KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE KÜLTÜR EVRENİ

Benzer belgeler
BÖYÜK DƏCCAL Amerika

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Şiənin Qurani Kərimə olan etiqadı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Marketinq. Mehdiyev Əkbər

Kredit bürosu borcalanlar üçün əla imkanlar

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

İslamda Təqlidin Yeri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

شرح صورة الفاتحة. Fatihə surəsinin şərhi.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

DAVETLİSİ

Saleh bin Fövzan bin Abdullah əl-fövzan CƏNAZƏNİN MÜXTƏSƏR HÖKMLƏRİ

BlackBerry ID Sazişi

İBN ARABİ'DE HAKKIN AŞKINLIĞI

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Acronis True Image Home 2012

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Azərbaycan Futbol Klublarında çalışan. Azarkeşlərlə əlaqələndirici şəxslər üçün məlumat kitabçası

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Kommunal müəssisələr tərəfindən satınalma

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Azərbaycan Hava Yolları. «01» iyul 2016-ci il.

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

1- Forex bazarı nədir?

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Əlixan Musayev ÜÇ SUAL

ABB-də 1,400-ə yaxın insan çalışır. İngiltərənin

40 Hədis. Müəllif: Yəhya ibn ġərəf ən-nəvəvi

Biznesin təşkilati-hüquqi formaları

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

Azərbaycan Media Mərkəzi Onlayn jurnalistlər üçün vəsait

Əsrimizin mühəddisi. Məhəmməd Nasiruddin əl- Əlbani (Allah ona rəhmət etsin)

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Muhəmməd ibn Əhməd əz-zəhəbi. Böyük günahlar

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Vergi Məcəlləsinə ci il tarixinə edilmiş son dəyişikliklərin müzakirəsi

Məlumatların Açıqlanmamasına dair Şərtlər

AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ Q A Y D A L A R I

Transkript:

KÜLTÜR EVRENİ ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE Bahar/Весна/Spring 2009 Yıl / Год / Year 1 Sayı / Число / Number 2 ÜÇ AYDA BİR YAYIMLANAN ULUSLARARASI SOSYAL BİLİMLER DERGİSİ ЕЖЕКВАРТАЛЬНЫЙ МЕЖДУНАРОДНЫЙ ЖУРНАЛ ОБЩЕСТВЕННЫХ НАУК QUARTERLY SOCIAL EDUCATION JOURNAL SUBJECT TO INTERNATIONAL PEER REVIEW ISSN: 1308-6197 Sahibi / Xозяин / Owner Hayrettin İVGİN Kültür Ajans Tanıtım ve Organizasyon Ltd. Şti. - Konur Sokak 66/9 Bakanlıklar-ANKARA Tel: 0090..312 4259353 kulturevreni@gmail.com Sorumlu Yazı İşleri Md./Ответственный секретарь/associate Editor Erhan İVGİN Editör Руководитель работы / Editor Ömer ÜNAL Genel Koordinatör / Директор / Director Redaktör/Редакция/Redacteur Erhan İVGİN Doç. Dr. Nezaket HÜSEYNOVA Yayın Kurulu / Редколлегия / Editorial Board Prof. Dr. Ali Berat ALPTEKİN Prof. Dr. Fikret TÜRKMEN Prof. Dr. İsmail PARLATIR Prof. Dr. Mehman MUSAOĞLU Prof. Dr. Saim SAKAOĞLU Prof. Dr. Taciser ONUK Prof. Dr. Tuncer GÜLENSOY Yazışma Adresi / Адрес издательства / Correspondance Addres Kültür Ajans Ltd. Şti. Konur Sokak No: 66/9 Bakanlıklar/ANKARA-TÜRKİYE Tel.: 0090.312 425 93 53 (PBX) - Fax: 0090.312 419 44 43 E-mail: hayrettinivgin@gmail.com erhanivgin@gmail.com www.kulturevreni.com Fiyatı / Стоимость / Price Abone Bedeli / Стоимость подписки 10 TL (Yurt içi / для граждан Турции) Subsciption Price 15 $ / 10 Euro (Yurt dışı / для граждан 40 TL (Yurt içi / для граждан Турции) других стран) 60 $ / 50 Euro (Yurt dışı / для граждан других стран) Baskı Tarihi/ Press Date 23 Mayıs 2009 Baskı / Типография / Press BRC BASIM Samanyolu Cad. No: 35 İskitler/ANKARA Tel: 0090.312.384 44 54 Kapak Resmi: Nahçivan da bulunan Açıq Sema Altında Muzey de bulunan Qoç fıgurlu qebirüstü xatire daş heykel (Resim Çeken: Hayrettin İVGİN) 1

