Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

X sinifdə fonetik bilik və bacarıqların tədrisi metodikası

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Marketinq. Mehdiyev Əkbər

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

BÖYÜK DƏCCAL Amerika

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Biologiya tədrisi sisteminin formaları

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı


Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi

DAVETLİSİ

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

haqqında ətraflı məlumat

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Milli tədris planı. Giriş

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 5/ s , TÜRKİYE

3. əyanilik 4. ifadəlilik 5. mənbələrin gostərilməsi 6. fəal təlim ucun şəraitin yaradılması 36. Multimediya nədir? 37.Fənn kurikulumunun təlim

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

HӘDӘF KURSLARI IX-X SİNİF I QRUP

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Ana kart (Motherboard)

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi Müəlliflər: Rafiq İsmayılov Gülşən Orucova Dilrüba Cəfərova Zahid Xəlilov Bakı: Altun Kitab, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY

Yekun rəy aşağıdakı meyarlara görə formalaşdırılmışdır: 1. Məzmun baxımından; 2. Dil və üslub baxımından; 3. Bədii tərtibat və dizayn baxımından. 1. Məzmun baxımından Azərbaycan dili üzrə dinləyib-anlama, danışma, oxu, yazı bacarıqları formalaşdırmaq və onları möhkəmləndirmək üçün məzmun standartlarında əks olunmuş dörd məzmun xətti(dinləyib-anlama, danışma, oxu, yazı, dil qaydaları) dərslikdə şagirdlərin yaş psixologiyası nəzərə alınmaqla sadədən mürəkkəbə doğru müəyyən strukturla reallaşdırılmalıdır. Bunların həyata keçirilməsində əsas rolu dil qaydalarının təqdim olunma sistemi, səviyyəsi və əhəmiyyətlilik dərəcəsi oynayır. Dərslikdə dil qaydalarının verilməsində elmi-metodiki baxımdan bəzi qüsurlar vardır. Məzmun standartlarında dil qaydaları ilə əlaqədar qeyd olunur: İlin sonunda şagird: 4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. Təhsilin ibtidai sinif mərhələsində şagirdə elə zəruri elementar dil qaydaları öyrədilməlidir ki, onun gələcək təhsil və həyatında bu dil qaydalarının praktiki əhəmiyyəti olsun. Həmin qaydalar mövzuya aid mətn və tapşırıqlarla ardıcıl, sistemli və nizamlı şəkildə möhkəmləndirilməli, vaxtaşırı təkrar edilməlidir. Bu, dil qaydalarını şagirdin mükəmməl mənimsəməsinə səbəb olur. Bunun üçün dərslik şagirdə əsas yol göstərməli, onun ilk yoldaşı olmalıdır. Dilin morfoloji və sintaktik quruluşu ilə bağlı məzmun standartlarında şagirdin Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırması (4.1.4), cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah etməsi (4.1.5), cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən etməsi (4.1.6) nəzərdə tutulur. Ancaq dərslikdə hər hansı bir alt standartda əksini tapmayan eynimənalı sözlər (səh.63), sözdüzəldici və sözdəyişdirici şəkilçilər (səh.93), eyniköklü sözlər (səh.100), felin şəxsə görə dəyişməsi (səh.145), zərf hərəkəti izah edən söz (səh.149), əvəzlik nitq hissələrini əvəz edən söz (səh.153), şəxs, işarə, sual əvəzlikləri (səh.156), söz birləşməsi (səh.161), söz birləşməsinin növləri (səh.165) 3-cü sinif şagirdinin faydalı biliklərə yiyələnməsinə birbaşa mane olur. Bu qədər artıq elmi informasiyanın verilməsi kurikulumun tələblərinə uyğun deyil. Eynimənalı sözləri sinonimliyin, sözdüzəldici və sözdəyişdirici şəkilçilər i 2

düzəltmə sözlərin izahının verildiyi hissədə çox sadə və 3-cü sinfin yaş səviyyəsinə uyğun formada izah etmək olardı. Pedaqoji prinsiplərə görə qavranması yuxarı sinif şagirdləri tərəfindən belə ağır və çətin olan mövzular ibtidai sinif dərsliklərində əks olunmamalıdır. Dərsliyin 114-cü səhifəsində müəlliflər qeyd edirlər: İsim, sifət, say, fel bir yerdə nitq hissələri adlanır. Başqa nitq hissələri də var. Onlar haqqında gələcəkdə məlumat alacaqsınız. Buna baxmayaraq, şagird başqa nitq hissələri haqqında elə bu dərslikdə məlumat almağa başlayır. Dərsliyin qrammatika yükü kifayət qədər ağırdır. Dil qaydalarının həcmi və məzmunu o qədər ağır və çoxdur ki, bu qaydalarla hətta ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq olar. Ümumiyyətlə, dərslikdə fonetikadan sintaksisə qədər Azərbaycan dilinin bütün sisteminə aid dil qaydalarının öyrədilməsinə göstərilən cəhd uğursuzdur. 8-9 yaşlı şagirdə bir tədris ilində fonetik, leksik, qrammatik quruluşun ən vacib elementlərini öyrətmək qeyri-mümkündür. Məsələyə bu cür yanaşmanın nəticəsidir ki, 4-cü sinif Azərbaycan dili dərsliyində dil qaydaları məzmun xətti, demək olar ki, boş qalıb. Qeyd etmək lazımdır ki, ibtidai sinif mərhələsində istifadədə olan Azərbaycan dili dərsliklərində dil qaydalarının, tələb olunan nitq bacarıqlarının və bunları əks etdirməli olan mətnlərin, tapşırıqların həcm və məzmununda sadədən mürəkkəbə doğru vahid struktur və inkişaf xətti, nizamlılıq pozulmuşdur. Dərslikdəki qüsurlardan biri də şagirdin dil qaydalarını hazır şəkildə birbaşa almasıdır. Belə ki, dərslikdəki materiallar dil qaydalarının səmərəli və kurikulum tələblərinə uyğun şəkildə mərhələ-mərhələ, şagirdin özünün zehni fəaliyyətinin nəticəsi olaraq açılmasına imkan vermir. Oxu mətnlərində dil qaydalarının tətbiq edilməsi yox dərəcəsindədir. Ona görə də kurikuluma uyğun olaraq yazılmış bu dərsliyin əvvəlki dərsliklərdən əsaslı fərqi görünmür. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyati fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur. (bax: http://kurikulum.az) Dərslik nəzərdə tutulanların tam reallaşdırılmasına imkan vermir. 3

