ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Gedək biz olmayan yerə

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

ANADOLU XALG MAHNILARI HAQQINDA

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Türk dünyasının böyük söz ustadı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

FRANSADA İLK AZƏRBAYCAN DİLİ MÜƏLLİMİ

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Azərbaycanın görkəmli qadın şairləri. 60 illik yubileyi münasibətilə FƏRİDƏ HACIYEVA. Biblioqrafiya

Şaman nəvəsi Rüstəm Behrudi

DAVETLİSİ

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Fənn: Auditoriya saatlarının miqdarı: Kafedra: Qruplar: Bölmə Sual

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Seyid Ramin YAŞASIN ÖLMƏK!

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. S. Vurğun adına Mərkəzi kitabxana. Hikmət Ziya-85 Metodik vəsait

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Azərbaycan xalqlarının ədəbiyyatı e- antologiyası: Talış ədəbiyyatı N ( )

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

AŞIQ GÜLABI MЯN OLMAYANDA

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Uşaqları sevindirən, böyükləri düşündürən şair

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Azərbaycanın görkəmli uşaq yazıçısı. Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi münasibətilə

İslam Səfərli zirvəsi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİ (almanax)

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Yol odur ki, haqqa vara... Yunus Əmrə

Səhnəmizin unuldulmaz Leylisi və Ərəbzəngisi

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI ELMİ-METODİKA ŞÖBƏSİ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

AŞIQ NABAT ƏLDƏ XINA, GÖZDƏ YAŞ

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Söz mənimkidir. Aşıq Ağalar

TARİXİMİZDƏ İZ QOYANLAR. Dr. Reha Yılmaz

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

Xoş gəlmişsiniz!

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Transkript:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI ƏLİBABA MƏMMƏDOVUN MAHNILARI dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 09.04.2012-ci il tarixli 541 saylı əmri ilə təsdiq edilmişdir. Bakı 2012

Tərtib edən və notları şifrələyən müəllif: dosent, sənətşünaslıq namizədi Telman Xanış oğlu Qəniyev T.Qəniyev. Əlibaba Məmmədovun mahnıları. Dərs vəsaiti. Bakı: Mütərcim, 2012. 40 səh. Q 43100200000 026 97-12 T.Qəniyev, 2012 ~ 2 ~

ÖN SÖZ Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Fəxri professoru, görkəmli sənətkar və tanınmış müğənni Əlibaba Məmmədovun mahnılarından ibarət olan bu məcmuədə on mahnı toplanmışdır. Məmmədov Əlibaba Balaəhməd oğlu 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdır. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə «Azkonsert birliyi»-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə «Hümayun» xalq çalğı alətləri ansamblını yaratmışdır. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır. 1 Müəllif çox geniş yaradıcılıq qabiliyyətinə malik olduğundan onun mahnıları Azərbaycan xalq musiqisindən irəli gələn ən ümdə cəhətləri özündə birləşdirir. Bu haqda ilk məlumatlar Ramiz Zöhrabovun «Azərbaycan təsnifləri» kitabında verilmişdir. 2 Vaqif Əliyev isə Əlibaba Məmmədovun mahnılarının sözlərini «Mahnı və təsniflər» kitabı şəklində nəşr etdirmişdir. 3 Mən özüm isə bir tərtibçi, not şifrələnməsinin müəllifi kimi professor G.Abdullazadə ilə birlikdə 2007-ci ildə «Ə.Məmmədovun təsnifləri» dərs vəsaitini nəşr etdirmişəm. 4 Mahnılardan toplanmış bu dərs vəsaitində isə Ə.Məmmədovun adını qeyd etdiyimiz 2007-ci ildə nəşr olunan dərs vəsaitinin davamı kimi də baxmaq olar. 1 az.wikipedia.org/wiki/əlibaba_məmmədov 2 Зохрабов Р.Ф. «Азербайджанские теснифы». M., Cов.Композитор, 1983, 326с. 3 Əliyev V. «Əlibaba Məmmədov, Mahnı və təsniflər». Bakı, Araz, 2000,. 55s. 4 Abdullazadə G., Qəniyev T. «Əlibaba Məmmədovun təsnifləri». Bakı, Adioğlu, 2007, 50s. ~ 3 ~

