Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Benzer belgeler
Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Marketinq. Mehdiyev Əkbər

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

www. hedef. edu. az 2 ÜQT 2

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Mirzə Ələkbər Sabirin həyatı

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Ġntellektual-Elektron Kitabxananın təqdimatında

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

BÖYÜK DƏCCAL Amerika

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

HƏDƏF KURSLARI. 2 MQT 3

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

2014-cü ilin üçüncü rübünün nəticələri

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

FOLKLORŞÜNASLIĞA GİRİŞ

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

AZƏRBAYCAN DRAMATURGİYASI DÜŞƏNBƏ SƏHNƏSİNDƏ

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Türk dünyasının böyük söz ustadı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

11-ci sinif Azərbaycan dili və ədəbiyyat. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Musa Cəlilin anadan olmasının 110 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Dövrünə güzgü tutan Əli Nəzmi

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Qəlbi Turan olan insan Azər Turan

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

NƏRİMAN HƏSƏNZADƏNİN POETİK AXTARIŞLARI

F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bəşər tarixinin möhtəşəm siması Corc Bayron

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi Müəlliflər: Nizami Cəfərov İsa Həbibbəyli Nurlana Əliyeva Afət Bakıxanova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 1. Məzmunun işlənməsi baxımından Respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramına uyğun hazırlanmış dərslik 176 səhifədən, proqram və mündəricatdan ibarətdir. Dərslik Azərbaycanın yeni dövr ədəbiyyatının III və ən yeni dövr ədəbiyyatının I, II mərhələlərini əhatə edir. Giriş də (səh.3-5) bədii ədəbiyyatın mahiyyəti, Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf mərhələləri, milli intibah ənənələri, azərbaycançılıq məfkurəsinin formalaşması, ədəbiyyatda Şərq və Qərb ənənələri barədə müfəssəl məlumat verilmiş və ən nəhayət müasir Azərbaycan ədəbiyyatı öz müstəqilliyi, milli mütəşəkilliyi uğrunda mübarizə aparan, dünya birliyində layiqli yerini tutmağa çalışan bir xalqın ədəbiyyatı kimi xarakterizə edilmişdir. Dərsliyin Yeni dövr Azərbaycan ədəbiyyatı III mərhələ adlanan birinci bölməsinə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı adlı icmal (səh.6-15), Cəlil Məmmədquluzadə (səh.16-28) və Mirzə Ələkbər Sabir (səh.29-42) oçerkləri daxil edilmişdir. İcmalda XX əsrin əvvəllərindəki Azərbaycan ədəbi-mədəni mühiti barədə məlumat verilmiş, Azərbaycan mətbuatındakı yüksəliş, ədəbi cərəyanlar, Molla Nəsrəddin ədəbi məktəbi və Füyuzat ədəbi məktəbi, onların nümayəndələri məsələsinə, XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatşünaslığı və Azərbaycan mühacirət ədəbiyyatı problemlərinə toxunulmuşdur. Cəlil Məmmədquluzadə oçerkində ədibin həyat yolu işıqlandırılmış (səh.16-19), yaradıcılığından bəhs olunarkən qeyd olunmuşdur ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, vətəndaş milli yazıçı, kiçik hekayənin böyük ustadı kimi daxil olmuşdur (səh.19). Daha sonra C.Məmmədquluzadənin nəsr əsərləri ( Danabaş kəndinin əhvalatları povesti, Poçt qutusu, Usta Zeynal, Saqqallı uşaq, Quzu, Proletar şairi, Şərq fakültəsi və s.), dramaturgiyası ( Çay dəstgahı, Ölülər, Kamança, Danabaş kəndinin məktəbi, Dəli yığıncağı və s.), publisistikası 3

