Mövzu 2. İQTİSADİ SAHƏDƏ QENDER BƏRABƏRSİZLİYİ

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Marketinq. Mehdiyev Əkbər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MÖVZU 5. ƏMƏK BAZARI. 1. Əmək bazarı. Əmək bazarının seqmentasiyası. 2. Əməyə tələb və beynəlxalq əmək bölgüsü 3. İşsizlik. İşsizliyin səviyyəsi

1. Bazar iqtisadiyyatında dövlətin rolu.

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Finansist. Təqdimat ALMANİYA VERGİ SİSTEMİ

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Zeynalova Sevinc III kurs

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

DÜNYA İQTİSADİYYATI. I Mövzu - Giriş: dünya iqtisadiyyatının coğrafiyası və qloballaşma

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

ERMƏNİSTAN, AZƏRBAYCAN VƏ GÜRCÜSTANDA SOSİAL MÜDAFİƏ VƏ SOSİAL İNTEQRASİYA QISA İCMAL İCMAL HESABATI. Avropa Komissiyası

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

MÖVZU 9. TİCARƏT NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Kommunal müəssisələr tərəfindən satınalma

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Sosial Xərc Müştəriləri Üçün Xərclərin Ödənilməsinə İmkan Verən Kommunal Xidmət Tariflərinin Müəyyənləşdirilməsi Metodları

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ASK-nin iqtisadiyyatı və idarə edilməsi. 1. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Biznesin təşkilati-hüquqi formaları

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Q A N U N U. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Ana kart (Motherboard)

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

GENDER (KIŞI VƏ QADINLARIN) BƏRABƏRLIYININ TƏMINATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏHLİLİ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (CCPE) Avropa Prokurorlarının Məşvərətçi Şurasının. Cinayət təqibi vasitələrinin idarə edilməsi mövzusunda

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

2014-cü ilin üçüncü rübünün nəticələri

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

AZƏRBAYCAN YEYİNTİ SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Transkript:

