AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI REFERAT İXTİSAS: QRUP: FƏNN:

Benzer belgeler
Mənbə- A V R O P A Ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil

11-ci sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

BİOLOGİYA YEKUN IMT( AZ)

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

RESPUBLİKA FƏNN OLİMPİADALARI

B) I - 2; II - 1; III - 3; IV - 4 C) I - 5; II - 4; III - 2; IV - 1 D) I - 3; II - 5; III - 4; IV - 1 E) I - 4; II - 3; III - 2; IV

Azərbaycanın fiziki coğrafiyası İzahat vərəqəsi

Mənbə- AFRİKA

C OĞRAFİYA. (II ixtisas qrupu üçün) Coğrafiya

ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA İRKƏN AKTOPRAK, YELENA ŞABANOVA

EFİOPİYA VƏ SOMALİNİN KƏND TƏSƏRRÜFATININ MÜQAYİSƏLİ SƏCİYYƏSİ

Ekologiyanın müasir problemləri fənnindən II kollokvium üçün suallar Esgerova Mehriban 258m

Dərinlik, sm. Kəsimlərin qoyuluduğu düzənlik əraziləri. Humus Azot CO2 C/N

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

BİOSFER

9-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Serbest iş 5. Azerbaycan Hava Yolları Qapalı Sehimdar Cemiyyeti. Milli Aviasiya Akademiyası

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

Baltik dənizi hövzəsi.

2014-cü ilin üçüncü rübünün nəticələri

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANI

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

BİOSFER. Talıblı Pərviz Qrup: 400

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

MAGİSTR DİSSERTASİYASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MAGİSTRATURA MƏRKƏZİ.

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

H E S A B A T Q E Y D Ə A L I N D I!

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

ELM VƏ TƏHSİL MƏRKƏZİ TƏFƏKKÜR UNİVERSTETİ MÖVZU: RELYEFİN İNKİŞAF TARİXİ TƏLƏBƏ: MƏMMƏDOVA ÜLKƏR KURS: I QRUP: 410 İB

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCANIN FAYDALI QAZINTILARI

Marketinq. Mehdiyev Əkbər

FƏSİL 11 İqlim dəyişmələri və insan inkişafı

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

1246_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları Fənn : 1246 Alternativ yanacaqlar və onların tətbiqinin ekoloji təhlükəsizliyi

Mündəricat. Giriş...3

Behruz Melikov. Hidrologiya.

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Heyvanlar Aləmi Fənni Üzrə

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Azərbaycanda turizmin vəziyyəti

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ AZƏRBAYCAN TURİZM İNSTİTUTU. "Beynəlxalq turizmin coğrafiyası" fənnindən REFERAT İŞİ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Urbanizasiya və onun yaratdığı ekoloji problemlər

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

Finansist. Təqdimat ALMANİYA VERGİ SİSTEMİ

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ AZƏRBAYCAN TURİZM İNSTİTUTU. Turizm biznesinin təşkili və texnologiyası kafedrası

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Milli Aviasiya Akademiyası. Kafedra:"Aviasiya meteorologiyası" Fakültə: "HN" İxtisas: "Hidrometeorologiya" Fənn: "İqlimşünaslıq"

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

QAFQAZIN COĞRAFİYASI (İQTİSADİ,SOSİAL VƏ SİYASİ COĞRAFİYASI)

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Bakı Modern Məktəbi. Yaddaş kitabçası. Azərbaycan tarixi- 6

BÖYÜK DƏCCAL Amerika

Azərbaycanda qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili

Keyfiyyətə üstünlük ver!!! Suvarma Sistemləri

10-cu sinif Coğrafiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir MÜHAZİRƏ 1.

