ÖLKƏ ÜZRƏ YENİLƏNMİŞ STRATEGİYA VƏ PROQRAM AZƏRBAYCAN RESPUBLİKASI

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Marketinq. Mehdiyev Əkbər

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

2014-cü ilin üçüncü rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

ÖLKƏ VƏ FƏALIYYƏT SAHƏLƏRI ÜZRƏ GÖSTƏRICILƏR. Cədvəl 1: Minilliyin İnkişaf Məqsədləri və Hədəflərinə Doğru Tərəqqi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

H E S A B A T Q E Y D Ə A L I N D I!

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

Azərbaycan Ölkə Tərəfdaşlığı Strategiyası. Sentyabr 2014

BALANS HESABATI A-AKTİVLƏR

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Açıq bazar əməliyyatları. Banklardan kənar nağd pul. Baza inflyasiya. Çərçivə alətləri. Deflyasiya. Dezinflyasiya. Dollarlaşma

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

2016-CI İLDƏ ƏSAS MƏQSƏD VƏ FUNKSİYALARIN HƏYATA KEÇİRİLMƏSİ BARƏDƏ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI


İqtisadiyyat nazirinin 2017-ci il 15 mart tarixli F-44 nömrəli əmri ilə təsdiq edilmişdir

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

P U L S İ Y A S Ə T İ İ C M A L I. Yanvar Dekabr 2017 A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I M Ə R K Ə Z İ B A N K I

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycanda turizmin vəziyyəti

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Layihə Sənədi üçün Məlumat Cədvəli

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Protokolundan Çıxarış aprel 2016-cı il

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan: Cənubi Qaz Dəhlizi

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

Transkript:

ASİYA İNKİŞAF BANKI ÖLKƏ ÜZRƏ YENİLƏNMİŞ STRATEGİYA VƏ PROQRAM 2005-2006 AZƏRBAYCAN RESPUBLİKASI İyul 2004

VALYUTA EKVİVALENTLƏRİ (14 iyun 2004-cü il tarixinə) Valyuta vahidi - manat (AZM) AZM1.00 = $0.000204 $1.00 = AZM4,909 QISALTMALAR AİB - Asiya İnkişaf Bankı AİF - Asiya İnkişaf Fondu ÖSP - ölkə üzrə strategiya və proqram ÖYSP - ölkə üzrə yenilənmiş strategiya və proqram XBİ - xarici birbaşa investisiya ÜDM - ümumi daxili məhsul MK - məcburi köçkün BVF - Beynəlxalq Valyuta Fondu AƏS - aralıq əməliyyatlara dair strategiya YAYP - Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu AKE - adi kapital ehtiyatları YAİİDP - Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı TY - texniki yardım BMTİP - Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı UNİCEF - Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu QEYDLƏR (i) (ii) Dövlətin büdcə ili 31 dekabr tarixində başa çatır. Bu hesabatda, "$" işarəsi ABŞ dollarını ifadə edir.

MÜNDƏRİCAT Səhifə I. CARİ İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ MƏSƏLƏLƏRİ 1 A. Son Siyasi Hadisələr 1 B. İqtisadi Dəyərləndirmə və Perspektiv 1 C. Ölkə üzrə Strategiya və Proqramın Mövcud Vəziyyətlə Əlaqəsi 2 II. ÖLKƏ ÜZRƏ STRATEGİYA VƏ PROQRAMIN İCRASI 3 A. Yoxsulluğun Azaldılması sahəsində İrəliləyişlər 3 B. Ölkə üzrə Strategiya və Proqramın Əsas Sahələri üzrə Nailiyyətlər 3 C. Xaricdən Maliyyələşdirmə və Tərəfdaşlıq Sazişlərinin Əlaqələndirilməsi 8 III. INVESTISIYALARIN İDARƏ EDİLMƏSİ İLƏ ƏLAQƏDAR MƏSƏLƏLƏR 8 IV. ÖLKƏ ÜZRƏ VƏZİYYƏT VƏ YARDIMIN SƏVİYYƏLƏRİ 8 A. Təklif edilən Kredit Səviyyəsi 8 B. Qeyri-kredit Proqramı 9 C. Dəyişikliklərin Xülasəsi 9 ƏLAVƏLƏR 1. Ölkə və Investisiyaların Göstəriciləri və Yardım Proqramı 10 Cədvəl A1.1: Minilliyin İnkişaf Məqsədləri və Hədəflərinə Doğru İrəliləyiş 10 Cədvəl A1.2: Ölkə üzrə İqtisadi Göstəricilər 12 Cədvəl A1.3: Ölkə üzrə Yoxsulluq Göstəriciləri və Sosial Göstəricilər 13 Cədvəl A1.4: Ölkə üzrə Ekoloji Göstəricilər 14 Cədvəl A1.5: İnkişafın Əlaqələndirilməsi üzrə Matrisa 15 Cədvəl A1.6: Kredit Növləri üzrə Yardım Proqramı, 2005-2006 22 Cədvəl A1.7: Qeyri-Kredit Layihələri və Xidmətləri üzrə Yardım Proqramı, 2005-2006 24 2. Kredit Növləri üzrə Konseptual Sənədlər 27 3. Qeyri-Kredit Layihələri və Xidmətləri üzrə Konseptual Sənədlər 40 4. 2004-cü il üzrə Yardım Proqramı Cədvəl A4.1: Kredit Növləri üzrə Yardım Proqramı, 2004 53 Cədvəl A4.2: Qeyri-Kredit Layihələri və Xidmətləri üzrə Yardım Proqramı, 2004 54

A. Son Siyasi Hadisələr I. CARİ İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ MƏSƏLƏLƏRİ 1. Ümumiyyətlə, Azərbaycanda siyasi vəziyyət sabitdir. 2003-cü ilin oktyabr ayında ölkədə prezident seçkiləri keçirilmişdir. Rəsmi nəticələrə əsasən, keçmiş Prezident Heydər Əliyevin oğlu cənab İlham Əliyev yeddi rəqib namizədi üstələyərək seçkidə böyük üstünlüklə qalib gəlmişdir. Seçkidən dərhal sonra müxalifət nümayəndələri bu nəticələri qəbul etməkdən boyun qaçırmış və polis və müxalifətçilər arasında toqquşmalar baş vermişdir. Lakin o vaxtdan bəri zorakılıq halları təkrarlanmamışdır və vəziyyət sabit hesab olunur. Cənab İlham Əliyev atasının siyasətini davam etdirəcəyinə vəd verərək yüksək vəzifəli dövlət rəsmilərinin əksəriyyətini yenidən əvvəlki vəzifələrinə təyin etmişdir. Cənab Heydər Əliyev 2003-cü ilin dekabr ayında vəfat etmişdir. 2. Son zamanlar Azərbaycan və Ermənistan Dağlıq Qarabağla əlaqədar ərazi mübahisələrinin sülh yolu ilə həll yolunu tapmaq üçün daha artıq səylər göstərməyə başlamışlar. 2003-cü ilin dekabr ayından etibarən iki ölkənin prezidentləri və xarici işlər nazirləri arasında bir sıra görüşlər keçirilmişdir ki, bu görüşlər, bu istiqamətdə müəyyən irəliləyişin olduğuna dəlalət edir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu danışıqlara vasitəçilik edir. Azərbaycanın cəlb olunduğu başqa bir beynəlxalq mübahisənin, yəni Xəzər dənizinin bölgüsü ilə əlaqədar fikir-ayrılıqlarının da həllində irəliləyiş olmuşdur. 2004-cü ilin mart ayında Bakıda keçirilmiş 2 günlük görüşdə beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinlərindən ibarət işçi qrup dənizin hüquqi statusu ilə əlaqədar konvensiya layihəsinin əlavə bir neçə maddəsi üzərində razılıq əldə etmişdir. Paralel olaraq, Azərbaycan və Türkmənistan dəniz dibinin onlara aid olan hissəsinin müəyyənləşdirilməsi üçün təqribən 2 il ərzində dondurulmuş olan ikitərəfli danışıqlara yenidən başlamışlar 1. B. İqtisadi Dəyərləndirmə və Perspektiv 3. 2003-cü ildə və 2004-cü ilin birinci rübündə Azərbaycanda makroiqtisadi vəziyyət güclü olaraq qalmışdır (Əlavə 1, Cədvəl A1.2). 2003-cü ildə 11.2% səviyyəsində olan artımdan sonra, real ümumi daxili məhsul (ÜDM) 2004-cü il yanvar-mart ayları ərzində, əvvəlki ilin eyni dövrü ili ilə müqayisədə, 10.6% artmışdır. Neft sektoruna 2 2003-cü ildə $2.8 milyarda yüksəlmiş (ÜDM-nin 39.4%-i) böyük xarici birbaşa investisiya (XBİ) axınları artımın aparıcı qüvvəsi olaraq qalmışdır. Azəri-Çıraq-Günəşli neft yataqlarının tam miqyaslı işlənməsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, kreditlərin beynəlxalq kreditorlar tərəfində təsdiqinin yubadılmasına baxmayaraq, yüksək templə davam etmişdir. Bundan başqa, 2003-cü ilin əvvəlində iki iri miqyaslı yeni qaz layihəsi yəni, Xəzər dənizində Şahdəniz qaz yatağının işlənməsi və Şahdənizdən hasil edilən qazı Türkiyəyə nəql edəcək Cənubi Qafqaz Kəmərinin tikintisi icra edilməyə başlamışdır. 4. Karbohidrogen ehtiyatları ilə əlaqədar olan xarici valyuta axınlarının böyüklüyünə baxmayaraq, qiymətlər sabit saxlanmış və real məzənnənin bahalaşmasına yol verilməmişdir. İnflyasiya aşağı təkrəqəmli səviyyədə qalmışdır, eyni zamanda, istehlak qiymətləri indeksi 2003-cü ildə 2.2%, 2004- cü ilin mart ayınadək 12 aylıq dövrdə isə 3.0% artmışdır. 2003-cü ildə milli valyutanın (manat) dollara qarşı nominal məzənnəsi faktiki olaraq dəyişməz qalsa da, real effektiv məzənnə, hesablamalara görə, 13.1% azalmışdır ki, bu, yerli istehsalçılara rəqabətdə üstünlük vermişdir. 1 Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyası dəniz dibinin onlara aid olan hissəsinin orta xətt prinsipi əsasında milli zonalara bölgüsü üçün artıq ikitərəfli sazişlər bağlamışlar. 2 Neft sektoru termini neft və qaz sektorunu ifadə edir.

