Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

Benzer belgeler
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

haqqında ətraflı məlumat

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Sistem inzibatçıları üçün təlimat

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Vahid rüblük hesabat TƏLİMAT

Tez-tez soruşulan suallar

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

[18] 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

GPS AVTOMOBİL İZLƏMƏ SİSTEMLƏRİ və NƏQLİYYAT VASİTƏLƏRİNİN İDARƏ EDİLMƏSİ

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Acronis True Image Home 2012

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Neftqaztikinti. tresti. edir.

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

II Milli Mühasiblər Forumu (Şamaxı şəhəri, aprel 2018-ci il)

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

İNTERNET BANKÇILIQ SİSTEMİNƏ DAİR İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

H E S A B A T Q E Y D Ə A L I N D I!

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ana kart (Motherboard)

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Müəlliflik hüququ obyektlərinin qeydiyyatı QAYDALARI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərbaycana gələn xarici vətəndaşlar üçün Vergi Təlimatı 2014

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

2014-cü ilin üçüncü rübünün nəticələri

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

edir. açıq 17:30-a Müsabiqə təklifi bir olunmalıdır. Hesab nömrəsi: III. Müştəri Müxbir SWIFT

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Bu sənəd Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırlanmışdır və məqsədi ACOS5 sim-sized və ACR38T-D1 USB smart kart oxuyucusu ilə iş

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Marketinq. Mehdiyev Əkbər

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

İqtisadi Tədqiqatlar Mərkəzi. Dövlət Proqramı çərçivəsində XARİCDƏ TƏHSİL. Ən çox verilən suallara CAVABLAR

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

DÖVLƏT ORQANLARI TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN XİDMƏTLƏRİN ELEKTRON REYESTRİ İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ TÖVSİYƏLƏR

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Transkript:

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT Əsas anlayışlar: 1. EMF (Elekron müraciət forması) ARDNŞ-yə işə qəbul olunmaq istəyən vətəndaşlar və Şirkətin işçiləri tərəfindən özləri haqqında məlumatları əks etdirən elektron anket forması. 2. Vakansiyalar:- ARDNŞ-nin müəssisə və təşkilatıarında yaranan boş iş yerləri. 3. Vakansiyanın elan forması: Vakansiya haqqında məlumatların www.socar.az veb-səhifədə yerləşdirilməsi. 4. İddiaçı ARDNŞ-də peşə və ixtisasına uyğun açılan vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyən EMF-i doldurmuş, təsdiqləmiş və müvafiq Fərdi identifikasi nömrəsi (FİN) nömrəsi almış vətəndaşlar və Şirkətin daxili işçiləri. Elektron müraciət formasının doldurulması qaydaları: 1. İş axtaran EMF-idoldurmaq üçün ARDNŞ üzrə Vakansiyaların siyahısı nın yerləşdirildiyi səhifəyə aşağıdakı ardıcıllıqla daxil olmalıdır: www.socar.az Karyera İş axtarışı (Şəkil 1) Şəkil 1 2. İş axtaran vakansiya üzrə məlumatı əldə etmək üçün kursoru istənilən vakansiyanın üzərinə gətirib seçdikdən sonra siyahının sonunda yerləşdirilən vakansiya haqqında məlumat düyməsini basmalıdır.

3. Vakansiyanın təsviri (Şəkil 2): Şəkil 2 İş axtaran bu bölmədə açılan vakansiyanın təsviri (şərtləri, şəraiti, tələbləri, funksiyaları, maaşı və s.) ilə tanış olur. Vakansiyanın tələbləri iş axtaranı qane edərsə o, Müraciət et düyməsini seçməli (bax Şəkil 2) və müvafiq vakansiyanın doldurulması üzrə müsabiqədə iştirak etmək üçün Elektron müraciət forması nı (EMF) doldurmalıdır(bax Şəkil 3). bölmələr Şəkil 3