QURAN AYƏLƏRİNİN İSRAİLİYYAT XƏBƏRLƏRİNƏ İSTİNADƏN TƏFSİR EDİLMƏSİ (AÇIQLANMASI) INTERPRITATION OF KORAN VERSIONS BASED ON ISRAILIYYAT NEWS Elnur Təvəkküloğlu ƏLİYEV Özet Bu yazıda rivayet tefsirinin yazılması zamanı ortaya çıkan bazı problemlerden bahs edilmiştir. Şu problemlərdən biri olarak İsrailiyyat haberlerinin rivayet tefsirinə dahil edilmesi gösterilmiştir. Buna ilave olarak, araştırdığımız bu konuda İsrailiyyat kelimesinin anlamı, nevileri və ilk defa israiliyyat haberlerini kullanan şahıslar hakkında söz edilmiştir. Sonuçta, genellikle, bu biçim haberleri kullanmanın doğru olup-olmamasından bahs edilərək konu sona sonuçlandırmaktadır. Anahtar kelimeler: Kuran-ı Kerim, Hazreti Peygamber ve Ahli-Beyti`nden nakl edilen hadisler, İsrailiyyat haberleri, tefsir. Summary The difficulties occurred during the writing of the legend commentary have been here debated. As one of these difficulties the including of israiliyyat news to the legend commentary has been shown. Bakı Dövlət Universiteti, İlahiyyat Fakültəsinin aspirantı 301

Besides, in the research the meaning of the word israiliyyat, its kinds and the persons firstly touched to this theme were talked about. Consequently, the theme was ended by talking about the right choice of using such kinds of news. Key words: Korani-Kerim, The hadiths talked by Prophet and his Ali-Beyt, Israiliyyat news, Tafsir (Interpritation of Koran) İlk olaraq qeyd etmək istəyirəm ki, Qurani-Kərimi rəvayətlər vasitəsilə təfsir edərkən bir sıra çətinliklərlə üzləşilir. Həmin çətinlikləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 1. Saxta hədislərin və uydurma rəvayətlərin (yaxşı məqsədlə olsa belə) təfsirə daxil edilməsi; 2. Həzrət Peyğəmbər və Əhli-beytə (ə.s) isnad edilən ravilər zəncirinin tamamilə olmaması; 3. Quran ayələrinin israiliyyat deyilən xəbərlərə istinad edilərək açıqlanması. Sadaladığımız bu səbəblərin hər biri öz-özlüyündə rəvayət təfsirinin zəifləməsi və etibardan düşməsi üçün mühüm rol oynamışdır. Rəvayət təfsirinə olan etibarın zəifləməsində rolu olan səbəblərdən sonuncusu israilyyat adlanan xəbərlərdir. Belə xəbərlər daha çox Quranın qissələri izah və bəyan edilərkən təfsirə daxil olunmuşdur. Rəvayət təfsirinin zəifləməsində bu xəbərlərin hansı rolu oynadığını araşdırmazdan qabaq israiliyyat kəlməsinin lüğəvi və istilahi mənalarına, həmçinin onun növlərinə nəzər salmaq lazımdır. İsrailiyyat xəbərləri İsrailiyyat xəbərlərinin nə olduğunu yaxşı başa düşmək üçün ilk olaraq israiliyyat kəlməsinin nə demək olduğunu, onun hansı mənada işləndiyini bilmək lazımdır. Bunun üçün də, əvvəlcə, həmin kəlmənin lüğəvi mənasına, sonra isə istilahi mənasına nəzər salaq. Lüğəvi mənası İsrailiyyat kəlməsi israiliyyə kəlməsinin cəmidir. Bu söz ərəb kəlməsi olub, yəhudilikdən nəql edilən əslsiz xəbərlər mənasında işlənir. İstilahi mənası İsrailiyyat sözünün istilahi mənasına gəlincə, bu kəlmə yəhudilik, xristianlıq və digər dinlərdən İslam mədəniyyətinə, xüsusilə də Quran təfsirinə daxil olmuş qeyri islami məlumatlar mənasını ifadə edir (Dəmirçi 2003/133). 302

