26. M.Füzulinin Əql yar olsaydı qəzəlinin məzmunu ilə bağlı səhv fikirləri göstərin. 1. Lirik qəhrəman şam kimi sevgilisi yolunda canını qurban verməyə hazırdır. 2. Sevgilisini görmək ona nəsib olsaydı, bülbül kimi bağçaya gələrdi. 3. Sevgilisinin yarımçıq ay kimi göydə görünməsini istəmir, bunu onun üçün nöqsan hesab edir. 4. Sevgilisinin üzü, boyu, ağzı aşiqin bülbül kimi ötdüyü çəməndəki yasəmənə, sərvə, qönçəyə bənzəyir. 5. Sonuncu beytdə lirik qəhrəman sevgilisinə laləzar seyrinə getməməyi məsləhət edir. A) 2, 4, 5 B) 1, 2, 3 C) 1, 3, 4 D) 3, 4, 5 E) 1, 2, 4 Izahı: Test M.Füzulinin Əql yar olsaydı... qəzəlinin məzmunu ilə bağlıdır. 1-ci bənddə verilən fikir bu qəzəlin üçüncü beytinin; 2-ci bənd isə qəzəlin yeddinci beytinin məzmunu ilə bağlıdır. 3-cü və 4-cü bəndlərdəki fikirlər şairin digər qəzəllərinin məzmununa aiddir. 5-ci bənddə verilən fikir də yanlışdır,çünki qəzəlin heç bir beytində lirik qəhrəman sevgilisinə laləzar seyrinə getməməyi məsləhət etmir. Beləliklə, 1-ci və 2-ci bəndlərdəki fikirlər doğru, 3,4,və 5-ci bəndlərdəki fikirlər yanlışdır. 27. Heca vəzni ilə bağlı fikirlərdən biri yanlışdır? A) Ədəbiyyatımızda işlənmə tarixi əruz vəznindən daha qədimdir. B) Azərbaycan ədəbiyyatında 2 hecalıdan 16 hecalıya qədər müxtəlif heca şəkillərindən istifadə edilmişdir. C) Heca vəznli şeirlərdə vahid bölgü prinsipi pozula bilmir. D) Kitabi-Dədə Qorqud eposundakı şeirlər heca vəznindədir. E) Şifahi xalq ədəbiyyatının lirik növünə aid əsərlər heca vəznində yazılır. Ədəbiyyat nəzəriyyəsinə aid bu sualda heca vəzninin xüsusiyyətlərini aydınlaşdırmaq tələb olunur. Ədəbiyyatşünaslıqda heca vəzninin ən qədim və yeganə milli vəzn olduğu göstərilir.buna görə də şifahi xalq ədəbiyyatının lirik növünə aid janrlar heca vəznində yazılmışdır. Hətta Kitabi-Dədə Qorqud eposundakı şeirlərin, janrı bəlli olmasa da, heca vəznində yazıldığı bəllidir. Bu vəzndə yazılan şeirlərin 2 hecalıdan 16 hecalıya qədər müxtəlif şəkillərinin olması da döğru fikirlərdir. Heca vəznində yazılan şeirlərdə bölgü prinsipi isə həmişə qorunmur. Müxtəlif şairlərin yaradıcılığına diqqət yetirsək, şeirlərdə bölgünün pozulduğunun şahidi olarıq. Məs: Siyah zülfü tər buxaqda dənlənib, (4+4+3) Sonalar yerişi ondan öyrənib, (6+5) (Q.Zakir) Bahar fəsli, yaz ayları gələndə,(4+4+3) Süsənli, sünbüllü, lalalı dağlar (6+5) (A.Ələsgər) 28. M.F.Axundzadənin Aldanmış kəvakib əsəri ilə bağlı doğru fikirləri müəyyən edin: 1. Şah Abbas ulduzlardan gələn xəbəri qorxu və həyəcanla qarşılayır. 2. Məsləhətə toplaşan saray əyanları növbə ilə təhlükənin aradan götürülməsi üçün təkliflər verirlər. 3. Mövlanə Cəmaləddinin təklifi ilə Şah Abbas hərəmlərindən boşanaraq yenidən kəbinə girir. 