Fəsil 9 Məsləhətləşmə prosesi

Benzer belgeler
Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

8 Məsləhətləşmə və məlumatın açıqlanması

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Protokolundan Çıxarış aprel 2016-cı il

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Marketinq. Mehdiyev Əkbər

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

[18] 1. Ümumi müddəalar

Qaradağ Sement Layihəsi Quru üsul texnologiyası üçün 6 saylı Yeni Yandırma Sobası

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

Fəsil 5 Layi həni n təsvi ri

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

CQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Sistem inzibatçıları üçün təlimat

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

İşçi sənəd, Oktyabr 2017

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

CƏNUBİ QAFQAZ BORU KƏMƏRİ GENİŞLƏNDİRMƏ LAYİHƏSİ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Layihə Sənədi üçün Məlumat Cədvəli

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

Kommunal müəssisələr tərəfindən satınalma

Qısa Icmalın Əlavəsi. May 2003-cü il

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Layihə Məlumat Hesabatı

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti. İcra edilmişdir 31% 15% 54%

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MƏSLƏHƏTÇILƏRIN İSTIFADƏSI

Neftqaztikinti. tresti. edir.

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Transkript:

Fəsil 9 Məsləhətləşmə prosesi

MÜNDƏRİCAT 9 MƏSLƏHƏTLƏŞMƏ PROSESİ... 9-1 9.1 Giriş... 9-1 9.2 Əvvəlki və mövcud maraqlı tərəflərin cəlb edilməsi... 9-1 9.3 Maraqlı tərəfin təyin edilməsi... 9-1 9.3.1 Milli və yerli hökumət orqanları... 9-2 9.3.2 Layihənin təsirinə məruz qalan icmalar... 9-2 9.4 Bu ƏMSSTQ-yə Əlavənin həcmi barədə məlumat verilməsi ilə bağlı məsləhətləşmələr... 9-3 9.4.1 Giriş... 9-3 9.4.2 Milli və yerli hökumət orqanları... 9-3 9.4.3 Layihənin təsirinə məruz qalan icmalar... 9-4 9.5 Məsləhətləşmələrin nəticələri... 9-4 9.5.1 Milli və yerli hökumət orqanları... 9-4 9.5.2 Layihənin təsirinə məruz qalan icmalar... 9-5 9.6 ƏMSSTQ hesabatına Əlavənin layihə variantı barədə məsləhətləşmələr. 9-8 9.6.1 İnformasiyanın açıqlanması... 9-8 9.6.2 Milli və yerli hökumət orqanları... 9-8 9.6.3 Layihənin təsirinə məruz qalan icmalar... 9-8 9.6.4 Məlumatın açıqlanması ilə əlaqədar elanlar... 9-9 9.6.5 Əks əlaqə mexanizmləri... 9-10 9.6.6 Məlumatın açıqlanmasına dair məsləhətləşmələr ictimaiyyətlə görüşlər... 9-10 9.7 Məsləhətləşmənin nəticələrinin izlənməsi... 9-12 9.8 ƏMSSTQ-dən sonrakı məsləhətləşmələr və maraqlı tərəflərin cəlb edilməsi... 9-12 Cədvəllər Cədvəl 9-1: Milli hökumət orqanlarından ibarət maraqlı tərəflərin qaldırdığı problemlərin və təsirlə əlaqədar məsələlərinin xülasəsi... 9-4 Cədvəl 9-2: Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) gözlənilən müsbət və mənfi nəticələri... 9-6 Cədvəl 9-3: Yaxınlıqda çalışan tikinti işçilərinin fəaliyyətinin müsbət və mənfi cəhətləri... 9-7 Cədvəl 9-4: ƏMSSTQ hesabatına Əlavənin açıqlanması ilə əlaqədar elanlar... 9-9 Cədvəl 9-5: ƏMSSTQ hesabatına Əlavənin açıqlanmasına dair görüşlər... 9-11 Cədvəl 9-6: LTMQİc-lər tərəfindən qaldırılan problemlərin və təsirlə əlaqədar məsələlərinin xülasəsi... 9-11 Şəkillər Şəkil 9-1: Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) yerli əhali tərəfindən dəstəklənməsi... 9-5 Şəkil 9-2: Tikintinin əsas mənfəətləri... 9-6 Şəkil 9-3: Boru kəmərinin təklif olunmuş əlavə hissəsi (CQBKG KG 0-34) ilə əlaqədar narahatlıqlar... 9-7 Məsləhətləşmə i

Şəkil 9-4: Yaxınlıqda çalışan tikinti işçilərinin fəaliyyəti ilə bağlı narahatlıqlar... 9-7 Fotoşəkillər Fotoşəkil 9-1: Hacıqabulda məlumatların LTMQİc üçün açıqlanmasına dair görüş... 9-3 Məsləhətləşmə prosesi ii