Norveçdə turizm işinin təşkili

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Ana kart (Motherboard)

Xammal və enerji daşıyıcı problemlərinin həll edilməsi yolları Müasir beynəlxalq münasibətlərin ən aktual məsələləri sırasına qloballaşan dünyanın

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

Torpağın ağır metallarla çirklənməsi

Transkript:

AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI REFERAT FAKÜLTƏ: İXTİSAS: QRUP: TƏLƏBƏ: MÜƏLLİM: FƏNN: 1 BAKI - 2009

2 Plan. 1. Qısa faktlar 2. Cənubi Amerika haqqında 3. İqlimi 4. Təbii Zonaları və Daxili suları 5. Ölkə və Şəhərləri 6. Ekoloji vəziyyəti

3 1. Qısa faktlar Ərazisi: 17 819 000 Əhalisi: 331 000 000 Müstəqil dövlətləri: 12 Əhalisi sıx olan ölkələr: Braziliya 162 100 000 Argentina 36 000 000 Böyük şəhərləri: San-Paulo (Braziliya) 15 784 888 Rio-De-Janero (Braziliya) 10 489 000 Buenos-Ayres (Argentina) 9 968 000 Hündür Dağları: Akonqaqua (Argentina) 6960 m Oxos-Del-Salado (Argentina-çili) 6908 m Böyük çayları: Amazonka 6437 km Parana 4500 km Madeyra 3200 km San-Fransisko 3199 km Əsas ixtisaslaşma sahəsi: Kofe istehsalatı Kakao istehsalatı Meşə sənayesi Neft sənayesi Kənd təsərrüfatı Dağ-Mədən sənayesi Ucqar nöqtələri: Şimalda Qalinas burnu (Kolumbiya) Cənubda Frourd burnu (Çili) Qərbdə Parinyas burnu (Peru) Şərqdə Kabu-Branku burnu (Braziliya)

4 2. Cənubi Amerika haqqında Böyük coğrafi kəşflər dövründə Hindistana su yolu tapmaq arzusu avropalıların Amerika qitəsinin, Yeni dünyanın kəşf olunması ilə nəticələndi. Materikin öyrənilməsində Xristafor Kolumbun, Ameriqo Vespuççinin böyük xidmətləri olmuşdur. 1492-ci ildə Xristafor Kolumb Amerikanı kəşf etdi. Lakin bu quruya Kolumbun adı deyil, digər səyyahın Ameriqo Vespuççinin adı verildi. O, ilk dəfə yeni torpaq tapdığını söylədiyinə görə bu qitə onun şərəfinə Amerika adlandırılır. X.Kolumbun ekspedisiyalarının nəticələri məlum olandan sonra tezliklə Cənubi Amerika ispanlar və portuqaliyalılar tərəfindən məskunlaşdırılaraq, onların müstəmləkəsinə çevrildi. Bundan başqa materikin təbiətinin öyrənilməsi məqsədilə alman səyyahı Aleksandr Humbolt və Bonplan tədqiqatlar aparmışdır. A.Humboltun ekspedisiyalarının elmi nəticələri o qədər böyük əhəmiyyətə malik olmuşdur ki, onu ikinci Kolumb adlandırırlar. O, materikin ilk geoloji xəritəsini tərtib etmiş, qərb hissəsindəki cərəyanların təsvirini vermiş və And dağlarının şaquli qurşaqlığını öyrənmişdir. Cənubi Amerika fiziki-coğrafi xüsusiyyətlərinin bir çox cəhətlərinə görə başqa materiklərdən fərqlənir. Onun ərazisində dünyanın ən bol sulu çayı, ən böyük çay sistemi, dünyanın ən uzun dağ sistemi, ən hündür vulkanı, ən hündür şəlaləsi, Ən hündür dağ gölü yerləşir. Cənubi Amerika dünyanın ən rütubətli və ən çox yaşıl kütləsi olan materikdir. Onu əhatə edən okeanlarda materik dayazlığı yox dərəcəsindədir. Cənubi Amerika öz formasına görə üçbucağı xatırladır. Materik sahil xətlərinin sadəliyi ilə seçilir. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur. Materikin Şərq hissəsi düzənlik, qərb hissəsi dağlıqdır. And dağları Sakit okean və Cənubi Amerika tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. C. Amerikanın şərq hissəsində, platformanın qalxan sahələrində - Braziliya və Qviana yaylası, çökən hissələrində - Orinoko, Amazon, Laplata ovalıqları yerləşir. Braziliya və Qviana yaylaları dərin çay dərələri ilə parçalanmış, geniş ərazini əhatə edir, Ovalıqlar isə səthinin hamar olması, çökmə süxurlarla örtülməsi, dayaz və geniş çay dərələrinə malik olması ilə seçilir. Materikdə dəniz manqan, nikel yataqları, boksit, qızıl çoxdur. Çökmə süxurlarda neft, qaz, daş kömür var. And dağları əlvan, nadir metallarla zəngindir. Maqmanın çökmə süxurlarının içərisinə keçməsi nəticəsində mis, qalay, molibden, gümüş və s. yataqları əmələ gəlmişdir. And İnklərin dilində mis dağları deməkdi. Cənubi Amerikanın ən hündür nöqtəsi And dağlarında - Akonqaqua zirvəsidir (6960 m). Ən alçaq sahəsi isə - Valdes yarımadasıdır (-40 m). And dağlarında tektonik hərəkətlər müasir dövrdə də davam edir. Tez-tez zəlzələlərin baş verməsi, vulkanların püskürməsi müşahidə olunur. Burada çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar var. Kotopaxi, Ruis, San-Pedro və s.

