QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

Benzer belgeler
3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

BÖYÜK DƏCCAL Amerika

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Biologiya tədrisi sisteminin formaları

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Marketinq. Mehdiyev Əkbər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE)

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərbaycan Respublikası Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyası. Fəlsəfə və sosial psixologiya kafedrası.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 5/ s , TÜRKİYE

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

GİRİŞ SQL Verilənlər Bazası İdarəetmə Sistemləri: SQL verilənləri tanitma dili Əsas verilən tipləri:

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

İnformasiya məhsullarını Beynəlxalq bazarı

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Kredit bürosu borcalanlar üçün əla imkanlar

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Yük sığortası Qaydaları

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə araşdırmanın xüsusiyyətləri

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 ( ) Milli Virtual Kitabxananın təqdimatında

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

1.1. «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

BlackBerry ID Sazişi

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya

Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940)

1616 az-s Düz cavab a) variantı. 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi

Ana kart (Motherboard)

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

DAVETLİSİ

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Səth Su Keyfiyyətinin Monitorinqi. Qərar Qəbul Edən Tərəflər üçün Rəhbər Sənəd

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi Q A Y D A L A R I

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

K U R S I Ş I Mövzu: Turbo Pascal proqramlaşdırma dilinin riyazi məsələlərin həllinə tətbiqi

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FİLOLOGİYA FAKÜLTƏSİ

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Sosial Xərc Müştəriləri Üçün Xərclərin Ödənilməsinə İmkan Verən Kommunal Xidmət Tariflərinin Müəyyənləşdirilməsi Metodları

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

Transkript:

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA Zəhra İdriskızı ƏLİYEVA * Özet Bu bildiride iki dilli sistemde (Rus-Avrupa) dillerin birbirine linguistik etkisi araşdırılmışdır. Morfoloji interferensiya ile Y.D. Polivanov, L.V. Şerba, V.Y. Rozensveyg, A.V. İsaçenko, L.M. Uman, Y.M. Vereşagin ve başka araşdırmacılar meşgul olmuşlar. Y.Polivanov Rus-Özbek ve Özbek-Rus bilinguizm konularını araşdırmışdır. O kendi eserlerinde bu dillerde olan grammatik kuruluşların keskin farklanmasına göre Kayri-Rusların Rus dilini öyrenmesine engel olduğu fikrini ileri sürmektedir. Anahtar kelimeler : problem, Rusya, bildiri, dil, linguistik Summary The problems of interference in bilinqvizm are stated and Russian and European linqvists views are considered in this article. The interference is considered as the fact of universality in the language. Key words: problem, Russian, article, language, linqvists Morfoloji interferensiya ilə Y.D.Polivanov, L.V.Şerba, V.Y.Rozensveyq, A.V.İsaçenko, L.M.Uman, Y.M.Vereşagin və bir sıra digər tədqiqatçılar məşgul olmuşlar. Y.Polivanov, əsasən, rus-özbək və özbək-rus bilinqvizm məsələlərini araşdırmışdır. O öz əsərlərində məhz qrammatik quruluşlarının kəskin şəkildə fərqlənməsi qeyri-rusların rus dilini öyrənməsi və mənimsəməsini çətinləşdirir fikrini irəli sürür. Buna görə də müqayisəli-tutuşdurma qrammatiklarını * Azerbaycan İnşaat ve Mimarlık Üniversitesi Dekan Yardımcısı 361