9 MƏSLƏHƏTLƏŞMƏ PROSESİ 9.1 Giriş İnformasiyanın təqdim olunması (açıqlanması) və bunun ardınca maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin adi bir qaydasıdır. Maraqlı tərəflər, təklif olunmuş layihənin təsirinə məruz qala bilən və təsdiqlənmə prosesindən əvvəl və təsdiqlənmə prosesi ərzində layihənin həyata keçirilmə sahəsi (sahələri), tikintisi və istismarı ilə bağlı qərarların qəbul edilməsinə təsir göstərmək iqtidarına malik ola bilən ayrı-ayrı şəxslər, qruplar və ya təşkilatlar hesab edilə bilər. İnformasiyanın təqdim olunması (açıqlanması)və məsləhətləşmələr ƏMSSTQ prosesinin davam etmə müddəti boyunca və əksər hallarda, layihənin təsdiqlənmədən sonrakı tikinti və istismar mərhələləri ərzində tələb olunur. Bu fəslə boru kəmərinin təklif olunmuş əlavə hissəsi (CQBKG KG 0-34) üçün ƏMSSTQ-yə Əlavə üçün həyata keçirilmiş maraqlı tərəflərlə məsləhətləşmələrin təqdimatı (yəni, informasiyanın açıqlanması və məsləhətləşmə fəaliyyətləri) daxildir. Bu məsləhətləşmə fəaliyyətləri CQBKG üzrə ƏMSSTQ prosesinin başlanğıcında hazırlanmış İctimaiyyətlə Məsləhətləşmə və İnformasiyanın Açıqlanması Planına (İMİAP) mümkün qədər uyğunlaşdırılmışdır (CQBKG üzrə ƏMSSTQ sənədinin C1 Qoşması). 9.2 Əvvəlki və mövcud maraqlı tərəflərin cəlb edilməsi CQBKG üzrə ƏMSSTQ-yə dair məsləhətləşmələr həm 2012, həm də 2013-cü illərdə aparılmışdır. Bu məsləhətləşmələrin nəticələri CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 9-cu fəslində təqdim olunmuşdur. 9.3 Maraqlı tərəfin təyin edilməsi CQBKG üzrə Son İMİAP-a müvafiq olaraq, aşağıdakı maraqlı tərəflər təyin edilmiş və onların CQBKG üzrə ƏMSSTQ prosesinə dair məsləhətləşmələrdə iştirak etməsinə imkan yaradılmışdır: Milli və yerli hökumət orqanları Layihənin təsirinə məruz qalan icmalar (LTMQİc), xüsusən də, tam və ya qismən boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) hər iki tərəfində 2km-lik məsafədə yerləşən yaşayış məskənləri Beynəlxalq və milli QHT-lər Elm ictimaiyyəti Kütləvi informasiya vasitələri (mətbuat, radio və televiziya) Diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar CQBKG Layihəsinin tərəfdaşları BP-nin işçi heyəti. CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının tərkib hissəsi olaraq yuxarıdakı maraqlı tərəflər ilə məsləhətləşmə aparılmışdır və bu ƏMSSTQ-yə Əlavənin tərkib hissəsi olaraq onların hər biri ilə yenidən məsləhətləşmək lazım olmayacaqdır. Layihənin layihələndirməsindəki dəyişikliklər ilə əlaqədar nisbətən kiçik dəyişikliklərin olması o deməkdir ki, əvvəlki görüşlərə və bildirilmiş iradlara əhəmiyyətli əlavələr etməsinə imkan yaratmaq üçün maraqlı tərəflərin əksəriyyəti boru kəmərinin təklif olunmuş hissəsinin (CQBKG KG 0-34) yaxınlığındakı sahələr barədə kifayət qədər lokal biliyə malik olmayacaqdır. Məsləhətləşmə prosesi 9-1

Əsas yerli hökumət orqanları və (boru kəmərinin təklif olunmuş əlavə hissələri ilə əlaqədar olaraq, əvvəllər olduğu kimi eyni məsafə meyarından istifadə olunaraq təyin olunmuş) əlavə LTMQİc-lər ilə lazımi məsləhətləşmələr aparılmışdır. Həmçinin başa düşüldüyünə görə əvvəllər təyin olunmuş və məsləhətləşmə aparılmış LTMQİc-lərin bəzisi LTMQİc olaraq qalacaqdır, lakin Layihənin layihələndirməsindəki dəyişikliklər belə məna verə bilər ki, əvvəllər ifadə olunmuş fikir və iradlar bütövlükdə tətbiq oluna biləcək formada qalmayacaqdır və buna görə, sözügedən LTMQİc-lərə yenidən məsləhətləşmə prosesinə qoşulmaq imkanının verilməsi lazım gələcəkdir. 9.3.1 Milli və yerli hökumət orqanları Aşağıdakı cədvəldə ƏMSSTQ-yə Əlavənin təsdiqlənməsi prosesində rəsmi rolu olan maraqlı tərəflərə (əsas maraqlı tərəflərə) və CQBKG Layihəsi üzrə ƏMSSTQ-yə Əlavədə marağı qəbul edilmiş maraqlı tərəflərə (ikinci dərəcəli maraqlı tərəflərə) bölünmüş milli hökumət orqanlarına aid aparıcı maraqlı tərəflər göstərilir. Əsas maraqlı tərəflərdən ikisi və ikinci dərəcəli maraqlı tərəflərdən biri (Fövqəladə hallar nazirliyi) ilə məsləhətləşmə 2013-cü ilin sentyabr ayında aparılmışdır. ƏMSSTQ-yə Əlavənin təsdiqlənməsində rəsmi rolu olan hökumət orqanına aid maraqlı tərəflər 1. Əsas (təsdiqləmə) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə aparıcı dövlət təşkilatı. ETSN-nin Dövlət Ekoloji Ekspertiza İdarəsi (DEEİ) yeni layihələrin ekoloji aspektlərinin nəzərdən keçirilməsinə və ekoloji sahədə icazələrin verilməsinə cavabdehlik daşıyır Mədəniyyət və Turizm Nazirliyi (MTN) ƏMSSTQ-yə Əlavə üçün məlumatı/əks əlaqəni təmin edə bilən hökumət orqanına aid maraqlı tərəflər 2. 2. İkinci Dərəcəli (məsləhətləşmə) Fövqəladə Hallar Nazirliyi (FHN), əsas agentlik Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyidir Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi; Tranzit əraziyə malik ölkənin hökumətinin CQBKG Layihəsi üzrə nümayəndəsi. Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ) Müəyyən edilmiş LTMQİc-lərin bütün bələdiyyələri və LTMQİc-lərin yerləşdiyi rayonlar yerli hökumət orqanlarına aid maraqlı tərəflər hesab olunur. Hazırkı regional və yerli hakimiyyət strukturu CQBKG üzrə Yekun ƏMSSTQ hesabatının 9.4.1-ci bölməsində təqdim edilib. 9.3.2 Layihənin təsirinə məruz qalan icmalar LTMQİc-lər qismində müxtəlif ölçüyə malik dörd qəsəbə (Hacıqabul, Rəncbər, Pirsaat və Qoltuq) təyin olunmuşdur. Qəsəbələrdən biri, Hacıqabul CQBKG üzrə ƏMSSTQ üzrə təyin olunmuş LTMQİc; yerdə qalan üç qəsəbə isə yeni LTMQİc-lər olmuşdur. LTMQİc-lərdə ev təsərrüfatlarına dair sorğular məlumatların açıqlanmasından sonra keçirilib və Layihə çərçivəsində nəzərdə tutulan texniki dəyişikliklərə və onların ehtimal olunan təsirlərinə münasibəti müəyyən etmək üçün bir sıra sualları ehtiva edən sorğu anketinin nəticələri 9.5.2-ci bölməyə daxil edilib. Yeni LTMQİc-lər ilə məsləhətləşmə ƏMSSTQ prosesinin başlıca xüsusiyyətidir və LTMQİclərlə əlaqə ƏMSSTQ-nin təsdiqlənməsindən sonra, Layihənin tikintisi və icrası ərzində davam edəcəkdir (Fotoşəkil 9-1). Məsləhətləşmə prosesi 9-2

