Orucluq F tvalar. T rcüm çi. AbdurRahim Muradl

Benzer belgeler
BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Səid bin Əli bin Vahf əl-qahtani RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi

Mərhəmətli, Rəhimli Allahın adı ilə

Ramil Soltanov CAMAAT NAMAZI

Əlixan Musayev ÜÇ SUAL

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Möminlərin analarına olan etiqadı. Allah onlardan razı olsun

Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar

Ramil Soltanov CAMAAT NAMAZI

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

DAVETLİSİ

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Şiənin Qurani Kərimə olan etiqadı

Kitabın müəllif hüquqları qorunur.

ÖLÜMƏ QƏDƏR. Ramil Soltanov. Mərhəmətli, Rəhimli Allahın adı ilə. Bakı 2007

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı. Cümə gününün fəziləti

İslamda Təqlidin Yeri

Saleh bin Fövzan bin Abdullah əl-fövzan CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ

Müsafirin cib kitabı

Əsrimizin mühəddisi. Məhəmməd Nasiruddin əl- Əlbani (Allah ona rəhmət etsin)

Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı

Abdu`r-RAHMAN əs-sudeys MƏKKƏ HÜZUR VƏ ƏMİN-AMANLIQ YURDU

شرح صورة الفاتحة. Fatihə surəsinin şərhi.

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

«Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər»(«əl-əhzab», 33).

Aparıcı uşaqlara uyğun müraciətlə:

Şiələrin Mehdi haqqında fikirləri.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

ZINA فاحشة الزنا مراجعة: فيصل جورجي IXTISAS REDAKTOR: VEYSAL ORUCOV.

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Namaz. Dəstəmaz Dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

İSA MƏSİHİN HEKAYƏSİ. David C Cook. All Rights Reserved

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Marketinq. Mehdiyev Əkbər

Abdu`l-BARİ əs-subeyti MÜSƏLMAN AİLƏSİNİN XÜSUSİYYƏTLƏRİ

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Mərhəmətli, rəhmli Allahın adı ilə! RƏŞİDİ XƏLİFƏLƏR

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

İmam Əhməd əl-həsənin (ə) Buyurduğu Şəkildə

KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE KÜLTÜR EVRENİ

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

İngilis dilindən tərcümə: Anna Sedova Orijinal kitabın adı: Five Kings of Judah Müəllif: Cennifer Haayer

Ramazan ayının təqvimi

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

haqqında ətraflı məlumat

Acronis True Image Home 2012

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН ELMИ МЯЪМУЯСИ

Nizami Gencevi nin Rahmet Evi Kavramı Dr. Siracəddin HACI *

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Yeni torpaqlara səyahət

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Kommunal müəssisələr tərəfindən satınalma

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ana kart (Motherboard)

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Transkript:

Orucluq F tvalar T rcüm çi AbdurRahim Muradl

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 3 - بسم االله الرحمن الرحيم Ramazan ayını oruc tutmaq və bu ayda ibadət etməyin fəziləti (savabı). Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun. Bu, ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da olsa kiçik bir tövsiyədir. Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər". Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə Mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır". Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."

- 4 - Albani, Saleh əl-fovzan, əl-cibrin... Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır". Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və ibadət etməyin fəziləti haqda hədislər çoxdur. Mömin bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Allah təalənin ona vacib etdiyi əməlləri layiqincə etməlidir. Xüsusən gündəlik beş vaxt namazı hər bir müsəlman kişi və qadın vaxtında, xüşu və rahatlıqla yerinə yetirməlidir. Çünki namaz islamın dirəyi və şəhadətdən sonra ikinci əsasıdır. Namazın kişilərə daha vacib olan haqqı onu, Allahın adını yüksəltməsini əmr etdiyi evlərdə, məscidlərdə camaat ilə qılmaqdır. Allah təalə buyurur: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" (əl-bəqərə: 43). "(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)." (əl- Bəqərə: 238). "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (əl-muminun: 1-2). "Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-muminun: 9-11). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Bizimlə onlar (kafirlər) arasında olan fərq namazdadır. Kim onu tərk edərsə küfr etmiş olar".

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 5 - Namazdan sonra ən əsas fərz zəkat verməkdir. Bu haqda Allah təalə buyurur: "Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!" (əl-bəyyinə: 5). Allah təalənin kitabı və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) sünnəsi (hədisləri), malının zəkatını verməyən adamın qiyamət günü əzaba düçar olacağı haqda xəbər verir. Namaz və zəkatdan sonra ən əhəmiyyətli məsələ Ramazan orucunu tutmaqdır. Oruc tutmaq, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisində buyurulan islamın beş əsasından biridir. Hədisdə deyilir: "Islam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir kəlməsinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc etmək". Müsəlman şəxs orucunu və digər ibadətlərini haram buyurulmuş söz və əməllərdən qorumalıdır. Çünki, oruc tutmaqda məqsəd Allah təaləyə ibadət etməkdir. Həmçinin müsəlman orucla öz nəfsini Rəbinin itaətinə alışdırmalı və ona səbri öyrətməlidir. Bu ibadəti etməkdə məqsəd sadəcə yeməy-içməyi tərk etmək deyil, bütün haramlardan və qadağalardan əl çəkməkdir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: "Oruc mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa "Mən orucam!" desin". Digər hədisdə isə buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun tərk etdiyi yemək-içməyə baxmaz". Bu və digər dəlillərdən görsəndiyi kimi oruc tutan adam Allah təalənin haram buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız belə halda onun Ramazan ayında bağışlanmasını, cəhənnəm atəşindən qurtulmasını, oruc və ibadətinin qəbul olunmasını demək mümkündür. Bəzi məsələlər vardır ki, ola bilsin çoxları onu bilməsin.