5. Hökumət sağlam makroiqtisadi siyasətin icrasını davam etdirmişdir. Bir sıra vergilərin azaldılması, dövlət sektorunda maaşların artırılması və kapital xərclərin genişlənməsinə baxmayaraq, 2003-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) da daxil olmaqla icmal büdcədə ÜDM-nin 0.2%-i səviyyəsində artıq qeydə alınmışdır. Eyni zamanda, dünya bazarında neftin qiymətinin gözləniləndən artıq olması nəticəsində əldə olunan gəlirin bir hissəsi gələcəkdə neft qiymətlərinin və nəticədə, büdcənin neftdən daxil olan gəlirlərinin mümkün enmələrinə qarşı ehtiyat kimi saxlanılır. Geniş pul kütləsinin artımı sürətlə davam etsə də (2003-cü ildə 29.8% və 2004-cü ilin ilk 3 ayı ərzində 4.9%), bu, ÜDM-nin sürətli artımı və iqtisadiyyatda maliyyə sektorunun davamlı dərinləşməsi və genişlənməsi nəticəsində, pula tələbin artmasını nümayiş etdirir. 6. Neft sektoru üçün kapital əmtəə və xidmətlərin idxalı kəskin artdığından, cari hesab kəsiri 2003-cü ildə ÜDM-nin 28.3%-nə qədər genişlənmişdir. Ölkəyə XBİ axınları və digər kapital daxilolmalar kəsiri tam maliyyələşdirmiş və nəticədə, ümumi tədiyə balansında $236 milyon artıq qeydə alınmışdır. Nəticədə, ARDNF-in aktivləri də daxil olmaqla, ümumi rəsmi ehtiyatlar 2002-ci ilin yekununda $1.4 milyarddan 2003-ci ilin yekununa $1.6 milyarda qədər artmışdır. Xarici borc orta səviyyədə qalmışdır 2003-ci ilin yekununda dövlət və dövlət zəmanətli borcların cəmi $1.6 milyard (ÜDM-nin 22.0%-i) təşkil etmiş, habelə 2003-cü ildə borca xidmətin əmtəə və qeyri-faktor xidmətlərin ixracına nisbəti 5.0% olmuşdur. 7. Struktur islahatlarında fərqli irəliləyişlər olmuşdur. Dövlət vəsaitlərinin idarə olunmasında şəffaflığın və hesabatlılığın artırılması, dolayı enerji subsidiyalarının aşkar göstərilməsi kimi gözəçarpan irəliləyişlər bəzi sahələrdə əldə olunsa da, başqa sahələrdə inkişaf məhduddur, məsələn: dövlət müəssisələrinin özəlləşdirilməsi, rəqabətin genişləndirilməsi və iqtisadiyyatda inhisarçılığın aradan qaldırılması. 2003-cü ilin oktyabr seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyev struktur islahatlarının sürətləndirilməsini tələb edən fərmanlar imzalamışdır. 2004-cü ilin fevral ayında o, Regionların Sosial-İqtisadi İnkişafı üzrə 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir - bu sənəddə regionların daha tarazlaşdırılmış inkişafına yönəlmiş siyasi tədbirlərin və investisiya layihələrinin geniş çeşidi nəzərdə tutulur. 8. Azərbaycanın orta müddətli perspektivi müsbətdir. 2004-cü ildə neft sektoruna geniş XBİ daxilolmaları və daha sonra neft və qaz hasilatının və ixracının sürətlə genişlənməsinin təsirinə məruz qalan ÜDM artımının ən azı bu onilliyin sonuna qədər intensiv olacağı proqnozlaşdırılır. Lakin neft sektorunda bu canlanma Azərbaycan üçün yalnız geniş imkanlar deyil, həm də problem yaradır. Bir çox başqa neftlə zəngin ölkələrin üzləşdiyi ehtiyаtlаrın lənətindən qaçınmaq üçün Azərbaycan (i) karbohidrogen ehtiyatlarının istismarı ilə əlaqədar ölkəyə geniş valyuta daxilolmalarının mövcudluğu şəraitində makroiqtisadi sabitliyi qoruyub saxlamalıdır; (ii) ölkəyə birdən-birə daxil olan geniş neft gəlirlərini müəyyən müddət üçün optimal surətdə paylaşdırmalı və əhalinin bütün təbəqələrinin, xüsusilə yoxsulların, mənafeləri üçün səmərəli istifadə etməlidir; və (iii) iş yerlərini artırmaq və tarazlaşdırılmış davamlı artıma nail olmaq üçün qeyri-neft sektorunun inkişafını dəstəkləməlidir. C. Ölkə üzrə Strategiya və Proqramın Mövcud Vəziyyətlə Əlaqəsi 9. Ölkə üzrə Yenilənmiş Strategiya və Proqram (ÖYSP) (2004-2006) aralıq əməliyyatlara dair strategiyaya (AƏS) 3 əsaslanır və Asiya İnkişaf Bankının (AİB) dörd strateji baxımdan seçilmiş sahədə və ya sektorda yardım göstərməsi üçün tutarlı əsaslar təqdim etməkdə davam edir; bu sahələrə məcburi köçkünlərə (MK) yardım; kənd təsərrüfatı və kənd yerlərinin inkişafı; sosial infrastruktur (ilk növbədə, su təchizatı, kanalizasiya sistemi və uşaqların inkişafı); və yollar aiddir. Bu sektorlar və ya sahələr yeni ölkə strategiyası hazırlanana qədər AİB-in əsas fəaliyyət istiqamətləri olaraq qalmaqdadır. 2 3 AİB. 2000. Azərbaycan üzrə İqtisadi Hesabat və Aralıq Əməliyyatlara dair Strategiya. Manila.