Fotoşəkil 9-1: Hacıqabulda məlumatların LTMQİc üçün açıqlanmasına dair görüş 9.4 Bu ƏMSSTQ-yə Əlavənin həcmi barədə məlumat verilməsi ilə bağlı məsləhətləşmələr 9.4.1 Giriş Bu məsləhətləşmələrə aşağıdakılar cəlb olunmuşdur: Milli və yerli hökumət orqanları LTMQİc-lər. 9.4.2 Milli və yerli hökumət orqanları 9.4.2.1 Milli hökumət orqanları Milli hökumət orqanlarına təsdiqləmə səlahiyyəti olan və CQBKG-yə Əlavədə qanuni marağı olan qurumlar daxildir. Ümumilikdə, ETSN, MTN və FHN ilə cəmi üç üzbəüz görüş keçirilmişdir. BP-nin nümayəndəsi bu iclasların protokollarını tərtib edərək qaldırılmış/müzakirə edilmiş məsələləri qeydə alınmışdır. 9.4.2.2 Yerli hökumət orqanları BP şirkəti yerli hökumət orqanlarını layihə barədə məlumatlandırmış və əsas məsələləri onlarla müzakirə etmişdir. Bundan əlavə, LTMQİc-lərə dair məsləhətləşmələrə hazırlıq kimi hər rayonda LTMQİc-lərin rəhbərləri və İcra Komitələri 1 ilə bildiriş görüşləri (Aşağıdakı Bölmə 9.5.1.1 baxın) keçirilmiş və layihə ilə əlaqədar qaldırılmış hər hansı məsələlər barədə yenidən müzakirələr aparılmışdır. 1 Yerli dövlət idarələrinin rəhbərləri Məsləhətləşmə prosesi 9-3

