absheron spa şərq rituallarını kəşf edən özəl prosedurları sayəsində peşəkar terapevtlərimiz sizin

Benzer belgeler
ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

UniMiles 3 illik 100 AZN və ekvivalenti

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

BÖYÜK DƏCCAL Amerika

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

DebitMC/ Visa Electron. Visa İnternet

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

Marketinq. Mehdiyev Əkbər

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Həyatı deyil qocalmağı gecikdirin

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Təqdimat Kataloqu 2018

9. PLASTİK KARTLAR Plastik kartların əldə olunması üzrə şərtlər. MC Debit/Visa Electron MC Standard/Visa Classic.

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Sistem inzibatçıları üçün təlimat

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

Azər-Türk Bank ASC üzrə

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

MACƏRA PARKI BOB KART UŞAQ KVADROSİKLLƏRİ HAVA QƏSRLƏRİ DAĞ VELOSİPEDİ SKANDİNAV ÜSLUBLU YERİŞ SƏMTİ MÜƏYYƏN ETMƏ PEYNTBOL SEQVEY TROTTİNETLƏR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

YAŞIL ŞƏHƏRİNİ YARAT Presentation

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

BlackBerry ID Sazişi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Bu xidmətə qoşularaq, Siz 24 saat ərzində İnternet vasitəsilə kart hesabını yoxlamaq,


TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

Debit MC/ Visa Electron Əmək haqqı kartı. Lokal əmək haqqı kartı

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

KARTLARLA ƏMƏLİYYAT ÜZRƏ TARİFLƏR:

MENECMENT VƏ MARKETİNQ KAFEDRASI. Sanatoriya kurort müəssələrinin menecmenti. fənnindən. Mehmanxanada qəbul, yerləşdirmə və xidmətin təşkili

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Firmanız üçün LOQOLU KONFETLƏR. hazırlayaqmı?

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Transkript:

absheron spa Anne Semonin-dən üzə qulluq vasitələri və Charme d Orient-in gözəlliyin şərq rituallarını kəşf edən özəl prosedurları sayəsində peşəkar terapevtlərimiz sizin ruhunuzu və bədəninizi ahəngdar balansa yönləndirəcəklər. Bizim xüsusi prosedurlarımız həyat tərzinizin tələblərinə uyğunlaşdırılmaq üçün hazırlanıb. Hər bir prosedur sizin cavan və təravətli görünməniz və hiss etməniz üçün təbii inqrediyentlərlə zəngin Anne Semonin və Charme d Orient məhsullarından istifadə edilərək yerinə yetirilir.

Səhifə Xüsusi Prosedurlar 4 Anne Semonin-dən üzə qulluq 6 prosedurları Sağlamlıq Prosedurları 8 Absheron Spa-ya Özəl Xidmət 12 Paketləri Masajlar 13 Qısa Müddətli Masajlar 15 Spanın Faydaları 17 Spa Etiket Qaydaları 19

ABSHERON SPA-dan ÖZƏL PROSEDUR 2 saat XÜSUSİ PROSEDURLAR Absheron Spa-nın fəlsəfəsi bəlkə də elə ən çox xüsusi prosedurlarımız vasitəsi ilə dərk edilir. Eksklüziv olaraq Absheron Spa tərəfindən hazırlanmış bu müasir və zərif rituallar dünyanın müxtəlif yerindən gələn qonaqlar tərəfindən sınanılıb. Bu prosedurların seçilməsi və hazırlanması yalnız bir məqsədə sizin rahatlığınızın təmin olunmasına xidmət edir. Anne Semonin məhsulları ilə həyata keçirilən bu prosedur sayəsində siz də dincəlin.gərginliyi azaltmağa, eləcə də əzələ ağrısını aradan qaldırmağa kömək edən kürək masajı ilə başlayan bu prosedur həmçinin sizə özəl üzə qulluq və gözətrafı qırışlar əleyhinə proseduru da özündə birləşdirir. Ayağa Qulluq Proseduru Kürək Masajı Fərdi Üzə Qulluq Proseduru Gözətrafı Qırışlar Əleyhinə Prosedur Bərpa Proseduru NAR İLƏ HƏYATA KEÇİRİLƏN HAMAM RİTUALI 75 dəqiqə Bu ənənəvi və ecazkar təmizləyici prosedur beyin, bədən və hissiyyatınıza həqiqi zövq bəxş edəcək. Prosedur qara evkalipt sabunu, buxar və ölmüş dəri izlərini yuyub aparan kisələnmə prosesi ilə başlayır. Daha sonra E vitamini ilə zəngin nar ekstraktı, minerallar və mikroelementlərin qarışığından ibarət Rhassoul markasının bədən və üz maskası ilə baş tutan prosedur dərinizə inanılmaz zəriflik və ipək yumşaqlığı bəxş edəcək.prosedur ultra nəmləndirici şi və arqan yağları ilə yekunlaşdırılır. Qara Sabunla Təmizləyici Prosedur Buxar Duş Bədənin Kisə ilə Təmizlənməsi Üz və Bədən üçün Rhassoul maskaları Bədən Nəmləndiricisi Bərpa Proseduru QIZILGÜL RİTUALI 75 dəqiqə Zəy daşı skrabı möhtəşəm parlaqlıq yaradır.dərinizə qidalandırıcı və nəmləndirici effektə sahib şi yağı və qızılgül ekstraktı ilə ecazkar bürünmədən zövq almanıza imkan yaradın.şi yağı və qızılgül ekstraktı bədəninizə masaj vasitəsilə yeridilərək dərinizi yumşaq, gənc və parıltılı, ruhunuzu isə təravətli edəcək. Buxar Bədənin Təmizlənməsi Duş Bürünmə Bədən Nəmləndiricisi Bərpa Proseduru səhifə 4

