Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası Fakültə: Avianəqliyyat istehsalatı Kafedra: Avianəqliyyat istehsalatı İxtisas: Qrup: Fənn: Avianəqliyyat istehsalatının təşkili 218a Beynəlxalq daşımaların təşkili və texnologiyası Kurs işi Beynalxalq aviadaşımalar bazarının təhlili və aviadaşımalar satışının müasir metodları Tələbə: Gülməmmədli.M Rəhbər: Nəsirova.M Kafedra müdiri: Nəcəfov.E ~ 1 ~
2011 Mündəricat Giriş... 1 1. Beynalxalq daşıma anlayışı və onun həyata keçirilməsi prinsipləri... 3 1.1. Beynalxalq və daxili aviadaşımalar... 4 1.2. Beynalxalq aviadaşımaların hüquqi tənzimlənməsi... 6 2. Beynalxalq Aviadaşımalar aviaşirkətin fəaliyyətinin əsası kimi... 8 2.1. Aviaşirkətin kommersiya fəaliyyəti... 9 2.2. Aviadaşımalar bazarının təhlili... 13 3. Aviadaşımalar bazarının və satışının müasir metodları... 16 3.1. Aviadaşımaların satışının təşkili metodları... 17 3.2. Bilavasitə və vasitəçiliklə satış... 18 3.3. İnternet və BSP satış metodları (elektron bilet)... 21 Nəticə... 23 Ədəbiyyat... 24 Giriş. Beynəlxalq iqtisadi münasibətlər sisteminin mühüm komponenti olannəqliyyat və nəqliyyat daşımaları dövlətin iqtisadi infrastrukturunda vacib yertutur. Nəqliyyat iqtisadiyyatın maddi bazasının vacib və zəruri elementlərindən biridir. O, ölkənin iqtisadi-təsərrüfat həyatında mühüm amil kimi əhəmiyyətli rol ~ 2 ~
oynayır. İstehsal prosesi və normal mübadilə dövriyyəsi, habelə adamların müəyyən bir yerdən digər yerə daşınması məhz nəqliyyat vasitələrinin köməyi ilə təmin olunur. Nəqliyyatın əsas işi və fəaliyyəti daşıma (nəqletmə) prosesini həyata keçirməkdən ibarətdir. Daşıma prosesi isə istehsal prosesinin yerinə yetirilməsinin vacib şərtidir. İstehsal olunmuş və hazırlanmış məhsullar daşınaraq istehlak yerlərinə (istehlakçılara) çatdırılır. Bununla istehsal prosesi başa çatır. Beləliklə, daşıma (nəqliyyat) fəaliyyəti istehsal prosesinin mübadilə (dövriyyə) prosesində davam etməsi deməkdir. Daşıma prosesinin mahiyyəti malların və şəxslərin məkan baxımından öz yerlərini dəyişməsindən, müəyyən bir yerdən başqa bir yerə hərəkət etməsindən ibarətdir. Məhz malların (yüklərin) və ya şəxslərin (sərnişinlərin) yerini dəyişmələri daşıma prosesinin əsas məqsədini təşkil edir. Daşıma prosesi, adətən, müəyyən bir dövlətin ərazisində həyata keçirilir. Hava nəqliyyatı ilə beynəlxalq müntəzəm daşıma anlayışını Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurası vermişdir. Bu anlayışa görə, müntəzəm daşıma aşağıdakı tələblərə cavab verməlidir: -birinci, uçuşlar birdən çox dövlətin hava məkanı vasitəsilə həyata keçirilməlidir; -ikinci, uçuşlar ödənişli sərnişin, poçt və ya yük daşınmasını yerinə yetirmək məqsədilə həyata keçirilməlidir; -üçüncü, uçuşlar rəsmən elan olunmuş cədvələ uyğun olaraq həyata keçirilməlidir, ya da onlar elə müntəzəm və ya tez yerinə yetirilməlidir ki, sistemli (ardıcıl) şəkildə seriya reyslər təşkil edilə bilsin. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası, Avstriya Respublikası, Misir Ərəb Respublikası, Özbəkistan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə Respublikası, Fransa Respublikası və digər dövlətlərin hökumətləri arasında hava əlaqələri (daşımaları) barədə ikitərəfli sazişlərdə də ~ 3 ~
müntə-zəm hava daşımasına tərif verilir və bu tərif, əsasən, yuxarıdakı tələbləri əhatə edir. ~ 4 ~
1. Beynalxalq aviadaşıma anlayışı və onun həyata keçirilməsi prinsipləri 1.1.Beynalxalq və daxili aviadaşımalar Nəqliyyatın əsas işi və fəaliyyəti daşıma (nəqliyyat) prosesini həyata keçirməkdən ibarətdir. Daşıma (nəqliyyat) prosesi isə istehsal prosesinin yerinə yetirilməsinin vacib şərtidir. Istehsal olunmuş vəhazırlanmış məhsullar daşınaraq istehlak yerlərinə (istehlakçılara)çatdırılır. Bununla istehsal prosesi başa çatır. Beləliklə, daşıma (nəqliyyat) fəaliyyəti istehsal prosesinin mübadilə (dövriyyə) prosesində davam etməsi deməkdir. ~ 5 ~