10. 2005-ci ildə hökumətlə dialoq şəraitində ölkə üzrə tam strategiya və proqram (ÖSP) hazırlanacaqdır. ÖSP çərçivəsində, AƏS-in strateji istiqamətinin gerçəkləşdirilməsi baxımından əldə edilmiş irəliləyiş qiymətləndiriləcək və əgər ehtiyac olarsa, yeni strateji istiqamətlər təklif ediləcəkdir. Hökumətin yoxsulluqla mübarizəyə dair milli strategiyasının icrası istiqamətində son ildə gördüyü işlər (bənd 12), habelə hökumətin bu yaxınlarda təsdiq etdiyi Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramında əks olunmuş yeni istiqamətlər ÖSP hazırlanarkən tam nəzərə alınacaqdır. 3 II. ÖLKƏ ÜZRƏ STRATEGİYA VƏ PROQRAMIN İCRASI A. Yoxsulluğun Azaldılması Sahəsində İrəliləyişlər 11. Yeni minillikdə hökumətin qarşısında duran əsas problem, əvvəl olduğu kimi, ölkədəki ağır yoxsulluq vəziyyətini aradan qaldırmaqdır. 2002-ci il tarixli Ev Təsərrüfatı Büdcəsi Sorğusundan qaynaqlanan və sonradan dəqiqləşdirilmiş məlumatlara əsasən, 2002-ci ildə Azərbaycan əhalisinin 46.7%-i milli yoxsulluq həddindən aşağı səviyyədə, əhalinin 10%-i isə ifrat yoxsulluq şəraitində yaşayırdı. 4 Məlumatların ziddiyyətliliyi Minilliyin İnkişaf Məqsədlərinə (MİM-lər) doğru irəliləyişə mane olsa da, ümumi göstəricilər ona dəlalət edir ki, son illər ərzində bir neçə sahədə inkişaf olmuşdur. MİM, sosial, və ekoloji göstəricilər Əlavə 1, A1.1, A1.3 və A1.4 Cədvəllərində müvafiq olaraq təqdim edilmişdir. 12. Keçən il ərzində hökumət yoxsulluğun azaldılması üzrə özünün yeni milli strategiyasının - Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının (YAİİDP) icrası ilə məşğul olmuşdur. 5 2004-cü il mayın ayının 26-ı, proqramın icra olunduğu ilk ildə əldə edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi və YAİİDP-in ikinci ili üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi üçün Bakıda yoxsulluqla mübarizə mövzusunda yüksək səviyyəli milli konfrans keçirilmişdir. Konfrans üçün hazırlanmış proqramın icrasına dair hesabat 6 məlumatlandırıcı xarakterli və şəffaf idi və beynəlxalq donorlar tərəfindən yaxşı qəbul edilmişdi. YAİİDP-in ilkin icrası ümumiyyətlə, əksər gözləntiləri doğrultmaqla yanaşı, hökumət daxilində və hökumət və donor təşkilatları arasında yoxsulluğun azaldılmasına dair məsələlərlə əlaqədar dialoqun qurulması üçün əla çərçivə rolu oynamışdır. YAİİDP-in ikinci icra ilində əsas məqsədlər (i) YAİİDP-in siyasi matrisasında olan fəaliyyətlərin prioritet sırasını və ardıcıllığını təkmilləşdirmək, (ii) yoxsulluqla mübarizə sahəsində realistik məqsədləri razılaşdırmaq və (iii) razılaşdırılmış məqsədlərin monitorinqini başlamaqdır. AİB YAİİDP Katibliyinin 7 potensialını artırmaqla YAİİDP-in icrasına yardımını davam etdirəcəkdir. Proqramın icrasına dair hesabatın keyfiyyətinin qənaətbəxş olması nəzərə alınaraq, ondan ÖSP-in hazırlanması zamanı yoxsulluq komponentinin qiymətləndirilməsi üçün istifadə ediləcəkdir. B. Ölkə üzrə Strategiya və Proqramın Əsas Sahələri üzrə Nailiyyətlər 13. Bugünə qədər, AİB Azərbaycan üzrə bir kredit, 11 texniki yardım (TY) layihəsi və Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondunun iki qrantını təsdiq etmişdir. Azərbaycanda AİB-in dövlət 4 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2004. 2003-cü il üzrə Ev Təsərrüfatı Büdcəsi Sorğusunun Əsas Nəticələri. Bakı, Azərbaycan. 5 Azərbaycan Respublikası. 2003. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı: 2003-2005. Bakı, Azərbaycan. 6 Azərbaycan Respublikası. 2004. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı: İllik Hesabar, 2003. Bakı, Azərbaycan. 7 AİB. 2003. Azərbaycan Respublikasına Yoxsulluğun Azaldılması üzrə Orta Müddətli Strategiyanın İcrası üçün Potensialın Gücləndirilməsi məqsədilə Texniki Yardım. Manila (TY 4087-AZE, $650,000 məbləğində, 11 mart 2003- cü il tarixində təsdiq edilmişdir). YAİİDP-in formalaşması prosesinə yardım etmiş digər TY-lara aiddir: AİB. 2001. Azərbaycan Respublikasına Yoxsulluğa dair Məlumatların Təhlili sahəsində Potensialın Gücləndirilməsi üçün Texniki Yardım, Manila (TY 3664-AZE $150,000 məbləğində, 5 iyun 2001-ci il tarixində təsdiq edilmişdir) və AİB. 2001. Azərbaycan Respublikasına Yoxsulluğun Azaldılması üzrə Orta Müddətli Milli Strategiyanın Hazırlanması üçün Texniki Yardım. Manila (TY 3788-AZE $150,000 məbləğində, 7 dekabr 2001-ci il tarixində təsdiq edilmişdir).

sektoruna kreditvermə əməliyyatlarının erkən mərhələdə olması nəzərə alınarsa, strateji sektor məqsədlərinin gerçəkləşdirilməsində AƏS-da gözlənilənlə müqayisədə nisbətən az irəliləyiş olmuşdur. Buna baxmayaraq, məcburi köçkünlərə yardım və üç sektor prioritetləri (kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, sosial infrastruktur və nəqliyyat) AİB-in diqqət mərkəzində dəyişməz olaraq qalmışdır. 1. Məcburi Köçkünlərə Yardım 14. Məcburi köçkünlər (MK-lər) ölkədə mövcud olan ən yoxsul və ağır vəziyyətdə yaşayan qruplardan biri olaraq qalmaqdadır və bu səbəbdən, MK-lər YAİİDP-də əhalinin xüsusi qayğıya ehtiyacı olan mühüm qrupu kimi müəyyən edilmişlər. Bütövlükdə, məcburi köçkün düşmüş əhalinin 63%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, halbuki ümumi əhalinin 47%-i bu vəziyyətdədir. MK-lərin və qaçqınların ümumi sayı təqribən 1 milyon hesablanmışdır, onlardan təqribən 575,000 nəfəri MK-lərdir. Hesablamalara görə, MK-lərin təqribən 150,000 nəfəri hələ də ictimai binalarda, çadır düşərgələrində, qazma evlərdə, yarımçıq tikilmiş binalarda və dəmir yolu vaqonlarında yaşayırlar. MK-lər münasib su təchizatı və kanalizasiya sisteminin, habelə səhiyyə və təhsil xidmətlərinin olmamasından hələ də əziyyət çəkirlər. Zəif qidalanma, o cümlədən körpə ölümü, MK əhali arasında çox geniş yayılmışdır (10% təşkil edən ümummilli göstərici ilə müqayisədə 26%). MKlər arasında işsizlik ciddi problemdir, hesablamalara görə, 2002-ci ildə qaçqınların və MK-lərin 47%-i işsiz idi. Ümumdünya Ərzaq Proqramının məlumatlarına əsasən, öz ilkin ərzaq və qeyri-ərzaq ehtiyaclarını ödəmək iqtidarında olmayan MK-lərin xüsusi çəkisi 1998-ci ildən 2001-ci ilə qədər 16% artmışdır. 15. YAİİDP-də bir sıra yardım istiqamətləri müəyyən edilmişdir ki, bunlara atəşkəs xəttinə yaxın yerləşən işğal olunmamış ərazilərin bərpası, ailələrin ev şəraitinin yaxşılaşdırılması, MK düşərgələrində infrastrukturun yenilənməsi, MK-lərin işlə təmin olunma, təhsil və səhiyyə məsələlərinin həlli və yeni repatriasiya planının hazırlanması da aiddir. 2001-ci ildən etibarən hökumət MK əhalinin ehtiyaclarını 1990-cı illərlə müqayisədə daha fəal təmin etmişdir. 2001, 2002-ci illərdə prezident tərəfindən MK-lərin vəziyyəti ilə əlaqədar bir neçə fərmanının imzalanması, eyni zamanda, Dövlət Neft Fondundan (DNF) geniş vəsaitin ayrılması nəticəsində, MK-lərin sosial-iqtisadi durumu yaxşılaşmışdır. AİB, Mingəçevir şəhərində pilot layihəni maliyyələşdirərək, 412 ev təsərrüfatının yeni qəsəbəyə köçürülməsinə və köçürülən MK-lər tərəfindən tutulmuş məktəblərin bərpasına yardım edir. 8 İlkin sosial infrastrukturun yaradılması məqsədi daşıyan ikinci layihə 2005-ci ilə proqramlaşdırılıb və ona aşağıdakı fəaliyyətlərdən biri və ya bir neçəsi daxil edilə bilər: (i) MK-lərin yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün davamlı yardım və yeni qəsəbələrin tikintisi, (ii) MK uşaqların və gənclərin təhsil imkanlarının yaxşılaşdırılması və (iii) bilavasitə yaşayış üçün zəruri vəsaitlərin qazanılması və gəlir gətirən fəaliyyətlərlə məşğul olma imkanlarının dəstəklənməsi. 2. Sektor üzrə Prioritetlər 16. Ümumiyyətlə, keçən il ərzində AİB cari AƏS-in sektor üzrə məqsədlərinin gerçəkləşdirilməsində orta səviyyəli irəliləyişə nail olmuşdur. Ən böyük inkişaf kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sektorunda qeydə alınmışdır; AİB ilk kreditini bu sektora (daşqınların təsirinin azaldılması üçün) təqdim etmiş və kənd yerlərində maliyyələşmənin inkişafına yardımı sürətləndirmişdir. a. Kənd Təsərrüfatı və Kənd Yerlərində İnkişaf 17. Daşqınların Təsirinin Azaldılması. Daşqınların təsirinin azaldılmasında iştirak Azərbaycanda baş verən ciddi və təkrarlanan daşqınlarla mübarizədə AİB-in hökumətə kömək üçün göstərdiyi birbaşa cavab tədbiridir. Daşqınların nəticəsində, böyük insan tələfatı və əmlak itkisi olmuş, gəlir qazanma imkanları azalmışdır. Bundan başqa, daşqınlar yoxsul əhalinin yaşayış şəraitini 4 8 AİB. 2002. Məcburi köçkünlərin Mingəçevir rayonuna inteqrasiyası üzrə Azərbaycan Respublikasına Texniki Yardım. Manila. (JFPR 9013-AZE, $2.5 milyon məbləğində, 30 yanvar, 2002-ci il l tarixində təsdiq edilmişdir). Təkrar yerləşdirmə üçün yeni ərazi 8 iyun 2004-cü il tarixində inauqurasiya edilmişdir.

