AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNEZ UNİVERSİTETİ

Benzer belgeler
Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Marketinq. Mehdiyev Əkbər

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)


ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Biologiya tədrisi sisteminin formaları

Ülkər Bayramova

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Məktəbəqədər Pedaqogika fənni üzrə

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

1. Didaktika anlayışına verilən şərhlər

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Protokolundan Çıxarış aprel 2016-cı il

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

REFERAT. Azərbaycan Respublikası Təhsil Naizrliyi Azərbaycan Dövlət Texniki Universiteti. Kompyuter təhlükəsizliyi. Kompyuter mühəndisliyi

ODLAR YURDU UNİVERSİTETİ PROFESSOR-MÜƏLLİM VƏ TƏLƏBƏLƏR ÜÇÜN YADDAŞ KİTABÇASI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

İsmayıllı Peşə Tədris Mərkəzi. haqqında məlumat. Tarix: 04/10/2017

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi Q A Y D A L A R I

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ

Tədris semestri Payız 2017

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

[18] 1. Ümumi müddəalar

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

2014-cü ilin üçüncü rübünün nəticələri

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU PEDAQOGİKA TARİXİ. fənni üzrə P R O Q R A M

Azərbaycan dili və ədəbiyyat Proqram (bakalavr, Bakalavr

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin cı tədris ili üçün FƏALİYYƏT PLANI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ FƏNN SİLLABUSU

Milli tədris planı. Giriş

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

«Üçlü Spiral» modeli. i.e.d., dosent Arzu HÜSEYNOVA. Bakı

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan Respublikası Prezidentinin

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Sabancı Universiteti

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN TƏHLÜKƏSİZLİK DEPARTAMENTİ HAQQINDA Ə S A S N A M Ə 1. ÜMUMİ MÜDDƏALAR

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Transkript:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNEZ UNİVERSİTETİ «Щуманитар елмляр» кафедрасы magistr pilləsi üçün ALI MƏKTƏB PEDAQOGIKASI fənni üzrə P R O Q R A M Azərbaycan Respublikası Təhsil Nazirinin 29.01.2015-ci il tarixli 127 saylı əmri ilə təsdiq edilmişdir BAKI 2015 1

Бакы Бизнес Университетинин Fakültə Elmi Шурасынын 28 noйабр 2014-ъц ил тарихли 03 сайлы протоколу иля тясдиг едилмишдир. Tərtib edən: Redaktor: Rəyçilər: prof. F.B.Sadıqov. dos. Ə.S.Piriyev p.e.н., дос.сабир Ямирханов p.ü.f.d.,dos. Ayaz.Qasımov 2

ÖN SÖZ Müasir təhsil sistemində qüvvədə olan təhsil direktivlərinin tələblərinə müvafiq olaraq ölkəmizdə magistratura pilləsində bir sıra ixtisaslar istisna olmaqla, əksər ixtisaslarda təhsil alan tələbələrə, yəni magistrantlara Ali məktəb pedaqogikası nın tədrisi zəruri hesab edilmişdir. Bu məqsədlə Ali məktəb pedaqogikası fənninin proqramında pedaqoji elmin bütün kateqoriyaları öz əksini tapmaqla yanaşı, ali məktəbin idarəolunması ilə bağlı mövzular da öz ifadəsini tapmışdır. Proqramda ali məktəb didaktikası bəhsi aşağıdakı sistem üzrə verilmişdir: Ali məktəb didaktikası. Didaktikanın yaranması, təşəkkülü və inkişaf mərhələləri. Azərbaycan təhsil sistemi. Baloniya təhsil sistemi. Dünya təhsil sistemi. Azərbaycanda və dünyada ali təhsil. Təhsil Qanunu və digər ölkələrin təhsil direktivlərilə onun müqayisəli təhlili. Ali məktəb tələbələri ilə aparılan tərbiyə işləri ilə bağlı mövzular 3 mühazirə mövzusunda lakonik şəkildə birləşdirilmişdir. Yəni ideya-siyasi, ağıl, əxlaq, mənəvi, estetik, fiziki, iqtisadi, ekoloji, hüquq tərbiyəsi mövzuları ilə yanaşı, dünyagörüşün formalaşdırılması mövzusu da daxil olmaqla bütün bu məsələlər 3 mühazirə mövzusunda ifadə edilmişdir. Eləcə də ali məktəbin idarə olunması problemi ilə bağlı olan mövzuları da məhdudlaşdırılmışdır. Cəmi 1 mühazirə, 1 seminar mövzusu olmaqla ali məktəbin idarə olunması mövzularını lakonik şəkildə birləşdirdik. Yeri gəlmişkən qeyd etməliyik ki, proqramda pedaqoji proseslə, təlim işləri ilə və bütövlükdə təhsillə bağlı olan bütün məsələləri təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə istinad edilməklə sistemləşdirilmişdir. 3