Daşıma prosesinin mahiyyəti malların və şəxslərin məkan baxımından öz yerlərini dəyişməsindən, müəyyən bir yerdən başqa bir yerə hərəkət etməsindən ibarətdir. Məhz malların (yüklərin) və ya şəxslərin (sərnişinlərin) yerini dəyişmələri daşıma prosesinin əsas məqsədini təşkil edir.daşıma prosesi, adətən, müəyyən bir dövlətin ərazisində həyata keçirilir. Bununla belə, daşıma prosesi iki və ya daha çox dövlətin ərazisində də reallaşa bilər. Bu baxımdan daşımaların iki növü fərqləndirilir: daxili daşımalar, beynəlxalq daşımalar. Daxili daşımalar dedikdə müəyyən bir dövlətin ərazisində həyata keçirilən daşımalar başa düşülür. Bu növ daşımalar hər hansı bir dövlətin ərazi hüdudlarında başlayır və həmin dövlətin ərazisində də başa çatır. Başqa sözlə desək, daxili daşımalar yalnız müəyyən bir dövlətin ərazisi ilə məhdudlaşır. Nəqliyyatın ilkin inkişaf mərhələsində daxili daşımalar yeganə daşıma növü hesab edilirdi. Lakin nəqliyyatın sonrakı inkişaf mərhələsində daşımaların digər növü beynəlxalq daşımalar əmələ gəlmişdir. Beynəlxalq daşımaların əmələ gəlməsinə isə xarici iqtisadi ticarətin, elmi-texniki və mədəni əməkdaşlığın genişlənməsi, beynəlxalq təsərrüfat əlaqə və münasibətlərinin dərinləşməsi səbəb olmuşdur. Beynəlxalq nəqliyyat daşımaları dedikdə beynəlxalq müqavilələrlə müəyyən edilmiş şərtlərə uyğun olaraq, iki və ya daha artıq dövlətin ərazisində həyata keçirilən daşımalar başa düşülür. Beynəlxalq daşımalara analoji anlayış beynəlxalq nəqliyyat saziş və konvensiyalarında da verilir.mahiyyətcə buna oxşar anlayışlara nəqliyyat qanunvericiliyində də rast gəlinir. Bəzən nəqliyyat qanunvericiliyində iki və ya bir neçə dövlət arasında həyata keçirilən daşımanı ifadə etmək üçün «beynəlxalq əlaqə» terminindən istifadə olunur. Bundan əlavə, sovet qanunvericiliyində beynəlxalq daşımanı əhatə etmək ~ 6 ~
üçün «xarici əlaqədə daşımalar» kimi termin tətbiq olunurdu. Bu termindən, başlıca olaraq, dəniz daşımalarında istifadə edilirdi. Göstərilənlər sinonim (eynimənalı) terminlərdir. Lakin beynəlxalq sazişlərdə «beynəlxalq daşıma» terminindən daha çox istifadə edilməsinin şahidi oluruq. Buna görə də «beynəlxalq daşıma» termininə üstünlük verilməlidir. 1.2.Beynalxalq aviadaşımaların hüquqi tənzimlənməsi Dövlətlər arasında nəqliyyat əlaqələri müəyyən edilən zamanmüvafiq ictimai münasibətlər əmələ gəlir. Öz məzmununa görə müxtəlif olan həmin münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Bu münasibətlər hüquqi tənzimetmənin predmetidir. Söhbət düvlətlər arasında həyata keçirilənbeynalxalq daşımaların hüquqi normalarıilə nizamlanmasından və qaydaya salınmasından gedir. Bu, olduqca vacib məsələdir. Belə ki, müasir dövrdəbeynəlxalq dövriyyədə nəqliyyat əməliyyatları kütləvilik və ahəngdarlıq kimi cəhətlərlə xarakterizə edilir. Digər tərəfdən, nəqliyyat əməliyyatlarıhəm də mürəkkəb xarakter daşıyir. Belə ~ 7 ~
vəziyyatdə, söz yox ki, hüquqi tənzimetmə olmadan dövlətlər arasında normal beynalxalq nəqliyyat daşıma münasibətləri yarana və inkişaf edə bilməz. Beynəlxalq nəqliyyat daşıma münasibətlərinin hüquqi tənzimlənməsi isə 3 əsas və başlıca məsələni əhatə edir. Həmin məsələlər aşağıdakılardan ibarətdir: - Birinci, beynəlxalq daşımanın hüquqi rejimininmüəyyən edilməsi; - Ikinci, beynəlxalq daşıma münasibəti iştirakçılarının (subyektlərinin)hüquq və vəzifələrinin müəyyən edilməsi; - Üçüncü, beynəlxalq daşıma münasibəti iştirakçılarınındaşıdıqlarıhüquqi məsuliyyətin müəyyən edilməsi. Beynalxalq nəqliyyat daşımalarının ən mühüm və vacib məsələləri beynəlxalq sazişlərlənizama salınır. Bunlara dövlətlərarası müqavilələr (beynəlxalq müqavilələr) deyilir. Söhbət nəqliyyat konvensiyalarınnan gedir. Bu konvensiyalarda (sazişlərdə) vahid şəklə salınmış hüquq normaları ifadə olunmuşdur