Bizim kodeksimiz Bizim cavabdehliyimiz

Benzer belgeler
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Marketinq. Mehdiyev Əkbər

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Sistem inzibatçıları üçün təlimat

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Protokolundan Çıxarış aprel 2016-cı il

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

[18] 1. Ümumi müddəalar

Zeynalova Sevinc III kurs

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Azərbaycan Futbol Klublarında çalışan. Azarkeşlərlə əlaqələndirici şəxslər üçün məlumat kitabçası

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

BlackBerry ID Sazişi

MƏSLƏHƏTÇILƏRIN İSTIFADƏSI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

Kommunal müəssisələr tərəfindən satınalma

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Məcburi əməyə qarşı mübarizə: İşəgötürənlər və Biznes üçün vəsait Görülə biləcək tədbirlərə dair məsləhətlər

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

haqqında ətraflı məlumat

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

SATINALMA ÜZRƏ TƏLIMATLAR

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR TƏLİMAT

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə araşdırmanın xüsusiyyətləri

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

UNICEF/NYHQ /SOKOL. Uşaq Hüquqları və Biznes Prinsipləri

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

1. TƏHLÜKƏSİZLİKLƏ BAĞLI QARŞIYA QOYDUĞUMUZ MƏQSƏD

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

İdman haqda Genişləndirilmiş Hissəvi Saziş İGHS Avropa Şurasının İdman Yarışlarında Manipulyasiya haqqında Konvensiyası

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

BANKLARIN VƏ MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRƏN DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN RİSKLƏRİNİN KOMPLEKS SIĞORTASI QAYDALARI

Strateji Planlaşdırma və Təşkilati Struktur Standartı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

«E-BANK» SİSTEMİNİN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Transkript:

Bizim kodeksimiz Bizim cavabdehliyimiz Code of Conduct

Sizi düzgün qərarlar verməyə yönləndirən bələdçiniz

Kodeksimizin təməlini dəyərlərimiz və davranışlarımız təşkil edir Bizim dəyərlərimiz Təhlükəsizlik Təhlükəsizlik yaxşı işdir. Gördüyümüz hər bir iş işçilərimizin və bizi əhatə edən icmaların təhlükəsizliyinə əsaslanır. Biz ətraf mühitin təhlükəsiz idarə edilməsindən yanayıq. Biz dünyanı təhlükəsiz şəkildə enerji ilə təmin etməyə çalışırıq. Hörmət Biz çalışdığımız dünyaya hörmət edirik. Bu ilk öncə qanun və qaydalara cavabdehlyimizdə əks olunur. Biz ən yüksək etik standartlara sadiq qalır və digərlərinin etibarını qazanmağa çalışıq. Biz malik olduğumuz münasibətlərə əsaslanır, bir-birimizə və çalışdığımız şəxslərə hörmətlə yanaşırıq. Biz insanların və fikirlərin müxtəlifliyini dəyərləndiririk. Biz aldığımız mühüm və ya cüzi qərarların ətrafımızdakılara təsiri barədə düşünürük. Mükəmməllik Biz təhlükəli biznes sahəsində çalışırıq və əməliyyatlarımızın sistematik və nizamlı şəkildə idarə edilməsində mükəmməlliyə can atırıq. Biz şirkətimiz üçün təyin etdiyimiz qayda və standartlara riayət edirik. Biz nəticələrin keyfiyyətini təmin etməyə, öyrənmək və inkişaf etməyə can atırıq. Əgər bir yalnışlıq varsa, biz onu düzəldirik. Cəsarət Bizim etdiklərimiz həmişə asan olmur. Ən gözəl nəticələr əldə etmək və çətinliklərlə üzləşmək, problemlər barədə danışmaq və inandıqlarımıza sadiq qalmaq üçün çox vaxt cəsarət tələb olunur. Biz hər zaman düzgün olanı etməyə can atırıq. Biz düşünmənin yeni yollarını tətqiq edir və yardım istəməkdən çəkinmirik. Biz özümüzə qarşı səmimiyik və digərlərindən də qarşılıq gözləyirik. Biz dünyamızın qısa müddətli olmasına baxmayaraq, uzun müddətli irsə can atırıq. Bir Komanda Tək insan nə qədər çox iş görə bilərsə, biz birlikdə ondan daha çoxuna nail olacağıq. Biz komandamızı fərdi uğurumuzdan üstün tutur və onun üçün potensial qurmağa çalışırıq. Biz üzərimizə düşən öhdəliklərin yerinə yetirilməsində bir-birimizə etibar edirik. BP-nin tələbləri və faydalı resurslar Dəyərlər və davranışlar intranet səhifəsi

Kodeksimiz Cavabdehliimiz 4 4 Kodeksimizə kimlər əməl etməlidir 5 İşçilərin cavabdehlikləri 5 Menecerlərin əlavə cavabdehlikləri 6 Sözünü demək 6 Cəzalandırılmanın yolverilməzliyi Təhlükəsiz, məsuliyyətli və etibarlı fəaliyyət 8 9 Sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit Əməkdaşlarımız 10 11 Müxtəliflik və hər kəs üçün bərabərhüquqlu mühit 12 Bərabər imkanlar 12 Sıxışdırmadan uzaq iş mühiti 13 Şəxsi məxfi məlumatlar Biznes tərəfdaşlarımız 14 Birgə işlədiyimiz hökumət orqanları və icmalar 18 15 Təchizatçılar və biznes tərəfdaşlar 16 Hədiyyələr və əyləncə 16 Maraqların toqquşması 17 Rəqabət hüququ və antiinhisar haqqında qanunlar 17 Beynəlxalq ticarət haqqında qanunlar 17 Çirkli pulların yuyulmasının qarşısının alınması 19 İcmaların cəlb edilməsi 20 İnsan hüquqları 20 Rüşvətxorluq və korrupsiya 21 İctimaiyyətlə əlaqələr 21 Siyasi fəaliyyət Aktivlərimiz və maliyyə sahəsindəki düzgünlüyümüz 22 23 Mühasibat kitabları və qeydlər 24 BP-nin aktivlərinin mühafizə edilməsi 24 Daxili məlumatlardan istifadə etməklə qiymətli kağızlarla qanunsuz əməliyyatların aparılması Bizim kodeksimiz Bizim cavabdehliyimiz 1

