FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

DAVETLİSİ

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

Bazar iqtisadiyyatı və maddi tlərin bölüşdürülməsi. Lüdviq M. Laxman, Kapital, Ehtimallar və Bazar Prosesi (1940)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

Müşfiq XAN Ünvansız sevgi detektiv roman

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

F. M. Dostoyevski. Gülməli adamın yuxusu

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

Müşfiq XAN MİLANAYA MƏKTUB. detektiv roman

#ŞƏRHSİZ. tağı nurullayev

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

İstəmədən Getmək. (Hekayə 1)

BİRİNCİ FRAQMENT. Bir gənc ana uşaq arabasını yırğalayır, əlilə irəlini göstərərək körpəni ovutmağa çalışır.

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Himayə altında böyüyən uşaq və gənclər

Yeni torpaqlara səyahət

NOBEL QARDAŞLARI VƏ ONLARIN AZƏRBAYCANDA FƏALIYYƏTLƏRI

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Realist romanlar banisi Daniel Defo

Zaur USTAC USUBCAN ƏFSANƏSİ. (Məqalələr birinci hissə)

60 Dəq yaş. Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

Füzuli YAVƏR TELEVİZİYA PYESİ TELEVİZİYA PYESİ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

"DEYİRDİM Kİ, BU QURULUŞ DAĞILACAQ" Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy lə Ədalət Tahirzadə nin söhbəti ( 17 oktyabr aprel 1992 )

Uilyam Somerset Moem Həyati hadisələr

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

1915 Çanakkale Savaşlarının 100. Yılı ve 1918 Kafkas İslam Ordusu Anısına

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

BALANS HESABATI A-AKTİVLƏR

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Gedək biz olmayan yerə

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Giriş Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir gənclə görüşməyə başlayır. Yazıçı gəncdən məktəbdə öyrədilməyən

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib.

Film Fiction Mart, 12 İNFORMASİYA DƏSTƏYİ

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Yaqub. kitabı əsasında 10 Bibliya məşğələsi

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

Edqar Allan Po Morq küçəsində qətl

Rəşid bəy və Səadət xanım İsmayıl bəy Qutqaşınlı


Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Redaktor: Dilsuz ELÇIN. E46 «Seçilmiş əsərləri» (10 cilddə), 1-cü cild. «Çinar-Çap» nəşriyyatı, Bakı, 2005, 626 səh.

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

Marketinq. Mehdiyev Əkbər

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

"MTN də, MN də, DİN də öz kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim əleyhimizə çevrildi"

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

Millət bir insan toplumudur. O toplum bir mədəniyyəti daşıyır, bir dildə danışır, bir əqidə və məfkurənin daşıyıcılarını birləşdirir.

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Mark Tven. "İblislə sövdələşmə" (hekayə)

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

Ernest Heminquey KİLİMANCARO QARLARI

UÇAN BOŞQABLAR SON ZAMANLARIN PEYĞƏMBƏRLİYİDİR

Şahin Xəlil. Oxuyana...lənət!

ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

xalqı mübariz vя qяhrяman xalqdır Áèëèðñÿí, íÿ åòìèø êöðäëÿð áèð çàìàí? Ãÿäèì Àâðîïàíûí õà ïÿðÿñòëÿðè, Ìöñÿëìàí êå ìèøèí þéðÿíñÿ ÿýÿð, Ñÿù. 4 Ñÿù.

Transkript:

FYODOR DOSTOYEVSKİ KARAMAZOV QARDAŞLARI

ФЁДОР ДОСТОЕВСКИЙ БРАТЬЯ КАРАМАЗОВЫ

Karamazov qardaşları Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

ФЁДОР ДОСТОЕВСКИЙ FYODOR DOSTOYEVSKİ Bakı, Qanun Nəşriyyatı, 2014 852 səhifə. 1000 tiraj БРАТЬЯ КАРАМАЗОВЫ KARAMAZOV QARDAŞLARI Ruscadan tərcümə: Korrektorlar: Nadir Qocabəyli Rövşən Ağayev Flora Əliyeva ISBN 978-9952-26-928-4 Qanun Nəşriyyatı, 2014 Ф. М. Достое вский, 1880 Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu»na ziddir. Qanun Nəşriyyatı Bakı, АZ 1102, Tbilisi pros., 76 Tel: (+994 12) 431-16-62; 431-38-18 Mobil: (+994 55) 212 42 37 е-mail: info@qanun.az www.qanun.az www.fb.com/qanunpublishing Əli və Nino Nəşriyyatı Bakı, Azərbaycan, Z.Tağıyev, 19 Tel.: (+994 12) 493 04 12 e-mail: info@alinino.az www.alinino.az www.fb.com/aliandnino.azerbaijan