Mövzu 2. İQTİSADİ SAHƏDƏ QENDER BƏRABƏRSİZLİYİ 1. İqtisadi sistemlər arasında fərqlər 2. Klassik əmranə - inzibati və klassik kapitalist yanaşma 3. Sistemin dinamikliyi, onun əsas xüsusiyyətləri və inkişaf tendensiyaları 1. İqtisadi sistemlər arasında fərqlər İqtisadi istehsalat iqtisadiyyatın resursları və texniki biliklərlə məhdudlaşdığı üçün, hər cəmiyyət, kasıb, yaxud dövlətli olmasından asılı olmayaraq, səhiyyə və yaxtalar, sürətli magistral və tanklar, təhsil və restoranlar və s. arasında seçim etməyə məcburdur. Bu o deməkdir ki, hər bir cəmiyyət hansı məhsulun istehsal edilməsini, nə üçün və kim üçün istehsal edilməsini müəyyən etməyi bilməlidir. İqtisadiyyatın təşkili üçün vacib olan bu üç əsas sual həlledici rol oynayır. Baxaq: Hansı nemətlər istehsal olmalıdır və nə qədər? Cəmiyyət həmişə mövcud məhsullardan hansının və nə vaxt istehsal edilməli olmasını bilməlidir. Nemətlər necə istehsal olunmalıdır? Cəmiyyət müəyyənləşdirməlidir ki, bu nemətlər kim tərəfindən, hansı resurslardan və hansı istehsalat texnologiyalarından istifadə etməklə istehsal olunacaq. Nemətlər kim üçün istehsal edilməlidir? Cəmiyyətin qarşısında duran əsas məsələlərdən biri odur ki, iqtisadi nailiyyətlərin məhsulundan kimin istifadə edəcəyini müəyyənləşdirə bilsin. Daha doğrusu, cəmiyyət milli məhsulu müxtəlif ev təsərrüfatları arasında bölüşdürməyi bacarmalıdır. Feminist oriyentasiyalı bəzi tədqiqatçılar müasir iqtisadi elmin hakim paradiqmasının şübhə altına alırlar. Məs., C. Nelson iqtisadi elm əslində nədir: seçim nəzəriyyəsidir və ya insanları onlara lazım olan resurslar və inkişaf imkanları ilə təmin etməyin nəzəriyyədir sualına qayıdılmasını məsləhət görür. O «iqtisadiyyat» və «ekologiya» oikos (ev) sözlərinin ümumi qədim yunan kökünü qeydedir. İqtisadiyyat bizim içərisində yaşadığımız və necə yaşadığımız ev haqqında elmdir. İqtisadi elmin predmeti ikilik təşkil edir. İqtisadiyyatın seçim nəzəriyyəsi kimi müəyyənləşdirilməsi (L.Robbina) qərarların qəbul edilməsi prosesini fiziki və sosial əsaslardan ayırır. İqtisadiyyatın maddi rifahların nəzəriyyəsi kimi müəyyənləşdirilməsi isə (A.Marşal) insan tələbatlarının təmin edilməsinin neofizik mənbələrini nəzərə almır. Bunun üçün Feminist iqtisadi nəzəriyyənin predmetini insanlarla dünya arasındakı əlaqə, iqtisadi münasibətlərin müxtəlifliyi təşkil etməlidir. İqtisadiyyatın ən mühüm məsələlərindən biri nə, kim və kim üçün suallarına cavab verməkdən ötrü cəmiyyətə hansı yollardan və hansı üsullardan istifadə etməyi öyrətmək və başa salmaqdır. Cəmiyyətin müxtəlif tipləri alternativ bazar sistemləri vasitəsilə təşkil edilməsidir. İqtisadiyyat nadir resursların paylaşdırılması üçün cəmiyyətin işlədə biləcəyi müxtəlif mexanizmləri öyrənir. Resurslar istehsal prosesində firmaların istifadə etdiyi əmtəə və xidmətlərdir. İqtisadiyyat resursların kombinasiyası və onlardan məhsulların alınmasında mövcud texnologiyadan istifadə edir. Məhsullar istehsal prosesində ələd edilən və sonrakı istehsalatda istifadə olunan müxtəlif faydalı əmtəə və xidmətlərdir. Resurslar üçün digər termin istehsalat faktorlarıdır. Onları üç əsas kateqoriyalara: torpaq, əmək və kapitala aid etmək olar. Torpaq və ya təbii resurslar təbiətin istehsalat prosesinə bəxşişidir. O, yollar, müəssisələr, evlər, fermalar tərəfindən istifadə olunan sahələr; evlər üçün istilik, yanacaq kimi energetika resursları; bal, dəmir, çınqıl kimi resurslardan ibarətdir. Hal-hazırda bura ətraf mühit resursları: su, hava, iqlim də daxildir. Əmək insanın istehsalatda sərf etdiyi vaxtdan əmələ gəlir: zavodda iş, torpağın becərilməsi, məktəbdə müəllimlik, evdə iş. Burada da iqtisadi təhlil zamanı qadının ödənişsiz əməyinin nəzərə alınmadığının xüsusi qeyd etmək lazımdır.