( Azərbaycan, Sizi deyib gəlmişəm, Təzə partilər, Azadeyi-vicdan, Cümhuriyyət və s.) elmi cəhətdən mübahisə doğurmayan şəkildə təhlil və təqdim olunur. Ayrıca bir mövzu kimi təqdim olunan Anamın kitabı tragikomediyasının təhlilində belə bir qənaətə gəlinir ki, Anamın kitabı əsəri böyük tərbiyəvi əhəmiyyətə malik olan milli-mənəvi özünüdərk, Vətənçilik, birlik və müstəqillik dərsliyi,... milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir (səh.28). Mirzə Ələkbər Sabir oçerki də (səh.29-42) yüksək elmi-filoloji səviyyəsi, anlaşıqlı dili, məsələnin metodik cəhətdən düzgün şərh olunması baxımından diqqəti cəlb edir. M.Ə.Sabirin həyat və yaradıcılıq yolu, obrazları, ideyalar aləmi, söz sənətinə gətirdiyi yeniliklər və s. dolğun məlumatların verildiyi bu oçerkdə M.Ə.Sabir irsindən seçilmiş nümunələr və onların təhlili ədibin sanki parlaq obrazını yaradır, böyük mütəfəkkiri şagirdlərə tanıda bildiyi kimi, həm də sevdirə bilir. Dərsliyin Ən yeni dövr Azərbaycan ədəbiyyatı I mərhələ adlanan ikinci bölməsinə XX əsrin 10-cu illərinin sonlarından 50-ci illərə qədər Azərbaycan ədəbiyyatı adlı icmal (səh.43-52), Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Mir Cəlal oçerkləri daxil edilmişdir. Təxminən qırx illik ədəbiyyatın və ədəbiyyatşünaslığın ümumi mənzərəsini verilən icmalda ədəbiyyatın inkişaf təmayülləri, Azərbaycan Xalq Cümhuriyyəti illərindəki ədəbi hərəkat və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra bədii ədəbiyyatda baş verən köklü dəyişiliklər, əsasən, doğru işıqlandırılır. Poeziya, nəsr, daramaturgiya və ədəbiyyatşünaslıq barədə verilən materiallar qənaətbəxşdir. Hüseyn Cavid oçerki (səh.53-65) orta məktəb şagirdlərinin anlaya bildiyi dildə qələmə alınmışdır və bu oçerkdəki məlumat və təhlilləri öyrənən hər bir şagird H.Cavid ilə yanaşı, milli Azərbaycan romantizmi barədə də bu və ya digər bilgilər əldə edə bilər. Şəhriyardan bəhs edilərkən (səh.94-106) Azərbaycan və Türkün səsi şeirlərinin verilməsi təqdirəlayiqdir. Dərsliyin Ən yeni dövr Azərbaycan ədəbiyyatı II mərhələ adlanan üçüncü bölməsinə XX əsrin ortalarından bu günə qədərki Azərbaycan ədəbiyyatı adlı icmal (səh.118-126), Rəsul Rza (səh.127-136), Mirzə İbrahimov (səh.136-145), İlyas Əfəndiyev (146-152), İsmayıl Şıxlı (153-161) və Bəxtiyar Vahabzadə (səh.162-172) oçerkləri daxil edilmişdir. 4

