çevrilməklə biz eyni zamanda regionların sosial-iqtisadi inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik. Bİr vətəndaş olaraq

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Marketinq. Mehdiyev Əkbər

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Azərbaycanda turizmin vəziyyəti

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Zeynalova Sevinc III kurs

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Kredit bürosu borcalanlar üçün əla imkanlar

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

2014-cü ilin üçüncü rübünün nəticələri

İsmayıllı Peşə Tədris Mərkəzi. haqqında məlumat. Tarix: 04/10/2017

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

DÜNYA İQTİSADİYYATI. I Mövzu - Giriş: dünya iqtisadiyyatının coğrafiyası və qloballaşma

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Finansist. Təqdimat ALMANİYA VERGİ SİSTEMİ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

MÖVZU 9. TİCARƏT NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI

QLOBALLAŞMA DÖVRÜNDƏ AZƏRBAYCANDA ORTA MƏKTƏB MƏZUNLARININ TƏHSİL VƏ MƏŞGULLUQ PROBLEMLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Urbanizasiya və onun yaratdığı ekoloji problemlər

AZƏRBAYCAN İQTİSADİYYATININ REGİONAL TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

MƏDƏNIYYƏTIN IQTISADI INKIŞAFA TƏSIRI. Mədəniyyətin turizm sektoruna verdiyi töhfə (yaradıcılıq sahələrinin tərkib hissəsi kimi)

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

AZƏRBAYCAN İQTİSADİYYATININ REGİONAL TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

BÖYÜK DƏCCAL Amerika

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azərbaycan Hava Yolları QSC. Milli Aviasiya Akademiyası. Iqtisadiyyat və Hüquq. Kurs işi. Avidaşımaların satışında reklamın.

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

AZƏRBAYCAN YEYİNTİ SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

yeni səhifə İYUN 2013 Vətəndaş və dövlət qurumları münasibətlərində Elektron Hökumət Bülleteni Bülleten 06 / iyun 2013 VAXTA QƏNAƏT ŞƏFFAF ƏLVERİŞLİ

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Transkript:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi Azərbaycan dövlət Mədəniyyət və İncəsənət universiteti Turizm və otelçilik fənni üzrə Sərbəst işi Tələbə:Seyfəlov Ziya Fakultə:Kultralogiya Mövzu: Azərbaycanın bölgələrinin sosial iqtisadi inkişafinda turizmin rolu Qrup:To-101 Kurs:1 Azərbaycanın bölgələrinin sosial iqtisadi inkişafinda turizmin rolu Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada təbiətin demək olar ki, bütün gözəlliklərinə rast gəlinir. Azərbaycanın turistik bölgəyə çevrilməsi üçün burada çox geniş imkanlar var. Turizmin inkişafı iqtisadiyyatımızın güclənməsi, gəlirlərin xeyli artması və ən əsası, regionların sosial-iqtisadi inkişafının əsasını təşkil edə bilər. Məlumdur ki, prezident İlham Əliyev 2011-ci ili Turizm ili elan edib. Müasir dövrümüzdə turizm bölgəsinə çevrilmək təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan ölkəmiz üçün çox vacibdir. Çünki bu gün dünyada gedən proseslər və təhlükəsizlik məsələləri baxımından turizmin inkişafı labüddür. Turizm həm də ölkələri, xalqları bir-birinə yaxınlaşdırırbeynəlxalq münasibətləri gücləndirir, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir. Turizmin həcmini artırmaqla, turistik bölgəyə