Cinslər arasında ənənəvi əmək bölgüsünə əsasən, kişiyə məhsuldar əməklə bağlı fəallıq aid edilir, qadına isə, həyatın mühafizəsi üçün şərait və iş qüvvəsinin təkrar istehsalı kimi baxılır. İqtisadiyyatın ən əsas məsələsi ödənişsiz ev əməyinin ölçülməsi və qiymətləndirilməsi, onun milli hesablar, iqtisadi statistika və ümumi milli məhsullarda nəzərə alınmasıdır. Qender rollarına görə bölüşdurməyə uyğun olaraq qadın əməyinə aşağıdakılar daxildir: - ev işi; - uşaqlara və qocalara ğayğı; - könüllü əmək; - ailə biznesində iştirak; - kənd təsərrüfatı əməyi; - ərin karyerası üçün qoyulmuş ödənişsiz qadın əməyi. Qadın əməyinin hesaba alınması sadəcə olaraq, qadının özünə hörmət və özününüdərkini gücləndirmək üçün vasitə deyildir, eyni zamanda milli iqtisadiyyatın və işçi qüvvəsi bazarının real vəziyyətinin göstərilməsinə qarşı edilən bir addımdır. Adi bazar istehsalatı bazar gəlirinə kapitalı və bazar əməyini dəyişdirdiyi kimi ev təsərrüfatının fəaliyyəti də ev əməyini və ailə gəlirinə kapitalı dəyişdirir. Hər iki sahəyə biznes və ev təsərrüfatına eyni qiymət vermək lazımdır. Kapital resurs kimi başqa əmtəələrin istehsalı üçün istehsal edilmiş uzunmüddətli əmtəə şəklində təqdim edilir. Bu maşınlar, yollar, kompüterlər, zavodlar, avtomobillər, paltaryuyan maşınlar və tikililərdir. İxtisaslaşdırılmış mühüm nemətlərin toplanması iqtisadiyyatın inkişafı məsələsinin həlli üçün vacib dir. Bu üç iqtisadi problemi məhsullar və resurslar terminləri ilə dürüst ifadə etmək üçün cəmiyyət qərar qəbul etməlidir: 1. Hansı məhsullar istehsal edilməlidir və nə qədər. 2. Bunlar necə istehsal olunmalıdır arzu olunan məhsulun istehsal edilməsi üçün hansı metodlardan istifadə olunaraq resurslar kombinasiya edilməlidir. 3. Məhsullar kim üçün istehsal edilməlidir və necə bölüşdürülməlidir. Bekkerə görə tələb faktiki olaraq bazar məhsullarına deyil, onlardan əldə edilən faydalı effektlərə qoyulur. İstehlakçını ən yox, bifşteks, tozsoran yox, təmiz mənzil maraqlandırır. Hər ailə öz-özlüyündə, «istehsal amillərindən» (bazar məhsulları, ailə üzvlərinin vaxtı və digər resurslar) istifadə edərək «yekun məhsul» (istehlak malları) istehsal edən mini-fabrikdir. Bu mallar müxtəlif texnologiyalardan istifadə olunmaqla istehsal oluna bilər: yeməyi evdə ədə yemək olar, restoranda da, otağı özün də yığışdıra bilərsən, qulluqçu da tuta bilərsən. Seçim ailənin gəlirindən asılıdır. Ev istehsalı üçün ən əsas resurs ailə üzvlərinin vaxtıdır. Məsələn, ailə üzvlərindən biri ev işləri ilə məşğul olmağa sərf etdiyi vaxtı bazar sektorunda itirdiyi üçün, onun bazar sektorunda əldə edə biləcəyi əmək haqqı azalır. Ona görə də, qadının təhsili, ixtisas dərəcəsi nə qədər yüksək olursa, ev işləri ona bir o qədər baha başa gəlir. Qadınların məşğulluğunun və bazarda əmək haqqının artırılması onların ev təsərrüfatında istehsal etdikləri nemətlərin bahalaşdırılması deməkdir. Bu isə öz növbəsində çox vaxt aparan ev işlərinin daha az vaxt aparan texnologiyalarla həyata keçirilməsinə imkan yaradır. Məsələn, ev təsərrüfatında işlədilən qabyuyan, paltaryuyan maşınlar, mətbəx avadanlığı, tozsoran və s. qadınlara ev işlərinə az vaxt sərf olunmasında yardımçıdırlar. 2. Klassik əmranə inzibati və klassik kapitalist yanaşma Hal-hazırda iqtisadiyyatın təşkilində əsaslı surətdə bir-birindən fərqlənən iki üsul vardır. İqtisadi quruculuğun bir üsulu ondan ibarətdir ki, iqtisadi qərarların çoxusu hökumət tərəfindən qəbul edilir və iyerarxiya hakimiyyətinin yuxarı rütbəliləri tərəfindən aşağı rütbəlilərə əmrlər verilir. Bunun əksinə olan halda qərarlar bazarda qəbul edildir.