4. Yusif şah Əsəd bəyə göstəriş verir ki, qizlarına, oğlanlarına hədiyyə göndərilsin, arvadını isə saraya gətirsin. A) 1, 4 B) 2, 4 C) 1, 3 D) 2, 3 E) 3, 4 Test tapşırığı Aldanmış kəvakib əsərinin məzmununa aiddir. Əsərin əvvəlində Mirzə Sədrəddin Şah Abbasa ulduzlardan gələn xəbəri söylədikdə şah qorxur və həyəcanlanır, çünki çox cavan idi. Bu testdə 2-ci bənd yanlışdır. Məsləhət üçün Şah Abbasın sarayına çağrılan əyanların heç biri təhlükənin aradan götürülməsi üçün təklif vermirlər, yalnız qəhrəmanlıqlarını sadalayırlar. 3-cü bənd doğru fikirdir: Mövlanə Cəmaləddin təhlükənin dəf olunması üçün nə etmək lazım olduğunu söyləyir. 4-cü bəndin yanlışlığı ondadır ki, arvadına və qızlarına hədiyyə göndərən Yusif şah Əsəd bəyə yalnız oğlanlarını saraya gətirmək əmrini verir. 29. Ələsgərəm, hər elmdən halıyam, Dedim: sən təbibsən, mən yaralıyam, Dedi: nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım, yanıma düşdü (A.Ələsgər) Nümunə ilə bağlı doğru fikri müəyyən edin: A) Məhəbbət məzmunludur, qoşmanın ilk bəndidir. B) Məqtə bəndi olduğu üçün qafiyə quruluşu cccb C) Bəndin ilk misrasından aydın olur ki, şeir ustadnamədir. D) Bəndin son misrasında metonimiyadan istifadə edilib. E) Bəndin bütün misralarında misradaxili bölgü gözlənilib. Şeirin qafiyəsi cccb şəklindədir, orta bənd olduğu aydındır. Heca vəznində yazılan şeirlər üçün məqtə və mətlə anlayışları düzgün hesab olunmur. Bəndin ilk misrasının məzmunu bütövlükdə bəndin məzmununu ifadə etmir. Çünki şeir məhəbbət mövzusundadır.misradaxili bölgüsü isə sabit deyil ilk misra 4+4+3, digərləri isə 6+5 bölgüsündədir. Son misrada verilmiş Sındı qol-qanadım yanıma düşdü ifadəsi isə metonimiya hesab olunur. Lirik qəhrəmanın əhvali-ruhiyyəsinin dəyişməsi - onun qolqanadının sınması addəyişmə - metonimiyadır. 30. M.Şəhriyarın həyat və yaradıcılığı ilə bağlı doğru fikirləri müəyyənləşdirin. 1. Yaradıcılığının ilk dövrlərində Behcət təxəllüsü ilə yazmışdır. 2. 1924-cü ildə ilk kitabı Sədaye-Xuda adı ilə çap edilir. 3. Təsirli elegiya kimi səslənən Ey vay, anam! şeirini anası Kövkəb xanımın ölümünə yazıb. 4. Doktor Cavad Heyətin təkidi ilə Tehrana gələn Şəhriyar, 1974-cü ildə anasının vəfatındın sonra geri qayıdır. 5. Haqqın səsi poemasında İnsanın vətəni Yer kürəsidir ideyasını irəli sürür. A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 5 D) 1, 3, 4 E) 2, 4, 5 Məlumdur ki, M.Şəhriyar yaradıcılığının ilk dövrlərində Behcət təxəllüsü ilə yazmışdır. Onu mənəvi böhrandan çıxaran evimizin günəşi adlandırdığı anasının www.hedef.edu.az 2 MQT 3
