NƏTİCƏ ƏDƏBİYYAT SİYAHISI

Benzer belgeler
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Marketinq. Mehdiyev Əkbər

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

EKSTREMAL VƏZİYYƏTLƏR

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Aritmiyalar Simptomlar Normal ürək döyünməsi nədir? Səbəblər

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

DƏRMAN VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

«Atəşgah» Sığorta Şirkəti ASC FƏRDI QƏZA SIĞORTASI QAYDALARI

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

H E S A B A T Q E Y D Ə A L I N D I!

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Amputasiyalara göstərişlər. Mütləq və nisbi olmaqla iki qrupa bölünürlər. Mütləq göstərişlər:

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

YÜK SIĞORTASI QAYDALARI

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

Addison xəstəliyi. Böyrəküstü vəzin hormonal funksiyası hipofizin AKTH adrenokortikotrop hormonu tərəfindən kontrol olunur.

BÖYÜK DƏCCAL Amerika

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Sərbəst iş 2 Ağciyər xərçəngi, periferik ağciyər xərçəngi

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

11-ci sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Qida fiziologiyası. müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

19 QEYD-ġƏRT Sel və daģqın səbəbilə yaranan itki, zərər və ya üçüncü Ģəxslər qarģısında məsuliyyətin istisnası

FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI

XARİCİ SƏFƏRLƏR ZAMANI TİBBİ XƏRCLƏRİN SIĞORTASI QAYDALARI

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

QARA ZIRƏ VƏ ONUN YAĞI ILƏ MÜALICƏ ÜZRƏ TÖVSIYYƏLƏR (BLACK SEED OIL)

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

BlackBerry ID Sazişi

MƏHDUD ZƏMANƏT SWD

«Atəşgah» Sığorta Şirkəti ASC FIZIKI ŞƏXSLƏRIN SAHIBLIYINDƏ OLAN MINIK AVTOMOBILLƏRININ TAM SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

KREDIT MAHİYYƏTİ,FUNKSİYALARI,PRİNSİPLƏRİ VƏ FORMALARI

Fiziki şəxslərə məxsus əmlakın sığortası qaydaları QAYDALARI

BANKLARIN VƏ MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRƏN DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN RİSKLƏRİNİN KOMPLEKS SIĞORTASI QAYDALARI

Avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydaları

«Atəşgah» Sığorta Şirkəti ASC KOSMİK RİSKLƏRİN SIĞORTASI QAYDALARI

Azər-Türk Bank ASC üzrə

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi NƏQLIYYAT VASITƏLƏRİNİN SIĞORTA QAYDALARI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

TƏHLÜKƏSİZLİK. 1 Məhsul və şirkət haqqında məlumat. 2 Təhlükələrin identifikasiyası

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Su həyatın əsasıdır. Əsas fikir

Vahid rüblük hesabat TƏLİMAT

Kredit bürosu borcalanlar üçün əla imkanlar

M Ü H A Z İ R Ə

9-cu sinif Biologiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Transkript:

İlk tibbi yardımlar Mündəricat: GİRİŞ İlk tibbi yardımın mahiyyəti və onun təşkili Qanaxmalar zamanı ilk tibbi yardım Termik yanıqlar zamanı ilk tibbi yardım Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım Oynaq çıxıqları zamanı ilk tibbi yardım NƏTİCƏ ƏDƏBİYYAT SİYAHISI

