C OĞRAFİYA. (II ixtisas qrupu üçün) Coğrafiya

Benzer belgeler
Azərbaycanın fiziki coğrafiyası İzahat vərəqəsi

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANI

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

11-ci sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

BİOLOGİYA YEKUN IMT( AZ)

RESPUBLİKA FƏNN OLİMPİADALARI

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI REFERAT İXTİSAS: QRUP: FƏNN:

B) I - 2; II - 1; III - 3; IV - 4 C) I - 5; II - 4; III - 2; IV - 1 D) I - 3; II - 5; III - 4; IV - 1 E) I - 4; II - 3; III - 2; IV

Mənbə- A V R O P A Ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil

AZƏRBAYCAN İQTİSADİYYATININ REGİONAL TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

9-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

AZƏRBAYCAN İQTİSADİYYATININ REGİONAL TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA İRKƏN AKTOPRAK, YELENA ŞABANOVA

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan Respublikası Prezidentinin

10-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

1246_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları Fənn : 1246 Alternativ yanacaqlar və onların tətbiqinin ekoloji təhlükəsizliyi

Mündəricat. Giriş...3

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

ELM VƏ TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSTETİ MÖVZU: RELYEFİN İNKİŞAF TARİXİ TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR KURS: I QRUP: 410 İB

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Serbest iş 5. Azerbaycan Hava Yolları Qapalı Sehimdar Cemiyyeti. Milli Aviasiya Akademiyası

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

MAGİSTR DİSSERTASİYASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ.

BİOSFER. Talıblı Pərviz Qrup: 400

Marketinq. Mehdiyev Əkbər

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

BİOSFER

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Seçimli cavablı sual tapşırıq 1-19

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

2014-cü ilin üçüncü rübünün nəticələri

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

EFİOPİYA VƏ SOMALİNİN KƏND TƏSƏRRÜFATININ MÜQAYİSƏLİ SƏCİYYƏSİ

QAFQAZIN COĞRAFİYASI (İQTİSADİ,SOSİAL VƏ SİYASİ COĞRAFİYASI)

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Bakı Modern Məktəbi. Yaddaş kitabçası. Azərbaycan tarixi- 6

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Baltik dənizi hövzəsi.

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Urbanizasiya və onun yaratdığı ekoloji problemlər

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Created in Master PDF Editor - Demo Version. Created in Master PDF Editor - Demo Version

H E S A B A T Q E Y D Ə A L I N D I!

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!


Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

Mənbə- AFRİKA

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ASK-nin iqtisadiyyatı və idarə edilməsi. 1. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?

Melikov Behruz. Mühazirə 1

Behruz Melikov. Hidrologiya.

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

DÜNYA İQTİSADİYYATI. I Mövzu - Giriş: dünya iqtisadiyyatının coğrafiyası və qloballaşma

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

AZƏRBAYCANIN FAYDALI QAZINTILARI

Dərinlik, sm. Kəsimlərin qoyuluduğu düzənlik əraziləri. Humus Azot CO2 C/N

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan tarixi- İmtahan sualları

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Hüquq və iqtisadiyyat Universiteti KROK

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Transkript:

Abituriyentlər qəbul proqramındakı materialı dərindən bilməklə yanaşı, aşağıdakıları da bacarmalıdırlar: müasir dövrü mətbuatın müvafiq materiallarından hərtərəfli istifadə etməyi; fənnin xüsusiyyətlərindən irəli gələn məsələləri, xüsusilə xəritə, atlas, cədvəl, diaqram və qrafik materialları təhlil etməyi və mənimsəməyi; mövzulararası və bölmələrarası əlaqələri bilməyi; ayrı-ayrı coğrafi qanunauyğunluqları, hadisə və proseslərin mahiyyətini dərk etməyi, onların arasındakı əlaqələri müəyyən etməyi; fiziki və iqtisadi coğrafiya xəritələrinin məzmunlarını bilməyi; hesablama xarakterli tapşırıqları həll edə bilməyi, ümumiləşdirmələr aparmağı, xəritədən istifadə etməyi; nəticələr çıxarmağı, onları faktlarla əsaslandırmağı, təhlil və sübut etməyi; qiymət və proqnozlar verməyi. ÜMUMİ FİZİKİ COĞRAFİYA nın predmeti, vəzifələri. Sahələri, digər elmlərlə əlaqəsi və insanların həyatında əhəmiyyəti. Yer haqqında coğrafi biliklərin inkişaf mərhələləri. Böyük coğrafi kəşflər dövrü. Görkəmli səyyah və coğrafiyaşünaslar. X.Kolumb, A.Vespuççi, Vasko-da Qama, F.Magellan, A.Tasman, Ceyms Kuk, R.Skot, R.Amundsen, P.Rəis, H.Z.Şirvani. Azərbaycan dünya səyyahlarının gözü ilə. Plan və xəritə. Kartoqrafik təsvirlər. Məhəllin planı. Şərti işarələr. Miqyas və onun növləri. Üfüqün cəhətləri, məhəldə, plan və xəritələrdə cəhətlərin təyini. Azimut. Nisbi və mütləq hündürlük, relyefin horizontallar və izobatlarla təsviri. Berqştrix. Hündürlük və dərinlik şkalaları. Məhəllin planının tərtib olunması üsulları. Yerin forma və ölçüləri. Onlar haqqında təsəvvürlərin inkişafı. Qlobus Yerin modelidir. İlk qlobuslar. xəritəsi. Məhəllin planı ilə xəritənin ümumi və fərqli cəhətləri. Xəritədə təhriflər. Kartoqrafik generalizasiya. Kartoqrafik proyeksiyalar. Miqyasına, məzmununa və ərazi əhatə etməsinə görə xəritələrin qruplaşdırılması.xəritədə təsvir üsulları. Coğrafi və maqnit qütbləri, ekvator, meridian və paralel anlayışları. Dərəcə toru. Coğrafi uzunluq, coğrafi enlik və coğrafi koordinatlar. Miqyasa, azimuta, horizontallara, coğrafi koordinatlara, xəritə, plan və qlobus üzərində məsafələrin və sahələrin 26 C OĞRAFİYA (II ixtisas qrupu üçün) təyin olunmasına aid çalışmalar. Yer Günəş sistemi planetidir. Kainat (kosmos), qalaktika (kəhkəşan), ulduz, planet, peyk anlayışları. Daxili (Yer) və xarici planet qrupları. Günəş sistemi və Yerin bu sistemdə mövqeyi. Yerin əmələ gəlməsi və inkişafı haqqında fərziyyələr. Yerin öz oxu və Günəş ətrafında hərəkəti və onun coğrafi nəticələri. Sutka (gecə, gündüz) və fəsillərin əmələ gəlməsi. Tropiklər və qütb dairələri. Qütb gecələri və gündüzləri. İşıqlanma və istilik qurşaqları. Yerli və qurşaq vaxt anlayışları. Azərbaycan Respublikası ərazisinin yerləşdiyi istilik, işıqlanma və saat qurşaqları. Yerin öz oxu və Günəş ətrafında hərəkətinə, yerli vaxt və saat qurşaqlarına aid çalışmalar. Yerin geoloji inkişafı. Yerin planetar yaşı. Onun planetar və geoloji inkişaf mərhələləri. Süxurların nisbi və mütləq yaşları. Geoloji eon, era və dövrlər. Litosfer anlayışı. Litosfer tavaları. Platformalar ə vgeo sinklinallar. Litosfer tavalarının üfüqi yerd əyişməsi və onların nəticələri. Yer qabığının qədim quru sahələri: Pangeya, Hondvana, Lavrasiya. Yerin daxili quruluşu. Nüvə, mantiya, Yer qabığı. Materik və okean tipli Yer qabığı. Süxur və mineral anlayışları. Yer qabığını təşkil edən süxurlar, mənşələrinə görə onların təsnifatı (maqmatik, çökmə, metamorfik süxurlar). Yer qabığında baş verən daxili (endogen) və xarici (ekzogen) proseslər. Üfüqi və şaquli tektonik hərəkətlər. Süxurların əsas yatım formaları: üfüqi, qırışıqlıq (antiklinal, sinklinal), fay (horst, qraben). Zəlzələlər. Zəlzələ ocağı (hiposentr) və episentr anlayışları. Gücünə və ocağın (hiposentrin) dərinliyinə görə zəlzələlərin təsnifatı. Yer kürəsinin seysmik qurşaqları. Vulkanlar və onların əsas elementləri. Sönmüş və fəaliyyətdə olan vulkanlar. Yer kürəsinin məşhur vulkanları. Qeyzerlər, isti bulaqlar, palçıq vulkanları və onların geniş yayıldığı ərazilər. Vulkan və zəlzələlər arasındakı qarşılıqlı əlaqələr. Relyef anlayışı. Yer səthinin əsas relyef formaları: materiklər və okean çökəklikləri. Qurunun dağları və düzənlikləri. Mənşələrinə, hündürlüklərinə və ölçülərinə görə relyef formalarının təsnifatı. Yerin geoloji inkişaf tarixində baş vermiş əsas dağəmələgəlmə mərhələləri: Baykal, Kaledon, Hertsin, Mezozoy və Alp qırışıqlığı. Müasir relyefin formalaşmasında Alp qırışıqlığının rolu. Cavan, qədim və yenidən törənmiş dağlar. Müasir tektonik hərəkətlər. Relyefin əmələgəlməsində endogen və ekzogen proseslərin rolu. Onların yaratdığı relyef formaları. Morfostruktur ə v morfoskulptur anlayışları. Okean dibinin düzənlikləri

