Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

Benzer belgeler
CQBK Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Fəsil 5 Layi həni n təsvi ri

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

CQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Marketinq. Mehdiyev Əkbər

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

2014-cü ilin üçüncü rübünün nəticələri

Azərbaycan: Cənubi Qaz Dəhlizi

Fəsil 9 Məsləhətləşmə prosesi

8 Məsləhətləşmə və məlumatın açıqlanması

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Layihə Məlumat Hesabatı

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

CƏNUBİ QAFQAZ BORU KƏMƏRİ GENİŞLƏNDİRMƏ LAYİHƏSİ

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

Sistem inzibatçıları üçün təlimat

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

QARADAĞ SEMENT LAYİHƏSİ 6 SAYLI YENİ QURU ÜSULLA YANDIRMA SOBASI

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

Layihə Sənədi üçün Məlumat Cədvəli

Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

Ana kart (Motherboard)

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

4.1 Giriş Layihə haqqında ümumi məlumat Seysmik tədqiqat metodlarının qısa xülasəsi Giriş...

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Protokolundan Çıxarış aprel 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Qısa Icmalın Əlavəsi. May 2003-cü il

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Şirkətin inkişafının strateji alternativlərinin formalaşdırılması və strategiyanın seçilməsi

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN TƏHLÜKƏSİZLİK DEPARTAMENTİ HAQQINDA Ə S A S N A M Ə 1. ÜMUMİ MÜDDƏALAR

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Azərbaycan Respublikası Prezidentinin

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Transkript:

Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

MÜNDƏRİCAT 12 TƏHLÜKƏLƏRİN TƏHLİLİ VƏ RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ... 12-1 12.1 Giriş... 12-1 12.2 Boru kəmərinin layihələndirilməsi və risk... 12-1 12.2.1 Boru kəmərinin layihə norma və standartları... 12-1 12.2.2 Təhlükəsizlik riski üzrə nəticələr və müzakirə... 12-4 12.2.3 Ara məsafələri... 12-5 12.2.4 Boru kəmərinin mühafizə zonaları... 12-6 12.2.5 Tektonik qırıma zonaları ilə kəsişmələrdə təsirlərin azaldılması... 12-6 12.3 Təsirin əhəmiyyətinin qiymətləndirilməsi... 12-6 12.3.1 Planlaşdırılmamış halların potensial təsirləri: Tikinti... 12-6 12.3.2 Planlaşdırılmamış hadisələrin potensial təsirləri: Boru kəmərinin istismarı 12-7 12.4 Riskin qiymətləndirilməsi... 12-7 12.5 Təsirazaltma tədbirləri... 12-8 12.5.1 Layihəyə daxil edilmiş təsirazaltma tədbirləri... 12-8 12.6 Qalıq risk... 12-9 Cədvəllər Cədvəl 12-1: Xətti borunun quraşdırılması, istismar və örtüklənmə göstəriciləri... 12-1 Cədvəl 12-2: ASME B31.8 Layihə əmsalı üçün Torpaqdan İstifadə/Yerləşmə meyarının xülasəsi... 12-2 Cədvəl 12-3: Yerləşmə kateqoriyaları, layihə əmsalları və divar qalınlıqları... 12-3 Cədvəl 12-4: ASME31.8 Azərbaycanda CQBKG marşrutunun təklif olunmuş əlavə hissəsi üzrə yerləşmə kateqoriyaları... 12-3 Cədvəl 12-5: Torpağa basdırılmış yüksək təzyiqli boru kəməri üçün termal şüalanma konturları... 12-4 Cədvəl 12-6: Planlaşdırılmamış hadisələrin təsirinin və ehtimalının qiymətləndirməsi... 12-7 Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi i