4. EMF 9 bölmədən ibarətdir: a. Vakansiya haqqında - bu bölmədə iş axtaranın müraciət etdiyi vakansiya haqqında əsas məlumatlar əks olunur. EMF-in növbəti bölməsinə keçmək üçün Növbəti düyməsi seçilməlidir (bax Şəkil 3). b. Şəxsi məlumatlar - bu bölmədə iş axtaran özü haqqında şəxsi məlumatları aşağıdakı qaydada daxil edir (bax Şəkil 4): Adınız Soyadınız Atanızın adı Doğulduğunuz tarix Doğulduğunuz yer (şəxsiyyət vəsiqəsi üzrə) Vətəndaşlığınız - iş axtaran sistem tərəfindən təqdim edilən Azərbaycanlı və ya Digər xanalarından birini seçməlidir. Digər xanası seçilərsə sistem tərəfindən təqdim olunan əlavə üç sual cavablandırılmalıdır: Vətəndaşı olduğu ölkənin adı bu bölmədə iş axtaran vətəndaş olduğu ölkənin adını qeyd etməlidir; İş icazəsinin bitmə tarixi bu bölmədə iş axtaran xarici ölkənin vətəndaşı olduğu üçün müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycanda işləmək üçün özünə məxsus iş vizasının bitmə tarixini qeyd etməlidir; Sənədin seriya nömrəsi bu bölmədə iş axtaran özünə məxsus iş vizasının seriya və nömrəsini qeyd etməlidir. Cinsiniz bu bölmədə sistem tərəfindən təqdim olunan iki cavabdan biri seçilməklə qeyd olunmalıdır. Bu suala kişi cavabı seçilərsə sistem tərəfindən təqdim edilən daha 2 sual cavablandırılmalıdır: Hərbi mükəlləfiyyətiniz bu bölmədə iş axtaran hərbi xidmətdə olub-olmamasını qeyd etməlidir; Hərbi biletinizin seriya və nömrəsi. Ailə vəziyyətiniz bu bölmədə iş axtaran sistem tərəfindən təqdim edilən evli və ya subay xanalarını seçilməklə ailə vəziyyəti barədə məlumatı qeyd etməlidir Şəxsiyyət vəsiqənizin seriya və nömrəsi (Misal:Seriya AZE 12345678) İş axtaran ARDNŞ-ninişçisidirsə o,aşağıda göstərilən daha üç sualı cavablandırmalıdır: Tabel nömrəniz İşlədiyiniz müəssisə - bu bölmədə iş axtaran sistem tərəfindən təqdim edilən siyahıdan işlədiyi müəssisə və ya təşkilatının adını seçməklə qeyd etməlidir

İşlədiyiniz təşkilat (struktur bölməsi) Şəkil 4 Şəxsi məlumatlar bölməsi doldurduqdan sonra Növbəti düyməsi (bax Şəkil 4) seçilməklə digər bölmələr doldurulmalıdır

Şəkil 5 c. Ünvanlar bu bölmədə iş axtaran yaşadığı və qeydiyyatda olduğu ünvanlar barədə məlumatları aşağıdakı qaydada daxil edir (bax Şəkil 5): Faktiki ünvanınız Şəhər, Rayon bu bölmədə iş axtaran sistem tərəfindən təqdim olunan siyahıdan yaşadığı şəhər və ya rayonun adını seçməklə qeyd etməlidir Qəsəbə, küçə, mənzil və s. bu bölmədə iş axtaran faktiki yaşadığı qəsəbə, küçə, mənzil və s. qeyd etməlidir Qeydiyyatda olduğunuz ünvan - Şəhər, rayon (şəxsiyyət vəsiqəsi üzrə) bu bölmədə iş axtaran sistem tərəfindən təqdim olunan siyahıdan şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu şəhər və ya rayonuseçlməklə qeyd etməlidir Qəsəbə, küçə, mənzil və s. bu bölmədə iş axtaranşəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu qəsəbə, küçə, mənzil və s. qeyd etməlidir. Ünvanlar bölməsi doldurduqdan sonra Növbəti düyməsi (bax Şəkil 5) seçilməklə digər bölmələr doldurulmalıdır.

Şəkil 6 d. Təhsil bu bölmədə iş axtaran təhsil dərəcələrini, bitirdiyi təhsil müəssisələrinin adlarını, peşə və ixtisası barədə məlumatları aşağıdakı qaydada daxil edir (bax Şəkil 6): Bitirdiyiniz təhsil müəssisələrinin adlarını qeyd edin bu bölmədə iş axtaran Əlavə et düyməsini seçirməklə (bax şəkil 6) əlavə pəncərə açılır (bax Şəkil 7): Şəkil 7