Adamlar və müəssisələr könüllü olaraq resurslar və yekun məhsulların satışı barədə razılığa gəlirlər. İqtisadiyyatın təşkilinin iki əsas sistemini nəzərdən keçirək: 1. Bazar kapitalist sistemi (yaxud azad sahibkarlıq sistemi); 2. Əmranə sistem (mərkəzələşdirilmiş planlaşdırmaya əsaslanan). ABŞ-da və demokratik ölkələrin çoxusunda iqtisadiyyatın əksər sualları bazarda həll olunur. Ona görə də onların iqtisadi sistemləri bazar iqtisadiyyatı adlandırılır. Bazar iqtisadiyyatı iqtisadiyyatın təşkilinin elə bir formasıdır ki, əmək gəlirin əldə edilməsində maraqlı olan xüsusi şəxslərin («kapitalist», «biznesmen», «sahibkar» adlandırılanlar) tərəfindən təşkil edilir. Qiymətlər, gəlirlər, itgilər, stimullar və mükafatlandırmalar sistemi nə, necə və kimin üçün suallarını müəyyənləşdirir. Firmalar daha ucuz istehsalat texnologiyalarından (necə?) istifadə etməklə maksimal gəlir gətirən (nə?) məhsullar istehsal edirlər. Hər kəs öz əməyi sayəsində şəxsi mülkiyyətdən əldə etdiyi gəliri və ya maaşını nəyə sərf edəcəyini qərarlaşdıraraq istehlakı özü müəyyənləşdirir (kim üçün?). İstehsalatın məhsullarının alqı-satqısı məsələləri rəqabətlə idarə olunur. Alıcılar öz pulları ilə səs verərək, əməyin təşkilinə təsir göstərirlər. Bu təsir kişilər və qadınlar arasında əmək bölgüsünü gücləndirir. İzafi məhsul əmtəə və xidmətlərin ödənilməsi imkanlarından asılı olaraq paylaşdırılır. Xüsusi bölmə istehsalatı təşkil edir və planlaşdırır, dövlət isə yalnız «oyunun qaydalarını» müəyyənləşdirir və buna nəzarət edir. Bazar iqtisadiyyatının «azad bazar» iqtisadiyyatı və ya qarışmamazlıq iqtisadiyyatı (laisser faire) adlandırılan bir üsulu da vardır ki, burada hökumət ona heç bir təsir göstərmir. Beləliklə, bütün kapitalist (bazar) iqtisadiyyatının ən əsas xüsusiyyətləri aşağıdakılardır: - gəlirin maksimallaşdırılması və şəxsi maraqların güdülməsi cəmiyyət üçün yararlı sayılır; - əmtəə istehsalatı; - azad bazarlar; - istehsalatın vəsaitləri hesabına xüsusi mülkiyyət; - rəqabət; - resursların yerləşdirilməsinin qiymət mexanizmi; - əməyin qiyməti əmək haqqı ilə göstərilir; - kişilər və qadınlar arasında əmək bölgüsü həm ödənişli, həm də ödənişsiz əmək üçün xarakterikdir. Bazar iqtisadiyyatının əksinə olaraq, əmranə iqtisadiyyat iqtisadiyyatın təşkilinin bir növüdür. Burada istehsalat və paylaşdırma haqqında bütün qərarlar dövlət tərəfindən qəbul edilir. 70 il ərzində Sovetlər İttifaqında və Azərbaycanda mövcud olan əmranə iqtisadiyyat şəraitində istehsalat vasitələrinin çox hissəsi (torpaq və kapital) hökümətə məxsus idi. Əmək dövlət tərəfindən mərkəzləşdirilmişdi. Dövlət işçilərin böyük hissəsinin iş verəni idi və onlara iş yerində nə etmək lazım olduğunu diqtə edirdi. Eyni zamanda dövlət sənaye sahələrinin çoxuna və müəssisələrə rəhbərlik edirdi. Mərkəzləşdirilmiş planlaşdırma istehsalatın tələbatını müəyyənləşdirirdi. Əmranə iqtisadiyyatda hökumət xidmət və mallar arasında cəmiyyət məhsullarının necə paylaşdırılmasını müəyyən edir. İzafi məhsullar müəyyən edilmiş tələbatlara uyğun olaraq paylaşdırılır. Dövlət idarə üsulunu müəyyən edir və istehsalatı nəhəng bürokratiya maşını ilə idarə edir. Əlbəttə ki, əmranə iqtisadiyyatdan danışarkən Karl Marksı (1818-1883) yada salmamaq olmaz. Marks iqtisadiyyatın bütün tarixi boyu bazar iqtisadiryyatını kəsgin