5 fəaliyyətdə olan vulkanlardandır. Həmçinin dünyanın ən hündür vulkanı hesab olunan - Lyulya (6723 m) Çili-Argentina And dağlarında yerləşir. Şeyba, qobun ağacı, kauçuk gəvən(heveya) ağacı, kakao ağacı, kinə ağacı bu materikə aiddir. Əksər bitki növləri, məhsuldar torpaqlar, qiymətli yuna və xəzdəriyə malik heyvanlar mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Burada eynəkli ayı, kondor qartalı, şinşilla, lama, su donuzu (kapibara) və s. heyvanlar bu materikə aiddir. Mədəni bitkilərdən qarğıdalı, kartof, pomidorun vətəni Cənubi Amerikadır. 3. İqlimi Cənubi Amerikanın iqlimi şimali Amerikanını iqlimindən kəskin fərqlənir. Materikin şimal hissəsi cənub hissəsinə nisbətən daha geniş ərazi tutur. Bu hissə isti qurşaqda, ekvatorial və subekvatorial qurşaqlarında yerləşdiyi üçün bura yağıntı çox düşür. Buna görə də, Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Ərazinin çox böyük hissəsində illik yağıntıların miqdarı 1000 mm-dən çox olsa da, bəzi yerlərində bu əmsal 250 mm-ə qədər düşür. Ətraf okeanlara nisbətən burada alçaq təzyiq yaranır. Bu səbəbdən şimal və cənub kürələrinin passat küləkləri bura Atlantik okeanından çox rütubət gətirir və tropik qurşaqda iqlim cənub/şərq passatlarının təsiri altında formalaşır. Bu küləklər Braziliya yaylasının külək döyən yamaclarına çoxlu yağıntı gətirir. Materikin şərqində hava kütlələrinin qarşısını kəsən hündür dağlar olmadığından onlar geniş ərazilərə yayılır, bol yağıntı verir. Lakin materikin qərb hissəsində bu soyuq küləklər Peru cərəyanının təsiri ilə daha da soyuyur və yağıntı vermir. Bunun nəticəsində Atakama səhrası yaranmışdır. Materikin ensiz cənub qurtaracağı isə bütün il boyu qərb küləklərinin təsiri altında qalır. Mülayim enliklər dəniz hava kütlələrinin təsirinə məruz qaldığı üçün Cənubi And dağlarının yamaclarına da bol yağıntı düşür. Ancaq şərq sahilboyu ərazilərində isə az yağıntı müşahidə olunur. And dağlarının materikin qərb və şərq hissələrində yağıntıların paylanmasına böyük təsir göstərdiyi üçün onu Cənubi Amerikanın iqlim ayırıcısı adlandırırlar. Coğrafi mövqeyi ilə əlaqədar Cənubi Amerikanın ərazisinə böyük miqdarda günəş radiasiyası düşür. Nəticədə demək olar ki, hündür dağlardan başqa bütün materik ərazisində temperatur müsbətdir. Günəş istisinin ən çox miqdarı yanvar ayında günəşin cənub tropiki üzərində zenitdə olması vaxt müşahidə olunur. Yanvar ayının orta temperatura burada +24 dərəcəyə çatır. Ekvatora yaxınlaşdıqca günəşin düşmə bucağı çoxaldığından materikin şimal rayonlarında iyul ayının orta temperaturu +24 dərəcə, materikin orta hissəsində +16 dərəcə, cənub hissəsində isə +8 dərəcədir. Ümumilikdə isə materikin çox böyük hissəsində orta aylıq temperatur +20, +28 dərəcədir. Lakin cənubdan gələn soyuq hava axınları bəzən də temperaturun düşməsinə səbəb olur. Bu zaman Pataqoniyada bəzən -35 dərəcəyə qədər şaxtalar müşahidə olunur. Cənubi Amerikada iqlim qurşaqları ekvatordan cənuba doğru bir-birini əvəz edir. Lakin subekvatorial iqlim qurşağı materikin həm ekvatordan şimaldakı həmdə