pisləşdirmiş, yoxsulluğun azaldılması sahəsində əldə edilmiş nailiyyətləri heçə endirmiş və bir çox hallarda yoxsul olmayanların yoxsulluq vəziyyətinə düşməsinə səbəb olmuşdur. Nə qədər ki, ərazilər daşqın sularından qorunmur, müəyyən kənd ərazilərində aktivlər bazası bütövlükdə təhlükə altında qalmaqdadır. Bu ümdə ehtiyacı təmin etmək üçün AİB 2003-cü ilin sonunda daşqınların təsirinin azaldılması üzrə kredit təqdim etdi. 9 Kredit çərçivəsində Azərbaycanın daşqına meylli dörd zonasında yerləşən 12 rayonunda daşqın problemi ilə məşğul olunur və daşqından mühafizə üçün həm struktur, həm də qeyri-struktur tədbirləri nəzərdə tutulur. Qeyri-struktur tədbirlərinə çay hövzəsinin idarə olunması, daşqınların proqnozlaşdırılması və əhaliyə xəbərdarlıq, daşqın zonalarının müəyyənləşdirilməsi və daşqına hazırlıq sahəsində potensialın gücləndirilməsi aiddir. Çay hövzəsinin inteqrativ idarə edilməsinə başlamaq məqsədilə Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi çay hövzəsi və daşqınların idarə edilməsi üzrə bölmənin yaradılmasına birgə məsləhətçi texniki yardım göstərilmişdir. 10 5 18. Mikro Maliyyələşdirmə və Kənd Yerlərində Maliyyələşdirmənin İnkişafı. Kənd yerlərinin inkişafına mane olan zəif inkişaf etmiş maliyyə xidmətləri problemini həll etmək məqsədilə, kənd yerlərində və Bakı xaricində icmalar arasında bank və mikro kredit fəaliyyətlərini genişləndirmək üçün AİB bu sahəyə dəstək göstərəcəkdir. Bu yardım Bakı xaricində yerləşən regionların inkişafına dair bu yaxınlarda imzalanmış fərmandan sonra göstərilmişdir (bu, YAİİDP-də yoxsulluğun azaldılması üzrə nəzərdə tutulan konkret tədbirlərdən biridir) və hökumət tərəfindən xüsusi əhəmiyyətli yüksək prioritet hesab edilir. 11 Kənd yerlərində davamlı mikro maliyyələşdirmənin inkişafı və özəl bank xidmətlərinin genişləndirilməsi həm AƏS, həm də AİB-in Mikro Maliyyələşdirmə Strategiyasının məqsədlərinə 12, habelə maliyyə sektorunun inteqrativ genişlənməsi məqsədinə uyğundur. Bu tədbirin mühüm əhəmiyyət kəsb edən icra müddəti Azərbaycanda kənd təsərrüfatı və kənd yerlərinin inkişafının həlledici əhəmiyyətli əlaqələndirilməsinə uyğun olacaqdır. 19. Hazırda Azərbaycanda 41 özəl və iki dövlət mülkiyyətində olan kommersiya bankı vardır. $1 milyard (ÜDM-un 14.5%-i) məbləğində fərqli tərkibli aktivləri olan bank sistemi Azərbaycanın maliyyə sektorunda dominant mövqe tutur. 13 Maliyyə sisteminin zəif tərəflərinə - həm fiziki mövcudluq, həm də bütün əhaliyə maliyyə xidmətlərinin göstərilməsi baxımından nüfuzetmənin olmaması; qanunların və korporativ idarəetmənin və tənzimləyici nəzarətin zəif inkişafı; depozitləri qəbul edən qurumlara və investisiya imkanlarına etibarın olmaması; çox sayda kreditlərin geri qaytarılmaması; və maliyyə xidmətlərinə olan ehtiyacı ödəmək üçün yeni xidmətlərin tətbiq edilməməsi aiddir. Faktiki olaraq bütün maliyyə xidmətləri Bakida neft, tikinti və ticarət sahələrində təmərküzləşmişdir. Bakı xaricindəki ərazilərdə maliyyə xidmətləri nominal xarakter daşıyır, burada kənd təsərrüfatı və əlaqədar aqro bizneslərin maliyyələşdirilməsinə diqqət yetirilmir. 20. Hazırda Bakı xaricindəki ərazilərdə maliyyə ehtiyaclarının ödənilməsi üçün kənd yerlərindəki ev təsərrüfatlarının şəxsi əmanətləri, Bakı və xaricdəki qohumların pul köçürmələri, sələmçilər və digər qeyri-rəsmi mənbələrin müxtəlif kombinasiyalarından və (az miqyasda) banklardan istifadə edilir. Tələb haqqında məlumatlar ona dəlalət edir ki, kənd əhalisinin 65%-nin kiçik və orta müəssisələrin inkişafı və fermalara orta və uzun müddətli yatırımlar üçün əhəmiyyətli miqdarda əlavə kreditlərə real tələbatı vardır. İl ərzində $740 milyon məbləğinə qədər kredit bazarına ehtiyacın olmasını asanlıqla gözləmək olar, lakin hazırda $1 milyard həcmində aktivləri olan bank sistemi belə tələbə xidmət göstərmək iqtidarında deyildir. 9 AİB. 2003. Azərbaycan Respublikasına Daşqınların Təsirinin Azaldılması üçün Təklif edilən kreditlə əlaqədar Direktorlar Şurasının Sədrinin Tövsiyəsi və Hesabat. Manila (Kredit 2068-AZE, $22 milyon məbləğində, 19 dekabr 2003-cü il tarixində təsdiq edilmişdir). 10 AİB. 2002. Çay Hövzəsi və Daşqınların İdarə edilməsinin Planlaşdırılması üzrə Azərbaycan Respublikasına Texniki Yardım. Manila. (TY 4301-AZE, $500,000 məbləğində, 19 dekabr 2003-cü il tarixində təsdiq edilmişdir). 11 2004-cü ilin fevral ayında, hökumət bilavasitə AİB-in Prezidentinə məktubla müraciət edərək kənd yerlərində kredit fəaliyyətinin inkişaf etdirilməsi üçün kredit və qrant təqdim etməyi xahiş etdi. Hökumət bu layihələrin çevik işlənilməsini və 2004-cü ilin sonuna təsdiq olunmağa hazır olmasını xahiş etdi. 12 AİB. 2000. Yoxsul təbəqəyə kreditlərin verilməsi: Mikro Maliyyələşdirmənin İnkişafı Strategiyası. Manila. 13 Qalan bank olmayan maliyyə qurumlarına kənd təsərrüfatına kredit verən dövlətə məxsus təşkilat, 11 mikro kredit qurumu, 28 kiçik kredit ittifaqı, 30 lombard, 27 sığorta şirkəti və 3 lizinq şirkəti daxildir.