Bob Dadlidən ön söz Bizim kodeksimiz Bizim cavabdehliyimiz 2

Hörmətli həmkarım, BP-nin yeni Davranış Kodeksinə xoş gəldiniz. Bu, bizə işgüzar fəaliyyətimizdə düzgün addımlar atmağa yardım edən bələdçidir. Bu Kodeksi oxumaq və ona əməl etmək hər birimizin vəzifəsidir. BP üçün bizim atdığımız hər bir addımın düzgün olmasını təmin etməkdən daha vacib bir şey yoxdur və heç bir şey bizi buna əməl etməmək qədər riskə məruz qoya bilməz. Siz Kodeksin məzmununun azaldıldığını və sadələşdirildiyini görəcəksiniz, lakin onun əhəmiyyəti heç də azalmayıb. Buna səbəb isə odur ki, biz qaydaları daha təfərrüatı ilə izah etməkdənsə, ən mühüm prinsipləri və gözləntiləri əhatə etməyə üstünlük vermişik. Mən inanıram ki, BP əməkdaşları mürəkkəb seçimlər qarşısında qaldıqda düzgün qərarlar verməyə tam qadirdir və onlar atdıqları addımda sağlam düşüncəyə əsaslanacaq. Lakin, biz heç vaxt hansı addımın düzgün olduğuna əmin olmadıqda, özümüzü bunun öhdəsindən təkbaşına gəlmək məcburiyyətində hiss etməməliyik. Bizim birgə cavabdehliklərimizdən biri də ondan ibarətdir ki, ehtiyacımız olduqda menecerlərdən və ya digər daxili resurslardan yardım almağa çalışmalıyıq. Bob Dadli Qrupun baş icraçı direktoru Xahiş edirik, hazırkı Kodeksi pozan hər hansı bir şey müşahidə etdiyinizdə, bu barədə fikrinizi söyləyin. Sizin qaldırdığınız narahatlıq doğuran məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və BP sizə qarşı hər hansı cəzalandırılma cəhdinə yol verməyəcək. Kodeksimizin təməlini bizim dəyərlərimiz və davranışlarımız təşkil edir. Onlar BP-nin öz nüfuzunu qorumaqla və etimad qazanmağa davam etməklə şirkətin inkişafına imkan yaratmaq üçün bizim hər birimizin nə etməli olduğumuzu müəyyənləşdirir. Bu Kodeksi oxuduqca, onun gözləntilərini əsas tutun və gündəlik işinizdə dəyərlərimizi yaşatmağa davam edin. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 3

Etibar edilən bir şirkət olmaq üçün biz ildən ilə müvafiq və yüksək standartlara uyğun işləməliyik və atdığımız hər bir addımda və söylədiyimiz hər bir kəlmədə onlara əməl etməliyik. Kodeksimiz Cavabdehliyimiz Kodeksimiz BP-nin düzgün addımlar atmaq öhdəliyinə sadiq qaldığının ictimai şəkildə bəyanıdır. O, əməkdaşların və digər şəxslərin məlumatlanmasına, etik normalara uyğun qərarlar qəbul etməsinə yardım edən faydalı bir vasitədir. Kodeksimizdə BP-nin müvafiq tələblərinə (BP-nin siyasətləri, BP-nin prosedurları və BP-nin praktikaları) və digər faydalı vasitələr və resurslara istinad edilib. Heç bir davranış kodeksi hər bir mümkün vəziyyəti əhatə edə bilməz və buna görə də, BP şirkəti sizin düzgün qərarlar verəcəyinizə və suallar yaxud narahatlıq doğuran məsələlər ilə rastlaşdığınızda fikrinizi söyləyəcəyinizə inanır. Bizim kimi 80-dən artıq ölkədə fəaliyyət göstərmək bəzən yerli qanunlar, qaydalar yaxud adətlər ilə Kodeksimiz arasında ziddiyyət ola biləcəyi hallarla da rastlaşmaq deməkdir. Qüvvədə olan qanunların tələbləri ilə Kodeksimiz arasında ziddiyyət yaxud uyğunsuzluq olduğu təqdirdə, siz ən sərt standartlara riayət etməlisiniz. Kodeksimizi pozan adətlərə əməl etməyin. Kodeksimizə kimlər əməl etməlidir Kodeksimiz BP şirkətinin bütün əməkdaşlarına, məsul işçilərinə və İdarə Heyətinin üzvlərinə şamil edilir. Biznes tərəfdaşları, o cümlədən idarə edilən birgə müəssisələr və üçüncü tərəflər öz davranışları ilə bizim nüfuzumuza birbaşa təsir göstərər bilərlər. Bu səbəbdən biz əməyin təhlükəsizliyi, etik normalar və tələblərə uyğunluq sahəsində götürdüyümüz öhdəliyə qoşulan biznes tərəfdaşları ilə işləmək istəyirik. Biz bütün podratçılarımızdan və onların işçilərindən Kodeksimizə uyğun şəkildə fəaliyyət göstərməyi gözləyirik və onları buna təşviq edirik. Biz onların bizim gözləntilərimizə yaxud öz müqavilə öhdəliklərinə riayət etmədiklərini hesab etdiyimiz hallarda müvafiq tədbirlər görəcəyik. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 4