hazırlayarkən ilk növbədə bu fərqli xüsusiyyətləri təsvir etmək lazımdır (2). Eyni ideya A.V.İsaçenkonun əsərlərində də əsaslandırılır və nəzəri baxımdan ümumiləşdirilir. L.B.Şerba, əsasən, bilinqvizmdə fonetik interferensiya problemlərini araşdırsa da morfoloji interferensiya məsələlərinə də ara-sıra toxunmuşdur. Əsərlərinin birində o yazır: Morfologiya sahəsində ikidillilik bütün istiqamətlərdə hər cür yeksənəkliyə, sadə və aydın sistemin yaranmasına aparır. Bütün canlı olmayan tiplər elmiləşir, belə ki, dil daşıyıcılarının qaydadan kənara çıxma hallarını yadda saxlamaq üçün kifayət qədər təcrübəsi yoxdur (Щерба1958: 38-39). Qrammatik interferensiyaya dair adlı məqalədə V.Y.Rozensveyq və L.M.Uman yazırlar, yad dili öyrənərkən danışanın təfəkküründə öyrənilən dilin qrammatik diferensial əlamətlər sisteminin ondan fərqli olan başqa sistemlə və ana dilinin qrammatik diferensial əlamətlər sisteminin təsiri ilə qurulmuş dəyişməsi prosesi baş verir. Bu proses qrammatik interferensiya adlanır (Розенцвейг :73). Artıq qeyd edildiyi kimi, dilçilik ədəbiyyatında indiyədək, əsasən, fonetik interferensiya məsələləri araşdırılmış, qrammatika, o cümlədən morfologiya səviyyəsində interferensiya məsələlərinə az diqqət yetirilmişdir. Hələ üstəlik, bəzi dilçilər qrammatik sistemdə qarşılıqlı nüfuz imkanını inkar etmişlər. Lakin daha dərin araşdırmalar göstərir ki, iki fərqli dil sistemindən istifadə edən adam heç vaxt təkcə fonem və leksem sistemlərini təcrid edə bilməz, bilinqvizmin dilində mütləq qramemlərin də təcridi baş verməlidir. Qrammatik interferensiya hər hansı dil əlaqəsində baş verməlidir və baş verir də. Rus dilçisi Y.M.Vereşagin yazır: İnterferensiya hadisəsini qabaqcadan xəbər vermək olar. Əgər iki dil sisteminin təsviri varsa, onda, məsələn, fellərin paradiqma sistemini tutuşdurub aydınlaşdırmaq olar ki, birincisi, onlar nə ilə oxşardır, ikincisi, onlar nə ilə fərqlənir. Elə bu da interferensiya təhlilinin ilkin fərqi olacaqdır. Oxşarlıq sahəsində interferensiya gözləmək lazım deyil, o, fərqlər müəyyənləşdirilmiş yerdə özünü göstərir. Məsələn, alman və rus dillərinin qayıdış fellərinin prezent paradiqmasında zamanda olduğu kimi, felin məna növlərində də, şəxsdə də, kəmiyyətdə də və bir sıra hallarda tərzdə də oxşarlıq mövcuddur. Fərq ondadır ki, alman dilindəkindən fərqli olaraq, rus dilində qayıdış növünün göstəricisi şəxsdən asılı olaraq dəyişmir. Məhz burada interferensiya gözləmək lazımdır və o, həqiqətən də müşahidə olunur (Ich wasche sich) tipində. İnterferensiya hadisəsi sintaksis səviyyəsində də müşahidə olunur; burada interferensiya özünü çərçivə konstruksiyalarının, söz sırasının sərbəstliyinin pozulmasında göstərir (Верещагин 1968:104). Tələbəyə dili öyrətməmişdən xeyli əvvəl interferensiya hadisəsini qabaqcadan xəbər verməklə əlaqədar olaraq, metodik məqsədlərlə səhvləri qabaqcadan xəbər vermək, daha doğrusu, səhvlərin qarşısını almaq üçün ana dili və öyrənilən dilin sistemlərini tutuşdurmaq üzrə vəsaitlər hazırlanmışdır(1). Dilçilik ədəbiyyatında çox vaxt belə fikirlərə rast gəlmək olar ki, interferensiya danışanda üçüncü dil sisteminin yaranması ilə nəticələnir (təbii ki, həmin sistem ana dilinin və öyrənilən, mənimsənilən dilin sistemindən fərqli olur, daha doğrusu, 362