Müəllifin lentə aldığı mahnılar onun təsnifləri kimi xalqımızın dillər əzbəridir. Elə bu baxımdandır ki, bu ölməz nəğmələrin bir məcmuə şəklində nota alınması, çap olunması və dərs vəsaiti kimi istifadə edilməsi özünəməxsus əhəmiyyətə malikdir. Müəllifin yaratdığı hər bir mahnı və yaxud təsnif özündə muğam sənətinin ən incə intonasiya xüsusiyyətlərini əks etdirir. Muğamlarımızın şöbə və guşələri, intonasiya çalarları müəllif tərəfindən yaradılmış və ifa edilmiş melodiyaların gözəl ifadəsində parlaq xüsusiyyətlərlə əks olunur. Tərtib etdiyimiz və nota aldığımız Ə.Məmmədovun bu mahnılarının bir toplu şəklində əks olunması bununla bitmir. Mahnıların bu şəkildə ardıcıllaşması gələcəkdə də müəllifin yaratdığı və ifa etdiyi nəğmələrin nota alınması prinsipini özündə əks etdirir. Bu baxımdandır ki, Ə.Məmmədovun nota aldığımız bu mahnıları bir dərs vəsaiti olaraq I dəftər kimi təqdim olunur. Dərs vəsaitində ilk özünə yer alan «Min yaşasın» mahnısı müəllif tərəfindən Xalqımızın Ölməz Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevə həsr olunmuşdur. Burada topladiğimiz «Min yaşasın» mahnısı ilə bərabər digər mahnılardan «İndi burda bircə sənsən, bir də mən», «Ürək deyir: «Yaşa hələ!» mahnıları çahargah intonasiyaları üzərində səslənir. Bundan əlavə «Mənim Azərbaycanım», «Ana yurdum» mahnıları rast, «Ağrıma ürəyim» mahnısı segah, «Özün bilərsən» zabul, «Beləyəm», «Məhəbbət» mahnıları şur, «Oğlum» mahnısı isə bayatı-şiraz intonasiyalarına əsaslanır. Burada əks olunan mahnılar həmin mahnıların müəllifi olduğu Əlibaba Məmmədov tərəfindən, əsasən məqam pərdələrinin tələb olunduğu kök və səs yüksəkliklərindən ifa edilmişdir. Lakin, biz not şifrələrimizdə rahat başa düşülsün deyə kaman açarından istifadə edərək müəllifin mahnılarını nota almışıq. Bu səbəbdən də mahnıların səs yüksəklikləri sekunda, tersiya, xalis kvarta və kvinta aşağı interval köklərinə dəyişdirilərək nota alınmışdır. Əlibaba Məmmədov «Məhəbbət», «Özün bilərsən», «Oğlum», «Beləyəm» mahnılarını Süleyman Rüstəmin sözlərinə yazmışdır. Lakin, müəllif «Min yaşasın», mahnısının sözləri Rasim Kərimlinin, «Ağrıma ürəyim» və «Ürək deyir: «Yaşa hələ!» mahnılarının sözləri Hüseyn Arifin, «Mənim Azərbaycanım» mahnısının sözləri İsmayıl Dadaşovun, «Anam yurdum» mahnısının sözlərini Aşıq Pənahın, ~ 4 ~

