DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİ NAMİNƏ AVROPA TƏRƏFDAŞLIĞI

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Marketinq. Mehdiyev Əkbər

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

2014-cü ilin üçüncü rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Daha firavan gələcək naminə daha güclü BMT. BMT Baş katibinin nəzəri-baxışı. Page 1 of 32

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

STRATEJİ PLANLAŞDIRMA

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

Azərbaycan Futbol Klublarında çalışan. Azarkeşlərlə əlaqələndirici şəxslər üçün məlumat kitabçası

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

Protokolundan Çıxarış aprel 2016-cı il

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Kredit bürosu borcalanlar üçün əla imkanlar

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AVROPA KOMİSSİYASI PRESS-RELİZ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Standartları. Avropada evdənkənar qayğıya cəlb olunmuş Uşaqlar üçün Keyfiyyət

8 Məsləhətləşmə və məlumatın açıqlanması

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan

Kənan Qasımov. Tel: (994 12) Faks: (994 12)

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR TƏLİMAT

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Biznesin təşkilati-hüquqi formaları

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

MƏSLƏHƏTÇILƏRIN İSTIFADƏSI

AZƏRBAYCANDA DÖVLƏT ORQANLARININ QAYNAR XƏTT XİDMƏTLƏRİ MONİTORİNQ HESABATI

MƏDƏNIYYƏTIN IQTISADI INKIŞAFA TƏSIRI. Mədəniyyətin turizm sektoruna verdiyi töhfə (yaradıcılıq sahələrinin tərkib hissəsi kimi)

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Fəsil 9 Məsləhətləşmə prosesi

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Transkript:

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİ NAMİNƏ AVROPA TƏRƏFDAŞLIĞI Bu təşəbbüs AvropA İttifAqi tərəfindən MALİYYəLəşdİrİLİB