XX əsrin əvvəllərinin ədəbiyyatımızın çoxəsrlik inkişafının xüsusi bir mərhələsinə çevrilməsi, xalq həyatının əks-sədası kimi çıxışı, milli məzmun kəsb etməsinin dərslikdə xüsusi vurğulanması diqqəti çəkən cəhətlərdəndir. Bütün bunlarla yanaşı, dərslikdə təkmilləşdirməyə ehtiyac duyulan aşağıdakı məsələlər vardır: Oçerklərdə tərcümeyi-hal xarakterli məlumatların və faktların çoxluğu narahatlıq doğurur. Belə faktları mümkün qədər azaltmaq və bədii əsərlərin təhlili ilə bağlı materialları genişləndirmək, icmalda adı çəkilən, haqqında dörd-beş, bəzən də iki-üç cümlə məlumat verilən daha sanballı yazıçılar haqqında oçerklər vermək məqsədəuyğun olar. Səhifə 17. Cəlil Məmmədquluzadə ilə bağlı məlumatda ixtisarlar aparılması məqsədəuyğundur. Səhifə 32. M.Ə.Sabirin Var rədifli qəzəlindən dərslikdə aşağıdakı üç beyt verilmişdir: Səri hər muyidə min aşiqi-nalanın var, Məgər, ey şux, bir cismdə min canın var?...hər mərəz çarəsini eyləmək asandı, təbib, Mərəzi-eşqə nə tədbir, nə fərmanın var? Sabira, qərq edər axır səni bu seyli-bəla, Olma qafil belə kim, dideyi-giryanın var. Hophopnamə nin 1960-cı il nəşrində birinci beytdəki Səri hər muyidə sözləri Hər səri-muyidə kimi, ikinci beytdəki nə fərmanın var? sözləri isə nə dərmanın var? kimi getmişdir (səh.336). Səhifə 33. M.Ə.Sabirin Molla Nəsrəddin jurnalının 32-ci nömrəsində (26 avqust 1907-ci il) imzasız çap olunmuş Hərçənd əsirani-qüyudati-zamanız misrası ilə başlanan və demək olar ki, hər bəndin sonunda (7 bənddə) nəqarət kimi Öz qövmümüzün başına əngəlkələfiz biz! misrası verilən 10 bəndlik müsəddəsi ədibin lirik şeiri kimi Fəxriyyə adı ilə təhlil olunmuşdur. Səhifə 37. M.Ə.Sabir oçerkində yazılır: M.Ə.Sabir Azərbaycan ədəbiyyatında süjetli satirik şeirin ilk yaradıcısıdır. Q.Zakirin və S.Ə.Şirvaninin satirik mənzum hekayələrini və onların da süjetə malik olduğu nəzərə alınsa, onda həmin cümlənin M.Ə.Sabir Azərbaycan ədəbiyyatında dialoq üzərində qurulan süjetli satirik şeirin ilk yaradıcısıdır kimi verilməsi daha düzgün olar. 5

Səhifə 48. S.Rüstəmdən bəhs edərkən onu yalnız kommunist ideologiyasının tərənnümçüsü olaraq məşhur olması kimi tünd rəngləri yumşaltmaq, onun Azərbaycan poeziyasında Cənub həsrətini, dərdini mövzulardan birinə çevirdiyini vurğulamaq lazımdır. Səhifə 53. Bir ahi-məzlumanə şeir, səhifə 58-də isə poema adlandırılır. Səhifə 56. Qeyd olunur ki, H.Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Əruz vəznli şeirlərinə aid nümunələr verilsə də, heca vəznli əsərlərinə aid heç bir nümunə verilmir. Səhifə 62. Qeyd olunur ki, Uçurum faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatır. H.Cavid haqqında tədqiqatlarda və H.Cavidin əsrlərinin çap olunduğu dörd cildliyin ikinci cildində qeyd olunur ki, Uçurum faciəsi 1917-ci ildə yazılmışdır (Hüseyn Cavid. Əsərləri, ikinci cild, Bakı, Yazıçı, 1882, səh.385). Səhifə 64. İblis faciəsi mükəmməl olduğu qədər də, mürəkkəb kompozisiyalı fəlsəfi səciyyə daşıyan bir əsər olduğundan şagirdlər onu mənimsəməkdə bir qədər çətinlik çəkirlər. Əsərin təhlilinə dərslikdə çox az yer ayrılmışdır. Təhlili bir qədər genişləndirməyə, əsas surətlərin səciyyəsini bir qədər aydınlatmağa ehtiyac vardır. Səhifə 70. Müəllifin yaradıcılığından orta məktəb üçün yerində olmayan bir bəndlik nümunə daha uyğun bir şeirlə əvəzlənsə, daha faydalı olardı. Səhifə 77. C.Cabbarlının Oqtay Eloğlu pyesində Firəngiz obrazının təhlilində belə bir cümlə verilib: Oqtay sürgündə olduğu illərdə o, təzədən taleyini səhnəyə bağlamaq qərarına gəlir. Bu, Oqtay sürgündən qayıtdıqdan sonra baş verir. Səhifə 150. İ.Əfəndiyevin Şeyx Xiyabani əsəri haqqında məlumatda əsərin ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəri olduğu qeyd olunur. Növbəti səhifədə isə göstərilir ki, Xurşidbanu Natəvan dramında da xalqımızın taleyi və birliyi problemi diqqət mərkəzində durur. Yazılma tarixi nəzərə alınarsa, Xurşidbanu Natəvan dramı 1980-ci ildə, Şeyx Xiyabani dramı isə 1986-cı ildə yazılmışdır (səh.150). Dərslikdə bir neçə yerdə ( Səməd Vurğun, səh.81; Rəsul Rza, səh.130; Mirzə İbrahimov, səh.138, 142.) işlənən Böyük Vətən müharibəsi ifadəsinin II Dünya müharibəsi kimi işlədilməsi məqsədəuyğundur. 6