İşi necə yerinə yetirdiyimiz nəyə nail olduğumuz qədər əhəmiyyətlidir. İşçilərin cavabdehlikləri Kodeksimizi oxuyun və oradakı məlumatlarla tanış olun. Kodeksimizə uyğun fəaliyyət göstərdiyinizi illik olaraq təsdiqləyin. Təhlükəsiz şəkildə, etik normalara cavab verən qaydada, qüvvədə olan müvafiq qanun və qaydalara, BPnin tələblərinə, BP-nin dəyərlərinə və davranış qaydalarına, bizim SƏTTƏM üzrə məqsədlərimizə uyğun şəkildə hərəkət edin. Qanunların, qaydaların, Kodeksimizin yaxud BP-nin tələblərinin mümkün pozulması hallarından xəbər tutduqda bu barədə məsələ qaldırın və ya narahatlıqları bildirin. Təhqiqat yaxud audit üzrə cavab tədbiri görülərkən tam şəkildə əməkdaşlıq edin. Menecerlərin əlavə cavabdehlikləri Müsbət örnək olun və heyət üzvlərinizə aşağıdakı qaydada dəstək verin: Hörmətcil və hər kəs üçün bərabərhüquqlu iş mühiti yaratmaqla, Onları fikirlərini söyləməyə təşviq etməklə, Narahatlıq doğuran məsələlər qaldırıldıqda, onları dinləməklə və cavab tədbiri görməklə, Fikrini söylədiyinə yaxud təhqiqatla əməkdaşlıq etdiyinə görə heç kəsin cəzalandırılmamasını təmin etmək üçün öz üzərinə düşən işi görməklə. Heyət üzvlərinizin Kodeksimizin, BP-nin tələblərinin və qüvvədə olan müvafiq qanunların prinsiplərini və gözləntilərini başa düşməsinə yardım edin. Tələblərimizin icrasını təmin edərkən və insanları işdəki davranışlarına görə cavabdeh tutarkən məntiqli olun. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 5

Siz nə zaman sözünüzü deməlisiniz? Bizim hər birimiz nəyinsə təhlükəli, qeyri-etik yaxud potensial olaraq zərərli olduğunu gördüyümüzdə bunu açıq şəkildə söyləməyə cavabdehlik daşıyırıq. Əgər hər hansı sualınız varsa, yardıma ehtiyac duyursunuzsa yaxud narahatlıq doğuran məsələni qaldırmaq istəyirsinizsə, bunun üçün sizin bir neçə yolunuz var. Cəzalandırılmanın yolverilməzliyi BP şirkəti cəzalandırılmanı yolverilməz hesab edir. Biz cəzalandırılma hallarını yanlış davranış hesab edirik. Cəzalandırılma bir çox formalarda həyata keçirilə bilər, məsələn: hədə-qorxu, şantaj, sıxışdırma, alçaltma, qərəzli şəkildə və ya pis niyyətlə problemlər qaldırmaq. Əgər siz özünüzün və ya tanıdığınız hər hansı bir şəxsin cəzalandırılmaya məruz qaldığını hesab edirsinizsə, Kodeksdə sadalanmış Speak Up (sözünü de) resurslarından hər hansı biri ilə əlaqə saxlayın. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 6

BP-nin tələbləri və faydalı resurslar Speak Up intranet səhifəsi Opentalk.bpweb.bp.com Siz necə öz fikrinizi söyləyə bilərsiniz Siz narahatlığınızı öz bilavasitə menecerinizə açıqlaya bilərsinizmi? Dəstək göstərən Komandanızdakı müvafiq xeyr başqa bir xeyr funksional bölmə xeyr menecerə deyə ilə əlaqə saxlaya bilərsinizmi? bilərsinizmi? Əgər bunlardan heç birini edə bilmirsinizsə, Sözünüzü demək üçün mövcud imkanlar sizə yardım edə bilər OpenTalk xidməti ilə əlaqə saxlayın bəli bəli bəli bəli Öz bilavasitə menecerinizlə əlaqə saxlayın Komandanızdakı digər rəhbər şəxslə danışın Dəstək göstərən funksional bölmələr ilə əlaqə saxlayın (ƏTvəƏR, ENvəTU, İR, Hüquq şöbəsi) OpenTalk xidmətinə zəng vurun (baxın: səhifə 25) Bizim kodeksimiz Bizim cavabdehliyimiz 7

Təhlükəsiz, məsuliyyətli və etibarlı fəaliyyət Bizim kodeksimiz Bizim cavabdehliyimiz 8