ki, bu normalar beynəlxalq nəqliyyat daşıma münasibətlərini eyni qaydada tənsimləyir, onun əsas və başlıca şərtlərini eyni cür müəyyənləşdirir. Onlara unifikasiya edilmişbeynəlxalq-maddi hüquq normaları deyilir. Həmin normaların toxunduğu əsas məsələlərə aşağıdakılar aiddir: - Daşıma(nəqliyyat) sənədi; - Yükün daşınmaq üçün qəbul edilməsi; - Yükün təyinat yerində verilməsi; - Daşıyıcının məsuliyyati; - Daşıyıcıya pretenziya və iddia verilməsiproseduru və s. Göstərilən məsələlər barədə unifikisaya edilmiş beynəlxalq-maddi hüquq normaları müəyyən tələbləri nəzərdə tutur.beynəlxalq nəqliyyat daşımaları həyata keçirilərkən bu tələblər əsas şərtlər kimi nəzərə alınır. ~ 8 ~
~ 9 ~
2.Beynalxalq Aviadaşımalar aviaşirkətin fəaliyyətinin əsası kimi 2.1.Aviaşirkətin kommersiya fəaliyyəti Kommersiya siyasəti konkret bazar konyukturası və müəyyən vəziyyətdən ( şəraitdən) asılı olaraq aviakompaniyanın hərəkət ( fəaliyyət) istiqamətidir. Bu siyasət bazarın uğurlu mənimsənilməsinə və aviadaşımalar bazarının təhlili, onun konyukturasının proqnozlaşdırılmasına yönəldilir. Kommersiya siyasəti stabil və həmçinin elastik ( uyğunlaşan ) olmalıdır. Əgər kommersiya siyasəti tez-tez dəyişərsə o icraçılar üçün fəaliyyət rəhbərliyi rolunu itirir. Elastik ( uyğunlaşan ) siyasət aparılmasının zərurəti bazar konyukturasının tez-tez dəyişməs ilə bağlıdır. Bu cür siyasət aşağı səviyyəli rəhbərlərə öz fəaliyyət ~ 10 ~
dairələrində hərəkat azadlığını verir və şüurlu olaraq alternativləri seçməyə imkan yaradır. Əmələ gələn kommersiya problemlərinin təhlili abstrakt təfəkkür, statistiq verilənlə və informasiya tələb edir. Həmçinin təhlil metodları tətbiq etmə bacarığını, insan haqqında elmlərdən anlayışın mövcudluğunu və s. Aviaşirkətlar özlərinin kommersiya maraqlarını ödəmək üçün məqsədyönlü iş aparır. Bu işin cərcivəsində qarşıda duran məsələlərdən və əldə edilməli olan nəticələrdən asılı olaraq aviaşirkətlar müxtəlif növ siyasətdən istifadə edirlər. Daha çox istifadə olunan siyasətlərdən aşağıdakıları güstərmək olar. I. 5-ci hava azadlığı kommersiya hüquqlarının istifadəsi üzrə siyasət. Ümumilikdə 5-ci hava azadlığı xarici dövlətin aviaşirkətinə hüquq verir ki, o, dünyanın istənilən nöqtəsindən göndərilən yükü başqa ölkənin hava limanında boşaltsın və ya dünyanın istənilən ölkəsinin hava limanına göndərilən yükü həmin hava gəmisinə götürsün (istənilən üçüncü ölkəyə ünvanlanan yükü hava gəmisinə götürmək və belə üçüncü ölkələrdən göndərilən yükü boşaltmaq hüququ). Məsələn, Yaponiyaya məxsus aviaşirkət Seulda hava gəmisinə götürdüyü yükü Moskvada boşaldır və ya Moskvadan Frankfurt-na-Mayneyə göndərilən yükü Moskvada həmin hava gəmisinə götürür. 5-ci hava azadlığı üzrə daşımalar təyyarələrin kommersiya yük qaldırma qabliyyətini aralıq məntəqələrdə enmə zamanı daha tam istifadə etməyə, əlavə məsrəfsiz valyuta gəlirlərin daxil olmasını artırmağa imkan verir. Aviaşirkətların çoxu böyük məsafəli uçuşlarda bütün vastələrlə həmin hüququ əldə etməyə çalışır. Bunun üçün həm sazişin bağlanması üzrə iş gedərkən, həm də istismar zamanı aktiv fəaliyyət həyata keçirilir. Çox vaxt milli aviaşirkətlara kompensasiya və digər imtiyazlar verilir. Ümumiyyətlə bütün tərəflər başa düşür ki, 5-ci hava azadlığı üzrə daşımaların xüsusi çəkisi artmalıdır, çünki onun tətbiqi bütün tərəflər üçün sərfəlidir. Tranzit sərnişinlərin sayını artırmaq üçün stop-over şərtlərindən ~ 11 ~
