Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv


Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Marketinq. Mehdiyev Əkbər

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Biologiya tədrisi sisteminin formaları

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Milli tədris planı. Giriş

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

3. əyanilik 4. ifadəlilik 5. mənbələrin gostərilməsi 6. fəal təlim ucun şəraitin yaradılması 36. Multimediya nədir? 37.Fənn kurikulumunun təlim

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

[18] 1. Ümumi müddəalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU. Təsdiq edirəm (kafedra müdiri) İmza: Tarix: 2016-cı il

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Məktəbəqədər Pedaqogika fənni üzrə

Azərbaycan Respublikası Prezidentinin

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Sistem inzibatçıları üçün təlimat

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait Müəllif: Kəmalə Cəfərzadə Bakı: Bakı Nəşr, 2012. Müəllim üçün metodik vəsaitlə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan; 3. Dizayn və bədii tərtibat baxımından. 1. Məzmun baxımından Ümumtəhsil məktəblərin 1-ci sinifləri üçün təsviri incəsənət fənni üzrə Müəllim üçün metodik vəsait (MMV) dərslik kimi nəzərdə tutulmuşdur. Vəsaitdə məzmun xətləri üzrə əsas olan 1. Cəmiyyət və təsviri sənət 2. Təsviri və dekorativ yaradıcılıq 3. Estetik reaksiya standartların tələbatı tam yerinə yetirilmiş və alt standartlar gözlənilmişdir. Bu vəsaitdə şagirdlərdə müstəqil tədqiqatçılıq, yaradıcılıq vərdişləri aşılamaq, tənqidi təfəkkürü inkişaf etdirmək prinsipi əsas götürülmüşdür. Dərslərin müxtəlif oyunlar formasında təqdim olunması nəzərdə tutulmuşdur. Bu 2.1.1. və 2.1.2 alt standartlarında reallaşdırılmışdır. Metodik vəsaitdə konstruktiv və dekorativ bacarıqlara əsaslanan tapşırıqların verilməsi təqdirəlayiqdir. Hər bir məzmun xətti üzrə qiymətləndirmə standartlarının əsasında diferensial təlim nəzərə alınmaqla bilik və bacarıqları möhkəmləndirmək üçün tapşırıqlar, yaradıcı tətbiqetmə xarakterli çalışmalar, praktik işlər üzrə tapşırıqlar, istiqamətləndirici suallar, hər tədris vahidinin sonunda summativ qiymətləndirmə vasitələri verilmişdir. İnklüziv təlim prinsipləri bu metodik vəsaitdə yerini tapmışdır. Belə ki, vəsaitdə xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün də çalışmalar nəzərdə tutulmuşdur. Nəticələrin əvvəlcədən standartlar şəklində müəyyən olunması onların reallaşmasına doğru yönəldilmiş tədris fəaliyyətinin inkişafını izləmək və istiqamətləndirmək üçün obyektiv qiymətləndirmə aparılmasına imkan yaradır. Bununla belə, vəsaitdə müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: Səhifə 3-də giriş hissəsinin son cümləsində İbtidai siniflərdə təsviri incəsənət fənninin mahiyyəti uşağın ümumi bədii təfəkkürünün inkişaf təməli deməkdir. 3

əvəzinə İbtidai siniflərdə təsviri incəsənət fənninin mahiyyəti uşağın ümumi bədii təfəkkürünün inkişaf etdirilməsidir. yazılmalıdır. Elə həmin səhifədə Təsviri incəsənət fənn kurikulumu başlığı altında 3-cü abzasda cümlə quruluşu pozulmuşdur. Burada sonuncu abzasda 1-ci cümlədən şagirdlərdə sözü çıxarılmalıdır. Yenə həmin səhifədə Təsviri incəsənət dərslərinin keçirilməsinə dair ümumi tövsiyələr başlığı altında verilmiş ikinci cümlədə iştirak edir əvəzinə tətbiq olunur yazılmalıdır. Səhifə 4-də 1-ci abzasın sonunda oynadığını əvəzinə oynamasını yazılmalıdır. Həmin səhifədə 6-cı abzasın birinci cümləsində yaradıcı inkişafın formalaşdırılmasıdır əvəzinə yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir yazılmalıdır. 7-ci abzasda isə şagirdlərin sözü tamamilə çıxarılmalıdır. Həmin səhifədə İnklüziv təlim prinsipləri başlığı altında birinci cümlə eyni ilə 13-cü abzasda verilmiş birinci cümlənin təkrarıdır. Fənlərarası inteqrasiya cədvəlində: 1-ci vahidin 1-ci bölməsinin 2-ci mövzusunda təsvirlərdə forma qrup işi, interaktiv çalışma və həm də yaradıcı tətbiqetmədə həndəsi fiqurlardan istifadə olunduğuna görə riyaziyyat fənni ilə inteqrasiyası göstərilməlidir. Həmin bölmədə 3-cü mövzuda proporsiya və ölçü öyrənildiyinə görə yenə də riyaziyyat fənni ilə inteqrasiya nəzərdə tutulmalıdır. Həmin vahidin 2-ci bölməsində 6-cı mövzuda həndəsi fiqurların tətbiqi olduğuna görə riyaziyyat fənni ilə inteqrasiyası göstərilməlidir. 2-ci vahiddə 24-cü səhifədə su bankası əvəzinə plastik su qabı yazılmalıdır. Uşaqların iş zamanı şüşə qablardan istifadə etməsi təhlükəlidir. 3-cü vahiddə sirli təbiət bölməsində 12-ci mövzuda səthlərin şəkillərinə aid verilmiş şəkillər anlaşılmazdır. Bu şəkillər dəyişdirilməlidir. 16-cı mövzunun riyaziyyat fənni ilə inteqrasiyası göstərilməlidir. 19-cu mövzuda - Təbiətin bayramı - müəllim sağlamlıq imkanları məhdud olan uşaqlar üçün səməni çəkmək tapşırığı verilə bilər. 4-cü vahid 20-ci mövzuda Azərbaycan Dövlət İncəsənət Muzeyinə ekskursiya nəzərdə tutulmuşdur. Bu ancaq Bakı məktəblərinə şamil edilə bilər. Ümumi olaraq burada mənzərə çəkmək, onu əyani olaraq öyrənmək üçün məktəbin yaxınlığında 4

