PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN REKONSTRUKSiYASI VƏ MODERNİZASİYASI. Məruzəçilər: Hikmət Əliyev, Qalib Həmidov, Araz Məmmədzadə

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı GİRİŞ

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

2014-cü ilin üçüncü rübünün nəticələri

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Marketinq. Mehdiyev Əkbər

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Protokolundan Çıxarış aprel 2016-cı il

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

Payız-qış mövsümündə əhali fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI


TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

H E S A B A T Q E Y D Ə A L I N D I!

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycanda turizmin vəziyyəti

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Dayanıqlı nəqliyyat siyasəti. təhlil, təcrübə, tövsiyyələr

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

İDEYA SİZDƏN, REALLAŞDIRILMASI BİZDƏN!

MÖVZU: Simli şəbəkələrin arxitekturaları və onların xüsusiyyətləri

Transkript:

PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN REKONSTRUKSiYASI VƏ MODERNİZASİYASI Məruzəçilər: Hikmət Əliyev, Qalib Həmidov, Araz Məmmədzadə

Bu il (2016-cı il) Respublikamızda paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının 10 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə Bakıelektrikşəbəkə ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilmişdir. Dövlət rəhbərinin müvafiq tapşırıqlarına əsasən sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilmişdir: Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildə 3048 MVA olduğu halda 2016-cı ildə 6200 MVA-ya qaldırılıb. Texniki itkilər 16,9%-dən 7,8% endirilib. Güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb. Bakı şəhərində, eləcədə Respublikamızda ilk dəfə 110 kv-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib. 2

Ötən müddətdə Bakı şəhəri elektrik şəbəkəsi istehlakçılara beynəlxalq standarta uyğun səviyyədə xidmət etməyə qadir olduğunu göstərmişdir. On ildən artıq müddətdə Respublikamızın regionlarının sosial-iqtisadi inkişafına yönələn proqramların, həmçinin elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə Bakıelektrikşəbəkə ASC-nin adı dəyişdirilərək Azərişıq ASC adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi Azərişıq ASC-yə həvalə edilmişdir. Ümummilli lider Heydər Əliyev ötən əsrin axırlarında paytaxt Bakının enerji təchizatında yaranan problemləri həll etmək məqsədilə bir sıra mühüm addımlar atdı. Məsələn, ulu öndər tərəfindən 1999-cu il noyabrın 8-də Bakıelektrikşəbəkə İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında sərəncam imzalanmışdı. Haşiyə çıxaraq xatırladaq ki, Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən bir sıra qurumların tərkibində fəaliyyət göstərmişdir. 1929-cu ilə qədər Azneftin Elektrotok idarəsinin tərkibində olmuş, 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Qərarı ilə Bakı Şəhər Elektrik Şəbəkəsi (BaŞEŞ) Bakı Şəhər Sovetinintərkibinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə 1963-cü ildə Azərenerji Nazirliyinin tabeliyində olmuşdur. 1969-cu ildən 2000- ci ilə qədər isə Bakı Şəhər İcraiyyə Komitəsinin, Bakı Şəhər İcra hakimiyyətinin tərkibində fəaliyyət göstərmişdir. 3

