Ramazan ayının təqvimi
Ramazan günlərinin duaları Ramazan ayı boyu hər gün iftar açarkən bu duanı oxumaq lazımdır: Ya Allah, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Sabahkı Ramazan orucuma da niyyət edirəm. Orucumu qəbul et! Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey məğfirət Sahibi, günahlarımı bağışla! Birinci günün duası Ya Allah, bu gün mənim orucumu özlərini bütüm bəd əməllərdən saxlayanların orucundan, namazımı səhər-axşam namaz qılanların namazından qıl, məni qəflətdə olanların yuxusundan oyat, günahımı bağışla, ey aləmlərin Allahı, əfv et məni, ey günahkarları əfv edən! İkinci günün duası Ya Allah, məni bu gün Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamına səbəb olacaq şeylərdən uzaq et, ey rəhimlilərin Rəhimlisi, məni Öz Rəhmətin xatirinə Sənin ayələrini oxumağa müvəffəq et! Üçüncü günün duası Ya Allah, bu gün mənə güclü ağıl və ayıq-sayıqlıq ver, məni səfeh şeylərdən və qafillikdən uzaq et, ey səxavətlilərin Səxavətlisi, Öz Səxavətin xatirinə bu gün nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ayır! Dördüncü günün duası Ya Allah, bu gün mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver, Səni zikr etməyin şirinliyini dadızdır, Səxavətinə görə sənə şükür etməyə ruhlandır, məni Özün hifz etdiyin, (qadadan-bəladan) saxladığın kimi hifz et, ey bəsirətlilərin Bəsirətlisi! Beşinci günün duası Ya Allah, bu gün məni günahlarının bağışlanmasını istəyənlərdən qıl, Öz saleh və itaətkar bəndələrindən et, Özünə yaxınlaşdırdığın dostlarından et mərhəmətin xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi! Altıncı günün duası Ya Allah, bu gün məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz intiqam qamçınla vurma, Öz Lütfün və Köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən uzaq et, ey rəğbət bəsləyənlərin son Rəğbəti!
Yeddinci günün duası Ya Allah, bu günün orucunu tutmaqda və namazını qılmaqda mənə kömək ol, məni bu günün səhvlərindən və günahlarından saxla, bütün bu gün Səni zikr etməyi mənə qismət et, Öz Köməyin sayəsində, ey azanları doğru yola Çıxaran! Səkkizinci günün duası Ya Allah, bu gün mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlara oturubdurmağı qismət elə, Öz Qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı! Doqquzuncu günün duası Ya Allah, bu gün mənə öz geniş Mərhəmətindən pay ver, Öz açıqaşkar dəlil-sübutlarına yol göstər mənə, Səni razı salacaq şeylərə doğru apar məni Öz Məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı! Onuncu günün duası Ya Allah, bu gün məni Sənə təvəkkül edənlərdən, Sənin yanında uğur qazananlardan, Özünə yaxınlaşdırdıqlarından qıl Öz Ehsanın sayəsində, ey Haqq axtaranların son Qayəsi! On birinci günün duası Ya Allah, bu gün mənə yaxşılıq etməyi sevdir, məndə pisliyə və asiliyə ikrah doğur, qəzəbini və cəhənnəm odunu məndən uzaq et Öz Köməyin sayəsində, ey yardım istəyənlərin Yardımçısı! On ikinci günün duası Ya Allah, bu gün məni həya və iffətlə zinətləndir, itaət və razılıq libası ilə həyalı et, ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən əmin-aman qıl Öz Himayən sayəsində, ey ürəklərində Allah qorxusu olanların Himayəçisi! On üçüncü günün duası Ya Allah, bu gün məni natəmizlik və iyrənc şeylərdən təmiz qıl, alın yazısı ilə olacaqlara səbirli et, Allah təqvasına və əməlisaleh insanlarla dostluğa müvəffəq et Öz Köməyin sayəsində, ey miskinlərin gözlərinin Sevinci! On dördüncü günün duası Ya Allah, bu gün səhvlərimi mənə ayıb tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə Öz İzzətin xatirinə, ey özlərini Allaha təslim edənlərin Köməyi!