olmalıdır); bu üçüncü sistem özündə ana dilinin ünsürlərini də, yad dilin ünsürlərini də ehtiva edir. Dilçilərdən, məsələn, V.Y.Rozensveyq və L.M.Uman böyük qızğınlıqla bu fikri müdafiə edirlər. Lakin başqa dilçilər belə hesab edirlər ki, əgər bu həqiqətən belə olsa idi, onda müəyyən konstruksiyaların manifestasiyası olan düzgün olmayan nitq əsərləri müntəzəm şəkildə törəyərdi. Lakin praktika göstərir ki, düzgün olmayan söyləmlər ehtimallıq proseslərinin qanunauyğunluğu üzrə törəyir, bu isə o deməkdir ki, eyni bir tələbə bəzən düzgün danışır, bəzən isə səhv danışır, belə ki, qeyri-şərtsiz təsdiq etmək olmaz ki, əgər müəyyən konstruksiyanın təzahürü gözlənirsə, onda mütləq düzgün olmayan nitq tələffüzü törəyəcəkdir. Beləliklə, ciddi determinləşdirici qanunauyğunluq müşahidə olunmur. Yalnız ehtimallıq qanunauyğunluğu tərtib etmək olar: məsələn, qayıdış konstruksiyanın iştirak etdiyi cümlələrin ümumi sayının müəyyən faizi qeyri-düzgün qurulmuş olacaqdır. Dilə yiyələndikcə, bu rəqəm dəyişəcəkdir. O, tədrisin davamlılığı və intensivliyindən asılıdır. Tələbə xarici dili nə qədər uzun müddət və intensiv şəkildə öyrənirsə, düzgün olmayan nitq ifadələri də bir o qədər az törəyəcəkdir. Sabitlik müşahidə olunmadıqda demək olmaz ki, düzgün olmayan nitqin səbəbi əmələ gələn üçüncü nitq sistemidir (Верещагин1968 :105-106). B.Y.Rozensveyq və L.M.Uman interferensiya prosesini belə təsvir edirlər: Xarici dili sistemli şəkildə öyrənmələrinə baxmayaraq, tələbələr qrammatik səhvlər buraxırlar. Onları, adətən, iki dilin ana dili və onunla əlaqəyə girən dilin qarşılaşdırılmış təsviri vasitəsilə qabaqcadan qarşısını almağa çalışırlar. Lakin bu qarşılaşdırma, bir qayda olaraq, qrammatik kateqoriyalarla məhdudlaşır, yəni bu dillərdə qrammatik vahidlərin struktur və distributiv funksiyaları nəzərə alınmır. Bundan əlavə, iki müxtəlif dildə bəzi dil kateqoriyalarının qarşılaşdırılmış araşdırılması nəzərə alınmır. Bu da iki dil sisteminin əlaqəsi zamanı üçüncü sistemin təzahür etməsinə səbəb olur ki, onun strukturu da əvvəlki iki dillə müəyyənləşdirilir. Belə sistem xarici dili öyrənən adamın şüurunda qurulur. Onların buraxdığı qrammatik səhvlər yalnız o zaman başa düşülə və islah edilə bilər ki, bu səhvlərə həmin sistemin qurulması ilə əlaqədar hadisə kimi baxılsın ( Розенцвейг1962:60). Üçüncü sistemin yaranması mexanizmi mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, dil əlaqəsi prosesində ana dili və xarici dilin ayrı-ayrı hadisələri yox, hər bir dilin daxilində vahid bir bütövün hissəsi kimi bir-biri ilə əlaqəli olan dil sisteminin vahidləri qarşılıqlı hərəkətə gəlir. Məlumdur ki, dilin qrammatik sistemi qrammatik müxalifət (oppozisiya) sistemi təşkil edir. Beləliklə, iki dilin əlaqəsi zamanı danışanın təfəkküründə hər biri öz spesifikasına malik olan bir-birinə qarşı qoyulmuş iki müxalifət sistemi qarşılıqlı hərəkətə gəlir. Xarici dildə düzgün olmayan nitqin araşdırılması göstərir ki, xarici dilin bəzi müxalifət sistemləri ana dilinin uyğun müxalif sistemləri ilə qarşılıqlı əlaqəyə girərək, sonuncuların təsirinə məruz qalır, bu və ya digər dərəcədə dəyişir, bəzən isə sadəcə olaraq onları əvəz edir. Xarici dildə nitqdəki tipik səhvlərin təhlili, interferensiyanın səbəbini hər bir konkret halda öyrənilməsi bu konkret halda qarşılıqlı əlaqəyə girən hər iki sistemin həmin müxalifətini bərpa etməyə imkan verir ( Розенцвейг1962.: 104). 363