BP-nin tələbləri və faydalı resurslar Əməyin təhlükəsizliyi və əməliyyat riskləri intranet səhifəsi Əməliyyatların İdarə Edilməsi Sistemi (ƏİES) Ofisin təhlükəsizliyinə dair əsas prinsiplər (OSF) Prinsiplərimiz Biz fəaliyyət göstərdiyimiz icmalarda əməyin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə və icmalara hörmətlə yanaşılmasına dair öhdəliyə sadiqik. Biz ətraf mühitə ziyan dəyməsinə və icmaların əlaqədar təsirlərə məruz qalmasına yol verməməyə çalışırıq. Bizim sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit (SƏTTƏM) üzrə məqsədlərimiz: qəzalara yol verməmək, insanlara zərər yetirməmək və ətraf mühitə ziyan vurmamaqdır. Gözləntilərimiz Həmişə texniki və fiziki təhlükəsizliyə riayət etməklə fəaliyyət göstərmək Bizim üçün heç bir şey işçi qüvvəmizin və fəaliyyət göstərdiyimiz icmaların sağlamlığından, texniki və fiziki təhlükəsizliyindən və eləcə də bölüşdüyümüz mühitə məsuliyyətlə yanaşmaqdan daha önəmli deyil. Biz sayıq və intizamlı olmalı və həmişə bir-birimizin qeydinə qalmalıyıq. Hədə-qorxulara, şantaja və zorakılığa yol verilməyəcək. Bizim hər birimiz əməyin təhlükəsizliyi üzrə örnək olmalıyıq. İxtisaslaşmadığınız işi yerinə yetirməyin. Özünüz yaxud başqaları tərəfindən görülən işin təhlükəli olduğunu hesab etdiyinizdə həmin işi dayandırın. Ətraf mühitin mühafizəsində öz üzərinizə düşən vəzifələri yerinə yetirin onun özünüz üçün prioritet hesab edin. Əmin olun ki, məsələn yuxusuzluq, spirtli içkilər yaxud hər hansı dərman vasitələri (reseptlə yaxud reseptsiz buraxılan dərman vasitələri daxil olmaqla) sizin fəaliyyət göstəricinizə mənfi təsir göstərmir. Təhlükəli yaxud qeyri-sağlam iş mühiti müşahidə etdiyinizdə bununla bağlı fikrinizi açıq şəkildə söyləyin. Fikrini açıq şəkildə söyləyən digər şəxsləri dinləyin. Birgə işlədiyimiz podratçılardan və digər tərəflərdən müvafiq SƏTTƏM tələblərinə riayət etməsini tələb edin və onları buna təşviq edin. Hər hansı qəza, xəsarət, xəstəlik yaxud təhlükəli vəziyyət barədə dərhal məlumat verin. Heç vaxt güman etməyin ki, kimsə başqa bir şəxs risk və ya narahatlıq doğuran məsələ barədə məlumat verib yaxud verəcək. İşlədiyiniz yerdə tətbiq olunan fövqəladə hallar üzrə prosedurları bilin. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 9

Əməkdaşlarımız Bizim kodeksimiz Bizim cavabdehliyimiz 10

Prinsiplərimiz BP-nin uğurunun təməlində əməkdaşlarımız dayanır. Biz bir-birimizə hörmətlə yanaşdıqda və dəyər verdikdə, fərdi şəkildə və şirkət olaraq öz məqsədimizə çatırıq. Bizim hamımızın hörmət və ədalət prinsiplərinə əsaslanan korporativ mədəniyyətin qorunub saxlanılmasında müəyyən rolu var. Gözləntilərimiz Müxtəlifliyə və bərabərhüquqlu mühitə əsaslanan komanda işi və uğur Biz hər bir şəxsin BP şirkətinə verdiyi misilsiz töhfəni yüksək dəyərləndiririk. Biz müxtəlif peşə və təcrübələrə və fərqli istedadlara və ideyalara malik şəxslər öz istedadlarından tam şəkildə bəhrələnə bildiyi və hər bir kəsin töhfə vermək imkanına malik olduğu bir mühitdə işlədiyi zaman daha çox nailiyyətlər əldə edirik. Hər bir kəsə hörmətlə yanaşın. İnsanlara öz fikirlərini söyləməsini təşviq edin və fikrini söyləyən şəxsləri dinləyin. Mədəni müxtəlifliyə hörmətlə yanaşın. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 11

Bərabər imkan ədalətlilik, hörmət və ləyaqət prinsiplərinə əsaslanır Biz hər kəsə ədalətli şəkildə, hörmətlə və ləyaqətlə yanaşırıq. Biz birgə işlədiyimiz şəxslərdən ədalətlilik və bərabər imkan prinsiplərimizə müvafiq qaydada davranmağı gözləyirik. İşlə bağlı qərarlarınızı şəxslərin irqindən, rəngindən, milli mənsubiyyətindən, dinindən, cinsindən, yaşından, cinsi oriyentasiyasından, cinsi mənsubiyyətindən, ailə vəziyyətindən, əlilliyindən yaxud qüvvədə olan qanunlarla mühafizə edilən hər hansı digər xüsusiyyətlərindən asılı olmayaraq şəxsi keyfiyyətlərə əsasən verin. Təhqiramiz mesajlar, alçaldıcı iradlar və yersiz zarafatlar qəbuledilməzdir. Sıxışdırma və şantajdan uzaq iş mühitinin yaradılması Biz istənilən formada təhqir və ya sıxışdırma hallarını dözülməz hesab edirik. Buraya əsaslı olaraq təhqiramiz, hədələyici hesab edilən yaxud ayrı-seçkiliyə yol verən hərəkətlər, habelə hər hansı formada cinsi zəmində sataşma/sıxışdırma daxildir. Unutmayın ki, iş yerində sıxışdırılma halları olmamalı və ya BP əməkdaşının iştirakı ilə Kodeksimizə yaxud qanuna zidd sıxışdırma halları baş verməməlidir. Bütün növ sataşma/sıxışdırma hallarından uzaq iş mühiti yaratmağa yardım edin. Cinsi xarakterli yersiz atmacalar və ya cinsi zəmində hər hansı digər kobud davranışlar dözülməz hesab ediləcək. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 12