6 cənubi hissəsindəki ərazilərində vardır. Materikin qərb hissəsində dəniz iqlimi, şərq hissəsində isə mülayim kontinental iqlim hakimdir. Bu hissə Antaraktidanın təsirinə məruz qalır. Cənubi Amerikanın iqliminə Atlantik okeanı Sakit okeana nisbətən daha çox təsir göstərir. Materikdə ekvatorial qurşaq Amazon ovalığının çox hissəsini əhatə edir. İl boyu burada isti və rütubətli hava hakimdir. İlin fəsilləri müşahidə olunmur. Subekvatorial qurşaq ekvatordan şimala və cənuba doğru geniş əraziləri əhatə edir. Yayda ekvatorial hava kütlələrinin hakim olduğu vaxt burada yağışlar başlayır. Qışda isə əraziyə quru küləklər daxil olur. Bu zaman yağıntılar azalır və quraqlıq dövrü başlayır. Tropik qurşaq subekvatorial qurşaqdan cənuba olan əraziləri əhatə edir. Materikin şərq hissəsi Atlantik okeanından gələn hava kütlələrinin təsiri altında olur. İl boyu isti və rütubətli hava şəraiti hakimdir. Bu ərazidə rütubətli tropik iqlim tipi yaranır. Sakit okeanı sahilləri və daxili hissələr üçün tropik səhra iqlim tipi səciyyəvidir. Burada il boyu quraqlıq olur. Peru soyuq cərəyanı üzərində yaranan duman və şeh yeganə rütubət mənbəyidir. Atakama səhrasında illərlə yağış yağmır. Tropik qurşaqda And dağlarının mərkəzi yaylasında iqlim sərtdir. Burada dünyanın ən quru, az məhsuldar yüksək dağlığı yerləşir. Ümumiyyətlə bura dünyanın ən quraq yerlərindən biri hesab olunur. Subtropik qurşağın iqlimi yayda tropik hava kütlələrinin təsiri altında formalaşır. Bu qurşaq üçün quru və isti havalar xarakterikdir. Qışda qərb küləkləri əraziyə okeandan mülayim və rütubətli hava gətirir. Bu səbəbdən də qurşaqda xeyli yağıntılar müşahidə olunur. Materikdə mülayim qurşaq ensiz cənub hissəni əhatə edir. Qərb küləklərinin il boyu gətirdiyi mülayim hava kütlələri bura üçündə xarakterikdir. Bu qurşaqda iki iqlim tipi ayrılır: Sakit okean sahilləri üçün dəniz iqlim tipi. Buranı hətta Cənubi Amerikanın nəmişli küncü də adlandırılar. Və qurşağın şərq hissəsində rütubətin azaldığı mülayim kontinental iqlim tipi mövcuddur. Materikdə yüksək dağ iqliminə də rast gəlinir. And dağları yüksək dağ iqliminin müxtəlifliyi ilə seçilir. Burada dağ iqlimi təkcə dağın ətəyindən zirvəsinə doğru deyil, eyni zamanda şimaldan cənuba doğru da dəyişir. 4. Təbii zonaları və Daxili suları. Cənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır: 1. Rütubətli ekvatorial meşələr zonası 2. Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası 3. Savannalar zonası 4. Çöl zonası 5. Səhra və yarımsəhra zonası

6. Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası. 7 Ekvatorial meşələr zonasına materikdə ekvator xəttinin hər iki tərəfində rast gəlinir. Rütubətli ekvatorial meşələr burada selvas adlanır. Selvas yer kürəsinin sahəcə ən böyük meşə massividir. Qırmızı-sarı ferralit torpaqlarda yaranan, keçilməz həmişəyaşıl rütubətli meşələr dünyanın digər guşələrindəki ekvatorial meşələrdən bir qədər fərqlənir. Bu meşələr daha rütubətli və üzvi aləmlə çox zəngindir. Hündürlüyü 80 metrə çatan seyba ağacı, müxtəlif palmalar, heveya, kinə ağacı, kakao ağacı, müxtəlif növ lianalar selvasın xarakterik bitkiləridir. Amazon meşələrini hətta lianalar ölkəsi də adlandırırlar. Ekvatorial meşələrə xas olan heyvanlardan yaquarı, pumanı, tapiri, zirehdaşıyanı, qarışqayeyəni, nəhəng su ilanı anakondanı, ərincək və ilməquyruq meymunlarını misal göstərmək olar. Cənubi Amerikanı həmçinin quşlar materiki də adlandırmaq olar. Buna səbəb materikin müxtəlif növ quşlarla zəngin olmasıdır. Burada çoxsaylı tutuquşular, kolibri quşu, qartallar, kəpənəklər, böcək və digər həşaratlar vardır. Savanna zonası subekvatorial qurşaqda ekvatordan şimalda və cənubda geniş sahə tutur. Ekvatordan şimalda savannaları Lyanos, cənubda isə kampos adlandırırlar. Lyanos ispan dilində düzənlik deməkdir, kampos isə portuqal dilində düzənlik deməkdir. Şimal hissəsindəki savannalarda ağaclar çoxdur. Burada hündürboylu otlar arasında palma və akasiyalar bitir. Cənub hissəsindəki savannalarda isə ağac bitkiləri azdır. Mərkəzi hissələrdə uzun müddət isti və quraq iqlim şəraitində tikanlı alçaqboylu ağaclar, kaktuslar bitir. Onların içərisində qabığından aşı maddəsi kimi istifadə edilən Kebraço ağacı daha məşhurdur. Savannaların heyvanat aləmi isə bir qədər kasıbdır. Çöldonuzu-pekar, kiçik maral, quşlardan isə nandu dəvəquşu və s. burada yaşayır. Çöl zonası ağac bitkiləri olmayan geniş bir sahəni tutur. Burada çöllər pampa adlanır. Pampa ispan dilində ağac olmayan yer deməkdir. Rütubətli subtropik iqlim şəraitində məhsuldar qırmızı-sarı ferralit torpaqlarda ağ ot, yabanı darı və s. kimi bitkilər bitir. Cənuda doğru quraqlığın artması otlarında bərk və quraqlığa davamlı olmasına səbəb olur. Çöllərə xarakterik heyvanlardan pampa maralını, pampa pişiyini, nandu dəvəquşunu və s. bura aid etmək olar. Səhra və yarımsəhralar zonası Sakit okean sahili boyu, And dağlarının ətəklərində ensiz zolaq şəklində səhra zonası uzanır. Səhra iqlimi yüksək enliliklərdən gələn soyuq hava kütlələrinin və soyuq Peru cərəyanının təsiri ilə yaranır. Dünyanın ən quraq yerlərindən biri olan atakama səhrası burada yerləşir. Cənubda, And dağlarının şərq hissəsində Pataqoniya yaylasında da yarımsəhra zonasına rast gəlinir. Burada yağıntıların azlığından və az məhsuldar boz, boz qonur torpaqların yayıldığı ərazilərdə ot bitkiləri və tikanlı kollar bitir. Sululuğna görə də planetimizin ən bol sulu materiki, Cənubi Amerika materikidir. Buradakı çayların su sərfi dünya çaylarının orta su sərfindən iki dəfə çoxdur. Relyef və yağıntıların paylanması materikdə çay şəbəkəsinin sıxlığına, çayların qidalanmasına, çayların rejiminə və sululuğuna böyük təsir göstərir. And dağları materikin iqlim ayırıcısı olmaqla bərabər həmdə suayırıcısı sayılır. Sakit okean hövzəsinə aid olan çayları çox qısa olmaları ilə fərqlənir. Şimal və cənub hissədə daha çox olan bu çaylar gursulu və astanalıdırlar. Gəmiçilik üçün əlverişli

