1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

Benzer belgeler
Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

4.1 Giriş Layihə haqqında ümumi məlumat Seysmik tədqiqat metodlarının qısa xülasəsi Giriş...

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

8 Məsləhətləşmə və məlumatın açıqlanması

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

2014-cü ilin üçüncü rübünün nəticələri

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

Azərbaycan: Cənubi Qaz Dəhlizi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

CQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Qısa Icmalın Əlavəsi. May 2003-cü il

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Marketinq. Mehdiyev Əkbər

Fəsil 9 Məsləhətləşmə prosesi

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Fəsil 5 Layi həni n təsvi ri

Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Protokolundan Çıxarış aprel 2016-cı il

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Caspian Pipe Coatings MMC

Səth Su Keyfiyyətinin Monitorinqi. Qərar Qəbul Edən Tərəflər üçün Rəhbər Sənəd

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Azərbaycan Respublikası Prezidentinin

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

Sistem inzibatçıları üçün təlimat

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

AZƏRBAYCANIN ENERJİ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏNİN MÖVCUD VƏZİYYƏTİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru.

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Türkiyədə mövcud tənzimləyici qaydalar

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti. İcrasına başlanılmışdır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA və TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

QARADAĞ SEMENT LAYİHƏSİ 6 SAYLI YENİ QURU ÜSULLA YANDIRMA SOBASI

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Layihə Məlumat Hesabatı

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ SU STRATEGİYASI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

Transkript:

1 Mündəricat 1.1... 1-2 1.1.1 3Ö Seysmik Tədqiqatın Xülasəsi... 1-2 1.1.2 AYDH Kontrakt Sahəsinin yaxınlığında BP-nin digər kəşfiyyat və hasilat fəaliyyətləri... 1-3 1.2 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ sənədinin tətbiq sahəsi... 1-6 1.3 ƏMSSTQ Qrupu və Strukturu... 1-6 Şəkillərin siyahısı Şəkil 1.1: AYDH, AÇG, Bahar, Qum dəniz və ŞD kontrakt sahələrinin, AYDH 3Ö seysmik tədqiqat sahəsinin yeri və AYDH 3Ö seysmik tədqiqat sahəsi yaxınlığındakı əvvəlki seysmik tədqiqatın profilləri... 1-5 Cədvəllərin siyahısı Cədvəl 1.1: AYDH 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ Qrupu... 1-6 Cədvəl 1.2: 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ-nin quruluşu və mündəricatı... 1-7 Dekabr 2015