- 6 - Albani, Saleh əl-fovzan, əl-cibrin... Belə məsələlərdən: Müsəlman orucunu iman və ihtisabla (savabını Allahdan diləməklə) tutmalıdır. Bu ibadətdə riya və təkəbbürlük olmamalıdır. Həmçinin orucu digər insanlara: ailəsinə, qonşularına, yerli əhaliyə və s. - baxaraq deyil, Allahın onu vacib etdiyinə iman gətirərək tutmalı və orcunun savabını Allahdan diləməlidir. Ramazan ayında digər ibadətlər də bu əsasla edilməlidir. Yəni, başqa səbəblərlə deyil yalnız iman və ihtisabla edilməlidir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar." Oruc tutanlara lazım olan bəzi əsas məsələlər: Oruc tutan, yaralanarsa, bədənindən qan axarsa, qusarsa, yaxud ixtiyarı olmadan boğazına su və ya digər maddələr gedərsə bunların onun orucuna heç bir təsiri yoxdur. Lakin kim qəsdən özünü qusdurarsa onun həmin gün tutduğu oruc pozular. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)". Ola bilsin oruc tutan adamın cənabət qüslü (cinsi yaxınlıqdan sonra çimmək), yaxud heyzli (aybaşı) və ya nifaslı (doğuşdan sonrakı vəziyyət) qadının qüsl alması sübh namazından sonraya qalsın. Belə hallar oruc tutmağa mane olmur. Cənabətli kişi və qadın, heyzli və nifaslı qadın sübh namazından sonra günəşin doğmasına qədər çimməli və namazını qılmalıdır. Analiz üçün qan vermək və ya bədəni qidalandırmaq məqsədi ilə deyil adi məqsədlə vurulan iynələr oruca təsir etmir. Lakin iynənin vaxtını axşama saxlamaq mümkün olsa bu daha yaxşı olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə buyurur: "Səni şübhələndirən işi şübhə olmayanla əvəz et" "Kim şübhələrdən qorunarsa öz dinini və namusunu qorumuş olar".

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 7 - Həmçinin namaz qılarkən tələsmək olmaz. Bəzi insanlar Ramazan ayında təravih namazlarını qılarkən çox tələsirlər. Hətta onların bu hərəkətləri dən yeyən toyuğun hərəkətlərinə bənzəyir. Belə namaz qılmaq namazı batil edir. Çünki namazı rahat qılmaq onun ərkanlarındandır (əsas şərtlərindəndir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz qılarkən tələsməzdi. Hər fəqərəsi və əzası yerini alana qədər gözləyərdi. Təravih və gecə namazlarının rükətlərinin sayına məhdudiyyət qoyulmadığı üçün səhabələr Ömər İbn Xəttabın (Allah onlardan razı olsun) xilafəti dövründə təravih namazını bəzən iyirmi üç rükət, bəzən on bir rükət qılırdılar. Ömərdən və digər səhabələrdən edilən bu rəvayətlər səhihdir. Bəzi sələflər Ramazan ayında otuz altı rükət qılar və əlavə üç rükət vitr qılardılar. Bəziləri qırx bir rükət qılardılar. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) onların bu əməllərini qeyd edərək buyurur: Məsələ rahatdır...yaxşı olar ki, namazı quran, rüku və səcdə ilə uzun qılanlar rükətin sayını az etsinlər, namazın rükətlərini qısa qılanlar isə sayı çox etsinlər (məna ilə). Lakin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə diqqət yetirən adam Ramazanda və başqa vaxtlarda deyilənlərin içərisində on bir və ya on üç rükət qılmağın ən yaxşı variant olduğunu görər. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt gecə namazlarını bu sayda qılardı. Həmçinin bu sayda qılmaq namaz qılan camaat üçün daha asan, rahat və xüşuya zəmin yaradan haldır. Kim bundan artıq qılarsa heç bir qəbahət yoxdur. Amma dediyimiz daha yaxşıdır. Təravih namazını camaat ilə qılan adam namazı imamla birlikdə bitirsin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim imamla namaza başlayar və imam namazı bitirənə qədər onunla qalarsa Allah təalə onun üçün bütün gecəni namaz qılmaq savabını yazar". Ona görə bütün müsəlmanlara bu ayda ibadətlərdə fəal olmağı tövsiyə edirik. Hər bir müsəlman bu ayda mənasını dərk edərək Quran oxumalı, dua etməli, yaxşı işləri əmr etməli və pis işlərdən çəkindirməlidir. Allah yolunda dəvət etməlidir. Kasıblar, fağırlar və

- 8 - Albani, Saleh əl-fovzan, əl-cibrin... möhtaclarla xoş davranmalıdır. Valideynlərinə bacardıqca çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş davranmalıdır. Həmçinin xəstələri ziyarət etməli və bu kimi başqa yaxşılıqlar etməyə çalışmalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə bu ayda sizin yarışmanıza baxır və sizinlə mələklərin önündə öyünür. Siz də öz nəfsinizdən Allaha xeyir görsədin. Bədbəxt insan bu ayda Allahın mərhəmətindən məhrum olan kimsədir". Başqa bir hədisdə isə deyilir: "Bu ayda hansısa bir xeyir iş görərək Allaha yaxın olmaq, başqa vaxtlar fərz ibadət etməyə bərabər olar. Bu ayda fərz ibadət edərək Allaha yaxın olmaq, başqa vaxtlarda yetmiş fərz ibadət etməyə bərabərdir" həmçinin buyurmuşdur: "Ramazan ayında ümrə ziyarəti etmək, (digər rəvayətə görə: mənimlə edilən) həccə bərabərdir". Ümumiyyətlə bu ayda fəal olmaq haqda hədislər çoxdur. Allah təalədən arzu edirəm ki, bizim hamımızı bu ayda xeyirxah işlər görməyə müvəffəq etsin. Bizim oruc və namazlarımızı qəbul etsin. Haləhvalımızı və güzəranımızı xoş etsin. Bizi zəlalətə düşməkdən və fitnələrdən qorusun. Həmçinin Uca Allahdan istəyirəm ki, müsəlmanların rəhbərlərini islah etsin və onların sözlərini haqq üzərində bir etsin. Həqiqətən Allah hər şeyə qadirdir. Yazan: Şeyx, Əbdül Əziz ibn Abdullah ibn Bəzz (Allah ona rəhmət etsin).

