Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi Müəlliflər: Bilal İsmayılov Çəmən Babaxanova Rəfiqə İsayeva Bakı: Kövsər, 2011. Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Dizayn və bədii tərtibat baxımından. 1. Məzmun baxımından Dərslik qüvvədə olan tədris proqramına uyğun hazırlanaraq, 4 Module və 8 Unité-dən ibarət olmaqla, 160 səhifəni əhatə edir. Dərslikdə materiallar sadədən-mürəkkəbə prinsipi nəzərə alınmaqla, kommunikativ nitq bacarıqlarının formalaşdırılmasına yönəldilmiş və müəyyən ardıcıllıqla yazılmışdır. Bu isə şagird nailiyyətini izləməyə və onu qiymətləndirməyə imkan verir. Dərslikdəki mövzular məlumatvericidir. Hər bir dərsə uyğun verilmiş çalışmalar da şagirdlərin kommunikativ nitq bacarıqlarının yüksək səviyyədə inkişafına zəmin yaradır və mövzulara tam uyğun tərtib olunmuşdur. Hər bir Module-ün sonunda mövzuları möhkəmləndirmə çalışmaları verilmişdir ki, bu da dərsin daha yaxşı ümumiləşdirilməsinə kömək etməklə yanaşı, dilin öyrənilməsi üçün də əhəmiyyətlidir. Dərslikdəki təlim materialları aktuallığına görə müasir dövrün tələbinə uyğun tərtib edilmişdir. Mövzular tərbiyəvi və məlumatverici olmaqla, şagirdlərin dünyagörüşünün formalaşdırılmasına imkan verir. Lakin şifahi nitqin (danışıq dilinin) öyrənilməsi üçün zəruri olan audio vasitələrin olmaması dinləyib-anlama tələbinin tam reallaşdırılmasını təmin etmir. Bunlarla yanaşı, dərslikdə müəyyən qüsurlar vardır: Səhifə 12-də Conjugaison du présent du subjonctif başlığı ilə verilmiş ilk cümlədə troisime sözü troisième kimi yazılmalıdır. Həmin səhifədə qaydasız fellərin təsrifinə aid verilmiş cədvəldəki nümunədə Ètre felinin yazılışı Être kimi olmalıdır. Səhifə 16-da Modèle -dəki ifadə Il a y deyil, Il y a kimi olmalıdır. Səhifə 22-də Activité 1 -in şərtindəki les infor mations sözü ayrı deyil, bitişik yazılmalıdır (les informations). Səhifə 42-də Activité 1 -də 2-ci cümlədəki Ca sözü, Ça kimi olmalıdır. Səhifə 52-də Grammaire -də nümunə kimi Aller felinin təsrifi verilmişdir. Cədvəldəki Il (elle) firait -in yazılışındakı f hərfi artıqdır. Il (elle) irait kimi olmalıdır. 3
Səhifə 54-də Activité 3 -ün şərtindəki parèntheses sözü, parenthèses kimi olmalıdır. Yenə həmin çalışmanın 4-cü cümləsindəki Qaund sözü Quand kimi yazılmalıdır. Səhifə 57-də Activité 2 -də şərtdə verilmiş Completez sözü Complétez kimi yazılmalıdır. Səhifə 62-də Objectifs üzrə Grammaire -də verilmiş Patricipe sözü Participe kimi yazılmalıdır. Səhifə 63-də Document A -da Anne -nın nitqindəki ils n y a pas de ifadəsi, il n y a pas de kimi olmalıdır. Səhifə 77-də Activité 2 -də respester la loi ifadəsi respecter la loi kimi yazılmalıdır. Səhifə 78-də Activité 1 -in 5-ci cümləsindəki İl sözündəki İ hərfi fransız dilinin əlifba qrafikasına uyğun deyil. ( Il kimi olmalıdır). Səhifə 81-də səhifənin nömrəsinin sözlə yazılışında verilmiş quatre-vingt-un sözü, quatre-vingt et un kimi olmalıdır. Səhifə 87-də Objectifs -də verilmiş égalités sözündə s hərfi olmamalıdır ( égalité kimi olmalıdır). Səhifə 93-99-da səhifələrin nömrəsinin sözlə yazılışındakı quarte sözü quatre kimi yazılmalıdır. Səhifə 94-də Activité 1 -də nümunədə verilmiş les drots égaux ifadəsindəki drots sözü droits kimi yazılmalıdır. Həmin səhifədə Activité 2 -in şərtindəki deuxiéme sözü deuxième kimi, cədvəlin üstündə verilmiş conjugasion sözü isə conjugaison kimi yazılmalıdır. Səhifə 96-da Activité 1 -dəki cədvəldə verilmiş tra vail sözü bitişik yazılmalıdır (travail). Səhifə 101-də səhifələnmədə verilmiş cent un sözü cent et un kimi olmalıdır. Səhifə 111-də 3-cü çalışmanın şərtindəki soeur sözündə œ hərfi ayrı deyil, bitişik yazılmalıdır (sœur kimi olmalıdır). Bəzi durğu işarələrinin işlənməsində də xətalara yol verilmişdir. Səhifə 33-də 9-cu çalışmanın əvvəlində «durğu işarəsinə ehtiyac yoxdur. Səhifə 79-da Activité 1 -in 4-cü cümləsinin sonunda digər cümlələrdə olduğu kimi nöqtə (.) qoyulmalıdır. 4
2. Dizayn və bədii tərtibat baxımından Mövzular gündəlik həyat və məişət tərzi ilə bağlı rəngarəng, düşündürücü, şagirdi sərbəst yaradıcılığa və axtarışa yönəldən öyrədici xarakterə malikdir. Dərsliyin bədii tərtibatı və dizaynı qənaətbəxşdir. Dərslikdə fotoşəkillərin mövzu ilə uyğunluğu, ifadəliliyi, aydınlığı, rəngarəngliyi, onların cəlbediciliyi, şagird marağının nəzərə alınması prinsipi gözlənilmişdir. Dərslikdə fotoşəkillərin sayı təhsil pilləsinə uyğun olaraq kifayət qədərdir. Dərslikdə bəzi səhifələrdəki cümlələrdə sürüşmələr olmuşdur (Məs: səh. 49, 50, 82). Nəticə 1. Bütün təlim materialları şagirdlərin yaş səviyyəsinə uyğun və məqsədyönlü tərtib olunmuşdur. 2. Dərslikdə təlim materialları işlənərkən fəndaxili və fənlərarası inteqrasiya nəzərə alınmışdır. 3. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamə nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Bundan əlavə, dərslikdə Azərbaycan Respublikasının dövlət rəmzlərinin təsvirlərinin Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində verilən ardıcıllıqla (Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himni) çap olunması daha məqsədəuyğun olardı. 5