Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı

Benzer belgeler
Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Aritmiyalar Simptomlar Normal ürək döyünməsi nədir? Səbəblər

PERİTONUN CƏRRAHİ XƏSTƏLİKLƏRİ. I cərrahi xəstəluklər kafedrası

Sərbəst iş 2 Ağciyər xərçəngi, periferik ağciyər xərçəngi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Addison xəstəliyi. Böyrəküstü vəzin hormonal funksiyası hipofizin AKTH adrenokortikotrop hormonu tərəfindən kontrol olunur.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

EKSTREMAL VƏZİYYƏTLƏR

Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ANAL KANAL ANAL KANSER. Hazırladı: Professor Nuru Bayramov T.ü.f.d. cərrah Aynur Səfiyeva Rezident Nərmin Mürvələdova

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Endokrin pozulmalarının ümumi etiologiyası ve patogenezi

Toxuma inkişafı patologiyasının müasir cəhətləri (hipertrofiya,hiperplaziya,metaplaziya,regenerasiya,degen erasiya,atrofiya,apoptoz və şişlər).

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Rentgen şüalanmanın hansı xüsusiyyəti onun bioloji təsirini müəyyən 1 edir? 2 MRT-nin iş prinsipi nəyə əsaslanır? Həkim-rentgenoloq aşağıdakı

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Suda həll olan vitamin preparatlarını aşağıdakı qruplara ayırırlar: 6)Fol turşusu qrupundan olan vitamin preparatları:fol turşusu,kalsiumfolinat

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Azərbaycanda arı ailələrinin məhvinə səbəb olan təhlükəli xəstəliklər Qədimov V.Ə. Sumqayit Dövlət Universiteti

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

NƏTİCƏ ƏDƏBİYYAT SİYAHISI

BÖYÜK DƏCCAL Amerika

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

9-cu sinif Biologiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

ADPU-nun biologiya fakültəsinin 301-ci qrup tələbəsi Maksudova Rəhilənin İnsan Anatomiyası fənnindən yoxlama işi. İxtisas: biologiya

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Ağciyərlərin seqmentləri

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Torpağın ağır metallarla çirklənməsi

Qeyri narkotik analgetiklər Salisilatlar Kardiyovasküler sistem üzərinə təsirləri: Gastrointestinal sistem üzərinə təsirləri: Qan üzərinə təsirləri:

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Marketinq. Mehdiyev Əkbər

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

BİOSFER

BİOSFER. Talıblı Pərviz Qrup: 400

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Plan: 1. Hafizə pozuntularının simptomatikası haqqında anlayış.

Qida fiziologiyası. müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

RESPUBLİKA FƏNN OLİMPİADALARI

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Beynəlxalq Oftalmologiya Şurası BEYNƏLXALQ KLİNİK TÖVSİYYƏLƏR

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Ana kart (Motherboard)

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

QARACİYƏR ANATOMİYASI. Hazırladı: Professor Nuru Bayramov T.ü.f.d. cərrah Aynur Səfiyeva Rezident Nərmin Mürvələdova

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi

İXM-nin maddəsi Qayda pozuntusu Cəriməsi Balı

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

maddələr mübadiləsinin vəziyyəti, endokrin sisteminin funksiyası və nəhayət, əsəb sisteminin fəaliyyəti ilə əlaqəli olur. Baş beyin yalnız bütün bu

Azərbasycan Dövlət Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Univesiteti Biologiya fakültəsinin 202-ci qrup tələbəsi Naibova Naibənin Zoologiya

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

11-ci sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Qidaya həssaslıq ya allergiya? Food test nədir?

İnformasiya məhsullarını Beynəlxalq bazarı

MENECMENT VƏ MARKETİNQ KAFEDRASI. Sanatoriya kurort müəssələrinin menecmenti. fənnindən. Mehmanxanada qəbul, yerləşdirmə və xidmətin təşkili

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Şəkil 2. Qrafendə karbon atomlarının düzülüşü

Qərar Təhsil və tərbiyə müəssisələrində vətəndaşların qida normaları 1-3 saylı əlavələrə müvafiq olaraq təsdiq edilsin.

Transkript:

Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı Aorta dəliyinin daralması ( stenosis osti aortae sin aortal stenoz ) qanın sol mədəcikdən aortaya qovulmasına maneənin yaranması ilə səciyyələnən patoloji haldır. Bundan əlavə qanın sol mədəcikdən aortaya keçməsi istiqamətində daralmanın (obstruksiyanın ) olması kimi daha ümumi anlayış mvcuddur və onun variantlarından biri aorta dəliyinin qapaq mənşəli daralmasıdır ( stenozudur). Bu patologiyanın digər variantlarına qapaqaltı və qapaqüstü formalı aortal stenozlar da aiddir. Aortanın qapaq mənşəli stenozu aorta qapağının taylarının bitişmələri nəticəsində meydana çıxır. Qapaqaltı (subaortal) stenoz zamanı aorta qapaqları intakt olur (dəyişikliksiz), qan axınına maneə isə sol mədəciyin çıxacaq hissəsinin güclü hipertrofıyası hesabına baş verir. Qüsurun bu tipi idiopatik kardiomiopatiyalar qrupuna aid edilir və müvafiq patologiyalarda şərh edilmişdir. Qüsurun daha nadir forması - qapaqüstü stenoz koronar damarların başlanğıcından distal olaraq dairəvari pərdə və ya membran vasitəsilə daralmanın yaranması səbəbindən baş verir. Aorta dəliyinin daralması (bu bəhsdə qüsurun qapaq mənşəli daralması haqda məlumat verilir) təcrid edilmiş formada və ya aorta qapağının çatışmazlığı, kombinə olunmuş halda həmçinin digər qapaq (əsasən miral) qüsurları ilə müştərək olaraq rast gəlinə bilər. Bu halda stenoz aorta qapağının taylarının bitişmələri və ya aorta dəliyinin çapıq vasitəsilə daralması nəticəsində baş verir. Etiologiyası Aorta dəliyinin daralması anadangəlmə və qazanılmış ola bilər. Qazanılmış aortal stenoz revmatik zədələnmə, ahıl yaşlı insanlarda degenerativ dəyişikliklər (ateroskleroz, kalsinoz), İE nəticəsində meydana çıxır. Aortal stenozun ən çox rast gələn səbəbi revmatik endokarditdir, nadir hallarda stenoz septik endokardit, ateroskleroz və digər səbəblərdən inkişaf edir.

Qüsur uzunmüddətli gedişə malik olduqda (hətta revmatik mənşəli olarsa belə), sonradan qapaq taylarına kalsium duzları çökməsi və aterosklerotik dəyişikliklərin qoşulması halları hətta mikroskopik müayinə zamanı onun həqiqi mənşəyini təyin etməyə imkan vermir. Revmatik proses zamanı qapaq taylarının qalınlaşması, bitişmələri baş verir və bu səbəbdən onların hərəkətliliyi məhdudlaşır, aorta qapağı sol mədəciyin sistolası zamanı tam açıla bilmir. Aortal dəliyin stenozunun revmatik olmasını mitral qapağın çatışmazlığının mövcudluğu isbat edə bilər. Hemodinamikası. Aorta dəliyinin cüzi daralması qan dövranında əhəmiyyətli pozğunluqların yaranması ilə müşayiət edilmir, əhəmiyyətli dərəcədə olarsa, yəni onun köndələn kəsiyi 3 sm2- dən (normada) 1,0-0,5 sm2-ə qədər kiçilərsə, sistola zamanı sol mədəcik tam boşala bilmir, çünki qanın hamısı daralmış dəlikdən aortaya keçməyə vaxt tapmır. Diastola fazasında sol mədəcikdə qalan qalıq qan üzərinə sol qulaqcıqdan daxil olan normal miqdarda qan əlavə olunur və beləliklə mədəciyin həddən artıq dolması baş verir. Bu səbəbdən sol mədəcik boşluğunda təzyiq yüksəlir və ürəyin bu şöbəsinin hipertrofıyası inkişaf edir. Aorta dəliyinin stenozu zamanı miokardda hipertrofıyanın inkişaf etmə dərəcəsinin güclü olması heç bir digər qazanılmış ürək qüsurlarında müşahidə edilmir. Stenozun kompensasiyasını güclü sol mədəcik təmin edir. Məhz buna görə də qüsur uzun müddət qan dövranı pozğunluğu olmadan mövcud olur və hətta fiziki yüklənmə zamanı belə ÜA-nın göstəriciləri normal qalır (sol mədəciyin qanla yaxşı dolmasını təmin edən sol qulaqcığın daha səmərəli sistolası hesabına). Bu zaman sol mədəcik boşluğu ilə aorta arasında təzyiqlər fərqi (qradiyenti) mövcud olur, bu fərq 20 mm c.süt.- dan artıq olur və bəzən hətta 100 mm c.süt.-na qədər çatır. Sol mədəcik boşluğunda təzyiqin artması əsasən də miokardın elastikliyinin və sıxlığının aşağı enməsilə nəticələnən hipertrofıyasına (yəni sol mədəciyin diastolik funksiyası pozulduqda), sonralar sol qulaqcığın həddən artıq yüklənməsinə də səbəb olur. Sol mədəciyin hipertrofıyası oksigen sərfınin artması ilə müşayiət olunur, belə ki, bu zaman nisbi koronar çatışmazlıq inkişaf edir (nisbi koronar çatışmazlığın inkişafı üçün əlverişli şərait yaranır).