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 9 - RAMAZAN AYININ BAŞLANMASI, BİTMƏSİ VƏ AYI GÖRMƏYİN HÖKMLƏRİ: 1. Sual: Qəməri ayların başlanması hansı yolla isbat edilir? Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən şaban ayının otuzuncu gecəsi günəş batandan sonra yeni doğmuş ayı bir nəfər, yaxud ramazan ayının otuzuncu gecəsində isə iki nəfər inamlı müsəlmanın görməsi kifayətdir. Beləliklə ayın əvvəli və sonu təyin edilir. Artıq günəş batandan sonra təzə doğmuş ayın neçə dəqiqə görsənməsi əhəmiyyət kəsb etmir. (Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi) Ayın çıxışlarını isbat etmək üçün təqvimlərə əsaslanmaq olmaz. 2. Sual: Bəzi islam ölkələrində, müsəlmanlar oruc tutmaq üçün ayın görsənməsinə deyil, təqvimlərə əsaslanırlar. Bu nə dərəcədə doğrudur? Cavab: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara: "Təzə doğmuş ayı görməklə oruc tutmağı və onu görməklə də oruclarını açmağı əmr etmişdir. Ayı görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı əmr etmişdir"(buxari və Müslim). Digər hədisdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Biz yazıb-oxumaq bilməyən və ayları sayla hesablamayan ümmətik. Ayın günləri bu qədərdir deyib əl barmaqları ilə işarə etdi." Yəni, ayın iyirmi doqquz və ya otuz gün olduğunu vurğuladı". Səhih Buxaridə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: "Yeni doğmuş ayı görməklə oruc tutun və onu görməklə də orucunuzu açın. Əgər ayı görə bilməsəniz onda şaban ayını otuz gün hesablayın". Başqa hədisdə isə buyurur: "Yeni doğmuş ayı görənə qədər oruc tutmayın və əks halda ayın günlərini otuz gün hesablayın. Yeni doğmuş ayı görənə qədər orucunuzu açmayın və əks halda ayın günlərini otuz gün hesablayın". Bu haqda hədislər həddindən artıq çoxdur və bütün hədislər ayların yeni doğmuş ayla hesablanmasını, görmək mümkün olmadıqda isə otuz günü

- 10 - Albani, Saleh əl-fovzan, əl-cibrin... tamamlamağı təkid edirlər. Həmçinin hədislərə görə oruc tutmaq üçün təqvimlərə əsaslanmaq olmaz. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir ki, alimlər yekdilliklə deyirlər ki, bu işdə təqvimlərə əsaslanmaq düzgün deyildir. Haqq olan da budur. (Şeyx: Əbdül Əziz İbn Bəzz). Yeni doğmuş ay bir ölkədə görsəndikdə, onunla bağlı hökmlər digər ölkələrdə yaşayanlara məcburi deyildir. 3. Sual: Islam alimləri Ramazan orucunun və bayramının başlaması haqda böyük ixtilaf etmişlər. Bəziləri hədislərə, digərləri isə müasir astronomların dediklərinə əsalanırlarsa bu nə dərəcədə doğrudur? Cavab: Doğru rəy Peyğəmbərin ona Allahın salavatı və salamı olsun hədisinə: "Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin" - əsaslanmaqdır. Allah keçmişi və gələcəyi biləndir. O bizə, təzə doğmuş ayı gördükdə oruc tutmağı fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya (ittifaqa) bənzər bir məsələdir. (Daimi elmi araşdırmalar və fətvalar mərkəzi). 4. Sual: Ölkə xaricində təhsil alan tələbələr orucluğun başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə tabe olmalıdırlar? Cavab: Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir. Alimlər ayın bir yerdə digər yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və Daimi elmi araşdırmalar və fətvalar mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki: Alimlərin bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri Quran və Sünnətdən dəlil gətirirlər. Sadəcə olaraq onların bu dəlilləri başa düşmələrində fərq vardır. Bu məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. Islam ümməti neçə əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 11 - görməkdə yekdil olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə haqqı vardır. (Daimi elmi araşdırmalar və fətvalar mərkəzi). 5. Sual: Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?! Cavab: Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar. (Daimi elmi araşdırmalar və fətvalar mərkəzi). 6. Sual: Bütün islam dövlətləri, Səudiyyə Ərəbistanında toplanıb Ramazan ayının başlanması və bitməsini eyni tarixə təyin etmək üçün toplantı keçirmişdilər. Bəs nə üçün bu birlik baş tutmadı? Bu razılaşmaya müxalif olan müsəlmanlar şəriət baxımından nə dərəcədə doğru hərəkət edirlər? Cavab: Islam dövlətləri heç vaxt Ramazan ayının eyni vaxtda daxil olmasında yekdil rəyə gəlməmişlər. Çünki elm əhlinin dediklərinə əsasən təzə ayın görsənməsi dövlətdən dövlətə fərqlidir. Hamıya məlumdur ki, ayın çıxış nöqtələri arasında fərq mövcuddur. Bu mənanı

- 12 - Albani, Saleh əl-fovzan, əl-cibrin... təkid edən hədisi İmam Müslim öz səhih kitabında rəvayət etmişdir. Və həmin rəvayətdə deyilir: Ibn Abbasın (Allah ondan razı olsun) köləsi olan Kureyb (Allah ona rəhmət etsin) deyir: Ummul Fadl bint əl-haris (Allah ondan razı olsun) məni Şam vilayətinə Müaviyənin (Allah ondan razı olsun) yanına iş dalınca göndərmişdi. Mən Şama çatdım və onun işlərini görüb qurtardım. Elə bu günlərdə Ramazan ayı başladı, mən isə hələ də Şamda idim. Cümə gecəsi mən də təzə görsənən ayı gördüm. Sonra Ramazan ayının axır günlərində Mədinə şəhərinə qayıtdım. Abdullah İbn Abbas (Allah ondan razı olsun) məni görüb hal-əhval tutduqdan sonra təzə görsənən ay haqda danışdı və "Təzə ayı nə vaxt görmüsünüz?" deyərək soruşdu. Mən, təzə ayı cümə gecəsi gördüymüzü ona xəbər verdim. O dedi: Sən öz gözlərinlə gördünmü? Mən: "Bəli, mən və bütün camaat təzə ayı gördük, oruc tutduq və Müaviyə də oruc tutdu" - deyərək cavab verdim. O dedi: Biz isə şənbə gecəsi görmüşük. Ona görə də biz ayı görənə qədər oruc tutacayıq və ya otuz günü tamamlayacayıq. Mən dedim: Məyər Müaviyənin (Allah ondan razı olsun) təzə ayı görməsi və oruc tutması sənin üçün kifayət deyilmi? O dedi: Xeyr, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir". Hədisin məsələyə dəlil olması aşağıdakı bəndlərdə açıqlanır: O zamanlar müsəlmanlar bir dövlət idilər və Müaviyə (Allah ondan razı olsun) də onların xəlifəsi idi. Ibn Abbas (Allah ondan razı olsun) da Müaviyənin (Allah ondan razı olsun) xilafətini tanıyanlardan biri idi. Əgər ayın çıxışlarının fərqli olması əhəmiyyət kəsb etməsəydi onda İbn Abbas (Allah ondan razı olsun) və Mədinə şəhərinin camaatı Müaviyəyə (Allah ondan razı olsun) müxalif olmazdılar. Kureyb (Allah ona rəhmət etsin) Ibn Abbasa (Allah ondan razı olsun) özünün ayı görməsini və camaatında da görməsini xəbər verdi. Kureyb (Allah ona rəhmət etsin) özü etibarlı tabiinlərdən və Ibn Abbasın (Allah ondan razı olsun) ən inamlı rəvayətçilərindən idi. Onun çox rəvayətləri Buxari, Müslim və digər kitablarda mövcuddur. İbn Abbas (Allah ondan razı olsun): " Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir" - deyərək cavab verir və bununla da məsələni Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun)