Bu bölmədə iş axtaran sistem tərəfindən təqdim olunan siyahıdan təhsil səviyyəsini seçməklə qeyd etməlidir. Təhsil səviyyəsi qeyd edildikdə əlavə suallar cavablandırılmalıdır (bax Şəkil8): Şəkil 8 o Ali təhsil müəssisəsinin adı bu bölmədə iş axtaran sistem tərəfindən təqdim olunan siyahıdan təhsil dərəcəsini aldığı ali təhsil müəssisəsinin adını seçməklə qeyd etməlidir. o Bitirdiyiniz (digər) siyahıda olmayan təhsil müəssisəsinin adı bu bölmədə iş axtaran bitirdiyi və adı sistem tərəfindən təqdim olunan siyahıda olmayantəhsil müəssisəni qeyd etməlidir. o Ali təhsil müəssisəsini bitirdiyiniz il bu bölmədə iş axtaransistem tərəfindən təqdim olunan siyahıdan təhsil müəssisəsini bitirdiyi ili seçlməklə qeyd etməlidir. o Aldığınız dərəcə - bu bölmədə iş axtaran sistem tərəfindən təqdim olunan siyahıdan aldığı təhsil dərəcəsinin adının seçlməklə qeyd etməlidir. o Ali təhsil müəssisəsinin yerləşdiyi ölkə - bu bölmədə iş axtaran bitirdiyi ali təhsil müəssisəsinin yerləşdiyi ölkəni qeyd etməlidir. o Ali təhsil müəssisəsinin yerləşdiyi şəhər bu bölmədə iş axtaran bitirdiyi ali təhsil müəssisəsinin yerləşdiyi şəhəri qeyd etməlidir. o Fakültəniz bu bölmədə iş axtaranbitirdiyi fakültəni qeyd etməlidir. o İxtisasınız bu bölmədə iş axtaranaldığı ixtisası qeyd etməlidir. o Bakalavr/ Magistr diplomunuzun nömrəsi bu bölmədə iş axtaran ali təhsil diplomunun nömrəsini qeyd etməlidir.

İş axtaran magistr və ya bakalavr dərəcəsinialıbsamüvafiq olaraq ali magistr və ya ali bakalavr xanasını seçməlidir (bax Şəkil 7) və təqdim olunacaq əlavə sualları (bax Şəkil 8) yuxarıda göstərilən qaydada cavablandırılmalıdır. Peşə təhsili almış iş axtaran peşə təhsili xanasını seçməlidir (bax Şəkil 7) və təqdim olunacaq əlavə sualları aşağıda göstərilən qaydada cavablandırılmalıdır: Peşə-ixtisas təhsil müəssisəsinin adı bu bölmədə iş axtaranpeşəixtisas təhsil müəssisəsinin adını qeyd etməlidir. Peşə təhsil müəssisəsini bitirdiyiniz il bu bölmədə iş axtaransistem tərəfindən təqdim olunan siyahıdan təhsil müəssisəsini bitirdiyi ili seçlməklə qeyd etməlidir peşə-ixtisas təhsil müəssisəsini bitirdiyi il sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır Sənədin seriya nömrəsi burada iş axtaranın malik olduğu Peşə təhsil səviyyəsini bitirməsi haqqında sənədin seriya və nömrəsi qeyd olunmalıdır Əgər iş axtaran Orta-ixtisas təhsil səviyyəsini bitirbsə yuxarıda göstərilən paneldən Orta-ixtisas cavabını seçməlidir və təqdim olunacaq əlavə suallar aşağıdakı şəkildə cavablandırılmalıdır: Bitirdiyiniz orta-ixtisas təhsil müəssisəsinin adı burada iş axtaranın bitirdiyi orta-ixtisas təhsil müəssisəsinin adı qeyd olunmalıdır Orta-ixtisas təhsil müəssisəsində aldığınız ixtisas burada iş axtaranın bitirdiyi orta-ixtisas təhsil müəssisəsində aldığı ixtisas qeyd olunmalıdır Sənədin seriya nömrəsi - burada iş axtaranın malik olduğu Orta ixtisas təhsil səviyyəsini bitirməsi haqqında sənədin seriya və nömrəsi qeyd olunmalıdır Əgər iş axtaran Orta-ixtisas təhsil səviyyəsini bitirbsə yuxarıda göstərilən paneldən Orta-ixtisas cavabını seçməlidir və təqdim olunacaq əlavə suallar aşağıdakı şəkildə cavablandırılmalıdır: Bitirdiyiniz orta təhsil müəssisəsinin adı burada iş axtaranın bitirdiyi orta təhsil müəssisəsinin adı dəqiqliklə qeyd olunmalıdır Orta təhsil müəssisəsini bitirdiyiniz il burada iş axtaranın orta təhsil müəssisəsini bitirdiyi il sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır Sənədin seriya nömrəsi - burada iş axtaranın malik olduğu Orta təhsil səviyyəsini bitirməsi haqqında sənədin (attestatın) seriya və nömrəsi qeyd olunmalıdır