BP-nin tələbləri və faydalı resurslar OneHR Global Information intranet səhifəsi Müxtəliflik və bərabərhüquqlu mühit intranet səhifəsi Hüquqi məlumatların məxfiliyi intranet səhifəsi Məlumatların təhlükəsizliyinə dair tələblər Şəxsi məlumatların mühafizə edilməsi BP şirkəti öz əməkdaşlarının şəxsi həyatının toxunulmazlığına hörmətlə yanaşır və yalnız BP-nin nüfuzuna və ya qanuni işgüzar maraqlarına təsir göstərdiyi hallarda əməkdaşların işdənkənar hərəkətləri ilə maraqlanacaq. Biz yalnız səmərəli şəkildə fəaliyyət göstərmək və ya qanunlara riayət etmək üçün zəruri olduqda şəxsi məlumatlardan istifadə edirik. Şəxsi məlumatların üzərinə məxfi qrifi yapışdırın və onlarla məxfi davranın. Şübhəniz olduqda, şəxsi məlumatların məxfiliyi üzrə yerli koordinatorunuzla məsləhətləşin. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 13

Biznes tərəfdaşlarımız Bizim kodeksimiz Bizim cavabdehliyimiz 14

Prinsiplərimiz Biz öz biznes tərəfdaşlarımızla düzgünlük, qarşılıqlı hörmət və məsuliyyətlilik prinsipləri əsasında işləyirik. Biz başqalarının da etibar edə biləcəyi bir şirkətik. BP öz rəqibləri üzərindəki üstünlüyünü işgüzar fəaliyyətində qeyri-etik və ya qeyri-qanuni yollara əl atmaqla deyil, güclü fəaliyyət göstəriciləri nümayiş etdirməklə qazanır. Gözləntilərimiz Təchizatçılar və biznes tərəfdaşları ilə güclü əlaqələrin qurulması və qorunub saxlanılması Təchizatçılarımız və biznes tərəfdaşlarımız bizim biznes əməliyyatlarını həyata keçirmək və maraqlı tərəflərin gözləntilərinə cavab vermək imkanlarımız baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də, biz onları diqqətlə seçirik və obyektiv seçim prosesindən istifadə edirik. Biz əməyin təhlükəsizliyi, etik normalar və tələblərə uyğunluq sahəsində götürdüyümüz öhdəliklərə qoşulan tərəflər ilə işləməyə çalışırıq. Müvafiq olduqda müqavilə öhdəliklərini razılaşdırmaqla təchizatçılarımıza və biznes tərəfdaşlarımıza bizim müvafiq gözləntilərimizi aydın şəkildə çatdırın. Onlar həmin gözləntilərə və ya öhdəliklərə əməl etmədikdə müvafiq tədbirlər görün. Təchizatçının yaxud biznes tərəfdaşının qüvvədə olan müvafiq qanunlara yaxud öz müqavilə öhdəliklərinə riayət etmədiyini göstərən hər hansı halları məruzə edin. İşgüzar fəaliyyətinizə şamil olunan BP-nin təchizatçılarla bağlı tələblərini bildiyinizdən və onlara əməl etdiyinizdən əmin olun. Buraya dövlət müqavilələri ilə bağlı tələblər və birgə müəssisələrlə bağlı tələblər daxildir. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 15

Hədiyyələri və əyləncəni müvafiq qaydada təqdim və ya qəbul edin Biz hər hansı biznes fəaliyyəti, xidmətlər yaxud məxfi məlumatlar müqabilində və ya qərara təsir göstərmək məqsədilə hədiyyələr yaxud əyləncələr qəbul etmirik və ya təqdim etmirik. Əgər BP-nin hədiyyələrə və əyləncəyə dair tələbləri ilə kənar qurumların qüvvədə olan müvafiq hədiyyə və əyləncələrə dair tələbləri arasında hər hansı ziddiyyət olarsa, ən sərt olan tələbə əməl edin. Bəzi hədiyyələr və əyləncələr həmişə qəbuledilməz ola bilər, çünki onlar qanunsuz ola yaxud nüfuzumuza xələl gətirə bilər; məsələn rüşvət kimi görünə biləcək və ya qeyri-əxlaqi yaxud qeyrimüvafiq olan hər hansı bir şey. Dövlət məmurlarının səfər xərclərini ödəməzdən və ya onların səfəri ilə bağlı gündəlik məsrəfləri ödəməyə razılaşmazdan əvvəl Hüquq şöbəsindən təsdiq alın. Təşəbbüskar olun və maraqların toqquşması hallarını idarə edin Sizin maraqlarınız yaxud fəaliyyətləriniz sizin BP üçün obyektiv qərarlar qəbul etməyinizə təsir göstərdiyində maraqların toqquşması baş verə bilər. Maraqların toqquşa biləcəyi bir çox müxtəlif hallardan xəbərdar olun. Məsələn: Rəqiblər, müştərilər və ya təchizatçılar ilə kənar işlər və münasibətlər. Yaxın qohumlar ilə, xüsusən də dövlət məmurları ilə iş görmək. Əmək haqqı, iş icrasının qiymətləndirilməsi və vəzifəyə təyinat kimi qərarlara təsir göstərə bilən digər əməkdaşla yaxın şəxsi münasibətlərə malik olmaq. Digər təşkilatın idarə heyətinin üzvü kimi fəaliyyət göstərmək. Sizin qərarlarınıza təsir göstərə bilən və ya təsir görüntüsü yarada bilən investisiyalar. Maraqların toqquşmasına səbəb ola biləcək və ya maraqların toqquşması təəssüratını yarada biləcək hallar barədə məlumat verin. Bu cür vəziyyət açıqlandığı halda, bizim həmin vəziyyəti daha yaxşı aradan qaldırmaq imkanımız olur. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 16