364 KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE İkidilli adamın təfəkküründə ana dilinin diferensial əlamətləri olduqca sabitdir. Belə əlamətlər bu əlamətlərin fərqləndirə biləcəyi formalar mövcud olmayan xarici dilə köçürdükdə danışan ümumi sistemdən hansısa formanı ayırır və başqa formaları qarşı qoyur. Həmin formanın seçilməsi üçün ana dilində gizli olan hər hansı bir imkandan istifadə edilir, çalışır ki, ana dilinin xarici dilə gətirilmiş əlaməti onda (yad dildə) saxlanılsın və onun üçün yeni olan sistemdə mövcudluğu bir təhər qanuniləşdirilsin. Çoxu qrammatik hadisələrin təhlili belə bir fikri təsdiq edir ki, qrammatik interferensiya prosesi öyrənilən dilin qrammatik interferensial əlamətləri sisteminin onu rədd edən ana dilinin qrammatik diferensial əlamətləri sisteminin təsiri ilə qurulmuş sistemlə əvəzlənməsidir. Bu proses qrammatik interferensiya adlanır. Dil faktların təhlili habelə göstərir ki, qrammatik interferensiyanın bu tipləri ola bilər: a) Qrammatik diferensial əlamət xarici dildə mövcud olanda və ana dilində həmin əlamət olmayanda (R-, F+) xarici dilə xas olan əlamət üçüncü sistemə dərhal daxil edilmir. Başlanğıc mərhələdə dil əlaqəsi xarici dildə müxalifət üzvləri arasındakı fərqləndirici hüdudların silinməsinə və müxalifət üzvlərindən birinin mənasının digər üzvünün mənası sahəsinə yayılmasına gətirir. Beləliklə, müəyyən bir dövrdə üçüncü sistem xarici dilin diferensial əlamətindən məhrum olmuş olur. b) Diferensial əlamətin ana dilində mövcud olanda və həmin əlamət xarici dildə olmayanda (R+, F-) ana dilinə xas əlamət üçüncü sistemə köçürülür. Dil əlaqəsi xarici dilə xas olmayan müxalifətin təzahürünə gətirir. Beləliklə, üçüncü sistem həmin xarici dilə xas olmayan artıq diferensial əlamət qazanır. Əgər ana dilində xarici dilə xas olmayan diferensial əlamət varsa, o, həmin müxalifət (cavab verə biləcəyi müxalifət) üzvlərini də fərqləndirən hansısa başqa əlamətlə möhkəmləndirilmir. Belə əlamət üçüncü sistemə daxil edilmir, interferensiya həyata keçirilmir. ç) Eynicinsli diferensial əlamətin hər iki dildə mövcudluğu (R+, F+) müxalifət üzvlərinin müxtəlif distribusiyası zamanı, həmin əlamətin ana dilinə xas distribusiya ilə üçüncü sistemə köçürülməsinə aparır. Xarici dildə müxalifət üzvləri arasındakı fərqləndirici, ayırıcı hüdud dəyişir, ana dilindəki fərqləndirici hüduda xas olan vəziyyət alır. Bu da müxalifət üzvləri arasında distribusiya dəyişməsinə aparır (5). V.Y.Rozensveyq və L.M.Uman, əsasən, rus və fransız ikidilliliyə interferensiya məsələlərini araşdırmışlar. Onların tədqiqat obyekti rusların fransızca nitqində qaydadan sapmalar üzərində müşahidələr aparmış və məqalələrindən birində bu müşahidələri ümumiləşdirmişlər. Onlar fransızca danışan rusların nitqində təsdiq\inkar ədatının, sayların və zaman mənalı önlüklərin işlənməsi zamanı baş verən interferensiya hadisəsini təsvir edirlər. Rusların fransız dilinin təsdiq-inkar ədatlarını işlətmələri üzərində aparılan müşahidələr göstərir ki, bir sıra hallarda interferensiya yoxdur. Bir sıra başqa hallarda, əksinə, interferensiya tez-tez baş verir. Qeyd etmək lazımdır ki, inkar məzmunlu suallara