çevrilməklə biz eyni zamanda regionların sosial-iqtisadi inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik. Bİr vətəndaş olaraq Azərbaycanın bütün bölgələrində olduğumuzdan şahidi oluruq ki, ölkəmizin əksər rayonlarında xariciləri heyrətə salan təbii gözəlliklər, turistik zonalar var. Məsələn, başlayaq Bakıdan. Xəzər dənizinin sahili boyunca qısa bir müddətdə turistlərin diqqətini cəlb edən mərkəzlər qurmaq olar. Xəzərin qumlu sahillərini görən hər hansı turistin bundan sonra digər ölkədə dəniz sahilinə üz tutacağı inandırıcı deyil. Bakıda turistlərin diqqətini cəlb edəcək məkan təkcə dəniz deyil. Atəşgah, ilk insan məskənlərindən olmuş Qobustan qayalıqları, İçərişəhər, Nargin adası, yeni inşa edilmiş Bayraq Meydanı və sair maraqlı yerlər də turistlərin marağına səbəb olmaya bilməz. Lakin Bakıdan daha çox bölgələrimizə turist cəlb etmək mümkündür. Naxçıvan Muxtar Respublikasından tutmuş Yardımlı, Lənkəran, Masallı, Lerik, Şəki, Zaqatala, Qax, Balakən, Xızı, Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Göygöl, Tovuz, Şəmkir, Daşkəsən və s. rayonlarda turist bazaları yaratmaq üçün ideal imkanlar var. Bu ərazilərdə olduqca səfalı yerlər, meşəliklər, dağ massivləri, saysız-hesabsız təbii bulaqlar, göz oxşayan bitkilər, şəlalələr - bir sözlə, insanın dincələ və diqqət göstərə biləcəyi təbiət nümunələri var. Turizmin inkişafı həm də regionların sosial iqtisadi baxımdan qısa bir müddətdə dirçəlməsi deməkdir. Təsəvvür edin, əgər yuxarıda adları qeyd edilən bölgələrdə iş adamları tərəfindən və ya dövlət himayəçiliyi ilə turistik bazalar yaradılarsa, bu, ilk növbədə on minlərlə iş yerinin açılması, kənd təsərrüfatı mallarının rahat satışı, bölgə əhalisinin sosial rufah halının yaxşılaşması deməkdir. Belə olduqda rayon sakinlərinin iş dalınca Bakıya axışmasının da qarşısı əhəmiyyətli dərəcədə alınar. Allah Azərbaycana neftlə demək olar ki, eyni dərəcədə gəlir gətirə biləcək bir təbiət füsunkarlığı verərkən burada bütün fəsillər əhatə olunub. Yəni söhbət ondan gedir ki, Azərbaycanda turistik zonalar

yaradılarkən yalnız yay fəslində deyil, qışda da turistləri qəbul etmək üçün imkanlar yaradılıb. Məsələn, Qusarda, Yardımlıda, Zaqatalada qış aylarında xariciləri heyran qoyan təbiət mənzərələri, qar-buz meydançalarında xizək sürmək üçün təbii şərait mövcuddur. Onu da qeyd edək ki, prezidentin göstərişi ilə Qusarda Qış Olimpiya Kompleksi inşa olunur. Bu, orada turizmin inkişafı üçün daha əlverişli şərait yaradır. Müxtəlif hesablamalara görə, bir nəfər xarici turistdən gələn gəlir 1 ton xam neftin satışından əldə olunan gəlirdən artıqdır. Belə olduğu halda biz nədən tükənən sərvət olan neftlə bərabər gəlir gətirən və ən əsası tükənməz olan turizm sahəsinin inkişafında ləngiməliyik? İqtisadçılar hesab edir ki, bu sahədə iş adamları üçün hazırda çox münbit bir şərait var. Belə ki, bu proses birbaşa prezidentin nəzarətində və marağında olan məsələdir. Özü də ikiqat maraqla. Söhbət ondan gedir ki, prezident regionların sosial-iqtisadi inkişafı ilə bağlı da sərəncamlar imzalayıb. Hakimiyyət rəsmiləri bəyan edirlər ki, regionların sosial-iqtisadi inkişafı prioritet məsələdir. Eyni zamanda da 2011-ci il Turizm ili elan edilib. Əgər kimsə bölgələrdə iş yerlərinin aşılması, insanların yaşayış səviyyəsinin, gəlirlərinin artması ilə nəticələnəcək turizm zonaları yaratmaq üçün sərmayə qoyarsa, heç şübhəsiz ki, bu birbaşa ölkə rəhbərliyinin nəzarətində olan məsələ olacaq. Yəni kiminsə - hansısa məmur-oliqarxın, inzibati orqanın həmin iş adamına süni əngəllər yaratmaq cəhdləri göstərəcəyi inandırıcı görünmür. Bu baxımdan sahibkarların turistik zonaların yaradılması işinə baş vurması onların qısa bir müddətdə böyük qazanc əldə etməsinə səbəb ola bilər. İqtisadçılar eyni zamanda bu sahəyə sərmayə qoyanların Azərbaycanın xoşbəxt gələcəyinə yatırım qoymaları qənaətindədir. Çünki bu sahə tükənməzdir və neft gəlirlərindən artıq gəlir gətirə bilər. Bu baxımdan həmin şəxslər təkcə bu gün pul qazanmaq, iş yerləri açmaq üçün deyil, xalqımızın,