MÖVZU 1. ALİ MƏKTƏB PEDAQOGİKASI NIN PREDMETİ, MAHİYYƏTİ, MƏZMUNU, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ. Ali məktəb pedaqogikası nın predmeti. Ali məktəb pedaqogikası nın nəzəri-metodoloji məsələləri. Pedaqogikanın mövzusu, əsas kateqoriyaları, ictimai həyatda rolu. Təlim, tərbiyə, təhsil. Təhsil və psixoloji inkişaf kateqoriyaları. Ali məktəb pedaqogikası nın mənbələri, digər elmlərlə qarşılıqlı əlaqəsi. Başlıca pedaqoji cərəyanlar. Pedaqoji prosesdə ziddiyyətlilik, qanunauyğunluqlar. Pedaqoji prosesin təşkili və ümumi prinsiplərinin qısa xülasəsi. Ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət. Pedaqoji elmin yaranması və təşəkkülü. Ali məktəb pedaqogikasının yaranması və inkişaf mərhələləri. Pedaqoji elmin yaranması və təşəkkülü. Etnopedaqoji materiallar pedaqoji elmin ilkin mənbəyi kimi. Azərbaycan xalq pedaqogikası materialları (ağılar, laylalar, bayatılar, atalar sözləri, məsəllər, zərbiməsəllər, tapmacalar, bayatı-tapmacalar, qoşma-tapmacalar, bağlamalar, aşıq yara-dıcılığı nümunələri, o cümlədən təcnislər, qoşmalar, gəraylılar, deyişmələr, şikəstələr, eləcə də muğamlar, rəvayətlər, hekayətlər, əfsanələr, nağıllar, dastanlar, əsatirlər və s.) ali məktəb pedaqogikasının əsas mənbələrindən biri kimi. Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin ilkin mənbələrində təhsilin pillələri. Pedaqoji elmin mənbələrində təhsilin tərəqqi imkanları və bununla bağlı materiallarda ali təhsilə keçidin ilkin nümunələri. Qədim Azərbaycan ərazisindəki dövlətlərdə tərbiyə, məktəb və pedaqoji fikir. Avesta da təlim-tərbiyə məsələləri. Kitabi Dədə Qorqud eposunda təlim-tərbiyə məsələləri. İslam dəyərlərində təlim, tərbiyə və ali təhsil məsələləri. 4

Azərbaycan klassiklərinin yaradıcılığında (Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əssar Təbrizi, Əhvədi Maraği, İmaddədin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım Bəy Zakir və b.) təlim-tərbiyə və təhil məsələləri. Azərbaycanda maarifçilik hərəkatının nümayəndələrinin əsərlərində (Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və b.) təlim, tərbiyə, təhsil. Ali məktəbin pedaqogikasının yaranması və təşəkkülü. Ali məktəbin magistratura pilləsində pedaqoji elmin tədrisini şərtləndirən cəhətlər. XIX-XX əsrlərdə Azərbaycan maarifçilərinin (Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Məhəmməd Taği Sidqi, Mir Möhsün Nəvvab, Soltan Məcid Qənizadə, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Abbas Səhhət, Fərhad Ağazadə, Nəriman Nərimanov, Abdulla Şaiq və b.), Azərbaycan təhsilinin tərəqqisinə verdiyi töhfələr. Ali məktəbin magistratura pilləsində pedaqoji elmin tədrisini şərtləndirən cəhətlər. Magistratura pilləsində təcrübənin ümumi məsələləri və formaları. Magistratura pilləsində elmi-tədqiqat işlərinin mahiyyəti. MÖVZU 2. ALİ MƏKTƏB DİDAKTİKASI. Didaktikanın yaranması, təşəkkülü və inkişaf mərhələləri. Azərbaycan təhsil sistemi. Baloniya təhsil sistemi. Dünya təhsil sistemi. Azərbaycanda və dünyada ali təhsil. Təhsil Qanunu və digər ölkələrin təhsil direktivləri ilə onun müqayisəli təhlili. Didaktika anlayışının mahiyyəti. Didaktikanın meydana gəlməsi, təşəkkülü və inkişaf mərhələləri. Yan Amos Komenskinin Böyük didaktika əsəri pansofiya ideyası əsasında yazılmış əsər kimi. Böyük didaktika əsəri elmi didaktikanın ilkin mənbəyi kimi. Böyük didaktika əsərində didaktikanın mahiyyəti, məzmunu, yaranma 5