BP-nin tələbləri və faydalı resurslar Etik normalar və tələblərə uyğunluq reyestrləri (buraya Hədiyyələr və Əyləncə, Maraqların Toqquşması da daxildir) Qeyri-icraçı direktorun vəzifələrinə dair təlimatlar İş yerindəki münasibətlərin idarə olunmasına dair standart (qlobal) təlimatlar Rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə tələblər Çirkli pulların yuyulması ilə mübarizəyə dair tələblər Rəqabət və antiinhisar haqqında tələblər Beynəlxalq ticarət qaydalarına dair tələblər Tədarük-təchizat üzrə səlahiyyətli şəxslərlə bağlı tələblər Rəqabətə xələl gətirən davranışların qarşısının alınması Rəqabət hüququ və antiinhisar haqqında qanunlar mürəkkəb və çox vaxt hər bir konkret hala səciyyəvi olur. Bu səbəbdən hər hansı suallarınız olduqda Hüquq şöbəsi ilə məsləhətləşin. Aşağıdakı fəaliyyətlərlə məşğul olmayın: inhisar yolu ilə qiymətləri təyin etmək, yalançı qiymət təklifləri vermək, sifarişçiləri bölüşdürmək və/ və ya təchizatı məhdudlaşdırmaq üçün rəqiblər/ bazar iştirakçıları ilə hər hansı formada sövdələşmə və ya razılaşma. Beynəlxalq ticarət haqqında qanunlara riayət etmək Çirkli pulların yuyulmasının qarşısının alınması Çirkli pulların yuyulması qanunsuz maliyyə vəsaitlərinin gizlədilməsi və ya onların qanuni şəkilə salınmağa çalışılması prosesidir. Buraya həmçinin qanuni maliyyə vəsaitlərindən cinayət və ya terrorizmin dəstəklənməsi məqsədilə istifadə olunması halları da daxildir. Heç vaxt çirkli pulların yuyulmasında iştirak etməyin. Qarşı tərəfin hüquqi ekspertizadan keçirilməsinə dair prosedurlarımıza əməl etməklə biznes tərəfdaşlarınızı tanıyın. Narahatlıq doğuran məsələlərlə rastlaşdığınızda həmin məsələləri qaldırın. Biz fəaliyyət göstərdiyimiz bütün ölkələrin ticarət haqqında qanunlarına, o cümlədən iqtisadi sanksiyalarına, idxal və ixrac haqqında qanunlarına riayət edirik. BP-nin fəaliyyət göstərdiyi əksər ölkələr sərhəddən məhsulların keçirilməsinə məhdudiyyətlər qoyur. Ticarət sanksiyaları, o cümlədən maliyyə sanksiyaları mürəkkəb olur. Sanksiya qoyulmuş ölkə, hüquqi yaxud fiziki şəxs ilə biznes fəaliyyətləri kimi əməliyyatlara cəlb olunduğunuz təqdirdə, siz qüvvədə olan müvafiq ticarət haqqında qanunlara riayət etməlisiniz. İdxal yaxud ixrac üçün nəzərdə tutulan məhsulların, o cümlədən avadanlıqların, proqram təminatının və texnologiyanın kateqoriyası əvvəlcədən təsnif edilməlidir və bütün tələb olunan etiketlər, sənədlər, lisenziyalar və təsdiqlər tamamlanmış olmalıdır. Hər hansı suallarınız olduğunda öz bilavasitə menecerinizə müraciət edin və o, isə öz növbəsində Hüquq şöbəsi ilə əlaqə saxlayacaq. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 17

Birgə işlədiyimiz hökumət orqanları və icmalar Bizim kodeksimiz Bizim cavabdehliyimiz 18

Prinsiplərimiz Biz davamlı inkişafa töhfə vermək, iş yerləri açmaq və insanlara investisiya yatırmaq üçün hökumətlər və icmalarla əməkdaşlıq edirik. Gözləntilərimiz İcmaların cəlb edilməsi və onların hüquq və ləyaqətinə hörmətlə yanaşma Biz fəaliyyət göstərdiyimiz və yaşadığımız icmalarda etimad qazanmış bir qonşu olmaq istəyirik. Açıq və etik normalara uyğun mövqeyə sahib olmaq və müxtəlifliyə, yerli mədəniyyətlərə və adətlərə hörmətlə yanaşmaq müsbət töhfə verir. Biz yerli icmada iştirakı təşviq edirik. İcma təşkilatlarının və ya qeyri-hökumət təşkilatlarının (QHT-lərin) nümayəndələri ilə danışmazdan əvvəl öz bilavasitə menecerinizə və ya öz yerli əlaqələr və xarici işlər qrupunuza məlumat verin. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 19

İnsan hüquqlarına sadiqlik Biz öz biznes fəaliyyətimizi insan hüquqlarına və insanların ləyaqətinə hörmətlə yanaşan şəkildə aparmağa çalışırıq. Bizim hər birimiz uşaq əməyi, insan alveri və məcburi əmək kimi insan hüquqlarının pozulması hallarının aradan qaldırılmasında müəyyən rol oynaya bilərik. Əməliyyatlarımızda və ya biznes tərəfdaşlarımızın əməliyyatlarında hər hansı insan hüquqlarının pozulması hallarını aşkar etdiyinizdə bu barədə məlumat verin. Rüşvətxorluq və korrupsiya qarşı sərt mövqe nümayiş etdirin Biz öz biznes fəaliyyətimizdə istənilən növ rüşvətxorluğu və korrupsiyanı dözülməz hesab edirik. Biz rüşvətxorluqla mübarizə haqqında qanunlara və qaydalara riayət edirik və bütün dünyada rüşvətxorluğun və korrupsiyanın aradan qaldırılmasına yönəlmiş səylərə dəstək oluruq. Biz biznes tərəfdaşlarımızın da bizim öhdəliklərə qoşulmasını təmin etməyə çalışırıq. Rüşvət, təmənnalı ödənişlər yaxud hər hansı digər qeyri-müvafiq ödənişlər, o cümlədən şirnikləndirici ödənişlər təklif və ya qəbul etməyin Ödənişlərin düzgün şəkildə qeyd olunmasını və şirkətin vəsaitlərinin qanunsuz məqsədlərlə sərf edilməməsini təmin etmək üçün mühasibat uçotunu və qeydləri dəqiq şəkildə aparın. Qarşı tərəfin hüquqi ekspertizadan keçirilməsinə dair prosedurlarımıza əməl etməklə biznes tərəfdaşlarınızı tanıyın Bizim kodeksimiz Bizim cavabdehliyimiz 20