MÜƏLLİFDƏN Q əhrəmanım Aleksey Fyodoroviç Karamazovun tərcümeyi-halına müəyyən şübhələrlə başlayıram. Yəni Aleksey Fyodoroviç Karamazovu qəhrəmanım adlandırsam da, onun qətiyyən böyük adam olmadığını və buna görə də «Qəhrəman seçdiyiniz bu Aleksey Fyodoroviçin nə özəlliyi var, o nə iş görüb axı, harada və nə ilə tanınır, mən oxucu niyə onun həyatına aid faktları öyrənməyə vaxt itirməliyəm?» kimi sualların qaçılmaz olacağını bilirəm. Ən nəhs sual sonuncudur, çünki ona yalnız bu cavabı verə bilərəm: «Bəlkə də, romanı oxuyanda özünüz görəcəksiniz». Amma birdən romanı oxudular və görmədilər, mənim Aleksey Fyodoroviçimin məziyyətləri ilə razılaşmadılar? Ona görə belə kədərli danışıram ki, bunu əvvəlcədən görürəm. Mənim üçün o, maraqlı adamdır, ancaq bunu oxucuya sübut edə biləcəyimdən xeyli şübhəliyəm. Məsələ burasındadır ki, o, şəxsiyyət olsa da, hələ qeyri-müəyyəndir, özünü təsdiq etməyib. Ancaq ilin-günün bu vaxtında insanlardan müəyyənlik tələb etmək qəribə olardı. Bir şey şəksizdir: bu adam qəribədir, hətta qeyri-adidir. Qəribəlik və qeyri-adilik isə cəlbediciliyə haqqı verməkdən çox, ziyan vurur, xüsusilə də hamı təfsilatları birləşdirib, ümumi anlaşılmazlığa nəsə bir məna verməyə can atanda. Ancaq qəribə adam əksər hallarda elə seçkin və fərqli olmaqdır. Məgər belə deyil? Mənim bu son tezisimlə razı deyilsinizsə və cavab versəniz ki, «belə deyil», yaxud «həmişə belə olmur», onda qəhrəmanım Aleksey Fyodoroviçə verdiyim önəmə görə ruhlanacağam. Çünki «həmişə» seçkin və fərqli 7

olmayan təkcə qeyri-adi deyil, əksinə, o, bəzən, bəlkə də, özündə tamın özəyini daşıyır, onun dövründə yaşayan digər adamlar isə nəyə görəsə haradansa əsən külək nəticəsində ondan müvəqqəti qopanlardır Ancaq mən qətiyyən maraqlı olmayan bu dumanlı izahatlara girişmək istəməz və sadəcə, girişsiz başlamaq istərdim: xoşlarına gələcək, oxuyacaqlar; amma bəla burasındadır ki, tərcümeyi-hal məndə bir, roman isə ikidir. Əsas roman ikincidir, bu mənim qəhrəmanımın bizim dövrdəki, məhz hazırkı məqamdakı fəaliyyətidir. Birinci romandakılar isə otuz il əvvəl baş verib və ona heç roman da demək olmaz, qəhrəmanımın yeniyetməlik dövrünün yalnız bir epizodudur. Ancaq ikinci romanda bir çox şeylər anlaşılmaz qala biləcəyindən birincisiz ötüşə bilmədim. Lakin mənə ilk çətinliyi yaradan da elə budur: əgər mən, yəni bioqraf özü, belə bir sadə və qeyri-müəyyən qəhrəman üçün bir romanın artıq olduğunu hesab edirəmsə, özümü ikisi ilə ortaya atmağın nə anlamı var və bu lovğalığımı nə ilə izah etməliyəm? Bu məsələlərin həllində çaşbaş qaldığımdan onları həlsiz-filansız adlamağa qərar verirəm. Əlbəttə, bəsirətli oxucu lap əvvəldən nəyə eyham vurduğumu artıq çoxdan tutub və qiymətli vaxtımı əbəs yerə boş sözlərə sərf etdiyimə görə mənə acıqlanıb da. Ona görə də bunun cavabını dəqiq verəcəyəm: qiymətli vaxtımı boş sözlərə, əvvəla, nəzakət xatirinə, ikincisi isə bilərəkdən sərf etmişəm: «hər halda, guya əvvəlcədən nəyisə xəbərdar etmişəm». Nə isə, romanımın «tamın əhəmiyyətli bütövlüyü şəraitində» öz-özünə iki hekayəyə bölünməsinə hətta şadam: birinci hekayə ilə tanış olan oxucu ikinciyə başlayıb-başlamayacağına özü qərar verəcək. Əlbəttə, heç kəs heç nəyə borclu deyil, kitabı elə birinci hekayənin ikinci səhifəsindən həmişəlik kənara da atmaq olar. Ancaq elə nəzakətli oxucular da var ki, öz qərəzsiz mühakimələrində yanılmamaq üçün mütləq sonadək oxumaq istəyəcəklər; məsələn, bütün rus tənqidçiləri belədirlər. Belələri qarşısında adam bütün hallarda rahat nəfəs alır: bütün səliqə-sahmanlarına və insaflarına baxmayaraq, onlara romanı elə ilk epizodundaca kənara tullamağa yaxşı bəhanə verirəm. Hə, bu da ön söz. Onun artıq olması ilə tamamilə razıyam, ancaq bir halda ki yazmışam, qalsa yaxşıdır. İndi isə işə keçək. 8