Giriş Gündəlik həyatımızda hər bir insan peşəsindən və savadından asılı olmayaraq təxirəsalınmaz, ilkin tibbi yardımı göstərməyi bacarmalıdır. İnkişaf etmiş dövlətlərdə hər bir universitetdə, kollecdə, institutda təhsil alan tələbələr ilkin tibbi yardım barəsində məlumatlandırılır. Fövqəladə hadisələr baş verdikdə insanların xilas edilməsi çox zaman vaxtında, məqsədyönlü surətdə aparılan ilk tibbi yardımdan asılı olur. Bəzi hallarda lazımi məlumatın olmaması zərərçəkmiş insanların həyatı üçün təhlükəli olan ağırlaşmalara səbəb olur. Yadda saxlamaq lazımdır ki, vaxtında və düzgün aparılan ilk yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Zərərçəkmiş ilk yardım göstərildikdən sonra yaxınlıqda olan xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Təbii fəlakət zamanı insanlarda duyğu, düşüncə və davranış dəyişikliyi, iştahasızlıq, həyəcan, oyanıqlıq, şübhə, depressiya (ruh düşkünlüyü), əsəbilik, ağlama, gücsüzlük hissi, baş ağrıları, yuxubasma, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək və s. hallar yaşanır. Belə halların baş verməməsi üçün insanların maariflənməsi, müxtəlif fövqəladə vəziyyətlərə qarşı əvvəlcədən hazırlıqlı olması vacibdir. Fəlakət zonasına düşmüş insan özünü ələ almalı, təmkinli və bacarıqlı olmalı, şəxsi fəaliyyəti ilə ətrafdakılara nümunə olmalıdır ki, təlaş və çaxnaşma düşməsin. Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Unutmayaq ki, ilk tibbi yardım göstərməklə yaxınlarımızın,ətrafımızda olan insanların həyatını xilas edə bilərik.

İlk tibbi yardımın mahiyyəti və onun təşkili Mülki müdafiə sistemində zədələnlərə və xəstələr göstərilən tibbi yardım aşağıdakı növlərə ayrılır;ilk tibbi yardım; ilk həkim yardımı və ixtisaslaşdırılmış tibbi yardımı. İlk tibbi yardım-hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin dahada pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi vəsait axtarmadan,mövcud vasitə və vəsaitlərlə edilən dərmansız tətbiqlərdir.bununla yanaşı ilk tibbi yardım-döyüş meydanında,zədələnmə ocağında və xəsarətə uğrayanın özü,yoldaşları tərəfindən,habelə,tibb heyəti tərəfindən göstərilir.ilk tibbi yardım zədələnmə yerində təcili (15dəq) göstərilməlidir.zədələnən adamların həyatının xilas edilməsi,çəkdikləri əzabın yüngülləşdirilməsi və əmək qabiliyyətinin bərpa edilməsi onlara göstərilən ilk yardımın tez və düzgünlüyndən asılıdır. İlk yardımın prioritetli məqsədləri nələrdir? Həyati təhlükəni ortadan qaldırmaq, Həyati funksiyaların davam etdirilməsini təmin etmək,

Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək, Yaxşılaşmanı asanlaşdırmaq. Qəza vəziyyətində ilk yardım çantalarından istifadə olunmalıdır. Yardım çantasında olmalıdır : üçkünc sarğı bezlərı, rulonlu sarğı bezlərı, sterıl qazlı bezlər, pambıq,yara bandları, boyunluq,turna jqutu, antıseptık məhlullar, ağrı kəsıcı preparat, sancaq, qayçı, fənər.lakin çox zaman qəza zamanı əl altında yardım çantaları və tibbi vasitələr olmur.belə halda əl altında olan vasitələri tibbi vasitələr kimi istifadə etmək olar. Müxtəlif hallarda ilk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsullardan istifadə etmək lazımdır-adamın əynindəki yanan paltarın söndürülməsi,süni tənəffüs verilməsi,tənəffüs üzvlərinin (əleyhqaz,pambıq tənzif maskası geyməklə) və qanaxmaların müvəqqəti olaraq dayandırılması,yara və yaxud yanıq yerinin sonrakı kirlənmədən qorumaq üçün yaraya və yanıq yerinə sarğı qoyulur, zəhərləyici maddələr olduqda əleyhqaz geydirilir və zəhərə qarşı xüsusi antidot verilir. Qanaxmalar zamanı ilk tibbi yardım İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir. Bundan başqa, bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu zaman huşun itirilməsi baş verə bilər. Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır. Qanaxmalar 3 cür olur: 1. Kapilyar qanaxmalar. Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.