Bundan əlavə, hipertrofiyaya uğramış miokardın yığılması koronar damarların sıxılması ilə müşayiət oluna bilər ki, bu isə koronar qan cərəyanını pisləşdirir, xüsusən də subendokardial nahiyədə daha güclü olur və miokardın işemiyası inkişaf edir. Nəticədə sol mədəcik çatışmazlığının formalaşması ilə miokardda distrofık dəyişikliklər meydana çıxır, sonralar isə prosesə ürəyin sağ şöbələrinin çatışmazhğı da qoşulur. Bu zaman sol mədəcik genişlənir, əvvəl yüklənmə (fiziki gərginlik zamanı), sonralar isə sakit halda ÜA azalır. Sol mədəciyin yığılma qabiliyyəti zəiflədikdə onun dilatasiyası (boşluğunun genişlənməsi) inkişaf edir və bu səbəbdən sol qulaqcığın hemodinamik yüklənməsi baş verir. Sol qulaqcıqda yaranan yüksək təzyiq retroqrad olaraq ağciyər venalarına və kiçik qan dövranının digər damarlarına ötürülür və passiv ağciyər hipertenziyası inkişaf edir. Sağ mədəciyin ciddi hipertrofiyası adətən müşahidə olunmur. Sonralar böyük qan dövranında durğunluq əlamətləri meydana çıxır. Kliniki mənzərəsi. Uzun illər ərzində aortal stenoz kompensasiya olunmuş qüsur olaraq qala bilər və hətta güclü fiziki gərginlik zamanı belə xəstələrdə heç bir xoşagəlməz subyektiv hissiyyatın yaranmasına səbəb olmur. Xəstələrin şikayətləri olmur və güclü fıziki gərginliyə dözümlü olaraq xəstə insan təsiri bağışlamırlar. Daralma daha qabarıq olduqda müxtəlif nahiyələrin damarlarında qan cərəyanının pozulması səbəbindən şikayətlər meydana çıxır: başgicəllənmələr, başağrıları, bayılmalara meylliliyin olması, ürəkbulanma (beyin qan dövranmın pozulması), döş sümüyünün arxasında ağrılar (koronar qan cərəyanının zəifləməsi və hipertrofıyaya uğramış miokardın oksigenə olan tələbatının artması). Belə xəstələrdə döş sümüyü arxasında ağrılar koronar damarlarda aterosklerotik dəyişikliklər olmadan baş verir və sol mədəcik miokardının hipertrofıyası ilə əlaqədar nisbi koronar çatışmazlığının inkişaf etməsi ilə əlaqədar olur. Bu şikayətlərin hamısı adətən müxtəlif güclü fıziki gərginlik zamanı meydana çıxır, çünki bu zaman fəaliyyətdə olan orqanların qanla təchizatınm artması lazım gəlir, lakin stenozun mövcudluğu ÜA-nın artmasına mane olur. Sol mədəciyin yığılma qabiliyyəti zəiflədikdə fıziki gərginlik zamanı təngnəfəslik meydana çıxır, ürək astması tutmaları inkişaf edir. Sidik ifrazımn azalması, aşağı ətrafların ödemi, sağ qabırğaaltı nahiyədə ağırlıq hissi (qaraciyərin

böyüməsi səbəbindən) kimi şikayətlər böyük qan dövranında durğunluğun olması ilə izah edilir. Cavan yaşlı şəxslərdə qeyd edilən şikayətlərin meydana çıxması zamanı ürək qüsurunun olmasını mülahizə etmək olar, lakin belə halda orta və ahıl yaşlı şəxslərdə ÜİX-nin olmasından şübhələnmək lazımdır. Belə ki, bu zaman xəstəlik ürək nahiyəsində sıxıcı və təzyiqedici ağrılarla təzahür edir. Serebral (baş beyin mənşəli) şikayətlər arterial hipertoniya və ya beyin damarlarının aterosklerozunun olmasını güman etməyə imkan verir. Ümumi baxma zamanı xəstələrin dəri örtüklərinin avazıması müşahidə olunur, bu isə ÜA-nın aşağı enməsi ilə əlaqədar arterial sistemin qanla dolmasının azalması səbəbindən baş verir. Sağ mədəcik çatışmazlığının inkişaf etməsi zamanı qaraciyərin böyüməsi, boyun venalarının şişkinləşməsi, sianoz və aşağı ətrafların ödemləri kimi müvafıq simptomların mövcudluğunu aşkar etmək olar. Daralma əhəmiyyətli dərəcədə olarsa, zirvə vurğusunun güclənməsi təyin oluna bilər. O, sola və aşağıya doğru yerini dəyişir, yayılmış olur. Ürək çatışmazlığının inkişafı getdikcə artdıqda zirvə vurğusunun sahəsi böyüyür, sola və aşağı yerini dəyişir, bununla da sol mədəciyin dilatasiyasını əks etdirir. Aorta üzərində ürəkönü sahənin palpasiyası zamanı sistolik titrəmə (pişik mırıltısı ) aşkar edilir. Ürəyin perkussiyası zanıanı sol nisbi kütlüyün sərhədinin sola doğru yerini dəyişməsi təyin edilir. Ürəyin hüdudlarının perkussiya ilə təyin edilən böyümə dərəcəsi bilavasitə qüsurun inkişaf mərhələsindən asılıdır. Belə ki, ürəyin ölçüləri nə dərəcədə çox böyümüş olarsa, bu da qüsurun bir o qədər əhəmiyyətli dərəcədə inkişaf etməsinə dəlalət edir və sol mədəciyin yığılma qabiliyyətinin zəifləməsi də dərin olur. Ürəyin sol sərhədinin sola doğru yerini dəyişməsi ilə yanaşı perkussiya vasitəsilə həmçinin ürəyin aortal konfiqurasiyası da təyin edilir ki, bu da sol mədəciyin hipertrofıyası ilə əlaqədardır. Ürəyin auskultasiyası zamanı sol mədəciyin qanla artıq dərəcədə dolması və onun sistola fazasının uzanması səbəbindən zirvə nahiyəsində I tonun zəifləməsi aşkar edilir. Aorta üzərində II ton zəifdir, qapaq taylarının bitişməsi və onların hərəkətsizliyi olduqda