BİRİNCİ KİTAB «BİR AİLƏNİN TARİXÇƏSİ» I. Fyodor Pavloviç Karamazov Aleksey Fyodoroviç Karamazov bizim qəzanın mülkədarı, zamanında, yəni bundan düz on üç il əvvəl başa çatan faciəvi və qaranlıq ölümünə görə (vaxtı çatanda bu haqda məlumat verəcəyəm) xeyli məşhurlaşmış (heç indi də unudulmayıb) Fyodor Pavloviç Karamazovun üçüncü oğlu idi. İndi isə bu «mülkədar» (bütün həyatını, demək olar ki, öz malikanəsində yaşamasa da, bizdə onu belə adlandırırdılar) haqqında onun yalnız qəribə tip, amma yetərincə sıx rastlanan yaramaz və pozğun, bununla belə, həm də qanmaz adam olduğunu söyləyəcəyəm; ancaq malmülk məsələlərindən yaxşı baş çıxaran da, deyəsən, elə bu cür qanmazlar olur. Misalçün, Fyodor Pavloviç, demək olar ki, heç nədən başlayıb; kiçik bir mülkədar idi, nahar etmək üçün onun-bunun masasına cumur, müftəxorluğa can atırdı, bununla belə, öləndə yüz min rubla qədər nağd pulu çıxdı. Halbuki bütün həyatı boyu bizim qəzanın ən qanmaz başıxarablarından biri olmuşdu. Təkrar edirəm: burada söhbət axmaqlıqdan getmir; bu başıxarabların çoxu ağıllı və hiyləgər olur, burada hansısa xüsusi, milli qanmazlıqdan söhbət gedir. O, iki dəfə evlənmişdi və üç oğlu vardı: böyüyü Dmitri Fyodoroviç birinci arvadından idi, digər ikisi: İvan və Aleksey isə ikincidən. Fyodor Pavloviçin birinci arvadı kifayət qədər varlı və tanınmış zadəgan soyu Miusovlardan idi, onlar da bizim qəzanın mülkədarları idilər. Necə olmuşdu ki, cehizli, gözəl, üstəlik hələ zirək və ağıllı, hazırda o qədər də nadir olmayan, amma hələ keçmişdə parlayıb ortaya çıxan bir qız belə bir 11