8 olmasa da bu çayların böyük hidroenerji ehtiyatı vardır. Atlantik okeanı hövzəsi çayları isə materikin ərazisinin çox böyük hissəsini tutur. Şərq hissəsində geniş düzənliklərin yerləşməsi və bu əraziyə bol yağıntıların düşməsi iri çay sistemlərinin, Amazon, Orinoko, Parana və s. yaranmasına şərait yaratmışdır. Amazon dünyanın ən böyük çay sistemidir. And dağlarının mərkəzindən başlayan bu çaya 500-dən artıq çay birləşir. Amazon çayı uzunluğuna görə Nil çayından geri qalsa da, sululuğuna görə dünyada birinci yerdədir. Bununla belə əgər Amazon çayının başlanğıcını Ukayali qolundan hesab edilərsə onda o dünyanın ən uzun çayı da hesab oluna bilər. Amazon çayının çoxlu bol sulu qolları vardır. Onların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Orta axarda Amazon çayının eni 5 km-ə, aşağı axarda isə 80 km-ə çatır. Çayın dərinliyi aşağı axarda 90 metrdir. Amazon çayının deltası yoxdur, səbəbi çayın okeana töküldüyü hissədən okean cərəyanının keçməsi və qabarma və çəkilmədir. Orinoko və Parananın rejimində mövsümilik hiss olunur. Parananın hövzəsində bataqlıqlar çoxdur. Anhel və İquasi şəlalələri bu materikdədir. Anhel şəlaləsi Orinokonun qolu Çurun çayı üzərində 1054 metr hündürlüyündən tökülür. Materikdə elədə böyük göllər yoxdur, ancaq müxtəlif mənşəli kiçik göllərin sayı çoxdur. Titikaka ən hündürdə yerləşən dağ gölüdür. Bu göl dəniz səviyyəsindən 3812 metr yüksəklikdə yerləşir. Dərinliyi 304 metrdir. Suyun temperaturu burada +11, +12 dərəcədən artıq olmur. Şimal hissəsində laqun mənşəli duzlu Marakaybo gölü yerləşir. Göl tektonik çökəklikdə yerləşmişdir. Karib dənizi ilə ensiz axarla birləşir. 5. Ölkə və Şəhərləri Cənubi Amerikada olan dövlətlər inkişaf etməkdə olan ölkələr qrupuna aid edilirlər. Təbii sərvətlərlə zəngin olsalar da, müstəmləkə keçmişləri, digər ölkələr tərəfindən istismar olunmaları onların təsərrüfat cəhətdən inkişafını ləngitmişdir. Boliviya və Paraqvaydan savayı bütün ölkələrin dənizə çıxışı vardır. Hazırda materikdə 12 müstəqil dövlət: Kolumbiya, Peru, Venesuela, Ekvator, Boliviya, Çili, Argentina, Braziliya, Uruqvay, Paraqvay, Qayana, Surinam və Fransadan asılı 1 dövlət: Fransız Qvianası vardır. Böyük dövlətləri: Braziliya Braziliyanın ərazisi Cənubi Amerika materikinin demək olar ki yarısını əhatə edir. O sahəsinə görə dünyanın beşinci ən böyük dövlətidir. Əsas Məlumatlar Ərazisi: 8 511 965 km² Əhalisi: 157 mln nəfər Pul vahidi: Real Dövlət dili: Portuqal