isə ümumiyyətlə eşidilmir. II tonun zəifləməsi həmçinin sərtləşmiş (çox vaxt kalsium duzlarının çökməsi ilə əlaqədar) qapaq taylarının hərəkətliliyinin azalması nəticəsində də baş verir. Qanın daralmış aorta dəliyindən qovulması ilə əlaqədar aorta üzərində kobud sistolik küy eşidilir. Bu küy qan cərəyanı istiqaməti ilə yuxu arteriyalarına ötürülür, bəzən isə kürəkarası sahədə də eşidilir. Sistolik küy intensivdir, kobud (cırmaqlayıcı və ya «uğultulu») tembrlidir və boyun damarlarına yaxşı ötürülür. Küy xəstənin sağ böyrü üstə uzanmış vəziyyətində nəfəsvermə fazasında tənəffüsü saxladıqda, həmçinin nitroqliserin qəbulundan sonra daha yaxşı eşidilir. Küyün daha güclü eşidildiyi nahiyədə tonlar daha çox zəifləmiş olur. Stenoz orta dərəcəli olduqda Botkin-Erb nöqtəsi və ürəyin zirvəsi üzərində sistola fazasında əlavə ton - «sistolik çırtma» adlanan ton (qovulma tonu) eşidilə bilər. Bu əlamət aorta qapaq taylarının hərəkətliliyinin saxlanılmasının göstəricisidir. Güclü küyün ekvivalenti kimi sistolik titrəmə təyin edilir. Bu qüsur zamanı nəbz kiçik, ləngimiş (sürəti azalmış) və seyrəkdir (pulsus parvus, tardus et rarus), belə ki, bu zaman qan aortaya tədricən və az miqdarda daxil olur. Sistolik AT adətən aşağı enir, diastolik isə normal və ya yüksəlmiş olur və bu səbəbdən də nəbz təzyiqi azalır. Qüsurun inkişaf dərəcəsi nə qədər çox olarsa, AT ilə nəbzin dəyişiklikləri də bir o qədər çox olur. Lakin xəstələrin bir qismində ÜA-nın aşağı enməsi şəraitində böyrək qan cərəyanının azalması səbəbindən renin-angiotenzin mexanizminin prosesə qoşulması nəticəsində arterial hipertoniya müşahidə edilir. Rentgenoloji müayinə zamanı aorta dəliyinin daralmasında sol mədəciyin hipertrofıyası və ürəyin aortal konfiqurasiyası, aortanın qalxan hissəsinin genişlənməsi, bəzən isə aortal qapaq taylarının kirəclənməsi aşkar edilir. Qüsurun kompensasiya mərhələsində ürəyin ölçüləri böyümüş olmur, və ya sol mədəcik bir qədər böyüyür. Ürək çatışmazlığının getdikcə inkişaf etməsi sol mədəciyin, sonra sol qulaqcığın və nəhayət, sağ mədəciyin böyüməsi ilə nəticələnir. Qanın güclü burulğanlı hərəkətləri aorta divarının qabarmasına səbəb olur və bu zaman aorta divarının elastik elementlərinin zədələnmələri anevrizmatik qabarmanı daha da gücləndirir. Aortanın genişlənməsi nahiyəsində güclənmiş pulsasiya aşkar edilir. Kiçik qan dövranı damarlarında venoz - ağciyər hipertenziya əlamətləri kimi dəyişiklikləri yalnız ürək