- Kövkəb xanımın ölümündən sonra elegiya kimi səslənən Ey vay, anam! şeirini yazmışdır. Sədaye Xuda kitabı 1926-cı ildə çap olunub. 1974-cü ildə - həyat yoldaşı Əzizənin vəfatından sonra Tehrandan Təbrizə qayıdır. 5-ci bənddəki fikir doğrudur Haqqın səsi poemasında kosmopolit mövqeyindən çıxış edir. Beləliklə, doğru cavablar aydın olur. 31. Verilənlərdən biri Vaqif (S.Vurğun) dramında Vaqifin dilindən deyilmir: A) Qardaşım! Sən nahaq yalvardın ona, Söz əsər eləməz qəlbi pozğuna B) Budur, yer üzünün əşrəfi insan Yaradır gündə bir hicranlı dastan. C) Bu, mənim evimdir, siz qonaqsınız D) A qızım, üzündən götür duvağı E) Necə? Mən qayıdım? Bunu görməzsən, Sən ölən torpaqda öləcəyəm mən! Ədəbiyyat müntəxabatına aid testdir. S.Vurğunun Vaqif dramında Vaqifin dilindən müxtəlif epizodlarda deyilmiş ifadələr A, B, C, D cavab distraktorlarındadır. E cavab distraktorunda isə Vidadinin dilindən deyilmiş misralar verilmişdir. Doğru cavab : E 32. Fikirlərdən biri yanlışdır. A) Məzmunun tərkib hissələri mövzu və ideyadır. B) Formanın tərkib hissələri janr, ahəng, ölçü, dil və başqalarıdır. C) Məzmun və formanın vəhdətində məzmun əsasdır. D) Məzmuna nisbətən forma daha dəyişkəndir. E) Məzmun formanı müəyyən edir, onu doğurur. Ədəbiyyat nəzəriyyəsi ilə bağlı bir testdir. Məzmun və forma anlayışlarına aiddir. Bilirik ki, məzmun əsas, forma isə asılıdır. Məzmun formanı müəyyən edir,onu yaradır. Bu testin A, B, C və E cavab distraktorlarında olan şərtlər doğrudur. D cavab distraktorunda verilən fikir yanlışdır. Çünki forma sabit, məzmun isə formaya nisbətən dəyişkəndir. Doğru cavab : D 33. İ.Nəsiminin Mən mülki-cahan... qəzəli ilə bağlı səhv fikri göstərin. A) Şeirdə mən sözü həm təkrir, həm də rədifdir. B) Həcminə görə kiçik qəsidə təsiri bağışlayır. C) Şair lirik qəhrəmanın dili ilə insanın kainatdakı bütün canlılardan üstün olduğunu göstərir. D) Şeir 5+5 bölgüsündə, qafiyəsi aa, ba, ca,... E) Lirik növdə, tərənnüm əsasında yazılmışdır. heca vəznli şeirlərdəki kimi konkret heca bölgüsü - miradaxili bölgü ilə nizamalanmır. 34. Hansı ifadə İ.Əfəndiyevin Xurşidbanu Natəvan əsərində Natəvana aid deyil? A) Dünyaya Nizami Gəncəvi kimi, Füzuli kimi dahilər vermiş Azərbaycanın dünya mədəniyyətindən bu qədər geri qalması izzəti-nəfsimi yaralayırdı! B) Uşaqlıqda bir qaraçı demişdi ki, sənin bəxt ulduzun tilsimli bir qala üzərində parlayacaq. C) Mən bilirəm ki, o həcvləri yazan bizim həqiqi şairlərimiz deyil. D) Məncə, o ulduzlar qədim İran mədəniyyətindən işıq almışlar. E) Əgər xalq öz müqəddəratının sahibi deyilsə, onun dühası, cəsurluğu neyliyə bilər? Ədəbiyyat müntəxabatına aid testdir. Məqsəd əsərin baş qəhrəmanı X.Natəvan obrazına aid sitatların müəyyən edilməsidir.bu testdə A, C, D, E cacavb distraktorları Natəvana aid müxtəlif epizodlarda söylənən sitatlardır. Yalnız biri B cavabı Natəvana yox, knyaz Xasay xana aid olan sitatdır. Doğru cavab: B 35. Xronoloji ardıcılıığı müəyyən edin: M.Gəncəvi, Ş.İ.Xətayi, M.Füzuli,... A) Ə.Təbrizi B) N.Tusi C) M.V.Vidadi D) N.Kişvəri E) Q.Bürhanəddin Ə.Təbrizi (1325-1390), N.Tusi (1201-1274), N.Kişvəri ( XV əsr), Q.Bürhanəddin ( 1345-1398) Xronoloji ardıcıllığa görə: M.Gəncəvi (XII əsr), Ş.