1.1 Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) Kontrakt Sahəsi Xəzər dənizinin Azərbaycan sektrunda yerləşir və sahil xəttindən başlayaraq suyun dərinliyinin təxminən 40m-ə çatdığı zonaya qədər təxminən 1900km 2 uzanır (Şəkil 1.1-ə baxın). 2014-cü ilin dekabr ayında BP AYDH Kontrakt Sahəsində potensial perspektiv sahələrin birlikdə kəşfiyyatı və işlənməsi üçün Azərbaycan Respublikasının Dövlət Neft Şrkəti (ARDNŞ) ilə Hasilatın Pay Bölgüsünə dair Saziş (HPBS) imzalamışdır. BP Eksploreyşn (Azərbaycan) Limited HPBS-in tərəflərinin adından və onların tapşırığı ilə Texniki Operator təyin edilmişdir. Layihə geoloqları tərəfindən tamamlanmış ilkin tədqiqatlar göstərir ki, AYDH Kontrakt Sahəsində 3000-5000m dərinliklərdə və 1000m təşkil edən nisbətən dayaz qatlarda potensial karbohidrogen kollektorları mövcuddur. Kontrakt Sahəsində və qonşuluqdakı sahələrdə kəsilişin geoloji quruluşunu və potensial kollektorları əlavə xarakterizə etmək üçün iki seysmik tədqiqatın aparlması planlaşdırılır: AYDH Kontrakt Sahəsində daha dərin sular zonasında və qonşu sahələrdə suyun dərinliyinin təxinən 10m-dən artıq olduğu zonalarda iki ölçülü (2Ö) Seysmik Tədqiqat; və AYDH Kontrakt Sahəsində və qonşuluqdakı sahilə yaxın və qurudakı sahələrdə daha dayaz (suyun dərinliyinin 25m-dən az olduğu) zonalarda üç ölçülü (3Ö) Seysmik Tədqiqat. Bu (ƏMSSTQ) sənədi AYDH üzrə 3Ö Seysmik Tədqiqata dəstək üçün hazırlanmışdır. Seysmik tədqiqatın sahəsinin təxminən 1520km 2 -i ərazini əhatə etməsi və həm quruda, həm də dənizdə dayazsulu sahələrdən ibarət olması planlaşdırılır (baxın: Şəkil 1.1). 1.1.1 3Ö Seysmik Tədqiqatın Xülasəsi 3Ö Seysmik Tədqiqat 1-5 prioritet sahəyə bölünmüş tədqiqat ərazisi boyunca aparılacaq və həm quruda, həm də dənizdə yerləşən ərazilərdən ibarət olacaq (baxın: Şəkil 1.1). Tədqiqatın qurudakı elementi təxminən 90km 2 ərazini əhatə edir və yalnız 1, 2 və 3 saylı prioritet sahələrdə yerləşir. Quruda və dənizdə aparılacaq tədqiqatlarda Müstəqil Sinxron Mənbələr (ISS) TM metodologiyasından istifadə olunacaq. Bu metodologiya bütün seysmik mənbələrə öz fəaliyyətlərini sinxronlaşdırmağa ehtiyac duymadan müstəqil və sinxron şəkildə fəaliyyət göstərməyə imkan verir; siqnallar arasındakı hər hansı maneələr (interferensiya) məlumatların qabaqcıl emalı vasitəsilə sondaradan aradan qaldırıla bilər. Qəbul edilməli tədqiqat metodları aşağıdakılardan ibarətdir: Quruda: Bütün tədqiqat boyunca köməkçi avtomobillər karvanının və texniki və təhlükəsizlik personalının müşayiəti altında seysmik vibrator ( vibroseys kimi tanınır) avtomaşınlarından və nisbətən kiçik Quruda Sinxronlaşdırılmış Elektrik İmpulsiv Mənbə (OnSEİS) qurğularından istifadə. Vibroseis avtomaşınları qrunta sıxılan vibrasiyalı dayaq plitələrindən istifadə edir və yerin təkinə nəzarətli şəkildə enerji impulsu buraxır ki, bu enerji impulsu da öz növbəsində müxtəlif səthaltı təbəqələr arasındakı hüdudlardan geri əks olunaraq səthdəki qəbuledicilərə ( qovşaq adlandırılır) geri qayıdır. Vibroseis avtomaşınına nisbətən daha kiçik və daha yüngül olan OnSeis qurğusundan çıxan enerji impulsu elektrik cərəyanı vasitəsilə yaradılır. Bu qurğular mürəkkəb relyefli və/ və ya çox məhdud keçidli ərazilərdə istifadə olunacaq. Vibroseis avtomaşınındakı və OnSEİS qurğusundakı mənbələr 1, 2 və 3 saylı prioritet sahələrdə bir-birindən 400m aralıda yerləşdirilmiş mənbə profilləri şəbəkəsi boyunca 50m intervallarla işə salınacaq. Qovşaqlar qovşaqdüzmə heyətləri tərəfindən perpendikulyar qəbuledici profilləri boyunca əvvəlcədən yerləşdirilmiş olacaq. Avtonom şəkildə işləyən qovşaqların onlardan təxminən 400m məsafədə yerləşdirilmiş qəbuledici profilləri boyunca 25 m intervallarda yerləşdirilməsi planlaşdırılır (qovşaqlar mənbə avtomaşınları və ya qurğular əraziyə gəlməzdən bir neçə gün əvvəldən quraşdırılır). Qəbuledicilərin düzülüşü məlumat yığımından əvvəl yoxlanılacaq və təsdiqlənəcək. Seysmik mənbələr keçdikdən sonra qovşaqlar növbəti tədqiqat sahəsinə köçürüləcək. Onlar tələb olunduqca toplanılacaq və hər bir qovşağın əldə etdiyi məlumatlar yüklənəcək və analiz ediləcək. 1-2