21. AİB-in təklif etdiyi yardım kredit, məsləhətçi TY və YAYF qrantı üçün müraciəti nəzərdə tutur. İki TY layihələri 14 çərçivəsində aşağıdakı hazırlıq işləri aparılaraq təklif olunan yardım üçün səmərəli baza yaradılmışdır: mikro kredit qurumları haqqında qanun layihəsinin və kredit ittifaqlarının fəaliyyətini tənzimləyən mövcud qanun və normativ-hüquqi aktlara düzəlişlərin hazırlanması; kənd yerlərində maliyyələşdirmə qurumlar və mikro kredit qurumları, ev təsərrüfatları və benefisiarlar üzrə ətraflı sorğuların aparılması; və Azərbaycanda kənd yerlərində maliyyələşdirmə və mikro kredit mövzusunda ilk milli seminarın təşkili. b. Sosial İnfrastruktur 22. Su Təchizatı və Kanalizasiya Sistemi. AİB-in su təchizatı və kanalizasiya sistemi sektorunda fəaliyyətinin məqsədi infrastrukturu genişləndirmək və yeniləmək, xidmətlərin desentralizasiyası üçün institusional islahatları dəstəkləmək və müvafiq əməliyyat və idarəetmə potensialına malik olan yeni su kommunal xidmətini yaratmaqdır. Bu məqsədlə AİB ikinci dərəcəli şəhərlər olan Göyçay, Ağdaş və Naxçıvanda su təchizatı və kanalizasiya sistemi xidmətlərinin bərpası üçün investisiya layihəsinin hazırlanmasına qrant ayırmışdır. Təklif edilən investisiya layihəsi təhlükəsiz sudan və kanalizasiya sistemi xidmətlərindən istifadə imkanını genişləndirməklə üç şəhərdə insanların yaşayış və sağlamlıq şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bununla əlaqədar məsləhətçi TY su təchizatı və kanalizasiya sistemi xidmətlərinin səmərəli idarə edilməsi və su ehtiyatlarının inteqrativ idarə edilməsi sahələrində hökumətin potensialını gücləndirəcəkdir. 23. Erkən Uşaqlıq Dövründə İnkişaf. AİB-in erkən uşaqlıq dövründə inkişaf (EUDİ) subsektorunda iştirakı hökumətin YAİİDP-da izhar etdiyi uşaqların sağlamlığı və təhsili ilə əlaqədar narahatçılıqlarla bağlı prioritet kimi müəyyən edilmiş tədbirlərlə əlaqədardır. Təklif edilən EUDİ layihəsində EUDİ çərçivəsində zəif qidalanma, xəstələnmə və ölüm məsələləri ilə məşğul olunaraq sağlamlıqla bağlı həlledici əhəmiyyətli MİM-lərin gerçəkləşdirilməsinə töhfə veriləcəkdir. AİB layihəsi psixoloji inkişafın təbliği, habelə qidada mikro elementlərin çatışmazlığının və geniş yayılmış uşaq xəstəliklərindən ölüm hallarının azaldılmasına xüsusi diqqət yetirərək, 8 yaşa qədər uşaqların inkişaf səviyyəsini yaxşılaşdırmaq məqsədini daşıyır. c. Nəqliyyat 24. AİB-in nəqliyyat sektoruna göstərdiyi yardımın əsas mahiyyəti fiziki reabilitasiya işləri, sektorda fəaliyyət göstərən qurumlarda institusional islahatların aparılması və əsas regional yol xətlərinin inkişafından ibarət olacaqdır. Coğrafi baxımdan bu yardım regionların daha mütənasib inkişafını dəstəkləmək üçün Bakı xaricindəki ərazilərdə həyata keçiriləcəkdir. Hökumət bu yaxınlarda, 2004-2008-ci illər üzrə Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, iki əsas magistral dəhlizin (mərkəzi və şimal-cənub) bərpasını daha yüksək prioritet kimi müəyyən etmişdir. AİB layihələrinin məqsədi mərkəzi yol dəhlizinin iki hissəsini, şimal-cənub yol dəhlizinin isə bir hissəsini bərpa etməkdir. AİB-in sektor üzrə siyasi dialoqu nəqliyyat nazirliyinin siyasət hazırlama və tənzimləyici potensialının artırılması, yollarda təhlükəsizliyin yüksəldilməsi, nəqliyyat vasitələrindən havaya buraxılan tullantıların azaldılması və yollara texniki qulluq sahəsinə özəl sektorun cəlb edilməsi məsələlərini əhatə edə bilər. 3. Tematik Prioritetlər 25. ÖYSP-də (2004-2006) AİB-in fəaliyyəti ilə əlaqədar tematik prioritetlər üzrə təqdim edilən təhlil öz qüvvəsini və münasibliyini saxlamaqdadır. Lakin dörd seçilmiş sahə üzrə təhlil yenilənmişdir və məhz həmin sahələr 2004-cü il üzrə qiymətləndirmələrin diqqət mərkəzində dayanacaqdır. 6 14 AİB. 2002. Mikro Maliyyələşdirmə Sektorunun İnkişafı üçün Azərbaycan Respublikasına Texniki Yardım.Manila. (TY4093-AZE $400,000 məbləğində, 2003-cü il 11 aprel tarixində təsdiq edilmişdir). AİB. 2002. Orta Asiyada Kənd Yerlərində Maliyyələşdirmə üzrə Regional Texniki Yardım, Manila. (TY 6078- RƏ $600,000 məbləğində, 18 dekabr 2002-ci il tarixində təsdiq edilmişdir). 15 AİB. 2001. Şəhər Yerlərində Su Təchizatı və Kanalizasiya Sistemi üzrə Azərbaycan Respublikasına Texniki Yardım, Manila. (TY3774-AZE $740,000 məbləğində, 15 noyabr 2001-ci il tarixində təsdiq edilmişdir).

7 a. Yaxşı İdarəetmə 26. Sağlam idarəetmə iqtisadi və sosial inkişaf üçün həlledici əhəmiyyət kəsb edir. Biznes və investisiya mühitini yaxşılaşdırmaq və bazar iştirakçılarının şəffaflığı və hesabatlılığını təmin etmək üçün dövlət bazarı yaxşılaşdırmalıdır. Bu mənada, müasir bazar iqtisadiyyatını tənzimləmək, hökumətin fəaliyyətlərində şəffaflığı və açıqlığı təşviq etmək, özəl sektor iştirakçılarının öz adamları ilə əməliyyatlar aparmasına üstünlük verməsi meyli ilə effektiv mübarizə aparmaq və dövlətin tənzimləyici funksiyasının onun kommersiya maraqlarından ayrılmasına nail olmaq üçün Azərbaycan öz institusional potensialını inkişaf etdirməlidir. Hökumətə sağlam rəqabətə şəraitin yaradılması və inhisarçı hərəkətlərin məhdudlaşdırılması sahəsində effektiv bazanın yaradılmasında yardım etmək üçün AİB müəyyən işlərin icrasına başlamışdır. Effektiv anti-inhisar səlahiyyətlərinə malik müasir rəqabət siyasəti çərçivəsinin yaradılmasında hökumətə yardım etmək üçün məsləhətçi TY göndərilmişdir. 16 Eyni zamanda, 2004-cü ildə AİB idarəetmənin qiymətləndirilməsi üzrə hazırlıq işlərinə başlayacaqdır bu qiymətləndirmənin nəticələri həm Azərbaycanın hakimiyyət orqanları ilə idarəetmə məsələləri ilə əlaqədar aparılacaq siyasi dialoq üçün, həm də AİB-in fəaliyyətləri üçün son dərəcə əhəmiyyətli töhfə olacaqdır. b. Özəl Sektorun İnkişafı 27. Qeyri-neft sektorunun inkişafına yardım üzrə AƏS strategiyasına uyğun olaraq, AİB özəl sektorun cəlb olunduğu münasib layihələri ilə bu sektora öz yardımını göstərəcəkdir. Özəl sektor əməliyyatları üzrə çərçivə razılaşması artıq hökumətlə müzakirə edilmiş və geniş miqyasda razılaşdırılmışdır və bu çərçivə imzalandıqdan sonra AİB Azərbaycanda özəl fəaliyyətlərə dəstək verməyin mümkün yollarını yaxından araşdıracaqdır. Hökumət xarici investisiyaları dəstəkləmək üçün yeni qanunvericilik icra etmiş, habelə bank qanunvericiliyini gücləndirmişdir. Beynəlxalq standartları özündə əks etdirən yeni mühasibat qanunları hazırda parlament tərəfindən nəzərdən keçirilir. Eyni zamanda, hökumət özəlləşdirmə fəaliyyətini davam etdirir və artıq bir sıra elektrik-paylama şirkətlərini güzəştli sazişlərdən istifadə edərək uğurla satmışdır. AİB özəl sektorun qiymətləndirilməsi üzrə hesabat hazırlayır və həmin sənəddə özəl sektorun inkişafı üzrə dövlət siyasətinə baxılacaq və potensial yardımın göstərilə biləcəyi sahələr müəyyənləşdiriləcəkdir. c. Ətraf-mühitin Qorunması 28. YAİİDP-a uyğun olaraq və digər əlaqədar dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2003-cü ildə Azərbaycanın Prezidenti tərəfindən təsdiq edilmiş 2003-2010-cu illər üzrə Ekoloji Cəhətdən Dayanıqlı Sosial-İqtisadi İnkişafa dair Milli Plan hazırlamışdır. Bu proqram ətraf-mühitin qorunması ilə bağlı sahələrdə aparılan fəaliyyətlərin daha yaxşı əlaqələndirilməsini tələb edir və aktual ekoloji problemləri müəyyənləşdirir. 2004-cü ildə AİB ekologiya ilə əlaqədar olan iki fəaliyyətin icrasına başlayacaqdır: (ı) ehtiyacların miqyasını və şəhər yerlərinin ekoloji gündəliyində qaldırılan ekoloji tədbirlərin icrasının vacibliyini təyin etmək üçün şəhər yerlərinin ekoloji profili, və (ıı) hökumətin ekoloji siyasətlərini nəzərdən keçirmək və AİB-in mümkün yardımı üçün münasib sahələri tövsiyə etmək üçün ölkə üzrə ekoloji təhlil. 17 d. Gender və İnkişaf 29. YAİİDP-a uyğun olaraq, hökumət Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının icrasını təmin etmək üçün müəyyən fəaliyyətlər həyata keçirmişdir. Regional TY çərçivəsində gender üzrə 16 AİB. 2003. Rəqabət Siyasəti Çərçivəsinin Hazırlanması üçün Azərbaycan Respublikasına Texniki Yardım. Manila. (TY4126-AZE $250,000 məbləğində, 13 iyun 2003-cü il tarixində təsdiq edilmişdir). 17 İkinci fəaliyyət AİB tərəfindən maliyyələşdiriləcəkdir. 2003. Ekoloji Mülahizələrin Dövlət Siyasətləri, Planları və Proqramlarına Daxil edilməsi üzrə Regional Texniki Yardım, Manila. (RETY6095 $550,000 məbləğində, 11 mart 2003-cü il tarixində təsdiq edilmişdir).