tənqid edən ən nüfuzlu tənqidçilərdən biri olmuşdur. Marks, zavod və dəmir yollarının Avropada yayılmasının hansı qarışıqlıqlara səbəb olduğunu görürüdü. O, belə hesab edirdi ki, bazarın nəzarətsiz qalan məhsuldar qüvvələri və rəqabət gec-tez nəzarətdən çıxacaq və işçilərin kasıbçılığına səbəb olacaq. Marks elan etdi ki, kapitalizm ölümə məhkumdur və tezliklə inqilabi çevriliş olacaq, sosializm erası başlanacaq. Sonrakı onilliklər tarix sanki Marksın dediklərini təsdiq etdi. İqtisadi vəlvələ və dərin tənəzzül 1890 və 1930-cu illərdə XX əsrin ziyalılarını xüsusi sahibkarlıq üzərində qurulan kapitalizmin həyat qabiliyyəti haqqında suallar qarşısında qoydu. 1917 ci ildən etibarən, sosialistlər öz modellərindən istifadə etməyə başladılar. Bu sistemin çiçəkləndiyi dövrdə isə dünyanın demək olar ki, üçdə bir hissəsi marksist doktrinalara tabe olmağa başladı. Hal-hazırda özünü marksist adlandıran ölkələrin sayı xeyli azalıb. Marks bir çox məsələlərdə səhvə yol verirdi xüsusən sosializmin iqtisadi sistem kimi üstünlüyü məsələsində. Laein bu heç də onun görkəmli iqtisadçı olmasına xələl gətirmir. Hal-hazırda heç bir müasir cəmiyyət heç bir iqtisadi sistemə bütünlüklə uyğun gəlmir. İndi ölkələr qarışıq iqtisadiyyata bazar elementləri və idarəetmənin əmranə forması olan iqtisadiyyata malikdirlər. İndiyə qədər heç bir vaxt 100%-li bazar iqtisadiyyatı olmamışdır (yalnız İngiltərə XlX əsrdə buna yaxın idi). Hal-hazırda ABŞ-da bir çox qərarlar bazar vasitəsilə qəbul edilir. Lakin ölkənin hökuməti də bazarın iş rejiminin dəyişilməsində həlledici rol oynayır: hakimiyyət orqanları iqtisadi həyatı tənzimləyən qanun və qaydalar qəbul edirlər, təhsil sahəsində xidmət göstərirlər və hüquq qaydalarını mühafizə etməklə ətraf mühitin çirklənməsi və biznesə nəzarət edirlər. Həm Azərbaycan, həm keçmiş Sovetlər İttifaqının digər ölkələri və Şərqi Avropa, əmranə iqtisadiyyatın işindən narazıdırlar və qarışıq iqtisadiyyatın öz variantlarını axtarıb tapmaq istəyirlər. Beləliklə, keçid dövrünün iqtisadiyyatı əmələ gəldi. Bu iqtisadiyyatın xüsusiyyətləri