Dənizdə: suyun dərinliyi əsasında müəyyənləşdirilən br sıra mənbə gəmilərindən istifadə etməklə dənizdibi seysmik məlumat yığımı metodundan istifadə olunur: o 0-2m su dərinliyi (Keçid zonası): iki ədəd sənaye təyinatlı, hava ilə şişirilən kiçik VSGA (çox dayaz seysmik mənbə qrupu) katerindən istifadə olunacaq və onlar yalnız gündüz saatlarında fəaliyyət göstərən sıxılmış hava ilə işləyən eneri mənbəsi ilə təchiz ediləcək; o 2-5m su dərinliyi (Çox dayaz su zonası): bir ədəd qismən böyük sənaye təyinatlı, hava ilə şişirilən katerdən istifadə olunacaq və o, yalnız gündüz saatlarında fəaliyyət göstərən sıxılmış hava ilə işləyən enerji mənbəyi ilə təchiz ediləcək; o 5m-dən artıq su dərinliyi (Dayaz su zonası): İki ədəd alüminium korpuslu katamaran tipli gəmidən istifadə olunacaq və onların hər biri günün 24 saatında fəaliyyət göstərən sıxılmış hava ilə işləyən eneri mənbəsi ilə təchiz ediləcək. Mənbə gəmiləri bir-birindən təxminən 500m məsafədə yerləşdirilmiş profillər şəbəkəsi boyunca hərəkət edəcək və enerji mənbələri beş prioritet sahənin hər birində 25m intervallarla işə salınacaq. Qovşaqlar altı qovşaq gəmisi tərəfindən bir-birindən 200m aralıda yerləşdirilmiş qəbuledici profilləri şəbəkəsində əvvəlcədən yerləşdirilmiş olacaq. Hər bir sahədə tədqiqat başa çatdıqdan sonra, qovşaqlar qovşaq gəmiləri tərəfindən toplanaraq köməkçi gəmilərə ötürüləcək ki, onların akkumulyatorları yenidən enerji ilə təchiz və onlardan məlumatlar yüklənilsin. Gəmiləri logistika və texniki dəstək, təchizat, texniki təhlükəsizlik və heyət dəyişikliyi məqsədilə köməkçi gəmilər müşayiət edəcək. Tədqiqat işlərinə mövcud Hövsan limanında və 3-dək köməkçi bazada (Şəkil 1.1-də göstərilib) yerləşdirilmiş əsas baza düşərgəsindən dəstək veriləcək. Hövsan limanında layihə üçün mövcud obyektlərdən və mobilizasiya-öncəsi işlər çərçivəsində sahəyə gətirilərək montaj ediləcək əlavə hazır (yığılan) yaşayış və mədəni-sosial obyektlərdən istifadə ediləcək. Xüsusi ayrılmış mövcud giriş yolu mobilizasiya-öncəsi işlər çərçivəsində layihənin istifadəsi üçün modernləşdiriləcək. Gəmilər üçün yanacaqdoldurma obyektləri, texniki xidmət