Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Ramin MAHMUDZADƏ İsmayıl SADIQOV Naidə İSAYEVA

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Sistem inzibatçıları üçün təlimat

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Acronis True Image Home 2012

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

CMD (COMMAND PROMPT) pəncərəsinin əmrləri

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

[18] 1. Ümumi müddəalar

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Ana kart (Motherboard)

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Vahid rüblük hesabat TƏLİMAT

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

haqqında ətraflı məlumat

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Marketinq. Mehdiyev Əkbər

«AZƏRBAYCAN HAVA YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI. Aerokosmik informasiya sistemləri

Mühazirə 1.2. : MsExcel TPS-in interfeysilə ilk tanışlıq

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

magistrol.blogspot.com

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

BÖYÜK DƏCCAL Amerika

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

Microsoft Access. Fakültə: Qrup: Kafedra müdiri: Müəllim: Tələbə:

2014-cü ilin üçüncü rübünün nəticələri

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva Bakı: Bakı Nəşr, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmun baxımından; 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından. 1. Məzmun baxımından Dərslik komplekti müəllim üçün metodik vəsait və şagird üçün dərslikdən ibarətdir. Dərslik komplektinin strukturu haqqında müəllim üçün metodik vəsaitdə məlumat verilmişdir. Bu komplektin məzmun standartlarını tam əhatə etməsinə baxmayaraq, bəzi alt-standartların reallaşmasında qüsurlar var. Komplektdə informasiyaların həcminin ölçülməsi ilə bağlı verilmiş izahat 1.1.3 alt-standartının tələblərindən daha çox məlumatı özündə ehtiva edir ki, bu da şagirdləri anlaşılmaz vəziyyətə sala bilər. Belə ki, 5-ci sinif üzrə riyaziyyatın məzmun standartlarında belə nəzərdə tutulmayan məlumatların burada özünə yer alması fənlərarası inteqrasiya baxımından düzgün deyil. Səhifə 10-da 1-ci abzasda sadalanan qurğularla kompyuteri eyniləşdirmək doğru deyil. Səhifə 15-də Deməli, qlobus Yer kürəsinin, heykəl hansısa şəxsiyyətin, maneken insanın maddi modelidir cümləsi doğru deyil. Qlobusun Yerin modeli kimi qəbul edilməsi normaldır, amma heykəlin hansısa şəxsiyyətin, manekenin insanın maddi modeli kimi qəbul edilməsi mübahisəli məsələdir. Səhifə 19-da informasiya vahidlərinə 1 terabayt ın əlavə edilməsini müasirlik tələb edir. Bu səhifədə Araşdıraq-öyrənək bölməsində verilmiş 2-ci şəklin alt yazısı doğru yazılmamışdır. CD-ROM yox, sadəcə CD yazılmalıdır. Necə ki, 4-cü şəkil üçün DVD yazılmışdır. Elə həmin səhifədə Sual və tapşırıqlar bölməsində verilmiş 1-ci məsələnin şərti qeyri-dəqiqdir. Məsələnin şərtinə ən azı sözü əlavə edilməlidir. Səhifə 26-da şəkildə siçan vasitəsilə komandalar verilir əvəzinə, idarəetmə əməliyyatları yerinə yetirilir deyilməsi tövsiyə edilir. Rus variantında proqram anlayışında düzəlişə ehtiyac var. Səhifə 27-də əməliyyat sistemlərinin siyahısına bu gün yayılmasına görə dünyada II yeri tutan Mac OS un əlavə edilməsi məqsədəmüvafiq olardı. 2

Səhifə 28-də verilmiş materialda istifadə olunmuş masanın gözləri söz birləşməsinin masanın siyirmələri söz birləşməsi ilə əvəzlənməsi məqsədəuyğundur. Həmin səhifədə Fəaliyyət bölməsinin 5-ci bəndində dili göstərən düymə deyil, dil siyahısı və ya paneli olmalıdır (səhifə 31-də klaviatura indikatoru, saat indikatoru kimi ifadələr verilmişdir). Səhifə 29-da Nəticəni müzakirə edək bölməsində vaxtı göstərən düymə deyil, səhifə 28-də Fəaliyyət bölməsinin 4-cü bəndində olduğu kimi saat indikatoru göstərilməlidir. Elə həmin səhifədə 2-ci abzasda Tapşırıq zolağının sağ tərəfində indikator paneli yerləşir cümləsi əlavə edilərək, sonra saat indikatoru və s. nümunə kimi göstərmək olar. Yenə həmin səhifədə çıqqıltı haqqında izahda siçanın yalnız sol düyməsinin basılması qeyd olunmuşdur. Onda belə bir sual yaranır siçanın sağ düyməsinin basılmasına nə deyilir? Səhifə 31-də Fəaliyyət bölməsindəki 1-ci sualda klaviatura indikatorunu yox, klaviaturanın dil indikatorunu tapın olmalıdır. Burada 5-ci sualda saat indikatorunu açmaq üçün siçanın sol düyməsini qoşa çıqqıldatmaq yox, sadəcə çıqqıldatmaq lazımdır verilməli və sonuncu cümlə Açılan çərçivələr menyuya nə ilə oxşayır yox, hansı xüsusiyyətlərinə görə oxşayır olmalıdır. Səhifə 32-də 1-ci abzasda Menyu sözünün izahı ilə repertuar və proqram sözləri uyğun deyil. Repertuar və proqramda seçim yoxdur. Məhz bu səbəbdən onlar belə adlanır. Burada 2-ci abzasda hər bir menyu komandalar siyahısından deyil, bəndlərdən ibarətdir (Rus variantında düzgündür). Bu bəndlərdə əmrlər, simgələr, xüsusiyyətlər və s. göstərilə bilər. Elə həmin səhifədə sonuncu cümlədə alt menyu da deyilir ifadəsində da ədatı silinməlidir. Səhifə 33-də 1-ci abzasda File Close seçimi deyil, yerinə yetirilməni göstərir. Elə həmin səhifədə verilən Kontekst sözü açıqlanmalıdır (lat. contextus - birləşmə, əlaqə ). Səhifə 34-də Fəaliyyət bölməsindəki 1-ci sualda New Folder komandasını seçin deyil yerinə yetirin yazılmalıdır. Ümumiyyətlə, menyudan əmrlər seçildikdən sonra sol düymənin 1 dəfə sıxılması ilə yerinə yetirilir. Elə həmin səhifədə Fəaliyyət bölməsindəki 1-ci sualda İş masasının ixtiyari yerində siçanın sağ düyməsini çıqqıldadın. verilmişdir. Bu cümləyə iş masasındakı simgələrin üzərində olmadan fikri əlavə olunmalıdır. 3