çatışmazlığının inkişaf etməsindən sonra aşkar etmək mümkündür. Elektrokardioqrafik müayinə zamanı sol mədəciyin müxtəlif dərəcəli hipertrofıyası sindromu aşkar edilir: mülayim inkişaf etmiş daralma və xəstəliyin ilkin mərhələsi zamanı EKQ dəyişməmiş ola bilər, və ya V5, 6 aparmalarında QRS kompleksinin amplitudunun yüksəlməsi formasında hipertrofıyanın ilkin əlamətləri qeyd olunur. Qüsur həddən artıq inkişaf etdikdə mədəcik kompleksinin son hissəsinin - ST seqmentinin depressiyası (aşağı yerini dəyişməsi) və mənfı T dişciyi formasında V5,6, I, avl aparmalarında olan dəyişikliklər meydana çıxır. Xəstəliyin son mərhələlərində EKQ-də His dəstəsinin sol ayaqcığının tam blokadası və bir çox hallarda koronar qan dövranı çatışmazlığı əlamətləri qeyd edilir. Aortal qüsurlar üçün səyrici aritmiya səciyyəvi deyil. Exokardioqrafiyada sistola zamanı aortal qapaq taylarının açılma dərəcəsinin kəskin azalması qeyd olunur. Miokardın qalınlaşması (arxa divar və mədəcikarası çəpər), aorta qapağının taylarının deformasiyası və onların hərəkətliliyinin pozulması aşkar edilir. Aorta qapağında degenerativ dəyişikliklər zamanı qapaq taylarının və aortal halqanın kalsinozu aşkar edilir. FKQ bu qüsur üçün səciyyəvi olan ürək tonlarnın dəyişikliklərini əks edir: ürəyin zirvəsində I tonun amplitudunun aşağı enməsi və aorta üzərində II tonun amplitudunun azalması, aortal stenoz üçün tipik olan sistolik küy rombabənzər formada olur. Ürək boşluqlarının zondlanması və angioqrafiya yalnız qüsurun cərrahi müalicəsinin aparılması üçün göstəriş olduqda aparılır. Bu müayinələrin məqsədi - qapaq zədələnməsinin dərəcəsinin və dəqiq lokalizasiyasının «sol mədəcik - aorta» təzyiqlər fərqinin ölçüsünün, aortal dəliyin sahəsinin təyinidir. Gedişi. Aorta dəliyinin daralmasının kliniki təzahürlərinin dəyişikliyi hemodinamik pozğunluqlarm inkişaf mərhələlərinə uyğun gəlir. Fəsadları (ağırlaşmalar). Qüsurun bütün ağırlaşmaları sol mədəciyin yığılma qabliyyətinin zəifləməsi və nisbi koronar qan dövranı çatışmazlığının inkişaf etməsi ilə əlaqədardır

(hipertrofıyaya uğramış miokardın oksigenə tələbatının yüksəlməsi şəraitində). İnkişaf edən sol mədəcik çatışmazlığı əslində qüsurun inkişaf mərhələlərindən biri hesab edilir. Koronar qan dövranı çatışmazlığı kəskin Mİ-nin inkişaf etməsinə səbəb ola bilər. Ürək ritminin pozulmaları aorta dəliyinin daralması üçün səciyyəvi deyil, lakin bəzi hallarda səyrici aritmiya inkişaf edə bilər. Diaqnostikası. Aorta dəliyinin daralması diaqnozu düz («qapaq») əlamətlərinin aşkar edilməsi zamanı müəyyən edilə bilər. Sol mədəcik və damar əlamətləri diaqnozun qoyulması üçün vacib sayılmır, lakin onların mövcudluğu və inkişaf dərəcəsi aorta dəliyinin daralma dərəcəsinin göstəricisi kimi qiymətləndirilə bilər. İlkin mərhələlərdə ürək qüsuru diaqnostikası mümkün olmur, çünki xəstələr tərəfindən şikayətlər təqdim edilmir və zahirən xəstə insan təsiri bağışlamırlar. II-ci qabırğaarası sahədə döş sümüyünün sağ kənarında eşidilən sistolik küy funksional küy kimi qiymətləndirilir, II tonun zəifləməsinə isə diqqət yetirilmir. Lakin funksional sistolik küy yumşaq, üfürücü tembrli olur, sistolanın yalnız yarısını əhatə edir. Küy adətən ürəyin zirvəsinə doğru ötürülür. Belə küyün yaranma səbəbi dartılmış aorta kökünün sistolik vibrasiyası (titrəməsi) ola bilər. Müalicəsi. Aorta dəliyinin daralması zamanı inkişaf edən ürək çatışmazlığı ümumi qəbul edilmiş qaydalara uyğun müalicə edilir. Güclü anginal ağrı sindromu olduqda uzunmüddətli təsirə malik B- adrenoblokatorları kiçik dozalarda təyin edərkən onlar ağrı əleyhinə təsir edir. Onlar sol mədəciyin son sistolik və son diastolik həcmlərini azaltdığından miokardın oksigenə olan tələbatını azaldırlar və nəticədə miokardın yığılma qabiliyyəti yaxşılaşır. Həmçinin kordaron da ağrıkəsici təsirə malikdir, lakin onu yalnız miokardın funksiyası saxlanılmış olduqda təyin etmək olar, çünki bu preparat çox da güclü olmayan inotrop xüsusiyyətə malikdir. Bu preparatlardan əlavə verapamil də ağrıkəsici təsirə malikdir. Əgər ürəyin zondlanması zamanı «sol mədəcik aorta» təzyiqlər fərqi (qradiyenti) 50 mm c.süt.-na bərabər və daha çox olarsa sol