Qəbul proqramı TƏLƏBƏ QƏBULU 2010 və dağları. Orta okean dağ silsilələri. Dərinsulu okean çökəklikləri (novları). Faydalı qazıntılar, onların əsas növləri. Faydalı qazıntıların yerləşməsi ilə geoloji quruluş arasında əlaqə. Atmosfer. Atmosfer və onun əhəmiyyəti. Atmosferin tərkibi və quruluşu. Ozon qatı və onun həyat üçün əhəmiyyəti. Günəş radiasiyası və onun növləri. Havanın temperaturu, onun üfüqi (coğrafi enlik üzrə) və şaquli istiqamətdə dəyişməsi. Orta sutkalıq, orta aylıq və orta illik temperaturlar. Temperatur amplitudları. Mütləq maksimum və mütləq minimum temperaturlar. Temperatur inversiyası. İzotermlər. Atmosfer təzyiqi. Təzyiqin hündürlükdən və temperaturdan asılı olaraq dəyişməsi. Normal atmosfer təzyiqi. İzobarlar. Yer kürəsinin daimi təzyiq qurşaqları. Atmosferin ümumi dövranı. Külək və onun növləri: brizlər, mussonlar, daimi (passatlar, qərb küləkləri, şimal-şərq və cənub-şərq) və yerli küləklər. Külək gülü. Atmosferdə su. Nisbi və mütləq rütubətlilik. Buludluluq. Atmosfer yağıntıları, onların növləri və coğrafi paylanma qanunauyğunluqları. İzogiyet anlayışı. Buxarlanma, buxarlanma qabiliyyəti və rütubətlilik əmsalı. Hava kütlələri və onların tipləri. Atmosfer cəbhələri. Siklon və antisiklonlar. Hava və iqlim anlayışları. Əsas iqlim əmələgətirən amillər. Dünyanın əsas və keçid iqlim qurşaqları. Hava proqnozu. Əsas iqlim tipləri. Atmosferin mühafizəsi. Havanın temperaturunun, təzyiqinin, nisbi və mütləq rütubətliliyin, rütubətlilik əmsalının hesablanmasına, iqlim qrafikləri və diaqramlarına aid çalışmalar. Hidrosfer. Onun tərkibi, yaranması mərhələləri. Yer kürəsindəki suyun mənşəyi. Vahid dünya okeanı Pantalas. Təbiətdə suyun böyük və kiçik dövranı, onların əhəmiyyəti. Dünya okeanı, onun hissələri: okeanlar, dənizlər, körfəzlər, boğazlar. Okean dərinliklərinin ölçülməsi. Exolot. Dünya okeanında quru hissələri: adalar, arxipelaqlar, yarımadalar, bərzəxlər. Okean suyunun temperaturu və duzluluğu, onların üfüqi və şaquli istiqamətdə dəyişməsi. Okean suyunun donma xüsusiyyətləri. Okeanlarda buz örtüyü və onların qurudakı buzlaqlardan fərqi. Okeanların əsas su kütlələri, onların tipləri (ekvatorial, tropik, mülayim, qütb) və yarımtipləri (okeandaxili və sahilboyu). Okeanda suyun hərəkət formaları: külək dalğası, onun elementləri, ləpədöyən; sunami və onun nəticələri. Qabarma və çəkilmə. Okean cərəyanları isti və soyuq cərəyanlar. Cərəyanların hərəkət istiqamətləri və onlara təsir göstərən amillər. Okean cərəyanlarının materiklərin iqliminə təsiri. Okeanların üzvi aləmi. Onların üfüqi