bunlardır: Dövlət tərəfindən mərkəzləşdirilmiş əmək şəxsi işə çevrilir. İnsanlar öz əməklərinə sahibdirlər və ondən necə istifadə etmək lazım olduğunu özləri həll edirlər. Əməyin qiyməti əmək bazarında ona olan tələbatdan irəli gəlir. Əməyin təklif edilməsinin kəmiyyəti bir çox iqtisadi və qeyri-iqtisadi faktorlarla müəyyənləşdirilir. Əməyin təklif edilməsi üçün əsas determinatorlar əməyin qiyməti (yəni maaş) və demoqrafik faktorlardır (yaş, cins, təşsil və ailə vəziyyəti). Nəticə etibarilə bazar islahatları nəticəsində yaranan iqtisadi tənəzzülün acısını hamı kişi və qadınlar eyni dərəcədə çəkdilər. Əmək bazarında qadınların vəziyyəti yeni neqativ tendensiyalarla üzləşdi (xüsusi olaraq intellektual əmək sahəsindən, yüksək professionallıq və bilik tələb olunan iş yerlərindən qadınların çıxarılması; qeyrisabit və qanunvericiliklə qorunmayan, eləcə də qeyri-formal iqtisadiyyat sahələrində qadınların məşğulluğu; iş yerlərində qadınların hüquqlarının pozulması). Dövlət istehsalatın tələbatlarının ödənilməsinə cavabdehliyi öz üzərindən götürdü və bu vaxt bir sıra müəssisələr öz istiqamətlərini vaxtında dəyişdirə bilmədikləri üçün rəqabətə davam gətirə bilmədilər, bazarda öz yerlərini tapa bilmədikləri üçün bağlanmağa məcbur oldular ki, bu da öz növbəsində işsizliyin artmasına səbəb oldu. Azərbaycanda bazar iqtisadiyyatına keçid qadınların vəziyyətinin daha da pisləşməsinə səbəb oldu. Bundan əlavə, keçmiş Sovetlər İttifaqına keçid dövrünün qadınlar üçün spesifik olan mənfi nəticələri Azərbaycanda konfliktin olması, kəskin iqtisadi tənəzzülün olması üçün daha da ağırdır. Sistem fövqəladə vəziyyət qarşısında aciz qaldı. İqtisadiyyatın 25% tənəzzülə uğraması sayəsində insanlar həyat səviyyələrinin aşağı düşməsindən əzab çəkirlər. Zəngin təbii resurslarının və nəhəng iqtisadi potensialının olmasına baxmayaraq Azərbaycan sinfi bərabərsizliyin yaranmasının, işsizlik təhlükəsinin əhalinin böyük hissəsini, xüsusən də qadınları bürüməsinin şahidi oldu. 3.Sistemin dinamikliyi, onun əsas xüsusiyyətləri və inkişaf tendensiyaları