«İndi burda bircə sənsən, bir də mən» mahnısının sözlərini isə Ənvər Rzanın sözlərinə bəstələmişdir. Müəllifin mahnıları poetik baxımdan rəngarəng və cəlbedici qurulması ilə yanaşı, lad-məqam dəyişməsi baxımından da maraqlıdır. Burada «Min yaşasın» mahnısı 7 hecalı şeir formasında olub, 5 bənddən, hər bənd isə 4 misradan ibarətdir. Şeirin 2-ci bəndinin 2-ci misrasında olan «gözəl» sözü müğənni tərəfindən «gözlər» kimi tələffüz edilir. Bütünlüklə mahnıda beyt şəklində olan misralar 2 dəfə təkrar olunur. 3-cü bənd isə nəqərat kimi istifadə edilmişdir. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə sol çahargah məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını lya çahargah məqamına əsaslanmaqla ifa etmişdir. «Mənim Azərbaycanım» mahnısı da 7 hecalı olub, 4 bənddən ibarətdir. Şeirin 2- ci və 4-cü bəndi nəqərat kimi istifadə olunur. Nəqəratın 3-cü və 4-cü misrasından başqa bütün misralar beyt şəklində birləşərək 2 dəfə təkrar olunur. Nəqəratın ifası zamanı müğənni rast məqamına məxsus əraq pərdəsinə istinad edir. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə fa rast məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını sol rast məqamına əsaslanmaqla ifa etmişdir. «Ağrıma ürəyim» mahnısı 11 heca, 3 bənd, hər bənd isə 4 misradan təşkil olunmuş şeirdən ibarətdir. Burada hər bir misra və nəqərati, beytləri 2 dəfə təkrar olunur. Nəqərat hissədə segah məqamına məxsus müxalif pərdəsinə istinad olunur. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə mi segah məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını si segah məqamına əsaslanmaqla ifa etmişdir. «Özün bilərsən» nəğməsi 11 hecalı, 4 misradan və 3 bənddən ibarət şeir əsasında bəstələnmişdir. Müəllif 1-ci bəndin 1-ci misrasının sonunda istifadə olunan «ey-yar» sözlərini «yar-yar» sözləri ilə əvəz edir. Burada 1-ci bəndin 3-cü yarımmisrasında «özünündür» sözü «özünküdür», nəqəratın 2-ci misrasının 1-ci yarımmisrasında «yar saldın aşiqi» sözləri «saldın aşiqini», 3-cü bəndin 2-ci misrasında «çıxmayır» sözünü «getməyir» sözləri ilə əvəz edilir. 3-cü bəndin «Ölsəm də açmaram sirrimi yada, səndən yar sənə yar şikayətim var» son misralarını «Açmaram sirrimi, ölsəm də yada, mənim səndən-sənə şikayətim var» misraları ilə əvəz olunur.1-ci və 3-cü bəndlərin axırıncı 2 misrası, nəqəratin isə 1-ci, 2-ci və 3-cü, ~ 5 ~

4-cü misraları beyt şəklində, qalan misralar isə ayrı-ayrılıqda 2 dəfə təkrar olunur. Nəqərat hissədə müəllif zabula məxsus manəndi-müxalif pərdəsinə istinad edir. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə lya segah (zabul) məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını si zabula əsaslanmaqla ifa etmişdir. «İndi burda bircə sənsən, bir də mən» mahnısında 12 hecadan ibarət 5 misralı, 2 bəndli şeirdən istifadə olunur. Burada nəqəratın bəndinin 1-ci misrasının 1-ci yarımmisrasında «meh» sözü «yel» sözü ilə, 3-cü misrasının 1-ci yarımmisrasında «mən durmuşam» sözləri «anlayıram» sözləri ilə əvəz olunur. 4-cü misra 2 dəfə təkrar edilir. Bu misrada isə çahargah məqamına məxsus mənsuriyyə pərdəsinə istinad olunur. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə lya çahargah məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını do çahargah məqamına əsaslanmaqla ifa etmişdir. «Ürək deyir: «Yaşa hələ!»» mahnısında 8 hecalı, 4 misra və 3 bənddən ibarət şeirdən istifadə olunur. Nəqəratin 2-ci misrasının 1-ci yarımmisrasında «şeir» sözü «mahnı», 3-cü bəndin 3-cü misrasının 1-ci yarımmisrasında «fikrim» sözü «könlüm», 4-cü misrasının sonunda «yenə» sözü «hələ» sözləri ilə əvəz olunur. Nəqəratın 1-ci və 2-ci misralarından başqa digər misralar beyt şəklində birləşərək 2 dəfə təkrar edilir. Nəqərat hissədə yenə çahargah məqamına məxsus mənsuriyyə pərdəsinə istinad olunur. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə sol çahargah məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını lya çahargah məqamına əsaslanmaqla ifa etmişdir. «Ana yurdum» mahnısında 8 hecadan ibarət 4 misralıq şeirdən istifadə edilir. Burada 2-ci misranın «ana yurdum», 2-ci bəndin 3-cü misrasında isə «sana yurdum» sözləri 2 dəfə təkrar olunur. Bundan başqa 1-ci və 3-cü bəndlərin misraları beyt şəklində 2 dəfə təkrar olunur. İfa zamanı müəllif 3-cü bəndin 3-cü misrasında «Pənah deyir:» sözlərini «Xalqım deyər:» sözləri ilə əvəz edir. 2-ci bənd isə nəqərat kimi istifadə olunur. Bəndin 1-ci və 2-ci misraları ayrılıqda 2 dəfə təkrarlanır. Ümumiyyətlə, bu nəğmə çahargah məqamına məxsus müxalif pərdəsinə əsaslanan səslənmələrlə başlayır. Mahnının sonu isə mayə pərdəsində tamamlanır. Mahnı bizim ~ 6 ~