8 vəziyyətin qiymətləndirilməsi aparılacaqdır ki, bu zaman hökumətin gender siyasəti nəzərdən keçiriləcək və yoxsulluğun azaldılması üçün əsas gender məsələləri müəyyənləşdiriləcəkdir. 18 C. Xarici Maliyyələşdirmənin Əlaqələndirilməsi 30. AİB Azərbaycanda həyata keçirdiyi fəaliyyətləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), BMT-nin Uşaq Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və İslam İnkişaf Bankı, habelə ölkədə nümayəndəlikləri olan ikitərəfli yardım qurumları da daxil olmaqla, digər beynəlxalq qurumlarla yaxından əlaqələndirir (bax: Əlavə 1, Cədvəl A1.5). Öz ilkin fəaliyyətlərinin istiqamətləndirilməsində Dünya Bankının ölkədəki uzunmüddətli fəaliyyəti və təcrübəsindən bəhrələndiyi üçün AİB öz fəaliyyətlərini Dünya Bankı ilə daha sıx əlaqələndirir. Bu il AYİB, BMTİP və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də daxil olmaqla bir neçə kreditor təşkilat yeni ölkə strategiyası hazırlayır; adı çəkilən qurumların işin bir hissəsini öz üzərilərinə götürəcəyi nəzərə alınarsa, bu, AİB üçün builki tematik və sektor qiymətləndirmələrinin və 2005-ci ildə ÖSP-in hazırlanması ilə əlaqədar öz fəaliyyətlərini koordinasiya etməsi üçün gözəl imkan yaradır. 31. Özünün kredit proqramı ilə əlaqəli şəkildə, AİB Azərbaycandakı fəaliyyətləri çərçivəsində mühüm sektor prioritetləri və tematik prioritetlərin həlli üçün həm rəsmi, həm də kommersiya mənbələrindən birgə maliyyələşdirməni davam etdirəcəkdir. Bu mənada, 2004-2007-ci illər ərzində İslam İnkişaf Bankından, habelə Səudiyyə Fondu və OPEK Beynəlxalq İnkişaf Fondundan əhəmiyyətli vəsaitin cəlb olunacağı gözlənilir. AİB, xüsusilə özünün kreditin genişləndirilməsi alətindən istifadə də daxil olmaqla, dəstəklədi layihələrin müvafiq maliyyələşdirilməsi yollarını təyin etmək üçün hökumətlə müzakirələr aparacaqdır. TY-lar baxımından, AİB müvafiq TY əməliyyatlarını əlaqələndirmək üçün öz işlərini eyni sahələrdə fəaliyyət göstərən digər kreditor təşkilatlarla əlaqələndirəcəkdir. III. PORTFOLİONUN İDARƏ EDİLMƏSİ İLƏ ƏLAQƏDAR MƏSƏLƏLƏR 32. Azərbaycan üzrə Investisiyaların yaşı kifayət qədər azdır ilk kredit yalnız 2003-cü ilin dekabr ayında təsdiq edilmişdir. Kredit sazişinin 2004-cü ilin ortasında imzalanacağı və 2004-cü ilin üçüncü rübündə qüvvəyə minəcəyi gözlənilir. TY proqramı üzrə zəruri proseduraların təmin edilməsi və proqramın icrası hökumətin AİB-in proseduraları ilə zəif tanışlığı üzündən hələ də yubadılır. 2004-cü ilin ortalarında daimi nümayəndəliyin açılacağı gözlənilir ki, bu, layihələr üzrə proseduraların icrasına və layihələrin həyata keçirilməsinə müsbət təsir göstərməlidir. IV. ÖLKƏ ÜZRƏ VƏZİYYƏT VƏ YARDIMIN SƏVİYYƏLƏRİ A. Təklif edilən Kredit Səviyyəsi 33. Azərbaycan B1 ölkələr qrupuna daxil edilmişdir və bu, Azərbaycana, əsasən, Asiya İnkişaf Fondundan (AİF) vəsait almaq hüququ verir. AİF vəsaitləri 2004-cü ilin sonunda yekunlaşdırılacağı gözlənilən vəsaitin mövcud vəziyyət əsasında ayrılması üzrə (VMVƏA) yenilənmiş siyasətə uyğun şəkildə ayrılacaqdır. Planlaşdırma məqsədləri üçün ayrılan illik vəsait 2004-2006-cı illər üzrə $17.1 milyon həcmində təsbit edilmişdir, lakin bu rəqəm yenilənmiş VMVƏA siyasətindən asılı olaraq dəyişdirilə bilər. 18 Orta Asiyada Gender Sahəsinin Yoxsulluğun Azaldılması Strategiyasına daxil edilməsi üzrə təklif edilən regional TY.

9 34. Eyni zamanda, Azərbaycanın AİB-in adi kapital ehtiyatlarından (AKE) maliyyələşdirilən məhdud həcmli kredit yardımı almaq hüququ vardır. 19 Bu yaxınlarda hökumət AKE vəsaitlərindən istifadə etmək arzusunda olduğunu bir daha təsdiq etmişdir və ilk AKE kreditinin 2004-cü ilin sonunda təsdiq oluna bilməsi üçün proseduraların çevik icrası razılaşdırılmışdır. 2005-2006-cı illər üzrə proqrama AKE vəsaitlərindən maliyyələşdirilən üç kredit layihəsi və həm AKE, həm də AİF vəsaitlərindən maliyyələşdirilən bir kredit daxildir. B. Qeyri-Kredit Proqramı 35. 2005-2006-cı illər üzrə TY proqramına cəmi $5.5 milyon məbləğində olan 12 layihə daxildir (Əlavə 1, Cədvəl A1.7). Planlaşdırılmış TY proqramının icrası üçün TY üzrə ayrılan illik vəsaitdən daha artıq məbləğ tələb olunacaqdır. Birgə maliyyələşdirmə imkanlarının tapılması üçün bütün səylər göstəriləcəkdir. 36. Kreditlə əlaqədar olmayan dəstək dedikdə bir sıra iqtisadi, tematik və sektor işləri nəzərdə tutulur. AİB hökumətə yoxsulluğun azaldılması strategiyasının hazırlanması və icrasında kömək etmişdir; 2004-cü ildə idarəetmə, özəl sektor, ətraf-mühit və gender üzrə qiymətləndirmələrin keçirilməsi planlaşdırılır. C. Dəyişikliklərin Xülasəsi 37. Proqrama təklif olunan dəyişikliklərin son ÖYSP ilə müqayisəsinin xülasəsi aşağıdakı cədvəldə təqdim edilmişdir. Əsas dəyişikliklər Mikro Maliyyələşdirmə və Kənd Yerlərində Maliyyələşdirmənin İnkişafı Layihəsi və Mərkəzi Dəhliz Yollarının Bərpası II Layihəsinin əlavə edilməsi və Şimal-Cənub Dəhliz Yollarının Bərpası Layihəsinin təxirə salınmasından ibarətdir. İstinad üçün 2004-cü il üzrə Kredit Növləri üzrə Yardım Proqramı və 2004-cü il üzrə Qeyri-Kredit Layihələri və Xidmətləri üzrə Yardım Proqramı müvafiq olaraq Əlavə A4.1 və Əlavə A4.2-də təqdim edilmişdir. Cədvəl 1: Proqrama təklif olunan dəyişikliklər Dəyişiklik İl Kredit Proqramı Qeyri-kredit proqramı Əlavə edilib 2004 Mikro Maliyyələşdirmə və Kənd Yerlərində Maliyyələşdirmənin İnkişafı Kənd Yerlərində Maliyyələşdirmənin İnkişafı üzrə MTY, Məhəllə Biznesinin İnkişafı, YAYF 2005 Mərkəzi Dəhliz Yollarının Bərpası II LHTY 2006 Mərkəzi Dəhliz Yollarının Bərpası II Yollara Texniki Qulluq Sahəsində Maliyyə İdarəetməsi və Xidmətin Göstərilən tarixə qədər təxirə salınıb Göstərilən tarixə qədər tezləşdirilib Yaxşılaşdırılması MTY 2006 Şimal-Cənub Dəhliz Yollarının Bərpası, LHTY (əvvəlki adı: Cənubi Azərbaycanda Yolların Bərpası) 2007 Şimal-Cənub Dəhliz Yollarının Bərpası (əvvəlki adı: Cənubi Azərbaycanda Yolların Bərpası) Maliyyə Nazirliyinin Potensialının Gücləndirilməsi, MTY 2005 Mənzil Maliyyələşdirmə Sisteminin İnkişafı, MTY MTY = məsləhətçi texniki yardım, YAYF = Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu, LHTY = layihənin hazırlanması üzrə texniki yardım.