Uzun illər əmranə iqtisadiyyat hökuməti tərəfindən idarə olunan mərkəzləşdirilmiş planlaşdırmanı tərif etdikdən sonra SSRİ-nin keçmiş respublikaları və Şərqi Avropa dövlətləri desentralizasiya olunmuş bazar iqtisadiyyatına çətin keçid dövrünə qədəm qoydular. İndiyə qədər Kommunist Partiyasının rəhbərlik etdiyi Kitay 1990-cı illərdə iqtisadi bum keçirdi, çünki, bazarların genişlənməsinə imkan verdi. İnkişaf etməkdə olan Meksika, Çili və Tailand kimi ölkələrdə isə kapitalizmə keçid və iqtisadiyyatda hökumətin rolunun azalması sayəsində gəlir sürətlə artmağa başladı. Hətta Qrəb ölkələrinin sənaye cəhətdən inkişaf etmiş iqtisadiyyatı belə bütün dünyanı bürüyən bazar qüvvələrinin təsirindən qoruna bilməz. Bir çox ölkələrdə dövlət tənzimlənməsindən ələ çəkməyə söz verənlər Ronald Reyqan kimi dövlət başçıları seçilməyə başladı. Bu isə vergi və xərclərin azalması, dövlətin mülkiyyəti sayılan müəssisələrin xüsusi bölmələrə satılması demək idi. Şübhəsiz, bazar iqtisadi yüksəlişin hərəkətverici qüvvəsidir. Lakin belə hesab etmək olmaz ki, dövlət lazımsız keçmişdir. Dövlət təhlükəsizlik atmosferi yaradaraq bazarların çiçəklənməsində əsas rol oynayır. Müasir iqtisadiyyatın çiçəklənməsi bazar və hökumət arasında vəzifələrin düzgün bölüşdürülməsi və lazımi tarazlığın saxlanmasından asılıdır. O bazar iqtisadiyyatını ideal sayılır ki, orada əmtəə və xidmətlər bazar qiymətinə uyğun olaraq könüllü surətdə pula dəyişdərilir. Bu cür sistem dövlətin müdaxiləsi olmadan cəmiyyətin mövcud resurslarından maksimum gəlir əldə edir. Lakin real həyatda belə deyildir. Hər bir bazar iqtisadi sisteminin çatışmamazlıqları vardır ki, onlar da ətraf mühitin çirklənməsi, işsizlik və cəmiyyətin siniflərə bölünməsi kimi sosial xəstəliklərə gətirib çıxarır. Bu səbəbdən demək olar ki, bütün ölkələrin hökuməti əllərini iqtisadiyyatın nəbzində saxlamaqdan çəkinirlər. Müasir iqtisadi sistemlərdə dövlət, bazar mexanizminin işində baş verən problemlərə cavab olaraq, müxtəlif qərarlar qəbul edir. Ordu, polis, milli meteoroloji xidmət və magistralların tikintisi bütün bunlar dövlət fəaliyyətinə aiddir. Kosmosun öyrənilməsi kimi ictimai əhəmiyyəti olan layihələr və yaxud elmi tədqiqatlar dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Dövlət biznesin bir sıra sahələrini (Məs., banklar, zibilin yığılması) tənzimləyir, eyni zamanda fermerlik, yüksək texnologiyalı istehsalatın bəzilərinə maddi yardım göstərir. Nəhayət, dövlət öz vətəndaşlarına vergi qoyur və bunun bir hissəsini qocalara və ehtiyacı olanlara verir. Dövlətin fəaliyyətinin üç əsas funksiyası vardır: səmərəliliyin artırılması, bərabərliyin təmin edilməsi, makroiqtisadi sabitliyin və artımın rəğbətləndirilməsi. Səmərəliliyin təmin edilməsi üçün dövlət bazarın səhvlərini düzəltməyə çalışır Dövlət vergilərdən düzgün istifadə olunmasını təmin edir. Dövlət gəlirlər, xərclər və pullar vasitəsilə makroiqtisadi artımı və sabitliyi tənzim edir, işsizliyin və inflyasiyanın qarşısının alır, eyni zamanda iqtisadi artıma kömək edir. Bazarlar gəliri həmişə düzgün paylaşdıra bilmir. Bu gəlir və tələbatlar arasında bərabərsizliyə gətirib çıxarır. Buna cavab olaraq dövlət bazarlarda əmək haqqı, renta, faiz, dividendlər ilə yaradılmış gəlir strukturunda dəyşikliklər edə bilər. Azərbaycanda bazar iqtisadiyyatının yaradılması üçün götürülmüş istiqamət dövlətin sosial- iqtisadi siyasətində radikal dəyişikliklər edilməsini tələb edirdi. İqtisadiyyatda struktur islahatlar aparılmalı idi. Dövlət sektorunun saxlamaqla, şəxsi mülkiyyət sektorunu yaratmaq, inflyasiya sıçrayışları, qiymətlərin liberalizasiyası və s. müşayiət olunan «əməliyyatlar» keçirmək. Bu cür strategiyanın həyata keçirilməsi, iqtisadi bərabərsizliyin, yoxsulluğun və kütləvi işsizliyin artmasına səbəb oldu. Bu şəraitdə qadınların vəziyyəti daha da pisləşdi. Cəmiyyətdə cinslər arasında bərabərhüquqluğa yönəldilmiş əmək haqqı və məşğulluq sahəsində dövlətin əvvəlki tədbirləri minimal əmək haqqının müəyyənləşdirilməsi, məşğulluğun təmin olunması, uşaq və analar üçün sosial müavinətlərin verilməsi bazar strukturunda islahatlara maneçilik törətdikləri üçün xeyli ixtisar edildi.

