Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Marketinq. Mehdiyev Əkbər

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Protokolundan Çıxarış aprel 2016-cı il

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Acronis True Image Home 2012

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

BÖYÜK DƏCCAL Amerika

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI


ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Ə.RƏSULOV, R.RÜSTƏMOV TÜRK DİLİ DƏRSLİK. TəKmilləşdirilmiş üçüncü nəşr. Azərbaycan RespublİKası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Ana kart (Motherboard)

haqqında ətraflı məlumat

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Cahid Ġsmayıloğlu. Gənc yazarın e-kitabı N 46 ( ) Milli Virtual Kitabxananın təqdimatında

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

Azərbaycan dili və ədəbiyyat Proqram (bakalavr, Bakalavr

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

[18] 1. Ümumi müddəalar

Biologiya tədrisi sisteminin formaları

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

UniMiles 3 illik 100 AZN və ekvivalenti

1616 az-s Düz cavab a) variantı. 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Şair başdan başa yanan ürəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Milli tədris planı. Giriş

Transkript:

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi Müəllif: Afad Qurbanov Bakı: XXI YNE, 2012. Dərslik ilə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 1. Məzmunun işlənməsi baxımından Dərslik hazırda respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı əsasında hazırlanmışdır. Dərsliyin əvvəlində Azərbaycan dili haqqında məlumat, sonunda isə Yekunlaşdırıcı tapşırıqlar, Sinifdənxaric oxu materialları, 2 səhifəlik Terminlər lüğəti, 13 səhifəlik Azərbaycanca-rusca lüğət, Proqram və Mündəricat verilmişdir. Dərsliyə salınmış bədii mətnlər ixtisarla verilmişdir. Lakin seçilmiş parçalar uğursuz olduğundan, natamamlıq aydın şəkildə nəzərə çarpır. Bəzi mətnlərdən verilmiş hissələr isə ümumiyyətlə, bədii əsər haqqında, onun məqsədi və ideyası haqqında təsəvvür yaratmır. Məsələn, Qılınc və qələm (səh.8-10), Məktub yetişmədi (səh.11-13), Aydın (səh.16-18), Dilara (səh.18.20). Bioqrafik xarakterli mətnlərin sonunda verilmiş suallar birbaşa mətnə aid olan və cavabı üzdə olan suallar olub araşdırma tələb etmir. Məsələn, səhifə 8, 11, 16, 21, 25, 28, 64, 68. Bədii mətnlərə aid suallara yalnız Məmməd Rahimin Leninqrad göylərində əsərində rast gəlinir (səh.34-36). Bu cür suallar şagirdi əlavə məlumatlar öyrənməyə vadar edir. Dərslikdə hər mətnin sonunda xeyli sözün tərcüməsinin verilməsi, dərsliyin sonunda (səh.96-108) kifayət qədər zəngin Azərbaycanca-rusca lüğət in verilməsi müsbət haldır. Lakin mətnlərə aid lüğətdə əksər halda şagirdə kiçik siniflərdən tanış olan, çox işlənən, sadə sözlərin yer alması, hətta eyni sözün dəfələrlə təkrarlanmasına rast gəlinir. Tabeli və tabesiz mürəkkəb cümlə, baş və budaq cümlə, budaq cümlənin növləri kimi mövzulara geniş yer verilməsinə ehtiyac yoxdur. Rus bölməsinin şagirdi üçün qrammatikada bu dərəcədə incəlik, dərinlik gərək deyil. Sinifdənxaric oxu materiallarına (səh.75-93) daxil edilmiş mətn və şeirlərin heç də hamısını uğurlu hesab etmək olmaz. Bədii mətnlərdən verilmiş parçalar ( 3, 9, 15, 18, 20) əsər haqqında şagirdə heç nə demir. Publisistik mətnlər də bir o qədər maraq doğurmur: 1, 5, 14, 17, 19 və s. 3