zərurəti, məqsəd və vəzifələri. Komenski özünün Böyük didaktika əsərində məktəbəqədər yaşlı uşaqların, kiçik yaşlı məktəblilərin, yeniyetmə və yuxarı sinif şagirdlərinin təlim işinin əsas istiqamətlərini sistemə salması. Ali məktəb didaktikasının mahiyyəti, məzmunu, məqsəd və vəzifələri. Ali məktəb didaktikasının əsas kateqoriyaları. Ali məktəbdə təlimin mahiyyəti və hərəkətverici qüvvələri. Müəllim tərəfindən yeniliklərin mütəmadi öyrənilməsi tətbiqi. Problemli təlim, proqramlaşdırılmış təlim, alqoritmləşdirilmiş təlim. Problemli vəziyyətdə tələbələrin problemi qavramaları, qəbul etmələri və həlli yollarını düşünmələri. Tələbə mülahizələri, fikir mübadiləsinin aparılması, mülahizələrdən daha düzgünün müəyyənləşdirilməsi. Yaradılmış problemli vəziyyətdə yeni biliyin mənimsənilməsi. Proqramlaşdırılmış materialın tələbələrə təqdimi, cavablara nəzarət, cavab düzgün olduqda proqramlaşdırılmış materialın növbəti hissəsi üzərində işin aparılması. Alqoritmləşdirmənin bacarıq və vərdişlər əsasında mümkünlüyü. Bacarıq və vərdişlərin idrak əməliyyatlarından ayrılmazlığı. Material alqoritmləşdirilərkən biri-birini tamamlayan idrak əməliyyatlarının modelləşdirilməsi. Ali məktəbdə tələbələrin müstəqil işləri. Ali məktəbdə pedaqoji texnologiyalar. Ali məktəbdə pedaqoji innovasiyalar. Nəzəri innovasiyalar, praktik innovasiyalar, fərdi, milli və ümumbəşəri yenilikgətirmələr. MÖVZU 3. ALİ MƏKTƏB PEDAQOGİKASININ METODOLOGİYASI VƏ TƏDQİQAT METODLARI. ALİ MƏKTƏB PEDAQOGIKASINDA ZİDDİYYƏTLƏR VƏ QANUNAUYĞUNLUQLAR PROBLEMİ. Ali məktəb pedaqogikasının metodologiyası. Ali məktəb pedaqogikasının tədqiqat metodları. Ali məktəb pedaqogika- 6

sında ziddiyyətlər və qanunauyğunluqlar problemi. Ali məktəb pedaqogikasının metodoloji əsaslarını öyrənməyin zəruriliyi. Ali məktəb pedaqogikası kursunun magistratura pilləsində tədrisinin qarşısında duran vəzifələr. Ali məktəb pedaqogikası kursunun magistratura pilləsində tədrisi şərtləndirən cəhətlər. Ali məktəb pedaqogikası kursunun magistratura pilləsində tədrisinin əhəmiyyəti. Ali məktəb pedaqogikasının tədqiqat üsulları. Müşahidə. Müsahibə. Ali məktəb sənədlərinin öyrənilməsi. Eksperimental iş. Müəyyənedici eksperiment. Öyrədici eksperiment. Yoxlayıcı eksperiment. Eksperimentin sınaq mərhələsi. Aprobasiya. Motivləşdirmə. Ali məktəb pedaqogikasında ziddiyyətlər. Zahiri ziddiyyətlər. Ali məktəbin qarşısında duran məqsəd və vəzifələrlə onların imkanları arasında olan ziddiyyətlər. Ali məktəbdəki mühitlə sosial mühit arasındakı ziddiyyətlər. Ali məktəb mütəxəssislərinin, fənn müəllimlərinin (hətta məktəb rəhbərlərinin) tələbələrə yanaşmaları arasındakı ziddiyyətlər. Ali məktəblə ailə və ictimaiyyət arasında olan ziddiyyətlər. Ali məktəb tələbələrinin psixoloji ziddiyyətləri daxili ziddiyyətlər kimi. Ali məktəb pedaqogikası ilə sosail pedaqogika arasında əlaqənin olmaması səbəbindən yaranan ziddiyyətlər. Xarici ziddiyyətlər. Xarici ziddiyyətlərin tələbə şəxsiyyətinə və təlimin keyfiyyətinə təsiri. Ali məktəb pedaqogikasında qanunauyğunluqlar. qanunauyğunluqların pedaqoji prosesin prinsiplərindən nəşət etməsi. Pedaqoji prosesin tamlığı ilə həyatla, məzmunu və məqsədi ilə əlaqədar qanunauyğunluqlar. Pedaqoji üsullarla yaş, fərdi və cinsi xüsusiyyətlərlə, pedaqoji proses iştirakçıları ilə əlaqədar qanunauyğunluqlar. Problemli situasiya ilə, elmiliklə, təlimin vəzifələri ilə, əyaniliklə, üsulların müxtəlifliyi ilə əlaqədar qanunauyğunluqlar. Yaddaşla, inamla, hörmət və əməllə əlaqədar qanunauyğunluqlar. 7