istifadə olunur. Bu hüquqla gələn sərnişinlər üçün Bakıda və onun ətrafında daha geniş çeşiddə ekskursiya və turistik xidmətlər təşkil edilməlidir. II. Sərbəst satış metodunun istifadəsi üzrə siyasət. Bu siyasət xarici dövlətlərin aviasiya idarələrindən öz reyislərinə xüsusi satış və bronlaşdırma (təxsisləşdirmə) hüququnu almaq üçün işlərin səmərəliliyinin artırılmasından ibarətdir. Ümumi şəkildə kommersiya siyasəti digər ölkələrin ərazisində qəyyumluqdan azad olmaqa yönəldilməlidir. Bu azadlıq həttda öz agentlərini təyin etmək və reyslərə xüsusi xidmət etməyə qədər geniş ola bilər. Aviaşirkətların nümayəndəlikləri vastəsiilə xüsusi daşımaların satışı öz tarif siyasətini həyata kecirməyə, komission ödəmələrində qənaət etmək, valyuta gəlirləri əldə etməyə imkan verir və bu qarşılıqlı hesablaşmalar olmadan da mümkündür. III. Aviaşirkətin proreyt siyasəti. Proreyt haqqında razılaşmalar o zaman bağlanılır ki, göndəriş və təyinat məntəqələri arasında beynəlxalq marşurutda sərnişin və yüklərin daşınması bir neçə daşıyıcı tərəfindən birbaşa eyni tarif ilə aparılır. Daşımalardan alınan gəlir iki və ya daha cox dasıyıcılar arasında proporsianal olaraq iki yolla bölüşdürülür. Birinci halda daşıyıcının ümumi gəlirlərdə xüsusi çəkisi masafə və məsrəflərdən asılıdır, ikincisində xüsusi şərtlərdən və ya ayrı-ayrı aviakompaniyaların tələblərindən. Bundan əlavə razılaşmalarda bir sıra qaydalar var ki, onlar stopover, uşaqlar üçün güzəştləri, marşurutun könüllü və məcburi dəyişməsini və s. nəzərə alır. Proreyt haqqında razılaşmalar tarifləri təyin etmir və dəyişmir. Gəlirlərin bölüşdürülməsi haqqında razılaşdırılmış qaydalar hökümətə təsdiq üçün təqdim olunmur. ~ 12 ~
Aviaşirkətlərin bu istiqamətdə fəaliyyəti proreyt haqqında iki çoxtərəfli sazişə (sərnişinlər və yüklər üçün) əsaslanır və proreyt üzrə Agentlik tərəfindən kordinasiya edilir. İATA-nın proreyt agentliyi proreytlərin təyin edilməsi və razılaşdırılması ilə məşğul olur. Proreyt aviaxətlərin müxtəlif hissələrində ( beynəlxalq və daxili daxil olmaqla ) tarif stafkalarının ( dərəcələrin ) nisbətinin təyin edilməsidir. Aviakompaniyalar İATA-nın üzvləri olaraq proreyt üzrə sazişin çoxtərəfli iştirakçılarıdır. Müşavirələrdə ( sazişlərdə ) iştirakın vacibliyi onunla təsdiqlənir ki, marşurutların beynəlxalq hissələrin də uçuşları həyata kecirən aviakompaniyalar proreyt üzrə daxili hissələrdə daşımaları həyata kecirən milli aviaşirkətlərə böyük məbləğdə vəsait ödəyir. O hallarda ki, xaricdə olan nümayəndələr uzun məsafəli xətlərdə daşımaları rəsmiləşdirir və bu daşımalarda bir neçə aviaşirkət ( daşıyıcı ) iştirak edir və proreyt hesablaşmaları nəzərə almır, bu zaman aviaşirkətlər qarşılıqlı hesablaşmalarda böyük itkilərə məruz qalır. Proreyt üzrə xərclər həmçinin daxili və beynəlxalq hissələri əhatə edən turistik daşımalar üzrə kommersiya sazişləri bağlananda nəzərə alınmalıdır. IV. Agentlərlə iş üzrə siyasət. Onların sayının artırılması ( böyük aviaşirkətlərin dünyanın müxtəlif ölkələrində 300-400 agenti olur), həmçinin onların aktivliyinin artırılması üzre işdən ibarətdir. Xarici nümayəndəliklər agentlərin fəaliyyətlərinə nəzarəti təmin etməlidirlər. Agentlər hesabatları vaxtında verməli, gəlirləri aviaşirkətin hesabına kecirməli, satış şərtləri və tariflərin istifadəsinə riayət etməlidirlər. Satış üzrə agenti təyin edərkən ilk növbədə onun siyasi və kommersiya etibarlığı yoxlanılmalıdır. Bunu üçün müfaviq ölkələrdə fəaliyyət göstərən səfirliklərlə məsləhətləşmələr aparılır, ~ 13 ~
ticarət nümayəndələrinin rəyi öyrənilir. Maliyyə cəhətdən daha etibarlı İATA tərəfindən rəsmən yoxlanılmış və təyin edilmiş agentlər sayılır ( olur ). Bəzi hallarda satış üzrə agentin və reklam agentinin funksiyaları birləşdirilə bilər. Bu zaman reklam ancaq istehlakçıya təsir vastəsi kimi yox, həm də aviaşirkətin nüfuz amili kimi də çıxış edir. V. Aviaşirkətlərlə kommersiya əməkdaşlığı üzrə siyasət. Kommersiya əməkdaşlığının istənilən formalarını həyata keçirərkən ilk növbədə partnyorla bərabər hüquqlu şərtlərə nail olmaq lazımdır. Sərbəst rəqabət şəraitində əməkdaşlıq, adətən, formal və ya məxfi sazişlər əsasında həyata kecirilir. Sazişlərə əsasən aşağıdakı suallar daxildir: Reyslər baş-başa gələndə