Paytaxtı: Brazilia. XX əsrin 50-ci illərində əsası qoyulmuş bu şəhər əsasən özünün futuristik arxitekturası ilə məşhurdur. Coğrafi landşaftı: Braziliyanın 3 mln km²-dən çox ərazisi rütubətli tropik meşələrlə örtülmüşdür. Bura dünyanın ən böyük çay sistemi olan Amazon axır. Ən hündür dağı Piko-Da-Neblina-dır, 3014 metr. Əsas ixtisaslaşma sahəsi: Kofe istehsalatı, şəkər sənayesi, taxta emalı sənayesi, metallurgiya, qiymətli daşların çıxarılması. Şəhər haqqında: Amazonun tropik cəngəlliklərində minlərlə müxtəlif növ heyvan və bitkilər yaşayır. Həmdə bura Cənubi-Amerikalı hindlilərin vətənidir. Ekoloqlar buranın meşəliklərinin qırılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər. Argentina Argentina qərbdən And dağları şərqdən isə Atlantik okeanı arasında olan ərazilərdə yerləşir. Əsas Məlumatlar Ərazisi: 2 766 889 km² Əhalisi: 35 mln nəfərdən çox Pul vahidi: Peso Dövlət dili: İspan Paytaxtı: Buenos-Ayres, cənub yarıkürəsinin ən böyük şəhərlərindən biri. Əfsanəvi tanqonun vətəni məhz buradır. Coğrafi landşaftı: Argentinada çox isti səhralara, dağlara və soyuq insan yaşayışı olmayan yerlərə rast gəlmək olar. Ən uzun çayı Paranadır, 4880 km. Ən hündür dağı Akonqaqua 6960 m. Əsas ixtisaslaşma sahəsi: Kənd təsərrüfatı, toxuculuq sənayesi, metallurgiya, kimya sənayesi. Şəhər Haqqında: Şəhərdə tarixi yerlər, çimərlik kurortları və qoruqlar var. And dağlarında nadir kondor qartalları yaşayır. Peru 9 Peru Cənubi Amerikanın Sakit okeanı sahilboyu ərazilərində yerləşir. And dağları bu şəhərin mərkəzindən keçir. Əsas Məlumatlar Ərazisi: 1 285 216 km² Əhalisi: 24 mln nəfərdən çox Pul vahidi: Yeni Sol Dövlət dili: İspan və Keçua Paytaxtı: Lima. Şəhərin əsasını 1535 ildə ispan istilaçısı Fransisco Pizzaro qoymuşdur. O Peruya əfsanəvi xəzinə axtarmağa gəlmiş və buranı XI əsrin əvvəllərində fəth etmişdir. Coğrafi landşaftı: Perunun landşaftı çox müxtəlifdir. Burada səhra da, dağ da, tropik meşələr də hansı ki, hələ indiyə kimi də tam öyrənilməmişdir. Amazon

10 çayının mənbəyi Peru Andlarından başlayır. Ən hündür dağı Uaskarandır, 6768 metr. Ən uzun çayı isə Ukayalidir, 1465 metr. Əsas ixtisaslaşmış sahəsi: Kənd təsərrüfatı, kofe istehsalatı, pambıq sənayesi, balıqçılıq, dağ-mədən sənayesi. Şəhər haqqında: Əvvəllər bura idarə edən İnklər, burada möhtəşəm saraylar, qalalar və kilsələr, qızıldan hazırlanmış tavanlar tikmişlər. Şəhərin xarabalıqlarını indi də görmək olar. Venesuela Venesuela Cənubi Amerikanın şimal hissəsini əhatə edir. Materikə ilk dəfə gələn Xristafor Kolumb, məhz bu ölkənin ərazisində gəmidən enmişdir. Əsas Məlumatlar Ərazisi: 912 050 km² Əhalisi: 22 mln nəfərdən çox Pul vahidi: Bolivar Dövlət dili: İspan Paytaxtı: Karakas. Burada Venesuelanın milli qəhrəmanı, Simon Bolivar dəfn edilmişdir. O Venesuelanı ispanların əsarəti altından çıxarmışdır. Bir çox Küçə və binalar onun şərəfinə adlandırılmışdır. Coğrafi landşaftı: Şəhər dağlıq və düzənlik ərazilərdən ibarətdir. Düzənlik ərazilərdən biri Orinoko çayı dərəsidir. Bura sıx otlarla örtülü meşədir. Buranın şirin sulu çaylarında Amerika timsahlarına Alligatorlara çox rast gəlinir. Şəhərin yüksək dağlıq əraziləri hələdə az mənimsənilib. Ən hündür dağı Piko- Bolivardır,5007 metr. Ən uzun çayı Orinokodur, 2736 km. Əsas ixtisaslaşmış sahəsi: Meyvə yetişdirilməsi, kofe istehsalatı, dağ-mədən sənayesi, turizm. Şəhər haqqında: Venesuelanın Kanaima milli parkından möhtəşəm mənzərəni izləmək olar. Dünyanın ən hündür şəlaləsi olan, Anhel şəlaləsini (979 m) buradan izləmək üçün hər il buraya milyonlarla turist gəlir. 6. Ekoloji vəziyyəti Cənubi Amerikanın ekologiyasına təsir edən bir çox amillər vardır. Bunlardan ən başlıcası kimi buradakı dövlətlərin sənaye sahələrinin yaxşı inkişaf etməsini göstərmək olar. Bundan başqa materikin ekologiyasına onun coğrafi mövqeyi, antropogen təsiri, nəqliyyat və s. də təsiri vardır. Coğrafi mövqeyi ilə əlaqədar əsasən materikin ərazisinə böyük miqdarda günəş radiasiyası düşməsi, su basmaları göstərmək olar. Bu da ətraf mühit, insanların və müxtəlif canlı varlıqların sağlamlığı üçün çox təhlükəlidir. Ən dəhşətli su basma burada 1962-ci ildə baş vermişdi. Bu su basma zamanı torpaqdakı orqanik cisimlərin ayrılması bu dayaz su hövzəsinin suyunu oksigendən məhrum etmiş və karroziyaya şərait yaradan güclü hidrogen sulfidinin ayrılması və üfunətli qazın ətrafa yayılması ilə nəticələndi.