sahələri, ofis və mədəni-sosial obyektlər təmin etmək üçün köməkçi bazalarda (bunların hamısına mövcud yanalma körpüləri daxildir) mövcud infrastrukturdan istifadə olunacaq. Həm əsas bazada, həm də köməkçi bazalarda tədqiqat ərzində mövcud magistral kommunikasiya xətlərindən (yəni, elektrik, qaz, su və telekommunikasiya xətləri) istifadə ediləcək 3Ö Seysmik Tədqiqat işlərinin 2016-cı ilin mart ayında başlaması və ilk növbədə 1 saylı prioritet sahədə tamamlanması planlaşdırılır. Bütün prioritet sahələrdəki tədqiqatların 2016-cı ilin noyabr ayının sonuna qədər başa çatdırılması və sonuncu olaraq 5 saylı prioritet sahəsinin tamamlanması planlaşdırılır. Prioritet sahələrdə planlaşdırılan tədqiqatların ardıcıllıq sırası texniki, logistika və ətraf mühit ilə bağlı nəzərə alınmalı məsələlər baxımından bildirilmişdir. 1.1.2 AYDH Kontrakt Sahəsinin yaxınlığında BP-nin digər kəşfiyyat və hasilat fəaliyyətləri Müvafiq qaydada, 1994 və 1996-cı illərdə imzalanmış Azəri, Çıraq və Günəşli (AÇG) və Şahdəniz (ŞD) HPBS-lərinin əsasında BP 1995-ci ildən etibarən dənizdə Seysmik Tədqiqat və qazma işlərinin tamamlanması, quruda və dənizdə hasilat və ixrac qurğularının quraşdırılması və istismarı daxil olmaqla, kəşfiyyat və hasilat fəaliyyətlərini həyata keçirməkdədir (Şəkil 1.1-ə istinad edin). Potensial ekoloji və sosial təsirlərə dair qiymətləndirmələr barədə məlumat almaq və ətraf mühitdə müşahidə olunan, o cümlədən, BP-nin fəaliyyətlərinə təsir ilə nəticələnə bilən təmayülləri müəyyənləşdirmək məqsədilə bu müddət ərzində tədqiqatların aparılması və üçüncü tərəfin məlumat toplaması yolu ilə ətraf mühitə və sosial sahəyə dair məlumatlar toplanmışdır. AÇG və ŞD Kontrakt Sahələrinin və AYDH Kontrakt Sahəsinə nisbətdə əlaqədar sualtı boru kəmərlərinin yerləşdiyi ərazilər Şəkil 1.1-də təsvir edilmişdir. SOCAR və Bahar Energy Ltd arasında bağlanmış HPBS-in predmeti olan Bahar Qum Dəniz Kontrakt Sahəsi də təsvir edilmişdir. Şəkil 1.1-də göstərilmiş keçmiş tədqiqat profilləri SOCAR-ın birgə müəssisəsi üçün 1990-cı illərdə aparılmış Caspian Geophysical tərəfindən aparılmış seysmik tədqiqatlara aiddir. Müvafiq olan 1-3