və şaquli istiqamətdə dəyişməsi. Okeanların mineral sərvətləri. Su hövzələrinin dərinliyinin və suyun duzluluğunun təyin edilməsinə aid çalışmalar. Quru suları. Çay və onun elementləri. Çayların qidalanma mənbələri, su rejimi. Çay yatağının meyilliyi, çay şəbəkəsinin sıxlığı, çayın su sərfi və illik axım anlayışları. Astana və şəlalələr. Düzənlik və dağ çayları. Eroziya bazisi. Yer kürəsinin iri çay sistemləri. Çayların əhəmiyyəti. Çayların meyilliyinə, düşməsinə, su sərfinə və çay şəbəkəsinin sıxlığına aid çalışmalar. Göllər, onların təsnifatı. Buzlaqlar. Dağ və örtük buzlaqları. Aysberqlər. Daimi donuşluq. Bataqlıqlar. Yeraltı sular və onların növləri. Kanallar və su anbarları, onların təsərrüfat əhəmiyyəti. Hidrosferin mühafizəsi. Biosfer və coğrafi təbəqə. Biosferin sərhədləri. Yer səthində üzvi aləmin yaranması, inkişafının əsas mərhələləri və digər xarici təbəqələrlə əlaqəsi. Biosenoz anlayışı. Torpaq anlayışı. Torpaqəmələgətirən amillər. Torpağın strukturu. Əsas torpaq tipləri, onların üfüqi və şaquli istiqamətlərdə yayılma qanunauyğunluqları. Torpaq eroziyası, torpaqların meliorasiyası və rekultivasiyası. Bitki və heyvanlar aləminin Yer kürəsində yayılması. «Təbii ərazi kompleksi» və «təbii zona» anlayışları. Zonal və azonal təbii komponentlər. Enlik zonallığı və onu yaradan səbəblər. Yer kürəsinin əsas təbii zonaları. Hündürlük qurşaqlığı. "Landşaft" anlayışı. Təbii və antropogen landşaftlar. Coğrafi təbəqə, onun tərkib hissələri və sərhədləri. Coğrafi təbəqənin əsas inkişaf mərhələləri və qanunauyğunluqları. Biosferin mühafizəsi. Qlobal ekoloji problemlər. MATERİKLƏRİN VƏ OKEANLARIN FİZİKİ COĞRAFİYASI Materik və qitə anlayışları. Materiklərin Yer kürəsində yerləşmə xüsusiyyətləri. "Yeni və köhnə dünya" anlayışları. Avrasiya materikinin coğrafi mövqeyi, sahəsi, sahil xətləri, öyrənilmə tarixi. Geoloji quruluşu; iri litosfer tavaları, platforma və geosinklinal sahələri. Zəlzələlər və vulkanların yayıldığı rayonlar. Relyefinin ümumi səciyyəsi. Böyük dağ sistemləri. Geniş düzənlikləri və yaylaları. Qədim buzlaşma izləri. Faydalı qazıntıları. İqlimi və onun yaranmasına təsir göstərən amillər. İqlim qurşaqları və tipləri. Tayfunlar. Daimi donuşluq sahələri. Daxili suları. Əsas çay sistemləri, gölləri, bataqlıqları, dağ və örtük buzlaqları. Təbii zonaları, onların yayılma xüsusiyyətləri. Dağlarda şaquli qurşaqlıq, antropogen landşaftlar. Avropa və Asiya qitələri. Onların sərhədləri. Avropa qitəsinin coğrafi mövqeyi, sahil xətlərinin parçalanması və onu əhatə edən dənizlər, körfəzlər, 27