Anne Semonin dən üzə qulluq prosedurları Gənc və təravətli görünməyin sirrini bu incə ətirli, təmizləyici və heyranedici yumşaqlığa malik üzə qulluq vasitələri ilə kəşf edin. ÜZƏ QULLUQ ÜÇÜN FƏRDİ KOLLEKSİYA Dəri dartan fərdi üzə qulluq prosedurları effektiv, görünən və dərhal nəticəyə zəmanət verir.bu kolleksiya özəl şəkildə birləşdirilmiş aktiv bitki serumları, maska və komplekslər vasitəsi ilə sizin fərdi tələblərinizə uyğun şəkildə hazırlanmışdır.dəri qulluğu haqda ilkin konsultasiyadan sonra terapevtiniz aşağıdakı kombinasiyalar üzrə seçim etməyinizə yardımçı olacaq: NƏMLƏNDİRMƏ VƏ QİDALANDIRMA Qidalandırıcı, nəmləndirici və sakitləşdirici təsir 60 dəqiqə Bizim nəmləndirici üzə qulluq prosedurlarımız dərini dərhal qidalandırıb və nəmləndirərək gərginliyi və kiçik qırışları azaldır.xəfif pilinq quru dəri hüceyrələrini aradan qaldırır, üzə qulluq yağları və təsiri uzun müddət qalıcı məhsullar nəmləndirməni dərinin dərinliklərinə çatdırmağa imkan yaradır. Dəri yumşalır və elastikləşir, dəri qurumasına isə yol verilmir. YAŞLANMA ƏLEYHİNƏ PROSEDUR Yaşlanma əleyhinə, möhkəmləndirici, tonlaşdırıcı təsir 60 dəqiqə Yaşlanma prosesi ilə bizim bərpaedici üzə qulluq vasitələri ilə mübarizə aparın. Yaşlanmanın əlamətləri dərinin ton və elastikliyini yaxşılaşdıran faydalı yağ və mineralların dərinizə masaj vasitəsi ilə yeridilməsi ilə yoxa çıxacaq.yaşlı dəri ətraf mühitin təsirindən maksimal müdafiə təmin edən və gənc parlaqlığı dəri hüceyrələrinizə kimi qoruyub saxlayan Meksika şamı, A və E vitaminlərinin ekstraktlarından zövq alacaq. səhifə 6