həm təyinat məntəqələrində, həm də göndərmə məntəqələrində partnyorların reyslərinə kommersiya yüklənməsinin qarşılıqlı verilməsi, üçünçü ölkələrdə partnyorların reyslərinə daşımaların satışı, partnyorun reyslərinə satış üzrə agentin təyin edilməsi və s. Özünün ərazisində xarici aviaşirkət tərəfindən çarter reyslərin yerinə yetirilməsinə dair, aviaşirkət ilə əməkdaşləq etməyən partnyorun çarterlərinə məhdudiyyət qoyulmalıdır. Yük göndərmələri artırmaq üçün, xarici ticarət təşkilatlarla, nəqliyyat-ekspedisiya agentlərlə, yük firmaları ilə əməkdaşlığın aktivləşdirilməsinə dair iş aparılmalıdır. Xarici aviaşirkətlara göstərilən xidmətlərə görə yığım və stavkalara dair dəqiq siyasət təyin edilməlidir. Hər növ xidmət üçün yığım stavkası dəqiq olmalıdır. ~ 14 ~
2.2.Aviadaşımalar bazarının təhlili Aviaşirkətlərin fəaliyyətində seqmentləşdirmənin əsasən üç növündən istifadə edilir: uçuş məsafəsi üzrə, sərnişinlərin doğulduğu və ya yaşadığı ölkələrin mədəniyyəti üzrə, səyahətin məqsədi üzrə. ~ 15 ~
Sərnişinlərin uçuş məsafəsi üzrə seqmentləşdirilməsi. Londandan Sinqapura uçan (uçuş müddəti 13 saat) sərnişinin təlabatı, Londondan Parisə 40 dəqiqə müddətində uçan sərnişinin təlabatından əhəmiyyətli dərəcədə fərqlənir. Aviaşirkətlər uzaq məsafəli reyslərdə yüksək tarif olmaqla sərnişinlərə yüksək səviyyəli xidmətlər təklif edir. Servis səviyyəsinin hansı məsafədən başlalayaraq dəyişdirilməsini müəyyən edərkən problemlər meydana çıxır. Məsələn: Moskvadan Cenevrəyə və ya Dubaya uçuş 3-4 saat davam edir. Bu aviaxəttdən hansı servis səviyyəsi olmalıdır? Sərnişin daşımaları bazarında fəaliyyət göstərən aviaşirkətlər çox vaxt uçuş məsafəsini deyil, reysin müddətini nəzərə alırlar. Belə ki, Boeing firması tədqiqatlar nəticəsində reysin müddətindən asılı olaraq sərnişinlərin uçuş cədvəli və xidmət sayəsinə olan həssaslığını müəyyən etmişdir. Belə ki, 2 satdan az müddəti olan uçuş zamanı sərnişinlərin 60%-i hər şeydən əvvəl uçuş cədvəlinin münasibliyinə reaksiya verirlər. Buna görə qısa aviaxətlərdə yüksək uçuş tezliyi olan kiçik hava gəmiləri və münasib uçuş cədvəlini seçmək lazımdır. Qeyd etmək lazımdır ki, qısa marşurutlarda aviadaşımalar bazarı yüksək rəqabətlidir və buna görə sərnişinlərin arzularını diqqətlə öyrənmək və nəzərə almaq lazımdır. Uçuş məsafəsi artdığı halda (uçuş müddəti 5 saatdan çox) sərnişinlər kürsünün rahatlığı, salonun dekoru, təyarədə səsin səviyyəsi, təyyarə bortunda xidmətlər, uçuşa qədər və uçuşdan sonrakı xidmətlərə daha çox diqqət verirlər. Bundan başqa bazarın subseqmentində tələbin qiymət elastikliyi çox aşağıdır, yəni tariflərin azadılması aviadaşımaların həcminin artmasına gətirib çıxarmır. Qısa marşurutlarda sərnişinlərin arzularının arzularının təhlili zamanı müstəqil biznesmen ilə korporasiya əməkdaşları arasında fərqlər müəyyən edilmişdir: müstəqil biznesmenlər əlavə xidmətlərdən pulsuz təklif edildikdə istifadə edirlər; korporasiya əməkdaşları bu cür tələb irəli sürmürlər. ~ 16 ~
Sərnişinlərin əsas tələbləri: 1. Birinci sinif və biznes sinif sərnişinlərinin qeydiyyatı üçün ayrıca məntəqənin olması. Bu həm qeydiyyata sərf olunanvaxtı azaldır və onu uçuşa yarım saat qalmış bitirir, həm də biznesmenin həyat statusunun istifadəsidir. 2. Orqtexnika ilə təchiz edilmiş ayrıca gözləmə zalı və ya təyyarəyə minik üçün ayrıca dəhliz. 3. Hava gəmisinin bortunda kimfort kreslo və yüksək səviyyəsi olan ayrıca salon. 4. Baqajın pulsuz daşıma norması adi haldır, amma təyinat aeroportunda qalma vaxtını qısaltmaq üçün sərnişinin baqajı özü ilə salona aparması arzu olunandır. 5. münasib (rahat) uçuş cədvəli: birbaşa daşımalar zamanı sərnişinlər səhər və axşam reyslərinə üstünlük verirlər. Tranzit daşımaları zamanı digər reyslərlə münasib birləşmə lazımdır. Uzun marşçurutlarda sərnişinlərin arzuları. Uzun məsafəli reyslərdə sərniş.inlərin arzularına daxildir: 1. Təyyarəni dəyişmədən təyinat məntəqəsinə çatmaq imkanı. 