boğazlar, ada və yarımadalar. Əhalisi və siyasi xəritəsi. Asiya qitəsinin coğrafi mövqeyi, onu əhatə edən okean və dənizlər, ada və yarımadalar. Əhalisi və siyasi xəritəsi. Şimali Amerika materikinin coğrafi mövqeyi, sahəsi, sahil xətləri. Onu əhatə edən okeanlar, dənizlər, adalar, yarımadalar. Kəşfi və öyrənilmə tarixi. Relyefi, qədim buzlaşma izləri, faydalı qazıntıları. İqlimi və ona təsir edən amillər. Tornado. İqlim qurşaqları. Daimi donuşluq zonası. Bataqlıqları. Örtük və dağ buzlaqları. Daxili suları. Böyük gölləri. Təbii zonaları. Preri. Əhalisi və siyasi xəritəsi. Cənubi Amerika materikinin coğrafi mövqeyi, sahəsi, sahil xətləri. Materikin kəşfi və öyrənilməsi tarixi. Relyefi, faydalı qazıntıları. İqlimi və ona təsir göstərən amillər. İqlim qurşaqları. Daxili suları. Amazon çayı. Təbii zonaları. Selva, Pampa, Lyanos, Kampos. And dağlarında hündürlük qurşaqları. Materikin əhalisi və siyasi xəritəsi. Afrika materikinin coğrafi mövqeyi, sahəsi, sahil xətləri. Materikin tədqiqi tarixi. Afrikanın relyefi dağlar, yaylalar və çökəkliklər. Böyük Afrika tektonik qırılma zonası. Faydalı qazıntıları və onların yerləşmə xüsusiyyətləri. Materikin iqlimi. İqlim qurşaqları. Daxili suları. Əsas çay sistemləri. Nil və Konqo çayları. Böyük gölləri. Təbii zonaları. Böyük Səhra. Əsas ekoloji problemləri. Afrikanın əhalisi və siyasi xəritəsi. Avstraliya və Okeaniya. Coğrafi mövqeyi, sahəsi, sahil xətləri. Avstraliyanın kəşfi tarixi. Relyefi və faydalı qazıntıları. İqlimi. Daxili suları. Kriklər. Təbii zonaları və onların özünəməxsusluğu. Əhalisi və məskunlaşma xüsusiyyətləri. Okeaniya adaları, onların mənşələrinə görə qruplaşdırılması. "Antarktika" və "Antarktida" anlayışları. Antarktida materikinin coğrafi mövqeyi, sahəsi, sahil xətləri. Materikin kəşfi və tədqiqi. Relyefi və buz örtüyü. İqlimi, üzvi aləmi. Materikin beynəlxalq statusu. Okeanlar (Sakit, Atlantik, Hind, Şimal Buzlu). Coğrafi mövqeləri, sərhədləri, əsas dənizləri, körfəzləri, boğazları, dib relyeflərinin xüsusiyyətləri, cərəyanları, iqlimləri, onların ətraf materiklərin iqliminə təsiri, təbii qurşaqları, təbii sərvətləri. Okeanların ekoloji problemləri. AZƏRBAYCAN RESPUBLİKASININ FİZİKİ COĞRAFİYASI Coğrafi mövqeyi. Sahəsi, sərhədləri, sahil xətləri. Relyefi, geoloji quruluşu və faydalı qazıntıları. Relyefin əsas xüsusiyyətləri: dağ sistemləri və düzənlikləri (Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı, Qarabağ vulkan yaylası, Arazyanı düzənlik və silsilələr). Əsas relyef formaları, relyefin təsərrüfat əhəmiyyəti. Respublika ərazisinin