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 13 - nisbət edir. Ibn Abbas (Allah ondan razı olsun) nə danışdığını yaxşı bilir. Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət etdiyi sözün məsuliyyətini də dərk edirdi. Amma həcc zamanı Ərafat gününün eyni vaxta təsadüf etməsinə gəldikdə isə: Bu gündə hamı eyni məkanda, Məkkədə olduğu üçün fikir də eyni olur. Əgər sən Məkkə şəhərindəsənsə onda ölkənlə Məkkə arasında olan ixtilafın sənə və sənin həccinə aidiyyatı yoxdur. Allah daha yaxşı biləndir. 7. Sual: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir? Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər". Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər. Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir. (Şeyx, Əbdül Əziz ibn Bəzz). 8. Sual: Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər

- 14 - Albani, Saleh əl-fovzan, əl-cibrin... ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan. (Şeyx Saleh ibn Fovzan ibn Abdullah). 9. Sual: Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq? Cavab: Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hə a bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır. (Şeyx, Əbdül Əziz İbn Bəzz). 10. Sual: Bütün müsəlmanlar müxtəlif ölkələrdə eyni vaxtda oruc tutmalıdırlarmı? Bəzi qeyri müsəlman ölkələrdə yaşayan müsəlmanlar necə oruc tutmalıdırlar? Cavab: Bu məsələdə elm əhli ixtilaf etmişlər. Yəni: Bir müsəlman ölkəsində ayın göründüyü və isbat olunduğu halda digər müsəlman ölkələr buna riayət etməlidirlərmi? Alimlərin bəziləri digər ölkələrin də buna riayət etməsinin lazım olduğunu deyirlər. Dəlilləri isə bunlardır: a. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-bəqərə-185

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 15 - b. "Onu (ayı) gördükdə oruc tutun". Bu xitab bütün müsəlmanlaradır. c. Həmçinin hamıya məlumdur ki, hər kəsin ayın doğmasını görməsi şərt deyil. Bunu bir neçə nəfər görərsə bu kifayətdir. Bu da bütün ölkələri əhatə edir. Digər alimlər isə demişlər ki, əgər ayın çıxışları müxtəlif olarsa bu zaman hər ölkənin öz ayı görməsi vardır. Əgər ayın çıxışları müxtəlif olmazsa (yaxın ölkələrdəki kimi) bu zaman hamı eyni etməlidir. Bu alimlər də birinci rəyin alimlərinin dəlillərini əsas gətirirlər. a. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-bəqərə-185. Hamıya məlumdur ki, burada məqsəd hər kəsin ayı görməsi qəsd olunmur. Ay görülən ölkədə və ayın çıxışları müxtəlif olmayan ölkələrdə (bir-birinə yaxın ölkələrdə) buna riayət edilir. Amma ayın çıxışlarında eyni olmayan ölkələr isə ayı nə həqiqi nə də hökmü olaraq görməmişlər. b. Həmçinin Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünün açıqlamasında isə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin". Başqa ölkədə olan adam, digər ölkədə ayı görənlə ayın çıxışlarında eyni deyil. Bu adam ayı nə həqiqi nə də hökmü ilə görmüşdür. c. Həmçinin aylıq vaxtlar da gündəlik vaxtlar kimidir. Necə ki, ölkələr gündəlik iftar və imsak vaxtlarında müxtəlifdirlər həmçinin də aylıq vaxtlarda da müxtəlifdirlər və bu ixtilaf olmalıdır. Məlum olduğu kimi gündəlik vaxt ixtilafının təsiri vardır. Dünyanın şərqində yaşayan qərbində yaşayandan əvvəl oruc tutur və oruc açır. Deməli gündəlik vaxtda çıxışların müxtəlifliyi aylıq vaxtda olan çıxışların müxtəlifliyinin hökmü kimidir. d. Həmçinin heç kəs deyə bilməz ki, bu ayədə: "Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın" əl-bəqərə-187. Həmçinin bu hədisdə: "Gecə bu tərəfdən gəldikdə, gündüz də bu tərəfdən getdikdə və günəş batdıqda artıq oructutan iftar etmiş sayılır". Heç kəs deyə bilməz ki, bu bütün