Danışma bacarığı (səh.66), Nitq etiketləri (səh.70-71) mövzuları həm həcm, həm də məzmunca hazırda ümumtəhsil məktəblərinin 10-cu sinfində istifadə olunan dərsliklərdəki eyni mövzunun izahından hətta çoxdur və müəyyən qədər anlaşılmazdır. Bu, ciddi qüsurdur. Demək olar ki, dərsliyin hər səhifəsindən bir dil qaydaları, nitq bacarıqları verilir ( səh.10, 14, 15, 17, 20, 23, 25, 28, 32, 38, 39, 40, 42, 45, 46, 51, 53, 55, 57, 63, 66, 68, 70, 71, 72, 74, 76 və s.). Bu sürətlə təqdim olunan qaydaların şagirdlər tərəfindən yadda saxlanılması və mənimsənilməsi mümkün deyil. 171-ci səhifədə Cümlə üzvləri ilə bağlı qeyd olunur: Cümləni yaradan sözlər və söz birləşmələri cümlə üzvləri adlanır. Onlar cümlə daxilində bir-biri ilə şəkilçilər vasitəsilə bağlanır. Əvvəla, ikinci cümlədəki informasiyanın artıq olduğu ilk baxışdan görünür. İkincisi, bu fikrin özü qüsurludur. Məsələn, təyin heç bir şəkilçi vasitəsilə digər cümlə üzvləri ilə əlaqə yaratmır. Bundan əlavə, yer zərfliyindən başqa digər zərfliklər də xəbərlə qrammatik şəkilçi olmadan əlaqə yaradır. Mövzuya aid verilən tapşırıqlarda da (4, 5, 6) bir-biri ilə şəkilçisiz bağlanan cümlə üzvləri verilmişdir. Dərslikdə 87 mətndən istifadə olunmuşdur. Bunlardan cəmi 4-ü şeirdir. Halbuki ibtidai sinif dərsliklərində materialların bir çoxu bədii və lirik şeirlərdən ibarət olmalı idi. Şagirdlərin estetik və bədii təfəkkürünün inkişafında, vətən, təbiət, insanlar haqqında müsbət emosiyaların formalaşmasında bədii mətnlərin, xüsusilə şeirin əhəmiyyəti əvəzsizdir. Bundan başqa, 3-cü sinif Azərbaycan dili dərsliyi həm də Oxu funksiyasını daşıyır. Bu mənada tərkibində cəmi 4 şeir olan dərslik şagirddə hansı oxu vərdişini və bacarığını öyrədəcək? Dərslikdə bir çox məqamlarda durğu işarələrinin qoyulmasında və orfoqrafiya qaydalarının reallaşmasında qüsurlar vardır. Dərsliyin 182-ci səhifəsində yazılır: Mətni düzgün oxumaq və yazmaq üçün durğu işarələrinin yazıda rolunu bilmək lazımdır. Bu, birbaşa 2.2.1 və 3.1.1, dolayısı ilə isə bir çox məzmun standartına aiddir. Dərslik boyu bütün standartlar nizamla, bir-biri ilə qarşılıqlı əlaqədə, müxtəlif dil qaydalarının sistemli və mərhələli təqdimatı və şərhi ilə şagirdin həmin standartları mənimsəməsinə yönəldilməli idi. Amma dərslikdə mətnlərdə, hətta dil qaydalarının təqdimində orfoqrafiya, dil-üslub səhvlərinin çox olması tədris prosesində bu standartların tam reallaşmasına şərait yarada bilməz. Digər tərəfdən, dil-üslub, orfoqrafiya səhvlərini dərs prosesində şagird taparsa, bu zaman sinifdə dərsliyə hansı münasibət yaranar? 4