12 TƏHLÜKƏLƏRİN TƏHLİLİ VƏ RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ 12.1 Giriş Bu fəsildə (CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında təsvir edildiyi kimi) təklif olunmuş CQBKG Layihəsi konsepsiyası üçün həyata keçirilmiş təhlükələrin təhlili və riskin qiymətləndirilməlsi tədqiqatları barədə yeniliklər təqdim olunur. Bu fəsildə boru kəmərinin diametrinin 56 -dən 48 -yə dəyişdirilməsi və boru kəmərinin təklif edilmiş əlavə hissələri ilə əlaqədar planlaşdırılmamış hadisələrdə yeniliklərə diqqət yetirilir. Burada ictimai təhlükəsizlik üçün risklərə səbəb ola və ətraf mühitə zərər vura bilən planlaşdırılmamış hadisələr təsvir edilir və qiymətləndirilir. Bu sənəddə həmçinin, Layihə ilə əlaqədar potensial riskləri idarə etmək məqsədi ilə təklif olunmuş təsirazaltma tədbirləri və strategiya təsvir olunur. Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi prinsiplərinin və riskin qiymətləndirilməsi prosesinin tam təsviri ilə CQBKG üzrə ƏMSSTQ sənədinin son variantındakı 12-ci fəsildə tanış olmaq olar. 12.2 Boru kəmərinin layihələndirilməsi və risk Azərbaycanda CQBKG boru kəməri, o cümlədən boru kəmərinin təklif olunmuş əlavə hissələri mövcud tikili və yerli infrastrukturdan mümkün qədər yayınmaqla, ümumiyyətlə, istismar olunan BTC və CQBK boru kəmərləri boyunca uzanır. Lakin boru kəməri sahəsinə (KS) nisbətən yaxınlıqda yerləşən bir neçə icma mövcuddur. Nəzərdə tutulan CQBKG layihəsinə əsasən CQBKG marşrutu və pazlı siyirtmə qovşaqlarının yeri (BVR) mövcud BTC və CQBK BVR-lərinə aid qurğuların paylaşıla biləcəyi, onlar arasında (CQBKG BVR-ləri və BTC və CQBK BVR-ləri) kifayət qədər məsafə saxlanılmaqla, həmçinin qəza halları risklərinin artması ehtimalının minimuma endirilməsi məqsədi ilə BTC və CQBK kəmərlərindən zəruri səviyyədə aralı yerləşməklə müəyyən olunmuşdur (Bax: 12.2.3 və 12.2.5-ci bölmələr). 12.2.1 Boru kəmərinin layihə norma və standartları 48 diametrli CQBKG boru kəmərinin layihələndirilməsinə dair məlumatlar Cədvəl 12-1-də təqdim olunmuşdur. Cədvəl 12-1: Xətti borunun quraşdırılması, istismar və örtüklənmə göstəriciləri Məlumat Parametr Qiymət CQBKG xarici diametr 1 48 /1219mm Magistral boru göstəriciləri İstismar göstəricisi Müəyyənləşdirilmiş minimum axıcılıq həddi 485MPa Texnoloji yayınma Divarın nominal qalınlığı +/- 0.75mm Layihə müddəti 30 il Layihə təzyiqi 95.5 barg Maksimum işçi temperatur 74 C Minimum işçi temperatur -10 C Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-1