OLIQO İLƏ DƏRİ ÜÇÜN MÜDAFİƏ PROSEDURU Toksinlərdən təmizlənmə, balanslaşdırıcı, yaşlanma əleyhinə təsir 60 dəqiqə Maksimal antioksidant müdafiəyə sahib bu qulluq vasitəsi oksigeni dəri hüceyrələrinə çatdıraraq dərhal nəmləndirir və balanslaşdırır.yosun və xlorella kimi tərkibi özündə birləşdirən qabaqcıl formula olan eksklüziv Oliqo seriyasından istifadə ətraf mühitdən müdafiə olunmuş təmiz dəriyə sahiblənəcəyinizə zəmanət verir. DƏRİ SAKİTLƏŞDİRİCİ PROSEDUR Sakitləşdirici, nəmləndirici və bərpaedici təsir 60 dəqiqə Hətta ən hissiyyatlı dərini sakitləşdirməyin sirri mineral və mühüm tərkibin birləşmələrində gizlənir. Anne Semonin-dən olan dəbdəbəli krem maskasından istifadədən öncə dəri təmizləyici və cilalayıcı prosedurlardan keçir.yosun və kaolin gilinin formulundan geniş istifadə dərini rahatlaşdırıb və sakitləşdirərək onu hamarlaşdırır və qidalandırır. CAVANLAŞDIRICI KOSMETİK PROSEDUR Ani parlaqlıq və tonlaşdırıcı təsir 60 dəqiqə Dərini qüsursuz şəkildə parıldatmaq xüsusiyyətinə malik bu üzə qulluq vasitəsi dərinin elastikliyini hüceyrələrinə kimi təmin etmək üçün 100% aktiv serumlarla krioterapiyanın yaşlanmanı ləngidən təsirindən faydalanır.vəhşi indiqo tərkibli təbii kosmetik vasitə ilə tamamlanan zərif toxunuş B-endorfinlərin çıxarılması, qan dövranı və ümumiyyətlə sağlamlığınızı stimullaşdırır. GƏLƏCƏK ANALAR ÜÇÜN KOSMETİK PROSEDUR Zərif, cavanlaşdırıcı və parlaq təsir 60 dəqiqə Dəridəki hormonal effektlər quruluq, çat, yüksək piqmentasiya və dəri rənginin solğunlaşmasına səbəb ola bilər. Dərinizin əvvəlki gözəl və sağlam parlaqlığını nəmləndirici və sakitləşdirici üzə qulluq vasitələri ilə bərpa edin.kalendula yağından intensiv şəkildə istifadə etməklə boyun və çiyin nahiyənizin rahatlamasına xüsusi diqqət ayrılır.

EKSPRES PARLAQLIQ Bərpaedici və möhkəmləndirici təsir, sağlam görünüş 30 dəqiqə Hər kəs üçün uyğun olan təmizləyici, cilalayıcı və maska tərkibli birləşmə hətta ən məşğul birisinə belə tez bir anda təravətə nail olmağa imkan verir.dərhal və effektiv təsir dərini nəmləndirir, yumşaldır və təbii parlaqlıq bəxş edir. DƏNİZ MİNERALLARI İLƏ TƏMİZLƏYİCİ PROSEDUR Dərindən təmizləmə, şişin çəkilməsi, mineralların bərpası 75 dəqiqə Ənənəvi buxar və dartınma üsullarının dəniz elementlərinin gücü ilə birləşməsi dərindən təmizləyici qulluq ilə nəticələnir.anne Semonin-dən cilalayıcı maska tərkibindəki mineral və yosunların yüksək konsentrasiyası sayəsində dərinizi dərhal sakitləşdirir və ipək kimi hamar təəssürat bəxş edir. GÖZƏTRAFI DƏRİYƏ QULLUQ Parlaq və bərpaedici təsir 30 dəqiqə Gözətrafının dartılması və möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş vasitə. Ekspres parıltı təsirinə malik buz kubları öz krioterapiya faydaları ilə müalicəvi limfatik masajla birgə tətbiq olunaraq əzələ yorğunluğu və yaşlanma əlamətlərini azaldır.daha yaxşı nəticə üçün istənilən üzə qulluq vasitəsinə əlavə edilə bilər. səhifə 8

YAŞLANMA ƏLEYHİNƏ TAM MÜDAFİƏ Qidalandırıcı və canlandırıcı parlaq nəticə 85 dəqiqə Sizə özünüz qədər özəl təəssürat bəxş edən bir ritual.ətirli ekstrakt və mikroelementlərin birləşməsi göz, üz və dekolte nahiyəsinə tətbiq olunan xüsusi prosedur ilə birgə dəri müdafiəsini təmin edərək mükəmməl şəkildə balanslaşdırır, nəmləndirir və canlandırır.dərinin həqiqi parlaqlığını aşkarlamaqda tayı-bərabəri olmayan bu prosedur sizin hər bir ehtiyacınızı qarşılamaq üçün hazırlanıb. DƏRİNİN TAM BƏRPASI Pilinq, cavanlaşdırıcı və hamarlaşdırıcı təsir 75 dəqiqə Müalicəvi xüsusiyyətlərə malik bu terapiya pilinq tozunun zərif təsirini yeniləmə kompleksinin dərin cilalanma xüsusiyyəti ilə bir araya gətirir.birgə qıcıqlandırma xüsusiyyətinə malik olmayan bu formul piqmentasiya və ləkələr kimi görünən qüsurları aradan qaldırır və qırışları azaldır.həm dəbdəbəli, həm də güclü olan bu prosedur hər gün tətbiq edildikdə gözlə görünən cavanlaşma və daha parlaq dəriyə zəmanət verir.