tərtibatımızda və not şifrələrimizdə müəllifin özünün ifa etdiyi kimi do çahargah məqamına əsaslanır. «Beləyəm» mahnısında 11 hecalı 5 misradan və 4 bənddən ibarət şeirdən istifadə olunur. Bu zaman şur məqamına məxsus şur-şahnaz pərdəsinə istinad olunmaqla mahnı ifa edilməyə başlayır. Şeirin 2-ci bəndi nəqərat kimi istifadə edilir. 1-ci bəndin «Vətənimə olmamışam gərəksiz» 3-cü misrası «Vətənimçün olmamışam gərəksiz» misrası ilə əvəz edilir. Burada müğənni şur məqamına məxsus simayi-şəms pərdəsinə istinad edir. Bəndlərin bütün misraları beyt şəklində, 3-cü misraları isə ayrılıqda 2 dəfə təkrarlanır. Mahnı şur məqamının mayə pərdəsində tamamlanır. Mahnı bizim tərtibatımızda və not şifrələrimizdə mi şur məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını sol şur məqamına əsaslanmaqla ifa etmişdir. «Məhəbbət» mahnısında 7 hecadan ibarət 3 bəndli, 4 misralı şeirdən istifadə olunmuşdur. Bənd misraları beyt şəklində 2 dəfə təkrarlanır. Şeirin 2-ci bəndi nəqərat kimi istifadə edilir. Şur məqamının simayi-şəms pərdəsinə istinad olunmaqla başlanan bu mahnıda şur-şahnaz və mayə pərdələrinə də keçid baş verir. Mahnı mayə pərdəsində tamamlanır. Bizim tərtibatımızda və not şifrələrimizdə bu mahnı re şur məqamında öz əksini tapır. Lakin, müəllif özü bu mahnını sol şur məqamına əsaslanmaqla ifa etmişdir. «Oğlum» mahnısında isə 11 hecalı, 4 misralı, 3 bəndlik şeirdən istifadə edilmişdir. Burada bütün misralar beyt şəklində, 2-ci bəndin 3-cü və 4-cü misraları isə ayrı-ayrılıqda 2 dəfə təkrar olunur. Müəllif 2 bəndi nəqərat kimi istifadə edir. 1-ci bəndin 1-ci misrasının 2-ci yarımmisrasında «bəzəyi» sözü «şöhrəti», 2-ci misrasının 1-ci yarımmisrasında «inan nə ipəkdir» sözləri «deyildir nə ipək», 4-cü misrasının 2- ci yarımmisrasında «yetirmə» sözü «gətirmə» sözləri ilə əvəz olunur. Nəqəratın «oxu öyüdümü sən sətir-sətir, dilindən məclisə səpilsin ətir» ilk 2 misrası «dinlə öyüdümü sən sətir-sətir, qoy yağsın hər zaman dilindən ətir» misraları ilə əvəz olunur. Nəqəratin istifadəsi zamanı bayatı-şiraz məqamının üzzal pərdəsinə istinad olunur. Mahnı mayə pərdəsində tamamlanır. Bu mahnı bizim tərtibatımızda və not şifrələrimizdə müəllifin özünün ifa etdiyi kimi si bayatı-şiraz məqamına əsaslanır. ~ 7 ~

Müəllifin adları qeyd olunan şairlərin sözlərinə müraciət etməsi onun çoxcəhətli yaradıcılıq fəaliyyətində xəbər verir. Belə düşünmək olar ki, bu məcmuədə Ə.Məmmədovun çap olunmuş «Təsniflər» məcmuəsinin davamı kimi layiqli yer tutacaqdır. Məcmuə bu sahədə çalışan musiqişünaslar, bəstəkarlar, xalq professional ifaçıları, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütlələri üçün nəzərdə tutulmuşdur. T.X. Qəniyev sənətşünaslıq namizədi, dosent ~ 8 ~