2. Dil və yazı üslubu baxımından Dərslik dil və üslub baxımından ənənəvi dərsliklərə verilən tələblərə əsasən, uyğundur. Bununla yanaşı, şagirdlərin yaş və bilik səviyyəsi, qavrama xüsusiyyətləri nəzərə alınaraq, müəyyən sadələşdirmələr aparmağa ehtiyac vardır. Çünki, bir sıra materialların dili, təqdimi akademizmin təsiri ilə onun şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirir. Üslub və qrammatik baxımdan bəzi qüsur və çatışmazlıqlar vardır: Səhifə 7. vətənində deyil, (Vətənində) olmalıdır. Səhifə 13. vətən deyil, (Vətən) olmalıdır. Səhifə 16. aktyоr sifətilə (qismində) səhnəyə çıxmışdır. Səhifə 17. müasirləri arasında yеni tipli bir yazıçı ( yеni tipli yazıçı ifadəsi düzgün dеyil. Mirzə Cəlil burada nоvatоr yazıçı, yaxud yеni üslublu yazıçı kimi təqdim еdilsə, daha münasib оlar) kimi də tanınmağa başlamışdır. Səhifə 22. C.Məmmədquluzadənin bütün fikirləri (fikir) və düşüncələrini ümumiləşmiş şəkildə mənalandırır. Səhifə 23. eybəcərlikləri mənalandırmağa imkan açır (imkan verir, ya da imkan yaradır). Səhifə 32. Bütövlükdə isə M.Ə.Sabirin yaradıcılığı çоxcəhətlidir (çоxşaxəlidir). Səhifə 32. Klassik pоеziyada gеniş yayılmış FƏXRİYYƏ (bu sözün niyə böyük hərflərlə verilməsi anlaşılmır) janrını Səhifə 43. yaradıcılıq axımında (axınında) birləşdiyini görürük. Səhifə 44. XX əsrin əvvəllərində (əvvəllərindən) başlansa da Səhifə 49. hətta еpоpеyalar mеydana çıxır (mеydana gəlir, yaxud da yaranır). Səhifə 51. Mеyl (mеyil) etsə də. Səhifə 53. dünyagörüşünün inkişafında İstanbul Univеrsitеtində 1906-1909-cu illərdə keçən tələbəlik illəri ( illəri sözü təkrarlandığından tələbəlik dövrü yazılsa, daha münasib оlar) mühüm mərhələ təşkil еdir. Səhifə 54. Оrta Asiya teatrlarında böyük uğurla səhnəyə çıxarılması ( səhnəyə qoyulması daha düzgündür, həmçinin cümlənin sonunda çıxarılması sözü bir də təkrarlanır) Səhifə 62. həmin dairənin (cəmiyyətin) faciəsi kimi. Səhifə 62. əslində isə dramaturqun məqsədi Tоpal Tеymur əsərində tiranlığı tənqid etməkdən, Pеyğəmbər də isə insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edirdi (yüksələ bilməsindən ibarət idi). 7