İ.Xətayi (1487-1524), M.Füzuli (1494-1556) uyğun variant M.V.Vidadi (1707-1809) olacaq. Doğru cavab : C 36. Biri təhkiyə əsasında yazılmayıb: A) Təyyarələr (B.Vahabzadə) B) Dəli Kür (İ.Şıxlı) C) Dastani - Əhməd hərami D) Poçt qutusu ( C.Məmmədquluzadə) E) Xosrov və Şirin (N.Gəncəvi) Təhkiyə əsasında epik əsərlər yazıldığı üçün cavablardan uyğun gələni ya lirik, ya da dramatik növdə yazılmış əsər olmalıdır. Verilmiş cavab distraktorlarından Təyyarələr şeiri lirik növdə, tərənnüm əsasında, digər əsərlər isə epik növdə, təhkiyə əsasında yazılıb İ.Nəsiminin bu şeiri panteist ideyaları əsasında yazılmışdır. Həm həcminə, həm də məzmununa görə bu qəzəl qəsidəni xatırladır. Şeirdə mən sözü beytlərin əvvəlində təkrarlandığı üçün təkrir (anafora), eləcə də bütün beytlərin sonunda təkrarlandığı üçün rədif hesab olunur. Seirdə 5+5 bölgüsü yoxdur. Əruz vəznində həzəc bəhrində yazıldığı üçün qəzəlin bölgüsü təfilələrə əsaslanır, 37. İ.Şıxlının Dəli Kür əsərindəki obrazlarla bağlı səhv fikri müəyyən edin: A) Müəllif Zərnigar obrazını rəğbətlə yaratmışdır. B) Cahandar ağa xarakter etibarilə həm bütöv, həm də ziddiyyətli bir obrazdır. C) Şamxal gənc olmasına baxmayaraq, atasının qarşısında belə qürurunu sındırmır. www.hedef.edu.az 3 MQT 3
D) Molla Sadıq Mələyin qaçırılmasına görə Allahyarla birləşərək Cahandar ağadan qisas almağa çalışır. E) Çernyayevskinin simasında yeni maarifin inkişafı ümumiləşdirilir. İ.Şıxlının Dəli Kür əsəri ilə bağlı olan bu testdə əsas məqsəd obrazların xarakterini aydınlaşdırmaq, əsərin məzmunu ilə, müxtəlif epizodlarda obrazların xüsusiyyətlərini müəyyənləşdirmək bacarığını aşkarlamaq tələb olunur. Əsərin baş qəhrəmanı Cahandar ağa müxtəlif epizodlarda bəzən yanlış qərarlar verir, başqalarından tələb etdiyinə özü əməl etmir. Digər tərəfdən möhkəm iradə sahibidir, ailəsinin, ətrafındakı adamların təəssübünü çəkir, mərddir, el əxlaqına, qanunlarına sadiqdir. Həm bütöv, həm də ziddiyyətli obraz olması fikri doğrudur. Müəllif Zərnigar obrazına rəğbətlə yanaşmış, onu ailəsinə, həyat yoldaşına sadiq bir obraz kimi təqdim etmişdir. Zərnigar qürurlu qadındır, Cahandar ağadan inciyir, onun başqa bir qadını evə gətirməsini özünə təhqir hesab edir. Amma ailəsini, övladlarını tərk etmək, araya nifaq salaraq qardaşları vasitəsilə ərinə dərs vermək fikrində deyil. O, bütün məqamlarda övladlarının taleyini düşünən qayğıkeş anadır. Digər bir obraz - Şamxal isə mərdlikdə, dözümdə, qürurda eynilə atasıdır. Atası ilə mübahisə etdikdən sonra evdən gedir, bir də evə qayıtmayacağına qərar verir. Lakin atası ilə düşmən deyil, son məqamda, atası ömrünün son anlarını yaşayanda onunla bərabərdir. Əsərin mənfi tiplərindən biri olan Molla Sadıqla Cahandar ağanın düşmənliyi Mələyin qaçırılmasına görə yaranmır. Cahandar ağanın hələ gənclik, uşaqlıq vaxtlarından Molla Sadıqdan xoşu gəlməzdi. Onların arasındakı münaqişə, Molla Sadığın kin-küdurəti Cahandar ağanın Əhməd və Aleksey Osipoviçi müdafiə etməsindən sonra daha da dərinləşir. Bu əsərdə Əhməd, həmçinin Aleksey Osipoviç Çernyayevski maarifçi obrazlarıdır. 