Əgər iş axtaran Əsas təhsil səviyyəsini (9 illik baza) bitirbsə yuxarıda göstərilən paneldən Əsas təhsil cavabını seçməlidir və təqdim olunacaq əlavə suallar aşağıdakı şəkildə cavablandırılmalıdır: Bitirdiyiniz orta təhsil müəssisəsinin adı burada iş axtaranın 9 illik baza təhsilini aldığı orta təhsil müəssisəsinin adı dəqiqliklə qeyd olunmalıdır Orta təhsil müəssisəsini bitirdiyiniz il burada iş axtaranın orta təhsil müəssisəsində 9 illik bazanı bitirdiyi il sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır Şəhadətnamənin seriya nömrəsi burada iş axtaranın 9 illik təhsil bazasını bitirməsi haqqında şəhadətnaməsinin seriya və nömrəsi qeyd olunmalıdır Əgər iş axtaran İbtidai təhsil səviyyəsini (4 illik) bitirbsə yuxarıda göstərilən paneldən İbtidai təhsil cavabını seçməlidir və təqdim olunacaq əlavə suallar aşağıdakı şəkildə cavablandırılmalıdır: Bitirdiyiniz orta təhsil müəssisəsinin adı burada iş axtaranın ibtidai təhsilini aldığı orta təhsil müəssisəsinin adı qeyd olunmalıdır Orta təhsil müəssisəsini bitirdiyiniz il burada iş axtaranın ibtidai təhsil səviyyəsini bitirdiyi il sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır İş axtaran bütün yuxarıda göstərilən məlumatları müvafiq qaydada qeyd etdikdən sonra təqsdiqləmək üçün panelin aşağısında yerləşən Təsdiq düyməsini seçməlidir, əks halda - yəni məlumatları dəyişmək istədikdə isə İmtina düyməsini seçməlidir Qeyd:İş axtaran bir neçə təhsil müəssisəsi və səviyyəsi daxil edə bilər və bunun üçün o daxil etmək istədiyi hər bir təhsil müəssisəsi üçün yuxarıda göstərilən (16- cı addımda olan) əməliyyatları təkrarlamalıdır. 5. İş axtaran Təhsil bölməsini yuxarıda göstərilən qaydadadoldurduqdan sonra panelinin aşağı sol küncündə yerləşən növbəti düyməsini seçməlidir 6. 17-ci addımı yerinə yetirdikdən sonra iş axtaran qarşısında aşağıdakı şəkildə pəncərə açılır:

7. EMF-nin bu bölməsi Digər məlumatlar adlanır və bu bölmədə iş axtaran özü haqqında əlavə məlumatları aşağıdakı qaydada qeyd etməlidir: Xarici dil bilikləriniz burada iş axtaran bildiyi xarici dilləri hər birinin səviyyəsi göstərilməklə qeyd etməlidir. Bunun üçün o kursoru paneldə göstərilən hər bir xarici dil in üzərinə gətirərək qeyd etməli; panelin aşağı sol tərəfində yerləşən Dəyiş düyməsini seçməli və sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan bildiyi xarici dilin səviyyəsini seçib təsdiq düyməsini sıxaraq qeyd etməlidir. Qeyd: Əgər iş axtaran paneldə verilmiş siyahıda olmayan əlavə xarici dil bilirsə panelin aşağı sağ küncündə yerləşən Digər düyməsini seçməklə həmin Xarici dil in adını və bilik səviyyəsini qeyd etməlidir Qeyd:Bilik səviyyəsi yuxarıdakı qayda ilə göstərilməyən bütün xarici dillər sistem tərəfindən Bilmirəm statusu ilə qəbul olunacaqdır Kompüter bacarıqlarınız burada iş axtaran bildiyi Kompüter proqramlarını hər birinin səviyyəsi göstərilməklə qeyd etməlidir. Bunun üçün o kursoru paneldə göstərilən hər bir Proqram adı nın üzərinə gətirərək qeyd etməli; panelin aşağı sol tərəfində yerləşən Dəyiş düyməsini seçməli və sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan bildiyi Proqram təminatının səviyyəsini seçib təsdiq düyməsini sıxaraq qeyd etməlidir Qeyd: Əgər iş axtaran paneldə verilmiş siyahıda olmayan əlavə Proqram bilirsə panelin aşağı sağ küncündə yerləşən Digər düyməsini seçməklə həmin Proqram ın adını və bilik səviyyəsini qeyd etməlidir