miskin «kütbeyin»ə ərə getmişdi. O zaman hamı onu belə adlandırırdı, ona görə də ətraflı izahat verməyəcəyəm. Amma mən keçmişdəki «romantik» nəsildən bir qız tanıyırdım, istədiyi vaxt sakitcə ərə gedə biləcəyi bir cənaba bir neçə il bəslədiyi müəmmalı məhəbbətdən sonra özünə keçilməz bir maneə yaratdı və boranlı gecələrin birində yalnız şıltaqlığı ucbatından dik sıldırım qayadan dərin və itiaxan çaya atılaraq, Şekspirin Ofeliyasına oxşamaq üçün özünə qəsd etdi; ancaq, bəlkə də, çoxdan bəlləyib sevdiyi həmin sıldırım qaya bu qədər gözəl olmasaydı, onun yerində sansıxıcı yastı sahil olsaydı, bəlkə də, intihar baş tutmayacaqdı. Bu, gerçək bir faktdır və demək lazımdır ki, bizim rus həyatında son iki-üç nəsildə bu cür, yaxud buna bənzər faktlar az olmayıb. Adeliada İvanovna Miusovanın hərəkəti də, şübhəsiz, bunun kimi yad küləklərin, acığa əsir düşmüş fikrin əks-sədası idi. Bəlkə də, öz qadın müstəqilliyini ifadə etmək, ictimai mühitin, öz nəslinin və ailəsinin despotizminə qarşı çıxmaq istəmiş və lütfkar fantaziyası onu bir anlıq inandırmışdı ki, Fyodor Pavloviç müftəxorun biri, hər şeyin yaxşısına keçid olan o dövrün kinli təlxəyindən başqa bir şey olmasa da, hər halda, ən cürətlisi və gülməlisidir. Maraqlı olan həm də işin qaçırılma yoluyla gerçəkləşməsi və bunun Adeliada İvanovnanı son dərəcə heyran etməsi idi. Fyodor Pavloviç isə o vaxt bu cür gözlənilməz hadisələrə öz sosial durumu baxımından da tamamilə hazır idi, çünki özünə karyera qurmağı həddən artıq arzulayırdı, nəyin bahasına olursa olsun; özünü yaxşı nəslə yamamaq və cehiz qazanmaq çox cəlbedici idi. O ki qaldı qarşılıqlı məhəbbətə, elə bir şey, deyəsən, heç olmamışdı, nə gəlin tərəfdən, nə də Adeliada İvanovnanın gözəlliyinə baxmayaraq, onun tərəfindən. Beləcə, bu hadisə, bəlkə də, bütün ömrü boyu şəhvətpərəstlik edən, ona göz edən istənilən yubkanın altına bir anda girməyə hazır Fyodor Pavloviçin həyatında yeganə özünəməxsus hal idi. Halbuki təkcə bu qadın onda ehtiras baxımından heç bir xüsusi təəssürat doğurmadı. Adeliada İvanovna qaçırılmadan dərhal sonra ərinə ötəri baxıb gördü ki, ona qarşı nifrətdən başqa heç nə hiss etmir. Beləliklə, nikahın nəticələri özünü son dərəcə sürətlə göstərdi. Ailəsi hadisə ilə tez bir zamanda barışıb, qaçmış qıza cehiz versə də, ər-arvad arasında ən qarmaqarışıq bir həyat və daimi mübahisələr başladı. Deyilənə görə, gənc xanım Fyodor Pavloviçə baxanda özünü xeyli alicənab və səviyyəli aparırmış. Artıq 12

məlum olduğu kimi, arvadının bütün pullarını, yenicə aldığı iyirmi beş min rublun hamısını dərhal ondan elə çırpışdırmışdı ki, o vaxtdan həmin minliklər qadın üçün sanki havaya sovrulmuşdu. Cehiz verilən kəndi və yaxşı vəziyyətdə olan şəhərdəki evi o, uzun müddət var gücü ilə hansısa münasib akt əsasında öz adına keçirməyə cəhd göstərmişdi və yəqin ki, hər dəqiqəbaşı etdiyi şantaj və yalvarışlarla arvadında doğurduğu ikrah sayəsində qazandığı nifrətlərin üzərinə birini də əlavə edib buna da nail olacaqdı, çünki artıq yorulub cana doymuş arvadı yaxasını buraxsın deyə razılaşacaqdı. Ancaq, xoşbəxtlikdən, Adeliada İvanovnanın ailəsi bu talanın qarşısını aldı. Ər-arvad arasında dava-dalaşın da arası kəsilmirdi, amma, deyilənə görə, vuran Fyodor Pavloviç yox, çılğın, cəsarətli, qarabuğdayı, hövsələsiz, fitri fiziki gücə malik Adeliada İvanovna idi. Axırda o, evi tərk edərək cındırından cin ürkən bir seminariya müəlliminə qoşulub qaçdı və Fyodor Pavloviç üçyaşlı Mitya ilə tək qaldı. Fyodor Pavloviç evi dərhal hərəmxanaya döndərib əyyaşlıq etməyə başladı, ara günlərdə isə az qala bütün quberniyanı dolaşaraq, göz yaşları içərisində hər qarşısına çıxana onu tərk edən Adeliada İvanovnadan şikayətlənməyə başladı; həm də elə şeylər danışırdı ki, bir kişinin öz ailə həyatı haqqında bunları dilə gətirməsi olduqca ayıb idi. Amma başlıcası o idi ki, incidilmiş bambılı ər rolunu oynamaq, öz incikliyinin təfərrüatlarını şişirdərək danışmaq sanki ona xoş idi və hətta ləzzət verirdi. «Elə bil vəzifə almısınız, Fyodor Pavloviç, dərdli olmağınıza baxmayaraq, çox məmnun görünürsünüz», itoynadanlar ona deyirdilər. Çoxları hətta onun daha çox gülüş doğurmaq üçün qəsdən yeniləşmiş təlxək görkəmində peyda olduğunu, öz komik durumunu görmürmüş kimi davrandığını da əlavə edirdilər. Amma, kim bilir, bəlkə də, bunları, doğrudan da, sadəlövhcəsinə edirdi. Bir gün, nəhayət, qaçmış arvadının izini tapa bildi. Zavallı öz seminaristi ilə Peterburqa gedib və orada tam azadlığa çıxıbmış. Fyodor Pavloviç dərhal əl-ayağa düşdü və Peterburqa hazırlaşdı, amma bunu nəyə görə etdiyini, əlbəttə, özü də bilmirdi. Doğrusu, bəlkə də, bilsə idi, dərhal yola düşərdi; ancaq belə bir qərarı qəbul edib, yola çıxmazdan əvvəl gümrahlaşmaq üçün yenidən içib lülqənbər olmağa haqqı çatdığını düşündü. Elə bu zaman arvadının ailəsinə onun Peterburqda ölməsi ilə bağlı xəbər gəldi. O, qəflətən hansısa çardaqda, bəzilərinin dediyinə görə, yatalaqdan, digər 13