Məlumat Parametr Qiymət Xaricdən üçqatlı polietilen qalınlığı 3.2mm Xaricdən üçqatlı polietilen sıxlığı 900kq/m 3 Örtük göstəricisi Zavodda tətbiq olunan beton örtüyün sıxlığı. Axmaya qarşı və ya yerli mühafizə üçün çay kəsişmələrində və başqa spesifik təhlükələrə qarşı tətbiq olunur Sahədə tətbiq olunan beton örtüyün sıxlığı 3500kq/m 3 2400kq/m 3 Üçqatlı polietilen örtüklənmənin, montaj birləşmələrinin izolyasiyasının və verilən cərəyandan katod mühafizə sisteminin kombinasiyası boru kəmərini xarici korroziya riskindən qorumaq məqsədi daşıyır. Rütubətli sahələrdə mənfi axıcılıq tələb olunan hallarda beton ilə ağırlaşdırıcı örtükdən istifadə olunur. 48" diametrlik CQBKG boru kəməri Amerika Mühəndis - Mexaniklər Cəmiyyətinin (ASME) ümumi qəbul edilmiş Qaz nəqli və paylanması üzrə boru kəməri sistemləri üçün B31.8 standartının ən son versiyasına uyğun surətdə layihələndirilmişdir. Layihədə həmçinin, Amerika Neft İnstitutunun (API - American Petroleum Institute) tətbiq olunan standartları daxil olmaqla, digər beynəlxalq standartlardan da istifadə olunmuşdur. ASME B31.8 əhalinin təhlükəsizliyinə yanaşma üsulunda torpaqdan istifadə və əhalinin sıxlığından asılı olaraq, müxtəlif boru növlərindən istifadə olunmasını nəzərdə tutan layihələndirmə amillərindən istifadə edir (Bax: Cədvəl 12-2). O, məskunlaşma ərazilərində boru kəmərlərinin dağılması ehtimalının azaldılmasını nəzərdə tutan layihələndirmə amillərini müəyyən etməklə, qaz boru kəmərləri ilə əlaqədar əsas riskləri mühüm dərəcədə azaldır. Layihələndirmə amili boru kəmərinin faktiki işçi təzyiqi ilə onu hazırlandığı materialın axıcılıq gərginliyi arasındakı nisbətdir və boru kəmərinin deformasiyaya uğramazdan əvvəl nə qədər təzyiqə məruz qala biləcəyini göstərir. Boru kəmərinin divar qalınlığının artırılması işçi təzyiq ilə axıcılıq gərginliyi arasında daha böyük fərq yaradır və tarixən böyük boru kəməri nasazlıqlarının əsas səbəbi hesab olunan mexaniki təsirlərə (məsələn qazma və kənd təsərrüfatı maşınları) qarşı yüksək mühafizə təmin edilməsini nəzərdə tutur. Uzunluğunun əksər hissəsi boyu CQBKG boru kəmərinin layihə parametri 0.72-dir (Yerləşmə 1, Bölmə 2). Cədvəl 12-2: ASME B31.8 Layihə əmsalı üçün Torpaqdan İstifadə/Yerləşmə meyarının xülasəsi Layihənin yerləşmə 1 (Bölmə 1) 1 (Bölmə 2) 2 Yerləşmə na görə torpaqdan istifadə Seyrək məskunlaşmış ərazilər, boş ərazilər, çöl, dağ, örüş və əkin sahələri Seyrək məskunlaşmış ərazilər, boş ərazilər, çöl, dağ, örüş və əkin sahələri Şəhər və qəsəbələrin ətrafındakı kənar ərazilər, sənaye sahələri, bağ və ya kənd evləri Yerləşmə (boru kəmərinin 200 m-də yaşayış sahələrinin sayı) < 10 Layihə əmsalı < 10 0.72 10-dan artıq və 46-dan az 0,72-dən artıq, lakin 0,8-ə bərabər və ya ondan az 0.6 Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-2

Layihənin yerləşmə 3 4 Yerləşmə na görə torpaqdan istifadə Şəhərkənarı yaşayış tikililəri, ticarət mərkəzləri, yaşayış sahələri, sənaye sahələri və 4-cü kateqoriyaya uyğun digər məskunlaşmış sahələr Çoxmərtəbəli (4 və ya daha artıq mərtəbəli) binaların üstünlük təşkil etdiyi, nəqliyyatın sıx və ya yüksək olduğu və digər yeraltı qurğuların Yerləşmə (boru kəmərinin 200 m-də yaşayış sahələrinin sayı) 46-dan artıq 0.5 İstənilən sayda 0.4 Layihə əmsalı ola biləcəyi hər hansı ərazi Qeyd 1: Çoxmərtəbəli binalarda bina daxilində hər bir yaşayış sahəsi müstəqil yaşayış sahəsi hesab olunur. Qeyd 2: Əhalinin cəmləşdiyi yerlərin, yaxud məktəblər, xəstəxanalar və ya tez-tez istifadə olunan kənar ərazilər daxil olmaqla, təbii yaradılmış istirahət zonalarının yaxınlığından keçən 1 və 2 Yerləşmə nda boru kəməri 3-cü Yerləşmə nın tələblərinə cavab verməlidir ASME B31.8 standartının Bölmə 840.2.2-yə uyğunluq üçün mexaniki layihə hesablamalarında mövcud yaşayış binalarının çox olduğu, yaxud gələcəkdə icmaların yaranacağı və əhali artımının gözlənildiyi ərazilərdə tətbiq olunan boruların divar qalınlığının müəyyən edilməsi üçün Cədvəl 12-3-də verilən layihə əmsallarından istifadə olunmuşdur. 48 boru kəmərinə tətbiq edilən yenidən baxılmış divar qalınlıqları bu cədvəldə təqdim edilmişdir. Cədvəl 12-3: Yerləşmə kateqoriyaları, layihə əmsalları və divar qalınlıqları Boru kəmərinin xarici diametri (düym) 48" (CQBKG) Yerləşmə İlkin layihə əmsalı Kateqoriya 1 Bölmə 2 0.72 16.7 Kateqoriya 2 0.60 20.1 Kateqoriya 3 0.50 24.1 Seçilmiş nominal divar qalınlığı (mm) Azərbaycanda nəzərdə tutulan 48" diametrlik CQBKG marşrutuna yaxın olan bir neçə xüsusiyyət Kəmər sahəsinin müxtəlif hissələrində fərqlənir. Azərbaycanda təklif olunmuş CQBKG marşrutu boyu istifadə olunacaq layihə əmsalları və divar qalınlığının müəyyən edilməsi üçün Layihə çərçivəsində marşrutun hər iki tərəfində 200 m-lik zona və 500 m-lik zona üzrə tikililərin masaüstü sıxlıq araşdırmaları və sahə dəqiqləşdirmələri aparılmışdır. Boru kəmərinin əlavə hissəsi üçün tikililərin sıxlıq araşdırmalarının nəticələri Cədvəl 12-4-də göstərilən Yerləşmə kateqoriyalarının seçilməsi ilə nəticələnmişdir. CQBKG KG34-dən KG423-ə qədər boru kəməri qovşaqlarının yerləşmə kateqoriyaları diametrin azaldılmasının təsirinə məruz qalmamışdır və CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında təsvir edilmişdir (Cədvəl 12-4). Cədvəl 12-4: ASME31.8 Azərbaycanda CQBKG marşrutunun təklif olunmuş əlavə hissəsi üzrə yerləşmə kateqoriyaları Azərbaycan sektoru CQBKG KG ASME 31.8 yerləşmə KG0 - KG34 Kateqoriya 1 Binaların yaxınlığı üzrə qeydlər boru kəmərindən 200m məsafədə < 10 bina Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-3