MÖVZU 4. ALİ MƏKTƏB PEDAQOGİKASINDA ŞƏXSİYYƏTİN VƏ DÜNYAGÖRÜŞÜNÜN FORMALAŞDIRILMASI PROBLEMLƏRİ. Şəxsiyyət, cəmiyyət və təhsil. Şəxsiyyətin formalaşdırılmasına təsir edən əsas amillər və ali məktəb təcrübəsində onlardan istifadənin pedaqoji əsasları. Ali məktəbdə dünyagörüşünün formalaşdırılması problemi. Şəxsiyyət nədir? Şəxsiyyətin fəlsəfi mahiyyəti. Şəxsiyyətin məntiqi mahiyyəti. Şəxsiyyətin sosial mahiyyəti. Şəxsiyyətin siyasi mahiyyəti. Şəxsiyyətin psixoloji mahiyyəti. Şəxsiyyətin pedaqoji mahiyyəti. Şəxsiyyətin, cəmiyyətdə yeri və rolu. Şəxsiyyətin formalaşmasına təsir edən əsas amillərin birgə imkanları və ali məktəb təcrübəsində onlardan istifadənin əhəmiyyəti. Şəxsiyyətin formalaşmasına təsir edən irsiyyət amilləri və ali məktəb təcrübəsində onlardan istifadənin pedaqoji əsasları. Fiziki və fizioloji əlamətlər. Şəxsiyyətin formalaşmasına təsir edən mühit amilləri və ali məktəb təcrübəsində onlardan istifadənin pedaqoji əsasları. Təbiət hadisələri və cisimləri, ictimai hadisələr, siyasi və ideoloji ab-hava, məişət, maddi və mənəvi mədəniyyət abidələri, hər bir ölkənin xarici vəziyyəti. Şəxsiyyətin formalaşmasında pedaqoji prosesin rolu. Şəxsiyyətin formalaş-masında əməyin rolu. Əmək vəfəaliyyət. Tərbiyə amilləri və ali məktəb təcrübəsində onlardan istifadənin pedaqoji əsasları. Təlim, tərbiyə, təhsil və inkişafın formalaşmada əhəmiyyəti. Milli pedaqogika şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin, pedaqoji prosesin və əməyin qarşılıqlı əlaqəsi haqqında. Dünyagörüşünün formalaşmasında pedaqoji prosesin rolu. Dünyagörüşü məfhumunun ədəbiyyatda qoyuluşu. Materializm dünyagörüşü, idealizm dünyagörüşü, dini dünyagörüşü, hürufizm dünyagörüşü. Dünyagörüşünün başlıca formaları, ya- 8

ranması və inkişafı. Dünyagörüşünün formalaşmasında pedaqoji prosesin aparıcı rolu. Elmi dünyagörüşü, mövhumat və din. MÖVZU 5. ALİ MƏKTƏBDƏ TƏLİMİN MAHİYYƏTİ, MƏZMUNU, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ. Ali məktəbdə təlimin mahiyyəti və məzmunu. Ali məktəbdə təlimin prinsipləri. Təlim pedaqoji elmin kateqoriyalarından biri kimi. Təlim öyrətmə nəzəriyyəsi kimi. Təlim didaktikanın əsas bölməsi kimi. Ali məktəb təlimi ali məktəb didaktikasının tərkib hisələrindən biri kimi. Ali məktəbdə təlimin təşkilinin əsas xüsusiyyətləri. Ali məktəbdə təlim prinsiplərinin təlim prosesi ilə birgə inkişafı. Təlimin müasir həyatla, inkişafla əlaqələndirilməsi. Təlimin təhsilləndiriciliyi, tərbiyələndiriciliyi və inkişafetdiriciliyi. Təlimin elmiliyi. Təlimin humanistləşdirilməsi. Təlimdə şüurluluq və fəallılıq. Təlimdə sistematiklik, ardıcıllıq və mütəmadilik. Təlimdə əyanilik. Təlimdə yaş, fərdi və psixoloji xüsusiyyətlərin nəzərə alınması. Ali məktəbdə yeni mövzunun əsasən qavranılmasına xidmət edən üsullar (nümunə, müsahib, kitab üzərində iş, müşahidə, göstəriş, tələb və s.). Biliklərin, bacarıq və vərdişlərin əsas başa düşülməsinə xidmət edən üsullar (problemli situasiya, evrestik müsahibə, izahlı nümayiş, proqramlaşdırma, məruzə, disput, əsər müzakirəsi və s.). biliklərin, bacarıq və vərdişlərin əsasən möhkəmləndirilməsinə və tətbiqinə xidmət edən üsullar (təkrar, texniki vasitələrdən istifadə, əyani vasitələrlə iş, təbii şəraitdə iş, nitq və təfəkkür üzrə iş və s.). Ali məktəbdə təlimin əsas təşkili formaları. Ali məktəbdə mühazirə, praktik məşğələlər, seminar məşğələləri, praktikumlar, kollekviumlar, laborator məşğələlər. Ali məktəb tələbələ- 9