verilən cavablarda interferensiya tez-tez olur, halbuki inkar məzmunu daşımayan suallara verilən cavablarda interferensiya yoxdur. Birinci qrup hallarda interferensiyanın olmaması hər iki dildə eyni diferensial əlamət mövcud olmasını güman etməyə imkan verir. İkinci qrup hallarda isə daimi interferensiya göstərir ki, bir dilə xas olan diferensial əlamət o biri dildə yoxdur. İnkar məzmunlu suala istər təsdiqdə, istərsə inkarda verilən cavabda oui və non ədatlarının işlənməsi şahidlik edir ki, (fransız dilinə xas olan) да və нет ədatlarının qarşı qoyulmalı olduğu hansısa əlamət məhz rus dilində yoxdur. Müəlliflər araşdırmalarında aşağıdakı nəticələri əldə etmişlər: 1. Rus və fransız dillərində təsdiq və inkar mənaları qrammatik mənadır, belə ki, onların ifadəsi üçün aydın şəkildə bir-birinə qarşı qoyulma xüsusi formalar mövcuddur. Təsdiq etmə və inkarı inkar etmə mənalarına gəlincə, onlar yalnız fransız dilində qrammatikdir, çünki bu dildə si-non qarşıladırılması mövcuddur. Rus dilində bu mənaları ifadə etmək mümkündür, lakin onları qarşılaşdırmaq mümkün deyildir. Buna görə də rus dili üçün onları qrammatik hesab etmək olmaz. 2. Əşyaların miqdarı və sıra nömrəsi mənası hər iki dil üçün qrammatik hesab edilə bilər, çünki onların hər ikisi hər iki dildə ifadə edilməsinin qarşılaşdırma formaları mövcuddur. 3. Nisbi zaman mənası təkcə fransız dili üçün qrammatikdir, çünki onlar xüsusi formalarla ifadə edilir, öz aralarında, habelə bütövlükdə mütləq zaman formaları ilə qarşı-qarşıya qoyulur. Xüsusən, dans və aprés önlüklərinin ifadə etdiyi mənaları qrammatik hesab etmək olar, belə ki, müəyyən bir andan zamanı hesablamaq zəruri olanda fransız dili mütləq bu iki önlükdən birini seçmək məsələsini qoyur. Rus dilində belə seçim yoxdur. Lazım olanda nisbi zaman mənasını bu və ya başqa vasitə ilə ifadə etmək mümkündür, lakin bu vasitələr qarşı-qarşıya qoyulma sistemi yaratmır, buna görə də həmin mənalar məcburi deyildir, başqa sözlə desək, onlar rus dili üçün qrammatik deyildir. Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar: qrammatik mənalar qarşı-qarşıya qoyulma sistemi yaradan formalarla ifadə edilir. Qrammatik olmayan mənalar müxtəlif vasitələrlə ifadə oluna bilər, lakin onların ifadə formaları aydın qarşı-qarşıya qoyulma sistemi yaratmır. Qrammatik mənalar dəsti hər iki dil üçün özünəməxsusdur. Bu mənaları ifadə etmə formalarına gəlincə, onlar da dildən dilə əhəmiyyətli dərəcədə fərqlənə bilər. İnterferensiyanın müfəssəl araşdırılması aşağıdakıları aydınlaşdırmağa: a) müəyyən bir dildə bu və ya digər kateqoriyanın mövcudluğunu müəyyənləşdirməyə imkan verir; b) qrammatik formaların məzmunu təşkil edən mənaların bütün komponentlərini və bu mənaların qarşılaşdırıldığı bütün diferensial əlamətləri dəqiq müəyyənləşdirməyə imkan verir; c) qrammatik kateqoriyaların ifadə sisteminin xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir; ç) qrammatik olmayan mənaların ifadəsi üsullarını aşkara çıxarmaq imkanı verir. 365

ƏDƏBİYYAT 1. Верещагин Е.М. Понятие интерференции в лингвистической и психологической литературе. Журн. «Иностранные языки в высшей школе», М., 1968, 4. 2. Исаченко А.В. Грамматический строй русского языка в сопоставлении со слованским. Морфология, ч. I, II, Братислава, 1954, 1960. 3. Поливанов Е.Ю. Опыт частной методики преподования русского языка узбекам. ч.i, Ташкент, 1935. 4. Розенцвейг В.Ю., Уман Л.М. Интерференция и грамматические категории. В кн. «Исследования по структурной типологии». М., 1963. 5. Розенцвейг В.Ю., Уман Л.М. К проблеме грамматической интерференции. В кн. «Проблемы структурной лингвистики». М., 1962. 6. Щерба Л.В. Некоторые выводы из моих диалектологических мужичких раблюдений. В кн. «Избранные работы по языкознанию и фонетике». Л., 1958. 366