SAĞLAMLIQ PROSEDURLARI Ətraf mühit dərimizi lazımi bəsləyici maddələrlə qidalanmaqdan məhrum edir. Aşağıdakı təmizləyici prosedurlardan birini seçməklə sağlamlığınızı bərpa edin. MİNERALLARLA EKSPRESS TƏMİZLƏMƏ Bədən üçün fərdi prosedur 30 dəqiqə Anne Semonin efir yağlarının yüksək keyfiyyətli qarışığı ilə duz skrabının effektiv təsirini bir arada birləşdirərək dörd misilsiz bədən cilalayıcı prosedur ərsəyə gətirilmişdir.sizə özəl prosedurun təsirindən faydalanmaq üçün əhval və tələblərinizə uyğun prosedurlardan birini seçin. Buxar Bədən Pilinqi Duş Bədən Nəmləndiricisi-Bərpa proseduru İNTENSİV NƏMLƏNDİRİCİ BÜRÜNMƏ Rahatlayıcı, nəmləndirici və müalicəvi təsir 60 dəqiqə Hətta ən həssas dəri üçün uyğun misilsiz və zərif prosedur.dərinizi qidalandıracaq minerallarla zəngin Nuarmutye dəniz duzu ilə qarışıq yağlardan ibarət antioksidant və rahatlaşdırıcı prosedurdan siz də faydalanın.dərindən nəmləndirici Maska bədəninizi qidalandırıcı maddələrlə zənginləşdirəcək. Buxar Bədən pilinqi Duş Bürünmə Bədən Nəmləndiricisi Bərpa proseduru BƏDƏNİ TOKSİNLƏRDƏN TƏMİZLƏYƏN BÜRÜNMƏ PROSEDURU Bədənin toksinlərdən təmizlənməsi, dartınma 60 dəqiqə Toksinlərin bədəndən çıxarılmasının stimullaşdırılması və dərinizin təmizlənməsi üçün spirulina yosununun baramasına bürünün. Limon otu və bədən üçün istiotlu nanə yağının dəniz duzu skrabı ilə qarışığından ibarət prosedur öncəsi bürünmə bədəni yod və dəniz elementləri ilə zəngin yaşıl yosun və laminariya maskasına hazırlaşdırır. Bu komponentlər birlikdə bədəni təmizləyir, enerji bəxş edir və ağrıları azaldır. Buxar Bədən pilinqi Duş Bürünmə Bədən Nəmləndiricisi - Bərpa Proseduru səhifə 10

BƏDƏN ÜÇÜN SKRAB Nəmrəndirici, qidalandırıcı və rahatlayıcı təsir 45 dəqiqə Anne Semonin-dan cılalayıcı və nəmləndirici təsirə malik Nude Sea Salt & White Sand Body Scrub ekspres pilinq.skrabın istiləşdirin və qidalandırın özəlliyi ilə rahatlaşdıran təəssürat və aşkar nəticələr zəmanət edir. Buxar Bədənin Pilinqi Duş Bədən Nəmləndirici Bərpa Proseduru ŞƏRQ RİTUALI 60 dəqiqə Dərinizi qidalandıran və məftunedici təsir bağışlayan təbii bal və Royal Jelly bədən maskasına hazırlaşmaq üçün başdan bədənin tam təmizlənməsi və pilinqi həyata keçirilir. Perfumed Oil Oriental ilə yuyulduqdan sonra isə dəriniz inanılmaz dərəcədə zəriflik və parlaqlıq qazanacaqdır. Buxar Bədən Pilinqi Duş Bürünmə Duş Parfüm Yağlar Bərpa Proseduru səhifə 11