Cədvəl 12-4-dən göründüyü kimi boru kəmərinin təklif olunmuş əlavə hissəsinin marşrutu əhalinin məskunlaşdığı və ya həssas sahələrdən yan keçmişdir. Yol və çay kəsişmələri ilə əlaqədar layihə spesifikasiyalarının təfərrüatları CQBKG üzrə ƏMSSTQ sənədinin son variantından əldə oluna bilər. Bundan əlavə, 1102 (D5-034) standartının tələblərinə cavab verməsi üçün boru kəmərinin seysmik qırılmalar ilə kəsişdiyi sahələrdə 0,6 layihə əmsalı ilə divarın qalınığı artırılmışdır. 48 diametrli 2 və 3 kateqoriyalı boru kəməri daxilində tam yarılmanın (BKTY) baş vermə ehtimalının aşağı olduğunu göstərən analiz aparılmışdır. Riskin qiymətləndirilməsi nöqteyinəzərdən BKTY riski praktiki baxımdan əsaslandırılmış ən aşağı səviyyədə hesab edilmişdir. 12.2.2 Təhlükəsizlik riski üzrə nəticələr və müzakirə Nəticələrin modelləşdirilməsi üsulları (Proses Təhlükələrinin Analiz Proqram Vasitəsi (PHAST) və BP şirkətinin Cirrus proqram təminatı) yerə basdırılmış 48 diametrlik CQBKG borusunda 75 mm diametrlik dəlikdən və alternativ olaraq, yerə basdırılmış 48 diametrlik CQBK borusunun tam yarılmasından sızan qazın alışması zamanı termal şüalanma konturlarının proqnozlaşdırılması üçün istifadə olunmuşdur. 75mm-lik dəlik boru kəmərində korroziya ilə əlaqədar yaranan iri dəliyin nəticəsində yarılmadan əvvəl sızma ssenarisi nin nümunəsi sayılır. Cədvəl 12-5-də tam yarılma və 75mm diametrlik dəlikdən sızma nəticəsində əmələ gələn qaz alovunun alışması 6.3kVt/m 2 və 12.5kVt/m 2 və 35kVt/m 2 termal şüalanma konturları üzrə məsafə verilmişdir. Cədvəl 12-5: Torpağa basdırılmış yüksək təzyiqli boru kəməri üçün termal şüalanma konturları Diametr 48" CQBKG Sızmanın ölçüsü (mm) Alovun uzunluğu (m) Şüalanma konturları (boru kəmərinin hər iki tərəfində, m) 35kVt/m 2 12.5kVt/m 2 6.3kVt/m 2 BKTY 385 200 440 650 75 mm 73 43 90 130 Boru kəmərinin təklif olunmuş əlavə hissəsi, ümumiyyətlə, (mövcud CQBK ilə eyni olaraq) Yerləşmə 1, Bölmə 2 boru kəmərinə uyğun olaraq layihələndirilmişdir və təhlükəsizlik əmsalı 0,72 və divarın nominal qalınlığı isə 16,7mm olacaqdır. Bununla belə, CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında Azərbaycanda bütöv CQBKG marşrutu boyu boru kəmərinin əhəmiyyətli uzunluqlarının Yerləşmə 2 və ya 3 kimi təyin olunması Cədvəl 12-4-də göstərildiyi kimi boru kəmərinin bu hissələrində divarın qalınlıqlarının artması ilə nəticələnmişdir (azaldılmış layihə əmsalı divarın qalınlığının artması ilə nəticələnmişdir). Bu artırılmış divar qalınlığı ilə boru kəmərinin daha az dağılmaya məruz qalacağı hesab olunur. 75mm-lik sızma dəliyinin ən əlverişsiz ssenaridə baş verəcəyi gözlənilir və Cədvəl 12-5-də göstərildiyi kimi personalın əsaslandırılmış şəkildə xilas ola biləcəyi səviyyəyə (6.3kVt/m2) azalanadək şüalanma konturu boru kəmərindən təxminən 130m məsafəyə çatacaqdır. Boru kəmərinin və onun təklif olunmuş əlavə hissəsinin diametrində dəyişiklik CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında qiymətləndirilmiş ümumi risk səviyyələrində dəyişikliyə səbəb olmur. BTC, CQBK, QİBK və CQBKG boru kəmərlərinin birlikdə nəzərdən keçirilməsi ümumi risk səviyyələrini azacıq artırır. Lakin hətta CQBKG borularının tətbiqi ilə belə risk səviyyələrinin həddindən artıq aşağı olması hesab olunur. Boru kəmərləri arasında məqsədəuyğun məsafəsinin tətbiqi ilə boru kəmərində baş verən qəzaların kəmər sahəsində yerləşən qonşu boru kəmərinə yayılması ehtimal edilmir. Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-4