38. Eyni ildə yazılmış əsərləri göstərin: 1. Şeyda ( H.Cavid ) 2. Dəli yığıncağı ( C.Məmmədquluzadə) 3. Solğun çiçəklər (C.Cabbarlı) 4. Fəxriyyə (M.Ə.Sabir) 5. Nəsrəddin şah (C.Cabbarlı) 6. Şeyx Sənan (H.Cavid) A) 1, 3, 5 B) 2, 3, 4 C) 1, 3, 6 D) 3, 4, 6 E) 2, 4, 5 Xronologiyaya əsaslanan testdir. Əsərlərin yazılma illəri: 1. Şeyda -1916 2. Dəli yığıncağı - 1926 3. Solğun çiçəklər 1916 4. Fəxriyyə - 1907 5. Nəsrəddin şah 1916 6. Şeyx Sənan 1914 39. Dialoq hansı əsərdəndir və nöqtələrin yerinə hansı surətlərin adı yazılmalıdır?... Sən qatilsən, şeytansan, mələksən, hər nəsən, mən özümü ağuşuna atıram!... Yalan deyirsən. O da yalandır! Sabah həmin bu sözlərlə bir başqasının ağuşuna atılacaqsan. A) İblis ; Rəna, Arif B) Xurşidbanu Natəvan ; Xurşidbanu Natəvan, Xasay xan C) Oqtay Eloğlu ; Firəngiz, Oqtay D) Dəli Kür ; Mələk, Cahandar ağa E) İblis ; Xavər, Vasif Verilmiş dialoq C.Cabbarlının Oqtay Eloğlu faciəsindəndir. Altıncı pərdədə səhnədə Qaçaqlar əsəri oynanılarkən Firəngizlə Oqtay arasında olan dialoqdan bir parçadır. 40. Məhəbbətdir yerin-göyün dirəyi, Məhəbbət edənin yanar çırağı, Aşiqə beytullah- məşuq durağı, Həq nəzər etdiyi yerdir məhəbbət Bəndin müəllifini göstərin: A) Ş.İ.Xətayi B) M.P.Vaqif C) M. Füzuli D) Q.Zakir E) A.Ələsgər Ədəbiyyat müntəxəbatına aid testdir. Məhəbbətin ən ülvi hiss kimi təqdim olunduğu bu şeir parçası Ş.İ.Xətayi yaradıcılığındandır. 41....On yaşa girəndə bu nadir cavan, Otuz yaşlıları qoyurdu heyran. Verilmiş nümunə ilə bağlı doğru fikri müəyyənləşdirin. A) 11 hecadan ibarət olub, qoşmanın məzmunca vücudnamə növünə aiddir. B) Döyüşkənlik əhvali-ruhiyyəsində olub, divani aşıq şeiri C) Beytləri öz arasında qafiyələnən məsnəvi (ikilik) şeir D) Ustadnamə olub, qəhrəmanlıq dastanlarının əvvəlində verilir. E) Nümunənin janrına həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatda rast gəlmək mümkündür. Testin şərtində verilmiş beyt N.Gəncəvinin Xosrov və Şirin poemasındandır. Əsər əruz vəznində, məsnəvi şəklində yazılmışdır.əruz vəznində yazılan əsərlər heca sayı əsas deyil.buna görə də, A, B, D və E cavab distraktorları yanlışdır. 42. Bu sənətkarlardan biri M.Ə.Sabir haqqında roman, biri poema, digəri isə elmi əsər yazmışdır. (Ardıcıllığı gözləyin) A) Mirzə İbrahimov, B.Vahabzadə, İ.Şıxlı B) Mir Cəlal, R.Rza, B.Vahabzadə C) İ.Əfəndiyev, S.Vurğun, M.Cəlal D) M. İbrahimov, R.Rza, İ.Əfəndiyev E) Mir Cəlal, B.Vahabzadə, M.İbrahimov M.Ə.Sabir haqqında Mir Cəlal Yolumuz hayanadır romanını, B.Vahabzadə Ağlar güləyən poemasını, M.İbrahimov isə Böyük şairimiz Sabir adlı elmi əsər yazmışdır. 43. Ə.Haqverdiyev yaradıcılığı ilə bağlı doğru fikirləri müəyyənləşdirin. 1. Həm epik, həm də dramatik növdə əsərlər yazmışdır. www.hedef.edu.az 4 MQT 3
