Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Ana kart (Motherboard)

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi


Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Marketinq. Mehdiyev Əkbər

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

3. əyanilik 4. ifadəlilik 5. mənbələrin gostərilməsi 6. fəal təlim ucun şəraitin yaradılması 36. Multimediya nədir? 37.Fənn kurikulumunun təlim

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

[18] 1. Ümumi müddəalar

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

2014-cü ilin üçüncü rübünün nəticələri

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: YAZNƏŞR, 2014. Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından 2. Dil və yazı üslubu baxımından 3. Dizayn və bədii tərtibat baxımından 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 5. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından 1. Məzmunun işlənməsi baxımından Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 5 tədris vahidi ( Kompüter, Proqramlarla iş, İnformasiya, Proqramlaşdırma və İnternet ) üzrə 26 mövzu olmaqla 96 səhifəni əhatə edir. Dərslik 4 məzmun xətti ( İnformasiya və informasiya prosesləri, Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma, Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri, Cəmiyyətin informasiyalaşdırılması ) üzrə 8 əsas və 24 alt standarta uyğun tərtib edilmişdir. Tədris vahidlərinin standartlar üzrə sadədən mürəkkəbə doğru verilməsində ardıcıllıq pozulsa da, mövzuların işlənməsi üzrə bu prinsip gözlənilmişdir. Kurikulumda nəzərdə tutulan məzmun standartları, demək olar ki, reallaşdırılmışdır. Dərslikdə mövzular 7 metodiki mərhələ ( Motivasiya, Fəaliyyət, İzahlar, Bu maraqlıdır, Açar sözlər, Öyrəndiklərinizi yoxlayın, Araşdıraq-Öyrənək ) üzrə işlənmiş və hər tədris vahidinin sonunda Ümumiləşdirici sual və tapşırıqlar, həmçinin ALPLogo proqramlaşdırma mühitinin komandaları verilmişdir. Tapşırıq və çalışmalar şagirdlərin yaş səviyyəsinə uyğundur. Nəzəri məlumatlarla praktik tapşırıqlar arasında mütənasiblik gözlənilib. Materiallar şagirdlərin dünyagörüşünün və nitq mədəniyyətinin formalaşmasını təmin edir. Faktların dəqiqliyi, elmiliyi və didaktik tələblər əsasən gözlənilib. Fəndaxili və fənlərarası inteqrasiya əsasən nəzərə alınıb. Gender, irq, din və etnik məsələlərə, bəşəri dəyərlərə həssas münasibət gözlənilib. Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə 3

nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. Bunlar aşağıdakılardır: Materialların sadədən mürəkkəbə doğru verilmə ardıcıllığı pozulub. Buna görə də təlimdə əlaqəlilik, mərhələlilik prinsiplərinə müəyyən qədər əməl edilməyib. Səhifə 9. 2-ci abzasda Mərkəzi prosessor ları bir-birindən fərqləndirən xüsusiyyət kimi prosessorun dərəcəsinin də göstərilməsi məqsədəuyğundur. Yenə həmin səhifədə Bu maraqlıdır blokunda müasir kompüterlərdə istifadə olunan 2 nüvəli prosessorlar haqqında məlumatın verilməsi doğru olar. Çünki növbəti səhifədə Fəaliyyət blokunda məhz 2 nüvəli prosessor misal göstərilir. Səhifə 13. Dərslik və MMV-də (səh. 21) verilmiş sensor ekran həm giriş, həm də çıxış qurğusudur fikri yanlışdır. Çünki sensor ekran fiziki olaraq yalnız giriş qurğusudur, onun arxasındakı displey isə çıxış qurğusudur. Bu iki müxtəlif prinsipli qurğuların bir qurğuda icrasıdır. Burada, Sensor ekran əvəzinə Sensor ekranlı monitor ifadəsinin yazılması tövsiyə edilir. Yenə həmin səhifədə Ancaq kseroksdan fərqli olaraq, skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir cümləsinin Ancaq kseroksdan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafiki verilənlərə çevirir və biz onları faylda saxlayırıq kimi yazılması məqsədəuyğundur. Səhifə 15. Monitorların növləri haqqında məlumatda müasirliyi nəzərə alaraq, LED monitor lar barədə məlumat vermək tövsiyə edilir. Səhifə 18. Dərsliyin rus dilində olan variantında əməliyyat sistemlərinin loqotiplərinin altında onların adlarının verilməsi tövsiyə edilir. Səhifə 19. 2-ci abzasın 2-ci cümləsində ödənişsiz ifadəsinin əvəzinə pirat şəkildə yazılması daha doğru olar. Çünki bir çox proqramların ödənişsiz sınaq müddətinə istifadəsinə rəsmi icazə verilir. Səhifə 20. Faylın tipi abzasında uzantı 4 işarədən çox olmur fikri öz əksini tapmalıdır. Çünki bu biliyə əsaslanan sual MMV-də (səh. 28, sual 16) verilmişdir. Səhifə 24. Fəaliyyət-2 blokunda 1-ci tapşırığın 3-cü bəndinin siçanı faylın köçürüləcəyi yerə hərəkət etdirin kimi göstərilməsi məqsədəuyğundur. Yenə həmin səhifədə Fəaliyyət-2 blokunda 2-ci tapşırığın 3-cü bəndində faylın simgəsinin köçürüləcəyi yerə hərəkət etdirin fikrinin verilməsi tövsiyə edilir. Səhifə 48. 1-ci abzasda Azərbaycan sözünün ərəbcə deyil, Azərbaycan dilində (əski əlifbada) verilməsi məqsədəuyğundur. 4