9.4.3 Layihənin təsirinə məruz qalan icmalar LTMQİc-lər ilə məsləhətləşmənin aparılması üçün hər LTMQİc-nin əsas nümayəndələri ilə görüşdən və LTMQİc-nin sakinlərinin tipik nümayəndəsinin ev təsərrüfatının tədqiqindən ibarət olan iki yanaşma üsulu planlaşdırılmışdır. Lakin, sosial soröu işlərini Əlavənin layihə variantını açıqlama üçün yekunlaşdırmazdan əvvəl gözlənilmədən dayandırmaq zərurəri meydana çıxdığına görə, LTMQic-lər ilə görüşlərin keçirilməsi nəzərdə tutulan yanaşmanın həyata keçirilməsi mümkün olmamışdır. Məlumatların açıqlanması dövründə həmin LTMQİc-lər ilə məsləhətləşmələr aparılıb (bax: Bölmə 9.6.6) və, yuxarıda göstərildiyi kimi, həmin məsləhətləşmələr davam etdiriləcək. Ev təsərrüfatlarına dair sorğunun başa çatdırılması nəticələri Azərbaycanda CQBKG boru kəmərinin bütöv marşrutu boyu LTMQİc-lərin təsərrüfatlarının tədqiqinin nəticələri ilə inteqrasiya etməyə imkan vermiş və birləşdirilmiş nəticələr Bölmə 9.5.2.1-də təqdim olunmuşdur. 9.5 Məsləhətləşmələrin nəticələri 9.5.1 Milli və yerli hökumət orqanları 2013-cü ilin sentyabr ayında keçirilmiş 3 ardıcıl görüş ərzində milli hökumət orqanlarından ibarət maraqlı tərəflərin qaldırdığı problemlərin/təsirlə əlaqədar məsələlərin xülasəsi Cədvəl 9 1-də təqdim edilmişdir. Cədvəl 9-1: Milli hökumət orqanlarından ibarət maraqlı tərəflərin qaldırdığı problemlərin və təsirlə əlaqədar məsələlərinin xülasəsi Maraqlı tərəflər ETSN Problemlər/Təsirlə əlaqədar məsələlər ETSN borunun diametrinin 56 -dən 48 -ə dəyişdirilməsinin borunun əlavə 34 km-lik hissəsinə ehtiyacın və ərsinburaxma stansiyasının yerinin dəyişdirilməsinin səbəbini aydın izah etmək üçün ƏMSSTQ-nə Əlavədə Alternativ variantlar a dair hərtərəfli bölmənin daxil edilməsini gözlədiyinə dair müzakirə aparmışdır. ETSN Layihədə Layihənin Təsirinə Məruz Qalmış İcmalar üçün 14 günlük açıqlama müddətindən ibarət yanaşma üsulunun nəzərdə tutulmasına razılıq vermişdir. MTN Əgər Layihə Qobustan qoruğunun sərhədinə yaxındırsa, bu halda Layihədə milli abidələr və onların mühafizə zonaları barədə məlumat olmalıdır. CQBKG layihəsində qoruğun xarici sərhədlərinə qədər olan məsafənin və yerləşmə sahəsinin nəzərə alınmasının əhəmiyyətinə dair məsələ qaldırılmışdır. Müzakirə edildiyi kimi Layihədə Qobustan qoruğunun yaxınlığında, layihənin sahəsi daxilində rast gəlinə bilən potensial karvansara sahələri (İpək yolu yaxınlığında karvan yolları və binaları) nəzərdən keçirilməlidir. Məsləhətləşmə prosesi 9-4

Maraqlı tərəflər FHN Problemlər/Təsirlə əlaqədar məsələlər ƏMSSTQ-nə Əlavədə seysmik qırılmalar/geoloji təhlükələr ilə əlaqədar risklər müzakirə edilməli və təhlükəsizlik texnikası və təsirazaltma tədbirləri barədə müvafiq məlumatlar verilməlidir. Hazırki boru kəməri və qırılmalar barədə tarixi məlumatlar təqdim edilməlidir. ƏMSSTQ-nə Əlavəyə geoloji xəritələr və Layihə sahəsində zəlzələlərin riskinə dair sənədlər daxil edilməlidir. Hər hansı əlavə təhlükəli kimyəvi reagentlər/təhlükəli maddələr, onların saxlanma və daşınma qaydaları barədə məlumat daxil edilməlidir. Ətraf mühitə olan dolayı təsirlər müzakirə olunmalıdır. ƏMSSTQ-nə Əlavə Layihəsinə boru kəməri və elektromaqnit sahələri, elektrik cərəyanlarından mühafizə və istifadə ediləcək torpaqlama forması barədə əlavə təfərrüatlar daxil edilməlidir. 9.5.1.1 Bildiriş görüşləri Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) həyata keçiriləcəyi inzibati-təsərrüfat sərhədlərinin sahibi olan bütün yerli hökumət qurumları (icraçı komitələr və bələdiyyələr) ilə bir sıra bildiriş görüşləri təşkil olunmuşdur. Bu görüşlərin məqsədləri, diqqət mərkəzindəki məsələləri və (təmsil olunmuş qurumlar nöqteyi-nəzərdən) iştirakçıları CQBKG üzrə ƏMSSTQ üçün həyata keçirilmiş görüşlərlə eyni olmuşdur (CQBKG üzrə ƏMSSTQ-nin 9-cu fəslinə baxın). 9.5.2 Layihənin təsirinə məruz qalan icmalar 9.5.2.1 LTMQİc ev təsərrüfatlarının tədqiqi Bu bölmədə CQBKG üzrə ƏMSSTQ ilə əlaqədar aparılmış ev təsərrüfatlarının tədqiqi zamanı əldə olunmuş nəticələrlə birləşdirilməsindən sonra alınan nəticələr təqdim edilir. Respondentlərin əksəriyyəti (təqribən 82 %-i) boru kəmərinin nəzərdə tutulan əlavə hissəsini (CQBKG KG 0-34) dəstəkləyir (Şəkil 9-1). Mümkün mənfəətlərə gəldikdə, respondentlərin 73 %-i mənfəətlərin, o cümlədən hökumət üçün də mənfəətlərin və yeni iş imkanlarının mövcud olacağını hesab edirlər (Cədvəl 9-2). Bəli Xeyr Bilmirəm Şəkil 9-1: Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) yerli əhali tərəfindən dəstəklənməsi Məsləhətləşmə prosesi 9-5

