YUNİS ƏMRƏ TARİXİ ŞƏXSİYYƏTİNİN AZƏRBAYCANDA İZLƏRİ Y

Benzer belgeler
DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

BÖYÜK DƏCCAL Amerika

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

DAVETLİSİ

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

[18] 1. Ümumi müddəalar

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 4/ s , TÜRKİYE ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI TÖRƏTDİYİ MƏNƏVİ GENOSİD

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK SƏCİYYƏSİ

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

FOLKLORŞÜNASLIĞA GİRİŞ

Protokolundan Çıxarış aprel 2016-cı il

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Vahid rüblük hesabat TƏLİMAT

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

ci illərdə İran elmi fikirində Azərbaycan dili məsələsi

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

SOVYET DÖNEMİ AZERBAYCAN GAZETECİLİĞİNDE TÜRKİYE KONUSU (AZAD ŞERIFOV: YURTDIŞINA GÖNDERILEN İLK AZERBAYCANLI SOVYET MUHABIR) Özet

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Yük sığortası Qaydaları

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Ana kart (Motherboard)

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Marketinq. Mehdiyev Əkbər

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

Millət bir insan toplumudur. O toplum bir mədəniyyəti daşıyır, bir dildə danışır, bir əqidə və məfkurənin daşıyıcılarını birləşdirir.

Transkript:

Aziz ALİEKBERLİ * ALİEKBERLİ, Aziz (2014). Yunis Əmrə Tarixi Şəxsiyyətinin Azərbaycanda İzləri. Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması. 26-28 Mayıs 2014. 2013 Türk Dünyası Kültür Başkenti Ajansı (TDKB). Eskişehir (http://bilgelerzirvesi.org/bildiri/pdf/ezizelekberli.pdf), ss.255-263 YUNİS ƏMRƏ TARİXİ ŞƏXSİYYƏTİNİN AZƏRBAYCANDA İZLƏRİ Y unis Əmrə Türk dünyasının elə böyük şəxsiyyətlərindən, mənəviyyat və ruh sahiblərindəndir ki, yeddi yüz il keçməsinə baxmayaraq, onun həyatı və irsi, düşüncəsi və kəlamları bu gün də Türk insanı üçün örnək, Yaradana və Yaradılana sevgi mənbəyidir. Bu yeddi yüz il ərzində Yunis Əmrə bütün Türk dünyasında, o cümlədən Azərbaycan türkləri arasında da kifayət qədər tanınıb və müəyyən dini mərasimlərdə, xüsusilə Mövlud mərasimlərində son illərə qədər də onun şeirləri İlahilər kimi oxunmuşdur (Ali Şamil Hüseyinoğlu, 2009:12). Lakin bizim bu yazıdakı məqsədimiz bu böyük şairin, övliyanın yaradıcılığını izləmək, onun poetik incəliklərini aşkarlamaq yox, Yunis Əmrə tarixi şəxsiyyətinnin Azərbaycandakı izlərini araşdırmaqdır. Oğuz məzarlığında Şeyx Yunis və Hacı Tapdıq ziyarətgahı * Doç.Dr. Azerbaycan Milli Bilimler Akademisi. 255

Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı Yunis Əmrənin Azərbaycanla bağlılığını təsdiq edən ən tutarlı faktlardan biri onun Azərbaycan Respublikasının Qax rayonunun Torpaqqala adlanan qədim yaşayış məskənində Oncallı kəndi yaxınlığındakı Oğuz qəbiristanlığında yerləşən məzarıdır. Bu qəbiristanlıq Yevlax-Balakən magistral yolunun, eləcə də Oncallı kəndinin içərisinə doğru gedən kənd yolunun sol tərəfində, meşəlikdə geniş bir ərazini əhatə edir və Hacı Tapdıq Baba və ondan bir qədər yuxarıda yerləşən Şeyx Yunis qəbirləri ilə başlayır. El arasında ən mötəbər ziyarətgahlar hesab edilən hər iki məzar təqribən bir metr hündürlükdə çay daşlarından ibarət hörgüyə alınmışdır. Şeyx Yunis və Hacı Tapdıq məzarlarının yaxından görünüşü Bu qəbirlərin böyük övliya Yunis Əmrəyə və onun mürşidi Tapdıq Əmrəyə aid olması barədə ilkin fikir söyləyənlərdən biri İlisu sultanları nəslindən Sələddin Sultanov olmuş və o, müvafiq məqalə ilə Qax rayonunun Şəlalə qəzetində çıxış etmişdir. Daha sonra görkəmli tarixçi alim, epiqrafik yazılı abidələr üzrə tanınmış mütəxəssis, professor Məşədixanım Nemət hər iki məzar üzərindəki ərəbcə kitabələri oxumuş və tərcümə etmişdir. Kitabələrdən məlum olmuşdur ki, məzarlardan biri Şeyx Yunisə, digəri isə Hacı Tapdıqa məxsusdur. 256

Şeyx Yunisin məzarı üzərindəki kitabədə yazılmışdır: Biz torpaqdan günahsız yaranmışdıq, torpağa isə günahkar qayıdırıq. Bu qəbri mərhum Şeyx Yunisin xatirəsini əziz tutmaq üçün Mirzə ibn Çələbi Soltan ibn Saleh ibn Məhəmməd ibn Məhəmmədzaman ibn İmam Əli Allah onları bağışlasın 821-ci il tarixdə bina etdi. Şeyx Yunisin məzarı və məzarüstü kitabəsi Hacı Tapdıqın məzarı üzərindəki kitabədə isə yazılmışdır: Rəhimli və mərhəmətli Allahın adıyla. Hər iki dünyanın Rəbbunə həmd olsun. Onun yaratdığı Məhəmmədə və onun nəslinin hamısına salam və salavat. Bu evi (qəbr evini) Şeyx Mirzə ibn Çələbi və Şeyx Salman ibn Saleh 1207-ci ildə bina etdirmişdir. (M.Nemət, səh 98) 257

Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı Hacı Tapdığın məzarı Hacı Tapdığın məzarının yaxından görünüşü Beləliklə, birinci kitabədən məlum olur ki, Şeyx Yunisin məzarı üzərindəki kitabə miladi tarixlə təxminən 1417/1418-ci illər, Hacı Tapdıqın məzarı üzərindəki kitabə isə 1791-ci ildə yazılmışdır. Birinci məzarın Mirzə Çələbi, ikinci məzarın isə Mirzə Çələbi və Şeyx Salman adlı başqa bir şəxs tərəfindən götürülməsi isə sübut edir ki, hər iki məzar eyni vaxtda 1417/1418-ci illərdə eyni bir şəxs Mirzə 258

