaqədar müvafiq məlumatları əldə edir. Sorğu vərəqəsinin müştəri tərəfindən doldurulması və imzalanması kredit təşkilatının istehlakçının ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı hərəkətlərini dayandırmamalı və sorğuda göstərilmiş informasiyanın həqiqiliyinin yoxlanılması üçün bütün lazımi tədbirlər görülməlidir. 5.5. Kredit təşkilatı istehlakçını natamam, yaxud düzgün olmayan məlumatların təqdim olunması nəticəsində ödəmə qabiliyyətinin və/və ya təyinata uyğunluğun düzgün qiymətləndirilməməsi və beləliklə də, həmin müştərinin həddən artıq borclana biləcəyi barədə məlumatlandırmalıdır. 5

5.6. Bu Rəhbərliyin 5.3-cü bəndində nəzərdə tutulmuş məlumat yoxlanılmadan və həqiqiliyinə əmin olunmadan kredit təşkilatı tərəfindən müştəriyə kredit məhsulu təqdim edilməməlidir. 6. Kreditin qiymətləndirilməsi 6.1. Kredit təşkilatı istehlakçının kredit məhsulu üzrə öhdəliklərinin vaxtında icra olunmasına, onun ehtiyac və məqsədinə müvafiq olduğuna əmin olmalıdır. 6.2. Kreditin qiymətləndirilməsi istehlakçının ödəmə qabiliyyəti və kredit məhsulunun təyinatına uyğunluğunun qiymətləndirilməsi kimi iki ardıcıl mərhələdən ibarətdir. Kredit təşkilatı bu Rəhbərliyin 5-ci hissəsinə müvafiq olaraq toplanmış və yoxlanılmış məlumata əsasən istehlakçıların maliyyə vəziyyətini qiymətləndirməli və təyinata uyğun məhsullar təqdim etməlidir. 7. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi. 7.1. Kredit məhsulu verilməzdən əvvəl kredit təşkilatı istehlakçının ödəmə qabliyyətini qiymətləndirməlidir. Ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməməsi istehlakçıların ödəyə biləcəklərindən artıq məbləğdə kredit götürmələri və beləliklə də, həddən artıq borclanma ilə nəticələnə bilər. 7.2. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından istifadə olunur. BYG əmsalı aşağıdakı düsturla hesablanır: Aylıq borc yükü + yeni kredit üzrə aylıq ödəmə BYG əmsalı = ------------------------------------------X100%. Borcalanın gəlirləri 7.3. BYG əmsalının hesablanması zamanı aşağıdakılar nəzərə alınır: 7.3.1. Aylıq borc yükü müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər aylıq ödəniş annuitet qaydası ilə hesablanır. 7.3.2. ən azı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri xidmətindən alınmış məlumatlara əsasən fiziki şəxs olan borcalanın aylıq borc yükü müəyyən edilir; 6