Haqqımızda Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli Naminə Avropa Tərəfdaşlığı (EPNK) bu münaqişənin həlli prosesinə müsbət töhfə vermək məqsədi daşıyan unikal təşəbbüsdür. Yerli tərəfdaşlarımızla birgə biz Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə çox müxtəlif innovativ sülhyaradıcı tədbirlər həyata keçiririk. İlk əvvəl, mən heç düşünməz və təsəvvür etməzdim ki, bu layihə mənim daxilimdə nəyi isə dəyişə bilər sadəcə nə isə deyil, mənim üçün əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikirlərim dəyişdi. İnandıqlarınızdan imtina etmək, hətta inandıqlarınızdan bəzilərinin yanlış olduğunu dərk etmək olduqca çətindir, amma bilirsiniz, mən şüurumda belə bir dəyişikliyin baş verməsindən olduqca məmnunam. Aşot və Marina Avropa vətəndaş cəmiyyətinin təşəbbüsü ilə yaranan tərəfdaşlığımıza beş üzv təşkilat daxildir: Conciliation Resources (Böyük Britaniya), Crisis Management Initiative (Finlandiya), International Alert (aparıcı təşkilat, Böyük Britaniya), The Kvinna till Kvinna Foundation (İsveç) və LINKS (Böyük Britaniya). Cari tərəfdaşlıq keçmişdə bu beş təşkilat tərəfindən bu sahədə ayrı-ayrılıqda və ya qrup şəklində icra edilmiş işlər əsasında qurulmuşdur. Bu dinamik tərəfdaşlıq vasitəsi ilə biz münaqişənin həlli prosesində qarşılıqlı anlaşma və etimad yaratmağa can atırıq, çünki bunlar münaqişənin davamlı və sülh yolu ilə həll edilməsi üçün zəruri olan inqridiyentlərdir. əsas məqsədlərimiz Əsas məqsədimiz sülhyaratma təşəbbüsləri vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləməkdən ibarətdir. Davamlı sülhə nail olmaq üçün insanların sülhyaratma prosesinə və onun legitimliyinə inanması vacibdir. Biz diqqətimizi aşağıdakı məqsədlərə yönəltməklə sülhyaratma prosesinə olan etimadı artırmağa can atırıq: Əhalinin, xüsusilə marjinallaşdırılmış qrupların sülhyaratma təşəbbüslərində iştirakını genişləndirmək; İnsanlar arasında ünsiyyəti aktivləşdirməklə münaqişənin bütün tərəfləri arasında inam və etimadın möhkəmləndirilməsi; Münaqişə barəsində cari düşüncə tərzini dəyişə biləcək və sülh ideyasını təşviq edəcək fərqli təhlillərin və yeni düşüncə tərzinin dəsdəklənməsi; Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün vətəndaş cəmiyyətini milli və beynəlxalq səviyyədə siyasətçilərlə aparılan dialoqda fəal iştirak etməyə həvəsləndirmək. Gördüyümüz işlər Sülh quruculuğu prosesi bir çox maneələr və fərqli mövqelərlə müşayiət olunan mürəkkəb bir prosesdir. Bizim hədəfimiz münaqişənin ayırdığı cəmiyyətlər arasında dialoq yaratmaqla bu fərqli mövqeləri bir araya gətirməkdən ibarətdir. Dialoqda iştirak edənlər arasında Ermənistan və Azərbaycandan olan çox sayda siyasət adamları, media və vətəndaş cəmiyyəti nümayəndələri, həmçinin Dağlıq Qarabağ və onun hüdudlarından kənarda yaşayan insanlar vardır. Fəaliyyətimiz sülh quruculuğu sahəsində bir sıra praktiki tədbirlərdən ibarətdir, məsələn: İnformasiya-təşviqat fəaliyyəti, hökumətlər və digər maraqlı tərəflərlə dialoq; Dövlət siyasətinin müzakirəsi və moderatorların iştirakı ilə diskussiyalar; Sülh quruculuğu mövzusunda kurslar və seminarlar; Sənədli filmlər və filmlərin ictimai baxışı; Xəbər jurnalları, hesabatlar, direktiv sənədlər və münaqişə ilə bağlı məsələlərin təhlili; Dağlıq Qarabağ münaqişəsi və onun həlli prosesinə həsr olunmuş xəbər saytı; Münaqişələrin müqayisəli şəkildə öyrənilməsi və səfərlər; Münaqişə tərəfləri üçün müştərək təlim kursları və jurnalistlər üçün peşəkar şəbəkələr; Foto və rəsm sərgiləri və digər tədbirlər.