Əlavə 1 10 ÖLKƏ VƏ PORTFOLİO GÖSTƏRİCİLƏRİ, YARDIM PROQRAMI Cədvəl A1.1: Minilliyin İnkişaf Məqsədləri və Hədəflərinə Doğru İrəliləyiş Məqsədlər və Hədəflər Ölkə üzrə Vəziyyət Məqsəd 1: İfrat Yoxsulluq və Aclığın Kökünün Kəsilməsi Hədəf 1: 1990 və 2015-ci illər ərzində Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət gündəlik gəliri $1 qədər olan insanların Proqramı (YAİİDP) üzrə 2004-cü il may tarixli son illik sayının yarıya endirilməsi hesabata uyğun olaraq, gəlir göstəricisi üzrə yoxsulluğun səviyyəsi 1995-ci ildə 61.5%-dən 2002-ci ildə 46.7%-ə qədər enmişdir. Hədəf 2: 1990 və 2015-ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayının yarıya endirilməsi Qidalanma ilə əlaqədar yoxsulluğun azaldılması üzrə konkret hədəf seçilməmişdir. Lakin Azərbaycanda ifrat yoxsulluğun əhatə dairəsi məqbul səciyyəvi hesab edilə bilər. YAİİDP üzrə son illik hesabata uyğun olaraq, ifrat yoxsulluq 2002-ci ildə təqribən 10% səviyyəsində hesablanmışdır. Məqsəd 2: Universal İbtidai Təhsilin Təmin edilməsi Hədəf 3: 2015-ci ilə qədər, dünyanın hər YAİİDP üzrə son illik hesabata əsasən, ibtidai təhsilə xalis yerində bütün uşaqların (həm oğlanların, qəbul göstəricisi təqribən 98.8% səviyyəsindədir. Beləliklə, həm də qızların eyni dərəcədə) tam bu sahədə səylər artıq universal ibtidai təhsilin təmin ibtidai təhsil kursunu keçmələrinin təmin edilməsi deyil, ibtidai və təhsilin digər mərhələlərinin edilməsi. keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məqsəd 3: Gender Bərabərliyinin Təbliği və Qadınların Səlahiyyətinin Artırılması Hədəf 4: Gender bərabərsizliyinin ibtidai və orta təhsildə mümkün olarsa, 2005-ci ilə qədər və təhsilin bütün səviyyələrində 2015-ci ilə qədər ardan qaldırılması. Məqsəd 4: Uşaq Ölümünün Azaldılması a Hədəf 5: 1990-2015-ci illər ərzində beş yaşadək uşaqlar arasında ölüm göstəricisinin 2/3 qədər azaldılması. Məqsəd 5: Ananın Sağlamlığının Yaxşılaşdırılması a Hədəf 6: 1990-2015-ci illər ərzində ana ölümü göstəricisinin ¾ qədər azaldılması. Məqsəd 6: HİV/AİDS, Malyariya və digər Xəstəliklərlə Mübarizə a Hədəf 7: 2015-ci ilə qədər, HİV/AİDS-in yayılmasının qarşısının alınması və HİV/AİDS hallarının azaldılması istiqamətində işlərin başlanması. Hədəf 8: 2015-ci ilə qədər, malyariya və digər əsas xəstəliklərin yayılmasının dayandırılması və bu xəstəliklərin yayılma səviyyəsinin azaldılması üçün işlərin başlanması. Milli statistikaya uyğun olaraq, təhsilin bütün səviyyələrinə qəbulda əhəmiyyətli gender bərabərsizliyi mövcud deyildir. 2004-cü ilə planlaşdırılan gender qiymətləndirməsində Azərbaycan üzrə gender bərabərsizliyinin çox saylı göstəriciləri üzrə gender məlumatları əks olunacaqdır. 1996-cı ildə körpə ölümünün səviyyəsi hər 1000 diri doğuma 102 nəfər hesablanmışdır (UNİCEF). Körpə ölümünün səviyyəsi 1990-ı ildə 43 nəfərdən 1999-cı ildə 21 nəfərə qədər enmişdir (ÜST). 1998-ci ildə ana ölümü göstəricisi hər 100 000 diri doğuşa 79 nəfər hesablanmışdır (UNİCEF); bu göstərici 1990-cı ildə 10.4 səviyyəsindən 2000-ci ildə 37.6 səviyyəsinə qədər yüksəlmişdir (Səhiyyə Nazirliyi). 2002-ci ildə ana ölümü göstəricisi 37.6 səviyyəsində qimətləndirilmişdir (MKA, Dünya üzrə Faktlar 2002) Böyüklərin haqqında məlumat verilmiş xəstəliyə tutulma hallarının sayı 2 nəfərdən (1995) 556 nəfərə qədər (2003) yüksəlmişdir. Bu, böyüməkdə olan bir problemdir. Haqqında məlumat verilmiş malyariyaya halları 1990-cı ildə 24 nəfər və 1996-cı ildə 13 000 nəfər ilə müqayisədə 2002- ci ildə 505 nəfər olmuşdur. Vərəmə yoluxma hallarının sayı hər 100 000 nəfərə 54.5 nəfər nisbətində olmuşdur bu, 1990-cı il ilə müqayisədə 1.5% yüksəkdir. Ardı növbəti səhifədə

Cədvəl A1.1 Davamı Məqsədlər və Hədəflər Hədəf 10: 2015-ci ilə qədər, təhlükəsiz sudan və məqbul kanalizasiya sistemi xidmətindən davamlı istifadə etmək imkanı olmayan insanların sayının yarıya endirilməsi. Hədəf 11: 2020-ci ilə qədər, xarabalıqlarda yaşayan ən azı 100 milyon şəxsin həyatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması. Əlavə 1 11 Ölkə üzrə Vəziyyət Əhalinin boru şəbəkəsi ilə verilən sudan istifadə imkanı şəhər yerlərində 94.2%, kənd yerlərində 11.2% səviyyəsində olsa da, su təchizatı etibarsızdır və verilən su çox zaman təhlükəsiz deyildir. Hökumət şəhər yerlərində təmiz sudan istifadə imkanını yaxşılaşdırmağı planlaşdırır. Azərbaycanda xarabalıq sakinləri olmasa da, burada hesablamalara görə, 1 milyon qaçqın və məcburi köçkün, əsasən, çox pis şəraitdə yaşamaqdadır. Hökumət hər ailəyə düşən orta yaşayış sahəsini genişləndirməyi və məcburi köçkün düşmüş ailələrin yaşayış şəraitini onları daha yaxşı mənzillərə köçürməklə yaxşılaşdırmağı planlaşdırır. MKA= Mərkəzi Kəşfiyyat Agentliyi, HİV/AİDS= insan immunçatışmazlığı virusu/qazanılmış immunçatışmazlığı sindromu, UNİCEF= BMT-nin Uşaq Fondu, ÜST= Ümumdünya Səhiyyə Təşkilatı. a 2002-ci ildə Azərbaycan sovet standartlarından ÜST standartlarına keçmişdir. Körpə ölümünün səviyyəsi və ana ölümünün səviyyəsi sovet standartlarından fərqli olaraq ÜST standartlarına görə xeyli yüksəkdir. Mənbələr: Cədvəldə göstərilmişdir.

Əlavə 1 12 Cədvəl A1.2: Ölkə üzrə İqtisadi Göstəricilər Göstəricilər Büdcə İli 1999 2000 2001 2002 2003 A. Gəlir və Artım 1. Adambaşına düşən ÜDM ($, cari qiymətlərlə) 571.5 652.5 701.1 760.2 863.5 2. ÜDM artımı (%, dəyişməz qiymətlərlə) 7.4 11.1 9.9 10.6 11.2 Kənd təsərrüfatı 12.1 5.0 6.4 5.6 Sənaye 5.7 6.7 15.2 15.0 Xidmətlər 9.6 6.2 6.1 8.0 B. Əmanətlər və İnvestisiya (cari qiymətlərlə) (ÜDM %-i ilə) 1. Ümumi Daxili İnvestisiya 26.5 20.7 20.7 32.0 2. Ümumi Milli Əmanət 13.4 17.1 19.8 19.7 C. Pul və İnflyasiya (illik dəyişiklik, %-lə) 1. İstehlak Qiymətləri İndeksi a (8.5) 1.8 1.5 2.8 2.2 2. Ümumi likvidlik (M2) 8.7 27.1 31.7 14.4 29.8 D. Dövlət Maliyyə Sektoru b (ÜDM %-i ilə) 1. Gəlirlər və qrantlar 19.1 24.0 22.0 23.6 29.3 2. Xərclər və təkrar kreditvermə 23.6 20.8 20.1 22.3 29.2 3. Ümumi Büdcə Artığı (Kəsiri) (4.5) 3.3 1.8 1.3 0.2 E. Tədiyə Balansı 1. Əmtəə Ticarəti Balansı (ÜDM %-i ilə) (8.9) 4.9 10.2 7.7 (1.4) 2. Cari Hesab Balansı (ÜDM %-i ilə) (13.1) (3.5) (0.9) (12.3) (28.3) 3. Əmtəə İxracı üzrə ($) Artım 51.3 75.5 13.7 12.7 13.9 (ilbəil dəyişiklik, %-lə) 4. Əmtəə İdxalı üzrə ($) Artım (16.9) 7.4 (4.8) 24.5 49.3 (illik dəyişiklik, %-lə) F. Xarici Ödənişlər üzrə Göstəricilər 1. Ümumi Rəsmi Ehtiyatlar ($ milyon) c 697.1 950.6 1,218.0 1,413.8 1,620.0 (cari ildə əmtəə idxalının həftələri) 25.3 32.1 43.2 40.3 30.9 2. Xarici Borca d Xidmət (mal və xidmət ixracı, %-lə) 3. Xarici Borc d (ÜDM %-i ilə) 4.2 21.1 4.6 22.0 4.9 22.2 4.4 21.8 5.0 22.0 G. Memorandum üzrə Maddələr 1. ÜDM (cari qiymətlər, trilyon AZM) 2. Məzənnə a ($-a qarşı AZM) 18.9 4,120.2 23.6 4,474.2 26.6 4,656.0 30.3 4,860.8 35.1 4,910.7 3. Əhali (milyon) 8.0 8.1 8.1 8.2 8.3 = əldə yoxdur, ÜDM = ümumi daxili məhsul. a Göstərilən müddət üzrə orta rəqəm. b Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) da daxil olmaqla icmal büdcə. 2003-cü il üzrə rəqəmlərə elektrik və qaz sektoruna ayrılmış enerji subsidiyaları və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə vergi güzəştləri üzrə əvəzləşdirmələr də daxil edilmişdir ki, bu, ÜDM-nin 5.6%-ni təşkil edir. c Qızıl və ARDNF-in aktivləri daxil olmaqla. d Dövlət borcu və dövlət zəmanətli xarici borc. Mənbələr: Azərbaycan hökuməti, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankının hesablamaları.