geoloji quruluşu, tektonik zonaları. Sönmüş vulkanlar. Seysmik sahələri. Palçıq vulkanları. Faydalı qazıntıların yerləşmə xüsusiyyətləri. Ən mühüm neft və təbii qaz yataqları. Mineral və termal suları. İqlimi. İqlimin formalaşmasına təsir edən amillər. Günəş radiasiyası və havanın temperaturunun ərazi üzrə paylanması. Respublika ərazisinə daxil olan əsas hava kütlələri. Küləklər. Yağıntıların paylanma xüsusiyyətləri. İqlim tipləri. Aqroiqlim ehtiyatları. Daxili suları. Çaylar və onların ərazi üzrə paylanması. Başlıca çayları (Kür, Araz, Samur, Qanıx, Tərtər, Həkəri, Türyançay). Çayların qidalanması və su rejimi. Sel hadisələri və onların coğrafi yayılması. Selli çayları. Gölləri (Hacıqabul, Acınohur, Sarısu, Göy göl, Maralgöl, Böyük Alagöl, Batabat). Onların göl çökəkliklərinin mənşəyinə və digər əlamətlərinə görə qruplaşdırılması. Yeraltı suları və dağ buzlaqları. Mühüm su anbarları və suvarma kanalları (Mingəçevir, Şəmkir, Yenikənd, Xanbulançay, Araz, Sərsəng, Ceyranbatan su anbarları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalları). Xəzər dənizi. Sahəsi, coğrafi mövqeyi, adaları, yarımadaları, körfəzləri. Xəzərin şimal, mərkəz, cənub hissələri və onların xüsusiyyətləri. Xəzərin səviyyə tərəddüdü problemləri. Xəzər dənizinin Azərbaycanın iqliminə təsiri. Dənizin təbii şəraiti duzluluq, temperatur, qidalanma, dalğalanma. Xəzərin üzvi aləmi. Təbii sərvətləri: neft və təbii qaz ehtiyatları. Onlardan istifadənin müasir vəziyyəti. Xəzər dənizinin problemləri. Torpaq örtüyü. Torpaq tipləri, onların coğrafi yayılma qanunauyğunluqları, torpaq eroziyası, şoranlaşma və onlara qarşı mübarizə tədbirləri. Kollektor-drenaj şəbəkəsi. Bitki örtüyü. Hündürlüyə görə bitki örtüyünün dəyişməsi. Meşələr, onların ərazidə yayılması. Azərbaycanın endemik və relikt bitkiləri. Heyvanlar aləmi. Onların nadir nümunələri. Heyvanlar aləminin coğrafi yayılma xüsusiyyətləri. Landşaftları. Landşaft anlayışı. Onların təsnifatı, üfüqi və şaquli yayılma xüsusiyyətləri. Dağ(azonal) və düzən (zonal) landşaftları. İntrazonal və inversiya landşaftları. Müasir landşaftların formalaşması. Antropogen landşaftlar. Səhralaşma problemi. Azərbaycanın ekoloji problemləri. Torpaq, bitki örtüyünün ə v heyvanlar alə minin mühafiz əsi. Qoruqlar, Milli parklar və Yasaqlıqlar. Onların yerləşmə xüsusiyyətləri. Fiziki-coğrafi rayonlaşdırma. Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz, Naxçıvan (Orta Araz), Lənkəran təbii vilayətləri (relyefi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, fiziki-coğrafi rayonları). 28