BP-nin tələbləri və faydalı resurslar Biznes Fəaliyyəti və İnsan Hüquqlarına dair siyasət Rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə tələblər Group Communications intranet səhifəsi Sosial Media ilə bağlı tələblər İctimaiyyətlə əlaqələr və BP-nin nüfuzunun qorunması Bizim ictimaiyyətlə əlaqələrimizin şəffaf, düzgün, müvafiq və məsuliyyətli xarakter daşıması son dərəcədə vacib əhəmiyyət kəsb edir. Yadınızda saxlayın ki, sizin sosial şəbəkələrdəki elanlarınız və şərhləriniz anonim deyil və BP-nin nüfuzuna mənfi təsir göstərə bilər. Yalnız səlahiyyətli şəxslər kütləvi informasiya vasitələri və ya investor dairələrinin üzvləri ilə danışa bilər; məsləhət üçün mətbuat xidməti və ya investorlarla əlaqələr şöbəsi ilə əlaqə saxlayın. Xarici tərəflər üçün təqdimatlar öz təcrübəmizi digərləri ilə bölüşmək üçün əla vasitədir, lakin hər hansı dəvəti qəbul etməzdən əvvəl tələb olunan icazələri əldə etdiyinizdən əmin olun və təqdimatın məzmunu ilə bağlı zəruri təsdiqləri əldə edin. Bizim siyasi fəaliyyətlə bağlı mövqeyimiz Qüvvədə olan müvafiq qanunlara uyğun olaraq BP şirkəti öz hüququndan və cavabdehliyindən istifadə edərək müvafiq məsələlər barədə öz mövqeyini bəyan edir. Müstəqil bir şəxs kimi siz siyasi proseslərdə şəxsən iştirak etmək, o cümlədən şəxsi siyasi töhfələr vermək hüququna maliksiniz. Lakin, siz aydın şəkildə nümayiş etdirməlisiniz ki, sizin şəxsi fikirləriniz və hərəkətləriniz BP-nin mövqeyini əks etdirmir. Hər hansı siyasi namizədi yaxud partiyanı dəstəkləmək üçün şirkətin vəsaitlərindən yaxud resurslarından istifadə etməyin. Hər hansı lobbiçilik fəaliyyətlərinə qoşulmazdan əvvəl təsdiq əldə edin. Bəzən şəxsi siyasi fəaliyyətlər BP şirkətinin maraqları ilə ziddiyyət yarada bilər. Siz yaxud yaxın qohumunuz dövlət vəzifəsinə keçməyi planlaşdırırsa və ya buna çalışırsa və yaxud hər hansı digər siyasi fəaliyyət BP-yə və ya sizin işinizə təsir göstərə bilərsə, bunu öz bilavasitə menecerinizlə müzakirə edin. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 21

Aktivlərimiz və maliyyə sahəsindəki düzgünlüyümüz Bizim kodeksimiz Bizim cavabdehliyimiz 22

Prinsiplərimiz Biz səhmdarlar üçün dəyəri qorumağa, aktivlərimizin və resurslarımızın qeydinə qalmağa və əməliyyatlarımız və icra göstəricilərimiz barədə dürüst və şəffaf olmağa cavabdehlik daşıyırıq. Gözləntilərimiz Məlumatların düzgün və tam şəkildə saxlanılması və qeydə alınması Bizim hamımız maliyyə və qeyri-maliyyə məlumatlarının qeydə alınması prosesində iştirak edirik. Maraqlarımızı qoruyarkən biz öz biznes fəaliyyətimiz və icra göstəricilərimiz (müsbət və mənfi) haqqında şəffaf və dürüst olmalıyıq. Biznes tərəfdaşları, dövlət məmurları və ictimaiyyət bizim açıqladığımız düzgün və tam məlumatlara və biznes göstəricilərinə əsaslanır. Bu cür məlumatlar həmçinin BP şirkəti daxilində də bizim düzgün qərarlar verə bilməyimiz baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün işgüzar əməliyyatların müvafiq qaydada səlahiyyətləndirilməsini, qeydə alınmasını və hesabatla məruzə edilməsini (tələb olunduqda) təmin edin. Sənədləri (elektron formatda olan sənədlər də daxil olmaqla) yaradarkən, saxlayarkən yaxud məhv edərkən qüvvədə olan müvafiq qanunlara və BP-nin tələblərinə riayət edin. Dövlət qurumundan və ya nəzarət orqanından daxil olan məlumat sorğusuna cavab verərkən lazımi təsdiqləri almış olduğunuzdan əmin olun. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 23