~ 9 ~

~ 10 ~

MİN YAŞASIN Musiqisi: Əlibaba Məmmədov Sözləri: Rasim Kərimli Dünya mərdlər dünyasıdır, Ərənləri min yaşasın. Sinəsini tufanlara Gərənləri min yaşasın. Nə gözəldir dağ qüruru, Bulaq kimi gözlər duru İnsanlara həyat nuru Verənləri min yaşasın. Nəqərat: Öz adı var el yanında, Yaxşının da yamanın da. Hər bir kəsi öz donunda Görənələri min yaşasın. El tanınar çörəyi ilə, Torpaq gülü çiçəyi ilə. Nəbzi xalqın ürəyi ilə, Vuranları min yaşasın. Könül gülər beşiyində, Öz evində, eşiyində. Həqiqətin keşiyində Duranları min yaşasın Nəqərat: ~ 11 ~

~ 12 ~

~ 13 ~

MƏNİM AZƏRBAYCANIM Musiqisi: Əlibaba Məmmədov Sözləri: İsmayıl Dadaşov Sülhsevənlər məskəni, Zəhmət hünər vətəni. Sənə qoşdum nəğməmi Mənim Azərbaycanım Şərəfim, söhrətim şanım. Nəqərat: Harda vardır belə dağlar? Harda vardır belə vüqar? Ülfəti dost ilə bağlar Mənim Azərbaycanım Şərəfim,söhrətim şanım. Əsirgəməz töhvəsin, Min neməti bəhrəsin Dosta açar süfrəsin Mənim Azərbaycanım Şərəfim,söhrətim şanım. Nəqərat: İlləri uğurludur Vətənim qürurludur, Günəş kimi nurludur Mənim Azərbaycanım Şərəfim,söhrətim şanım. ~ 14 ~

~ 15 ~

~ 16 ~

AĞRIMA ÜRƏYİM Musiqisi: Əlibaba Məmmədov Sözləri: Hüseyn Arif Ömrün nə vaxtıdır titrəyir qələm -2 Yazıb-pozmalıyam mən indən belə -2 Davaya,dərmana dözə bimərəm, -2 Ağrıma ürəyim,ağrıma hələ! -2 Nəqərat: Həyatın ən böyük imyahanı var, Sığmayır kağıza,sığmayər dilə. Neçə qohum toyu,dost nişanı var, Ağrıma ürəyim,ağrıma hələ! Dağıtmaq istərəm dumanı, çəni, -2 Oyanıb obaşdan səhər yelinə, -2 Dağların zirvəsi gözləyir məni -2 Ağrıma ürəyim,ağrıma hələ! -2 ~ 17 ~

~ 18 ~

~ 19 ~

ÖZÜN BİLƏRSƏN Musiqisi: Əlibaba Məmmədov Sözləri: Süleyman Rüstəm Mən sevim, sən sevmə, qoy belə olsun, yar-yar,-2 Sənə sev deməyə nə cürətim var. -2 Ürək özünküdür, özün bilərsən, Mənimsə əhdimə sədaqətim var. Nəqərat: Yaxşı tanımırsan, məni hələ sən, Saldın aşıqini dildən-dilə sən. Neyləyim mən belə, sən də eləsən, Mənim çox dözümlü məhəbbətim var. Mən, tək sevən hanı səni dünyada, ey yar? -2 Başımdan getməyir mənim bu sevda. -2 Açmaram sirrimi, ölsəm də yada, Mənim səndən-sənə şikayətim var. ~ 20 ~

~ 21 ~

İNDİ BURDA BİRCƏ SƏNSƏN, BİR DƏ MƏN Musiqisi: Əlibaba Məmmədov Sözləri: Ənvər Rza Yel əsdikcə pıçıldayır xan çinar, Səni gördüm dilə gəldi arzular, Anlayıram, deyiləsi sözün var, De, gizlətmə,şahid olsun göy çəmən, -2 İndi burda bircə sənsən, bir də mən. Utanırsan sən üzümə baxmağa, Xırda-xırda şəbnəm qonur yarpağa. Nə baxırsan,gah yaxına,uzağa, Yarpaqlardır,yavaş- yavaş səslənən, -2 İndi burda bircə sənsən, bir də mən. ~ 22 ~

~ 23 ~

ÜRƏK DEYİR: «YAŞA HƏLƏ» Musiqisi: Əlibaba Məmmədov Sözləri: Hüseyn Arif Səfərəyəm, səfərimi, Vurmamışam başa hələ. Arzulasrım,əməllərim, Toxunmayıb daşa hələ. Nəqərat: İlləri yola salmışam, Mahnı qoşub saz çalmışam. Ömür deyir: «Qocalmışam» Ürək deyir: «Yaşa hələ!» Dolanıb kəndi, şəhəri, Dağlarda açdım səhəri. Könlüm gəzir üfüqləri, Dönüb qızıl quşa hələ. Nəqərat: ~ 24 ~