Növləri İsrailiyyat İslam dininə uyğun olub-olmamaq baxımından iki yerə bölünür: 1. Nəqli caiz olmayan xəbərlər İsrailiyyat xəbərlərinin bu qismi əksəriyyət təşkil edir ki, bu növ israailiyyat xəbərlərinin nəql olunmasına icazə verilməyib. Bu barədə Peyğəmbərimiz (s.ə.a.s) buyurub: Əhli-kitabdan heç bir şey soruşmayın, yollarını azmış olan bu insanlar sizi əsla doğru yola yönəldə bilməz. (Əhməd/378) 2. Nəqli caiz olan xəbərlər İsrailiyyat xəbərlərinin ikinci qismi isə nəqli caiz olan israiliyyat xəbərlərdir. İsrailiyyat xəbərlərinin bu qismini nəql etməyə icazə verilməsinə sübut və dəlil həzrət Peyğəmbərdən rəvayət olunan bu hədisdir: Bəni-İsraildən rəvayət nəql edin. Bu işdə sizin üçün bir maneə yoxdur. (Əl- Buxari/50; Termizi/13) Təbii ki, həzrət Peyğəmbərin nəqlini caiz bilmədiyi (nəql olunmasına icazə vermədiyi) israiliyyat xəbərləri İslam dininə uyğun gəlməyən xəbərlərdir. Peyğəmbərimizin nəql olunmasını caiz bildiyi xəbərlər isə İslama zidd olmayan xəbərlərdir ki, bunların bir qismi həm Qurani-Kərimdə mövcud olan, həm də o Həzrətin ağzından vəciz bir üslubla nəql edilən xəbərlərdir. Belə xəbərlərin nəql edilməsi isə müsəlmanların yaxın keçmişi bilmələri və o dövrdə baş verən hadisələrdən ibrət dərsi götürmələri hədəfini daşıyır. Lakin İslam peyğəmbərinin nəqlini caiz bildiyi israiliyyat xəbərləri barəsində buyurduğu sözü və bunu tətbiq etməsi getdikcə səhv başa düşülərək Quranın ruhuna və ağıla uyğun olubolmamasına diqqət edilmədən bir çox israiliyyat xəbərlərinin nəql olunması bir həqiqətdir. Halbuki, Peyğəmbərdən bu barədə nəql olunan hədis yalnız və yalnız İslam dininə zidd olmadığına şəkk-şübhə edilməyən israiliyyat xəbərlərinin nəql edilməsinə icazə vermişdir. Belə ki, din və şəriətimizə uyğun olmayan və ya uyğun olmasında şübhəli bilinən xəbərlərin də nəql edilməsi tamamilə qadağan edilmişdir. İslama müxalif olmamaqla bərabər rəvayət edilməsində hansısa bir faydası olmayan israiliyyat xəbərlərinin nəql olunması da düzgün deyildir. Belə olduğu təqdirdə, mümkün olduğu qədər gərək bu növ israiliyyat xəbərlərindən də uzaqlaşılsın ki, bəlkə bu yolla israiliyyat xəbərlərinin kölgə gətirdiyi rəvayət təfsirinə etimadı təzədən bərpa etmək baxımından mühüm bir addım ola bilər. Çünki bir çox müfəssirlər təlif etdikləri əsərlərdə müsəlmanlar üçün heç bir faydası olmayan məlumatlara mühüm bir yer ayırmaqla mövzu çərçivəsindən tamamilə kənara çıxaraq əsl məqsəd və hədəfdən yayınmışlar. Ki, bu da, rəvayət təfsirini onun mötəbərliyinin aradan getmə təhlikəsi ilə üz-üzə qoymuşdur. Belə təfsirlərə diqqətlə nəzər saldıqda görürük ki, burada müsəlmanlar üçün hansısa bir xeyri olmayan xüsuslara yer ayırılmışdır. Məsələn, Qurani-Kərimin Kəhf surəsinin bu 303