olan parklardan birinə səyahət nəzərdə tutulmalıdır. Bəhruz Kəngərlinin əsərləri ilə tanışlıq üçün isə əyani vəsaitdən istifadə olunmalıdır. 23-cü mövzuda şagirdlərə portret işləmək kimi tapşırığın verilməsi standartlara uyğun deyil. Ümumiyyətlə, 4-cü vahiddə təsviri incəsənət haqqında ümumi məlumat verilməlidir. Onun ayrı - ayrı sahələri sonrakı siniflərdə öyrənilməlidir. Keçilmiş mövzuların möhkəmləndirilməsi nəzərdə tutulmamışdır. 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmipedaqoji baxımdan. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan tərtib olunmuş bu vəsait bir qədər mürəkkəbdir. Vəsaitlə tanış olduqda belə fikir yaranır ki, o, bütün orta məktəblər üçün deyil, xüsusi bacarığa malik uşaqlar üçün yazılmışdır. 4- cü səhifə 7- ci abzasda Azərbaycan Dövlət İncəsənət Muzeyinə ekskursiya təklif olunur. Nəzərə alınsa ki, bu muzey heç də bütün məktəblərin yaxınlığında deyil və kiçikyaşlı uşaqların uzaq məsafələrə qrup halında aparılması həm çətindir və həm də onların təhlükəsizliyi baxımından düzgün deyil. Bu hissə vəsaitdən tamamilə çıxarılmalıdır. Bunun əvəzinə məktəbin yaxınlığında yerləşən hər hansı bir parka səyahətin təşkil olunması daha yaxşı olardı. Vəsaitdə həddən artıq çox mövzu toplanmışdır. Həmçinin hər bir mövzuya yalnız bir dərs saatının ayrılması, bu mövzuların uşaqlar tərəfindən tam mənimsənilməsinə mane olur. 3-cü vahiddə 12-ci mövzuda uşaqların monotipiya ilə tanışlığının nəzərdə tutulması təqdirəlayiqdir. Bu mövzu kiçikyaşlı uşaqlara daha yaxındır, onlar tərəfindən həvəslə öyrənilir. Lakin 14-cü mövzuda qrafikanın öyrənilməsi bu yaş həddi üçün tez və bir qədər çətindir. Vəsaitin tərtibində uşaqların yaş həddi tam nəzərə alınmamışdır. Müəllim dərs zamanı dərsin gedişatına nəzarətdən əlavə hər bir uşağı diqqət mərkəzində saxlamalıdır. Burada onların davranışı nəzərdə tutulur. Bu baxımdan materialın çoxluğu müəllimə bu imkanı vermir. Vəsaitin tərtibi zamanı kəmiyyət deyil, keyfiyyət əsas meyar olmalı idi. Təəssüf ki, bu da nəzərə alınmamışdır. Verilmiş mövzular sinifdə bütün uşaqların inkişaf səviyyəsini əhatə 5

etməlidir. Belə olmadıqda şagirdlərdə mən acizəm, mən bacarıqsızam, mən heç nəyə yaramıram kimi komplekslərin formalaşmasına zəmin yaranır. Bütün bunları nəzərə alaraq metodik vəsaitin bir qədər, sadələşdirilməsi və yüngülləşdirilməsi tövsiyə olunur. 3. Dizayn və bədii tərtibat baxımından Metodik vəsait dizayn və tərtibat baxımından qənaətbəxşdir. Lakin burada bir qədər müəllimin işinin yüngülləşdirilməsi və həmçinin mövzuların şagirdlərə daha aydın çatdırılması məqsədi ilə əsərlərin nümunələrinin disk toplum halında vəsaitə əlavə olunması vacibdir. Bu da dərsin keyfiyyətinə müsbət təsir göstərmiş olar. Nəticə 1. MMV-nin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 2. Ümumilikdə, ümumtəhsil məktəblərin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait məzmun standartlarını reallaşdırmağa imkan verir. 3. MMV-yə 24 irad bildirilib və onlardan 10-u müəlliflər tərəfindən qəbul olunub. 6