2. Dil və yazı üslubu baxımından Dərslik dil və üslub cəhətdən əsasən 11-ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğundur. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: Səhifə 3-də 3-cü sətirdə Özbəkistan, Qazaxıstan və başqa yerlərdə əvəzinə Özbəkistan, Qazaxıstan və başqa ölkələrdə verilməsi məqsədəuyğundur. Yenə həmin səhifədə 3-cü abzasda başqa dillərin inkişaf etməsində əvəzinə başqa dillərin inkişafında verilməsi daha yaxşı olar. Səhifə 11-də Abdulla Şaiq mətninin 4-cü abzasında kiçik oxucu əvəzinə azyaşlı oxucu verilməsi məqsədəuyğundur. Səhifə 12-də Məktub yetişmədi hekayəsində Molla Fərzəli qələmi qələmdana qoydu... cümləsi abzasdan verilməlidir. Səhifə 15-də Cəfər Cabbarlı mətninin 1-ci abzasının son cümləsində kiçik Cəfər əvəzinə balaca Cəfər verilməsi məqsədəuyğundur. Həmin mətnin 2-ci abzasında politexnik məktəbə əvəzinə texniki məktəbinə olsa, düzgün olar. Səhifə 22-də Mehman mətninin 2-ci abzasında qarşısında sözündə r hərfi buraxılmışdır. Səhifə 24-də Əli Vəliyev mətnində 2-ci abzasda Ə.Vəliyevin son illərdə yaratdığı... cümləsinin Ə.Vəliyevin həyatının son illərində yaratdığı... kimi verilməsi məqsədəuyğundur. Səhifə 28-də belarus sözü belorus kimi verilmişdir. Yenə həmin səhifədə mətnin 6-cı abzasında S.Vurğun tərcümə sahəsində də böyük fəaliyyət göstərmişdir cümləsinin S.Vurğun yaradıcılığında tərcümə sahəsinə də geniş yer ayırmışdır kimi verilməsi məqsədəuyğundur. Səhifə 36-da 2-ci çalışmanın şərti Şeirin əvvəlindən 10 misranı əzbərləyin əvəzinə Şeirin ilk 10 misrasını əzbərləyin kimi verilsə, daha məqsədəuyğun olar. Səhifə 40-da Mikayıl Müşfiq mətninin 3-cü abzasında zəngin hafizə ifadəsinin güclü hafizə və ya güclü yaddaş kimi verilməsi məqsədəuyğundur. Səhifə 45-də Suallara cavab verin bölməsində 2-ci və 3-cü suallarda zərflik sözünün cəmdə verilməsinə ehtiyac yoxdur. Səhifə 46-da Rəsul Rza mətninin 1-ci cümləsinin Şair Rəsul İbrahim oğlu Rzayev... kimi başlanması qüsur sayıla bilər, çünki dərslikdəki bütün ədəbi xadimlər arasında təkcə R.Rza ilk cümlədəncə şair kimi təqdim olunur. 4