Azərbaycan Respublikasının Prezidentinin 8 noyabr 1999-cu il tarixli sərəncamından bir müddət sonra, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə Bakıelektrikşəbəkə Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı. Bakıelektrikşəbəkə ATSC-nin yaradılması və əlverişli şərtlərlə uzunmüddətli idarəedilməyə verilməsi həmin dövrdə daxili imkanların məhdudluğu səbəbindən bu strukturda müvafiq inkişaf sürətinə nail olunmaması ilə əlaqədar idi. Səhmdar Cəmiyyətin idarəetməyə verilməsi yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək, paytaxtın elektrik təchizatında əsaslı dönüş yaratmaq zərurətindən irəli gəlirdi. Elə bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamına uyğun olaraq keçirilən açıq müsabiqənin qalibi olmuş Türkiyənin Barmek Holdinq A.S. şirkəti 2002-ci ilin yanvarından fəaliyyətə başladı. Barmek Holdinq A.S. şirkəti ilə Bakıelektrikşəbəkə ASC-nin 25 il müddətinə idarə olunmasına dair müqavilə bağlandı. Bağlanmış müqaviləyə əsasən, yeni yaradılmış Barmek Azərbaycan MMC Bakı Şəhər Elektrik Şəbəkəsinə müasir texnologiyaların gətirilməsini, onun balansında olan 150-yə qədər yüksək gərginlikli yarımstansiyanın və xətlərin modernləşdirilməsini, qəza vəziyyətində olan 1600-dək iki transformatorlu 10 kilovoltluq yarimstansiyanın, uzunluğu 8 min kilometrdən artıq olan orta və alçaq gərginlikli kabel və hava xətlərinin yeniləşdirilməsini, texniki itkilərin azaldılmasını təmin etməli idi. Bundan başqa, Barmek istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsinə və eləcə də elektrik enerjisi haqqının yığımının artırılmasına, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da nail olmalı idi. 4

Barmek Azərbaycan MMC Bakı şəhərinin və ətraf qəsəbələrin sakinlərinin və müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində ciddi qüsurlara yol verdi. Barmek Azərbaycan MMC tərəfindən müvafiq fəaliyyət sahəsinə investisiya yatırılması və dünyanın müasir tələblərə cavab verən yeni texnologiya və avadanlıqlarının gətirilməsi və tətbiq edilməsi ilə bağlı, demək olar ki, əhəmiyyətli heç bir iş görülmədi. Az miqdarda gətirilən elektrik avadanlığı Türkiyənin, Çinin və Rusiyanın 1970-1980- ci illərdə istehsal etdikləri yetərincə köhnə, yəni müasir tələblərə cavab verməyən texnologiyalar və materiallar idi. 2002-2006-cı illərdə paytaxtın paylayıcı şəbəkəsində Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC tərəfindən 1 ədəd belə 110 kv-luq yarımstansiya inşa edilmədi. Avadanlıqların əsas hissəsinin istismar müddəti ötmüş 35 kvluq paylayıcı şəbəkələrdə də ifrat yüklənmə 70% təşkil edirdi. Barmek Azərbaycan MMC-nin fəaliyyəti dövründə orta və alçaq gərginlikli şəbəkələrin pis vəziyyətdə olması nəticəsində abonentlər keyfiyyətli elektrik enerjisi ilə təmin edilmirdi. Bütün bu səbəblərə görə Barmek Azərbaycan şirkətinin idarəçiliyi 2006-cı ilin avqust ayından dayandırıldı. 5

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatında Barmek Azərbaycan MMC-nin yarıtmaz fəaliyyəti nəticəsində yaranan ciddi problemləri təcili şəkildə aradan qaldırmaq üçün müvafiq sərəncam verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2006-cı il tarixli 1597 saylı sərəncamı ilə Bakıelektrikşəbəkə ASC-nin fəaliyyətinin bərpası Bakı şəhərində elektrik təchizatında yaranmış böhranın aradan qaldırılmasında müsbət nəticələr əldə edilməsi üçün görülmüş tədbirlərdən birincisi olmaqla, elektrik paylayıcı sahələr üzrə islahatlara start verilmiş oldu. Qeyd etmək lazımdır ki, bu qərarın vaxtında qəbul edilməsi bu gün öz müsbət nəticələrini əyani surətdə göstərməkdədir. 6

7

2006-2016 cı illərdə PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNDƏ İSLAHATLAR 2006 2016-cı illər üzrə görülmüş işlərin statistikası 8