Dərslik boyu mətn müəlliflərinin soyadlarının bütün hərfləri böyük yazılıb. Bu, orfoqrafik qaydalara ziddir (Məsələn: Manaf SÜLEYMANOV və s.). 10-cu səhifədə Ünsiyyət nədir? başlıqlı girişin dili şagirdlərin yaş psixologiyasına və qavramasına görə çətindir. Bu səhifənin axırıncı abzasında yazılıb: Dil qaydaları nitqimizi ədəbi dilin normalarına uyğun qurmağa kömək edir. 3-cü sinif şagirdi ədəbi dil və norma anlayışını dərk edə bilərmi? Mətnin ifadə yükünün ağırlığı, informasiyasının çoxluğu qavramanı çətinləşdirir. 11-ci səhifədəki 3-cü tapşırığın şərtində deyilir: Yaz sözü hansı cümlədə mətndəki mənaya uyğun işlənib? Amma A variantında yaz sözü verilməyib. Burada yazılıb: Yazda qaranquşlar uçub gəlir. Elmi və metodiki baxımdan doğru deyil. Burada yaz sözündən deyil, yaz ismindən -da leksik şəkilçisi vasitəsi ilə düzəlmiş tamamilə yeni bir sözdən - yazda zərfindən danışılır. Deməli, tapşırıq doğru deyil. 14-cü səhifədəki 4-cü tapşırıqda səslər, sözlər, cümlə sözləri böyük hərflə başlanmalı idi. Bu sözlərin davamı kimi verilmiş ifadələrdən sonra nöqtə qoyulması bunu sübut edir. Uyğunluq müəyyən edildikdə cümlə yaranır. Buradakı 3-cü tapşırıq samit və saitlərin tədrisindən sonra verilməli idi. Tapşırığın şərti belədir: Saitlərin və samitlərin tələffüzü nə ilə fərqlənir? Amma saitlər səhifə 20-də, samitlər 28-də keçilir. Tapşırıqların forma və məzmunca sadədən mürəkkəbə doğru inkişafı prinsipi gözlənilməmişdir. 16-cı səhifədə Balaban mətninin 3-cü abzasında Lakin bu hələ ifadəsində bu işarə əvəzliyi mübtəda vəzifəsində zərfdən əvvəl gəldiyi üçün ondan sonra vergül qoyulmalıdır. Balaban mətninin sözlük hissəsində qarğı sözü içi boş gövdəli ifadəsi ilə izah olunub. Bu, cümlənin məzmunu və üslub baxımından yanlışdır, həmin ifadənin əvəzinə gövdəsinin içi boş olmalıdır. 17-ci səhifədəki nahiyə və funksiya sözlərini şagird rahat qavraya bilməz. Bu sözlər ya mətndən çıxarılmalı, sinonimi ilə əvəzlənməli, yaxud da sözlükdə onların mənası verilməlidir. Bu səhifədə Tətbiq et yarımbaşlığı altında verilmiş 2-ci tapşırıqda nöqtə mötərizənin içində olmalıdır, çünki mötərizənin içindəki cümləyə aiddir. 19-cu səhifədəki söz ehtiyatı yarımbaşlığı altında verilmiş termometr sözünün izahında istilik və ölçürəm sözləri kursivlə verilməlidir. 5

20-ci səhifədəki 6-cı tapşırıqda Dördündən biri fərqlidir şərtindən sonra nöqtə yox, qoşa nöqtə qoyulmalıdır. Bu, qeyd edilən tapşırıqlara da aiddir: səh. 11 (4);23 (3); 25(2), (7); 43 (1), (2), (5);45 (1) ; 47(1) ; 79(7) ;84(3) ; 100(5) ; 116(6) ; 128(5) ; 147(2) ; 187(2) ; 189(2) ; 191 (3). Bir neçə məqamda bu tipli tapşırıqların şərtlərində doğru olaraq şərtdən sonra qoşa nöqtə qoyulub: səh. 15(2) ; 20 (8) ; 53(3) ; (5) ; (6) və s. Səhifə 28 (4); 32(2); 69(2); 74(1); (2), (3), (4); 97(6); 112(1)-də verilən tapşırıqların şərtlərində xəbər II şəxsin cəmindədir. Lakin eyni məzmunlu digər tapşırıqların şərtinin xəbəri II şəxsin təkindədir ( səh. 55(2)). Tapşırıqlarda eyni qaydanın gözlənilməsi yaxşı olardı. 28-ci səhifədəki 4-cü və 5-ci tapşırıqlarda samitlərin uzun tələffüz edilməsindən danışılır. Samitlər uzun tələffüz olunmur. Bu, müəlliflərin saitlər və samitlər haqqında verdikləri məlumatlara (bax: səh. 20, 28) da uyğun gəlmir. 31-ci səhifədə verilmiş Yaşıl karandaş mətninin müəllifi göstərilməyib. Dərsliyin ilk səhifəsində qeyd olunub ki, Müəllifi göstərilməyən mətnlər dərslik müəlliflərinindir. Amma bu hekayə V.A. Oseyevanın Göy yarpaqlar ( Синие листья ) hekayəsindən uğursuz iqtibasdır, sadəcə olaraq, obrazların adı dəyişdirilib. Bu isə elmi dildə plagiat adlanır. Belə hallar yolverilməzdir. 32-ci səhifədəki dil qaydası bölməsinin 3-cü abzasında kar və cingiltili samitlərin qarşılığı verilmişdir: f-v, x-ğ, s-z, b-p. Burada ardıcıl olaraq kar-cingiltili samitlər verilir. Sonuncuda isə qayda pozulur - cingiltili-kar samitlər (b-p) verilir. Bu ilk baxışdan yanlışlıq sayılmaya bilər. 3-cü sinif şagirdinin yaş səviyyəsini və qavramasını nəzərə aldıqda isə, bunun elmi-metodiki qüsur olduğu ortaya çıxır. Bu səhifədəki 1-ci və 2-ci tapşırıqlar qüsurludur. Şagirdlərə tədris zamanı öyrədilir ki, sait səslər samit səslərdən uzun tələffüz olunmasına görə fərqlənir. Dərsliyin 20-ci səhifəsində bu məlumat qeyd olunub: Sait səslər ağız boşluğundan sərbəst çıxır. Bu səsləri asanlıqla uzatmaq olar. 1-ci tapşırığın şərtində h samitinin tələffüzü zamanı onun ağız boşluğunda heç bir maneəyə rast gəlməməsindən danışılır. 3-cü sinif şagirdinə sait səslərin ağız boşluğunda maneəsiz tələffüz olunması öyrədilir. H səsinin boğaz samiti olmasının öyrədilməsi şagirdə metodiki cəhətdən heç nə vermir, hətta sait səslərlə samit səslərin müqayisəli tədrisində, h samitinin saitlərdən fərqləndirilməsində dolaşıqlıq və çaşqınlıq yaradır. 32-ci səhifədəki 3-cü tapşırıqda da yenə sait və samitlərin xüsusiyyətləri qarışdırılır. 6