Səhifə 52. Motivasiya da Satışda vaxtı ikilik say sistemində göstərən saatlara rast gəlmək mümkündür cümləsi verilib. Lakin praktikada bu saatdan istifadə edilmir. Cümlədə praktikada daha geniş istifadə olunan qurğunun verilməsi məqsədəuyğundur. Səhifə 58. Məsələnin həllində verilmiş 1:2=0 (1) ifadəsi metodiki baxımdan düzgün olmadığından çıxarılması tövsiyə edilir. Belə ki, hesablama qismətdə 1 və ya 0 olana qədər davam etdirilir və ədədin yazılışında 1-ci rəqəm qismət (əgər 0-dan fərqlidirsə), sonrakı rəqəmlər isə qalıqların ardıcıl yazılması ilə alınır. Səhifə 64. Altıncı mərhələ nəticələrin təhlili bölümündə verilən misal əslində 5-ci mərhələdə testləşdirmə mərhələsinə aiddir. Bu mərhələdə əsasən alınan nəticələrin təhlili dedikdə alınmış nəticələrin real obyektə adekvatlığı qiymətləndirilir. Məsələn, misal kimi proqramın həlli nəticəsində insan bədəninin temperaturu 15 0 C-yə bərabər olarsa, deməli məsələnin hansısa həll mərhələsində yanlışlığa yol verilmişdir. Səhifə 80. Fəaliyyət blokunda verilmiş cədvəldə göstərilmiş Facebook sosial şəbəkəsində yaş məhdudiyyəti olduğu üçün şagirdlərin orada qeydiyyata alınması məqsədəuyğun deyil. Səhifə 82. 2-ci abzasda 3G və 4G rabitəsi haqqında məlumat verilməsi tövsiyə edilir. Həmin abzasın 2-ci cümləsində mobil telefonların əvəzinə smartfon tipli mobil telefonların yazılması məqsədəuyğundur. Səhifə 88. Araşdıraq-öyrənək blokunda 2-ci cümlədə gərəksiz məlumatlara ifadəsinin əvəzinə istəmədiyimiz məlumatlara yazılması tövsiyə edilir. Səhifə 90. Sonuncu abzasda təhsildə İKT-nin tətbiqində əsasən İnformatika fənninin tədrisindən yazılır. Digər fənlərin tədrisində də İKT-nin geniş tətbiqini qeyd etmək tövsiyə edilir. 2. Dil və yazı üslubu baxımından Dərslik aydın və sadə elmi dildə yazılıb ki, bu da şagirdlərin yaş səviyyəsinə uyğundur. Söz ehtiyatı və nitqin inkişafı baxımından yeni söz və terminlərə aid Sözlük blokunun verilməsi müsbət haldır. Dərslik komplektində dilin qrammatik qaydalarına əsasən əməl edilmişdir. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: 5