2. Venoz qanaxmalar. Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. 3. Arterial qanaxmalar. Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir. Güclü arterial qanaxma olduqca təhlükəlidir! Güclü venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Ancaq istənilən halda zədə almış şəxsə tibbi yardım göstərilməsi dərhal baş verməlidir. Zəif dərəcədə olan kapilyar qanaxmanı həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur. Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı sarğı qoyulur. Yaranı təmizlədikdən sonra, üzərinə steril tənzif salfet, onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar. Bintləmə qaydaları: - xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın; - yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar; - bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir; - bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır; - bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır. Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır! Əgər travmaya məruz qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya dəyişmək lazımdır. Sıxılmış vena və kapilyarlarda tez bir zamanda tromb (qan laxtaları) əmələ gəlir və bu səbəbdən də qanaxma dayanır. Bundan sonra zərərçəkənə isti maye içirtmək, lazım olduğu halda ağrıkəsici dərman vermək, istiliyi qorumaq üçün üstünü örtmək və qanaxmanı tamamilə dayandırmaq üçün onu mümkün qədər tez bir zaman ərzində xəstəxanaya çatdırmaq lazımdır. Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir.

Arterial qanaxmaya nisbətən venoz qanaxmanı saxlamaq xeyli dərəcədə asan olur və adətən bu zaman jqut qoyulması tələb olunmur. Əgər hətta üst-üstə qoyulan 3 sıxıcı sarğı qoyulması nəticəsində venoz qanaxmanı saxlamaq mümkün olmazsa, qanaxma yerindən bir qədər aşağıda həmin ətrafa jqut qoyulur. Güclü arterial və qarışıq tipli qanaxma zamanı tez bir zamanda yaradan təxminən 5 sm yuxarıda olmaqla ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün olmadıqda qoymaq lazımdır. Bazuönü sahəyə və baldıra jqut qoymaq olmaz. Çünki bu, sinirin sümüyə sıxılması nəticəsində onun zədələnməsinə, nəticədə isə ətrafın iflic olmasına səbəb ola bilər. Bəs jqut necə qoyulmalıdır? Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki, qanaxma dayansın. Bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya bilməzsiniz. Qan fontanı dayanan kimi, ətrafa jqut qoymaq lazımdır. Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən və ya 1 paltar qatının üstündən qoyulur. Bilavasitə lüt bədənə jqut qoymaq olmaz! Jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalıdır. Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan damar tam sıxılana qədər burmağa başlayırlar. Bazuönü nahiyədə və əl pəncəsində yara sahəsindəki qanaxmanı saxlamaq üçün ilk növbədə sıx şəkildə bükülmüş pambıq və tənzifdən hazırlanmış kiçik mütəkkəni dirsək oynağının bükücü sahəsinə yerləşdirmək lazımdır. Bundan sonra dirsəyi güclü şəkildə sıxaraq, bilək nahiyəsində nəbz itənədək və yara nahiyəsindəki qanaxma dayananadək bint və ya kəmər ilə bazuönü hissəni bazu hissəsinə sıxaraq bağlayırlar. Təcili yardım gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq, üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın nahiyəsinə isə içərisində buz və ya soyuq su olan qrelka qoymaq lazımdır. Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də ağrını kəsmək üçün dərman preparatları vermək olmaz.