33-cü səhifədə kotan sözünün izahı belə verilib: Kotan - qədimdə yer şumlamaq üçün kənd təsərrüfatı aləti. Yanlış izahdır. Şagird də bilir ki, torpağı indi də kotanla şumlayırlar. 35-ci səhifədəki Mənəvi dəyərlər bölməsinin sərlövhə şəklində məktəbli qızın əlində Ana dili adlı kitab var. Məgər 3-cü, yaxud yuxarı siniflərdə şagirdlər bu adda fənn keçirmi? Yoxsa, illüstrasiyalar heç bir məna kəsb etməməlidir? Bu sərlövhədə mənəvi dəyərlərimizlə bağlı motivasiya xarakterli şəkillərdən istifadə edilməli idi. Ümumiyyətlə, "Mənəvi dəyərlər" bölməsi (səh.36) tamamilə yenidən işlənməlidir. Bu bölmədə 14 mətn və 1 şeir parçası verilib. Birinci mətn "Qənaətcillik" (səh.36), ikinci mətn "Qeybət"lə (səh.38) bağlıdır. Bu mətnlərdə qeyri-real hadisələr təsvir olunur və bəzi məqamlar vardır ki, tədris zamanı şagirdə deyilməməlidir. "Ağıllı qarışqa" şeiri (səh. 42) Hikmət Ziyanındır. Şeirdə belə bir misra var : "...Gördü yamacda kiçik qarışqa..." Qarışqa elə kiçikdir də, daha "kiçik qarışqa" niyə? Müəlliflər dərsliyin əvvəlində bəzi mətnləri uyğunlaşdırdıqlarını qeyd edirlər. Bu şeirin "Valideynə kömək etmək övladın borcudur" ideyasına görə salınması uğursuzdur. "Qartalın təşəkkürü" (səh.44), "Parkda hadisə" (səh.46), "Hamıdan qəşəng" (səh.47), "Tənha qu quşu"(səh.48), "Üç oğlan" (səh. 50), Şar (səh.52), "Ballı və Xallı" (səh.54), "Yaxşılığa yaxşılıq" (səh. 56), "Nəbi və Tahir" (səh.58), "Çoban və keçilər" (səh. 60) mətnləri də ibtidai təhsil mərhələsində şagirdlərin mənəvi-əxlaqi tərbiyəsi ilə bağlı tutarlı bir şey demir. 42-ci səhifədə Nəsr və nəzm mövzusunun izahı çox çətindir. Təcrübə göstərir ki, ədəbiyyatşünaslıq elminə aid olan bir çox terminlərin (nəsr, nəzm, şeir, hekayə, poema, misra, bənd) mənası hətta yuxarı sinif şagirdləri üçün də çətinlik yaradır. Çox yığcam və aydın şəkildə, şagirdlərin yaş səviyyəsinə uyğun olaraq nəsr və nəzm terminlərini, onların mahiyyətini və fərqini izah etmək lazım idi. 45-ci səhifədə qoşasamitli sözlərin izahında metodiki baxımdan nizamsızlıq vardır. 49-cu səhifədəki 1-ci tapşırıqda verilmiş mətnin 3-cü cümləsində o işarə əvəzliyindən sonra vergül qoyulmalıdır. 51-ci səhifədəki 1-ci tapşırıqda vurğusu 2-ci hecada olan sözü ( texnikum, universitet, akvarium) tapmaq tələb olunur. Nümunə üçün verilən hər üç söz Avropa mənşəlidir və uşaqların yaş səviyyəsinə görə kifayət qədər çətindir. Uşaqların gündəlik həyat və fəaliyyətində işlətdikləri milli mənşəli sözlərdən istifadə edilməsi daha münasib olardı. 7