Cədvəl 9-2: Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) gözlənilən müsbət və mənfi nəticələri 2 Müsbət nəticələr Hökumət, əhali və kəndimiz üçün faydalı 30% Kənd sakinləri üçün yeni iş imkanları 27% Torpağa görə kompensasiya 16% Mənfi nəticələr Heç bir mənfəət yoxdur 0.75% Respondentlərin təqribən 40 60%-i birbaşa məşğulluğu və torpağın alınmasına/istifadəsinə görə kompensasiyanın əldə edilməsini CQBKG boru kəməri tikintisinin əsas mənfəətləri hesab edirlər (Şəkil 9 2). 50%-dən bir qədər çoxu CQBKG fəaliyyətlərindən narahat deyildir. Lakin, narahatlıqları olanlar arasında səs-küyü, tozu və rahatlığın pozulması hallarını Layihə ilə bağlı əsas problemlər hesab edənlər var (Şəkil 9-3). 0% 10% 20% 30% 40% 50% 60% Direct Birbaşa employment məşğulluq - boru jobs kəmərində on the pipeline iş yerləri Torpağa Compensation görə kompensasiya for land Indirect Dolayı employment məşğulluq (goods (mallar and və xidmətlər) services) Our budget Büdcəmiz will increase, artacaq Digərləri Other I Hər do hansı not think mənfəətin there olacağını will be any düşünmürəm benefits Don t Bilmirəm know Şəkil 9-2: Tikintinin əsas mənfəətləri 2 Sonru anketində çoxsaylı cavabların verilməsi mümkün olan açıq suallar təqdim edildiyinə görə, cavablar toplandıqda cəmi 100% təşkil etmir. Məsləhətləşmə prosesi 9-6

Narahatlıq No concern yoxdur Ümumi General narahatlıq nuisance Dust Toz Səs-küy Noise Çirklənmə Pollution Disruption Yolların dağılması to roads Təhlükəsizlik Safety Nəqliyyatın Increase in artması traffic Other environmental Digər ekoloji problemlər problems İnflyasiya Inflation Digərləri Other Don't Bilmirəm Know 0% 10% 20% 30% 40% 50% 60% Şəkil 9-3: Boru kəmərinin təklif olunmuş əlavə hissəsi (CQBKG KG 0-34) ilə əlaqədar narahatlıqlar Respondentlərin altmış-altı faizi öz kəndlərinin yaxınlığında çalışan yerli tikinti düşərgəsi işçilərinin fəaliyyəti ilə əlaqədar hər hansı müsbət və ya mənfi təsirlər gözləmir (Şəkil 9-4). Onların fəaliyyətləri nəticəsində mənfəətlərin mövcud olacağını hesab edənlərin 27%-i məşğulluq imkanlarını və 15%-i evlərin icarəsindən əldə olunan icarə haqlarını tikintinin əsas mənfəətləri kimi nəzərə alırlar (Cədvəl 9-3). 0% 10% 20% 30% 40% 50% 60% 70% 80% Yaxşı Good 19% Pis Bad 2% No difference Fərq yoxdur Don t know Bilmirəm 13% 67% Şəkil 9-4: Yaxınlıqda çalışan tikinti işçilərinin fəaliyyəti ilə bağlı narahatlıqlar Cədvəl 9-3: Yaxınlıqda çalışan tikinti işçilərinin fəaliyyətinin müsbət və mənfi cəhətləri 3 Müsbət nəticələr Hökumət, əhali və kəndimiz üçün faydalı 30% Kənd sakinləri üçün yeni iş imkanları 27% Torpağa görə kompensasiya 16% Evlərin kirayələnməsi nəticəsində əldə edilən gəlir 15% Mənfi nəticələr Heç bir mənfəət yoxdur 0.75% 3 Sonru anketində çoxsaylı cavabların verilməsi mümkün olan açıq suallar təqdim edildiyinə görə, cavablar toplandıqda cəmi 100% təşkil etmir. Məsləhətləşmə prosesi 9-7