2006-2016-cı illər Paylayıcı Elektrik Şəbəkələri üzrə görülmüş işlər haqqında məlumat 110 kv-luq yarımstansiyaların tikintisi 30 ədəd 110 kv-luq kabel xətlərinin çəkilişi 226,9 km 110 kv-luq hava xəttinin çəkilişi 225,5 km 35 kv-luq yarımstansiyaların tikintisi 103 ədəd 35 kv-luq kabel xətinin çəkilişi 2 069,6 km 35 kv-luq hava xəttinin çəkilişi 917,7 km Tikilmiş Transformator Məntəqəsi və Kompleks Transformator Məntəqələri 3 054 ədəd Əsaslı Təmir edilmiş Transformator Məntəqələri 874 ədəd 6/10 kv-luq kabel xəttinin çəkilişi 7 014.4 km 6/10 kv-luq hava xəttinin çəkilişi 4 399,6 km 0,4 kv-luq kabel xəttinin çəkilişi 3 726,6 km 0,4 kv-luq hava xəttinin çəkilişi 2 308,4 km ÖİN xətlərinin çəkilişi 15 365,4 km Quraşdırılmış dayaqların sayı 384 815 ədəd Yeni tip elektron sayğacların quraşdırılması 1 324 804 ədəd 9

Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ilə görə 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb. Bakı şəhəri üzrə texniki itkilər 16,9%-dən 7,8%-ə endirilib. Azərişıq ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü Azərişıq ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11 111 MVAya qaldırılıb. 2016-cı ilin sonuna 12 561 MVA təşkil edəcəkdir. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87%, o, cümlədən Bakı şəhəri üzrə 98,3% təşkil edir. İşçilərin orta aylıq əmək haqqları 2006-cı ildə 340 AZN, 2016-cı ildə 625 AZN, o, cümlədən Bakı regionu üzrə 570 AZN, respublikanın rayonları üzrə 418 AZN təşkil edir. Vergi öhdəlikləri tamamilə yerinə yetirilmişdir. 10

11

12

13

14

15

110/35/6 kv-luq 203 saylı yarımstansiya 16

110/35/6 kv-luq Badamdar yarımstansiyası 17

Meqapolislərin elektrik təchizat sxemlərinin qurulmasında əsas texnoloji istiqamət elektroenergetik obyektlərin kompaktlığının və ekolojiliyinin təmin olunmasıdır. Meqapolislərin elektrik təchizatının etibarlı işinin təmin olunmasında əsas məsələlərdən biri də kompakt tipli yarımstansiyaların tikilməsidir. İri şəhərlərdə yarımstansiyaların sahələrinin azaladılması aktual bir məsələ olaraq qalır. Eyni zamanda yaddan çıxartmaq olmaz ki, bütün tikintilərə o, cümlədən yarımstansiya binalarına da estetik tələblər qoyulur. Yarımstansiyanın ərazisinin kiçildilməsi onun dəyərini yalnız investisiya qoyuluşunun ilkin mərhələsində aşağı salmır, o həm də istismar müddətində özünü doğruldur. Kompakt modellərdən istifadə edilməsi, yüksək inteqrallaşdırılmış modulların tətbiqi, fundamentlərin, metal konstruksiyaların və ikinci dövrə kabel xətlərinin sayının azaldılması hesabına layihələndirilmə prosesini sadələşdirir və sürətləndirir. Bakı şəhərində də belə yarımstansiya binalarının bərpası və yenidən tikilməsi zamanı bu məsələlər diqqət mərkəzində saxlanılır. Bakı keçmiş çar Rusiyasının kütləvi şəkildə elektrik enerjisindən istifadə edən ilk əyalət şəhəri olub. Buna səbəb Bakı nefti idi. Neft sənayesinin sürətli inkişafı ilə elektrikenerjisi istehlakının artaması Almaniyanın Siemens Qalske, AEG və digər əcnəbi firmaların Bakıda böyük gəlir mənbəyinə çevriləcək elektrik stansiyaları tikintisinə maraqlarının yaranmasına səbəb oldu. 18

Qeyd etmək lazımdır ki, hələ sovet dövründən əvvəl, Bakı şəhərində qapalı tip tikilmiş yarımstansiya binaları vardır. Onlardan biri 1914-cü ildə tikilmiş Bakının Binəqədi rayonunda yerləşən qapalı tipli yarımstansiyadır. Həmin yarımstansiya Bakıelektrikşəbəkə müəsissəsinin yaranmasının 80 illiyi münasibəti ilə yarımstansiya Muzeyə çevrildi. 19