- 16 - Albani, Saleh əl-fovzan, əl-cibrin... ölkələrdəki müsəlmanlara aiddir. Eləcə də Allah təalənin digər ayəsi haqda da belə deyirik: "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" əl-bəqərə-185. Hədis haqda da belə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin". Gördüyün kimi bu rəy ləfzinə, düzgün nəzəriyyəsinə və doğru müqayisəsinə görə daha güclüdür. Bu rəydə gündəlik vaxtın aylıq vaxta müqayisə edilməsi təmamilə doğrudur. Başqa bir rəyə görə isə bu iş əmr sahibinin, dövlət başçısının əlindədir. O, şəriət dəlilləri əsasında dediyi vaxt oruc tutulur və iftar edilir ki, insanlar arasında ikitirəlik və ixtilaf düşməsin. Bu alimlərin dəlili isə budur: "Orucluq oruc tutduğunuz gündür, iftar isə iftar etdiyiniz gün". Amma sualın ikinci hissəsinin cavabı isə belədir: Kafir ölkələrdə yaşayıb ayı görə bilməyən müsəlmanlar isə onlara yaxın olan ölkələrdən götürməlidirlər. (Əd- Dəvət kitabı, 5-ci cild, İbn Useymin, (2\ 152-156)) 11. Sual: Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu islam ölkələrində fərqlidir. Həmin dövlətlərin hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar? Cavab: Yeni ayın görsənməsi haqda alimlər ixtilaf ediblər. Bəziləri deyirlər ki, əgər hansısa ölkədə şəriət qanunlarına uyğun olaraq ramazanın yeni doğmuş ayı görsənibsə bütün müsəlmanlar oruc tutmalı, şəvval ayının yeni doğmuş ayı görsənibsə onda bütün müsəlmanlar oruclarını açmalıdırlar (iftar etməlidirlər). Bu fikir imam Əhmədin (Allah ona rəhmət etsin) məşhur rəyidir. Bu rəyə görə, əgər ramazan ayının daxil olmasını və ya bitməsini bildirən yeni ay doğuşunu Səudiyyə Ərəbistanında görsələr, onda bütün dünya müsəlmanlarına oruc tutmaq və ya iftar etmək vacib olmalıdır. Bu məsələdə onların əsas dəlilləri Allah təalənin ayəsidir: "(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar;..." (əl-bəqərə: 185). Hədislərdən olan dəlilləri isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünün ümumi mənasıdır: "Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin".

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 17 - Digər alimlər isə deyirlər: Bir ölkədə Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən ayın doğuşunu gördükdə digər ölkələrə oruc tutmaq və ya iftar etmək vacib deyildir. Yalnız ayı görənlərə və ayın çıxış nöqtələrində bir-birləri ilə eyni olanlara vacibdir. Çünki mütəxəssislərin yekdil rəylərinə görə ayın çıxış nöqtələri dəyişikdir. Əgər ayın görsənməsi ixtilaflı olarsa onda hər ölkənin öz görməsi ilə hökm verilməlidir. Həmin hökmlər ayın çıxışlarında müttəfiq olan ölkələrə də şamil edilir. Bu rəy Ibn Teymiyyənin (Allah ona rəhmət etsin) ixtiyar etdiyi rəydir. O bu məsələyə dəlil olaraq Allah təalənin bu ayəsini: "(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" (əl-bəqərə: 185) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu hədisini: "Onu gördükdə oruc tutun və onu gördükdə də iftar edin" buyurmuşdur. Ibn Teymiyyənin gətirdiyi dəlil birinci rəyin dəlili ilə eynidir. Fərq sadəcə olaraq dəlillərin başa düşülməsindədir. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: Ramazan ayının daxil olmasını bildirən ayın görünməsi onu görən və şahidlik edənlə bağlıdır. Dəlilə əsasən məsələnin hökmü ayı görməyən və şəhadətlik etməyənlərə aid deyildir. Ona görə də hansısa ölkədə (ramazan ayının daxil olmasını bildirən və s.) ayın görsənməsi bütün ölkələrə aid edilə bilməz. Bu dəlildən çıxarılmış çox güclü mənadır. Bu mənanı nəzəriyyə və müqayisə də təsdiq edir. (Şeyx: Ibn Useymin). 12. Şeyx Albani (Allah ona rəhmət etsin!) "Təmamul Minnə" adlı kitabında ramazan ayının başlayıb bitməsi haqda alimlərin üç müxtəlif rəyinə münasibət bildirir və cümhurun rəyini (yəni, ayın başlayıb bitməsi təzə doğmuş ayın görsənməsi ilə edilir.) - daha üstün tutur. Və harada yaşamasından asılı olmayaraq ayın görsənməsi xəbərini eşidən hər bir kəs bu xəbərə əməl etməlidir. Lakin mən hesab edirəm ki, İslam dövlətləri buna əməl edənə qədər mən hər bir dövlətin əhalisinə öz dövləti ilə oruc tutub açmasını məsləhət edirəm. Bəziləri öz ölkəsi, bəziləri isə başqa ölkə ilə oruc tutaraq öz aralarında parçalanma yaratmasınlar. Çünki bu bir millət arasında ixtilafları

- 18 - Albani, Saleh əl-fovzan, əl-cibrin... daha da genişləndirir. Biz artıq bir neçə ildir ki, bəzi ərəb dövlətlərində bunun şahidi olmuşuq. Allah daha yaxşı biləndir!" 1. İbn Teymiyyənin (Allah ona rəhmət etsin) ayın görünməsi haqda rəyi. 13. Şeyxul İslam Əhməd İbn Əbdül Həlim İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə bir sual ilə soruşulmuşdur: Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir? Cavabında buyurdu: Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır. Birinci rəy: O, Ramazan ayının daxil olmasını bildirən təzə ayı gördükdə oruc tutmalı və ya Ramazan ayının bitməsini bildirən təzə ayı gördükdə iftar etməlidir. Bu imam Şafiinin məzhəbidir. Ikinci rəy: O, orucu tutmalı, amma iftarı isə camaat ilə etməlidir. Bu rəy imam Əhməd, Malik və Əbu Hənifənin rəyidir. Üçüncü rəy: Camaat ilə oruc tutur və camaat ilə də iftar edir. Bu rəy İmam Əhməddən rəvayət olunur və bu da Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünə əsasən haqqa daha yaxın olan rəydir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: "Bəzi elm adamları bu hədisin açıqlamasını belə vermişlər: Hədisin mənasına görə iftar və oruc camaat və çoxluqla edilməlidir" (Tirmizinin sünən kitabı, Oruc bölməsi, 11-ci fəsil). 14. Həmçinin belə bir sual ilə də soruşulmuşdur: Şəhər əhalisinin bir hissəsi Zül Hiccə ayının daxil olmasını bildirən yeni ayı görmüşlər, amma şəhərin hakimi isə ayın daxil olmadığını demişdir. Belə halda həmin camaat zahirən doqquzuncu gün olub batinən onuncu gün sayılan gündə oruc tutmalıdırlarmı? 1 Təmamul Minnə: cild 1, səh 398. (Fətva dəqiq, müxtəsər tərcümə edilmişdir).