hallarda, bu tədqiqatların nəticələri regionda dənizdəki geoloji xüsusiyyətlərin və mümkün karbohidrogen ehtiyatları üçün potensialın başa düşülməsinə yardım etmişdir. 1-4

Şəkil 1.1: AYDH, AÇG, Bahar, Qum dəniz və ŞD kontrakt sahələrinin, AYDH 3Ö seysmik tədqiqat sahəsinin yeri və AYDH 3Ö seysmik tədqiqat sahəsi yaxınlığındakı əvvəlki seysmik tədqiqatın profilləri Şərti işarələr Bahar Qum Dəniz kontrakt sahəsi AÇG sualtı boru kəməri dəhlizi AÇG kontrakt sahəsi ŞD1 sualtı boru kəməri dəhlizi Nəzərdə tutulan ŞD2 sualtı boru kəməri dəhlizi Şahdəniz kontrakt sahəsi Əvvəlki seysmik tədqiqat profilləri 3Ö seysmik tədqiqat sahəsi AYDH kontrakt sahəsi 3Ö prioritet sahəsi 1 3Ö prioritet sahəsi 2 3Ö prioritet sahəsi 3 3Ö prioritet sahəsi 4 3Ö prioritet sahəsi 5 oktyabr 2015 1-5

1.2 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ sənədinin tətbiq sahəsi AYDH 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ prosesinin ümumi məqsədi AYDH 2Ö Seysmik Tədqiqat fəaliyyətləri nəticəsində yaranan potensial mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək, azaltmaq və effektiv şəkildə idarə etməkdir. Bu ƏMSSTQ-nin məqsədi: ekoloji və sosial-iqtisadi mülahizələrin Seysmik Tədqiqatın layihələndirilməsində və icrasında nəzərə alınmasını təmin etmək; ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, kəmiyyətinin təyin edilməsini və qiymətləndirilməsini və müvafiq təsirazaltma tədbirlərinin təklif olunmasını təmin etmək; ekoloji və sosial-iqtisadi fəaliyyətin yüksək standartının planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək; tətbiq oluna bilən hüquqi tələblərin, operatorun və HPBS-in tələblərinin və gözləntilərinin nəzərə alınmasını təmin etmək; ƏMSSTQ prosesi boyu müvafiq maraqlı tərəflər ilə məsləhətləşmək; və Seysmik Tədqiqatın ekoloji və sosial-iqtisadi mülahizələr nəzərə alınaraq həyata keçiriləcəyini nümayiş etdirməkdir. Təsirin qiymətləndirilməsi çərçivəsində fəaliyyətlər və potensial reseptor ilə qarşılıqlı əlaqələr mövcud ekoloji və sosial-iqtisadi şərait və həssaslıqlar ilə tutuşdurularaq qiymətləndirilmiş və potensial təsirlərin dərəcəsi müəyyənləşdirilmişdir. Potensial təsirlərin qiymətləndirilməsi zamanı mövcud və planlaşdırılan nəzarət vasitələri və BP tərəfindən aparılmış əvvəlki seyskim kəşfiyyat layihələrinin tərkib hissəsi kimi işlənib hazırlanmış monitorinq və təsirazaltma tədbirləri nəzərə alınır. 1.3 ƏMSSTQ Qrupu və Strukturu AYDH 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ Qrupuna dair ətraflı məlumat Cədvəl 1.1-də təqdim olunmuşdur. Cədvəl 1.1: AYDH 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ Qrupu Qrupun üzvləri AECOM Ceyms MakNi (AECOM ilə) Environmental and Social Advisory Services Limited (AECOM ilə) Tamara Zərbəliyeva Tariyel Heybətov İlyas Babayev Sulaco Tofiq Quliyev Anar Cəfərov Esmira Məmmədrzayeva Arxeologiya və Etnoqrafiya İnstitutu Piter Vord BP Vəzifələri ƏMSSTQ üzrə Layihə Meneceri və Aparıcı Müəlliflər Mədəni irs və arxeologiya ilə bağlı qiymətləndirmə Qurudakı ekologiyanın qiymətləndirilməsi Səs-küy və vibrasiyanın qiymətləndirilməsi Dəniz ekologiyasının qiymətləndirilməsi Sosial-iqtisadi qiymətləndirmə Yerli balıq növləri və balıq təsərrüfatları üzrə mütəxəssis Xəzər suitiləri üzrə yerli mütəxəssis Quş növləri üzrə yerli mütəxəssis Sosial-iqtisadi təsirlərin qiymətləndirilməsi üzrə yerli mütəxəssislər Botanika üzrə yerli mütəxəssis Herpetofauana üzrə yerli mütəxəssis Fauna üzrə yerli mütəxəssis Arxeologiya üzrə yerli mütəxəssislər Hidroakustika mütəxəssisi AYDH HPBS-in Partnyorlarının adından AYDH Kontrakt Sahəsinin HPBS üzrə operatoru Dağılmaların modelləşdirilməsi 3Ö Seysmik Tədqiqat Layihəsinin ƏMSSTQ Hesabatının quruluşunun və mündəricatının xülasəsi Cədvəl 1.2-də təqdim olunur. 1-6