56-cı səhifədə Yaxşılığa yaxşılıq mətninin məzmunu reallıqdan uzaqdır. Hansı 7-8 yaşlı uşaq meşədə vəhşi ayını xilas etmək üçün belə "canfəşanlıq" göstərər? Cəsurluq, qorxmazlıq, xeyirxahlıq və yaxşılıq aşılayan başqa nümunələrdən istifadə etmək lazımdır. 57-ci səhifədə dil qaydası hissəsində şəfəq sözünün tələffüz formasında [k`] səsinin ştrixi qoyulmayıb. Bu səhifədəki 5-ci tapşırıqda qarpız şəkli verilib. Şagirddən şəkil adlarının deyiliş və yazılış forması arasındakı fərqi izah etmək tələb olunur. Qaydalarda z hərfinin [s] kimi tələffüzü qeyd edilməyib, ümumiyyətlə, bu məsələ mübahisəli olaraq qalır. Dərslikdə belə dolaşıq tapşırığın verilməsi elmi-metodiki baxımdan qüsurludur. 63-cü səhifədəki dil qaydalarında eynimənalı və yaxınmənalı sözlərin izahını vermək yanlışdır. Azərbaycan dilində eynimənalılığa nümunə tapmaq çox çətindir, bundan əlavə, bu, şagirdlərin yaş səviyyəsinə uyğun deyil. Dərslikdə eynimənalı sözlərə aid çalışma yoxdur. 64-cü səhifədə Ayın itməsi mətnində və 65-ci səhifədə onun davamında bir neçə yerdə vasitəsiz nitqdə durğu işarələrinin qoyulmasında yanlışlığa yol verilib. 68-ci səhifədə əksmənalı sözlərin izahı tam anlaşılmır. 69-cu səhifədə Leylək və bülbül mətninin bir neçə yerində vasitəsiz nitqdə durğu işarələrinin qoyulmasında yanlışlığa yol verilib. 76-cı səhifədə çoxmənalı sözlərlə bağlı dil qaydaları hissəsində kursivlə fərqləndirilmiş sözlərin altından xətt çəkmək texniki qüsurdur. 79-cu səhifədəki 4-cü tapşırıqda dilimizdə işlənməyən isti rəng ifadəsindən istifadə edilib. 84-cü səhifədəki 1-ci, 2-ci və 4-cü test tapşırıqlarında distraktorların ilk sözləri kiçik hərflərlə başlamalıdır. 88-ci səhifədəki Oxu bacarığı nın izahından sonrakı test tapşırığında da distraktorların ilk sözlərinin birinci hərfi böyük verilib. Bu sahədə sistem yoxdur. Distraktorların ilk hərfi bəzən böyük, bəzən kiçik verilir. 89-cu səhifədəki 4-cü tapşırıqda orfoqrafik qaydalara uyğun olaraq nöqtə mötərizədən içəridə olmalıdır. Çünki birbaşa mötərizənin içindəki cümləyə aiddir. 93-cü səhifədə sözdəyişdirici və sözdüzəldici şəkilçilər haqqında danışılır. Bu yaşda şagirdlər şəkilçilərin funksiyasını müəyyənləşdirə bilməzlər. Buna görə də 93- cü səhifədəki tapşırıqları (1, 2, 3, 5) şagirdlərin sərbəst həll etməsi mümkün deyil. 8

Məzmun standartlarında da şəkilçilərin bu bölgüsü qeyd edilməyib. Şəkilçilər haqqında ümumi məlumat vermək məqsədəuyğun olardı. 94-cü səhifədə Göyçək Fatma nağılının başlığının altından xalq nağılı və ixtisarla sözləri yazılmalı idi. 97-ci səhifədə düzəltmə sözlər haqqında məlumatdan sonra ona aid tapşırıqlar verilir. Təcrübə göstərir ki, hətta yuxarı sinif şagirdləri də bu cür tapşırıqları həll etməkdə çətinlik çəkirlər. Bu yaşda şagirdlərin bunu başa düşməsi çətindir. Belə tapşırıqların 3-cü sinif dərsliyində verilməsi metodiki cəhətdən doğru deyil. Şagirdlərə ibtidai sinif mərhələsində praktiki olaraq istifadə edəcəkləri elementar dil qaydaları və nitq bacarıqları öyrədilməlidir. 100-cü səhifədəki 1, 2, 3, 4, 5-ci tapşırıqlar eyniköklü sözlər haqqındadır. Bunlar şagirdinin yaş səviyyəsinə uyğun deyil. Sualların mətnə yönəldilməsi vacib şərtdir. Suallar uşaqlara sərbəstlik verməli, sərbəst düşünməyə imkan yaratmalıdır. Bu qabiliyyəti formalaşdırmaq şagirddə təbiət və cəmiyyət hadisələrini dərk etməkdə yardımçı ola bilər. Məhz bu zaman şagirdlərin mənəvi şəxsiyyət kimi formalaşmasına nail olmaq olar. Bu tipli suallar verilsə idi, daha məqsədəuyğun olardı: "Ölkəmizdəki hansı faydalı qazıntılar sizə məlumdur?", yaxud "Azərbaycan dünyada hansı sərvətləri ilə tanınır?" Bu və ya buna oxşar suallar şagirdləri müstəqil axtarışa sövq edər, müşahidə qabiliyyətlərini artırar, onlarda müstəqillik, fəallıq kimi mənəvi keyfiyyətlərin, müstəqil düşüncə və əqli bacarıqların inkişafına kömək göstərə bilər. Səhifə 101-də "Dədə Qorqud" dastanından "Qaraca Çoban" mətni verilib. Mətndə bir sıra söz və söz birləşmələri var ki, şagirdlər onları düzgün dərk etməli, başa düşməlidir. Bu mənada müəlliflər mətnin sonunda "oğuz", "yağmalamaq" və "kafir" sözlərinin izahını veriblər. Mətnlə uşağa öyrədilir ki, kafirlər düşməndir. İzahda isəgöstərilir ki, kafir - "müsəlman olmayan" deməkdir. Deməli, müsəlman olmayan düşməndir. Dərslikdə dolayı da olsa, müsəlman olmayanların düşmən kimi təqdim edilməsi qətiyyən yolverilməzdir, əxlaqi, tərbiyəvi və metodiki baxımdan münasib deyil. Bu cür yanaşma həmçinin konstitusiyaya, tolerantlıq prinsiplərinə də ziddir. 102-ci səhifədə "Oğuz" sözünün mənası da düzgün açıqlanmır - "azərbaycanlıların əcdadı olan türk qəbiləsinin adı" kimi verilir. Əvvəla, Oğuz türklərin əfsanəvi babasının adıdır, "mübarək, müqəddəs, xüsusi qabiliyyətli, bilikli adam" deməkdir. Əfsanəyə görə, Oğuz ilk türk dövlətinin qurucusu və qəhrəman 9