2. Bəxtsiz cavan faciəsindəki Fərhad klassik maarifçi obrazlardandır. 3. Xortdanın cəhənnəm məktubları povesti 1908-ci ildə Molla Nəsrəddin jurnalında nəşr edilib. 4. Ağa Məhəmməd şah Qacar faciəsi İran tarixindən bəhs edir. 5. Marallarım silsilə hekayələri milli bədii nəsr tarixində kiçik hekayə janrının kamil nümunələridir. A) 1, 3, 5 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 2, 5 E) 2, 3, 5 Ə.Haqverdiyevin yaradıcılığı ilə bağlı ümumiləşdirici testdir. Nəzərə alsaq ki, Ə.Haqverdiyevin lirik növdə əsəri yoxdur, 1-ci bənddəki fikir doğru olacaq. Xortdanın cəhənnəm məktubları povesti 1907-ci ildə nəşr olunub. Ağa Məhəmməd şah Qacar faciəsi İran tarixindən deyil, Azərbaycanın parçalanmasından bəhs edən əsərdir. Marallarım silsilə hekayələri haqqındakı fikir doğrudur. 44. Şifahi xalq ədəbiyyatının lirik növünün janrları hansılardır? 1. nəğmələr 2. atalar sözləri 3. bayatılar 4. tapmacalar 5. lətifələr A) 2, 3 B) 1, 2 C) 4, 5 D) 3, 5 E) 1, 3 Sadə test sualıdır. 2-ci, 4-cü, 5-ci cavab distraktorları şifahi xalq ədəbiyyatının epik növünün janrlarıdır. 45. Poema haqqında verilən səhv fikri müəyyən edin. A) Bu janr ədəbiyyatşünaslıqda epik-lirik növə aid edilir. B) Poemada, adətən, möhkəm süjet xətti özünü göstərir. C) Poema janrında lirik təqdimatdan da istifadə edilə bilər. D) Ədəbiyyatımızda bu janrın ilk nümunələri qədim dövrə aiddir. E) Azərbaycan ədəbiyyatında ilk süjetli poemanın müəllifi N.Gəncəvidir. Ədəbiyyat nəzəriyyəsindən məlum olduğu kimi, poema epik-lirik növə aid edilir. Burada möhkəm süjet xətti özünü göstərir, həm də şairin həyat hadisələri ilə əlaqədar hiss-həyəcanları ifadə olunur. Poema iri həcmli nəzm əzəridir. Poemanı mənzum hekayə və ya povest adlandırmaq olar. Lakin özünü göstərən lirik haşiyələr onu povestdən və hekayədən fərqləndirir. Bu janrın ilk nümunələri qədim dövrə aiddir. (Ə.Xaqani, Töhfətül-İraqeyn ) Bu testdə diqqət istəyən məqam odur ki, epik əsərlərdə süjet xətti, süjet əlaməti olur. N.Gəncəvi ilk vahid süjet xəttinə malik poemanı yaradıb. Ümumiyyətlə, vahid süjet xətti olmayan poemalarda belə süjet və yaxud onun əlamətləri olur. Süjeti olan ilk poema Töhfətül İraqeyn, vahid süjet xətti olan ilk poema- Xosrov və Şirin dir. 46. Verilənlərdən biri zavyazkaya nümunədir. A) İbn Səlamın ölümündən sonra Leylinin səhrada Məcnunla qarşılaşması ( Leyli və Məcnun, M.Füzuli) B) İsgəndərin Bərdə hökmdarı Nüşabəni rusların əsirliyindən xilas etməsi ( İsgəndərnamə, N.Gəncəvi) C) Parisdə inqilabın baş verməsi, Müsyo Jordanın tələsik məmləkətinə qayıtması ( Müsyö Jordan və dərviş Məstəli şah, M.F.Axundzadə) D) Aşiqin bağbanla qarşılaşması ( Dəhnamə, Ş.