üzv təşkilatlar və onların fəaliyyəti EPNK təşəbbüsü beş üzv təşkilatdan ibarətdir ki, həmin təşkilatların da əlində olan bilik və təcrübədən birgə istifadə etməklə dinamik tərəfdaşlığa nail olmaq mümkündür. Conciliation resources Conciliation Resources Dağlıq Qarabağ münaqişəsilə bağlı sülh prosesində müxtəlif sosial qruplara aid olan yerli əhali qruplarının iştirakını dəstəkləyir. Biz buna aşağıdakı təşəbbüslər sayəsində nail oluruq: Kinodialoq biz yerli media qurumlarının müstəqil reportaj, təhlil hazırlamalarını, münaqişəni işıqlandırmalarını dəstəkləyirik. Biz müştərək formatda işləyərək gənc erməni və azərbaycanlıları bir araya gətirir və onlara bağlı sərhədlər şəraitində film çəkməyin yollarını öyrədirik. Biz həmçinin, peşəkarlarla da çalışırıq və bununla da mədəniyyət sahəsində incəsənət xadimlərinin arasındakı əməkdaşlığın ictimai simvollarını yaratmış oluruq. Misal üçün, həllini tapmamış silahlı münaqişə irsindən bəhs edən, 2012-ci ildə çəkilmiş Türkiyə-Ermənistan- Azərbaycanın birgə istehsalı olan Sərhədsiz xatirələr sənədli filminə baxa bilərsiz (www.c-r.org/mwb); Məcburi köçkün icmaları biz Azərbaycandakı yerli tərəfdaşlarımıza köçkün icmalarının fəallığını artırmağa istiqamətlənmiş tədbirləri hazırlayıb həyata keçirmələrinə yardım göstərik ki, onların sülh prosesində ictimai iştirakını daha səmərəli edə bilək. Biz Azərbaycan və Gürcüstanın məcburi köçkün icmaları arasında yeni əlaqələr yaratmışıq; eyni zamanda biz köçkün ermənilərin ehtiyacları ilə bağlı tədqiqatlar aparılmasına da dəstək veririk; Bu film çox önəmlidir, çünki o, bizə bir-birimizə niyə bu qədər nifrət bəslədiyimizi sorğu-sual etmək imkanı verir. Filmdəki personajlar və hadisələr çox təbii idi və insanın qəlbinə xitab edirdi. Onlar məni qarşı tərəfdəkilərə münasibətimi yenidən nəzərdən keçirməyə vadar etdilər. tamaşaçılardan biri, Ermənistan YUXARIDA: Dinc şəraitdə birgəyaşam təcrübəsinə həsr olunmuş dəyirmi masa, Bakı, 2011 Qarabağ əlaqə qrupu biz ümumi problemləri müzakirə edib yaradıcı həll yolu tapmaq üçün bir yerə toplanan bütün münaqişə tərəflərini təmsil edən ekspert və fəallardan ibarət bu qrupun fəaliyyətini dəstəkləyirik. Biz məcburi köçkün icmaları üçün