olub. Sonralar türk nəsilləri özlərini "oğuzlar" adlandırıb və buna görə "xalq, el" mənasını da verir. Bundan başqa, Oğuz tayfadır, qəbilə deyil. Uşağa düzgün izahat verilməlidir. 107-ci səhifədəki 2-ci tapşırıq ( sadə sözlə, düzəltmə sözlə yaranmış sözü tapmaq) şagirdin yaş səviyyəsinə uyğun deyil. Dərslikdə məsələn tabesizlik aydınlaşdırma bağlayıcısından sonra vergülün, yaxud qoşa nöqtənin qoyulması ilə bağlı vahid qayda yoxdur. Bəzi məqamlarda (səh. 32, 68, 72, 79, 93 və s.) bu bağlayıcıdan sonra qoşa nöqtə, digər hallarda isə eyni işlənmə vəziyyətində (səh. 63, 100, 116, 119 və s.) yanlış olaraq vergül qoyulub. 144-cü səhifədə "Dini bayramlarımız mətni təqdim edilir. Sonuncu abzasda deyilir ki, "Orucluq bayramı müsəlman təqvimi ilə ramazan ayında, Qurban bayramı zilhiccə ayında qeyd olunur. Günəş təqvimindəki aylarla müsəlman təqvimindəki aylar üst-üstə düşmədiyindən biz hər il bu bayramları müxtəlif günlərdə qeyd edirik... Fikirlər 3-cü sinif şagirdi üçün dolaşıqdır. Mətndəki sapand, başının dəstəsi, dabanlarına tüpürdülər və s. kimi söz və ifadələr izah olunmalıdır. 2. Dil və üslub baxımından Dərslikdə 8 bölmədə 87 mətn verilmişdir. Onların xeyli hissəsinin dili ağır və qəlizdir: Balaban (səh.16), Məktəbdə bir gün (səh.12-13), Qənaətcillik (səh.36-37), Təkər (səh.40), Təkərin tarixi (səh.41), Ballı və Xallı (səh.54), Ayın itməsi (səh.64-65), Qar dənəsi (səh.82-83), Şahzadə və dilənçi (səh.90-91), Balaca və Karlson (səh.104-105), Qavroş (səh.108-110), Şah İsmayıl (səh.117), ƏmirTeymur (səh.118), Makedoniyalı İskəndər (səh.124-25), Onluq say sistemi (səh.131), Rəqəmlərin tarixi (səh.133), 18 oktyabr Müstəqillik Günü (səh.136-137), Yaşasın hüquqlarımız (səh.138)və s. Qartalın təşəkkürü (səh.44), Parkda hadisə (səh.46), Hamıdan qəşəng (səh.47), Tənha qu quşu (səh.48), Üç oğlan (səh. 50), Şar (səh.52), Ballı və Xallı (səh.54), Yaxşılığa yaxşılıq (səh. 56), Nəbi və Tahir (səh.58), Çoban və keçilər (səh.60) mətnləri ibtidai təhsil səviyyəsində məktəblilərimizin mənəviəxlaqi tərbiyəsi ilə bağlı ciddi və tutarlı bir şey demir. Görkəmli Azərbaycan və dünya xalqlarının klassiklərinin bədii yaradıcılığından nümunələr dərslikdə cüzi yer tutur. M.Ə. Sabir, A. Səhhət, S. Vurğun, R. Rza, 10

S. Rüstəm, B. Vahabzadə, Q. İlkin, Ə. Cəmil, İ. Səfərli və digər şair və nasirlərimizin uşaq şeirlərindən nümunələr dərsliyə daxil edilməmişdir. Bunun əvəzinə Azərbaycan oxucusuna o qədər də tanış olmayan Vəli Əhməd, Reyhan Yusifqızı və digər şəxslərin əsərlərindən uğursuz mətnlər təqdim olunmuşdur. Dərslikdə xalqımızın folklor nümunələri yox dərəcəsindədir. Nağıllar, tapmacalar, yanıltmaclar, təmsillər, holavarlar, deyimlər, əsatir və əfsanələr, bayatı və qoşma nümunələri yoxdur. Ümumiyyətlə, dərslikdəki oxu materiallarında millimənəvi dəyərlər, milli zəmin, Azərbaycançılıq çox zəif hiss olunur. 12-ci səhifədə Məktəbdə bir gün mətninin 3-cü cümləsi üslubi baxımdan doğru deyil. Cümlə belə olmalıdır: Həyəcandan ürəyi əsirdi. 15-ci səhifədəki 3-cü sətirdə televiziya və radionu dinləmək ifadəsi doğru deyil. Televiziyaya baxmaq, radio verilişlərini dinləmək olmalıdır. 52-ci səhifədə Şar mətni qüsurludur, şagirdlərə düzgün tərbiyə aşılamır. Şagird hər zaman özündən böyüklərə hörmət bəsləməli, lazım olduqda onlara təmənnasız olaraq kömək etməlidir. Bu mətn Mənəviyyat bölməsində verilib. Mətn bu bölmədə verilən digər mətnlərlə də uyğunsuzluq təşkil edir. Belə ki, bölmədəki digər mətnlərdə yaxşılığa görə minnətdarlıq hissi təbliğ olunur, amma burada bu, yoxdur. 54- cü səhifədə Ballı və Xallı mətnində milçəyə Xallı adı hansı əlamətinə görə verilib? 65-ci səhifədəki Ayın itməsi mətnindəki cümlələr üslub və 3-cü sinif şagirdlərinin yaş psixologiyası baxımından çox çətindir. Dərsliyin təhlili göstərir ki, mətnlərdə kifayət qədər fakt, təsvir, hadisələrin və adamların hərəkətlərinin təhlili yoxdur; halbuki onlar cəmiyyətimizin mənəvi-əxlaqi həyatının tərkib hissələridir. Faktlar bəzən "hərəkətə" gəlmir, müzakirə olunmur, bitkin deyil. Tapşırıqlar, çalışmalar qavramağa yönəlmir, mənəvi tərbiyə məsələlərinin açılmasına xidmət etmir. Tarixi faktlar, hadisələr, ədəbi əsərlərdən gətirilmiş nümunələr çox bəsitdir. Məsələn, ətraf mühitin qorunması mövzusu ilə bağlı bir mətn verilib: "Ağac" (səh.67). Anatoli Kuznetsovun əsərindən uğursuz bir parça, yaxud da pis tərcümədir. Çox vacib mövzudur və bu mövzuyla bağlı nəticə bu məntiqi hökmü verməli idi: Təbiəti qorumaq Vətəni qorumaq deməkdir! Təəssüf ki, belə deyil. Mətnin 2-ci cümləsində o əvəzliyindən sonra vergül olmalıdır. 11