Qeyd:Bilik səviyyəsi yuxarıdakı qayda ilə göstərilməyən bütün proqramlar sistem tərəfindən Bilmirəm statusu ilə qəbul olunacaqdır Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə təlimlərdə iştirak etmisinizmi? burada iş axtaran hər hansı Əməyin təhlükəsizliyi və ətraf mühit üzrə təlimlərdə iştirak edib etməməsini sistem tərəfindən Bəli və Xeyr olmaqla təqdim olunan iki cavabdan birini seçməlidir Sizi tövsiyə edə biləcək şəxslərin adı, soyadı, işlədiyi yer, vəzifəsi və əlaqə nömrələrini qeyd edin (Ailə üzvləri və qohumlar istisna olmaqla) burada iş axtaranı müvafiq vakansiyanı tutmaq üçün tövsiyə edən (onun haqqında xasiyyətnamə yaza biləcək) şəxslərin adı, soyadı, işlədiyi yer, vəzifəsi və əlaqə nömrələri siyahı şəklində dəqiqliklə qeyd olunmalıdır. İş axtaranın qohumları və ailə üzvləri bu siyahıya daxil edilə bilməzlər Müraciəti gücləndirə biləcək əlavə məlumatlar - burada iş axtaranın müraciətini gücləndirə biləcək və ya iş axtarana müsabiqə ərzində seçim zamanı hər hansı üstünlük verə biləcək məlumatlar qeyd olunmalıdır 8. İş axtaran Digər məlumatlar bölməsini yuxarıda göstərilən qaydada doldurduqdan sonra panelin aşağı sol küncündə yerləşən növbəti düyməsini seçməlidir 9. 20-ci addımı yerinə yetirdikdən sonra iş axtaranın qarşısında aşağıda göstərilən şəkildə pəncərə açılır:

10. EMF-nin bu bölməsi Əlaqə adlanır və bu bölmənin Əlaqə rekvizitləri alt bölməsində iş axtaran əlaqə vasitələri haqqında məlumatları aşağıdakı qaydada qeyd etməlidir: Elektron poçt ünvanınız burada iş axtaranın elektron poçt ünvanı (e-mail ünvanı) qeyd olunmalıdır (məsələn: tural@yahoo.com) Əlaqə nömrələriniz mobil burada iş axtaranın mobil telefon nömrəsi operator kodu ilə birlikdə qeyd olunmalıdır. Bunun üçün iş axtaran əvvəlcə sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan 3 rəqəmli mobil operator kod unu seçməli (məsələn: 051) və daha sonra ikinci xanada 7 rəqəmli mobil nömrəni qeyd etməlidir. Əlaqə nömrələriniz ev burada iş axtaranın ev telefonu nömrəsi şəhər kodu ilə birlikdə qeyd olunmalıdır. Bunun üçün iş axtaran əvvəlcə sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan şəhər/rayon kodunu seçməli və daha sonra ikinci xanada telefon nömrəsini qeyd etməlidir Digər burada iş axtaranın hər hansı digər əlavə telefon nömrəsi varsa qeyd olunmalıdır 11. İş axtaran Əlaqə bölməsini yuxarıda göstərilən qaydada doldurduqdan sonra panelin aşağı sol küncündə yerləşən növbəti düyməsini seçməlidir 12. 23-cü addımı yerinə yetirdikdən sonra iş axtaranın qarşısında aşağıda göstərilən şəkildə pəncərə açılır:

13. EMF-nin bu bölməsi İş təcrübəsi adlanır və iş axtaran bu bölmənin İşlədiyiniz təşkilatların adlarını sonuncudan başlayaraq qeyd edin adlı alt bölməsində öz iş təcrübəsi haqqında məlumatları ən sonuncu iş yerindən başlayaraq aşağıdakı qaydada qeyd etməlidir: İş axtaran, iş təcrübəsi haqqında məlumatları daxil etmək üçün yuxarıda göstərilən pəncərədən Əlavə et düyməsini seçməlidir. Əlavə et düyməsini seçdikdə aşağıdakı şəkildə əlavə pəncərə açılır: İşlədiyiniz təşkilatlar haqqında məlumatlar adlanan bu əlavə pəncərədə aşağıdakı məlumatlar qeyd olunmalıdır: Təşkilatın adı burada iş axtaranın əvvəllər əmək fəaliyyəti ilə məşğul olduğu təşkilatın hüquqi adı qeyd olunmalıdır Təşkilatın ünvanı burada iş axtaranın əvvəllər əmək fəaliyyəti ilə məşğul olduğu təşkilatın hüquqi ünvanı qeyd olunmalıdır Təşkilatda işlədiyiniz struktur vahidinin adı (yoxdursa boş buraxın) burada iş axtaranın əvvəlki iş yer(lər)ində çalışdığı şöbə və ya departamentin adı qeyd olunmalıdır İşlədiyiniz vəzifə - burada iş axtaranın əvvəlki iş yerində tutduğu vəzifənin adı qeyd olunmalıdır Yerinə yetirdiyiniz əsas funksiyalar burada iş axtaranın əvvəlki iş yerində yerinə yetirdiyi əsas əmək funksiyaları qeyd olunmalıdır İşə qəbul tarixi burada iş axtaranın əvvəlki iş yerinə işə qəbul tarixi xananın sağ küncündə aşağıya istiqamətlənmiş kiçik ox işarəsini seçməklə (bu zaman sistem tərəfindən hazır təqvim təqdim olunur) qeyd olunmalıdır

İşdən çıxma tarixi - burada iş axtaranın əvvəlki iş yerindən çıxma tarixi xananın sağ küncündə aşağıya istiqamətlənmiş kiçik ox işarəsini seçməklə (bu zaman sistem tərəfindən hazır təqvim təqdim olunur) qeyd olunmalıdır İşdən çıxma səbəbi burada iş axtaranın əvvəlki iş yerini tərk etmə səbəbi qeyd olunmalıdır (məsələn: maaş azlığı) Bütün yuxarıda qeyd olunan məlumatları qeyd etdikdən sonra təsdiqləmək və sistemə daxil etmək üçün iş axtaran panelin aşağısında yerləşən Təsdiq düyməsini seçməlidir əks halda İmtina düyməsini seçərək məlumatları yenidən daxil edə bilər Qeyd:Əgər iş axtaran əvvəllər bir deyil bir neçə təşkilatda işləyibsə hər bir təşkilat haqqında məlumatları yuxarıda göstərilən qaydada (paneldən əlavə et düyməsini seçməklə) ayrıca daxil etməlidir. 14. İş axtaran İş təcrübəsi bölməsini yuxarıda göstərilən qaydada doldurduqdan sonra panelin aşağı sol küncündə yerləşən növbəti düyməsini seçməlidir 15. 26-cı addımı yerinə yetirdikdən sonra iş axtaranın qarşısında aşağıda göstərilən şəkildə pəncərə açılır: 16. EMF-nin bu bölməsi İş şərtləri bölməsi adlanır və bu bölmədə iş axtaran mümkün ola biləcək bəzi iş şərtləri ilə razı olub olmamasını qeyd etməlidir

Gecə iş növbəsində işləməyə razısınız? burada iş axtaran lazım gələrsə gecə iş növbəsində işləməyə razı olub olmadığını təqdim olunmuş Bəli və Xeyr cavablarından birini seçərək bildirməlidir Vaxt rejimi ilə dəniz obyektlərində işləməyə razısınız? - burada iş axtaran lazım gələrsə vaxt rejimi ilə dəniz obyektlərində işləməyə razı olub olmadığını təqdim olunmuş Bəli və Xeyr cavablarından birini seçərək bildirməlidir İş yerinə gəmi ilə gedib-gəlməyə razısınız? burada iş axtaran lazım gələrsə iş yerinə gəmi ilə gedib gəlməyə razı olub olmadığını təqdim olunmuş Bəli və Xeyr cavablarından birini seçərək bildirməlidir İş yerinə vertolyot ilə gedib-gəlməyə razısınız? burada iş axtaran lazım gələrsə iş yerinə vertolyot ilə gedib gəlməyə razı olub olmadığını təqdim olunmuş Bəli və Xeyr cavablarından birini seçərək bildirməlidir Qeyd: İş şərtləri bölməsindəki suallara yalnız xüsusi rejimli iş şəraiti olan vakansiyalara müraciət edən iş axtaranların BƏLİ cavabı tələb olunur. 17. İş axtaran İş şərtləri bölməsini yuxarıda göstərilən qaydada doldurduqdan sonra panelin aşağı sol küncündə yerləşən növbəti düyməsini seçməlidir 18. 29-cu addımı yerinə yetirdikdən sonra iş axtaranın qarşısında aşağıda göstərilən şəkildə pəncərə açılır:

19. EMF-nin bu bölməsi iş axtaranın doldurmalı olduğu sonuncu bölmə olub ARDNŞ ilə əlaqə adlanır və iş axtaran bu bölmədə ARDNŞ ilə əvvəllər mövcud olmuş hər hansı əlaqələri haqqında məlumatları aşağıdakı qaydada qeyd etməlidir: ARDNŞ-də əvvələr hər hansı bir vakansiya üzrə müsahibə olunmusunuzmu? burada iş axtaran ARDNŞ-də əvvəllər hər hansı vakansiya üzrə müsahibə olunub olunmamasını sistem tərəfindən təqdim olunan Bəli və Xeyr cavablarından birini seçərək qeyd etməlidir Əgər Bəli cavabı seçilərsə iş axtaran iştirak etdiyi müsahibə haqqında məlumatları daxil etmək üçün sualın altında avtomatik görünəcək Əlavə et düyməsini seçməlidir. Əlavə et düyməsi seçildikdə iş axtaranın qarşısında aşağıda göstərilən şəkildə əlavə pəncərə açılır: Müsahibə haqqında məlumatlar adlanan bu əlavə pəncərədə iş axtaran aşağıdakı məlumatları qeyd etməlidir: ARDNŞ-nin hansı müəssisəsində müsahibə olunmusunuz? - burada iş axtaranın müsahibə olunduğu ARDNŞ müəssisəsinin adı sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır (məsələn: Azneft İB) ARDNŞ müəssisəsinin hansı struktur vahidində (idarə, departament, mərkəz, zavod və s.) müsahibə olunmusunuz? burada iş axtaranın müsahibə olunduğu müəssisənin struktur vahidinin adı sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır (məsələn: H.Z. Tağıyev adına NQÇİ)

ARDNŞ müəssisəsində hansı vakansiya üzrə müsahibə olunmusunuz? burada iş axtaranın müsahibə olunduğu vakansiyanın adı qeyd olunmalıdır ARDNŞ müəssisəsində neçənci ildə müsahibə olunmusunuz? burada iş axtaranın müsahibə olunduğu il sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır (məsələn: 2004-cü il) Yuxarıda göstərilən məlumatları qeyd etdikdən sonra təsdiqləmək və sistemə daxil etmək üçün iş axtaran pəncərənin aşağısında yerləşən Təsdiq düyməsini seçməli və ya məlumatları yeniləmək üçün (əgər yalnışlıq olubsa) İmtina düyməsini seçməlidir ARDNŞ-də ödənişli təcrübə keçmisinizmi? burada iş axtaran əvvəllər ARDNŞ-də ödənişli istehsalat təcrübəsi keçib keçməməsini sistem tərəfindən təqdim olunan Bəli və Xeyr cavablarından birini seçərək qeyd etməlidir Əgər Bəli cavabı seçilərsə iş axtaran keçdiyi ödənişli istehsalat təcrübəsi haqqında məlumatları daxil etmək üçün sualın altında avtomatik görünəcək Əlavə et düyməsini seçməlidir. Əlavə et düyməsi seçildikdə iş axtaranın qarşısında aşağıda göstərilən şəkildə əlavə pəncərə açılır:

ARDNŞ-də ödənişli iş təcrübəsi haqqında məlumatlar adlanan bu əlavə pəncərədə iş axtaran aşağıdakı məlumatları qeyd etməlidir: ARDNŞ-nin hansı müəssisəsində təcrübə keçmisiniz? - burada iş axtaranın təcrübə keçdiyi ARDNŞ müəssisəsinin adı sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır (məsələn: Azneft İB) ARDNŞ müəssisəsinin hansı struktur vahidində (idarə, departament, mərkəz, zavod və s.) təcrübə keçmisiniz? - burada iş axtaranın müsahibə olunduğu müəssisənin struktur vahidinin adı sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçilməklə qeyd olunmalıdır (məsələn: H.Z. Tağıyev adına NQÇİ) Hansı tarixlərdə təcrübə keçmisiniz? burada iş axtaran təcrübəyə başladığı və bitirdiyi tarixləri hər iki xananın sağ küncündə yerləşən aşağıya istiqamətlənmiş kiçik ox işarəsini seçməklə qeyd etməlidir Yuxarıda göstərilən məlumatları qeyd etdikdən sonra təsdiqləmək və sistemə daxil etmək üçün iş axtaran pəncərənin aşağısında yerləşən Təsdiq düyməsini seçməli və ya məlumatları yeniləmək üçün (əgər yalnışlıq olubsa) İmtina düyməsini seçməlidir Təhsil müddətində ARDNŞ təqaüdü almısınızmı? burada iş axtaran əvvəllər ARDNŞ təqaüdü alıb almamasını sistem tərəfindən təqdim olunan Bəli və Xeyr cavablarından birini seçərək qeyd etməlidir Vakansiya haqqında məlumatı necə əldə etmisiniz? burada iş axtaranın müraciət etməkdə olduğu vakansiya haqqında məlumatı əldə etdiyi mənbənin adı sistem tərəfindən avtomatik təqdim olunan siyahıdan seçməklə qeyd olunmalıdır Müraciət formasını özünüz doldurmusunuz? burada müraciət formasınının kim tərəfindən doldurulması (iş axtaranın özü və ya başqa şəxs) qeyd olunmalıdır. Əgər iş axtaran müraciət formasını özü doldurubsa Bəli əks halda Xeyr cavabı seçilməlidir. Xeyr cavabı seçildiyi təqdirdə sistem avtomatik olaraq əlavə daha dörd sual təqdim edir ki, bu suallara da müraciət formasını iş axtaranın əvəzinə doldurmuş şəxs aşağıdakı şəkildə cavab verməlidir: MF-ni sizin əvəzinizə dolduran şəxsin adı burada müraciət formasını iş axtaranın əvəzinə doldurmuş şəxs öz adını qeyd etməlidir MF-nı sizin əvəzinizə dolduran şəxsin soyadı burada müraciət formasını iş axtaranın əvəzinə doldurmuş şəxs öz soyadını qeyd etməlidir

MF-nı sizin əvəzinizə dolduran şəxsin vəzifəsi - burada müraciət formasını iş axtaranın əvəzinə doldurmuş şəxs öz vəzifəsini qeyd etməlidir MF-nı sizin əvəzinizə dolduran şəxsin əlaqə nömrəsi burada müraciət formasını iş axtaranın əvəzinə doldurmuş şəxs öz əlaqə nömrəsini qeyd etməlidir 20. İş axtaran (və ya MF-ni onun əvəzinə doldurmuş şəxs)yuxarıda göstərilən məlumatları tam və dolğun şəkildə daxil etdikdən sonra səhifənin aşağı hissəsində tünd göyrənglə verilmiş Təqdim etdiyim məlumatların düzgünlüyünü və tam olmasını təsdiq edirəm və qəbul edirəm ki, düzgün olmayan məlumatlar namizədliyimin qəbul olunmaması üçün əsas ola bilər - ifadəsinin sol tərəfindəki kvadrat şəklində verilmiş boşluqda v işarəsi qoymaqla məlumatların düzgünlüyünü təsdiq etməlidir. 21. Yalnız 32-ci addımı yerinə yetirdikdən sonra səhifənin sonunda tünd göyrəngdə verilmiş TƏSDİQ düyməsi görünəcək. İş axtaran (və ya MF-ni onun əvəzinə dolduran şəxs) sonda TƏSDİQ düyməsini seçməklə müvafiq vakansiya üzrə müsabiqədə iştirak istəyini təsdiqləyir və avtomatik olaraq İddiaçı statusuna keçirilərək qeydiyyata alınır. Bu zaman iş axtaran qarşısında aşağıda göstərilən şəkildə yekun pəncərə açılır: Qeyd:Yuxarıda qeyd olunan bütün təlimatlara əlavə olaraq EMF-ni doldurarkən kursoru hər bir xananın üzərinə gətirərkən kursorun sağ tərəfində açar söz lərdən ibarət köməkçi pəncərə açılır ki İş axtaran (və ya EMF-ni onun əvəzinə dolduran şəxs) bu pəncərələrin köməyindən istifadə edə bilər.

Qeyd:* işarəsi ilə göstərilmiş bütün xanalar mütləq doldurulmalıdır. EMF-nin doldurulması ilə bağlı əlavəsualınız yaranarsa hr@socar.az elektron poçt ünvanı ilə və yaxud 012 521 15 82 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.