Bu gün layihələndirilən yarımstansiya binaları da lapidardır, tamamilə funksional binalardır. Bunlar iri konsert və ya idman sarayları deyil, ictimai iaşə obyektləri deyil-zövqlə tikilmiş elektrik yarımstansiyalarıdır, bunun üçün də xüsusi üsul və zövq seçilmişdir. Yəni bu binalar bütün hallarda tamamilə rasional, funksional və konstruktiv tikililərdir. Onların stili - bəddi cəhətdən çox gözə çarpandır. Yarımstansiya binalarının mikroklimatının, bədii-kompozisiya görünüşünün yaxşılaşdırılmasına yönəlmiş təbii-klimatik şərtlərin arxitektur layihələndirilmələrdə və rekonstruksiyalarda tam nəzərə alınması, arxitekturanın keyfiyyətinin yüksəldilməsinin mühüm amillərindən biridir. Qeyd etmək lazımdır ki, qidalandırıcı (bəsləyici) mərkəzlərin şəhər içində olması ərazi baxımından çox çətin məsələdir. Ona görədə energetik obyektlərin tikilməsi (ucaldılması) məsələsinə baxıldıqda, peşəkarları (layihəçilər) məcbur olaraq kompakt texniki bina tikililər və onlar üçün avadanlıqlar yaradılmasını planlaşdırırlar. Bakıda, tikintilərin sıxlığı hətta Avropa ölkələri ilə müqayisədə çox yüksəkdir. Buna uyğun olaraq şəhər içində yeni qidalandırıcı (bəsləyici) mərkəzlər yaratmaq üçün ərazi seçmək çox mürəkkəbdir. Respublikanında ən böyük şəhər mühitində yarımstansiya binalarının tikintisi problemsiz də ötüşmür. Demək olar ki, yarımstansiya binalarının tikintisi üçün ayrılmış torpaq sahələrinin əksəriyyət hissəsi heç də sadə olmayan geoloji quruluşa malik olur, Bakı şəhərində yüksək gərginlikli yarımstansiyaların tikintisi çox iş və gərgin əmək tələb etməsinə baxmayaraq özünü doğruldur. Belə ki, belə obyektlərin istifadəyə verilməsini minlərlə təlabatçılar gözləyir. Əsas məsələ isə bu gün Bakı şəhərinin fasiləsiz və etibarlı elektrik təchizatının təmin olunması üçün Bakı əhalisi zəmanət əldə edirlər. 20

Bakı kimi böyük, gözəl və modern bir şəhərdə vacib məsələlərdən biri də, yarımstansiya binalarının arxitekturasının mövcud tikintilərə, binalara müasir dizaynlara, estetik zövqə uyğunlaşdırılmasıdır. Bütün bunlar bu günün tələbləri və reallıqlarıdır. Bu gün yarımstansiyaların tikintisi proqramlarının yerinə yetirilməsi Möhtərəm Prezident İlahm Əliyevin tapşırığı əsasında Azərişıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Bakı şəhərində yeni tikilən yarımstansiyalar xüsusilə səsə, elektromaqnit şüalanmalarına və digər texnoloji normativlərin müasir tələblərinə tamamilə cavab verir. Məsələn xarici avadanlıqların istifadə olunması zamanı və xüsusilə binalarda müəyyən olunmuş nəmlik və temperatur tələblərinə görə Azərbaycan şəraitində onların istismar xarakteristikalarına çox dəqiqliklə riayət olunması üçün xarici və təcrübəli mütəxəssislərin məsləhət və tövsiyələrindən istifadə edirlər. Yarımstansiyaların ayrı-ayrı elementlərinin həm də bütün yarımstansiyanın və kabel xətlərinin etibarlı işi Şəhər elektrik şəbəkəsinin əsas prinsipidir. Yarımstansiyaların tikintisi proqramı enerjiyə olan tələbatın artımı nəzərə alınmaqla aktiv yerinə yetirilir. Qeyd olunduğu kimi yeni yarımstansiyalar çox sıx olan şəhər tikintiləri şəraitində tikilir, ona görə də yarımstansiya binaları əsasən iki-üç mərtəbəli tikilir, həm əraziyə qənaət olunur, həm də şəhər tikililərinin arxitekturasına uyğunlaşdırılır. Bu qənaət həm də eleqaz kompleks paylayıcı qurğularının istifadə olunması ilə əldə olunur. Əvvəlki, çox böyük əraziyə malik, böyük qabaritli avadanlıqlar istifadə olunan, həmçinin şəbəkənin hava elektrik veriliş xəttinə qoşulan, ona görə də nəhəng görünən estetik baxımdan cəlbedici və gözəl görünməyən yarımstansiyalarla müqayisədə yeni tikilən yarımstansiyalar həm texniki təminat və mühəndis həll etmələri, həm də tikinti, və estetik cəhətdən müasir texniki normativləri, həmçinin arxitektur normaları ödəyir. 21