Termik yanıqlar zamanı ilk tibbi yardım Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır: 1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir. Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalırlar. 2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar (suluqlar) yaranır. 3-cü dərəcəli yanıq dərinin bütün qatlarını əhatə edir. Yanıqdan bir neçə saat sonra içərisində qatı həlim şəkilli maye olan qabarcıqlar yaranır. Onlar gərilmiş şəkildə olub tez bir zamanda partlayırlar. Yaranın dibi qırmızı rəngdə olub ağımtıl ərplə örtülür və ya ağ rəngdə olur. 4-cü dərəcəli yanıqlar çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Zərərçəkəndə şok baş verə bilər. Bu halda kəskin həyəcanlılıq, qorxu və ağrı hissiyyatı - süstlük, apatiya, dərinin avazıması əlamətləri ilə əvəz olunur. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır. Zədələnən şəxsin əl pəncəsinin səthi onun ümumi bədən səthinin təxminən 1%-ni təşkil edir. Ümumi dəri örtüyünün 5%-i zədələndiyi halda yanıq sahəsi geniş hesab edilir.

Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, ədyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz! Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır. Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı ( zelyonka ), kalium permanqanat və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə təmizləməyin, sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi vasitələr də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin, ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Əgər zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vemək olmaz. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir. Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər. Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır. Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım

Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromukraş sindromudur. Kraş sindromu -uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Sıxılma müddəti uzandıqca sıxılmış toxumaların qan təminatı azaldığı üçün məhv olmağa başlayır. Nəticədə zədə nahiyyəsində zəhərli maddələr yaranır. Zədələnmiş şəxs dağıntı altında belə bir vəziyyətdə uzun müddət yaşaya bilər. Şəxsi dağıntıdan azad etdikdə zədə nahiyyəsindən zəhərli maddələr toplam surətdə qana sorulmağa başlayır ki, nəticədə həyati vacib orqanlar zədələnir. Kraş sindromu zamanı ilk yardım kompleksşəkildə aparılır: 1) Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi; 2) Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası; 3) Travmatik şok əleyhinə tədbirlər; 4) Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması. Zərərçəkənin dağıntıdan azad edilməsi qarşılıqlı köməklə edılır. Buna görə də təhlükə olan zonalarda ilk yardıma aid məlumatlandırılmanın əhəmiyyəti böyükdür. Yardım göstərərkən şəxsin dağıntı altında qalma müddətini bilmək vacibdir. Bu onun vəziyyətinin ağırlığına və xəstəliyin proqnozuna təsir edir. Zərərçəkəni dağıntı altından ehtiyatla azad etdikdən dərhal sonra zədələnmiş ətraflara damarsıxıçı jqut qoyulur. Jqut olmadıqda əl altında olan vasitələrdən istifadə edilir. Jqutun qoyulması zədələnmiş nahiyyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan jqut zədələnmış ətrafda şişkinliyin azalmasına səbəb olur. Eyni zamanda qoyulmuş jqut qanaxma təhlükəsini aradan qaldırır. Zədələnmiş ətrafda şişkinliyin aradan götürülməsi üçün elastik kompressiyadan istifadə edilir. Zərərçəkən dağıntı altından çıxarıldıqdan dərhal sonra elastik bintin