ABSHERON SPA ya ÖZƏL XİDMƏT PAKETLƏRİ Sakitləşmək, parlamaq və canlanmağın tam zamanıdır. Xüsusi olaraq hazırladığımız Spa proqramımız özəl prosedurlar daxil olmaqla Spa-dan tam şəkildə faydalanmağınıza imkan yaradacaq. TOY SƏADƏTİ 2 saat Təbriklər, nəhayət ki, həyat dediyimiz səyahətdə baş başasınız.əbədi sevgi hekayənizə fərdi hazırlanmış 60 dəqiqəlik masaj prosedurunun təqdim olunduğu ayrıca lüks otaqda başlayın.məftunedici səyahətinizi isə 30 dəqiqəlik baş masajı və sizə özəl kiçik üz proseduru ilə yekunlaşdırın. Ayağa Qulluq Proseduru Sizə Özəl Masaj Başın Şərq Üsulu ilə Masajı Ekspres Üzə Qulluq Proseduru Gəlin və Bəy üçün Bərpa Proseduru ŞƏHƏRDƏN ABSHERON SPA-YA QAÇIŞ 3 saat Şəhərin sərtliyindən bədəninizi və ruhunuzu azad edin.şəhərdən qaçışınıza bədən skrabı və nəmləndirici bürünmə proseduru ilə başlayın.baş dərinizin zərif masajı sizə isti baramanın aguşunda zövq verər.sizə özəl massaj əzələlərinizi gərginlikdən azad edəcək, xüsusi üz üçün kosmetik prosedur isə parlaqlıq və sağlamlığınızı bərpa edəcək. Buxar Bədən Pilinqi Bürünmə Fərdi masaj Fərdi Üzə Qulluq Proseduru Bərpa Proseduru səhifə 12

MASAJ Masaj ustalıqla və məharətlə edildikdə bədən, zehin və ruhunuza müsbət dəyişikliklər ötürməyə qadir müalicə üsuludur.müxtəlif üsullarla həm fiziki, həm də psixoloji səviyyədə ilhamlandıra və rahatlada, həmçinin əzələlərdəki ağrı və gərginliyi aradan qaldıra, qan dövranını yüksəldə və əqli stresi azalda bildiyinə görə güclü müalicə üsulu hesab olunur. ABSHERON SPA-dan özəl masaj 60 / 90 dəqiqə Tam bədən masajı klassik Anne Semonin üsulları ilə intensiv kompleks və isidilmiş botanika yağlarından sizə özəl hazırlanmış qarışığı özündə birləşdirir.terapevtinizin kiçik konsultasiyası zamanı isə sizə ayağa qulluq proseduru da göstəriləcək. Ayağa Qulluq Proseduru Absheron Spa-dan Özəl Masaj Bərpa Proseduru DƏRİN TOXUMALARIN MASAJI 60 / 90 dəqiqə Ənənəvi üsullarla edilən bu masaj qan dövranını yaxşılaşdırır, əzələ ağrılarını aradan qaldırır.aktiv həyat tərzi sürənlər üçün ideal seçim olan bu masaj çeviklik və elastikliyi bərpa etmək məqsədi ilə gərgin və ağrılı əzələlər və oynaqlar üçün tətbiq olunur. Ayağa Qulluq Proseduru Dərin Toxumaların Masajı Bərpa Proseduru İSTİ DAŞLARLA MASAJ 90 dəqiqə Bu qədim müalicəvi üsul əzələ gərginliyini azaltmaq və bədəninin toksinlərdən təmizlənmə prosesini stimullaşdırmaq üçün istiləşdirilmiş bazalt daşlarının köməkliyi ilə xüsusi masaj və təbii üsullarla dərin istiliyin tətbiqi ilə yerinə yetirilir.daşların istiliyi əzələ toxumalarına hoparaq sizi stressdən azad edir və gumrahlandırır. Ayağa Qulluq Proseduru İsti Daşlarla Masaj Bərpa Proseduru