İşsizliyin artması kişilərə nisbətən qadınlar üçün daha ağrılı oldu. Çünki işləyən qadın əlavə müavinətlər alırdı. Azərbaycanda qadınlar təhsilin yüksək səviyyəsinə və iş əldə etmək üçün geniş imkanlara nail oldular. İşin itirilməsi özünün təmin etmənin itirilməsinə, daha sonra isə professional hazırlığın itirilməsinə gətirib çıxarır. İqtisadiyyatda islahatlarla əlaqədar olaraq son illərdə onların iqtisadi sahələrdən «yuyulması» tendensiyası bərqərar olmuşdur. Bu şəraitdə ağır ev işləri və ailə büdcəsində xərclərin artımı gərginliyin bir az da artmasına səbəb olur. Hökumət öhdədə olanlara müavinəti, məktəbəqədər müəssisələrə və qida məhsullarına maliyyə yardımını ixtisara saldı. Uşaqlara qulluq etmə xidmətindən istifadə imkanının olmaması və işsizliyin artımı ona gətirib çıxarır ki, uşağın anadan olması gələcəkdə ananın iş qüvvəsi bazarına qayıda bilməməsinə səbəb olur. Hərçənd ailələrə, uşaqlara, tənha analara, təqaüdçülərə və s. sosial ödəmələr bütünlüklə əmək haqqına uyğun indeksləşdirilmişdir. Bu müavinətlərin artımı qiymətlərin artımından həmişə geri qalır və yoxsulluğun sürətlə artımının qarşısını almaq üçün kifayət etmir. Hal-hazırda ailələr öz gəlirlərinin çox hissəsini uşaq baxçalarının xidmətinə, məktəbdə uşaqların qidalanmasına, dərs vəsaitlərinə, dava-dərmanlara, bəzən isə uşaqların tibbi müayinəsinə xərcləməli olurlar. Bir çox məktəbəqədər müəssisələr bağlanmalı oldular. Ailənin başında (xüsusən yarımçıq) qadın durduqda isə bu faktorlar onun özünü və uşaqlarını təmin etməsinə daha çox mənfi təsir göstərir. Keçid iqtisadiyyatlı bir sıra ölkələrdə qadınlarda dəyəşikliklər, siyasi və şəxsi azadlıq haqqında təsəvvürlərlə bağlı olan ruh yüksəkliyi tezliklə məyusluqla əvəz olunur. Bundan əlavə, bir çox ölkələrdə keçid dövrü xoşagəlməz sosial faktorlarla qızlar arasında fahişəliyin kəskin artması, azyaşlılar arasında hamiləlik halları və yeniyetmələr arasında cinayətkarlığın artması ilə müşayiət olunur. Ailədə iqtisadi ağırlıqlar və uşaqlara qulluq etmə xidmətindən istifadə etmənin mümkün olmaması qadınlara yeni «bazar iqtisadiyyatı»nın sektorlarına yiyələnmək və yeni nəslin kompleks tərbiyəsini (bu işlə məşğul olmaq əvvəllər dövlətin məktəbəqədər müəssisələrinin vəzifə borcu idi) təmin etməki üçün vacib olan təhsilin alınmasını qeyrimümkün edir. Qadınların sağlamlığı təhlükə qarşısındadır. Problemlər bunlardır: - analıq ölümünün yüksək səviyyəsi; - çoxlu sayda abortlar; - ailənin planlaşdırılması sahəsində informasiya və xidmətlərin olmaması; - özünə qəsd etmənin (intihar) artması; - ciddi xəstəliklərin müalicəsi üçün vacib olan dava-dərmanların çatışmamazlığı; - psixiatriya tibbi yardım xidmətinin çatışmamazlığı. Yeniyetmə yaşda uşaq doğması qadına təhsilini başa vurmağa maneçilik törədə bilər. Bu vəziyyət fertilliyin yüksək səviyyəsi və tez-tez uşaqların doğulması ilə birlikdə qadınların və körpə uşaqların ölüm təhlükəsini artırır. Analıq ölümü ən yüksək səviyyədədir. Kontrasepsiya vasitələrinin olmaması şəraitində abort ailənin planlaşdırılmasının yeganə metodu olaraq qalır ki, bu da ana ölümünün əsas səbəblərindən birinə çevrilir. Keçid dövründə, gəlirlərin azaldığı üçün ailələr ilk növbədə dəmir və zülalla zəngin olan bahalı qida məhsullarından, eləcə də, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlərdən imtina edirlər. Orqanizmlərində vitamin azlığı olan qadınlar yoluxucu xəstəliklərə qarşı dözümlü olmurlar, hamiləliyi pis keçirirlər və yeni dünyaya gələcək uşağın orqanizminə lazımi miqdarda dəmir ötürə bilmirlər. Bu problemi həll etmək üçün müasir dövlətlər ehtiyacı olanlara «maliyyə təhlükəsizliyi» sistemini təmin edən vergiqoyma sistemindən istifadə edirlər.