Bütün məsləhətləşmə iclaslarında qaldırılmış məsələlər ƏMSSTQ-yə bu Əlavənin hazırlanmasında nəzərə alınmışdır. 9.6 ƏMSSTQ hesabatına Əlavənin layihə variantı barədə məsləhətləşmələr Layihənin açıqlanması üçün məsləhətləşmələr CQBKG üzrə ƏMSSTQ üçün istifadə olunmuş, lakin spesifik olaraq milli və yerli hökumət orqanlarının və LTMQİc-lərin hədəf götürüldüyü yanaşma üsuluna uyğun olaraq həyata keçirilmişdir. 9.6.1 İnformasiyanın açıqlanması Məlumatın səmərəli şəkildə təqdim olunmasına və növbəti məsləhətləşmələrə yardım üçün BP aşağıdakıları təmin etməyi qarşısına məqsəd qoymuşdur: ƏMSSTQ-nə Əlavənin layihə variantı, qeydi-texniki xülasə (QTX) və əlaqədar sənədlər aydın şəkildə CQBKG üzrə ƏMSSTQ sənədinin son variantına əsaslanmış və yalnız Layihənin layihələndirməsindəki dəyişikliklər ilə əlaqədar ilkin vəziyyət və təsirlərin analizi barədə məlumatı təmin etmişdir ƏMSSTQ hesabatına Əlavənin layihə variantı (və bütün əlaqədar sənədlər) Azərbaycan və İngilis dillərində təqdim edilmişdir (Qeydlərin BP şirkətinə təqdim olunması imkanı yaratmaq üçün) LTMQİc-lərin QTX və rəyin verilməsi mexanizmindən sərbəst istifadə etməsinə imkan yaradılmışdır. Maraqlı tərəflər ƏMSSTQ-yə Əlavənin layihə variantının və hər hansı əlaqədar sənədlərin nəşri barədə məlumatlandırılmışdır və onun surətindən necə istifadə edə biləcəkləri və QTXnin surətlərini necə əldə edə biləcəkləri barədə məlumat verilmişdir. ƏMSSTQ-yə Əlavənin layihə variantının təqdimatı müddəti 14 gün təşkil etmişdir. 9.6.2 Milli və yerli hökumət orqanları ƏMSSTQ hesabatına Əlavənin layihə variantının, QTX-nin və bütün əlaqədar sənədlərin nüsxələri aşağıdakılara təqdim edilmişdir: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi Arxeologiya və Etnoqrafiya İnstitutu. Sonradan, həmin nazirliklərin rəylərini öyrənmək üçün onlarla üzbəüz görüşlər təşkil edilmiş, lakin məlumatların açıqlanması dövründə yalnız ETSN və FHN ilə görüşlərin keçirilməsi mümkün olmuşdur. Bundan əlavə, ƏMSSTQ-yə Əlavənin layihə variantının, QTX-nin və hər hansı əlaqədar sənədlərin nüsxələri bildiriş görüşlərinə cəlb olunmuş yerli hökumət orqanlarına icraçı komitələrə və bələdiyyələrə - təqdim olunmuşdur. 9.6.3 Layihənin təsirinə məruz qalan icmalar Açıqlanmazdan əvvəl, ƏMSSTQ-yə Əlavə prosesi, ƏMSSTQ-yə Əlavənin layihə variantının, QTX-nin və əlaqədar sənədlərin mövcudluğu və məsləhətləşmə prosesi barədə məlumat aşağıdakı informasiya agentlikləri vasitəsilə və digər vasitələrlə açıqlanmışdır: Tirajı əsas etibarı ilə nəzərdə tutulan əlavə boru kəməri seksiyasının (CQBKG KG 0-34) yerləşəcəyi ərazini əhatə edən milli yerli qəzetlər Layihənin təsirinə məruz qalan icmaların elanlar lövhəsində. Məsləhətləşmə prosesi 9-8

Mətbuata verilən və ictimai məlumat ekranlarında yayımlanan məlumatlara aşağıdakılar daxil idi: Boru kəmərinin təklif olunmuş əlavə hissəsinin (CQBKG KG 0-34) adı, məqsədləri və yeri Maraqlı tərəflərin ƏMSSTQ-yə Əlavənin layihə variantını, QTX-ni və hər hansı əlaqədar sənədləri əldə edə biləcəkləri/oxuya biləcəkləri fiziki yerin və veb-səhifənin ünvanı, eləcə də, yazılı qeydlərin göndəriləcəyi yerin adı və ünvanı Qeydlərin son təqdim olunma tarixi İctimaiyyətlə görüşün keçirilmə vaxtı və yeri. Maraqlı tərəflərin gözdən keçirməsinə və fikir bildirməsinə imkan yaratmaq üçün ƏMSSTQyə Əlavənin layihə variantı, QTX və hər hansı əlaqədar sənədlər bəzi əsas ictimai yerlərə təqdim olunmuşdur. Belə yerlərə milli və regional hökumət idarələri, (qismən bütün LTMQİclərin rahat istifadəsi üçün seçilmiş) əsas yerlərdəki kitabxanalar və əsas elmi müəssisələrin ofisləri daxil idi. Beləliklə, sözügedən sənədlər Bakıda və aşağıdakı yerli sahələrdə təmin edilmişdir: Bakıda: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29 Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, H. Cavid prospekti 31 Orhus İctimai Ekoloji İnformasiya Mərкəzi, ETSN, B. Ağayev küçəsi 100 Beynəlxalq Ekoenergetika Akademiyası, Məmməd Arif küçəsi 5 Bakı Təhsil Məlumat Mərkəzi, C. Cabbarlı küçəsi 40, 2-ci mərtəbə Azərbaycan Dövlət Neft Akademiyası, Azadlıq prospekti 20 BP Azərbaycan ofislərinin qəbul şöbələri: o BP Xəzər ofisi, Neftçilər prospekti 153, Bakı AZ1010 o Ləndmark, Biznes Mərkəzi 3, A. Nizami küçəsi 90, Bakı AZ1010. Yerli sahələr: Hacıqabul (ƏMSSTQ hesabatına əlavə beş məntəqədə yerləşdirilmişdir). Barəsində elan verilmiş əsas məntəqələr aşağıdakılardan ibarət olmuşdur: o Heydər Əliyev mərkəzi, İ.Qayıbov küçəsi o Mədəniyyət evi, H. Əliyev küçəsi 29 Rəncbər: Bələdiyyə binası Pirsaat: Pirsaat kənd orta məktəbi Nəhayət, ƏMSSTQ-yə Əlavənin layihə variantı, QTX və hər hansı əlaqədar sənədlər (Azərbaycan və İngilis variantları) BP Kaspian şirkətinin veb-səhifəsində yerləşdirilmişdir. 9.6.4 Məlumatın açıqlanması ilə əlaqədar elanlar Açıqlama müddəti milli və yerli kütləvi informasiya vasitələrində elanların, o cümlədən, açıqlama müddəti (14 gün), ƏMSSTQ-yə Əlavənin layihə variantının, QTX-nin və hər hansı əlaqədar sənədlərin yerləşdiyi yer, ictimaiyyətlə görüşlərin tarixləri və əks əlaqə üçün mexanizmlər barədə məlumatın verilməsi ilə (bax: Cədvəl 9-4) 27 mart 2014-cü il tarixində başlamışdır (Qoşma C1). Cədvəl 9-4: ƏMSSTQ hesabatına Əlavənin açıqlanması ilə əlaqədar elanlar Mətbu orqanın adı Zerkalo Yeni Azərbaycan Azərbaycan Məsləhətləşmə prosesi 9-9