Qəbul proqramı TƏLƏBƏ QƏBULU 2010 AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI Respublikanın siyasi, iqtisadi-coğrafi mövqeyi, inzibati-ərazi bölgüsü. Ölkənin inzibati-ərazi bölgüsündə son illər baş vermiş dəyişikliklər. Təbii şəraitin və təbii ehtiyatların iqtisadi-coğrafi qiymətləndirilməsi. Əhalisi. Sayı, yerləşməsi, sıxlığı, təbii artımı, milli, yaş və cins tərkibi, mexaniki hərəkəti (miqrasiyası). Son dövrdə baş verən dəyişikliklər. Qaçqınlar problemi. Şəhər və kənd əhalisi. Respublika tabeliyində olan şəhərlər. Regional mərkəzlər. Bakı aqlomerasiyası. Əmək ehtiyatları və onlardan səmərəli istifadənin başlıca istiqamətləri. Təsərrüfatı. Strukturu və onda baş verən dəyişikliklər. Sənaye sahələri və yerləşmə xüsusiyyətləri. Sənaye qovşaqları. Ərazi-istehsal kompleksləri. Yanacaq-energetika kompleksi. Tərkibi və əhəmiyyəti. Neft-qaz sənayesi, mühüm neft-qaz hasilatı və emalı rayonları. İnkişaf perspektivləri. "Əsrin müqaviləsi". Beynəlxalq Neft konsorsiumu. İlkin neft hasilatı. Mühüm neft və qaz kəmərləri. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri. Elektroenergetika. Elektrik stansiyaları, onların növləri və yerl əşdirilmə xüsusiyy ətləri. Modul elektrik stansiyaları. Əsas elektroenergetika mərkəzləri və inkişaf perspektivləri. Maşınqayırma kompleksi. Tərkibi. İxtisaslaşma sahələri. Ən mühüm maşınqayırma müəssisələri və mərkəzləri. Kompleksd əbaş verən struktur dəyişiklikləri. Metallurgiya. Dağ-mədən sənayesi. Qara və əlvan metallurgiya. Əsas müəssisələri və mərkəzləri. Kimya sənayesinin xammal ehtiyatları, başlıca sahələri və mərkəzləri. Əsas məhsulları. Meşə sənayesi. Xammal mənbələri. Mebel istehsalı. Tikinti materialları sənayesi. Xalq istehlakı malları istehsalı. Yüngül sənaye. Xidmət sahələri zonaları. Sanatoriya, turizm və istirahət zonaları. kurort, Aqrar-sənaye kompleksi. Əhəmiyyəti, tərkibi, strukturunda gedən dəyişikliklər. Əkinçilik əsas ixtisaslaşma sahələri və yerləşməsi. Suvarma və dəmyə əkinçiliyi, onun coğrafiyası. Heyvandarlığın əsas sahələri. Yay və qış otlaqları. Yeyinti sənayesi. Nəqliyyatı. Nəqliyyatın növləri. Ən mühüm dəmir və şose yolları. Hava və dəniz nəqliyyatı. Boru-kəmər nəqliyyatı. Əsas ixrac neft ə v qaz kəmərləri. Nəqliyyatın inkişaf perspektivləri: Avrasiya (TRASEKA, Transqafqaz) nəqliyyat dəhlizi, qədim "İpək yolu"nun bərpası. Bakı-Tbilisi-Qars dəmir yolu. Əsas nəqliyyat qovşaqları. Respublikanın təsərrüfatı ilə bağlı olan ekoloji problemlər. Xarici iqtisadi əlaqələr. Azərbaycanın beynəlxalq və regional təşkilatlarda iştirakı. Ermənistanın respublikamıza təcavüzünün yaratdığı siyasi və iqtisadi-coğrafi problemlər. İqtisadi-coğrafi rayonları. Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Naxçıvan və Lənkəran-Astara iqtisadi-coğrafi rayonları (sahəsi, tərkibi, əhalisi, təbii şəraiti və ehtiyatları, təsərrüfatı, ixtisaslaşma sahələri). DÜNYANIN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI İqtisadi və sosial coğrafiyanın predmeti və vəzifələri. Dünyanın müasir siyasi xəritəsi, onda baş verən dəyişikliklər. Dövlətlərin ərazisinin böyüklüyünə, əhalisinin sayına, iqtisadi-coğrafi mövqeyinə, dövlət idarəetmə formasına, inzibati-ərazi quruluşuna görə qruplaşdırılması. Beynəlxalq təşkilatlar, iqtisadi və siyasi birliklər. Təbii ehtiyatlar, onların təsnifatı. Mineral, torpaq, meşə, aqroiqlim, şirin su, rekreasiya ehtiyatları. Dünya okeanının sərvətləri. Əsas təbii ehtiyat növlərinin yayıldığı regionlar və ölkələr. Dünya ölkələrinin təbii ehtiyatlarla təmin olunma səviyyəsi. Təbii ehtiyatlardan istifadə yolları. Faydalı qazıntıların tükənməsi problemi. Təbii şəraitə və təbii ehtiyatlara antropogen təsirin nəticələri. Ekoloji siyasət anlayışı. Dünya əhalisi. Sayı, təbii artımı və onun iki (aşağı və yüksək) tipi. Demoqrafik partlayış, böhran və demoqrafik siyasət anlayışları. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə demoqrafik siyasətin fərqli cəhətləri. Əhali miqrasiyasının formaları, səbəbləri və müasir xüsusiyyətləri. Əhalinin irqi, yaş, cins və milli tərkibi. Ən böyük xalqlar, dil ailələri və qrupları. Dünya dinləri və milli dinlər, onların yayıldığı başlıca regionlar. Əmək ehtiyatları, iqtisadi cəhətdən fəal əhali. Əhalinin məşğulluğu. Dünyada əhalinin yerləşmə xüsusiyy ətləri. Əhalinin sıxlığı. Məskunlaşma formaları: şəhər, kənd. Şəhər və kənd əhalisi. Urbanizasiya. Suburbanizasiya və Yalançı urbanizasiya. Şəhər aqlomerasiyası. Meqalopolislər. Dünya təsərrüfatı anlayışı. Dünya təsərrüfatının yaranması, inkişaf mərhələləri, strukturu və yerləşmə xüsusiyyətləri.beynəlxalq əmək bölgüsü, ixtisaslaşma. Beynəlxalq iqtisadi inteqrasiya, onun sahəvi və regional formaları. Elmi-texniki inqilab. Onun əsas xüsusiyyətləri 29