Səhifə 50-də Yeni il mahnısı mətninin 2-ci abzasının 2-ci və 3-cü cümlələrində elə bil modal söz olduğu üçün ondan sonra vergül qoyulmalıdır. Səhifə 55-də Buz heykəl mətninin 3-cü abzasının 2-ci cümləsində hiss iləsə əvəzinə hiss ilə isə verilməsi məqsədəuyğundur. Səhifə 56-da 5-ci tapşırıqda yaşamalıyıq sözü səhvən yaşamayılıq kimi verilmişdir. Səhifə 60-da İsmayıl Şıxlı mətnində Belarus sözü Belorusiya kimi təqdim olunmuşdur. Həmin mətndə İsmayıl Şıxlının yazıçı kimi təqdimatı bəsit verilmişdir. Onun Xalq yazıçısı adı və eləcə də, Azərbaycan Yazıçılar Birliyinin sədri olması qeyd edilməyib. Səhifə 64-də Nəbi Xəzri mətnində onun Xalq şairi adı alması qeyd olunsa idi, daha yaxşı olar. Səhifə 67-də Bəxtiyar Vahabzadə mətninin 2-ci cümləsində Şair ibtidai təhsilini doğma vətəni Şəkidə almışdır cümləsində doğma vətən əvəzinə doğma yurd olması məqsədəuyğundur. Həmin mətndə filoloji fakültə əvəzinə filologiya fakültəsi olmalıdır. B, Vahabzadə məhsuldar şairdir cümləsinin keçmiş zamanda verilməsi məqsədəuyğun olar. Həmin cümlədə vergül əvəzinə nöqtə qoyulmalıdır. Səhifə 71-də 4-cü çalışmanın sonuncu cümləsində elə bil modal sözündən sonra vergül qoyulmalıdır. Səhifə 75-də Ovdan təbiət ziyan çəkmir mətnində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi əvəzinə Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmalıdır. Səhifə 88-də axırdan 2-ci abzasda Azərbaycan sözü səhvən Azxərbaycan kimi verilmişdir. 3. Dizayn və bədii tərtibat baxımından Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. Dərslikdə vahid dizayn prinsipi gözlənilmişdir. Dərsliyin üz qabığı məzmunu tamamlayır. Hər mövzuda çalışmaların sıralanması 1 rəqəmindən başlayaraq artan sıra ilə nömrələnsə idi, daha məqsədəuyğun olardı. 5

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Dərslikdə Suallara cavab verin, Sözləri cümlədə işlədin, Köçürün, Tərcümə edin şərtli müxtəlif tapşırıqlar verilmişdir. Mətnlərə dair verilmiş tapşırıqlar arasında...məzmununu nağıl etməyi öyrənin kimi çalışmalara da yer ayrılmışdır. Lakin belə çalışmaların şərtinin redaktəyə ehtiyacı var. Şeir parçalarına aid tapşırıqların şərti isə yalnız Şeiri ifadəli oxuyun, Şeiri ifadəli oxuyun və əzbərləyin kimi verilmişdir. Məsələn, səhifə 30, çalışma 1; səhifə 42, çalışma 1; səhifə 67, çalışma 4 və s. Dərslikdəki şeirlərə aid yaradıcı tapşırıqların verilməsi təklif edilir. Səhifə 4-7-də Morfologiyanın təkrarına dair çalışmalar başlığı altında tapşırıqlar verilmişdir. 1-6-cı tapşırıqlar isim mövzusuna aid olub, çox sadədir. İsimə dair bilikləri yoxlamaq üçün daha münasib nümunələr vermək və daha maraqlı tapşırıqlar qoymaq məqsədəuyğun olardı. Eyni zamanda, həmin başlıq altında fel kimi geniş mövzuya isə cəmi 2 və çox yüngül, elə də böyük əhəmiyyət kəsb etməyən tapşırıq salınmışdır. Qeyd etmək lazımdır ki, tapşırıqlar maraqsızdır, şagirdlərin yaş səviyyəsinə uyğun deyil, keçilən materialı təkrar etmək üçün kifayət etmir. Dərslikdə Verilmiş sözləri cümlə içərisində işlədin şərtli tapşırıqlara demək olar ki, hər dərsdə rast gəlinir. Verilmiş sözlər isə adi isimlərdən və digər əsas nitq hissələrinə məxsus söz və ifadələrdən ibarətdir. Bu tip çalışmalar çoxluq təşkil edir və yeknəsəqlik yaradır. Hər bədii mətndən, şeirdən sonra mətni və ya şeiri oxumaq, məzmununu öyrənmək tapşırılır və çalışma kimi nömrələnir, lakin bu, çalışma deyil, tapşırıqdır. Spesifik səslərin tələffüzünə dair verilmiş tapşırıqlar 11-ci sinif şagirdlərinin yaş səviyyəsinə uyğun deyil. Məsələn, səhifə 20, tapşırıq 6; səhifə 24, tapşırıq 5; səhifə 27, tapşırıq 5 və s. Səhifə 4-də Suallara cavab verin yarımbaşlığı altında verilmiş 1-ci sualın - Azərbaycan dili harada dövlət dili kimi istifadə olunur? çıxarılması məqsədəuyğundur. Yenə həmin səhifədə 1-ci çalışmada suallar 2-ci şəxsin təkinə müraciət formasında verilmişdir. Bu sualların 2-ci şəxsin cəminə müraciət formasında verilməsi daha yaxşı olardı. Həmin çalışmada verilmiş 5-ci sualın İstirahətdən hansı hadisələr yadda qalmışdır? əvəzinə İstirahət zamanı hansı unudulmaz hadisələrlə qarşılaşdınız? kimi verilməsi daha məqsədəuyğundur. 6