Mətbu orqanın adı 525-ci qəzet Azadlıq Xalq Qəzeti Yeni Musavat Həmçinin, BP Kaspian şirkətinin veb-səhifəsində Azərbaycan və İngilis dillərində elan yerləşdirilmişdir. 9.6.5 Əks əlaqə mexanizmləri Bütün maraqlı tərəflər ƏMSSTQ-yə Əlavənin layihə variantı, QTX və hər hansı əlaqədar sənədləri barədə fikir bildirmək üçün aşağıdakı mexanizmlərdən istifadə imkanına malik olmuşdur: ƏMSSTQ-yə Əlavənin layihə variantının, QTX-nin və hər hansı əlaqədar sənədlərin bütün nüsxələri ilə birlikdə (Azərbaycan və İngilis dillərində) sorğu formaları LTMQİc-lərin hamısına paylanmış və istifadəsinə imkan yaradılmışdır. Sorğu formaları poçt vasitəsilə BP-nin ofis ünvanına qaytarılmış və ya doldurulan sorğu formaları açıqlama müddəti ərzində LTMQİc-lərə müntəzəm olaraq baş çəkən BPnin icmalarla əlaqələr üzrə məsul işçilərinə ötürülmüşdür ƏMSSTQ-yə Əlavənin layihə variantına, QTX-yə və hər hansı əlaqədar sənədlərə dair elanlarda yazılı cavablar üçün BP-nin ofis ünvanı göstərilmişdir ƏMSSTQ-yə Əlavənin layihə variantına, QTX-yə və hər hansı əlaqədar sənədlərə dair elanlarda BP-nin Bakıdakı ofisinin telefon nömrəsi göstərilmişdir ƏMSSTQ-yə Əlavənin layihə variantına, QTX-yə və hər hansı əlaqədar sənədlərə dair elanlarda xüsusi olaraq ayrılmış elektron poçt ünvanı göstərilmişdir. Elektron sorğu formalarının Azərbaycan və İngilis dillərində variantları BP Kaspian şirkətinin veb-səhifəsində yerləşdirilmişdir. Sorğu formalarının doldurularaq elektron poçt vasitəsilə göndərilməsi mümkün olmuşdur Maraqlı tərəflərin iştirakına və ƏMSSTQ-yə Əlavə üzrə qrupla birbaşa əks əlaqə qurmasına imkan yaratmaq üçün ictimaiyyətlə üç görüş keçirilmişdir. Əks əlaqə mexanizmi çərçivəsində məlumatın ictimaiyyətə açıqlanmasına dair görüşlər zamanı (bax: Bölmə 9.6.6) mövzunun qeyd edildiyi LTMQİc-lər və onların sayı, həmçinin LTMQİc üzrə təsir ilə bağlı məsələlər/narahatlıq doğuran məqamlar üçün bax: Cədvəl 9-6. 9.6.6 Məlumatın açıqlanmasına dair məsləhətləşmələr ictimaiyyətlə görüşlər ƏMSSTQ-yə Əlavənin layihə variantına, QTX-yə və hər hansı əlaqədar sənədlərə dair nəticələrin təqdim olunması və maraqlı tərəflərin fikirlərini dinləmək üçün Hacıqabulda, Rəncbərdə və Bakıda ictimaiyyətlə üç görüş keçirilmişdir. CQBKG üzrə Son ƏMSSTQ prosesinə müvafiq olaraq, ictimaiyyətlə görüşlər məlumatların açıqlanmasından sonra 14 gün ərzində keçirilmişdir. İctimaiyyətin üzvlərinin iştirakına yardım etmək və ETSN ilə əks əlaqənin yaradılması məqsədilə kifayət qədər vaxt ayrılmasına imkan vermək üçün bu görüşlərin vaxtı seçilmişdir. Görüşlərin keçirildiyi tarixlər və vaxtlar aşağıdakı Cədvəl 9-5-də göstərilir. İki yaşayış məntəqəsinin birinin digərinə yaxınlığını nəzərə alaraq Pirsaatdan olan maraqlı tərəflər Rəncbərdə keçirilən görüşə dəvət edilmişdir. Qoltuq nümayəndələrinə icmalarla əlaqələr üzrə məsul işçi yaxınlaşmış, ƏMSSTQ ilə bağlı açıqlama vermiş və Hacıqabuldakı görüşdə iştiraka dəvət etmişdir. Məsləhətləşmə prosesi 9-10