ədalət məsələlərinə dair, həmçinin həssas mövzu olan tanınmamış qurumlarla əməkdaşlıq etmək olarmı, əgər olarsa hansı formada? sulına cavabları əks etdirən bir sıra analitik arayışlar nəşr etmişik; Analitikon biz Dağlıq Qarabağda nəşr olunan bu aylıq müstəqil siyasi jurnalı dəstəkləyirik. Sülh prosesi və regional siyasət barədə yazılar dərc edən bu jurnal Dağlıq Qarabağda Azərbaycan jurnalistlərinin yazılarını dərc edən yeganə mətbu orqandır. Crisis Management initiative Crisis Management Initiative təşkilatının məqsədi münaqişənin təsirinə ən çox məruz qalmış qrup olan gəncləri cəlb eləməklə çoxmərhələli unikal dialoq yaratmaq və bununla da sülh prosesində yaranmış çıxılmaz vəziyyətdən çıxış yollarını axtarmaqdan ibarətdir. CMI fəaliyyətinə aşağıdakılar daxildir: Münaqişənin bütün tərəflərini təmsil edən gənc liderlərin görüşlərinə şərait yaratmaq; məqsəd onların bir-birini və cəmiyyətlərinin ehtiyaclarını daha yaxşı dərk etməsi; Gənclərin öz cəmiyyətlərində etimadı möhkəmləndirmək istiqamətində yerli təşəbbüslər hazırlayıb həyata keçirmələrinin dəstəklənməsi. Bu layihə əsasən müharibədən əvvəl tərəflərin birgəyaşayış təcrübəsinə malik olmayan gənc nəslin nümayəndələrinə yönəldilib; Rəsmi sülh prosesinin yeni ideyalardan bəhrələnməsi məqsədi ilə gənclərin yerli və beynəlxalq rəsmilərlə görüşlərinin təşkil edilməsi. Belə təşəbbüslərin məqsədi münaqişənin sülh yolu ilə həlli üçün hərtərəfli ictimai dəstəyin səfərbər edilməsindən ibarətdir. 2013-2015-ci illərdə təşkilat münaqişənin ayırdığı tərəflərin gənc liderləri arasında etimad yaradılmasına yönəlmiş müştərək təşəbbüslərin inkişafına xüsusi diqqət yetiriləcəkdir. international Alert EPNK-nın aparıcı üzvü olaraq International Alert təşkilatı özünün müqayisəli tədris proqramları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinə dair alternativ baxış bucaqları və yeni mühakimə əldə etməyə çalışır. Bu məqsədə çatmaq istiqamətində fəaliyyət göstərən International Alert təşkilatı münaqişənin radikal yollarla həllindən uzaqlaşaraq başqa alternativ üsulların formalaşmasında iştirak edən yerli qrupların işini dəstəkləyir. Bu qrupların sırasına əsas media qurumları və ekspertlər çevrəsi daxildir:

Əsas media qurumları jurnalist və redaktorları bir sıra birgə münaqişə araşdırma proqramlarına cəlb etməklə biz onlara peşəkar nöqteyi-nəzərdən inkişaf etməyə, münaqişə tərəfləri olaraq əlaqələr qurmağa, digər münaqişələrlə bağlı olan sülh quruculuğu proseslərinin təcrübəsindən bəhrələnməyə kömək edirik. Daha sonra onlar öz fikirlərini əsas media qurumları vasitəsi ilə bölüşür və bununla da biz sıravi insanlara digər münaqişə qurbanlarının öz aralarında necə etimad yaratdıqları və keçmiş düşmənləri ilə sülh şəraitində yanaşı yaşamağı necə öyrəndikləri ilə tanış olmalarına şərait yaradırıq; Bir müddət əvvələ qədər Bosniya və Herseqovinada müharibə şəraitində olan etnik qrupların bugün dinc şəraitdə yanaşı yaşaması Cənubi Qafqaz xalqları üçün ümumi gələcək naminə kənar qüvvələrin maraqlarına deyil, yalnız tərərflərin ümumi maraqlara xidmət edən həll yollarının axtarışında əhəmiyyətli nümunədir. Jurnalistlər üçün təşkil edilmiş təlim proqramının iştirakçılarından biri tərəfindən yazılmış məqalədən Ekspertlər çevrəsi və vətəndaş cəmiyyəti liderləri münaqişə tərəflərini təmsil edən tədqiqatçılar və vətəndaş cəmiyyəti liderlərinə münaqişə ilə bağlı məsələləri fərqli kontekstlərdə həll etmək mexanizmlərini araşdırmaq üçün şərait yaradır, onlara bu tədqiqatları uzaq regionlarda və mərkəzi şəhərlərdə yaşayan yerli icmalarla bölüşmək imkanı veririk. Bu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair yeni yanaşmalar ətrafında geniş müzakirələr aparmaq imkanı yaradır. Dağlıq Qarabağ münaqişəsi kontekstində bütövlükdə effektivliyin əldə olunmamasına səbəb olan amillərdən biri sülh quruculuğu layihələrinin fraqmental xarakteridir. Ekspertlər qrupu tərəfindən dərc etdirilmiş nəşrdən International Alert həmçinin Dağlıq Qarabağ münaqişəsilə bağlı 20 il ərzində həyata keçirilən sülh quruluculuğu kontekstində vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən sülhyaratma təşəbbüslərinin təhlili ilə bağlı müştərək nəşrin hazırlanmasını da dəstəkləyir. Fokus qrupları və bu tədqiqat çərçivəsində həyata keçirilən fərdi müsahibələr vətəndaş cəmiyyətinin daha geniş təbəqələrini digər münaqişə situasiyalarının təcrübəsini müzakirə edərək geridə qalan danışıqlar dövrünün analizinə cəlb etməyə imkan verib. the Kvinna till Kvinna foundation İsveçin The Kvinna till Kvinna Foundation qadınların imkanlarını genişləndirmək və onların Dağlıq Qarabağla bağlı sülh prosesində iştirakını aktivləşdirmək üçün Azərbaycan və Ermənistandan olan qadın təşkilatlarına dəstək verir (BMT Təhlükəsizlik Şurasının Qadınlar, sülh və təhlükəsizlik haqda 1325 saylı çərçivə qətnaməsinə əsasən). The Kvinna till Kvinna Foundation inanır ki, davamlı sülh prosesində vətəndaş cəmiyyətinin və qadınların bərabər iştirakı labüddür. Fond tərəfindən bu sahədə həyata keçirilən təşəbbüslərə aşağıdakılar daxildir: Biz necə fərq yaradırıq Sülh prosesi hələ ki uzun müddət gözlənilən və arzu olunan nəticəyə gətirib çıxarmayıb. Münaqişə tərəflərinin həm hökumətlərinin, həm də cəmiyyətlərinin səsləndirdiyi ritorika getdikcə daha çox qütbləşməyə və emosionallığa gətirib çıxarır ki, bu da işimizi daha da mürəkkəbləşdirir. Biz bu çağırışların öhdəsindən öz tərəfdaşlığımız və sülh quruculuğu prosesinə olan innovativ yanaşmalarımızla gəlməyə çalışırıq, bununla da fərq yaratmağa can atır və sülhə nail olmaq məqsədi ilə diqqətimizi aşağıdakılara yönəldirik: Qarabağ münaqişəsilə bağlı fəailləyətə Avropa qeyri-hökumət təşkilatlarını (QHT) cəlb etmək üçün müstəqil vətəndaş cəmiyyəti bazasının yaradılması; Regionda yaşayan gənclərin, uşaqların, məcburi köçkünlərin, vətəndaş cəmiyyəti fəallarının, siyasətçilərin, jurnalistlərin, kinorejissorların bir araya gətirilməsi, onlara dialoq və qarşılıqlı fəaliyyət məqsədi ilə müxtəlif vasitələrin təklif edilməsi burada əsas məqsəd münaqişə tərəfləri arasında etimad və əlaqələr yaratmaqdan ibarətdir; Həyata keçirdiyimiz bütün tədbirlərdə gender əsaslı tarazlığın təmin edilməsi; Geniş regional dinamikaya daha tez adaptasiya olmaq üçün işimizin elastik şəkildə qurulması. Qarşılıqlı gücləndirmə şəraitində həyata keçirdiyimiz fəaliyyətimiz üzv təşkilatlar tərəfindən sərbəst şəkildə həyata keçirilir və bəzi hallarda onlar ümumi məqsədə çatmaq naminə fərqli yanaşmalardan istifadə edirlər.

Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən gənc erməni və azərbaycanlı qadınları dəstəkləyərək sülhyaratma təşəbbüslərində iştirakını aktivləşdirməyə, bilavasitə onların həyatı ilə bağlı olan qərarların alınmasına təsir güclərini artırmağa yardım edən və müştərək çalışan dörd yerli qadın təşkilatına dəstəyin verilməsi. Bu tədbirlərin əhəmiyyətli komponenti münaqişə nəticəsində ayrı düşmüş gənc qadınlara bir araya gələrək öz təcrübələrini bölüşmək imkanı verməkdən, bununla da qadınlar arasında həmrəyliyi təşviq etməkdən ibarətdir; Sülh prosesi çərçivəsində yerli qadın və qızların qadın hüquqlarını təşviq etməklə bağlı təlimləndirilməsi; Yerli və beynəlxalq səviyyədə qərar qəbul edən şəxslərə qadınların sülh uğrunda mübarizə aparan vacib qüvvə olduğu, onların sülhyaratma təşəbbüslərinin lazımınca qiymətləndirilməli olduğu və buna görə də, qadınların öz cəmiyyətlərinin gələcəyini təyin edən qərarların qəbulunda mütləq iştirak etməli olduqları fikrini çatdırmaq; Çıxarılmış nəticələrdən siyasətçiləri və diplomatları məlumatlandırmaq məqsədi ilə istifadə etmək. Məsələn, Dağlıq Qarabağ münaqişəsilə bağlı sülh prosesində qadınların iştirakına mane olan səbəblərin təhlilindən ibarət 2012-ci ildə hazırlanmış və Aİ tərəfindən maliyyələşdirilmiş Bərabər Səlahiyyət Davamlı Sülh hesabatı. Gənc qadınlarla gender rolları haqqında uzunuzadı müzakirələr apardıq. Onlar bildirdilər ki, ümumilikdə cəmiyyətdə mövcud olan norma ondan ibarətdir ki, siyasət kişi işidir, qadınlar isə bu sahədə passiv olmalıdırlar. Lakin, bizim seminarlardan sonra gənc qadınlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün proseslərdə iştirak etməyə hazır olduqlarını bildirdilər. rəna tahirova, Azərbaycanın Yuva Humanitar Mərkəzinin feminist qrupunun üzvü LİNKS tərəfindən EPNK layihəsinə verilən töhfələr aşağıdakılardan ibarətdir: 2011-ci ildən etibarən rus və ingilis dillərində Commonspace.eu internet jurnalının yayımlanması bu, Cənubi Qafqazda yaşayan əhalini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud olan müxtəlif fikir və rəylərlə bağlı məlumatlandırmaq və regionda baş verən digər əhəmiyyətli hadisələrlə tanış etmək məqsədi ilə buraxılan gündəlik xəbər portalıdır. Jurnal həmçinin münaqişələrin sülh yolu ilə həll edilməsinə töhfə verə biləcək alternativ fikirləri səsləndirir və onların əsasını təşkil edən məsələlərin daha dərindən qavranılmasına kömək edir (bax: www.commonspace.eu). İnternet səhifəsinə əlavə olaraq populyar Facebook səhifəsi (CommonSpace) və Twitter feed (@commonspaceeu) fəaliyyət göstərir; Rüblük analitik hesabat olan CommonspaceExtra nın dərc etdirilməsi bu nəşrdə Qağlıq Qarabağ münaqişəsinin və sülh prosesinin analitiklər, siyasətçilər və diplomatlar tərəfindən hazırlanmış və onlar üçün nəzərdə tutulmuş dərin təhlili işıqlandırılır və bu yolla Dağlıq Qarabağ münaqişəsi daha geniş regional kontekstdə nəzərdən keçirilir; Münaqişənin həlli ilə bağlı yeni ideya və yanaşmaları daha geniş çevrələrdə müzakirəyə çıxarmaq üçün Ermənistan və Azərbaycanın hakim dairələri, parlamentləri, siyasi qüvvələri, Dağlıq Qarabağın de-fakto hakimiyyəti, Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlər və münaqişənin bütün tərəflərini təmsil edən digər maraqlı qrupları ilə müntəzəm dialoqun aparılması; Stereotip mövqeləri dəyişmək və geniş strateji düşüncəni təşviq etmək məqsədi ilə Ermənistan və Azərbaycanın əsas media vasitələrində məqalə və müsahibələrin dərc etdirilməsi, bütövlükdə region ərazisində dəyirmi masaların, konfransların və digər tədbirlərin keçirilməsi. LinKs dialoq - təhlil - tədqiqat LINKS təşkilatı beynəlxalq ictimaiyyətlə mütəmadi qarşılıqlı fəaliyyət sayəsində Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq kontekstdə daha geniş surətdə dərk edilməsinə öz töhfəsini verir. Buna nail olmaq üçün təşkilat həm Aİ daxilində, həm də onun sərhədlərindən kənarda müxtəlif nəşrlər dərc etdirir, hökumətlər və qurumlar üçün brifinqlər təşkil edir. SAĞDA: Məcburi köçkün həyatı yaşayan azərbaycanlı gənclər, Bakı, 2013