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 19 - Cavabında buyurmuşdur: Bəli, onlar ümumən hamıya məlum olan və camaat arasında yayılan doqquzuncu gün oruc tutmalıdırlar. Hətta həqiqətdə bu gün onuncu gün olsa da yenə camaata tabe olunmalıdır. Çünki sünən kitablarında Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi həmçinin bu mənada olan digər hədisi Aişədən (Allah ondan razı olsun) də rəvayət etmiş və bildirmişdir ki: Bütün islam alimləri bu hədisə əməl etməkdədirlər. Alimlərin yekdil rəyinə görə: Əgər camaat səhvən onuncu gün Ərafada dayansalar onların həccləri doğru sayılır. Həmin gün onların haqqında Ərafa günü sayılır. Əgər onlar səkkizinci gün Ərafada dayansalar, onların həccinin doğru olması məsələsində alimlər arasında fikir ayrılığı vardır. Amma doğru rəy odur ki, belə halda da onların Ərafa günü məqbuldur. Bu rəy İmam Malik və Əhmədin məzhəbində iki rəydən biri kimi qeyd edilir. Aişə (Allah ondan razı olsun) deyir: "Ərafa, camaata bəlli olan, camaatın bildiyi gündür". Çünki Allah təalə hökmü yeni görsənən ay və ya ilin aylarına bağlamış və buyurmuşdur: "(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir..." (Əl-Bəqərə: 189). Ərəb dilində Hilal (yeni doğan ay) sözü məlum olan və aşkar görsənənə deyilir. Əgər təzə ay səmada doğar amma camaat onu görməsələr və ya bilməsələr deməli bu Hilal (yeni doğan ay)sayılmır. Həmçinin Şəhr (ay, ilin on iki ayı) sözü də şöhrət və məşhurlaşmaq sözündən götürülmüşdür. Əgər təzə ayın daxil olması camaat arasında məşhurlaşmayıbsa deməli hələ ay daxil olmamışdır. Çox insanlar belə məsələlərdə səhv edirlər. Onlar elə zənn edirlər ki, camaatın bilibbilməməsindən asılı olmayaraq, əgər ay (Hilal) səmada görsənsə deməli yeni ay daxil olmuşdur. Həqiqətdə isə belə deyil! Yeni ayın daxil olmasını mütləq camaat bilməli və yayılmalıdır. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz

- 20 - Albani, Saleh əl-fovzan, əl-cibrin... gündür". Yəni, bütün camaat bu günlərin oruc, iftar və ya qurban günü olmasını bilməlidirlər. Əgər onlar bu günləri bilmirlərsə məsələnin hökmü də onlara aid edilmir... Allah daha yaxşı biləndir!. Ramazan ayını 28 gün oruc tutmağın hökmü. 15. Sual: Ramazan ayında yalnız 28 gün oruc tutmaq olarmı? Cavab: Səhih hədislərə əsasən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hicri ayların 29 gündən az olmadığını qeyd etmişdir. Ona görə də Şəvval ayının daxil olması tam bəlli olduqda müsəlmanlar əgər 28 gün oruc tutublarsa onda onlar bir gün əlavə oruc tutmalıdırlar. Çünki, deməli onlar Ramazan ayının ilk günündə iftar ediblər. Ona görə də həmin günün qəzasını mütləq tutmaq lazımdır. Çünki hicri ayların 28 gün olması mümkün deyildir. Hicri ayları 29 və ya 30 gün olmalıdır. (Şeyx: Əbdül Əziz İbn Bəzz). 31 gün oruc tutmaq: Ayın görsənməsini nəzərə almadan daimi adət olaraq Ramazan ayını 30 gün oruc tutmaq. 16. sual: Daimi adət olaraq Ramazan ayını 30 gün oruc tutmaq nə dərəcədə düzgündür? Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə, səhabələrin və tabiinlərin mötəbər sözlərinə əsasən hicri ayları 29 və ya 30 gündən ibarət olur. Kim ayın görsənməsinə əhəmiyyət vermədən daimi olaraq Ramazan ayını 30 gün oruc tutarsa Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərinə və alimlərin ittifaqına müxaliflik edər, beləliklə Allahın buyurmadığı bir işi dinə bidət olaraq əlavə etmiş olar. Bu haqda Allah təalə buyurur: "Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın." (əl-əraf: 3) "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir" (əl-həşr: 7) "Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 21 - Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir" (ən-nisa: 13-14). Ümumiyyətlə bu mənada olan ayələr çoxdur. Buxari və Müslimin səhih kitablarında İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: "Onu (yeni doğmuş ayı) görməklə oruc tutun və onu görməklə də iftar edir. Əgər onu görə bilməsəniz onda ayın günlərini (30 gün) sayın". Müslimin rəvayətində deyilir ki, "Ayın günlərini 30 gün hesablayın". Buxari və Müslimin digər rəvayətində deyilir: "Yeni doğmuş ayı gördükdə oruc tutun. Və onu gördükdə iftar edin. Əgər yeni doğmuş ayı görə biməsəniz onda olduğunuz ayı otuz gün hesablayın". Buxari və Müslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyilir: "Ayı görməklə oruc tutun və onu görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda otuz gün hesablayın". Hüzeyfə Ibn əl-yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: "Yeni doğmuş ayı görənə qədər və ya (şaban ayını) otuz gün hesablayana qədər oruc tutmayın" (Hədisi Əbu Davud və Nəsai səhih isnadla rəvayət etmişlər). Başqa səhih hədislərdə də deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "(Hicri) Ayı iyirmi doqquz gün olur. Siz yeni doğmuş ayı görənə qədər oruc tutmayın nə də iftar etməyin. Əgər ayı görmək mümkün olmasa onda ayın günlərini otuz hesablayın". Başqa bir hədisdə isə buyurmuşdur: "Ay belədir, belədir, belədir" - deyərək, əl barmaqlarının hamısı ilə işarə etdi və heç bir barmağını qatlamadı. Bununla da ayın bəzi hallarda otuz gün olmasına işarə edirdi. Səhabə və tabiinlərdən olan alimlər və onlardan sonra yaşayan digər elm əhli də bütün bu hədisləri səhih saymış və onları tətbiq etmişlər. Onlar Ramazan və ya Şəvval aylarının başlamasını və ya bitməsini bilmək üçün ayın doğuşunu izləyərdilər. Bununla da onlar həmin ayları hesablayardılar. Ona görə də bütün müsəlmanlar bu üslubdan istifadə etməli və insanların özlərindən ixtira etdikləri üsulları tərk etməlidirlər. Bununla onlar Allahın cənnətlik saydığı bəndələrin sıralarına qoşula bilərlər. Allah təalə buyurur: "(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca

- 22 - Albani, Saleh əl-fovzan, əl-cibrin... gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!" (ət-tövbə: 100). (Şeyx: Əbdül Əziz İbn Bəzz). Ramazan ayının daxil olmasını yalnız Fəcr (sübh) vaxtı çıxdıqdan sonra eşitmək. 17. Sual: Yatıb qalmaq və ya başqa səbəbə görə Ramazan ayının daxil olmasını yalnız Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adamın orucunun hökmü nədir? Cavab: Ramazan ayının daxil olmasını Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adam həmin günü oruc tutmalıdır. Lakin həmin günün əvəzinə bir gün qəza tutmalıdır. Çünki o, Ramazan orucunu tutmaq üçün niyətini fəcrin açılmasına qədər etməli idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinin birində buyurulur: "Kim Fəcrdən öncə oruc tutmağı niyət etməzsə onun orucu düzgün sayılmaz". Bu rəyi əl-muvaffəq İbni Qudamə (əl- Muğni) kitabında nəql etmişdir və bu rəy əksər fiqh alimlərinin rəyidir. Deyilən şərt fərz oruclara aiddir. Nafilə orucları isə, fəcrdən sonra qidalanmamaq şərti ilə, gündüz vaxtı da niyət etmək olar. (Şeyx: Əbdül Əziz İbn Bəzz). Orucu müvəqqəti yaşadığın dövlət ilə bərabər tutmaq. 18. Sual: Ramazan ayının daxil olması Səudiyyə Ərəbistanı və ya başqa hansısa bir müsəlman ölkəsində elan edilib, amma mən yaşadığım dövlətdə isə hələ Ramazan ayının daxil olması elan edilməmişdir. Belə halda biz nə etməliyik. Səudiyyə ilə oruc tutaq, yoxsa yaşadığımız ölkə ilə oruc tutaq və onlarla da iftar edək? Həmçinin Ramazan ayının bitməsində də onlara tabe olaqmı? Ümumiyyətlə iki dövlət arasında belə ixtilaf olduqda nə etməli? Cavab: Müsəlmana yaşadığı ölkə ilə birlikdə oruc tutmaq və onlarla da iftar etmək vacibdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 23 - buyurmuşdur: "Oruc, oruc tutan gününüz, iftar, iftar edən gününüz, qurbanlıq da qurban kəsən gününüzdür". Allah doğru yola yönəldəndir! (Şeyx: Əbdül Əziz İbn Bəzz). Orucun vacib olan vaxtı. 19. Sual: Mən iyirmi üç yaşına çatmış gəncəm. Hələ mənim on beş yaşım olarkən atam məni oruc tutmağa təşviq edirdi. Mən isə bir gün oruc tutur bir gün iftar edirdim. Və orucun həqiqi mənasını dərk etmirdim. Sonra yaşa dolduqca onun mənasını dərk etməyə başladım və hər il Mübarək Ramazan ayını oruc tutmağa başladım. Allaha şükrlər olsun ki, ondan sonra heç bir gün də olsun orucu tərk etməmişəm. Sualım isə belədir: Mən ötən illərin orucunu qəza etməliyəmmi? Onu da bildirim ki, mən on səkkiz yaşdan sonra Ramazan ayını ardıcıl oruc tutmağa başlamışam. Cavab: Insan on beş yaşına çatdıqdan sonra şəriətin qanunları ilə mükəlləf (məsuliyyətli) olur. Bu yaşda oruc tutmağa səhlənkarlıq edən adam vacib əməli tərk etdiyi üçün onun qəzasını tutmalıdır. Orucun hikmətini bilməmək isə onun üçün üzr sayılmır. Ona görə də tutmadığı günlərin əvəzinə oruc tutmalı və əlavə olaraq hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Əgər günlərin sayını bilmirsə onda borcunu tam ödəməkdə ehtiyatlı olmalıdır. Allah daha yaxşı biləndir! (Şeyx: İbn Cibrin). Oruc tutmayan on üç yaşlı qız. 20. Sual: On iki və ya on üç yaşına çatmış qız uşağı Ramazan ayını oruc tutmamışdır. Belə halda onun və ya ailəsinin boynunda borc varmı? O, oruc tutmalıdırmı? Tutmasa bəs onda boynuna nə isə düşürmü? Cavab: Qadın müəyyən şərtlərlə: müsəlman, aqil, həddi-buluğ (həddi-buluğun əlaməti bunlardır: aybaşı olmaq, yuxuda cənabət olmaq, ön cinsiyyət orqanında tükün bitməsi yaxud on beş yaşa yetişməsi), - mükəlləf (məsuliyyətli) olur. Deyilən qız uşağında bu şərtlər mövcuddursa onda ötürdüyü Ramazan ayını qəza etməlidir. Əgər deyilən şərtlərin hər-