Şəbəkə arxitekturasının son illərdə Bakı şəhərində yaradılan ən bariz nümunələrindən biri də Azneft meydanı Bayıl yolu üzərində inşa olunan 110/35/10 kv-luq İçərişəhər yarımstansiyasıdır. Yarımstansiyanın yüksək gərginlikli avadanlıqları SİMENS şirkətinin istehsalıdır və 110 kv-lüq paylayıcı quruluş eleqaz izolyasiyalıdır.içərişəhər yarımstansiyası Bakı şəhərində ilk dəfə yaradılan 110 kv-luq dairəvi elektrik təchizat sisteminin tərkib hissəsidir. 110 kv-luq Bayıl, İçərişəhər, Liman, 227 saylı yarımstansiyalar ilk dəfə 110 kv-luq kabel xətti ilə əlaqələndirilmişdir. 22

Digər bir nümunə isə 110/35/10 kv-luq Liman yeni yarımstansiyanın tikintisidir. Nəsimi, Xətai, Səbail rayonlarının bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması və Dəniz kənarında tikilməkdə olan yeni obyektlərin elektrik gücünün qoşulması, həmçinin Bakı şəhəri ərazisində 110 kv-luq şəbəkənin etibarlılığının artırılması üçün dairəvi sxemin yaradılması məqsədi ilə yeni 110/35/10 kv-luq yarımstansiya inşa edilib istismara verilmişdir. 23

Ağ şəhərdə tikilən iki yarımstansiya binası isə orada tikilən ultra modalı binalar ilə çox gözəl harmoniya təşkil edir.binanın texnikanın son naliyyətləri ilə təchiz olunmasi isə Bakının iri prospektlərindən biri olan Nobel prospektinə xüsusi bir füsunkarlıq verir. 24

110/35/6 kilovoltluq Ağ şəhər -1 qapalı tipli yarımstansiya Ağ şəhər layihəsi üzrə tikilən yaşayış komplekslərinin, Yeni Bulvar ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Orijinal layihə əsasında tikilən yarımstansiya da ölkəmizdə aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin daha bir əyani nümunəsidir. 25

110/35/10 kilovoltluq Həzi Aslanov yarımstansiyası da müasirliyi ilə diqqəti çəkir. Yarımstansiyanın qidalandırılmasının gücləndirilməsi üçün bu energetika qurğusu 110 kilovoltluq 1-ci Əhmədli hava xətt indən açılaraq 110 kilovoltluq kabel xətləri vasitəsilə iki mənbə - Əhmədli yarımstansiyası və Bakı İstilik Elektrik Mərkəzi-1 elektrik stansiyası ilə əlaqələndirilib. Bu layihə çərçivəsində Həzi Aslanov və Ağ şəhər -1 yarımstansiyaları arasında 110 kilovoltluq ikidövrəli kabel xətlərinin çəkilçəkilməsi nəzərdə tutulub. Həzi Aslanov yarımstansiyasında müasir eleqaz və vakuum tipli avadanlıq quraşdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. 26