Səhifə 6-da 13-cü tapşırığın şərtində məsdərdən felin müxtəlif formalarının düzəldilməsi tələb olunur. Tapşırığın şərtində felin müxtəlif formaları əvəzinə felin müxtəlif şəkilləri verilməsi, daha məqsədəuyğundur. Səhifə 30-da 5-ci tapşırıq tərkibində [c] səsi olan sözlərin düzgün tələffüzünün öyrənilməsinə yönəlmişdir, lakin tapşırıqda verilən sözlərdə [c] səsi yalnız əvvəldə işlənmişdir. [c] səsinin sözün sonunda işlənməsinə aid nümunələrin də verilməsi tövsiyə edilir. Eyni təklif səhifə 37-də 5-ci tapşırığa da aiddir. Səhifə 32-də 3-cü tapşırığın şərtində işlənmiş rolunda sözünü vəzifəsində sözü ilə əvəz etmək daha məqsədəuyğun olar. Səhifə 40-da 7-ci və səhifə 42-də 3-cü çalışmalarda çox sadə və asan sözlərin antonimini tapmaq tələb olunur (aşağı, ağ, gecə, cavan, yeni, isti və s.). Qeyd olunan çalışmalar 11-ci sinfi şagirdinin yaş səviyyəsinə uyğun deyil. Səhifə 43-də 7-ci çalışmada Azərbaycan dilinə tərcümə etmək üçün 4 cümlə verilir. Lakin verilmiş cümlələr çox sadə və bəsitdir ( Я хочу стать ученым, Вчера был ливень və s.). Səhifə 46-da 2-5-ci tapşırıqlar zərfliyin məna növlərinə aiddir, lakin burada zərfliyin beş məna növü verilir. Tərzi-hərəkət zərfliyinə aid tapşırığın da verilməsi tövsiyə edilir. Səhifə 52-də 4-cü çalışmanın şərtində deyilir: Aşağıdakı terminləri cümlə içərisində işlədin. Amma tapşırıqda verilən sözlərin heç də hamısı termin deyil ( meyvə, tərəvəz, göyərti ). Səhifə 59-da 4-cü çalışmada sabit birləşmələr adı altında mürəkkəb fellər də verilmişdir ( kömək etmək, təhsil almaq ). Səhifə 70-də vasitəli və vasitəsiz nitqə dair çalışmaları fərqli şəkildə vermək daha münasibdir. Səhifə 71-74-də Azərbaycan dilindən keçilmişlərin yekunlaşdırıcı təkrarına aid materiallar bölməsində fonetika və leksika bəhsinə dair tapşırıqlar çox bəsit və sadədir. Bu tapşırıqların çətinlik səviyyəsini artırmağa ehtiyac duyulur. Səhifə 74-də 22-ci çalışmanın şərtində verilir: Aşağıdakı cümlələri qrammatik təhlil edin, lakin təhlilin hansı növünün nəzərdə tutulduğu aydın olmur. 7

Nəticə 1. Dərslikdə tədris proqramındakı mövzular, əsasən əhatə olunmuşdur. 2. Dərsliyə salınmış bədii mətnlər ixtisarla verilmişdir. Bəzi mətnlərdən verilmiş hissələr isə ümumiyyətlə bədii əsər haqqında, onun məqsədi və ideyası haqqında təsəvvür yaratmır. 3. Dərsliyin dizayn və bədii tərtibatı qənaətbəxşdir. 4. Dərslikdə yaradıcı tapşırıqların sayı azdır. 8