73-cü səhifədə Qarağacın kölgəsi mətni həm ideya, həm də məzmun və məntiq baxımından çox zəifdir və lazımi tələblərə cavab vermir. Məgər uşaqlar nənələrinin evinin uzaqda olduğunu bilmirdilər? Yaxud istini hiss etmirdilər? 75-ci səhifədə İki gül mətnindəki Budaqda oturub bu mənzərəni seyr edən sərçə başını bulayaraq uçub getdi cümləsinin mətnlə heç bir bağlılığı yoxdur. 85-ci səhifədəki şəkildə ananın oğluna dediyi Belə getsə, sənin ən bilikli yerin barmaqların olacaq ifadəsi olduqca qeyri-etikdir. Uşağa qarşı bu münasibət və bilikli yer ifadəsi düzgün deyil. 109-cu səhifədə verilmiş "Qavroş mətnindəki çağalar, qorxursunuz? cümləsində çağalar sözü yerində deyil, bu söz uşaqlar sözü ilə əvəz olunmalıdır. 163-cü səhifədə Güc birlikdədir hekayəsinin etik-əxlaqi və metodiki baxımdan dərslikdə verilməsi məqsədəuyğun deyil. 3. Bədii tərtibat və dizayn baxımından Dərsliyin üz qabığında 3 rəqəmi aydın seçilmir. Dərsliyin forzasında verilən dövlət rəmzlərinin təsvirində mövcud qanunvericilik aktlarının tələbləri pozulub. Gerb standartlara uyğun çap olunmayıb. Dövlət Himnində iki kobud səhvə yol verilib. Musiqisi Üzeyir Hacıbəyovun... yazılmalıdır. Himnin adı isə ( Azərbaycan marşı ) nədənsə, ixtisar olunub. 9-cu səhifədə Ailə və məktəb bölməsinə aid verilmiş şəkil uğursuzdur. 21-ci səhifədəki şəkil uğursuzdur. 90-cı səhifədə Şahzadə və dilənçi əsərinə çəkilmiş şəkildə oğlanlar daha çox qıza oxşayırlar. 94-cü səhifədə Göyçək Fatma nağılına aid şəkil qüsurludur. Keçəl Fatma nağılda təsvir edildiyi kimi çirkin çəkilməyib. Bundan əlavə, şəkil o qədər kiçikdir ki, obrazlar aydın seçilmir və mətnin qavranmasına heç bir köməklik göstərmir. Yaxud bir çox sərlövhələr: Qənaətcillik (səh.36), Qaraca Çoban (səh. 101), Göyçək Fatma (səh.94), Qazanın ölməyi (səh.107), Qavroş (səh.108) və s. elə şriftlərlə verilib ki, aydın görünmür. Dərsliyin mündəricat hissəsində dil qaydalarının hansı səhifədə olması göstərilir. Dil qaydaları kurikulum proqramına görə dörd məzmun standartından biridir. Ya mündəricatdan çıxarılmalıdır, ya da münasib üsulla üç məzmun standartı da mündəricatda əks olunmalıdır. 12