Cədvəl 1.2: 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ-nin quruluşu və mündəricatı Fəsil Qısa xülasə Ölçü vahidləri və qısaltmalar 1. 2. Siyasi, Normativ-Hüquqi və İnzibati Baza 3. Təsirin Qiymətləndirilmə Metodologiyası 4. Layihənin Təsviri 5. Ətraf Mühitin Təsviri 6. Sosial-iqtisadi sahənin təsviri 7. Məsləhətləşmə və məlumatın açıqlanması 8. Ətraf mühitə təsirin qiymətləndirilməsi, monitorinqi və azaldılması 9. Sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi, monitorinqi və azaldılması Mündəricat ƏMSSTQ sənədinin xülasəsidir. ƏMSSTQ sənədində istifadə olunmuş ölçü vahidlərinin və qısaltmaların siyahısıdır. Məqsədlər və ƏMSSTQ-nin quruluşu daxil olmaqla, 3Ö Seysmik Tədqiqat üzrə ƏMSSTQ-nə ümumi girişdir. Tətbiq oluna bilən qanunvericilik tələblərinin, o cümlədən, AYDH HPBS ilə əlaqədar tələblərin, ratifikasiya olunmuş beynəlxalq konvensiyaların, Beynəlxalq Neft-Qaz Sənayesi Standartlarının və Qaydalarının, tətbiq oluna bilən milli qanunvericiliyin və normaların xülasəsidir. ƏMSSTQ üçün istifadə olunmuş metodologiyanın, o cümlədən, təsirin əhəmiyyətinin müəyyənləşdirilməsinə yanaşma üsulunun təsviri və ƏMSSTQ proqramı ərzində aparılmış konsultasiyaların xülasəsidir. ƏMSSTQ ilə əlaqədar Seysmik Tədqiqatın planlaşdırılması ərzində nəzərdən keçirilmiş variantların qısa təsviri də daxil olmaqla, AYDH 3Ö Seysmik Tədqiqat layihəsi üzrə fəaliyyətlərin ətraflı təsviridir. AYDH 3Ö Seysmik Tədqiqat Sahəsinin yaxınlığında ətraf mühitin ilkin vəziyyətinin təsviridir. AYDH 3Ö Seysmik Tədqiqat sahəsi yaxınlığında ilkin sosial-iqtisadi vəziyyətin təsviri ƏMSSTQ proqramı ərzində həyata keçirilmiş məsləhətləşmə fəaliyyətləri və qaldılmış məsələlər və narahatlıqlar barədə icmal. AYDH 3Ö Seysmik Tədqiqat fəaliyyətləri ilə bağlı potensial ekoloji təsirlərin qiymətləndirilməsi, o cümlədən hər hansı zəruri təsirazaltma tədbirləri və monitorinq. AYDH 3Ö Seysmik Tədqiqat fəaliyyətləri ilə əlaqədar potensial sosialiqtisadi təsirlərin qiymətləndirilməsi, o cümlədən hər hansı lazımi təsirazaltma və monitorinq nəzərdə tutulur. 10. Kumulyativ, Transsərhəd və AYDH 3Ö Seysmik Tədqiqat ilə əlaqədar potensial kumulyativ və Təsadüfi Hadisələr transsərhəd təsirlərin və təsadüfi hadisələrin qiymətləndirilməsidir. 11. Ətraf Mühitin və Sosial- AYDH 3Ö Seysmik Tədqiqat ilə əlaqədar ətraf mühitin və sosial-iqtisadi İqtisadi Sahənin İdarə sahənin idarə olunması sisteminin xülasəsidir. Olunması 12. Qalıq Təsirlər və Yekunlar ƏMSSTQ prosesində yaranan qalıq təsirlərin və yekunların xülasəsidir. Əlavələr Yardımçı texniki məlumatlardır. 1-7