rinin müstəqil işləri. Referat işləri və yaradıcılıq tapşırıqları. Kurs işləri. Buraxılış işləri. Məsləhət saatları. İmtahanların keçirilməsi. Tələbələrin biliyinin çoxballılıq sistemi üzrə qiymətləndirilməsi. Ali məktəbdə monitorinq və qiymətləndirmə. Ali məktəbdə təlimin üsulları probleminin ədəbiyyatda qoyuluşu. Ali məktəb tələbələrinin tədqiqat işi. Tələbə konfransları. Təlimdə iki cür didaktik vasitələrə üstünlük verilməsi. əyani vasitələr (xəritələr, cədvəllər, diaqramlar, plakatlar, interaktivlər, ayrı-ayrı vəsilələrdən olan canlılara dair müqəvvalar və s.). Texniki vasitələr (audial vasitələr, vizual vasitələr, audio-vizual vasitələr, kompüter texnologiyaları). İnteraktiv təlim metodlarının mahiyyəti, əhəmiyyəti. İnteraktiv təlim metodlarının 3 əsas istiqaməti. Təlim metodlarının həyata keçirilməsi. Yeni pedaqoji texnologiyanın gücündən istifadə edilməsi. Dünya təcrübəsində interaktiv təlim üsullarının bir sıra komponentləri. MÖVZU 6. ALİ MƏKTƏBDƏ PEDAQOJİ TEXNOLOGİYALAR. Ali məktəbdə pedaqoji texnologiyaların mahiyyəti, məzmunu və təsnifatı. Problemli təlim texnologiyaları. Fəal təlim texnologiyaları. Distant təlim texnologiyaları. Pedaqoji innovasiyalar. İnkişafetdirici təlim texnologiyaları. Fəal təlim texnologiyaları və digər təlim texnologiyaları üçün səciyyəvi olan metod və priyomlar. İnformasiyaların həcmini çoxaltmaq və ya onları sıxlaşdırmaq. Öyrənmə prosesini sürətləndirmək. Öyrənmə prosesində problemli situasiya yaratmaq. Təlim üçün xüsusi psixoloji və didaktik şərait yaratmaq. Tələbələrin fəaliyyətinin idarə olunmasında nəzarət formalarını gücləndirmək. Təlimin müasir texniki vasitələrindən daha geniş surətdə istifadə etmək. Öyrə- 10

nənlərin arzusundan asılı olmayaraq, hamının fəal olmasını nəzərə alaraq interaktivliyi gücləndirmək Yəni interaktiv fəaliyyəti bütün hallarda bərpa etmək. Pedaqoji texnologiyanın öyrənmədə əhəmiyyəti. Texnologiyada tətbiq olunan ən yeni metodlar. Texnologiya tətbiq edilən pedaqoji prosesin fəaliyyət sisteminə çevrilməsi. Texnologiyanın mənəvi dəyərlər sisteminin formalaşdırılması ilə bağlı insanlar tərəfindən tətbiq olunan, elmi-təcrübi cəhətdən əsaslandırılmış fəaliyyət sistemi olması. Ali məktəbdə texnoloji yanaşma. Texnoloji yanaşmanın elmi və təcrübi əhəmiyyəti. Təhsil sistemində texnologiya anlayışının işlənilməsinə, başa düşülməsinə müxtəlif meyllər, yanaşmalar. Texnoloji yanaşmanın pedaqoji prosesin səmərəliliyini yüksəltməyə xidmət etməsi. Təlim texnologiyaları üçün səciyyəvi komponentlər. Metatexnologiya təhsildə sosial siyasəti həyata keçirməyə imkan verən ümümpedaqoji texnologiya kimi. Metatexnologiyanın təlimin keyfiyyətinin idarə olunmasında əhəmiyyəti. Makrotexnologiya (təhsil sahələri üzrə texnologiya) hər hansı təhsil, təlim prosesinin müəyyən istiqamətini əhatə etməsi. Ayrı-ayrı fənlərin tədrisi texnologiyaları. Bərpaedici təlim texnologiyaları. Mezotexnologiya və lokal-modul texnologiyanın təlimtərbiyə prosesinin ayrı-ayrı hissələrini və ya müəyyən problem sahəsi ilə bağlı məsələləri həll etməküçün tətbiq edilməsi. Mikrotexnologiya pedaqoji prosesin subyektləri arasındakı operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə bağlı texnologiya kimi. Azərbaycanda pedaqoji texnologuyadan istifadə. Ali məktəblərdə pedaqoji texnologiyaların tətbiqinin sürətli artım prosesi. Pedaqoji texnologiyadan səmərəli istifadənin elmitexniki tərəqqinin son nailiyyətlərinin mənimsənilməsində mühüm rolu. Texnologiyaların tətbiqi nəticəsində ayrı-ayrı 11