11 Materikin ən böyük ekoloji problemi planetimizin ağ ciyərləri hesab olunan Amazon meşələrinin son zamanlar vəhşicəsinə qırılmasıdır. Qeyd etmək lazımdır ki, Amazon meşələri dünyanın oksigen ehtiyatlarının 30 %-ni təşkil edir. Bu dünyada ən böyük meşə massividir. Materikin daxili ərazilərinin mənimsənilməsi məqsədilə çəkilmiş Transamazon magistral yolu meşə sahəsinin xeyli hissəsinin qırılmasına səbəb olmuşdur. Bundan başqa Avropa və Amerikanın müxtəlif sənaye müəssisələrinin tələbatını ödəmək, digər faydalı qazıntıların çıxarılması və başqa məqsədlərlə qeyri-qanuni qırılan bu meşələr hazırda məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Ttanol neftdən daha təmiz yanacaq olsa da, onun Braziliyadakı geniş vüsət almış şəkər qamışı tarlalarında sürətlənən istehsalı torpağı tənəzzülə məruz qoyur və Amazon tropik meşələrini məhv edir. Braziliya artıq malik olduğu quru meşələrinin yarısını itirmişdir, təqribən 2030-cu ilədək isə onlar tamamilə yoxa çıxa bilər. Hesablamalara görə bu il Braziliyada doğranılan meşələrin sahəsi keçən ilə nisbətən iki dəfə çox, 760 km²-i əhatə edir. Torpaq sahibliyinə hücumlar və fermaların daha kiçik sahələrə bölünməsi bir çox ölkələrdə ətraf mühitə bərpa olunmayan ziyan vurur. Perudakı Ekvatorial meşələr və burada yaşayan qədim qəbilələr məhv olmaq təhlükəsi ilə üzləşib. Buna səbəb qanunsuz şəkildə meşə zolağının məhv edilməsidir. Ətraf mühit keşikçilərinin sözlərinə görə, buna səbəb ərazidə dövlət nəzarətinin zəif olmasıdır. Bu, Amazon çökəkliyində 100-ə yaxın qədim qəbilələrin həyatına da təsir edib. Onların müəyyən hissəsi qanunsuz odun qıranlar ucbatından qədim məskənlərini tərk etməli olub. Qeyd edək ki, Peruda son 6 ildə iqtisadi inkişaf tempi güclənsə də, əhalinin 40%-i yoxsulluq şəraitində yaşayır. Çilidə də vəziyyət acınacaqlıdır. Burada yaşayan Amazon əhalisi də meşələrin məhv edilməsinə qarşı çıxırlar. Etirazlara səbəb Perudakı kimi Çili hökumətinin də Amazon meşələrinin xarici enerji və mədən şirkətləri tərəfindən istifadə edilməsinə dair yeni çıxardığı qaydalardır. Bu qaydalarla razılaşmayan amazon əhalisi onların torpaqlarının əllərindən alınacağından, doğma yurdlarının və meşələrin məhv ediləcəyindən qorxurlar. Əgər bu meşələrin qırılmasının qarşısı vaxtında alınmazsa bu bizim gələcəyimiz üçün böyük təhlükələr yaradar.

12 Ədəbiyyat 1. T. Gərayzadə - Coğrafiya 9-cu sinif üçün dərslik 2. Школьная энциклопедия География Страны, Народы. 3. news.qaynar.info saytı