İ.Xətayi) E) Qardaşların kitablarının Gülbahar tərəfindən yandırılması ( Anamın kitabı, C.Məmmədquluzadə) Ədəbiyyat nəzəriyyəsi və bədii əsərin məzmunu ilə əlaqəli testdir. Nəzərə alsaq ki, bədii əsərlərdə hadisələrin düyünlənməsi hissəsi zavyazka adlanır.bu zaman doğru cavabımız aydın olacaq. 47. Salur Qazanın evinin yağmalanması boyu haqqında verilən doğru fikirləri göstərin. 1. Bu boyda iki obraz yuxu görür. 2. Qazan xanın xanımı, anası, dayısı, oğlu əsir düşür. 3. Qazan xan tərəfindən ağaca bağlananda Qaraca Çoban ağacla danışır. 4. Qazan ardıcıl olaraq yurd, su, qurd və köpəklə soraqlaşır. A) 1, 3 B) 2, 3 C) 1, 2 D) 1, 4 E) 2, 4 Salur Qazanın evinin yağmalanması boyunda iki nəfər- Qazan xan və Qaraca Çoban yuxu görür. Əsir götürülənlərin içində Qazan xanın dayısı olmur, çünki Aruz ovda idi. Bu boyda ağacla söhbətləşən Uruz olur (qənarə ağacı ilə). Qazan xan yurduna qayıdanda ardıcıl olaraq, yurd, su, qurd və köpəklə soraqlaşır. 48. Aşıq yaradıcılığında bu şeir janrı yoxdur. A) qoşma B) mürəbbe C) gəraylı D) bayatı E) müxəmməs Aşıq şeir şəkilləri müxtəlif dövrlərdə həm şəkil, həm də məzmunca yenilənmişdir. Tədricən aşıq şeirinin janrları yazılı ədəbiyyata, yazılı ədəbiyyatdan isə aşıq şeirinə üxəmməs və müstəzad janrları keçmişdir. Bəzi müəllifli bayatılar var ki, bu bayatılar aşıqlar tərəfindən yazılmışdır. Qoşma, gəraylı janrları aşıq şeirinin doğma janrlarıdır. Mürəbbe janrına isə yalnız yazılı ədəbiyyatda təsadüf edilir. Doğru cavab: B 49. M.İbrahimovun yaradıcılığı ilə bağlı verilənlərdən doğru olanları seçin. 1. Giqantlar ölkəsində adlı şeirlər kitabı 1932-ci ildə çap olunub. 2. Tonqal başında və Azad hekayələri Cənub hekayələri silsiləsinə daxildir. 3. Firudin İbrahimi Pərvanə romanının əsas qəhrəmanıdır. 4. Gələcək gün romanının əsas qəhrəmanı xalqdır. 5. Yaxşı adam əsəri N. Nərimanovun həyatından bəhs edir. A) 2, 4 B) 1, 3, 5 C) 2, 3 D) 1, 2 E) 3, 4, 5 M.İbrahimovun yaradıcılığından bəllidir ki, Giqantlar ölkəsində şeirlər kitabı deyil. Firudin İbrahimi Gələcək gün romanının qəhrəmanıdır.təbii ki, bu romanın əsas qəhrəmanı xalqdır. Müəllifin N.Nərimanovdan bəhs edən www.hedef.edu.az 5 MQT 3
əsəri isə Közərən ocaqlar romanıdır. 2-ci və 4-cü cavab distraktorları doğru fikirlərdir. 50. Yeni dövrün birinci mərhələsi ilə bağlı səhv fikri tapın: A) Bu dövrdə ədəbiyyatda yeni ruh, yeni nəfəs duyulur. B) Klassik şeir janrlarında da xəlqiləşmə prosesi gedir. C) Bu dövrdə yazılan qəzəllər Füzuli səviyyəsi ilə bərabər tutulur. D) Bu dövrdə də klassik poeziya ənənələri davam etdirilir. E) Bu dövrdə aşıq şeiri özünün kamil inkişaf mərhələsinə qədəm qoyur. Yeni dövrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan M.Füzuli ədəbi məktəbi yarandı. Bu dövrdə qəzəl janrında şeirlər yaransa da, bu janr bir daha M.Füzuli qəzəllərinin səviyyəsinə çata bilməmişdi. www.hedef.edu.az 6 MQT 3