BALİ MASAJI 60 / 90 dəqiqə Bali masajı ənənəvi indoneziya masajlarının bir növüdür. Kökü Bali adasından gələn bu masaj bir neçə masaj üsullarını özündə birləşdirir. Adətən dincəlmək üçün edilən bu masaj əzələlərin boşalmasına və ağrının aradan qaldırılmasına da kömək edir. Ayağa Qulluq Proseduru Bali Masajı Bərpa Proseduru ƏNƏNƏVİ TAY MASAJI 60 / 90 dəqiqə Ənənəvi tay masajı zamanı heç bir yağ və losyonlardan istifadə olunmur. Masaj edilən şəxs prosedur zamanı geyimdə olur. Masaj zamanı əzələlərin sürtülməsindən çox masaj edən və edilən tərəflər arasında aramsız bədən təmasıyaranır, nəticədə bədən yığılır və dartılır. Masaj olunan şəxs boş və rahat geyimdə mat və ya sərt döşək üzərində yerə uzanır. Ayağa Qulluq Proseduru Ənənəvi Tay Masajı Bərpa Proseduru SELLÜLİT ƏLEYHİNƏ MASAJ 60 dəqiqə Əlvida batıqlı və nahamar dəri! Anne Semonin öz yeni 3 fazalı müalicə kursu ilə sellülitlərlə mübarizə aparır. Kriyoterapiya üsullarına əsaslanaraq hazırlanan bu ultra soyuq prosedur qan dövranını sürətləndirir və immun sistemini yaxşılaşdırır.prosedur qonur və qırmızı yosunun aktiv inqrediyentlərinin kompleksindən, həmçinin problemli nahiyələrə möhkəmləndirici bədən maskasından istifadə edən xüsusi olaraq hazırlanmış detoks masajdan ibarətdir.nəticə: ayaqlarınız təravətlənəcək; dəri rənginiz aşkar şəkildə gözəlləşəcək və dəriniz daha möhkəm görünəcək; əlavə bir prosedurdan sonra isə nəticə daha yüksək olacaq. Mükəmməl və uzun müddətli nəticə üçün bir sıra prosedurlar tövsiyə edilir. Ayağa Qulluq Proseduru Sellülit Əleyhinə Masaj Bərpa proseduru

QISA MÜDDƏTLİ MASAJLAR KÜRƏK, BOYUN VƏ ÇİYİNLƏRİN MASAJI 30 dəqiqə Kürək, boyun və çiyin nahiyələrinə fokuslanan bu masaj zamanı dərini yumşaq, zərif və elastik edən yenicə toplanmış badamın təbii yağ ekstratları istifadə olunur. Ayağa Qulluq Proseduru Kürək, Boyun və Çiyin masajı Bərpa proseduru KÜRƏK NAHİYƏSİNDƏ YORĞUNLUQ ƏLEYHİNƏ MASAJ 45 dəqiqə Kürək, boyun və çiyin nahiyələrində toplanan gərginliyi aradan qaldıran və yorğunluğu azaldan mükəmməl həll. İstilik, mineral və yağların zərif kombinasiyası əzələlərdə sərtlik, gərginlik və stresi azaltmaq üçün özü qızan mineral palçıq maskalarının istifadəsi ilə başlayır.prosedur sizin ehtiyacınıza uyğun şəkildə hazırlanmış yağların qarışığından ibarət xüsusi masaj ilə davam etdirilir. Həm enerji bəxş edən, həm də rahatladan bu prosedur bədənə gümrahlıq hissi bəxş edir. Ayağa Qulluq Proseduru Kürəkdə Yorğunlq əleyhinə Masaj Bərpa proseduru BAŞIN ŞƏRQ ÜSULU İLƏ MASAJI 30 dəqiqə Baş dərisinin dərindən masajı zəruri enerji nöqtələrinə köklənərək miqren, boyun və çiyin ağrılarının aradan qaldırılması üçün müəkəmməl çıxış yoludur.bu prosedur gərginliyi azaltmağa, qan dövranını yaxşılaşdırmağa kömək edir və sizi gumrah saxlayır. Ayağa Qulluq Proseduru Başın Şərq Üsulu ilə Masajı Bərpa Proseduru REFLEKSOLOGİYA 60 dəqiqə Yüksək stresə, lakin az zamana sahib olanlar üçün xüsusi olaraq seçilmiş masajlar sayəsində arzuladığınız rahatlığa nail olun. Həmçinin reflektor terapiya kimi də tanınan refleksologiya bədənin hər bir hissəsinin ayaqda təcəssüm etdiyi və ayaqda xüsusi nahiyələrə basmaqla bədənin digər nahiyələrinə də müalicəvi təsiri ötürə bildiyi fikrinə əsaslanır.refleksologiya bədəni toksinlərdən təmizləyir, qan dövranını yaxşılaşdırır, çəki atmaqda kömək edir və bütün bədən orqanlarının sağlamlığını yaxşılaşdırır. Ayağa Qulluq Proseduru - Refleksologiya Bərpa proseduru