Səhifə 36-da şəkildə Qovluqla iş ə Köçürmək əlavə edilməsi və onun Yerini dəyişmə dən fərqi izah edilməsi tövsiyə olunur. Səhifə 39-da 2-ci abzasda Pəncərənin təpəsi deyil, pəncərənin küncü demək lazımdır. Mötərizədə oxların hər 3 görünüşünün verilməsi tövsiyə edilir. Səhifə 45-də Fəaliyyət bölməsinin 3-cü bəndindəki sonuncu cümlədə yerləşdirin sözündən sonra və siçanın sol düyməsini buraxın. Əməliyyatları lazımi sayda təkrarlayın fikri əlavə edilsə və ardı (və CTRL klavişini buraxın) saxlanılsa, daha doğru olar. Səhifə 52-də OpenOffice.org proqramının pəncərəsinin təsviri verilmişdir. Bu təsvirin verilməsi şagirdlər üçün artıq yüklənmədir. Səhifə 55-də Fəaliyyət bölməsinin 4-cü bəndi Word proqramına aiddir. 5-ci bənddə isə 2-ci cümlədə qarışıqlıq əmələ gəlir. Eyni bir proqrama uyğunlaşdırmaq tövsiyə olunur. Ya Word, ya da WordPad proqramına uyğunlaşdırmaq lazımdır. Səhifə 67-də 1-ci abzasda və şəkildə alqoritmin 3 növünün olması göstərilir. Sonrakı abzasda isə yalnız 2 növü açıqlanır. Dövrü alqoritm haqqında məlumat verilməlidir. Həmin səhifədə ikinci abzasın birinci cümləsində yazıldığı ardıcıllıqla sözlərindən sonra bir xətt üzrə sözlərinin əlavə edilməsi və ikinci cümlədən sonra Bu alqoritmin ardıcıllığında buqadlanma yaranır. cümləsinin əlavə edilməsi tövsiyə edilir. Səhifə 74-də ALPLogo proqram pəncərəsinin Mesaj bölümü nün olması və onun vəzifəsi göstərilməyib. Səhifə 91-də WWW abreviaturası göstərilməli, sonra açıqlanmalıdır. Dərsliyin sonunda lüğətin və ALPLogo proqramının əmrlərinin izahlı siyahısının verilməsi tövsiyə edilir. 2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan Dərslik şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinə tam uyğundur. 3. Dizayn və bədii tərtibat baxımından Dərsliyin bütün cüt səhifələrində səhifə nömrəsi çətinliklə görünür. Səhifə 8-də verilmiş rəsm o qədər də yaxşı deyil, xüsusən də müəllim şəkli. 4

Səhifə 52-də şəkildə verilmiş OpenOffice.org Writer mətn redaktorunun Menyu və Formatlama alətləri zolağı nın göstəricisi zolağın üzərində verilməmişdir. Göstəricinin zolağın üzərində verilməsi doğru olardı. 4. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmunu baxımından MMV tam yararlıdır. Lakin buna baxmayaraq vəsaitdə bəzi qüsurlar var. Bunlar aşağıdakılardır: Səhifə 41-də Kiçik summativ qiymətləndirmə üçün verilən 3-cü sualın cavab variantlarında səhv var. Belə ki, İnsanlar televizora baxarkən hansı növ informasiya almırlar? soruşulur. Cavablarda isə B) qoxu və D) dad verilmişdir. Səhifə 57-də Kiçik summativ qiymətləndirmə üçün verilən 2-ci sual səhifə 60-da Böyük summativ qiymətləndirmə üçün verilən 10-cu sualla eynidir. Nəticə 1. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamə nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 2. Dərslik komplekti fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verir. 3. Dərslik komplektinə göstərilən iradlara müəlliflər tərəfindən münasibət bildirilmişdir. 5