Səhifə 66. Balaca Cəfərin ailəsi şəhərin yuxarı hissəsində, о zaman Dağlı məhəlləsi adlanan hissədə (ərazidə) yaşayırdı. Səhifə 67. və burada da rus dilində təhsilini davam etdirmişdir.(fikirdə əsas vurğu rus dili sözünün üzərinə düşdüyündən cümlə belə yazılsa, daha münasib olar: və burada da təhsilini rus dilində davam etdirmişdir.) Səhifə 73. Tarixi süjetin ( tarixi sözü cümlədə təkrarlandığından əvvəldə verilməsinə lüzum yoxdur. Süjetin yazılarsa, daha düzgün olar) qayəsi xalqımızın xarici işğalçılara və müstəmləkəçilərə qarşı mübarizədə tarixini (tarixi mübarizəsini) bədii formada göstərmək idi. Səhifə 77. О, səhnəyə can atan ilk qaranquşdur, (.) lakin (Lakin) Firəngizin qardaşı Aslan bəy bacısını öz həyat ( həyat sözü artıqdır) planlarına qurban vеrir. Yenə həmin səhifədə aktrisalıq sadəcə bir peşə deyildi, (dеyil,) müasir mədəniyyətin rəmzidir, Səhifə 81. Məzarı Fəxri xiyabandadır (Fəxri Xiyabandadır.). Səhifə 85. uzaqgörənliklə faşizmin öz yurdlarında (öz bеşiyində) məğlub еdiləcəyini (boğulacağını) bildirdi. Səhifə 87. xaraktеrinə, müqayisəyə gəlmə (müqayisəyəgəlməz) sədaqətinə və Səhifə 89. ən böyük və dəhşətli katastrоflardan (faciələrdən, yaxud da fəlakətlərdən) biri idi. Səhifə 95. Şəhriyarın dünyagörüşünün inkişafı üçün (inkişafına) ciddi təsir оyatmışdır: (ciddi təsir еtmişdir:) Səhifə 96. о, nəzərəçarpacaq ciddi uğurlar ( nəzərəçarpacaq və ciddi sözlərindən hansısa biri çıxarılsa, daha düzgün оlar) qazanmışdır. Səhifə 99. Türk dili şеiri indiyədək ana dilimiz haqqında yazılmış şеirlərin ən mənalısı və kəsərlisidir: (Hansısa əsər haqqında belə qəti hökm çıxarmaq düzgün deyil) Səhifə 100. hər iki Azərbaycanın iftixar (fəxr) еdə biləcəyi Bakının Səhifə 103. Şəhriyarın (Şəhriyar) Hеydərbabaya salam pоеmasını kəlamlara cavab оlaraq yazmışdır. Səhifə 108. Mir Cəlalın bədii əsərləri yalnız Azərbaycan dilində dеyil, ( yalnız Azərbaycan dilində dеyil sözü artıqdır) rus, fransız və türk dillərində də Səhifə 109. Azərbaycan ədəbiyyatının qiymətli nümunələri sayılmağa layiqdir (qiymətli nümunələridir). 8