Mətnlərə aid şəkillərdə qüsurlar çoxdur. İllüstrasiyalar şagirdə mətnə nisbətən daha çox informasiya verməlidir. Bu dərslikdəki illüstrasiyalar haqqında bunu demək olmaz. Birincisi, illüstrasiyalar real həyata daha yaxın olmalıdır. Çünki illüstrasiyalar mətnin qavranmasına kömək etməli və mətndə olmayan informasiyanı aşkarlamalıdır. Dərslikdəki şəkillər isə həm real həyatdan bir qədər uzaqdır, həm də mükəmməl deyil. İkincisi, şəkillər çox kiçik ölçüdə verilir ki, bu da şagirdin onu tam başa düşməsinə çətinlik yaradır. Səhifələnmə zamanı vahid üslub gözlənməlidir. Şrift, qarnitur seçimi düzgün müəyyənləşməli, vahidlik qorunmalıdır. Adətən, dərsliklərdə Məktəbli qarnituru tövsiyə olunur. Dərslikdə bu qayda pozulub. Dərsliyin yarısı bir qarniturla, yarısı başqa qarniturla verilib. Bundan başqa, dərslikdə başlıqlar aydın verilmir, uğursuz şrift və rəng effektləri ilə təqdim olunur. Rəng seçiminə diqqət edilməli, yaş qrupunun tələbləri nəzərə alınmalıdır. Mətni açıq rəngli şriftlərlə vermək və ya fon üzərində mətni qara şriftlərlə vermək məqsədəuyğun deyil. Belə ki, açıq rəngdə verilmiş və ya fon üzərində qara rəngdə verilmiş mətn çətin qavranır. Çox tünd və parlaq rənglər isə gözləri tez yorur. Bütün dərsliklərə xas olan böyük bir qüsur da var: bəllidir ki, səhifələrdə kənar boş sahələrin öz funksiyası vardır. Bu boş sahələrin fon və ya digər lazımsız, yəni mətnə aidiyyəti olmayan illüstrasiya və effektlərlə doldurulması nəinki şagirdlərin, həm də müəllimlərin mətni qavramasını çətinləşdirir, onları yorur. Boş kənar sahələr nə qədər çox olarsa, bir o qədər şagird yorulmaz. Lakin dərsliklərdə bunun əksi görünür. Metodik vəsaitlər isə o qədər "yüklənib" və "doldurulub" ki, ən təcrübəli müəllim belə vəsaiti açanda istər-istəməz "qalın meşəyə" girdiyinə və "azacağına" əmin olur. Nəticə 1. Dərslikdə dil qaydaları kifayət qədər çox verilib. Əsas qüsurlardan biri budur ki, dil qaydalarının təqdimində nizamsızlıq var və 3-cü sinif şagirdlərinin yaş psixologiyası nəzərə alınmayıb. Sanki 3-cü sinif şagirdi bir tədris ilində Azərbaycan dilinin qrammatikasının əsas qaydalarını sürətlə öyrənib mənimsəməlidir. Bu, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin prinsiplərinə uyğun deyil. Məzmun xətləri bir-biri ilə qarşılıqlı əlaqədə verilmir. Dil qaydaları praktiki olaraq digər məzmun standartlarının reallaşmasında rol oynamır. Bununla da Azərbaycan dili dərsliyi öz vəzifəsini yerinə yetirə bilmir. Çətin söz və ifadələrin izahında, orfoqrafiya qaydalarında və durğu işarələrinin qoyulmasında bir sıra məqamlarda yanlışlığa yol verilib. 13

Dərsliyə salınmış mətnlər şagirdləri Vətəni sevməyə və qorumağa, ölkənin daha da qüdrətli olması üçün çalışmağa, sülhə, vicdanlı olmağa, yalan danışmamağa çağırmalıdır. Mənəvi-əxlaqi dəyərlər haqqında təsəvvürlər mövcud birgəyaşayış qaydalarına, ənənələrə, adətlərə riayət etməyin zəruriliyini dərk etməkdə şagirdlərə kömək etməlidir; insaniyyət, Vətən sevgisi, etibar, inam, əməldə və fikirdə intizam, səxavət, əməksevərlik, xoş rəftar, dəyanət, səbir, etiqad və s. bu kimi anlayışlar dünyəvi xarakter daşıyır, tədricən şagirdlərin əxlaqi davranışının meyarına çevrilməlidir. Lakin dərslikdə bu yöndəki mətnlər və çalışmalar ya çox zəif və uğursuzdur, ya da heç yoxdur. 2. Mətnlərin və tapşırıqların ifadə tərzi və cümlə quruluşu Azərbaycan dilinin praktiki işlənmə vəziyyətindən bir çox hallarda seçilir, fərqlənir. Mətnlərin həcmi kifayət qədər böyükdür və bu, şagirddə dərsliyə, mətnə qarşı soyuq münasibət yaradır. Bəsit və yanlış cümlələr, mətnlər dilin ifadə imkanlarından şagirdlərin istifadə etməsinin, bu imkanların onlar tərəfindən mənimsənilməsinin qarşısını alır. Tapşırıqlar, çalışmalar qavramağa yönəlmir, mənəvi tərbiyə məsələlərinin açılmasına xidmət etmir. Tarixi faktlar, hadisələr, ədəbi əsərlərdən gətirilmiş nümunələr çox bəsitdir. 3. Dərsliyin bütün səhifələrinin həm yuxarı, həm də aşağı hissələri rənglənib, boş sahə yoxdur. Yuxarıdakı rəngli effektlərin içində dairələrdə "Dil qaydaları", "Oxu", "Nitq bacarıqları və s. sözlər, bir çox mətnlərin adı aydın görünmür. Mətnlərə aid illüstrasiyalar əksər hallarda motivasiya xarakteri daşımır, illüstrasiya xatirinə verilib. 4. Bir vacib məsələ də sualların şagirdin şəxsiyyətinə yönləndirilməsidir. Məsələn, "Sizin məktəbdə uşaqlar təbiəti qorumaq üçün nə edirlər?", "Quşları qorumaq üçün sən özün nə edirsən?" kimi suallar birbaşa şagirdin özünə yönləndirilməlidir. Belə suallar və tapşırıqlar onların təbiətə və cəmiyyət işlərinə qayğı ilə yanaşmaq haqqında təsəvvürlərini formalaşdıra bilərdi, öz əməllərinə, öz işlərinə məsuliyyətlə yanaşmaları barədə təsəvvürlər oyadardı. Təəssüf ki, dərslikdə bunlar yoxdur. Tapşırıqlar daha çox test xarakteri daşıyır ki, bu da sərbəst düşüncəyə bir o qədər də imkan yaratmır. Test tapşırıqlarından yekun qiymətləndirmədə istifadə etmək daha səmərəli olardı. 5. Yekun rəy 14.02.2013-cü il tarixində müəlliflərə göndərilmiş, lakin 18.02.2013-cü il tarixinədək müəlliflər rəyə münasibət bildirməyiblər. 14