- 24 - Albani, Saleh əl-fovzan, əl-cibrin... hansı mövcud olmasa onda həmin qız uşağı mükəlləf (məsuliyyətli) deyil və onun boynunda heç bir borc qalmamışdır. (Daimi Elmi Araşdırmalar mərkəzi). Orucun vacib edilməsi üçün yaş həddi. 21. Sual: Oruc, qız uşağına nə vaxt vacib olur? Cavab: Qız uşağı mükəlləf (məsuliyyətli) olduqda ona oruc tutmaq vacib olur. Mükəlləfliyin əlamətləri isə bunlardır: On beş yaşın tamamlanması, ön cinsiyyət orqanında tük bitməsi, məninin (spermanın) ifraz edilməsi, aybaşı və ya hamilə olması. Bu əlamətlərin bəziləri mövcud olduqda artıq, oruc saxlamaq vacib olur. Hətta qız uşağının on yaşı olub əlamətlər mövcud olarsa artıq mükəlləf (məsuliyyətli) sayılır. Bir çox qız uşaqları on və ya on bir yaşlarında aybaşı olurlar. Lakin onun ailəsi "qız hələ uşaqdır, onun nə yaşı var ki" və s. bu kimi sözlər deməklə qıza səhlənkarlıqla yanaşır və ona oruc tutmağı buyurmurlar. Bu isə xətadır. Qız uşağı aybaşı olduqda artıq qadınların sırasına qoşulur və mükəlləflik (məsuliyyətlilik) qələmi onun əməllərini yazır. Allah daha yaxşı biləndir! (Şeyx: İbn Cibrin). Orucun faydaları, ədəb-ərkanları, namaz qılmayıb oruc tutanın və bu işdə tənbəllik edənin hökmü. Orucun ictimai faydaları. 22. Sual: Orucun ictimai faydası varmı? Cavab: Bəli, oruc tutmağın bir çox ictimai faydaları vardır. Məsələn, insanların eyni vaxtda yemək və eyni vaxtda oruc tutmaqla özlərini bir ümmət kimi hiss etməsi, varlıların Allahın onlara verdiyi neməti dərk etmələri, kasıblara qarşı mərhəmətin yaranması, şeytan əməlinin azalması, Allah qorxusu və ictimaiyyət arasında əlaqələrin sıx olması və s. (Şeyx: İbn Useymin). 23. Sual: Oruc tutana layiq olan əməllər hansılardır? Cavab: Oruc tutan adam çoxlu ibadət, itaət etməli və qadağalardan çəkinməlidir. Vacib əməllərə xüsusi diqqət verməli və haramlardan qəti olaraq əl çəkməlidir. Çalışıb beş vaxt namazı öz vaxtında camaat ilə

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 25 - qılmalıdır. Qeybətdən, aldatmaqdan, yalan danışmaqdan, sələmçilikdən, haram edilmiş hər bir əməl və ya sözdən çəkinməlidir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim yalan danışmaq və ona əməl etməkdən çəkinməsə, onun yemək və içməyini tərk etməyə Allahın ehtiyacı yoxdur". (Şeyx: İbn Useymin). Iftar süfrəsində israfçılıq etmək. 24. Sual: Iftar süfrəsi üçün müxtəlif yeməklər hazırlamaqda həddini aşmaq orucun savabını azaldırmı? Cavab: Bu əməl orucun savabını azaltmır. Oruc bitdikdən sonra haram iş görmək orucun savabına təsir etmir. Lakin deyilən əməl Allah təalənin bu ayəsinə daxildir: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (əl-əraf: 31). Israfçılıq etməyin özü qadağandır. Layiqli xərcləmək isə yaşayışın yarısıdır. Əgər həmin adamın imkanları genişdirsə və bişirdikləri yemək artıq qalıbsa yaxşı olar ki, onu başqalarına sədəqə versinlər. (Şeyx: İbn Useymin). Namaz qılmaqda tənbəllik edib, oruc tutanın hökmü. 25. Sual: Bəzi cavanlar (Allah onlara hidayət versin!) Ramazan ayında və qeyri vaxtlar namaz qılmaqda tənbəllik edir, lakin orucu isə necə lazımdır elə də tuturlar. Susuzluq və aclığa davam gətirirlər. Siz onlara nə tövsiyə edərdiniz və onların oruclarının hökmü nədir? Cavab: Mənim onlara tövsiyəm o olar ki, qoy onlar öz-özlərində düşünsünlər və bilsinlər ki, namaz şəhadətdən sonra islamın ən əhəmiyyətli əsasıdır. Kim namaz qılmır və laqeydlik üzündən onu tərk edirsə mənim qane olduğum iki rəydən birinə görə o küfr etmiş olur. Ona görə də qoy həmin insanlar Allahdan qorxsunlar və namazlarını qorusunlar. Onları vaxtlı-vaxtında müsəlman camaatla qılsınlar. Allahın köməkliyi ilə mən zamin dururam ki, əgər onlar belə etsələr onda Ramazan ayında və ondan sonra da daima qəlblərində həqiqi namaz

- 26 - Albani, Saleh əl-fovzan, əl-cibrin... istəyinə nail olacaqlar. Əgər bir insan öz Rəbbinə qayıdar, sığınar və Ona həqiqi tövbə edərsə, tövbəsi onun üçün əvvəlkindən daha da xeyirli ola bilər. Belə bir hadisə haqda Allah təalə Adəmi nümunə olaraq xatırlatmışdır. Adəm qadağan olunmuş ağacdan yedikdən sonra tövbə edib buna nail olmuşdu: "sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi." (Taha: 122). (Şeyx: İbn Useymin). Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü. 26. Sual: Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü nədir? Xüsusən bəzi ictimai yerlərdə bu kimi hadisələr daha çox baş verir? Cavab: Əgər kişinin qadınla söhbətindən məqsəd ləzzət və şəhvət deyilsə və Ramazan ayında oruclu halda bilmədən əli ilə qadına toxunarsa bunun oruca təsiri yoxdur. Yox əgər qadınla söhbətdən məqsəd ləzzət almaqdırsa bu həm Ramazan həm də qeyri vaxtlarda qadağandır. (Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi). Ramazan ayı gecə vaxtı içki içənin orucunun hökmü. 27. Sual: Bir nəfər içki bəlasına düşmüş, hətta Ramazan ayı gecə vaxtı da içki içir. O gecə içki içir bəs onun gündüz vaxtı tutduğu orucun hökmü nədir? Cavab: Allah təalənin buyurduğuna görə içki içmək ən böyük günahlardandır. "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-maidə: 91). Içki həm Ramazanda həm də digər vaxtlarda haramdır. Lakin Ramazanda içmək daha çox haramdır. Onu içən kimsə tez bir zamanda içkidən əl çəkməli, etdiyinə peşman olub, bir daha o günaha

Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin - 27 - qayıtmayacağına söz verməli və Allaha tövbə etməlidir. Amma Ramazan ayı gecə vaxtı içki içib, gündüzlər oruc niyəti ilə yemək içmək və digər iftar etdirən amillərdən çəkinib oruc tutan adamın orucu doğrudur. (Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi). Oruclu olarkən gündüz vaxtını yatmaqla keçirmək. 28. Sual: Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir? Cavab: Bu sual iki məna daşıyır: Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır. Ikinci adam oyanıb fərz namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan: kondisioner və s. - nemətlər vermişdir. (Şeyx: İbn Useymin).