Başqa bir yarımstansiya binasını da misal göstərmək olar: Son vaxtlar tikilmiş 110/35/10 kilovoltluq Buzovna-2 yarımstansiyası 110/10 kilovoltluq Buzovna dartı yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusunun inşaat işləri zamanı milli memarlıqla beynəlxalq təcrübənin elementləri yüksək peşəkarlıqla uzlaşdırılıb. Ən müasir standartlar səviyyəsində icra olunan bu cür layihələr ölkəmizdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq keyfiyyətlə həyata keçirildiyini bir daha göstərir. 27

28

Buzovna-2 yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Bu energetika qurğusu ən müasir elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatlaşdırılmış sistem, ölkəmizdə istehsal olunan güc transformatorları və reaktorlarla təchiz edilib. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. İdarəetmə mərkəzində də ən müasir avadanlıqlar quraşdırılıb. Qeyd edək ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan eleqaz, vakuum tipli və digər avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub. 29

Tikilmiş yarımstansiya binalarının əksəriyyətini nəfis Avropa nümunəsi kimi qəbul etmək olar. Bu gün arxitekturada bizim öz avanqardımız vardır. Sadalan yarımstansiya binaları və digər tikilmiş və tikilməkdə olan yarımstansiya binaları yetişmiş təxəyyüldür, fantaziya təcəssümüdür. Bakıda mövcud olan utilitar yarımstansiya binalarının bəzilərinin birbaşa funksiyası ilə yanaşı onun həm də Avropa olkələrində olduğu kimi mədəni guşə kimi istifadə olunması məsələsi də həll olunmuşdur. Məsələn, yuxarıda adı çəkilən, 100 ildən çox yaşı və xüsusi bir memarlıq abidəsi olan, MUZEY yarımstansiyası. Yarımstansiyası muzey kimi dəfəaliyyət göstərir. Belə obyektlər xüsusi bir diqqət çəkir bu binalar totalitar bir sistemlə gələcəyə inamı olan, azad, novatorluq arasında yaranan şaxələnmədə və ya budaqlanmada olan qısa və parlaq bir epoxanın şahidləridir. Belə binada modern qaleriya tikmək lazım deyil, modern restoran düzəltmək lazım deyil, mövcud binanı modern etmək lazımdır, hansı ki, Azərişıq ASC bu missiyanı uğurla həyata keçirir. 30

Bakı RETSİ üzrə 110 KV-luq Dairəvi Sistem Paylayıcı elektrik şəbəkələrində həyata keçirilən ən mühüm islahat Bakı şəhərində elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin edən 110 kv-luq dairəvi təchizat sisteminin yaradılmasıdır. Ötən illərdə Bakıelektrikşəbəkə nin əsas hədəflərindən biri məhz dövlətin hərtərəfli dəstəyi ilə dünyanın ən inkişaf etmiş meqapolislərində olduğu kimi, respublikamızın paytaxtında da dairəvi təchizat sisteminin yaradılması idi. Bu sistemin yaradılmasında məqsəd 220 kv- luq qovşaq yarımstansiyalarından 110 kv-luq elektrik şəbəkələri vasitəsilə enerjinin şəhərin müxtəlif yerlərinə ötürülməsi, həmçinin hər hansı mənbədən olan elektrik təchizatında fasilə yarandığı təqdirdə istehlakçının digər mənbə hesabına enerji ilə təmin olunmasıdır. Bu sxem günün istənilən vaxtında istehlakçıları elektrik enerjisi ilə dolğun, fasiləsiz təmin etməyə hərtərəfli imkan verir. Şəbəkənin bu istiqamətdə də gördüyü təxirəsalınmaz tədbirlər öz bəhrəsini vermişdir. İlk olaraq 110 kv-luq dairəvi sxem 220 kv-luq Müşfiq və Xırdalan qovşaq yarımstansiyaları arasında yaradılmışdır. Dairəvi sxemin yaradılması üçün yeni 110 kv-luq Bayıl, İçərişəhər və Liman yarımstansiyaları tikilib istifadəyə verilmişdir. Müşfiq Badamdar Bayıl yarımstansiyalararası ikidövrəli 110 kv-luq hava xətləri kabel xətləri ilə əvəz edilmişdir. Bu dairəvi sistem paytaxtın mərkəzindəki mühüm obyektləri Bayraq meydanı, Milli Park, Baku Crystal Hall, İçərişəhər Dövlət Qoruğu, habelə neft mədənləri, yaşayış massivləri və müxtəlif sosial və məişət obyektlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edir. 31