Cədvəl 9-5: ƏMSSTQ hesabatına Əlavənin açıqlanmasına dair görüşlər Bakı Görüşün keçirildiyi məntəqə Hacıqabul Rəncbər Yer Tarix Vaxt Marriott Absheron Hotel - Hosvan 14:30 31 mart, 2014 I iclas otağı, Azadlıq meydanı 674 17:30 Hacıqabul Mədəniyyət evi 1 aprel 2014-cü il 10:00 12:00 Rəncbər orta məktəbi 1 aprel 2014-cu il 14:00 15:30 BP görüşlərdə alınmış bütün yazılı və ya şifahi iradların icraçı xülasəsini hazırlamışdır. Bu iradlar nəzərdən keçirilməsi üçün ETSN-yə təqdim edilmiş və hazırki ƏMSSTQ-yə Əlavənin son variantının hazırlanması zamanı BP məsləhətləşmə müddəti ərzində həmin iradları digər məsləhətləşmə mexanizmləri vasitəsilə alınmış əlavə iradlar ilə birlikdə nəzərdən keçirmişdir. Məsləhətləşmənin nəticələri və cavablar ETSN-yə təqdim ediləcək ƏMSSTQ-yə Əlavənin C2 əlavəsinə daxil edilmişdir. Cədvəl 9-6-da əks əlaqə mexanizmi çərçivəsində məlumatın ictimaiyyətə açıqlanmasına dair görüşlər zamanı (bax: Bölmə 9.6.5) mövzunun qeyd edildiyi LTMQİc-lər və onların sayı, həmçinin LTMQİc üzrə təsir ilə bağlı məsələlər/narahatlıq doğuran məqamlar təqdim edilmişdir. Cədvəl 9-6: LTMQİc-lər tərəfindən qaldırılan problemlərin və təsirlə əlaqədar məsələlərinin xülasəsi Təsirlə əlaqədar əsas məsələlər Dolanışıq vasitələri / Torpaq sahələrinin əldə edilməsi və kompensasiyalar İnfrastruktur/Sosial sərmayələr Təsirlər/Narahatlıq doğuran məqamlar barədə şərhlər Sakinlər boru kəmərinin keçdiyi ərazilərdə əldə edilən torpaq sahələrinin mümkün qədər az olacağına ümid edirlər Sakinlər boru kəmərinin keçdiyi torpaq sahələrinin su təchizatını asanlaşdırmaq üçün boru kəməri üzərində su xətlərinin inşa edilməsini xahiş etmişlər Yerli sakinlər qeyd etdilər ki, BTC layihəsi üçün inşa edilmiş kanalizasiya borusundan vaxtaşırı olaraq sızma baş verir. Bunun təkrarlanmasına yol verilməməlidir. İnsanların öz torpaq sahələrinə keçməsinə imkan yaratmaq məqsədilə kənd təsərrüfatı maşın-mexanizmləri üçün münasib keçidlər nəzərdə tutulacaq Əmək və iş şəraiti Yerli sakinlər boru kəmərinin tikintisi başlayanda işçi qüvvəsinin yerli sakinlərdən seçilməsini xahiş etmişlər İcma sağlamlığı, əməyin təhlükəsizliyi və təhlükəsizlik Sakinlər səs-küyün və vibrasiyanın ətraf mühitə, əhalinin məskunlaşdığı ərazilərə və qoruğa gələnlərə (Qobustan milli qoruğuna) təsirini azaltmaq üçün tədbirlər barədə məlumat əldə etmək istəyirlər. Boru kəmərinin keçdiyi ərazilərdə yol hərəkəti qaydalarına dair narahatlıq ifadə olunmuşdur Bakı Raised in Hacıqabul rayonu, Qarasu kəndi Pirsaat qəsəbəsi, Muğan qəsəbəsi Hacıqabul rayonu, Padar qəsəbəsi Hacıqabul rayonu, Qarasu kəndi Xətai rayonu Hacıqabul rayonu, Qarasu kəndi Məsləhətləşmə prosesi 9-11

Təsirlə əlaqədar əsas məsələlər İnformasiyanın açıqlanması və maraqlı tərəflərin cəlb olunması Digər Təsirlər/Narahatlıq doğuran məqamlar barədə şərhlər Giriş-çıxış yolunun yaxınlığında yaşayan sakinlər ümid edirlər ki, tikinti müddətində nəqliyyat vasitələrinin hərəkətindən yaranan toz münasib qaydada idarə ediləcək. Bakı- Tbilisi-Ceyhan boru kəmərinin tikintisi zamanı bu, belə olmamışdır. Xahiş olunmuşdur ki, boru kəmərinin tikintisi başa çatdıqdan sonra ictimaiyyət (QHT və media) nümayəndələri ilə görüş keçirilsin. Ətraf mühitə və sosial sahəyə təsirlər, həmçinin məcmu təsirlər barədə narahatlıq ifadə olunmuş və təsirlər azaldıcı tədbirlərə dair daha ətraflı informasiyanın təmin edilməsi xahiş olunmuşdur Raised in Pirsaat qəsəbəsi, Muğan qəsəbəsi Bakı Hacıqabul rayonu, Qarasu kəndi, Sumqayıt 9.7 Məsləhətləşmənin nəticələrinin izlənməsi Məsləhətləşmə nəticələri CQBKG üzrə Yekun ƏMSSTQ hesabatının 9.8-ci bölməsində təsvir edilən prosesə uyğun olaraq izlənilmişdir. 9.8 ƏMSSTQ-dən sonrakı məsləhətləşmələr və maraqlı tərəflərin cəlb edilməsi ƏMSSTQ hesabatına Əlavədən sonra maraqlı tərəflərin cəlb olunması ilə bağlı fəaliyyət CQBKG üzrə Yekun ƏMSSTQ hesabatının 9.9-cu bölməsində təsvir edilən fəaliyyət ilə eyni olaraq qalacaq. Boru kəmərinin tikintisindən sonra müvafiq maraqlı tərəflər, o cümlədən media və QHT-lər ilə görüş keçiriləcək. Məsləhətləşmə prosesi 9-12