mədəcikdə təzyiq 200 mm c.süt. və daha çox olması və aorta dəliyinin sahəsi 0,75 sm2 və daha az olduğu hallarda bu xəsətələr üçün cərrahi müalicənin (süni qapağın implantasiyası) aparılması vacib sayılır. Üçtaylı qapağın qüsurları Üçtaylı qapağın qüsurları nisbətən az təsadüf edilir. Adətən onlar revmatizm mənşəli olurlar. Bu qüsurun digər ürək qapaqlarının qüsurları ilə müştərək olmaları səciyyəvidir. Üçtaylı qapaq (trikuspidal) qüsurları arasında qapaq çatışmazlığı diaqnozu daha çox hallarda müəyyən edilir, lakin təcrid edilmiş formada çox nadir hallarda rast gəlir. Adətən üçtaylı qapağın çatışmazlığı mitral və ya aortal qapaqların qüsurları ilə müşayiət olunur Üçtaylı qapaq çatışmazlığı Üçtaylı qapaq çatışmazlığı (sağ qulaqcıq-mədəcik qapağının çatışmazlığı, insiffıcientia valvae atrioventrikularis dextra, trikuspidal çatışmazlıq) üzvi və funksional ola bilər. Üzvi çatışmazlıq zamanı qapaq aparatında (qapaq taylarında, xordalarda, məməvari əzələlərdə) morfoloji dəyişikliklər aşkar edilir. Lakin mitral və aorta qapaqlarının qüsurlarından fərqli olaraq üçtaylı qapaq çatışmazlığı zamanı qapaq taylarının kirəclənməsi (əhəngləşməsi) və qapaqaltı bitişmələr adətən olmur. Üzvi çatışmazlıq çox zaman revmatik, bəzən septik endokardit və ya üçtaylı qapağm zədələnməsi, papilyar əzələlərin cırılması (qopması) nəticəsində inkişaf edir. Üçtaylı qapağın anadangəlmə çatışmazlığı təcrid edilmiş formada rast gəlmir, adətən qapaq aparatının digər anomaliyaları ilə kombinasiya olunur (müştərək olur). Nisbi qapaq çatışmazlığının üzvi çatışmazlığı daha tez-tez rast gəlir. O, sağ qulaqcıq - mədəcik dəliyinin genişlənməsi (dartılması) zamanı meydana çıxır. Qapaqların morfoloji dəyişiklikləri ilə təzahür etmir. Bu zaman qapaq tayları sağ qulaqcıq-mədəcik (atrioventrikulyar) dəliyini tamamilə bağlaya bilmir, çünki vətər halqası (qapaq taylarının

bərkidilən nahiyəsi) kəskin surətdə dartılır. Belə hal sağ mədəciyin kəskin genişlənməsi və onun boşluğunun böyüməsi nəticəsində sağ mədəcik çatışmazlığı zamanı müşahidə edilir. Bu, çox hallarda ürəyin mitral qüsurları zamanı təsadüf olunur, belə ki, kiçik qan dövranında yüksək təzyiq nəticəsində sağ mədəcik yüklənməyə məruz qalır və fəaliyyətini artırdıqda onun gərginliyinin həddən artıq yüksəlməsi və genişlənməsi baş verir. Hemodinamika. Üçtaylı qapaq çatışmazlığında sağ mədəciyin sistolası zamanı qapaq taylarının tam qapanmaması nəticəsində qanın bir hissəsi geriyə - sağ qulaqcığa qayıdır. Sağ qulaqcığa eyni zamanda boş venalardan adi qaydada müəyyən miqdarda qan daxil olur. Çoxlu qanın toplanılması nəticəsində qulaqcıq genişlənir və hipertrofiyaya uğrayır. Diastola fazasında həmçinin sağ mədəciyə sağ qulaqcıqdan daha çox həcmdə qan daxil olur, çünki qanın adi həcminə sistola zamanı qulaqcığa qayıdan qanın həmin hissəsi əlavə olunur. Bu, sağ mədəciyin genişlənməsinə və hipertrofiyasına səbəb olur. Beləliklə, bu qüsur zamanı kompensasiya sağ qulaqcıqla sağ mədəciyin güclü fəaliyyəti hesabına təmin edilir. Onların kompensator imkanlan bir o qədər yüksək olmadığından tez bir zamanda böyük qan dövranında venoz durğunluq inkişaf edir. Sağ qulaqcığa boş venalar açılır, ona görə onun boşluğunda yaranan qan durğunluğu boş venalar sisteminə ötürülür. Sağ qulaqcığm kəskin dərəcədə zəifləməsi zamanı (səyrici aritmiya) o, boş venalarla birlikdə sistola zamanı genişlənən, diastola zamanı isə hissəvi boşalan rezervuarı xatırladır. Sağ mədəciyin yığılma funksiyasının zəifləməsi ağciyər arteriyasına daxil olan qanın həcminin kəskin azalmasına səbəb olur və beləliklə, adətən dekompensasiyaya uğramış mitral və ya aortal ürək qüsurları ilə əlaqədar olan kiçik qan dövranmda inkişaf etmiş durğunluğun azalması ilə nəticələnir. Kliniki mənzərəsi. Trikuspidal çatışmazlığın təzahürləri qan cərəyanının mədəcikdən qulaqcığa retroqrad axını ilə əlaqədar olan qüsurun qapaq əlamətlərindən, həmçinin böyük qan dövranında durğunluq əlamətlərinin olmasından asılıdır. Başlanğıc mərhələlərdə xəstələrin şikayətləri bu qüsur üçün səciyyəvi deyil. Şikayətlər əsas qüsur (mitral və ya aortal) ilə əlaqədar böyük və