EpnK mövzuları İşimiz aşağıdakı mövzular ətrafında cərəyan edir: dialoq: Biz dialoqu sülh quruculuğu prosesinin tərkib hissəsi olaraq nəzərdən keçiririk, bu səbəbdən işimizin əksər hissəsində məhz dialoqdan istifadə edirik. Dialoq regionun müxtəlif yerlərindən olan insanların inkişaf etməsinə və onların münaqişə ilə bağlı geniş perspektivləri nəzərdən keçirərək öz cəmiyyətlərində dəyişikliklərə nail olmalarına şərait yarada bilər. tədqiqat və təhlil: Apardığımız tədqiqat və təhlillərin məqsədi sülh prosesinə dair yeni düşüncə tərzi ilə bağlı mövcud olan boşluğu doldurmaqdan ibarətdir. Təqdim etdiyimiz faktiki informasiya insanlara Dağlıq Qarabağ münaqişəsinin əsas aspektlərini daha pozitiv tərzdə yenidən təhlil etmək imkanı verir. Bu həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinə böyük əminlik və anlayış bəxş edir ki, bunun da sayəsində onlar münaqişə ilə bağlı məsələlər ətrafında siyasi subyektlərlə dialoq aparmaq imkanı əldə edirlər. filmlər və media: Biz filmlər və mediadan Ermənistan və Azərbaycanın qütbləşmiş cəmiyyətləri arasında qarşılıqlı anlaşmanı yaratmaq məqsədi ilə bir sıra unikal üsullarla istifadə edirik. Bizim media layihələrimizin məqsədi münaqişələrlə bağlı məsələlər ətrafında məlumatlılığı artırmaqdan, qarşı tərəf haqda stereotipləri yıxmaqdan və müxtəlif qruplar arasında müzakirələr aparmaqdan ibarətdir. Biz münaqişə ilə bağlı məsələləri daha detallı şəkildə şərh etmək məqsədi ilə aparıcı jurnalistləri, rejissorları və ictimai rəy formalaşdıran digər şəxsləri cəlb edirik. Filmləri auditoriyamıza konkret qruplar üçün təşkil etdiyimiz film nümayişləri və internet vasitəsilə çatdırırıq. İştirak və inklyuzivlik: Biz sülh quruculuğu prosesinə yeni və daha müxtəlif qrupları cəlb etmək və təcrid olunmuş qrupların səsinin eşidilməsinə nail olmaq istiqamətində iş aparırıq. Həmin qruplara gənclər, qadınlar, məcburi köçkünlər, vətəndaş cəmiyyəti fəalları, ekspertlər, siyasətçilər, jurnalistlər və kino rejissorları daxildir. YUXARIDA: Sərhədsiz xatirələr in çəkilişi, Dağlıq Qarabağ, 2011 təlim və potensialın yaradılması: Biz ehtiyaclara uyğun olaraq hazırlanmış təlim kursları, ictimaiyyət üçün nəzərdə tutulmuş dəyirmi masalar, mühazirələr və seminarlar təşkil edirik ki, onların keçirilməsində də məqsəd regiondakı vətəndaş cəmiyyətlərini möhkəmləndirməkdən və birlikdə işlədiyimiz qrupları gücləndirməkdən ibarətdir. İşimizin təlim və potensial yaratma aspektləri aşağıdakı məqsədlərə xidmət edir: Gənc erməni və azərbaycanlılara film istehsalı və medianın münaqişələrin həlli kontekstində rolunu nümayiş etdirmək; Jurnalistlər və redaktorlar üçün münaqişələrin həssas təbiəti və təhlilinə dair təlimlərin keçirilməsi; onlar üçün digər münaqişə kontekstlərinin və sülh proseslərinin təcrübəsindən öyrənmək imkanının yaradılması; Gənclər və qadınlar arasında sülh quruculuğunun daha yaxşı dərk edilməsinə yardım göstərilməsi, onların öz cəmiyyətlərində daha fəal rol oynaya bilmələrinə nail olmaq. Biz həmçinin müxtəlif perspektivləri, təhlilləri və ideyaları əhatə edən sülh prosesini dəstəkləməyi qarşımıza məqsəd qoymuşuq. Biz vətəndaş cəmiyyəti nümayəndələrini gücləndirmək və onların münaqişə ilə bağlı müzakirələrdə iştirakına nail olmaq, bununla da sülhün bərqərar edilməsini qarşıya məqsəd qoyaraq münaqişənin həlli ilə bağlı yeni təhlillərə və ideyalara imza atılmasını təşviq etməyə çalışırıq. əlavə məlumat almaq üçün internet səhifəmizə daxil ola www.epnk.org və ya bizə elektron məktub yaza bilərsiniz info@epnk.org. Bu sənəd Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır. Sənədin məzmununa görə məsuliyyəti yalnız Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa Tərəfdaşlığı (EPNK) və onun üzvləri daşıyır; bu məzmun heç bir halda Aİ-nın mövqeyi kimi qəbul edilməməlidir. ÜZ QABIĞINDAKI ŞƏKİL: Köçkün düşmüş erməni cütlüyü, Dağlıq Qarabağ, 2012