~ 25 ~

ANA YURDUM Musiqisi: Əlibaba Məmmədov Sözləri: Aşıq Pənah Xəzan bilməz bahar kimi Çiçəklənir ana yurdum, ana yurdum. Xalqımızın qudrətilə Dönür gülüstana yurdum! Nəqərat: Ana yurdum, ana yurdum Ana yurdum, ey! Qurbanam sana yurdum, sana yurdum Mehriban ana yurdum!-2 Yaradırıq bu ellərçün, Qəlbi təmiz nəsillərçün. Xalqım deyər: «Xoş illərçün» Minnətdarıq sana yurdum! ~ 26 ~

~ 27 ~

~ 28 ~

BELƏYƏM Musiqisi: Əlibaba Məmmədov Sözləri: Süleyman Rüstəm Sevgilimi sevməmişəm ürəksiz, Görüşünə getməmişəm çiçəksiz. Vətənimçün olmamışam gərəksiz, -2 Bilir Vətən, bilir anam, beləyəm, Eşq oduna gərək yanam, beləyəm. Nəqərat: İlk pənahım, son pənahım vətəndir, Səcdəgahım, qibləgahım vətəndir. Dəyişməyən qərardahım vətəndir, -2 Bilir Vətən, bilir anam, beləyəm, Eşq oduna gərək yanam, beləyəm. Dost əlindən zəhər alsam içərəm, Dara düşsə,bu canımdan keçərəm. Son mənzilə kişi kimi köçərəm.-2 El oğluyam Süleymanam beləyəm, Eşq oduna gərək yanam, beləyəm. Nəqərat: ~ 29 ~

~ 30 ~

~ 31 ~

~ 32 ~

MƏHƏBBƏT Musiqisi: Əlibaba Məmmədov Sözləri: Süleyman Rüstəm Məhəbbət çiçək deyil, Dəstə-dəstə dərim mən. Həm yarımçün saxlayım, Həm də sənə verim mən. Nəqərat: Məhəbbət saf ürəkdir, Ürəyi bölmək olmaz. Bölünsə, parçalansa, Sevmək, sevilmək olmaz. Məhəbbət ağac deyil, Altına kölgə sala. Hamını dəvət eləyim, Hamı da razı qala. ~ 33 ~

~ 34 ~

~ 35 ~

OĞLUM Musiqisi: Əlibaba Məmmədov Sözləri: Süleyman Rüstəm İnsanın şərəfi, söhrəti məncə, Deyildir nə ipək, nə tirmə oğlum. Yaxşıdan-yaxşı ol ellər içində, Dostuna bir ziyan gətirmə, oğlum. Nəqərat: Dinlə öyüdümü sən sətir- sətir, Qoy yağsın hər zaman dilindən ətir. Qazancını itir, malını itir,-2 Azcaq duz çörəyi itirmə oğlum.-2 Ürəyim arzuyla doludur-dolu, Hünər meydanıdır bu həyat yolu. Bilmədiyin işi gözü yumulu Söz verib öhdənə götürmə oğlum. ~ 36 ~

MÜNDƏRİCAT Ön söz... 3 Min yaşasın... 9 Mənim Azərbaycanım... 12 Ağrıma ürəyim... 15 Özün bilərsən... 18 İndi burda bircə sənsən bir də mən... 21 Ürək deyir: «Yaşa hələ!»... 23 Ana yurdum... 25 Beləyəm... 27 Məhəbbət... 30 Oğlum... 34 ~ 37 ~

Kitab Mütərcim Nəşriyyat-Poliqrafiya Mərkəzində səhifələnmiş və çap edilmişdir. Чапа имзаланыб: 16.11.2012. Формат: 60x84 1/8. Гарнитур: Тимес. Щяъми: 5 ч.в. Тираж: 200. Сифариш 96. ТЯРЪЦМЯ ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ Аз 1014, Бакы, Рясул Рза кцч., 125 596 21 44; 497 06 25; (055) 715 63 99 e-mail: mutarjim@mail.ru www.mutercim.az ~ 38 ~