Səhifə 15. Sonuncu abzasda Lazerli printerlər haqqında olan məlumatın dərsliyin rus dilində olan variantına (səh. 16) uyğunlaşdırılması tövsiyə edilir. Səhifə 21. Mavi çərçivədə verilən Buradakı sola əyik cizgi (\) ayırıcı funksiyasını yerinə yetirir cümləsindəki əyik sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində yoxdur. Onun əvəzinə çəp, yaxud əyri sözlərindən birinin istifadə olunması tövsiyə edilir. Səhifə 29. Mənim kitabxanam cədvəlində müəlliflərin inisiallarının eyni üslubda, Əsərin adı sütununun isə Kitabın adı kimi verilməsi məqsədəuyğundur. Səhifə 57. Araşdıraq, öyrənək bölümündə 3-cü tapşırıqda çəkilmiş misalın dəqiqləşdirilməsi və dərsliyin rus dilində olan variantına uyğunlaşdırılması tövsiyə edilir. 3. Dizayn və bədii tərtibat baxımından Dərsliyin bədii və texniki tərtibatı səliqəli və qənaətbəxşdir. Dərslikdə istifadə olunan şriftlərin tipi, ölçüsü, rəngi (həm başlıqlar, həm də əsas mətnlər), həmçinin şəkil və illüstrasiyaların tərtibatı, ümumiyyətlə, rənglərdən istifadə müasir standartlara cavab verir. Tədris vahidləri üzrə şmustitulların yerləşdirilməsində, başlıqların yazılışında, sözlüklərin, cədvəllərin tərtibatında vahidlik prinsipi gözlənilib. Bununla belə, Fəaliyyət blokuna aid materialların tərtibatında vahidlik prinsipi gözlənilməyib. Belə ki, əksər səhifələrdə həmin blok açıq sarı fonda verildiyi halda, səhifə 23, 24, 25, 34, 46, 49-da ağ fonda verilib. Bəzi səhifələrdə şəkillər dəqiq və aydın çap olunmayıb. Məsələn, səhifə 10, 13, 15, 16, 22, 23, 25, 32, 36, 37, 42, 84, 87. Riyazi formulların yazılışında da vahidlik prinsipi gözlənilməyib. Belə ki, səhifə 65 və 67-də riyazi formuldakı dəyişənlər kursivlə verildiyi halda, səhifə 66-da düz şriftlə verilib. Bəzi səhifələrdə (səh. 19, 35) şəkilaltı yazılar sxemin (şəklin) altında deyil, üstündə verilib ki, bu da vahid tərtibat prinsipini pozur. Səhifə 12. Sonuncu abzasda taçpad dan (touchpad) söhbət getdiyi üçün, burada onun şəklinin verilməsi təklif edilir. 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Dərslikdəki tapşırıqlar elmi-metodiki baxımdan məzmuna uyğundur. Burada biliklərin tətbiqini tələb edən, müqayisəli təhlil üzərində qurulmuş, idraki bacarıqların formalaşdırılmasına yönəlmiş tapşırıqlara da yer verilmişdir. 6

Fəaliyyət, Araşdıraq-Öyrənək və Öyrəndiklərinizi yoxlayın kimi bölmələr şagirdlərin nəzəri materialı daha yaxşı mənimsəməsinə kömək edir. Səhifə 94. Ümumiləşdirici sual və tapşırıqlar bölməsindəki 4-cü sualda nə qədər zaman lazım gələr? ifadəsinin əvəzinə nəzəri olaraq nə qədər vaxt lazım gələr? yazılmalıdır. 5. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi baxımından Müəllim üçün metodik vəsait 96 səhifədən ibarətdir. MMV-də Dərslik komplekti haqqında, VII sinif üzrə informatika fənn kurikulumu, Dərslik komplektinin mövzular üzrə strukturu, İllik planlaşdırma nümunəsi, Fənlərarası inteqrasiya cədvəli, Kompüterdə praktik dərslərin təşkili ilə bağlı ümumi tövsiyələr, Şagird nailiyyətinin qiymətləndirilmə prinsipləri və üsulları öz əksini tapmışdır. Bu da öz növbəsində, fənn kurikulumunun tələblərinin yerinə yetirilməsini, dərsliyin hansı prinsiplə hazırlanması mexanizmini aydın görməyə imkan verir. Hər tədris vahidi üzrə kiçik summativ qiymətləndirməyə aid test tapşırıqları verilmişdir. MMV-nin bədii tərtibatı qənaətbəxş olsa da, texniki tərtibatında müəyyən qüsurlar var. Əksər səhifələrdə (məsələn, səh. 18-21, 23-27, 29-31, 33-35 və s.) şəkillə, cədvəllə (sxemlə) əsas mətn arasında heç bir interval qoyulmayıb. Dərslikdən fərqli olaraq, burada əksər səhifələrdə materialların verilməsində ciddi sıxlıq hiss olunur ki, bunu da onun texniki tərtibatının qüsuru hesab etmək olar. Bütün abzaslar sətrin başından başlayır. Abzaslararası interval qoyulmayıb. Ona görə də onları həm oxumaq, həm də fərqləndirmək baxımından çətinlik yaranır. Digər qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: Səhifə 21. 1-ci abzasda klaviaturanın işinin izahı və proqram vasitəsilə emal olunur kimi bitir ki, burada kodun hansı proqram tərəfindən və nə üçün emal edilməsi aydın deyil. Cümlə ana plataya ötürülür kimi tamamlanmalıdır. Səhifə 35. Əvvəldə verilmiş cədvəldə Şagirdin boyu sütununun ayrı bir məlumatla əvəz olunması tövsiyə edilir. Şagirdlərin boylarının müqayisəsi psixoloji cəhətdən doğru deyil. Səhifə 76. Sonda Öyrəndiklərinizi yoxlayın bölməsindəki 3-cü tapşırığın Bağlantının sürəti 2 Mbit/san olarsa, 50 Mbayt həcmi olan faylı İnternetdən 7

endirmək üçün nəzəri olaraq nə qədər zaman lazım gələr? əvəzinə Bağlantının sürəti 2 Mbit/san olarsa, 50 Mbayt həcmi olan faylı İnternetdən endirmək üçün nəzəri olaraq nə qədər vaxt lazım gələr? kimi verilməsi daha məqsədəuyğundur. Səhifə 96. Vəsaitin rus dilində olan variantında 13-cü bənddə 2.2 əvəzinə 3.2 verilməlidir. 8