7.3.3. borcalanın gəlirlərini təsdiq edən sənədlərdə aylıq gəlir əvəzinə digər dövrü gəlirlər göstərildikdə həmin gəlirlər dövr ərzindəki ayların sayına bölünməklə aylıq gəlir hesablanır; 7.3.4. birgə borcalan olan fiziki şəxslər üzrə BYG əmsalı onların ümumi aylıq borc yükü və aylıq gəlirləri əsasında hesablanır; 7.3.5. birgə borcalanlar qrupuna daxil olan fiziki şəxsin aylıq borc yükü həmin borcalan üçün müqavilədə nəzərdə tutulmuş öhdəliyin məbləğinə mütənasib və ya ümumi borc birgə borcalanların sayına bölünməklə hesablanır; 7.3.6. fiziki şəxs olan borcalanın zamin durduğu kredit üzrə başqa bir və ya bir neçə zamin çıxış etdikdə həmin şəxsin aylıq borc yükü bu Rəhbərliyin 7.3.5-ci yarımbəndində müəyyən olunmuş hesablama üsulu tətbiq edilir. 7.4. Rəhbərliyin 7.2-ci bəndinə müvafiq hesablanmış BYG əmsalı 50%-dən aşağı olduqda məqbul hesab olunur. 7.5. Qiymətləndirmə zamanı aşağıdakılar müəyyən olunarsa, istehlakçı ödəmə qabiliyyəti olmayan hesab edilir: 7.5.1. istehlakçı girov (ipoteka), yaxud digər əmlakı satmadan kredit məhsulu üzrə öhdəliklərini icra edə bilmir; 7.5.2. istehlakçı mövcud kredit məhsulu üzrə öhdəliklərini əlavə borc vəsaiti (kreditlər) cəlb etmədən icra edə bilmir; 7.5.3. istehlakçı alınacaq kredit məhsulunun nəticəsi olaraq digər öhdəlikləri tam və ya lazımınca icra edə bilmir. 7.6. Qiymətləndirmə nəticəsində istehlakçı ödəmə qabiliyyəti olmayan hesab edilərsə kredit sifarişi təmin olunmaya bilər, lakin bu zaman kredit təşkilatı imtinanın təfərrüatlarını açıqlamalı, o cümlədən imtinanın səbəbləri və imtinanın səbəblərinin aradan qaldırılması üçün istehlakçının ata biləcəyi addımlar (məs, girov və ya zaminin təmin edilməsi) barəsində məlumat verməlidir. 7.7. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı bütün şərtlər, o cümlədən BYG-nin hesablanması qaydası eynilə zaminə də şamil olunur. 7

8. Təyinata uyğunluğun qiymətləndirilməsi 8.1. Kredit təşkilatı bu Rəhbərliyin 5-ci hissəsinə müvafiq olaraq toplanmış və yoxlanılmış məlumatlar əsasında kreditin təyinata uyğunluğunun qiymətləndiriməsini həyata keçirməlidir. 8.2. Kredit məhsulunun təyinata uyğunluğu qiymətləndirilərkən kredit təşkilatı təqdim olunmuş məlumat əsasında təklif olunacaq kredit məhsulunun və onun şərtlərinin istehlakçının ehtiyac və məqsədlərinə uyğunluğunu nəzərdən keçirməli və sənədləşdirməlidir. 8.3. Əgər qiymətləndirmə zamanı kreditin şərtləri müştərinin tələblərinə, məqsədlərinə və ehtiyaclarına cavab verməyəcəyi müəyyən olunursa kredit təyinata uyğun hesab edilmir. 8.4. Qiymətləndirmə zamanı kredit təyinata uyğun hesab edilmədikdə, istehlakçıya bu barədə lazımi məlumat verilir, kreditin təyinatına uyğunsuzluğunun səbəbi və belə kredit götürməklə yarana biləcək mümkün risklər izah edilir. İstehlakçının düşünülmüş qərar qəbul etməsi məqsədilə məlumatların açıqlanması və izahatların verilməsi kredit müqaviləsi imzalanmazdan əvvəl təmin olunmalıdır. 8.5. Kreditin təyinata uyğunluğunun qiymətləndirilməsinin şərtləri eynilə zaminə də şamil olunur. 9. Qiymətləndirmənin nəticələrinin açıqlanması 9.1. Bu Rəhbərliyinin 7.6 və 8.4-cü bəndlərində qeyd olunmuş məlumatlar müştəri tərəfindən tələb olunduqda, həmin məlumatlar əvəzsiz olaraq aydın və oxuna bilən formada kağız və ya elektron daşıyıcıda təqdim edilir. 9.2. Kredit təşkilatı ödəmə qabiliyyəti və təyinata uyğunluğun qiymətləndirilməsinin nəticəsinin rəsmilləşdirilməsinə dair hesabatı qiymətləndirmə tamamlandıqdan sonra, yaxud aidiyyəti kredit müqaviləsinə xitam verildikdən sonra (hansının daha son baş verməsindən asılı olaraq) ən azı 5 il saxlayır. 10. Yekun müddəalar 10.1. Bu Rəhbərlik təsdiq olunduğu gündən qüvvəyə minir. 8