12.2.3 Ara məsafələri 12.2.3.1 Boru kəməri Nəzərdə tutulan 48 diametrlik CQBKG marşrutu kəmər sahəsi dəhlizinin sağ tərəfindən aparıldığı zaman CQBK qaz boru kəməri, sol tərəfdən aparıldığı zaman isə BTC neft boru kəməri ilə yanaşı olur. CQBKG boru kəməri ilə mövcud boru kəmərlərinin biri arasında minimum tövsiyə olunan məsafənin müəyyən olunması üçün Beynəlxalq Boru Kəmərləri Tədqiqat Şurasının iki modelinin, BP modelinin nəticələrinin və bənzər boru kəmərlərində baş vermiş qəzalarla bağlı sənaye göstəricilərinin müqayisəsi ilə modelləşdirmə tədqiqatı aparılmışdır. Modellər 90 bar izafi təzyiq altında işləyən CQBKG borusunda bütöv diametri boyunca tam en kəsiyi yarılması simulyasiya etmişdir (bu ən əlverişsiz ssenaridir və Bölmə 12.2.1-də müzakirə olunan layihənin təsiri azaltma tədbirləri ilə əlaqədar belə halın baş verməsi ehtimalının çox aşağı olduğu hesab olunur). Modelləşdirmə belə partlayış kraterinin qonşu boru kəməri üçün təhlükə yaradacağı və bununla potensial olaraq bütövlüyün itirilməsinə səbəb ola biləcəyi, yaxud termal şüalanmanın qonşu boru kəmərinə təsir edəcəyi barədə hesablamaları təmin etdi. Modelləşdirmə nəticələrinə əsasən, BP modeli əsasında yaradılmış ən geniş krater radiusu 15,2m olmuşdur. Bu ən əlverişsiz ssenarini nümayiş etdirir (yəni kraterin radiusu PRCI modelinin yaratdığı radiusdan və faktiki tarixi göstəricilərdən böyükdür). CQBKG və CQBK/BTC arasında 20 m minimum ara məsafəsi tətbiq olunur. Kəsişmələrdə əlavə işə nəzarət tədbirləri tətbiq olunacaqdır (D11-04). CQBKG kəməri BTC kəmərinin yanından keçdikdə 48 boru kəmərinin düzülməsi və çəkilməsini həyata keçirmək üçün faktiki aralıq məsafə təxminən 36m olacaqdır (CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında Şəkil 12-3-ə baxın). Qeyd olunmalıdır ki, boru kəmərində partlayışın nəticəsində kraterin ölçüsü (maye sərfinin deyil) təzyiqin funksiyasıdır və buna görə, işçi təzyiq 90 barg təzyiqdə və ya ondan aşağıda qaldıqda, boru kəmərinin CQBK ilə əlaqədar hissəsi ilə əlaqədar risk dəyişmir. İndi nəzərdə tutulan CQBKG boru kəməri marşrutunun Azərbaycanda mövcud BTC, CQBK və QİBK boru kəmərləri ilə tam və ya qismən kəsişdiyi 12 nöqtədən keçəcəyi gözlənilir. CQBKG boru kəmərinin yeraltı xətlər və ya boru kəmərləri ilə kəsişdiyi yerlərdə xəndəksiz kəsişmə üsullarından istifadə olunacaq. Kəsişmələrdə tətbiq ediləcək layihələndirilmiş təsirazaltma tədbirləri CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 12.2.3 bölməsində təsvir edilən kimi qalmaqdadır. 12.2.3.2 Pazlı siyirtmələr Pazlı siyirtmələr (BVR) texniki xidmət işlərinin yerinə yetirilməsi və ya qəza hallarına cavab tədbiri zamanı boru kəmərinin müəyyən sektorlarının qalan hissədən təcrid olunmasına imkan yaradır. CQBK boru kəmərində bir BVR-dən digərinə qədər olan məsafə aşağıdakıları nəzərdə tutan ASME B31.8 (2007) standartına uyğun risk əsaslı yanaşmadan istifadə olunmaqla müəyyən edilmişdir: Texniki xidmət prosesində sistemə təmizlənmə üçün təzyiq vurulması, sızma və ya dağılma zamanı buraxılması ehtimal olunan qaz həcmi Boru kəmərinin təcrid olunmuş sektorunda sistemə təmizlənmə üçün təzyiq vurulmasına tələb olunacaq vaxt müddəti Qaz sızması sahəsində mümkün təsir. CQBKG sisteminin maksimum yol verilən işçi təzyiqi (90 barg) CQBK sistemi ilə eyni olacağına görə, riskin qiymətləndirilməsi zamanı belə nəticə əldə edildi ki, təklif olunan CQBKG BVR-ləri arasında maksimum məsafə CQBK BVR-lərinə tətbiq olunan məsafə ilə eyni olsun (CQBK BVR-ləri bir-birindən orta hesabla 77km məsafədə qurulmuşdur). Eyni zamanda, qərara alındı ki, nəzərdə tutulan CQBKG BVR-lərinin mövcud BTC və CQBK BVR-ləri ilə yaxın yerləşdirilməsi daha məqsədəuyğundur. Bununla, onların qurğuları Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-5