köməyi ilə barmaqlarından başlayıb mərkəzə doğru tamamilə bintlənir. Elastik bint qansaxlayıcı jquta nisbətən yüngül, sərbəst bağlanır. Zərərçəkənin immobilizasiyası ilk yardım göstərən zaman böyük əhəmiyyətə malikdir. İmmobilizasiya zədələnmiş ətrafın şinalardan istifadə etməklə tam hərəkətsizləşdirilməsi deməkdir. Hətta sınıq olmadıqda belə immobilizasiya mükəmməl aparılmalıdır. Düzgün aparılan immobilizasiya zərərçəkmişin daşınılması zamanı ağrını azaldır, zəhərli maddələrin qana sorulmasını ləngidir, şişkinliyin intensivliyini azaldır. Bu isə şokun inkişafının qarşısını alır. Şinalar möhkəm əşyalardan hazırlanır. Hazır şina olmadıqda, əl altında olan cürbəcür taxtalardan, budaqdan, kartondan da şina kimi istifadə etmək olar. Onu mütləq hadisə yerində və ehtiyatla qoymaq lazımdır, çünki ancaq şina qoyulduqdan sonra xəstə bir yerdən başqa yerə aparıla bilər. İlk yardım kompleksinə yerli hipotermiya - soyudulma da daxildir. Yerli hipotermiya zədələnmiş nahiyyənin soyudulmasıdır. Zədələnmiş toxumalar soyudulduqda onlarda maddələr mübadiləsinin intensivliyi aşağı düşür, oksigenə təlabat azalır. Bu səbəbdən qan təminatı müvəqqəti dayanmış və dağılmamış yumşaq toxumalar məhv olmur, bundan başqa hipotermiya ətraflarda şişkinliyi azaldır, ağrını zəiflədir. Yayda yerli hipotermiyanı aparmaq çətindir, belə halda soyuq suda isladılmış dəsmallardan istifadə edilir. Qışda isə qarla doldurulmuş paketlər zədələnmiş nahiyyəyə qoyulursıxılma sindromu zamanı soyudulma fasiləsiz aparılmalıdır. Zərərçəkmiş azad edildikdən dərhal sonra başlayıb ilk yardım göstərilən zaman və zərərçəkmişin daşınması zamanı davam etdirilməlidir. Oynaq çıxıqları zamanı ilk tibbi yardım Oynaq çıxıqları zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir. Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir. Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha

bərkdən ağlamağa başlayır. Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə müraciət etməyə cəhd etməyin. Travmadan sonra ilk 1-2 saat ərzində zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın. Yuxarı ətrafın hər hansı oynağı yerindən çıxdıqda, zədələnmiş ətrafı boyuna bağlanmış ləçəkdən sallamaq, zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoymaq, daha sonra isə xəstəni təcili şəkildə travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Aşağı ətrafdakı oynaq çıxığı zamanı zədə alan şəxsi uzatmaq, xəstə ayağa tam rahatlıq vermək üçün onun altına yastıq və ya mütəkkə forması verilən dəsmal qoymaq lazımdır. Zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoyun. NƏTİCƏ Beləliklə,gündəlik həyatımızda baş verən qəzalar və ya təbii fəlakətlər zamanı insanlar həyati təhlükəli vəziyyətlərlə qarşılaşırlar.bu zaman onlara ilk tibbi yardım göstərmək və zədələmmiş və ya xəsarət almış insanların səhhətinin pisləşməsinin qarşısını almaq üçün lazimi tibbi biliklərə yiyələnmək lazımdır.ilk tibbi yardımın öyrədilməsində məqsəd tələbələrə,gələcək müəllimlərə fövqaladə hallarda evdə,küçədə,məktəbdə,çöldə düzgün davranış qaydaları və normalarına riayət etməyin vacibliyini izah etməkdir. Tələbələrin hazırlanmasının əsasını müxtəlif zədələnmə hallarında ilk tibi yardım göstərmək,habelə Mülki Müdafiənin tibbi xidməti fəaliyyətinin vəzifələrini yerinə yetirmək üzrə əməli vərdişlərin aşılanması,müxtəlif fövqəladə hallar zamanı zədələnmiş şəxslərə tibbi yardımın göstərilməsi üsullarının öyrənilməsi təşkil edir. Tələbələrə müxtəlif əməli vərdişlərdən : sarğıların qoyulması,qanaxmanın müvəqqəti saxlanılması,sümük sınıqlarında,dil qatlanması,müxtəlif zədələnmələr,suda boğulma habelə tənəffüsün və ürək fəaliyyətinin dayanması zamanı təxirəsalınmaz yardımın göstərilməsi və.öyrədilir.

ƏDƏBİYYAT SİYAHISI www.sağlamolun.az Mülki müdafiənin və tibbi biliklərin əsaslarıt.ə.feyfullayeva.s.ə.ələkbərova.f.ə.məmmə dova-2006 İlk tibbi yardım- G.Salahova-1985 H.Ocaqov.Mülki müdafiə-2000 Ocaqov Həbib Osman oğlu. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi wikipedia.org.az www.med.az www.kayzen.az