və tərkib hissələri. Elmi-texniki inqilabın dünya təsərrüfatına təsiri. Maddi və qeyri-maddi istehsal sahələri. Təsərrüfatın təşkili formaları: təmərküzləşmə, kooperasiya, kombinələşmə və ixtisaslaşma. Dünya sənayesinin coğrafiyası. Sənaye sahələri, yerləşmə xüsusiyyətləri və prinsipləri. Yanacaq-energetika sənayesi. Şərti yanacaq vahidi. Qeyri-ənənəvi enerji mənbələri və onlardan istifadə. Yanacaq - energetika balansı. Qara və əlvan metallurgiya. Maşınqayırma və əsas sahələri. Kimya sənayesi və onun əsas sahələri. Meşə sənayesi və onun yerləşməsi. Yüngül sənaye, onun əsas sahələri, yerləşməsində baş verən dəyişikliklər. Yeyinti sənayesi. Dünyanın kənd təsərrüfatı. Onun intensiv və ekstensiv inkişaf yolları. Yaşıl inqilab. Bitkiçiliyin və heyvandarlığın coğrafiyası. Dünya nəqliyyatı: növləri, inkişafına təsir göstərən amillər. Ən mühüm nəqliyyat magistralları, yüklərin tərkibi və əsas daşınma istiqamətləri. Dünya okeanın beynəlxalq yükdaşımalarda rolu. Beynəlxalq iqtisadi əlaqələr və onların formaları. Ticarət balansı, Azad iqtisadi zona anlayışları. Kapital ixrac edən əsas ölkələr. Regional coğrafiya. Sosial-iqtisadi inkişaf səviyyələrinə görə dünya ölkələrinin qruplaşdırılması. İnkişaf etmiş ölkələr. İnkişaf etməkdə olan ölkələr. Şimali Amerika (ABŞ), Qərbi (Şimali, Orta, Cənubi) və Şərqi Avropa. Rusiya Federasiyası və Ukrayna. Şərqi (Yaponiya, Çin), Cənub-Şərqi, Cənubi (Hindistan), Mərkəzi, Cənub- Qərbi Asiya ölkələri; Afrika, Latın Amerikası ölkələri (Braziliya), Avstraliya İttifaqı. Türk dünyasının coğrafiyası. Türk dünyası anlayışı. Türk xalqlarının yaşadığı ərazilər. Türk dilləri yarımqrupları, sitayiş etdikləri dinlər. Türk dövlətləri və qurumları. Türk dünyası ölkələrinin təbii şəraiti və ehtiyatları. Əhalisi, təsərrüfatı, ekoloji probleml əri. Müstəqil türk dövlətləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanın iqtisadi-coğrafi səciyyəsi, Şimali Kipr Türk Respublikası, Cənubi Azərbaycan, Sintzyan-Uyğur Muxtar rayonu, Rusiya Federasiyasının tərkibindəki türk qurumları. Bəşəriyyətin qlobal problemləri: sülh və tərk-silah, ekoloji, demoqrafik, ərzaq, xammal və enerji problemləri. Coğrafi proqnozlar. Dünya okeanından və kosmosdan istifadə. İqtisadi və sosial coğrafiyaya aid hesablamalar və çalışmalar. ƏDƏBİYYAT SİYAHISI 1. E.K.Əlizadə, N.S.Seyfullayeva, M.H.Mirzəyev. Ümumi fiziki coğrafiya. VI sinif. Bakı, 2005-2007 2. O.K.Alxasov, D.M.Ələsgərov, R.İ.Məmmədov, Ş.M.Pənahov. Materiklər və okeanlar coğrafiyası VII sinif. Bakı, 2005-2008. 3. B.Ə.Budaqov, Y.Ə.Qəribli. Azərbaycan Respublikasının fiziki coğrafiyası. VIII sinif. Bakı, 2005-2007. 4. Ş.Y.Göyçaylı, N.H.Əyyubov, N.N.Allahverdiyev, Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. VIII sinif. Bakı, 2005-2007. 5. M.A.Müseyibov, E.K.Əlizadə, N.S. Seyfullayeva (Yerşünaslıq), X sinif. Bakı, 2005-2007. 6. T.P.Gərayzadə. (Dünyanın iqtisadi və sosial coğrafiyası). Bakı, 2005-2007. 7. M.A.Müseyibov, N.N.Allahverdiyev, N.H.Əyyubov. Dünya ölkələrinin iqtisadi-coğrafi qruplaşdırılmasının bəzi problemləri haqqında. Abituriyent in xüsusi buraxılışı. 2002. 8. M.A.Müseyibov, V.Ə.Əfəndiyev, N.S.Seyfullayeva. Türk dünyasının coğrafiyası. XI sinif. Bakı, 2006-2007. 9.. Abituriyentlər və yuxarı sinif şagirdləri üçün vəsait. Bakı, TQDK, 2006-2009. 10.. VI-XI siniflər üçün test tapşırığı topluları. Abituriyent jurnalının xüsusi buraxılışları. Bakı, 2006-2009. 11. VI, VII, VIII, IX siniflər üçün tədris atlasları. fənnindən qəbul imtahanı proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi orta ümumtəhsil məktəblərinin fənn proqramları və yeni dərsliklər əsasında tərtib edilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının coğrafiya fənni üzrə elmimetodik seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur. Seminarın rəhbəri coğrafiya elmləri doktoru, professor M.A.Müseyibov. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi proqramın tərtibində və təkmilləşdirilməsində zəhməti olan seminar iştirakçılarına dərin minnətdarlığını bildirir. 30