Əlavə 1 13 Cədvəl A1.3: Ölkə üzrə Yoxsulluq Göstəriciləri və Sosial Göstəricilər a Göstəricilər Müddət 1985 1990 Sonuncu il A. Əhali Göstəriciləri 1. Əhalinin ümumi sayı (milyon) 6.7 7.1 (1990) 8.2 (2002) 2. Əhalinin illik artım tempi (dəyişiklik, %-lə) 1.6 1.5 (1991) 0.8 (2002) B. Sosial Göstəricilər 1. Ümumi təbii artım (doğum/qadın nisbətində) 2.9 2.7 2.3 (2002) 2. Ana Ölümünün Səviyyəsi (hər 100,000 diri doğulmuşa nisbətdə) b 37.0 (1995) 37.6 (2000) 3. Körpə Ölümünün Səviyyəsi (1 yaşa qədər 29.4 84.0 82.7 (2002) körpələr/hər 1,000 diri doğulmuşa nisbətdə) 5 yaşadək uşaqlar arasında ölümün səviyyəsi 43.1 (1993) 23.2 (2002) 4. Doğulduqda həyatin gözlənilən uzunluğu (il) 69.5 71.1 72.2 (2002) Qadın 73.4 74.8 75.0 (2002) Kişi 65.7 67.0 69.4 (2002) 5. Böyüklərin Savadlılıq Səviyyəsi (%) 97.0 (2001) Qadın Kişi 6. İbtidai məktəblərə ümumi qəbul (%) 84.2 98.8 (2002) 7. Orta məktəblərə ümumi qəbul (%) 96.8 90.2 88.8 (2002) 8. Uşaqların zəif qidalanması (5 yaşadək, %-lə) 10.0 (1996) 9. Təhsildə dövlət xərclərinin səviyyəsi (ÜDM %-i ilə) 6.9 4.2 (1998-2000) Səhiyyə sistemində dövlət xərcləri (ÜDM %-i ilə) 2.8 0.8 (2002) 10. İnsan inkişafı indeksi 0.744 (2001) Səviyyə 89 (2001) 11. Gender əsaslı İnkişafı İndeksi Səviyyə C. Yoxsulluq Göstəriciləri 1. Gəlir üzrə yoxsulluq səviyyəsi (Əhali) c 61.5 (1995) 46.7 (2002) 2. Əhalinin ümumi sayında yoxsulların xüsusi çəkisi, %-lə Bakı c 59.6 (1995) 40.0 (2002) Kənd yerləri Məcburi Köçkünlər c 74.5 (1995) 45.4 63.0 (2002) (2002) 3. Yoxsulluq fərqi 0.0822 (2002) 4. Yoxsulluğun kəskinliyi indeksi 5. Qeyri-bərabərlik (Gini göstəricisi) 0.276 (2002) 6. İnsan yoxsulluğu indeksi 26.9 (1997) Səviyyə = əldə yoxdur, ÜDM = ümumi daxili məhsul. a Rəsmi göstəricilərə ehtiyatla yanaşılmalıdır, çünki onlar yerlərdə aparılan müşahidələrdən və digər mənbələrin məlumatlarından əhəmiyyətli dərəcədə fərqlənir. b Bu cədvəldə körpə və ana ölümü səviyyələri üzrə Səhiyyə Nazirliyinin məlumatlarından istifadə edilmişdir, çünki heç bir başqa mənbə son 15 illik vəziyyəti əks etdirmir. c 1995 və 2002-ci illər üzrə rəqəmlərin birbaşa müqayisəsi aparıla bilməz, çünki onlar fərqli metodologiya ilə hesablanmışdır. Eyni zamanda, 1995-ci il üzrə məlumatlar əhaliyə deyil, ev təsərrüfatlarına əsaslanır. Mənbələr: Asiya İnkişaf Bankı. 2000. Azərbaycan üzrə İqtisadi Hesabat və Aralıq Əməliyyatlara dair Strategiya. Manila; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2004. 2003-cü il üzrə İllik Statistik Hesabat. Bakı; Azərbaycan Respublikası. 2004. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı: İllik Hesabat 2003. Bakı; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2003-cü il üzrə Ev Təsərrüfatı Büdcəsi Sorğusunun Əsas Nəticələri. Bakı; Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı. 2001. Azərbaycan üzrə İnsan İnkişafı Hesabatı - 2000. Nyu-York; Dünya Bankı. 2003. Dünyanın İnkişaf Göstəriciləri üzrə İnternet Saytı; Mərkəzi Kəşfiyyat Agentliyi. Dünya Faktları üzrə İnternet Saytı; Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı. 2003. İnsan İnkişafı Hesabatı üzrə İnternet Saytı.

Əlavə 1 14 Cədvəl A1.4: Ölkə üzrə Ekoloji Göstəricilər a Göstərici 1990 Sonuncu il A. Tullantıların Enerjisindən Səmərəli Istifadə Dərəcəsi 1. ÜDM/Enerjidən istifadə vahidi (AQB$/kqy) 1.9 (2000) 2. Yanacaqdan ənənəvi istifadə (ümumi enerji istehlakı, %-lə) 0.0 (1997) 3. Havaya karbon dioksid tullantıları Milyon metrik ton 32.0 (1997) Adambaşına/ton 6.3 (1992) 4.2 (1999) B. Suyun Çirkləndirilməsi: Su və Kanalizasiya Sistemi 1. Təhlükəsiz sudan istifadə imkanı olan şəhər əhalisi, %-lə 94.2 (2002) 2. Təhlükəsiz sudan istifadə imkanı olan kənd əhalisi, %-lə 11.2 (2002) 3. Kanalizasiya sistemindən istifadə imkanı olan şəhər əhalisi, %-lə 90 (2000) C. Torpaqdan İstifadə və Meşələrin Kəsilməsi 1. Meşə ilə örtülü ərazilər (milyon hektar) 10.0 (1995) 10.9 (2000) 2. İl ərzində kəsilən ağac örtüyü Kvadrat kilometr (130.0) (1990-2000) Dəyişiklik, %-lə (1.3) (1990-2000) 3. Kənd yerlərində əhalinin sıxlığı (adambaşına/şumluq ərazi, hek.) 0.59 (2002) 4. Şumluq ərazilər (ümumi torpaq sahəsində xüsusi çəkisi, %-lə) 50.7 54.9 (2002) 5. Daimi əkin yerləri (ümumi torpaq sahəsində xüsusi çəkisi, %-lə) 7.9 (1994) 4.8 (2002) D. Biomüxtəliflik və Qoruq və Yasaqlıqlar 1. Dövlət səviyyəsində qorunan ərazilər 000 hektar 452.2 (2002) ümumi torpaq sahəsində xüsusi çəkisi, %-lə 5.2 (2002) 2. Məməlilər (nəsli kəsilməkdə olan növlərin sayı) 13 (2000) 3. Quşlar (nəsli kəsilməkdə olan növlərin sayı) 8 (2000) 4. Ali bitkilər (nəsli kəsilməkdə olan növlərin sayı) 28 (1997) 5. Sürünənlər (nəsli kəsilməkdə olan növlərin sayı) 6. Suda-quruda yaşayanlar (nəsli kəsilməkdə olan növlərin sayı) E. Şəhər yerləri 1. Şəhər Əhalisi Milyon 3.8 4.2 (2003) Əhalinin ümumi sayında xüsusi çəkisi, %-lə 53.9 51.0 (2003) 2. Adambaşına Su istehlakı (litr/1 gün) 3. Emal edilən çirkab (tullantı) suyu (%) 4. Adambaşına düşən bərk tullantılar (kq/1 gün) = əldə yoxdur, kq = kiloqram, kqy = yağla hesabın kiloqramla ifadəsi, hek. = hektar, km 2 = kvadrat kilometr, AQB = alıcılıq qabiliyyətinin bərabərliyi. a Rəsmi göstəricilərə ehtiyatla yanaşılmalıdır, çünki onlar yerlərdə aparılan müşahidələrdən və digər mənbələrin məlumatlarından əhəmiyyətli dərəcədə fərqlənir. Mənbələr: Asiya İnkişaf Bankı. 2000. Azərbaycan üzrə İqtisadi Hesabat və Aralıq Əməliyyatlara dair Strategiya. Manila; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2004. 2003-cü il üzrə İllik Statistik Hesabat. Bakı; Azərbaycan Respublikası. 2004. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı: İllik Hesabat 200. Bakı; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2003. 2003-cü il üzrə Ev Təsərrüfatı Büdcəsi Sorğusunun Əsas Nəticələri. Bakı; Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı. 2001. Azərbaycan üzrə İnsan İnkişafı Hesabatı - 2000; Dünya Bankı. 2003. Dünyanın İnkişaf Göstəriciləri üzrə İnternet Saytı; Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı. 2003. İnsan İnkişafı Hesabatı üzrə İnternet Saytı.