fənlər üzrə süərtli və keyfiyyətli mənimsəmənin əldə edilməsi. Dünya təhsil sisteminə inteqrasiyada müasir pedaqoji texnologiyanın əhəmiyyəti. MÖVZU 7. ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ İLƏ APARILAN TƏRBİYƏ İŞLƏRİ. ALİ MƏKTƏBDƏ TƏRBİYƏNIN TƏRKİB HİSSƏLƏRİ ÜZRƏ GÖRÜLƏN İŞLƏR. ƏXLAQ TƏRBİYƏSİ. Tərbiyənin meydana gəlməsi, təşəkkülü haqqında ali məktəb tələbələrinə informasiya və məlumatlarının verilməsinin əhəmiyyəti. Etnopedaqoji materiallarda tərbiyənin qoyuluşu və onun ali məktəb tələbələrinə təlqin edilməsinin elmipedaqoji-psixoloji və metodik imkanları. İlk yazılı mənbələrdə tərbiyə ilə bağlı biliklərin, informasiya və məlumatların tələbələrə ötürülməsi işinin elmi-pedaqoji əsasları. Azərbaycan klassik yazarların əsərlərində qoyulan tərbiyə örnəklərinin ali məktəbin təlim-tərbiyə prosesində istifadə olunmasının əhəmiyyəti. Ali məktəbdə həyata keçirilən tərbiyə işlərinin mahiyyəti və məzmunu. Ali məktəbdə məqsədyönlü, planlı və mütəşəkkil olaraq ideya-siyasi tərbiyə ilə bağlı həyata keçirilən işlərin əsas istiqamətləri. Heydər Əliyev irsində ideya-siyasi tərbiyədən ali məktəbdə istifadənin elmi-pedaqoji əsasları. Ali məktəbdə həyata keçirilən əxlaq tərbiyəsi və tələbələrin mənəvi keyfiyyətlərinin formalaşdırılması yolları. Ali məktəbdə Şihabəddin Sührəvərdinin əxlaqın saflaşdırılması ilə bağlı fikirlərindən istifadə. Ali məktəbdə Nəsirəddin Tusinin əxlaq tərbiyəsinin sistemindən istifadənin elmipedaqoji əsasları. Ali məktəbdə Tusinin pedaqoji irsində, o cümlədən Əxlaqi Nasiri, Övsafül-Əşraf, Şərh Əl-İşarat, 12

Adabül-Mütəəllimin əsərlərində əxlaq tərbiyəsi nümunələrindən istifadənin əhəmiyyəti. Ali məktəb pedaqogikasındakı əxlaq tərbiyəsi nümunələrindən ali məktəb təlimində istifadənin yeri, rolu, əhəmiyyəti. İdeya-siyasi və əxlaq tərbiyəsi nümunələrində auditoriyadan kənar tədbirlərdə istifadənin rolu, yeri, əhəmiyyəti. MÖVZU 8. ALİ MƏKTƏBDƏ HƏYATA KEÇİRİLƏN ƏMƏK, İQTİSADİ, FİZİKİ, ESTETİK, EKOLOJİ VƏ HÜQUQ TƏRBİYƏSİ İŞLƏRİNİN MƏZMUNU. Ali məktəb tələbələrinə tərbiyənin tərkib hissələri ilə bağlı verilən məlumatların əhəmiyyəti. Ali məktəb tələbələrinə əmək, işgüzarlıq və qənaətçillik tərbiyəsinin aşılanması yolları. Pedaqoji prosesdə ali məktəb tələbələrinə halallıqla bağlı verilən məlumatların əhmiyyəti. Ali məktəb tələbələrinin fiziki tərbiyəsi. Ali məktəbdə bədən tərbiyəsi dərsləri. Ali məktəb tələbələrinin idman məşğələlərinə cəlb edilməsinin əhəmiyyəti. Ali məktəbdə fiziki tərbiyə ilə bağlı təşkil olunan tədbirlərin elmi-pedaqoji əsasları. Ali məktəbdə idmanla bədii zövqün vəhdətdə götürülməsinin əhəmiyyəti. Ali məktəbdə tələbələrin estetik tərbiyəsi. Ali məktəb tələbələrinə estetik tərbiyənin yaranması, təşəkkülü, təşkili yolları barədə göstərişlərin verilməsinin faydalılığı. Təbiətdə, cəmiyyətdə, incəsənətdə olan gözəlliklərin duyulması, qavranılması və qiymətləndirilməsi ilə bağlı ali məktəb tələbələrinə tövsiyə edilən informasiyaların və elmi-nəzəri məlumatların verilməsinin əhəmiyyəti. Auditoriyadankənar məşğələlərdə tələbələrə muğam folkloru və muğam dünyagörüşü ilə bağlı bədii zövq elementlərinin aşılanması. 13