SPA-NIN FAYDALARI Nəyə görə Spa? Beynəlxalq Spa Assosiyasiyası (İSPA) Spa prosedurunu bu cür tərif edir: rahatlaşmaq, düşünmək, canlanmaq və həzz almaq üçün ayrılmış zaman. Biz həmçinin min illər boyunca sağlamlıq və gözəllik rituallarında istifadə olunmuş elementləri özündə birləşdirən prosedurları sizə bəxş etmək niyyətindəyik. Əvvəllər Spa-da olmamışam.düzgün prosedur seçməkdə kömək almaq istərdim. Absheron Spa-nın hər bir əməkdaşı sizinlə prosedur çeşidlərinin müzakirəsi üçün SPA konsultasiyaya daima hazırdırlar.istər bədəninizin toksinlərdən təmizlənməsi, istər də canlanma, dəri rənginin şəffaflığının artırılması və ya sadəcə relaksasiya olsun - sizin hər bir istəyinizi qarşılamaqda kömək etməyə hazırıq. Həmçinin yerli təsirdən ibarət prosedurlardan keçmək istəyən qonaqlarımız üçün bir sıra xüsusi terapiyalarımız da mövcuddur. Gün ərzində birdən çox SPA prosedurundan yararlana bilərəmmi? Bəli.Əksər SPA prosedurlar bir biri ilə vəhdətdə daha effektiv təsir göstərirlər.bu isə o deməkdir ki, gün ərzində birdən çox prosedur keçməklə də müalicəvi təsiri artırmaq mümkündür.hər hansısa bir tərəddüdünüz olduqda Spa mərkəzinin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur. Sağlamlığımla bağlı hər hansısa bir narahatlığım varsa? Bu barədə prosedura yazıldığınız zaman Spa mərkəzinin əməkdaşlarına bildirməyiniz xahiş olunur.spa mərkəzinə gəldikdə bizim Konsultasiya Anketini doldurmağınız sizdən xahiş olunacaq.bu bizə mümkün olan şəkildə ən yaxşı prosedur və qayğını təmin etməyə kömək edir.unutmayın ki, hamiləliyinizi, həmçinin hər hansısa bir xəstəlik və ya alergiyadan əziyyət çəkdiyinizi xəbərdar etmək olduqca zəruridir. Spa prosedurdan öncə yemək olarmı? Əksər Spa prosedurlar qan dövranını yaxşılaşdırdığı və masaj üsullarından ibarət olduğu üçün prosedurdan öncə ağır qida qəbulu məsləhət görülmür.ac olduğunuz təqdirdə yüngül qəlyanaltı yol veriləndir. Prosedurdan öncə spirtli içki qəbulu qəti qadağandır. səhifə 17