növ təfsirlərində Əshabi-kəhf in 12 adları, onların arasından yemək üçün bir qida almağa gedən şəxsin adı, alınan qidanın, ərzağın miqdarı və növü və buna bənzər bir çox lazımsız, mövzu ilə əlaqəsi olmayan əşyalar haqqında danışılmışdır. Məsələn, Əshabi-kəhfin iti ilə bağlı rəvayətlər nümunə olaraq misal çəkilə bilər: - Əshabi-kəhfin iti bir çobana aiddir, (İbnul-Cövzi,5/126; Əl-Qurtubi,10/370) yaxud Əshabi-kəhfdən birinin iti idi (Əl-Qurtubi,10/370) və yaxud hökmdarın mehtərinin iti idi (Təbəri, 15/214). - Həmin itin adı Qitmir, Ərraqim, Əlvasit, Humran, Qutmur, Muşir, Bəsit, Səhya, Nəqya, Rəyyan və yaxud Qitfir idi. (Aydəmir/170) - İtin rəngi ala yaxud sarı rəng, başı ala üst hissəsi qara rəng, qarın hissəsi ağ rəng, quyruğu ağla qaranın qarışığı idi. Ala rəngində və yaxud da daş rəngində idi. (Aydəmir/171) - İtin cinsi adi bir it və yaxud Çin iti idi. Yaxud da bu it deyildi, əhilləşmiş bir aslan idi. (Aydəmir/171) Qeyd olunanlara diqqət yetirsək, görərik ki, Mütəal Allahın Qurani-Kərimdə ibrət məqsədilə bəzən çox qısa şəkildə təmas etmiş olduğu mövzular belə olduqca müfəssəl şəkildə verilərək genişlədilmişdir. Əhli-kitabdan əldə edilən və ya qissələrlə məşğul olan şəxslər tərəfindən bu hekayələr getdikcə müsəlmanlar arasında yayılmış, daha sonra isə bu hekayələr təfsir kitablarına daxil edilmişdir. Bir sözlə, bütün bu növ rəvayətlər insanları Qurani-Kərimin mənəvi ruhundan və onun çatdırmaq istədiyi ibrət dərsindən uzaqlaşdırmıışdır. İsrailiyyat xəbərlərini ilk dəfə nəql edən şəxslər Mənbələrin verdiyi məlumata əsasən israiliyyat xəbərlərini ilk dəfə Abdullah ibn Səlam, Qəbul-əhbar, Vəhb ibn Münəbbih və İbn Cüreyc kimi bə zi şəxslər nəql etmişlər. Bunlar əvvəli yəhudi və xristian olub sonradan müsəlmanlığı qəbul etmiş və Tövratla İncilə yaxından bələd olan şəxslərdir. İlk dövrlərdə səhabələr Qurani- Kərimdə müfəssəl şəkildə verilməyən bəzi qissələrin təfsilatı barəsində bu şəxslərə suallar vermişlər. Onlardan aldıqları cavablar vasitəsilə əldə etdikləri məlumatı tabiuna nəql etmişlər. Tabiun isə səhabələrdən aldıqları bu məlumatlara Əhlikitabdan soruşub öyrəndiklərini də əlavə edərək israiliyyat xəbərlərinə bənzəyən bu məlumatların çərçivəsini daha da genişləndirmişlər. Tabiun Quranı əvvəldən axıra kimi ayə-ayə təfsir edirdi. Məhz buna görə də təfsirdə yaranan boşluqları israiliyyata oxşar xəbərlərlə doldurmaq onlar üçün demək olar ki, bir çıxış yolu rolunu oynayırdı. Həmin dövrdə təfsirin yəhudilik və xristianlıq haqqındakı xəbərlərlə dolu olmasının səbəbi də məhz bunda idi. Bu xəbərlərin bir hissəsi yuxarıda adlarını çəkdiyimiz bəzi səmimi müsəlmanlar tərəfindən nəql edimişdir. Lakin Əhli-kitabdan bəziləri İslamı məhv etmək və ya zəiflətmək məqsədi ilə iman pərdəsi altında müsəlmanları içəridən yıxa biləcək bir çox uydurma xəbəri onun 12 Mağara əhli 304