2. Uçuş vaxtı əyləncə (bu kürsünün rahatlığı və bortdakı xidmətlərdən az əhəmiyyətli deyil). 3. Uçuş vaxtı dəyişməz (sabit) olan gündəlik reyslər. Bu halda təyinat məntəqəsinə uçuş axşam olmalıdır ki, sərni.şinlərin hoteldə yerləşdirilməsi, onların istirahəti, növbəti gün isə işə başlamalarına imkan olsun. Axşamlar uçmağa və növbəti gün işə başlamağa üstünlük verənbiznesmenlərin sayı çox azdır. Sərnişinlərin doğulduğu və ya yaşadıqları ölkənin mədəniyyəti üzrə seqmentlədirilməsidir. ~ 17 ~
3.Aviadaşımalar bazarının və satışının müasir metodları. 3.1.Aviadaşımaların satışının təşkili metodları. ~ 18 ~
Bronlaşmanın kompüter sistemi anlayışı ilk dəfə 60-cı illərdə Avropa və ABŞ-da yaranıb. İlk dəfə Bronlaşmanın kompüter sistemi ayrıca aviaşirkətlər tərəfindən yaradılıb və özəl turizm agentliklərinin ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Aviaşirkətlərin və turizm agentliklərinin inteqrasiyasınəticəsində qlobal bronlaşdırma sistemi yaradılıb. Bu gün dünyada dörd qlobal bronlaşdırma sistemi: Amadeus, Galileo, Sabre və Wordspan mövcuddur və bu bazarın 90%-i onlara aiddir. Bütün dünya üzrə onların 400 minə yaxın terminalları quraşdırılıb və təsadüfi deyil ki, onları qızıl dördlük adlandırırlar. Hər bir bronlaşdırma sisteminin daxil olma rejimi adlanan bir neçə variantı var. Bunlar prinsipcə müxtəlif olan iki A və B tipidir. A tipinə daxil olarkən bronu təsdiq etmə haqqında məlumat avtomatik olaraq 7 saniyə ərzində geri qayıdır, bu da müştəri ofisə gəldiyi zaman turagentin ona tam şəkildə xidmət göstərməsinə şərait yaradır. B tipinə daxil olarkən bronu təsdiq etmə haqqında məlumat əl ilə personaı provayderi (turoperator) və ya mehmanxana ilə 24 saat ərzində agentə geri qaytarılır. Bronlaşmanın kompüter sistemi terminologiyasında tur xidmətlərilə təmin edən şirkət provayder adlanır. Mehmanxanaları hər hansı qlobal bronlaşdırma sistemində təmsil edərkən bunları özündə cəmləşdirməlidir: otelin ümumi və nömrə fondunun təsviri, qiymətlər, mövcud olan yerlər haqqında məlumat. Ümumi təsvir mehmanxananı yerləşdirmə obyekti kimi göstərməyə imkan verir, onun ünvanını, yerləşdiyi yeri, tikildiyi və ya yenidən bərpa ilini özündə əks etdirir və s. Buraya yaxınlıqda yerləşən diqqətəlayiq yerlər haqqında məlumatlar da aiddir. Nömrə fondunun təsviri zamanı nömrələrin tipləri və dərəcələri, onların təsviri və tutumu göstərilir. Bronlaşdırma vaxta bağlanıb və təsdiq (ləğv) etmə rejimində işləyir. Bronlaşdırma qonaqların sorğusuna əsasən sifarişlərin qəbulu xidmətlərinə, məlumatın tez təhlilinə, otaqların tez hazırlanmasına, həmçinin gəlir haqqında hesabların tərtib olunması və proqnozların tərtib olunmasına imkan verir. Oteldə ~ 19 ~
mövcud olan nömrələr haqqında məlumatlar kompüter şəbəkələrinin ekranlarında əks etdirilir, mehmanxana şəbəkəsinin ümumi bronlaşdırma sisteminə qoşula və ya müstəqil işləyə bilir. 3.2.Bilavasitə və vasitəçiliklə satış. ~ 20 ~
Sərbəst satış bu proses aviaşirkətlər, sərnişinlər və yükgöndərənlər arasında həyata keçirilir. Sərbəst satış öz növbəsində iki hissəyə ayrıla bilər, aviaşirkətin öz satışı və baş agent vasitəsilə həyata keçerilən satış. Bu satış aviaşirkətin heyəti tərəfindən sərbəst şəkildə həm ölkə ərazisində, həm də xarici dövlət ərazisində həyata keçirilir. Aviaşirkətlərin nümayəndəlikləri vasitəsilə xüsusi daşımaların satışı öz tarif siyasətini həyata keçirməyə, komission ödəmələrində qənaət etmək, valyuta gəlirləri əldə etməyə imkan verir və bu qarşılıqlı hesablaşmalar olmadan da mümkündür. Aviaşirkət şəbəkəsi yolu ilə satış baş agentlər o ölkəlrdə təyin olunur ki, hansı ki, həmin ölkə ərazisində aviaşirkətə azad satış hüququ verilmir. Bu proses zamanı bir ölkənin milli aviaşirkəti, xarici