dövlətimizin gələcəyi üçün də çalışmış olurlar. Eurovision-2012" yarışmasının Bakıda təşkil olunması isə bu prosesi sürətləndirməyi tələb edir. Çünki Azərbaycanı dünyaya turizm bölgə kimi təqdim etmək üçün bu əla bir fürsətdir. Düzdür, hazırda dövlət səviyyəsində bu istiqamətdə işlər görülür. Lakin bu prosesin daha effektiv aparılması üçün prosesə həm də xaricdəki diaspor təşkilatlarımız qoşulmalıdır. Ölkəmizə turist axını bölgələrimizin, ümumiyyətlə, dövlətimizin inkişafına səbəb olmaqla yanaşı, ümummilli problemimiz olan Qarabağ münaqişəsinin həlli, həqiqətlərin dünyaya çatdırılmasında da mühüm rol oynaya bilər. Turizmin hesabına regionların sosial-iqtisadi inkişafı həm də bölgələrin müasir dövrün tələblərinə uyğunlaşmasına səbəb olacaq. Söhbət ondan gedir ki, həmin ərazilərdə sürətli internet hesabına insanların maariflənməsi baş verəcək, müasir dəyərlər aşılanacaq. Ekspertlər hesab edir ki, turizm zonalarının yaradılması ilə yanaşı ölkəyə turistlərin cəlb olunması üçün ölkədə demokratik dəyərlər bərqərar olmalı, söz və ifadə azadlığı təmin olunmalıdır. Bu, turizmin əsas şərtlərindəndir. Bir qayda olaraq beyinlərdə belə təsəvvür formalaşıb ki, yalnız təhlükəsiz, azad ölkələrin qonağı olmaq lazımdır. Bu kifayət qədər əsaslı arqumentdir. Azərbaycanın adının qara siyahı lara düşməməsi üçün maksimum səy göstərilməli, eyni zamanda düşmənlərimizin, erməni lobbisinin Azərbaycana qarşı apardıqları təbliğatın qarşısını almaq üçün diaspor təşkilatlarımız vasitəsilə ölkəmiz dünyaya müsbət imiclə təqdim olunmalıdır. Ölkəmizdə turizm sahəsində müəyyən işlər görülür, amma bunlar sürətlənməli və yüksək səviyyəyə çatmalıdır. Mövcud situasiyadan heç prezident özü də razı qalmayıb. O, bu yaxınlarda Xaçmaz rayonunda olarkən deyib: Mən Xaçmazda olarkən Nabrana getdim, turizm zonası ilə tanış olduq. Əlbəttə ki, müəyyən işlər görülübdür. Amma açıq deməliyəm ki, bunlar dünya