Çələbi tərəfindən abadlaşdırılmış, Hacı Tapdıqın məzarı isə 1791-ci ildə Şeyx Salman tərəfindən yenidən bərpa edilmiş və bu zaman məzarın kitabəsi yenidən yazılaraq Mirzə Çələbinin adı saxlanmış, məzarın yeni xeyriyyəçisinin adı da ona əlavə edilmişdir. Professor Məşədixanım Nemət də əldə etdiyi məlumatları təhlil edərək abidələrin inşa tarixləri arasındakı fərqin böyüklüyünə baxmayaraq, hər iki şəxsin eyni vaxtda yaşaması fikrini irəli sürmüş, Şeyx Yunusun böyük türk ozanı və şairi Yunus Əmrə, Hacı Tapdığın isə onun mürşidi Şeyx Tapdıq olması qərarına gəlmişdir. Biz Məşədixanım Nemətin belə bir fikri ilə də tamamilə razıyıq ki, hər iki övliyanın məzarları onların müridləri tərəfindən abadlaşdırılmış və sonrakı yüzillərdə də daim bərpa olunmuşdur. Lakin etiraf edirik ki, bütün bu faktlar həmin məzarların Yunis Əmrəyə və onun mürşidi Tapdıq Əmrəyə aid olması fikrini qəti şəkildə irəli sürmək və qeyd-şərtsiz isbatlamaq üçün hələ yetərli deyil. Buna görə də biz başqa sübutlarımızı irəli sürmək məcburiyyətindəyik. Birincisi. Tarixdən bildiyimiz kimi, Yunus Əmrə xalq ozanı, təkkə şerinin yaradıcılarından, vəhdəti vücud fəlsəfəsinin ardıcılı, türkdilli mütəsəvvüflərdən biri, Oğuz şeirinin ilk böyük şairidir. Oğuzların böyük bir hissəsinin İslamı qəbul edib, Türkman subetnosunun tərkibinə daxil olduğu, digər bir hissəsinin isə İslamı qəbul etməyib öz əski inanclarını və Oğuz adlarını saxladığı bir zamanda İslamı qəbul etmiş Oğuz-Türkmanların boynuna böyük bir tarixi missiya düşmüşdü: qeyri-müsəlman Oğuzların və digər Türk boylarının, o cümlədən xristian qıpçaqların İslama dəvət olunması. Bu missiyanın əsas icraçıları isə sufi dərvişlər, xüsusilə də şair-ozanlar idi. Yunis Əmrə də belələrindəndi. Təsadüfi deyil ki, o, Qul Yunis, Aşıq Yunis, Yunis Əmrə, Miskin Yunis, Dərviş Yunis, Yunis təxəllüsü ilə heca vəznli qoşma, gəraylı, ilahilər yazmış, əruz vəznli qəzəl və məsnəvilərdə sufi fəlsəfəsini sadə xalq dilində təbliğ etmiş və çox-çox sonralar da istər Türkiyə, istərsə də Azərbaycan və Türkmən ədəbiyyatına öz əhəmiyyətli təsirini göstərmişdir. Deməli, qədimdən Oğuz və Qıpçaq türklərinin sıx məskunlaşdığı, çiyin-çiyinə yaşadığı Şəki-Qax-Zaqatala-Balakən bölgəsində həmin dövrdə Oğuz-sufidərviş xanəgahının mövcudluğu və Tapdıq Əmrə kimi bir pirimürşidin bu xanəgahda fəaliyyət göstərməsi tamamilə təbii idi. Belə olan surətdə, dərviş libasında Anadolunu, Azərbaycanı və Şamı kəndkənd gəzib dolaşdığı tarixdən bəlli olan (Y.Əmrə, səh 9) Yunis Əmrənin gəlib Tapdıq Əmrə xanəgahında bu böyük övliyanın müridi 259

Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı olması da, burada qərar tutub, vəfat etdikdən sonra isə mürşidi Hacı Tapdığın məzarı yanında dəfn olunması da mümkün idi. O da maraqlıdır ki, bu xanəgah, onun yerləşdiyi meşə və ətrafındakı qəbiristanlıq bu gün də Oğuz adını daşıyır. Qəbiristanlığın yanındakı Oncallı kəndinin öz adını Qıpçaq türklərinin Ancaoğlu soyunun adından götürməsini də nəzərə alsaq, onda belə bir fikirlə razılaşmağa məcburuq ki, bu yerə Oğuz adını aralarındakı soy fərqinə görə məhz qonşuluqdakı qıpçaqlar vermişlər. Çünki bu dövrdə Oğuz etnos adı artıq tarix səhnəsindən çıxır, yerini türkman, türk, müsəlman adına tərk edirdi. İkincisi. Yunis Əmrə yüzillər boyu Türkiyədə nə qədər çox sevilsə də, əslində, onun harada vəfat edib, harada dəfn olunduğu dəqiq bəlli deyil və görünür, elə buna görə də xalq sevimli övliyasına, şairinə hər bölgədə bir məzar yaratmışdır və bu səbəbdən də Türkiyədə bu gün Yunis Əmrənin adına nişan verilən və hər biri insanlar tərəfindən müqəddəs tutulan 20-dən çox məzar var. Əslində, bir məmləkətdə Yunis Əmrə kimi tanınan və sevilən bir adama bu qədər məzarın olması elə həmin məmləkətdə onun əsl məzarının olmaması deməkdir. Və belə olan surətdə xalqın öz sevimli şairinə, pirinə, övliyasına hər addımda bir məzar tikdirməsi təbiidir. Lakin Azərbaycanda Yunis Əmrənin cəmi bir məzarı var. Üstəlik, nəinki Qax kimi ucqar bir rayonda, heç bütöv Şimali Azərbaycanda son iki yüz il ərzində bölgədə gedən siyasi-mədəni proseslər nəticəsində son zamanlara qədər çox az tanınan, hətta ziyalılarımızın özünə belə yaxşı məlum olmayan, deməli, ucqar, şeirdən-sənətdən bir qədər də uzaq bir rayonun yerli əhalisinə məlum olması mümkün olmayan bir Türk şairinə adamların saxta qəbir yapması, onu ziyarətgaha çevirməsi qəti olaraq imkan xaricindədir. Üçüncüsü. Yunis Əmrə haqqındakı məlum tarixi rəvayətlərlə (Yunis Əmrənin Tapdıq Əmrənin müridi olması, bu müridlik dövründə ona hər gün meşədən çoxlu odun yığıb gətirməsi, bu işdən çiyinlərində və belində yara əmələ gəlməsi, onun bu zəhmətinə və sədaqətinə görə Tapdıq Əmrənin öz müridi Yunisin məzarının onun məzarının baş tərəfində və hündürdə qazılması barədə vəsiyyət etməsi, mənim qəbrimi ziyarətə gələnlər əvvəl Yunusu ziyarət etsinlər, sonra məni deməsi və s.) Oğuz qəbiristanlığındakı müvafiq qəbirlərin yerləşməsi arasında ciddi şəkildə uyğunluq var. Oğuz qəbiristanlığında, doğrudan da, Yunisin qəbri Tapdıq babanın qəbrindən hündürdədir və ziyarətə gələnlər mütləq əvvəl Yunis 260

babanın məzarını, sonra isə onun mürşidi Tapdıq babanın məzarını ziyarət etməli olurlar. Dördüncüsü. Oğuz qəbiristanlığına Yunis baba və Tapdıq baba məzarlarını ziyarət etməyə gələnlərin, buraya yolu düşənlərin özləri ilə çır-çırpı, yaxud odun parçası gətirməsi də ciddi maraq doğurur. Burada zəvvarların gətirdikləri ağac qırıntıları Yunisin mürşidi Tapdığın evində yandırmaq üçün odun-çırpı daşımasına işarədir. İllərlə yığılmış ağac yığınları bu gün də diqqəti çəkir. Yenə də bütün bunlar Yunis Əmrə ilə bağlı Türkiyədə yayılmış rəvayətlə Yunisin mürşidi Tapdıq Əmrə üçün meşədən odun daşıması rəvayəti ilə üst-üstə düşür. Daha bir müəmma Türkiyədə yayılmış rəvayət və Qaxda onun ritual təsdiqi! Beşincisi. Türkiyədə Yunis Əmrəyə aid edilən qəbirlərin heç birinin yanında və ya yaxınlığında onun mürşidi Tapdıq Əmrənin məzarı yoxdur. Bu isə onlar haqqında elə Türkiyənin özündə geniş yayılmış tarixi rəvayətlərə qəti olaraq uyğun gəlmir. Bizcə, bu qədər ehtiram sahibi, müridləri və xanəgahı olan bir övliyanın vəsiyyətinə əməl olunmaya bilməzdi və üstəlik, əgər olunmasaydı, yüzillər boyu bu barədəki rəvayət yeddi yüz il yaşayıb günümüzə qədər gəlib çatmazdı. Oğuz qəbiristanlığı isə həmin rəvayətə uyğun olaraq Şeyx Yunusun mürşidi Hacı Tapdıqla bir yerdə olan yeganə məzardır. Altıncısı. Yunis Əmrənin Azərbaycanla bağlılığını təsdiq edən fakt təkcə onun məzarının burada yerləşməsi ilə məhdudlaşmır. Bildiyimiz kimi, Yunis Əmrə uzun müddət vətənindən ayrı düşmüş, qürbət acısı, iztirabı çəkmişdir. Bunu onun Rumu, Şamı və bütün yuxarı elləri dolandığını söyləməsində də görmək olar. Türk alimləri özü də etiraf edir ki, burada Rum Anadolu, Şam Suriya olaraq düşünülə bilər. Yuxarı ellər deyəndə isə Azərbaycan və İran (Cənubi Azərbaycan Ə.Ə.) nəzərdə tutulur (Yunis Əmrə, səh.9). Lakin bununla da məsələ bitmir. Ortada bir Molla Qasım amili də var. Yunis Əmrə mürşidi Tapdıq Əmrə qarşısında bir mürid məsuliyyəti daşıyırsa, Molla Qasım qarşısında da bir ozan-aşıq məsuliyyəti daşıyır: Dərviş Yunus, bu sözü əyri-büyrü söyləmə, Səni siygəyə çəkər bir Molla Qasım gəlir. (Salman Mümtaz, səh.354) Yunis Əmrə ilə Molla Qasımın yaxın münasibətləri təkcə bununla bitmir, bunu Yunis Əmrənin Molla Qasımın Gördüm rədifli 261

Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı gəraylısına nəzirə yazması da təsdiq edir. Şeirlərdən bəzi bəndləri müqayisə edək. Molla Qasımda: Yumulmuş şol ala gözlər, Qiyamət yolunu gözlər. Hanı şirin-şəkər sözlər, Dəhani bizəban gördüm. Kimi eyş ilə işrətdə, Kimi zövq ilə söhbətdə. Kimi rəng ilə möhnətdə, Qatı halin yaman gördüm. Yunis Əmrədə: Soluxmuş şol ala gözlər, Pozulmuş ay kimi üzlər. Qarışmış qara torpağə Gül dərən əlləri gördüm. Kimi zövqiylə işrətdə, Kimi eyşü bəşarətdə. Kimi əzabü möhnətdə Dün olmuş günləri gördüm. Bu fakt da təsdiq edir ki, Türk dünyasının böyük şəxsiyyətlərindən olan Yunis Əmrənin Azərbaycanla bağlılığı təsadüfi səciyyə daşımır. Bizcə, Yunis Əmrənin və onun mürşidi Tapdıq Əmrənin gerçək məzarlarının Azərbaycanda olması Ortaq Keçmişimizin həm də Ortaq Gələcəyimizə bir körpü olmasının rəmzi kimi qəbul edilməlidir. Ədəbiyyat: Y.Əmrə. Güldəstə. Bakı, Yazıçı, 1992, Ali Şamil Hüseyinoğlu. Emin Abid Yunus Emre hakkında. I Uluslararası Yunus Emre sempozyumu bildiri kitabı (8-10 Ekim 2008), Aksaray Üniversitesi Yayınları 1, Aksara, 2009, seh. 12 Əziz Ələkbərli. Qax: folklor-etnoqrafik etüdlər. Bakı, Ağrıdağ nəşriyyatı, 2005. 262

Natiq Abbasov. Qədim Oğuz yurdu Qax. Bakı, Ağrıdağ nəşriyyatı, 2000. Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı, 2000. Hikmət Əzimov, Piri Məmmədov. Oğuz meşəsində düşüncələr, Kommunist qəzeti, 18 iyun 1991-ci il. Nadir Ziyadlı. Yunus Əmrənin 11-ci qəbri. Hikmət Əzimov, Şahmərdan Əhmədov. Qaxın tarixi və abidələri, Qafqaz jurnalı, oktyabr 2006-cı il, 2. Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları, Bakı, Yazıçı, 1986, səh. 354. 263