aviaşirkətin baş agenti seçilir və onun reysi üzrə daşımaların satışını öz satış məntəqəsi yolu ilə həyata keçirir. Tərəflərdən hər biri üzərinə digər tərəfə kommersiya xidmətləri təqdim etmək məsuliyyətini götürür. Bu xidmətlər ondan ibarətdir ki, daşıyıcının reyslərindən mümkün qədər səmərəli istifadə etmək, onun dövlət və ictimai orqanlarla, mətbuat, satış üzrə agentlər və ictimaiyyətlə münasibətlərdə nüfuzunu artırmaq və s. Baş agent məsuliyyət götürür ki, müntəzəm və qeyri müntəzəm xətlərdə beynəlxalq sərnişin və yük daşımalarında daşıyıcını təmsil etsin, özüdə ki, baş agent daşıyıcını öz ərazisində tam həcmdə təmsil etməyə razılıq verir. Bu isə o deməkdir ki, o üzərinə öz ölkəsinin müvafiq aviasiya idarələri ilə danışıqlar aparmaq (tariflər üzrə), öz aviabiletlərini vermək, yük qaimələrini vermək, bronlaşdırmanı aparmaq və s. Məsuliyyətini götürür. Baş agentin ərazisində bütün gördüyü işlərə görə daşıyıcı standart komissionlar ödəməyə məsuliyyət götürür, o cümlədən sərnişin daşımalarının satışına görə 3%, yük və çarterə görə 2,5%. Reallıqda, baş agent və daşıyıcı biri-birinə bilavasitə rəqib olaraq ilk növbədə öz reyslərini yükləməyə çalışırlar və partnyorun reysinə yükləmənin qalmaması ilə hesablaşmırlar. ~ 21 ~
Buna görə də böyük transmilli və ya regional aviakompaniyalar milli aviakompaniyalarla baş agent haqqında sazişin bağlanmasından yayınmağa çalışır və yerli rəhbərlikdən həmin ölkənin ərazisində satış və bronlaşdırma ixtiyarını almağa meyil göstərirlər. Bu zaman komission ödənişlərə qənaət olunur, yükləməni onlar özləri təmin edir və həmin ölkənin bazarında rəqabət aparmağa imkanı əldə olunur. Lakin, dövlətlər öz aviakompaniyalarının maraqlarını müdafiə edərək bu kimi hüquqları başqa ölkələrin kompaniyalarına müstəsna hallarda verir. Agentlər baynəlxalq hava daşımasında sərnişin və yük agentlətri kimi ortaya çıxırlar. Agentlər vasitəsi ilə satışlar komission əsaslarla həyata keçirilir. Agentlər kimi həm firmalar, həm də şəxslər çıxış edə bilərlər. Sərnişin agentləri kimi turist firmaları, reklam-informasiya agentlikləri, bank korparasiyaları və digər firmalar çıxış edə bilər. B agentlər daşımaların satışı üzrə ixtisaslaşa bilərlər, ya da ki, satışlar onlar üçün diversiya biznesidir. Yük agentləri kimi yükgöndərən və ya birləşmiş firmalar, müxtəlif maşın şöbələri, gəmiçilik və dəmiryol kompaniyaları çıxış edə bilərlər. Beynəlxalq hava xətlərində daşımalrı həyata keçirən əksər sərnişin və yük agentləri beynəlxalq hava nəqliyyatı assosiyasında qeydiyyatdan keçib və İATAnın rəsmi agentləri sayılırlar. Lakin, aviaşirkətlər tez-tez İATA-nın rəsmi agentləri olmayan turfirmalar və şirkətləri öz daşıma agentləri seçirlər. Agentlər arasında yüksək komossioanlar əldə etmək uğrunda güclü rəqabət gedir. Aviadaşımalrın satışı yetərincə gəlirli bir sahəyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, bir çox agentlərin müxtəlif şəhər və ölkələrdə öz filialları vaedır. Nəhəng avaiaşirkətlərin agentləri dünya üzrə aviadaşımaların satış bazarına təsir edə bilirlər. Amerikan Airlines, Delta, SAS, Lüftqanza, Air Frans kimi dünyanın nəhəng aviaşirkətləri GDS vasitəsilə demeək olar ki, dünyanın bütün regiaon və ölkələrində agentlər şəbəkəsinə malikdirlər. ~ 22 ~
Aviaşirkət özünün hər agenti ilə aviadaşımaların rəsmiləşdirilməsi haqqında standart razılıqlar imzalayır. Bu razılıq imazalanarkən agentə bank qarantiyası verilməlidir, əsasən de o halda ki, o İATA-nın rəsmi agenti sayılmır. Agentlər vasitəsi ilə aviadaşımaların satışı, aviaşirkətlərin satış sistemində əhəmiyyətli rol oynayır. Agentlər şəbəkəsi nə qədər geniş olarsa, sərnişinlər və yükgöndərənlər bu aviaşirkət haqqında çox məulmat əldə edir. Öz növbəsində vasitəçi rolunu oynayan turfirmalar və agentlər aviaşirkətlərdən daşımaları topdan şəkildə, güzəştli qiymətlərlə