Səhifə 114. XX əsr Azərbaycan ədəbiyyatı dərsliyindən indi də ali məktəblərdə istifadə оlunur (Bu cümlə mətndə təkrar vеrilib). Səhifə 116. Yazıçı onların simasında zalımlığa nifrət duyğuları aşılamaq məqsədi izləyir (güdür.). Səhifə 120. Ərdəbil şəhərinə köçürüldükdən (köçdükdən) sоnra Səhifə 121. bilavasitə həyatdan dоğulduğu (gəldiyi) üçün оlduqca təbii Yenə həmin səhifədə üsyankar səsi yalnız оdlu (alоvlu) şеirlərindən dеyil. Səhifə 127. maraqlansa da, ardıcıl (tam) təhsil almamış, daxil оlduğu təhsil оcaqlarını yarımçıq tərk еtmişdir Səhifə 131. еybəcər praktikaya (hallara) qarşı amansızdır. Səhifə 137. milli məsələ ilə bağlı talе yüklü (taleyüklü) prоblеmlər Yenə həmin səhifədə gеniş miqyaslı (Gеnişmiqyaslı) ictimai-siyasi fəaliyyətinə görə M.İbrahimоv Bеynəlxalq Nеhru mükafatını da almışdı (mükafatına layiq görülmüşdü). Səhifə 143. Məmmədquluzadənin çоxcəhətli (çоxşaxəli) fəaliyyətinə Səhifə 147. və Fəxri xiyabanda (Xiyabanda) (Ümumiyyətlə, dərslik boyu Vətən, Xalq yazıçısı, Fəxri Xiyaban, Əməkdar elm xadimi kimi sözlər müxtəlif cür-gah böyük, gah da kiçik hərflərlə verilir.) dəfn olunmuşdur. Səhifə 148. böyük sənət aləminə (aləmində) addımlamaq üçün imkanlar tapır (imkan qazanır). Səhifə 149. yaxşı xüsusiyyətlərini özündə əks еtdirdi (еtdirirdi). Səhifə 152. Qızıl gül (Qızılgül) olmayaydı. Səhifə 171. qürurla san ki (sanki) yaşamaq istəmr (istəmir). 3. Dizayn və bədii tərtibat baxımından Dərsliyin bədii tərtibatı və dizaynı ənənəvi dərsliklərə uyğun olaraq qənaətbəxş olsa da, dərsliyin üz qabığının dərsliyin məzmunu ilə əlaqələndirilməsi tövsiyə edilir. Sual və tapşırıqlar fərqləndirilmiş şəkildə verilmişdir. Səhifələrdə seçim məqsədilə bölmələrin sayına uyğun olaraq 3 rəngdən istifadə edilmişdir. Lakin dərslikdə illüstrativ materiallardan, cədvəllərdən, rəsmlərdən istifadə olunmamışdır. Belə cədvəl və sxemlərin, rəsmlərin verilməsi əyanilik baxımından məqsədəuyğundur. 9

edilir. Mövzuların daxilində təqdim olunan əsərlərin adlarının kursivlə verilməsi təklif 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Dərsliyə mövzularla bağlı sual və tapşırıqların daxil edilməsi müsbət haldır. Lakin bu sual və tapşırıqların məzmun və ideya yükünə diqqət daha da artırılmalı, internet əsrində yaşayan gəncin duyum, düşüncə, anlam səviyyəsinə tam uyğunlaşdırılmalıdır. Sovet dövründən qalma ənənəvi sual-cavab bugünkü şagirdə yeni heç nə vermir. Bu sual və tapşırıqların yeni formalarla, yeni çalarlarla təqdim edilməsi təklif edilir. Məsələn, M.Cəlil, M.Ə.Sabir, eləcədə digər sənətkarlara həsr edilmiş yazıların sonunda verilən Monoloqu əzbərləyin, Şeiri əzbərləyin, S. Vurğun nə zaman vəfat etmişdir? və s. bu kimi olduqca sadə, hafizəyə əsaslanan sual və tapşırıqların yaradıcı, düşündürücü, mühakimə, şifahi və yazılı təqdimatlarla bağlı sual və tapşırıqlarla əvəz edilməsi məqsədəuyğundur. Nəticə 1. Dərslik qüvvədə olan tədris proqramının tələbləri əsasında yazılmışdır. 2. Mövzular elmi baxımdan əsaslı, sistemli, məzmunca dolğun işlənilmişdir. 3. Tərcümeyi-hal materiallarında artıq məqamlar nəzərə çarpır. 4. Dərslikdə lüğətin verilməsinə ciddi ehtiyac var. Təqdim olunan bəzi şeir parçalarında ərəb-fars sözlərinin izah olunması vacibdir. 5. Bir çox mövzuların izahı zamanı cümlələrin şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olaraq redaktə edilməsinə ehtiyac var. 10