ya kiçik qan dövranlarında yüksək dərəcəli durğunluq nəticəsində meydana çıxır. Xəstələr orta dərəcəli təngnəfəslikdən şikayət edirlər, çünki üçtaylı qapağın çatışmazlığı baş verdikdən sonra kiçik qan dövranında olan durğunluq azalır və qanın müəyyən hissəsi ürəyin sağ şöbələri və qaraciyərdə depolaşır (toplanır). Trikuspidal çatışmazlıq zamanı böyük qan dövranında yaranan yüksək dərəcəli venoz durğunluq -ödemlərin, assitin, qaraciyər böyüməsi ilə əlaqədar sağ qabırğaaltı nahiyədə ağırlıq hissinin və ağrıların meydana çıxmasına səbəb olur. Xəstələrin fıziki aktivliyi təngnəfəsliyin güclənməsi səbəbindən deyil, kəskin zəifliyin baş verməsi nəticəsində məhdudlaşır. Çox zaman sağ qabırğaaltı və epiqastral nahiyələrdə ağrılar, ürəkbulanma, iştahanın azalması müşahidə edilir. Assitin qoşulması bütün qarın nahiyəsində ağırlıq hissi və ağrıların baş verməsinə səbəb olur. Dəri örtükləri bəzən sarımtıl çalarlı göyümtül rəng alır. Müsbət vena nəbzi adlanan boyun venalarının şişkinləşməsi və pulsasiyası, həmçinin qaraciyərin pulsasiyası nəzərə çarpır. Bu pulsasiyalar qanın sağ mədəcikdən sağ qulaqcığa tam qapanmamış qulaqcıq- mədəcik dəliyindən requrqitasiyası ilə əlaqədardır. Bunun nəticəsində qulaqcıqda təzyiq yüksəldiyi üçün boyun və qaraciyər venalarının boşalması cətinləşir. Üçtaylı qapaq çatışmazlığı zamanı hepatomeqaliyanın inkişaf etməsi uzun müddət davam edərsə, bu zaman dəri örtüklərində zəif sarılıq əlamətləri nəzərə çarpır. Üçtaylı qapaq çatışmazlığı zamanı qaraciyərin ekstenziv pulsasiyası baş verir. Bu zaman qaraciyər nəinki önə istiqamətlənir, hətta bütün ölçüləri artaraq şişkinləşir. Bu əlaməti hiss etmək üçün qaraciyərin aşağı kənarını hər iki əllə tutmağa cəhd edərkən nəbz dalğası zamanı palpasiyada iştirak edən əllərin bir-birindən uzaqlaşması müşahidə edilir (hiss edilir). Baxma zamanı sağ mədəcik nahiyəsində güclü pulsasiya aşkar edilir. Mitral stenoz zamanı təyin edilən güclü pulsasiya ilə əlaqədar meydana çıxan ürək təkanından fərqli olaraq bu pulsasiya üçün döş qəfəsinin