Ali məktəb tələbələrinin iqtisadi tərbiyəsi. Ali məktəb təlimində tələbələrə iqtisadi biliklərinin verilməsinin yeri, rolu, əhəmiyyəti. Ali məktəb tələbələrinə bazar iqtisadiyyatı şəraitində qənaətçillik və israfçılıqla bağlı biliklərin verilməsi. Ali məktəbdə tələbələrin ekoloji tərbiyəsi. Tələbələrə mövcud ekoloji bəlalar, onların aradan qaldırılması və ətraf mühitin saflaşdırılması ilə bağlı biliklərin verilməsi. Ali məktəbdə tələbələrin hüquq tərbiyəsi. Ali məktəb tələbələrinin hüquq tərbiyəsinin təşkili formaları, yolları. Təlim prosesində və auditoriyadankənar tədbirlərdə tələbələrə hüquqi biliklərin verilməsinin elmi-pedaqoji əsasları. MÖVZU 9. ALİ MƏKTƏBİN İDARƏ OLUNMASI. Ali məktəbə rəhbərliyin elmi, pedaqoji əsasları və metodikası. Fakültələr və onlara rəhbərlik. Kafedralar və onlara rəhbərlik. Tədris işlərinə və digər strukturlara rəhbərlik. Ali təhsil sistemində monitorinq və qiymətləndirmə. Ali məktəbdə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması. Elmi kadr məfhumunun mahiyyəti. Pedaqoji kadr məfhumunun mahiyyəti. Elmi-pedaqoji kadr məfhumunun mahiyyəti. Yüksək ixtisaslı elmi-pedaqoji kadr məfhumunun mahiyyəti. Yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığının forma və xüsusiyyətləri. Yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlanmasına ali məktəbdə şəraitin yaradılması. Ali məktəbdə kadr hazırlığı işində novator axtarışı. Ali məktəbə rəhbərlik və nəzarət. Ali məktəbə rəhbərliyin əsas xüsusiyyətləri. Ali məktəbin elmi şurası və rektoru. Fakültələr, dekanlıqlar, fakültə elmi şuraları. Ali məktəb fəaliyyətinin sənədləşdirilməsi. Ali məktəbin digər struktur bölmələri. Ali məktəbin nizamnaməsi. Xarici ölkələrdə ali təhsil. 14

Ali məktəbin fəaliyyətinə daxili nəzarətin təşkili. Ali məktəbdaxili fəaliyyətin tənzimlənməsi. Ali məktəbdaxili qurumların qarşılıqlı əlaqəli işinin tənzimlənməsi və nəzarət. Daxili nəzarətin qiymətləndirilməsi. Ali məktəb müəllimlərinin attestasiya mərhələliyi. Ali məktəb müəllimlərinin fəaliyyət məzmununa görə stimullaşdırılması. Ali məktəb müəllimlərinin ixtisaslarının artırılması yolları. Ali məktəbdə pedaqoji-kadr hazırlığının təkmilləşdirilməsi yolları. 15

ALİ MƏKTƏB PEDAQOGİKASI FƏNNİNİN İŞÇİ PROQRAMI MÖVZULAR Müh Məş 1. Ali məktəb pedaqogikasının mahiyyəti, məzmunu, məqsəd və vəzifələri. 1.1. Kursun predmeti, mahiyyəti və məzmunu 1.2. Ali məktəb pedaqogikasının yaranması və inkişaf mərhələləri 1.3. Qədim Azərbaycanda tərbiyə, məktəb və pedaqoji fikir. 1.4. Azərbaycanda maarifçilik hərəkatı nümayəndələrinin əsərlərində təlim, tərbiyə, təhsil. 1.5. Magistratura pilləsində tədrisi şərtləndirən mühüm cəhətlər. 2. Ali məktəb didaktikası. 2.1.Didaktikanın təşəkkülü və inkişaf mərhələləri 2.2. Böyük didaktika əsərində didaktikanın əhəmiyyəti, məzmunu, məqsəd və vəzifələri. 2.3.Ali məktəb didaktikasının mahiyyəti, məqsədi və vəzifələri 2.4.Ali məktəbdə pedaqoji prosesdə yeniliklərdən istifadə. 2.5.Ali məktəbdə pedaqoji innovasiyalar. 16

3. Ali məktəb pedaqogikasının metodologiyası və tədqiqat metodları. Ali məktəb pedaqogikasında ziddiyyətlər və qanunauyğunluqlar problemi. 3.1.Ali məktəb pedaqogikasının metodologiyası 3.2.Magistratura pilləsində tədrisin əhəmiyyəti 3.3.Ali məktəb pedaqogikasının tədqiqat üsulları. Mühitdə, müsahibə. 3.4.Ali məktəb pedaqogikasında eksperimentlər 3.5.Ali məktəb pedaqogikasında ziddiyyətlər və qanunauyğunluqlar. 4. Ali məktəb pedaqogikasında şəxsiyyətin və dünyagörüşünün formalaşdırılması problemləri. 4.1. Şəxsiyyətin formalaşmasında irsiyyətin rolu. 4.2. Şəxsiyyətin formalaşmasında mühitin rolu 4.3. Şəxsiyyətin formalaşmasında pedaqoji prosesin və əməyin rolu 4.4. Dünyagörüşünün başlıca formaları, yaranması və inkişafı 4.5.Dünyagörüşünün formalaşmasında pedaqoji prosesin rolu. 5. Ali məktəbdə təlimin mahiyyəti, məzmunu, məqsəd və vəzifələri. 5.1. Ali məktəbdə təlimin mahiyyəti, prinsipləri 5.2. Ali məktəbdə təlimin üsulları 5.3. Ali məktəbdə təlimin təşkili for- 17