On beşinci günün duası Ya Allah, bu gün mənə ürəklərində Allah qorxusu olanların itaətini qismət elə, qəlbimi itaət edənlərə məxsus tövbə üçün geniş aç Öz Amanın xatirinə, ey ürəklərində Allah qorxusu olanların Amanı! On altıncı günün duası Ya Allah, bu gün məni əməlisaleh adamlara rastlaşmağa müvəffəq et, şər adamlara rastlaşmaqdan uzaq et, mənə axirətdə Sənin Rəhmətinə sığınmaq ümidi ver Öz Allahlığın xatirinə, ey aləmlərin Allahı! On yeddinci günün duası Ya Allah, mənə bu gün saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin sinələrində olanları Bilən! Məhəmmədə (s) və onun pak ailəsinə xeyir və rəhmət bəxş elə! On səkkizinci günün duası Ya Allah, məni bu günün gözəlliklərinin bərəkəti üçün oyat, qəlbimi bu günün işıqlarının ziyası ilə işıqlandır, bütün əzalarımı Öz nurunla onun əsər-əlamətini izləmək üçün apar, ey ariflərin Qəlblərini İşıqlandıran! On doqquzuncu günün duası Ya Allah, mənim bu günün bərəkətindən nəsibimi bol et, bu günün xeyir işlərinə yolumu asanlaşdır və məni onun yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa Hidayət Edən! İyirminci günün duası Ya Allah, bu gün mənim üçün cənnət bağlarının qapılarını aç, cəhənnəm odunun qapılarını üzümə bağla, məni quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə Arxayınlıq Salan! İyirmi birinci günün duası Ya Allah, bu gün Sənin Rizanı qazanmaq üçün mənə bir əlamət göstər, şeytanın məni tovlaması üçün bir yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey Həqiqət axtaranların Ehtiyaclarını Ödəyən! İyirmi ikinci günün duası Ya Allah, bu gün Öz Lütfünün qapılarını aç üzümə, nazil et mənə öz bərəkətlərini, müvəffəq et məni o işlərə ki, Sənin Rizana səbəb
olacaq, məni Öz Cənnət bağlarının ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını Müstəcəb Edən! İyirmi üçünçü günün duası Ya Allah, bu gün məni günahlardan təmizlə, eyiblərdən pak qıl, qəlbimi ürəklərdəki Allah qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini Bağışlayan! İyirmi dördüncü günün duası Ya Allah, bu gün Səndən o şeyi diləyirəm ki, Səni razı salsın, Səni incidəcək şeylərdən Sənə pənah aparıram, Səndən bu gün məni Sənə itaət etməyə, sənə asilik etməməyə müvəffəq qılmağını diləyirəm, ey diləyənlərə Səxavət Göstərən! İyirmi beşinci günün duası Ya Allah, bu gün məni Sənin dostlarını sevən və düşmənlərinə düşmən olan, Peyğəmbərlərinin Möhrünün yolu ilə gedən qıl, ey Peyğəmbərlərinin qəlblərini Məsum Qılan! İyirmi altıncı günün duası Ya Allah, bu gün mənim səyimi mükafata layiq, günahımı bağışlanmış, əməlimi qəbul, eybimi üstü örtülmüş qıl, ey eşidənlərin ən yaxşı Eşidəni! İyirmi yeddinci günün duası Ya Allah, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib elə, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə Mehriban Allah! İyirmi səkkizinci günün duası Ya Allah, bu gün mənə əlavə namazlardan çox qılmağı qismət elə, Qiyamət günü suallarına hazır olmaq üçün mənə Lütf göstər, sənin Rizana səbəb olacaq vəsilələr arasında mənim vəsiləmi yaxın et, ey israrlıların israrını eşitməkdən Ayrılmayan! İyirmi doqquzuncu günün duası Ya Allah, mənə bu gün rəhmət bəxş elə, uğur və himayə qismət et, qəlbimi töhmət zülmətlərindən pak et, ey öz mömin bəndələrinə Rəhm Edən! Otuzuncu günün duası Ya Allah, bu gün orucmu elə xeyirli və məqbul qıl ki, Sən də razı qalasan, Peyğəmbər də. Onun füruunu Sənə imandan və bağlılıqdan ibarət üsul üzərində möhkəmləndir Cənabımız
Məhəmməd (s) və onun Pak Ailəsi xatirinə. Həmd olsun Allaha, Aləmlərin Rəbbinə! Vəs-Səlamu əleykum və rəhmətullahi və bərəkatuh!