sistolik dartılması (içəriyə doğru) və diastolik qabarması səciyyəvidir. Sağ mədəcik nahiyəsində döş qəfəsinin sistola zamanı içəriyə dartılması (çökəkləşməsi) onun həcminin əhəmiyyətli dərəcədə kiçilməsi ilə izah edilir, çünki bu anda qanın çox hissəsi qaraciyər venalarına daxil olur. Əksinə, sağ mədəciyin diastola zamanı qanla həddən artıq dolması və döş qəfəsinin bu nahiyədə önə doğru qabarması qaraciyərin ölçülərinin diastolik kiçilməsi ilə müşayiət edilir. Bu əlamətlərdən əlavə, ürəyin əsas qüsurunun düz (əsas) və ikinci dərəcəli əlamətləri mütləq təyin edilməlidir, belə ki, üçtaylı qapaq çatışmazlığı daha çox hallarda digər qüsurun fonunda inkişaf edir. Zirvə vurğusu bir qayda olaraq təyin edilmir (nəzərə çarpmır), çünki hipertrofıyaya uğramış sağ mədəcik onu arxaya itələyir. Perkussiya zamanı ürək sərhədlərinin sağ qulaqcıq və sağ mədəciyin hipertrofiyası ilə əlaqədar olaraq sağa doğru kəskin yerdəyişməsi aşkar edilir. Auskultasiya zamanı döş sümüyünün xəncərəbənzər çıxıntısı nahiyəsində I ton zəifləmiş olur, bu nahiyədə, həmçinin döş sümüyündən sağda üçüncü və dördüncü qabırğaarası sahələrdə sistolik küy eşidilir. Küy nəfəsalmanın zirvəsində tənəffüsü saxladıqda kəskin güclənir. Bu, ürəyin sağ şöbələrindən qan cərəyanının sürətlənməsi və requrqitasiyası həcminin artması ilə izah edilir və Rivero-Korvallo simptomu adlanır. Üçtaylı qapaq çatışmazlığında kiçik qan dövranında təzyiq aşağı endiyindən ağciyər arteriyası üzərində II ton zəifləmiş olur. Nəbz o qədər də dəyişmir və ya kiçik və tezləşmiş ola bilər, çünkı bu qüsur zamanı çox hallarda ağır ürək çatışmazlığı inkişaf edir. AT əksər hallarda enir və ya fızioloji norma həddində qalır. Venoz təzyiq yüksək dərəcədə yüksəlir və 200-300 mm c.süt.-na çatır. Rentgenoloji müayinədə sağ mədəcik və sağ qulaqcığın hədsiz böyüməsi, yuxarı boş venanın genişlənməsi aşkar edilir. Kiçik qan dövranında durğunluq əlamətləri cüzi olur. EKQ-də sağ mədəciyin yüksək dərəcəli dilatasiyası əlamətləri Vı aparmasında rsr' kompleksi və sonra gələn döş aparmalarında dərin S dişciyi formalarında özünü büruzə verir.

Fleboqrafiya (vidacı venaların nəbz əyriliyi) presistola zamanı əgər sinus ritmi saxlanılıbsa yüksək «a» dalğasının olmasını aşkar etməyə imkan verir. Bu hipertrofiyaya uğramış sağ qulaqcığın güclənmiş fəaliyyəti ilə bağlıdır. ExoKQ sağ mədəciyin müxtəlif dərəcəli böyümələrini doppleroqrafiya isə requrqitasiya dərəcəsini aşkar edir. ExoKQ üçtaylı qapaq çatışmazlığı zamanı sağ mədəciyin yüklənməsinin təzahürü olan mədəcikarası çəpərin paradoksal hərəkətini aşkar etməyə imkan vermir. Doppler kardioqrafıya zamanı sağ qulaqcığa sistolik requrqitasiya axım aşkar edilir. Üçtaylı qapaq çatışmazlığı, bir qayda olaraq qan dövranının ağır pozğunluqları ilə müşayiət edilir. Böyük qan dövranında baş verən uzunmüddətli venoz durğunluq bir çox orqanların (qaraciyərin, böyrəklərin, mədə-bağırsaq sisteminin) funksiyalarının pozulması ilə nəticələnir. Daha çox qaraciyər zədələnir, belə ki, orada baş verən uzunmüddətli venoz durğunluq birləşdirici toxumanın inkişaf etməsinə və qaraciyərin ürək mənşəli fibrozuna səbəb olur. Bu isə öz növbəsində orqanın normal funksiyasını daha da pozaraq maddələr mübadiləsinin ağır pozğunluqlarına səbəb olur. Diaqnostikası. Üçtaylı qapaq çatışmazlığının diaqnozu xəncərəbənzər çıxıntının əsasında sistolik küyün eşidilməsinə (nəfəsalmanın zirvəsində güclənmiş müsbət vena nəbzinə və qaraciyərin sistolik pulsasiyasına) əsaslanır. Sağ mədəcik və sağ qulaqcığın böyüməsi kimi əlamətlər (rentgenoqramda), EKQ-də sağ mədəciyin hipertrofiyası əlamətləri, venoz təzyiqin yüksəlməsi qüsur üçün patoqnomik hesab edilmir və belə ki, bu əlamətlər qüsur olmadan belə meydana çıxa bilər. Bu qüsur üçün ürəyin sağ şöbələrinin nəzərə çarpan böyüməsi ilə kiçik qan dövranında güclü durğunluğun olmaması kimi əlamətlərin birgə meydana çıxması səciyyəvi hesab edilə bilər. Qüsurun bəzi əlamətləri (müsbət vena nəbzi, qaraciyərin sistolik pulsasiyası) olmaya bilər. Belə hallarda bu qüsur üçün səciyyəvi olan yeganə etibarlı əlamət sistolik küydür. Müalicə. Üçtaylı qapaq çatışmazlığı zamanı qan dövranı çatışmazlığının terapiyasının ümumi prinsiplərinə uyğun aparılır.

Sidikqovucular təyin edilir və aldosteron antaqonistlərindən - spironolaktona (veroşpiron, aldakton) üstünlük verilir.