şayiələrə görə isə aclıqdan ölmüşdü. Fyodor Pavloviç arvadının ölüm xəbərini eşidəndə bərk sərxoş imiş, deyilənə görə, küçə ilə sevinc içində qaçaraq əllərini yuxarı qaldırıb «artıq xilas oldum» qışqırırmış, ancaq başqalarının söylədiyinə görə, uşaq kimi elə zar-zar ağlayırmış ki, bu qədər nifrət qazanmasına rəğmən adamların ona yazığı gəlirmiş. Çox güman ki, hər ikisi olub, yəni həm xilas olmağına sevinir, həm də onu xilas edənə ağlayırmış, hamısı bir yerdə. İnsanlar hətta pis adamlar olsalar belə, əksər hallarda bizim onlar haqqında düşündüyümüzdən qat-qat sadəlövh və sadədil olurlar. Elə biz özümüz də. II. Birinci oğlunu başından etdi Belə bir atanın necə tərbiyəçi olduğunu, əlbəttə, təsəvvür etmək çətin deyil. Bir ata kimi nə edə bilərdisə, onu da etdi, yəni Adeliada İvanovnadan olan bic uşağını tamamilə və büsbütün atdı, ona qarşı kinli olduğundan, ya da təhqir olunmuş ər heysiyyətindən dolayı deyil, sadəcə olaraq, onu unutduğu üçün. Öz göz yaşları və şikayətləri ilə hamının zəhləsini tökdüyü, evini isə fahişəxanaya döndərdiyi müddətdə evin sadiq nökəri Qriqori balaca Mityanı öz himayəsinə götürdü; əgər o vaxt uşağın qayğısına qalmasaydı, zavallının köynəyini dəyişdirən belə tapılmayacaqdı. İlk vaxtlar uşağın ana tərəfdən olan qohumları da onu unutmuşdular. Babası, yəni Adeliada İvanovnanın atası cənab Miusov artıq sağ deyildi; onun dul qaldıqdan sonra Moskvaya köçmüş arvadı, Mityanın nənəsi isə çox qocalmış, xalaları isə ərə getdiyindən Mitya düz bir il Qriqorinin həyətdəki daxmasında qalmalı oldu. Atası onu xatırlasaydı belə (axı onun varlığını unuda bilməzdi), yenə daxmaya göndərərdi, çünki uşaq onun pozğun əməllərinə mane ola bilərdi. Ancaq elə oldu ki, Adeliada İvanovnanın əmisi oğlu Pyotr Aleksandroviç Miusov Parisdən qayıdıb gəldi; o vaxt o, cavan bir oğlan olsa da, Miusovlar arasında xüsusi seçilən, təhsilli, şəhərli, «əcnəbi» şəxs idi; sonradan uzun illər xaricdə yaşamış, bütün həyatını Avropada keçirmiş, ömrünün sonunda qırxıncı-əllinci illərin liberallarından birinə çevrilmişdi. Öz karyerası ərzində həm Rusiyada, həm də xaricdə dövrünün bir çox qatı liberal insanları ilə tanış olmuşdu, 14