SPA ETİKET QAYDALARI Prosedura öncədən yazılın Sizə uyğun prosedura öncədən yazılmaq üçün sizi istiqamətləndirəcək Spa mütəxəssisimizə müraciət etməyiniz xahiş olunur.istədiyiniz zaman və xidmətin uyğun olduğuna əmin olmaq üçün sifariş etməyiniz tövsiyə edilir. Spa mərkəzinə gələrkən hansı geyimdə olmalıyam? Spa mərkəzinə gəldikdə rahat geyimdə olmağınız xahiş olunur. Hər cür şəraitlə təmin olunmuş prosedur otaqlarımızda soyunma və geyinmə otaqları da mövcuddur, gündəlik qonaqlarımız isə xələt və çəkələklərlə təmin olunurlar. Prosedur zamanı hansı geyimdə olmalıyam? Fərdiliyinizə göstərilən hörmət əlaməti olaraq bir dəfə istifadəyə yararlı alt paltarlar hər zaman təklif olunur. Əmin ola bilərsiniz ki, bədəninizin prosedur tətbiq olunmadığı nahiyələri hər zaman örtülü qalır. Prosedur üçün minimal yaş həddi varmı? 12 yaşdan 16 yaşına kimi olan qonaqlar yalnız həmcins himayədarlarının müşayiətində spa prosedurlarından yararlana bilərlər. Onu da qeyd etmək lazımdır ki, himayədar bütün prosedur boyunca orada olmalıdır. Prosedura vaxtından öncə gəlmək mütləqdirmi? Absheron Spa-da hökm sürən sakit və dinc mühitdən zövq almanız üçün təyin etdiyiniz vaxtdan 30 dəqiqə qabaq gəlməyiniz tövsiyə edilir. Bu sizin rahatlamanıza, eləcə də Spa ziyarətinizi fərdiləşdirməkdə bizə köməkçi olan Konsultasiya Anketini dolduzmağınıza imkan yaradacaq. Təyin etdiyim prosedura gecikdiyimdə nə etməli? Spa mərkəzimizi ziyarət edən bütün qonaqlara maksimal xidmət səviyyəsini təmin etmək və digər qonaqları gözlətməmək məqsədi ilə gecikdiyiniz təqdirdə sizin prosedurunuzun vaxtı qısaldılacaqdır. Prosedurun ödəniş haqqı isə tam şəkildə alınacaqdır. Qiymətli əşyalar Qiymətli əşyalarınızı qonaq otağında yerləşən seyfdə saxlamağı və ya otelin dəhlizində yerləşən qonaqlar üçün seyf qutularından yararlanmağı tövsiyə edirik. Sizə məxsus əşyalara nəzarət etməyə çalışsaq da, Spa mərkəzinə gətirilən və yaxud seyf qutusunda saxlanılan heç bir qiymətli əşyaya görə məsuliyyət daşımırıq. səhifə 19

Kişilər üçün üzə qulluq Daha yaxşı nəticə əldə etmək üçün kişilərə prosedurdan ən azı 6 saat öncə üzlərini qırxmaq tövsiyə olunur. Spa prosedurumu ləğv etmək istədikdə nə etməli? Bütün rezervasiyalara aktiv kredit kartı və ya otel nömrəsi ilə zəmanət verilməlidir.24 saatdan az vaxt ərzində ləğv edilən Spa prosedurları və ya proqramlarının haqqı 100% həcmində ödənilməlidir. Prosedura gəlmədiyiniz halda və ya 24 saatdan az vaxt ərzində proseduru ləğv etdiyiniz təqdirdə prosedur haqqı 100% həcmində ödənilməlidir. Prosedur haqqı necə ödənilməlidir? Bütün ödənişlər AZN-lə həyat keçirilir.ödənişlər yalnız bu valyuta və bir çox kredit kartları vasitəsi ilə qəbul edilir.bütün prosedur və xidmətləri həmçinin otaq hesabınıza əlavə edə bilərsiniz. Bütün qiymətlər dövlət vergisi daxil olmaqla AZN-lə hesablanır.heç bir əlavə xidmət haqqı tutulmur. Qiymətlər öncədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ev şəraitində qulluq Spa prosedurlarını ev şəraitində davam etdirmək üçün prosedur zamanı istifadə olunan bütün spa məhsullarını Spa mərkəzimizin qeydiyyat şöbəsindən əldə edə bilərsiniz. Hədiyyə sertifikatları Hədiyyə sertifikatlarını spa mərkəzinin qeydiyyat masasına yaxınlaşaraq əldə edə bilərsiniz.sertifikatlar Absheron Spa-nın təqdim etdiyi bütün prosedurlar üçün keçərlidir. Spa prosedurundan maksimal dərəcədə faydalanmaq üçün başqa nələri bilməliyəm? Spa sizin rahatlamanız və cavanlaşmanız üçün ayrılmış zamanınızdır. Prosedur zamanı rahatlığınızı təmin edə bilməmiz üçün lazımi məlumatları terapevtinizə bildirin.spa əraziyə mobil telefon daxil olmaqla hər hansısa elektron qurğunun gətirilməsini dəstəkləmirik, çünki bu kimi qurğular sizi Spa prosedurdan yayındıracaq və Spaya gələn digər qonaqları da narahat etmiş olacaq. Oteldə yaşamayan qonaqlar Üz və ya bədən prosedurlarına ən az 1 saatlıq yazılmaqla fitness mərkəzi, üzgüçülük hovuzu və xüsusi ləvazimatlardan pulsuz istifadə haqqı qazanın.

JW Marriott Absheron Baku Azadlıq meydanı 674 Bakı AZ 1010 Azərbaycan T +994 12 499 8888 F +994 12 499 8889 absheronspa@marriott.com www.absheronspa.com