səviyyəsindən hələ çox uzaqdır. Biz əgər istəyiriksə Azərbaycanda güclü turizm mərkəzi yaradılsın, bütün işləri ən yüksək səviyyədə görməliyik... Bəs ekspertlər prosesi sürətləndirmək və tez bir zamanda nəticə əldə etmək üçün nə təklif edirlər? Turizmin inkişafı üçün 3 əsas problem həll edilməlidir: Birincisi, bu sektorun dinamik inkişafı üçün peşəkar kadrların hazırlanmasına diqqət artırılmalıdır. Düzdür, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Turizm Universiteti yaradılıb, ixtisaslı kadrlar hazırlanır. Ancaq müasir dünya təcrübəsi ilə praktiki tanışlıq olmadan bu universitetin məzunları öhdələrinə düşən missiyanın öhdəsindən gələ bilməzlər. İkincisi, turizm obyektlərində xidmət səviyyəsi modernləşməlidir. Tutaq ki, Quba çox gözəl turizm zonasıdır, infrastruktur da var (yollar, hotellər və s.), ancaq xidmət səviyyəsi qəbul edilmiş normalardan xeyli aşağıdır. Təbii ki, bu halda turistlər Qubaya o qədər də həvəs göstərməyəcəklər. Nəzərə almaq lazımdır ki, turistlər dincəlmək, istirahət etmək üçün səfərə çıxırlar, xidmət infrastrukturu da bütünlükdə onların istirahətinə və komfortuna hesablanmalıdır. Təəssüf ki, Azərbaycanın bir neçə turizm obyektini nəzərə almasaq, bu məsələdə çox ciddi problemlər var, bəzi obyektlərdə tibbi xidmət belə yoxdur. Üçüncüsü, Azərbaycanda turizm inkişafının ən böyük problem qiymətlərlə bağlıdır. Xidmət infrastrukturuna görə aşağı səviyyəli olan turizm obyektlərində qiymətlər fantastik həddə bahadır. Adi bir fakta diqqət yetirin ki, Türkiyənin əsas turizm zonası olan Antalyada yol, yemək və hotel xərci də daxil olmaqla 7 günlük istirahət 700-800 dollara başa gəlirsə (bir günə 100-115 dollar), Nabranda təkcə oteldə gecələmə xərci 100 manata (125 dollar) başa gəlir. Ona görə də Azərbaycana turist axınını təmin etmək hələ də mümkün olmayıb. Əgər hökumət yaxın illərdə bu 3 problemi həll etsə, onda bu sektordan böyük gəlirlər əldə etmək və xarici turistləri ölkəyə axınını təmin etmək və sürətlə bölgələrin inkişafını təmin etmək

olar. Müasir dünyada turizm elektronikadan sonra ən çox gəlir gətirən sahədir: Yunanıstanın, İtalyanın, Türkiyənin timsalında biz bunu görürük. Həmin ölkələr turizmdən çox böyük miqdarda gəlir götürürlər. Hansı ölkələrin təbii imkanları varsa, turizmdən geniş surətdə istifadə edirlər. Azərbaycanda son illər turizmin inkişafına diqqət artırılıb, bu istiqamətdə ilkin addımlar atılır. Turizm sahəsində açılan hər bir iş yeri multiplikativ effekt prinsipi ilə 3-4, bəzən 6-7 yeni iş yerlərinin açılmasına səbəb olur. Yəni bu proses su və ərzaq, kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirir, xidmət sahələrinin keyfiyyətinin artırılması üçün peşəkar kadrlar yetişdirilir və bunun üçün kurslar açılır. Bunlar hamısı yeni iş yerləri və bölgələrin inkişafı deməkdir. Regionlarda yaşayış üçün normal şərait qurulduğu halda, xeyli insan kənd və rayon yerlərində yaşamağa meyl edəcək. Eyni zamanda bununla həm də kəndlinin problemi həll olunur, gəlir mənbələri əldə etmiş olur. Bu gün Azərbaycanda turizmin inkişafı üçün çox geniş imkanlar var. Turizmin inkişafı ilə bir sıra problemlər də avtomatik olaraq həllini tapacaq, buna əlavə güc, enerji, pul xərcləmək lazım gəlməyəcək. Turizmin inkişafı nəticəsində ekoloji təmiz məhsul istehsalına diqqət yönələcək ki, bu da növbəti uğurlara səbəb olacaq: Azərbaycanda ekoloji təmiz məhsul istehsalını gücləndirsək, bu, turistlərin bölgəyə marağını, eyni zamanda regionların inkişafını gücləndirəcək.yəni bundan aydın olur ki turizmin bölgələrin sosyal iqtisadi inkişafina təsiri misilsizdir.