BP-nin tələbləri və faydalı resurslar Qrupun mühasibat uçotu və hesabat ilə bağlı tələbləri Qrupun hesabatların verilməsinə dair təlimat kitabçası (GRM) BP-nin qiymətli kağızları ilə əməliyyatlar BP-nin intranet səhifəsində təhlükəsizlik Məlumatlarımızın mühafizəsinə dair tələblər Daxili nəzarət sistemi BP-nin aktivlərinin mühafizə edilməsi Biz hamımız BP-nin aktivlərinin mühafizə edilməsinə cavabdehlik daşıyırıq. Şirkətin aktivlərinə qurğular, əmlak və avadanlıq, kompüterlər və İT sistemləri, məlumatlar, korporativ imkanlar və maliyyə vəsaitləri daxildir. Şirkətin aktivlərinə ziyan dəyməməsini, onların sui-istifadə olunmamasını və ya itirilməməsini təmin etmək üçün vicdanlı olun və müvafiq qaydada davranın. İstifadəçi adlarınızın və parollarınızın təhlükəsizliyindən əmin olun. Kompüter avadanlıqları, telefonlar, e-poçt və internetə çıxış işgüzar məqsədlər üçün verilib və BP-ni kiber-hücumlara və cinayətkar əməllərə qarşı qorumağa yardım etmək üçün onlara müntəzəm olaraq nəzarət edilir. Adətən onların məhdud dərəcədə şəxsi məqsədlər üçün istifadəsi yolverilən hesab edilir. BP-nin məlumatlarının mühafizə edilməsi. Məxfi və gizli məlumatlarla işləyərkən, xüsusi diqqət yetirmək lazımdır ki, onlar tələb olunduqda şifrələnsin və yalnız icazəli tərəflərlə bölüşülsün. BP-nin məlumatlarını ictimai forumlarda və ya sosial mediada açıqlamayın. Kiber-hücumlara və fişinq kimi dələduzluq hallarına qarşı sayıq olun və hər hansı hadisələri, o cümlədən BP-nin məlumatlarının yaxud aktivlərinin potensial yaxud faktiki itkilərini dərhal bildirin. İntellektual mülkiyyətimizi mühafizə edin və başqalarının da intellektual mülkiyyət hüquqlarına hörmətlə yanaşın. Daxili məlumatlardan istifadə etməklə qiymətli kağızlarla qanunsuz əməliyyatların aparılmasında iştirak etməyin Siz BP şirkəti haqqında ictimaiyyətə məlum olmayan və BP-nin qiymətli kağızlarına investisiyanın yatırılıb-yatırılmaması haqqında düşünən investor üçün lazım ola biləcək məlumatlar əldə edə bilərsiniz ( daxili məlumatlar ). Daxili məlumatlara malik olarkən BP-nin qiymətli kağızlarının alqı-satqısı və ya həmin məlumatların başqalarına açıqlanması qanunsuzdur və ciddi cəzalarla nəticələnə bilər. Daxili məlumata malik olduğunuzda heç vaxt BP-nin hər hansı qiymətli kağızlarını almayın yaxud satmayın. Fond birjasında dövriyyədə olan qiymətli kağızların qiyməti ilə manipulyasiya etmək üçün yalan məlumatlar yaymayın. Daxili məlumata malik olduqda, qiymətli kağızların dolayı yolla, məsələn ailə üzvləri yaxud başqaları vasitəsilə alqı-satqısı və ya məsləhətlərin verilməsi də qadağandır. Qiymətli kağızları fond birjasında dövriyyədə olan digər şirkətlərə aid daxili məlumatlarla bağlı olaraq da eyni prinsiplərə əməl edin. Unutmayın ki, siz BP şirkətindən çıxdıqdan sonra (BP əməkdaşı olmadığınızda) da belə bu qaydalar tətbiq olunmağa davam edir. Şübhəniz olduqda, Hüquq şöbəsi və ya Şirkətin Katibliyi ilə əlaqə saxlayın. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 24

OpenTalk xidməti Sözünüzü demək üçün mövcud vasitələrdən biri də OpenTalk (açıq söhbət) xidmətidir. BP-nin bütün dünyada yardım xətti olan OpenTalk xidməti məxfi şəkildə suallarınıza cavab almaq və narahatlıq doğuran məsələləri qaldırmaq üçün bir vasitədir. Bu xidməti müstəqil şirkət tərəfindən həyata keçirilir və həftənin hər bir günü istənilən vaxt (gündüz yaxud gecə) fəaliyyət göstərir və 75-dən artıq dildə zəngləri qəbul edir. Siz əksər yerlərdən OpenTalk xidməti ilə anonim şəkildə əlaqə saxlaya bilərsiniz. Sizin verdiyiniz istənilən məlumat mümkün dərəcədə və qanunlara və müvafiq biznes praktikasına uyğun şəkildə məxfi saxlanılacaq. Siz aşağıdakı telefon nömrələri vasitəsilə OpenTalk ilə əlaqə saxlaya bilərsiniz: Böyük Britaniyada: +44 (0) 800 917 3604 ABŞ-da: +1 800 225 6141 Sizə hər hansı xərc yaratmadan zənglərinizi qəbul edəcək ödənişsiz zəng nömrəsi: +1 704 540 2242 Siz yerli nömrələrin tam siyahısını aşağıdakı ünvandan əldə edə bilərsiniz: opentalk.bpweb.bp.com Həmçinin aşağıdakı vebsayt vasitəsilə də hər hansı məlumat təqdim edə bilərsiniz: www.opentalkweb.com Əvvəlcədən təsdiqlənmədən Kodeksimizin heç bir hissəsindəki öhdəliklərdən imtina edilə bilməz. Öhdəliklərdən azadolma hüququ yalnız müstəsna hallarda veriləcək. Öhdəliklərdən azad edilmə ilə bağlı Qrupun etik normalar və tələblərə uyğunluq üzrə məsul işçisinə müraciət edilməlidir. Kodeksimiz sizin əmək müqavilənizin heç bir şərt və müddəalarına dəyişiklik etmir. Burada yalnız BP şirkətindəki hər bir şəxsdən nə gözlənildiyi təsvir edilib və bu Kodeks bizə məsuliyyətli və hörmətcil olmağa yardım edir. Kodeksimizə riayət etməmə halları intizam tədbiri ilə, o cümlədən əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnə bilər. Bizim kodeksimiz Bizim cavabdehliyimiz 25