32

220 kv-luq Müşfiq və Xırdalan qovşaq yarımstansiyalararası 110kV-luq dairəvi sxem 33

220kV-luq Səngəçal və Müşfiq qovşaq yarımstansiyalararası 110kV-luq dairəvi sxem 34

220kV-luq Xırdalan və Nizami qovşaq yarımstansiyalararası 110kV-luq dairəvi sxem 35

220kV-luq Müşfiq, Xırdalan və Hövsan qovşaq yarımstansiyalararası 110kV-luq dairəvi sxem 36

220kV-luq Zabrat, Sənaye Qovşağı və Şimal EŞ qovşaq yarımstansiyalararası 110kV-luq dairəvi sxem 37

Bakıelektrikşəbəkə -nin təkcə Bakı və Bakıətrafı qəsəbələri deyil, bütün Azərbaycan ərazisini əhatə edən yeni bir quruma çevrilməsi ölkə başçısının apardığı iqtisadi və sosial siyasətin uğurlu nəticəsi idi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 saylı Sərəncamına əsasən, Bakıelektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilmiş və yeni Azərişıq Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 38

Prezident İlham Əliyevin İşıqlı Azərbaycan layihəsinin reallaşdırılması çərçivəsində bu işin yeni yaradılan Azərişıq Açıq Səhmdar Cəmiyyətinə tapşırılması qürurverici faktdır. Azərişıq ASC-nin kollektivi bundan sonsuz şərəf duyur və Bakıda həyata keçirilən islahatların bütün Azərbaycanı əhatə etməsi istiqamətində, ölkəmizin ən ucqar yaşayış məntəqələrinin belə, nura bələnməsi naminə yorulmadan və iftixarla çalışmaqdadır. Azərişıq ASC respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 7 Regional Enerji Təchizatı Satış İdarəsi yaratmışdır. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb Regional Enerji Təchizatı və Satışı İdarələrdir. Azərişıq ASC-nin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və s.-dir. 39

40

Son 10 ildə Bakı şəhərinin elektrik təchizatında radikal dəyişikliklər baş vermişdir: rayon elektrik şəbəkələrinin yenidən strukturlaşdırılması, yeni yarımstansiyaların tikilməsi, köhnə yarımstansiyaların rekonstruksiyası və texniki cəhətdən gücləndirilməsi, elektrik enerjisinin satışının müasir texnologiyalarının istifadə olunması ilə həyata keçirilməsi və s.çox dəyişikliklər vardır. Lakin bütün bu müsbət dəyişikliklər fonunda, bu sahə, yeni texnologiyaların tətbiq edilməsi və innovasiya inkişafı nöqteyi-nəzərdən yüksək diqqət tələb edir. Bu gün yeni texnoloji həlletmələr və sistemlərin istifadə olunması tendensiyası mövcuddur. Belə texnoloji həlletmələrdən (qərarlardan) biri də paylanmış energetikanın Klaster i ola bilər, hansı ki, oblastı mərkəz, layihələndirmə və istehsalat lideri, paylanan lokal generasiyalı elektrik enerjisinin və istiliyin qoyuluşu və müşayət olunması edə bilər. İnteqral şəkildə verilən layihə orjinal brend-paylanan energetikanın ağıllı şəbəkələri (Smart Personalized Grids) adı altında təqdim olunur, yəni, yüksək effektli şəbəkələrin layihələndirilməsi. 41

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK! 42