bünyəsinə daxil etməyə çalışmışdır. Belə olduqda, görəsən, müfəssir israiliyyat xəbərləri qarşısında hansı mövqeni tutmalıdır ki, bu ziyankar və təhlükəli xəbərləri təfsirdən uzaqlaşdıra bilsin? İsrailiyyat xəbərlərinin təfsirə daxil edilməsi Məlum olduğu kimi Mütəal Allah Qurani-Kərimin müxtəlif surələrində keçmiş qövmlərdən və onların peyğəmbərlərindən bəhs edən çoxlu sayda qissələr vermişdir. Allah təala həmin qövmlər haqqında olan qissələri hələ Qurani- Kərimdən əvvəl nazil etdiyi müqəddəs Tövrat və İncil kitablarında da qeyd etmişdir. Lakin Quran qissələri ilə Tövrat və İncildəki qissələr arasında icmal 13 və təfsil 14 baxımından müəyyən fərqliliklər mövcuddur. Qurani-Kərim heç bir zaman, məkan və şəxsin adını çəkmədən, yəni, hər hansı bir qissə haqqında təfsilatıyla danışmadan həmin qissələr barəsində insana onun ehtiyac duyduğu qədər məlumat verir. Çünki Quranın məqsədi insanlara tarix haqqında məlumat vermək deyil, onların həmin qıssələrdən ibrət almasını təmin etməkdir. Halbuki, Tövrat və İncildəki qissələr təfsilata yer verilmişdir. Məsələn, Tövratda mövcud olan Adəmin (ə.s) qissəsi eyni zamanda Qurani-Kərimdə də bir neçə surədə zikr edilmişdir. Bu surələr arasında Adəm (ə.s) haqqında ən uzun şəkildə məlumat verilən qissələrdən biri Bəqərə surəsi, digəri isə Əraf surəsidir. Bu iki surəni diqqətlə nəzərdən keçirdikdə görürük ki, burada nə cənnətin təsviri verimiş, nə həzrət Adəm və yoldaşı Həvvanın yaxınlaşmaqları qadağan edilən ağacın növü məlumat verilmiş, nə də Adəmin (ə.s) və yoldaşının cənnətdən çıxarıldıqdan sonra məskunlaşdıqları yerlə bağlı hansısa bir məlumat verilmişdir. Lakin Tövratda mövcud olan Adəm qissəsində geniş və müfəssəl şəkildə məlumat verilərək bütün bu xüsuslara aydınlıq gətirilmişdir. Məsələn, Tövrat bu hadisəni izah edərkən yalnız həmin hadisənin baş verdiyi cənnətin Ədn cənnəti, yaxınlaşılması qadağan olan ağacın həyat ağacı olduğunu zikr etməklə kifayətlənməyib, hətta Allah təalanın onları cənnətdən qovduqdan sonra yerdə süründürmək və torpaq yeritməklə onlardan intiqam aldığını da qeyd edir. Bütün bu məlumatların Qurani-Kəirmdə təfsilatı ilə verilməməsi bu məlumatları əldə etmək marağında olan alimləri Quran qissələrində mübhəm və yaxud qısa şəkildə zikr edilmiş bu və buna bənzər xüsusların geniş şəkildə araşdıraraq onları təhqiq etməyə sövq etmişdir. Beləliklə, səhabələr zamanından başlayan israiliyyat xəbərlərini nəql etmə fəaliyyəti tabiun dövründən etibarən daha da inkişaf edərək müfəssirləri hər hansı bir təhqiqat aparmadan Əhli-kitabdan müxtəlif rəvayətlər nəql etməyə aparıb çıxarmışdır. Sonda bunu bilmək lazımdır ki, əlinə qələm götürüb təfsir yazan hər bir müfəssirin öhdəsinə düşən ilk vəzifə bu cür xəbərlərdən uzaq olmağa çalışmaqdır. Çünki əgər həqiqətən də, bu xəbərlərin qeyd edilməsində hər hansı bir fayda 13 Qısa şəkildə, təfsilatını vermədən 14 Geniş və müfəssəl şəkildə olmaq 305

olsaydı, Allah təala həmin xəbərlərə Qurani-Kərimdə müəyyən bir yer ayırardı. Buna görə də bəzi mücməl ifadələrin Quran və hədislər vasitəsilə açıqlana bilinmədiyi təqdirdə belə çıxış yolu Əhli-kitabdan rəvayət nəql edilməsində görünməməlidir (Dəmirçi/138). Lakin bir müfəssir əvvəlki təfsirlərdə mövcud olan israiliyyat xəbərlərinin zərərindən oxuyucuları qorumaq üçün bu xəbərləri nəql etmə məcburiyyətində qaldığını hiss edərsə, bəlkə bu zaman belə rəvayətlərə yer verə bilər. Təbii ki, bu vəziyyətdə belə onların İslama və ağla zidd olması sübut olunaraq qeyd edilməlidir. İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 1. Möhsün Dəmirçi, Təfsir tarixi, 2003, İstanbul, 296 səh. 2. Əhməd ibn Hənbəl, Əl-Müsnəd, tarixsiz, Beyrut 3. Əl-Buxari, əl-camius-səhih, tarixsiz, İstanbul 4. İbnul-Cövzi, Zadul-məsir, 1384/1964, Dəməşq 5. Əl-Qurtubi, Əl-Camiu liəhkamil-quran, 1405/1985, Beyrut 6. Təbəri, Camiul-bəyan ən təvilil-quran, 1325, Beyrut 7. Abdullah Aydəmir, Təfsirdə israiliyyat, tarixsiz, Ankara 8. Termizi, Əl-Camius-səhih, trxz, İstanbul 306