maları. 5.4. Ali məktəbdə təlimin vasitələri 5.5. Ali məktəbdə interaktiv təlim üsullarından istifadə 6. Ali məktəbdə pedaqoji texnologiyalar. 6.1.Ali məktəbdə pedaqoji texnologiyaların mahiyyəti və məzmunu 6.2. Öyrənmə prosesi 6.3. Ali məktəbdə texnoloji yanaşmanın inkişaf istiqaməti 6.4. Metatexnologiya, makrotexnologiya, mezo-texnologiya, mikrotexnologiya 6.5. Azərbaycanda pedaqoji texnologiyadan istifadənin dinamik sürət alması. 7. Ali məktəb tələbələri ilə aparılan tərbiyə işləri. Ali məktəbdə tərbiyənin tərkib hissələri üzrə görülən işlər. Əxlaq tərbiyəsi. 7.1. Tərbiyənin meydana gəlməsi ilə bağlı məlumatların alı məktəb tələbələrinə verilməsinin əhəmiyyəti 7.2. Azərbaycan klassiklərinin əsərlərinin təlim-tərbiyə əhəmiyyəti 7.3. Ali məktəbdə Heydər Əliyev irsinin ideya-siyasi, tərbiyəvi əhəmiyyətindən istifadənin elmi-pedaqoji əsasları. 7.4. Ali məktəbdə Nəsirəddin Tusinin əxlaq tərbiyəsi sistemindən istifadənin elmipedaqoji əsasları 7.5. Ali məktəb pedaqogikasında əxlaq tərbiyəsi. 18

8. Ali məktəbdə həyata keçirilən əmək, iqtisadi, fiziki, estetik, ekoloji və hüquq tərbiyəsi işlərinin məzmunu. 8.1. Ali məktəbdə əmək tərbiyəsi 8.2. Ali məktəb tələbələrinin fiziki tərbiyəsi 8.3. Ali məktəb tələbələrinin estetik tərbiyəsi 8.4. Ali məktəb tələbələrinin iqtisadi tərbiyəsi 8.5. Ali məktəb tələbələrinin ekoloji tərbiyəsi 9. Ali məktəbin idarə olunması. 9.1. Ali məktəbə rəhbərliyin elmipedaqoji əsasları və metodikası 9.2. Ali məktəbdə ixtisaslı və elmipedaqoji kadr hazırlığı 9.3. Ali məktəbə rəhbərlik və nəzarət 9.4. Ali məktəbdaxili nəzarət 9.5. Ali məktəb müəllimlərinin attestasiyası, ixtisaslarının artırılması və təkmilləşdirilməsi. Cəmi: 18 18 19

ALİ MƏKTƏB PEDAQOGİKASI FƏNNİNİN PROQRAMI MÖVZULAR Müh. Məş. 1. Ali məktəb pedaqogikasının mahiyyəti, məzmunu, məqsəd və vəzifələri. 2. Ali məktəb didaktikası. 3. Ali məktəb pedaqogikasının metodologiyası və tədqiqat metodları. Ali məktəb pedaqogikasında ziddiyyətlər və qanunauyğunluqlar problemi. 4. Ali məktəb pedaqogikasında şəxsiyyətin və dünyagörüşünün formalaşdırılması problemləri. 5. Ali məktəbdə təlimin mahiyyəti, məzmunu, məqsəd və vəzifələri. 6. Ali məktəbdə pedaqoji texnologiyalar. 7. Ali məktəb tələbələri ilə aparılan tərbiyə işləri. Ali məktəbdə tərbiyənin tərkib hissələri üzrə görülən işlər. Əxlaq tərbiyəsi. 8. Ali məktəbdə həyata keçirilən əmək, iqtisadi, fiziki, estetik, ekoloji və hüquq tərbiyəsi işlərinin məzmunu. 9. Ali məktəbin idarə olunması. Cəmi: 18 18 20

İstifadə olunmuş ədəbiyyat 1. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar). Bakı, Azərnəşr, 2007. 2. Ф.Б.Садыгов. Педагоэика, Бакы, ББУ няшриййаты,2006. 3. Ф.Б.Садыгов. Педагоэика (Али мяктябляр цчцн дярс вясаити), Бакы, Адилоьлу, 2012. 4. Bəşirov B. Ali məktəb didaktikası. Bakı, Maarif nəşriyyatı, 1992. 5. Kazımov N.M. Ali məktəb pedaqogikası. Bakı, Əlfərül nəşriyyatı, 2006. 6. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. Bakı, Nurlan, 2007. 7. Mahmudov R. Ali məktəbdə tələbə müstəqil işinin imkanları və yolları. Bakı, Çaşıoğlu, 2005. 8. Nurəddin Kazımov. Pedaqoji ustalığın problemləri (Ali məktəblər üçün vəsait). Bakı, Çaşıoğlu, 2009. 9. Müdafiə Mahmudov. Bolonya prosesi. Problemlər, perspektivlər, reallıqlar. Bakı, Elm və Təhsil nəşriyyatı, 2010. 10. Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası (dərslik). Bakı, Ünsiyyət, 2000. 11. Talıbov Y.R., Sadıqov F.B., Quliyev S.M. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı, Ünsiyyət, 2000. 12. Ağayev M.H. Humanitar fənlərin tədrisi prosesində məktəblilərin vətənpərvərlik tərbiyəsi. Bakı, Müəllim nəşriyyatı, 2004. 21