alır və öz şəxsi alıcılarına rəsmi qiymətə sataraq qazanc əldə edirlər. Agent biznesi daha çox ABŞ-da yayılmışdır. Burada 10000 turist firmaları və agentlər sərbəst şəkildə aviaşirkətlərlə çalışır. Bunu da qeyd etmək lazımdır ki, bəzən daha yüksək gəlir əldə etmək arzusunda olan aviaşirkətlər böyük turist furmalarının səhmlərini idarə etməyə çalışır, bəzən də səhmləri tamamilə alırlar. Beynəlxalq avidaşıma satışı təşkilatı beynəlxalq hava daşımasında kommersiya işinin əsas forması sayılır. O öz daxilində bu sistemləri birləşdirir: - öz ölkəsi ərazisində daşımaların satışı; - aviaşirkətin uçduğu ölkələrə daşımaların satışı; - aviaşirkətin uçmadığı ölkələrə daçımaların satışı. Agentlər vasitəsi ilə aviadaşımaların satışı çox effektlidir. Beləki, bu proses əhəmiyyətli dərəcədə xərclər tələb etmir, əksinə olaraq əhəmiyyətli dərəcədə iqtisadi fayda verir. Satışın bu tipi son illərdə inkişaf edir və mükəmməlləşir. 3.3.İnternet və BSP satış metodları (elektron bilet) ~ 23 ~
Elektron aviabilet adi kağız aviabiletin elektron formasıdır və aviaşirkətin elektron bazasında yerləşdirilir və qorunur. Elektron aviabilet, sərnişinə marşrut qəbzi kimi təqdim edilir və daşımaların şərtləri barədə aşağıdakı məlumatları özündə əks etdirir: Aviabiletin nömrəsi Sərnişinin adı və soyadı Aviaşirkətin kodu, adı və uçuşun nömrəsi Uçuş tarixi Uçuşun vaxtı Uçuş aeroportu və onun kodu Təyin olunan hava limanı və onun kodu Tarif Yığım və rüsumlar Ödəmə üsulu Bronlaşdırma statusu Aviabiletin rəsmiləşdirmə tarixi Aviabileti rəsmiləşdirən agentliyin adı və ünvanı Ödənilmiş baqajın norması Elektron aviabiletin qeydiyyatı ~ 24 ~
Elektron aviabiletin marşrut qəbzinin olub olmamasından asılı olmayaraq, hava limanında uçuşa qeydiyyat zamanı, Siz yalnız pasportunuzu qeydiyyatı aparan agentə təqdim edirsiniz və agent öz sayəsində məlumat bazasında elektron aviabiletinizin mövcud olduğunu yoxladıqdan sonra, Sizə minik talonunu təqdim edir. Elektron aviabiletin hansı üstün cəhətləri aşağıdakılardır: 1) Elektron aviabileti itirmək, korlamaq, cırmaq və ya yararsiz hala salmaq mümkün deyil; 2) Hava limanında qeydiyyatın daha tez və sadələşdirilmiş keçirilməsinə imkan verir; 3) Internet vasitəsilə aviabiletin alınmasını təmin edir və bilet almaq üçün agentliyə getməyə ehtiyac qalmır; 4) Başqa şəhərdə və ya ölkədə yaşayan yaxınlarınız üçün bilet alıb, internet vasitəsi ilə göndərə bilərsiniz; Nəticə ~ 25 ~
Kurs işində mən aviadaşımalar bazarını və aviadaşımaların satışının muasir metodları haqqında etraflı məlumat verdim. Biz bu nəticəyə gəldik ki, nəqliyyat iqtisadiyyatın maddi bazasının vacib və zəruri elementlərindən biridir və eləcədə hava nəqliyyatı, nəqliyyat sisteminin tərkib hissəsi olaraq milli və dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Kurs işində həmçinin aviadaşımalar satışının müasir metodları haqqındada ətraflı məlumat mövcuddur. Daşımaların satışının təhlili zamanı onların sərbəst və agent vasitəsi ilə satış olaraq iki yerə bölündüyünü gördük. Satışların bu cür bölgüsünün aparılmasında aviaşirkətin regional vəziyyətləri də nəzərə alınır. Avtomatlaşdırılmış paylaşdırıcı sistemlərinin, əl ilə bronlaşdırma aparıldığı vaxtlarda müqayisəsi zamanı nə qədər önəmli olduğunu aydın şəkildə gördük. GDS-in yaradılması nəticədə həm aviaşirkətlərin, həm də saatlarla növbələrdə gözləyən insanların işini nəzərə çarpacaq dərəcədə asanlaşdırmışdı. Və sonda aviadaşımalar satışının müasir metodları haqqında bunu deyə bilərəmki, bu təxsisetmə sistemlərinin qurulması hava nəqliyatının inkişafında başlıca yer tutmuşdur. Ədəbiyyat ~ 26 ~
1. Azərbaycan Respublikasının Aviasiya haqqında qanunu 2. Beynəlxalq daşımaların təşkili və texnologiyası fənni üzrə mühazirə konspekti 3. www.google.az 4. www.wikipedia.org 5. www.azal.az 6. www.silkway-airlines.com ~ 27 ~