birlikdə istifadə olunur və yeni BVR-lər üçün tələb olunan əlavə torpaq sahəsi ilə bağlı kumulyativ ətraf mühit təsirləri azaldılır. Beləliklə, Azərbaycanda KG78, KG152, KG227, KG298 və KG386 məntəqələrində (CQBK-nin kilometr göstəricilərində) mövcud CQBK və BTC pazlı siyirtmələrə yaxın avtonom pazlı siyirtmələr olacaqdır. Bundan sonra CQBKG pazlı siyirtmələrində baş verə biləcək irimiqyaslı qəzaların CQBK və ya BTC boru kəmərində olan pazlı siyirtmələrə təsir etmə mümkünlüyünü qiymətləndirmək üçün riskin təhlili aparılmış və boru kəmərinin təklif olunmuş əlavə hissələrinin və boru kəmərinin diametrindəki fərqin nəzərə alınması üçün pazlı siyirtmə stansiyalarında boru kəmərləri arasında məsafənin müəyyən olunması məqsədi riskin təhlilinə dair məlumatlar yenilənmişdir. Təhlilin nəticəsi CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında müzakirə edilmişdir və təklif edilmiş dəyişikliklərin təsirinə məruz qalmamışdır. Nəticələrə görə pazlı siyirtmə sahələrində 48" CQBKG boru kəməri ilə 42" CQBK boru kəməri arasında və CQBKG bağlayıcı sürgüləri və BTC/CQBK bağlayıcı sürgüləri arasında ən azı 28m (D11-05) məsafə olmalıdır. Bununla belə, pazlı siyirtmələri bir-birindən əlavə ayırmaq üçün CQBKG və boru kəmərinin arasında lokal ara məsafəsi 40m-ə qədər artırılmışdır. 12.2.4 Boru kəmərinin mühafizə zonaları Tikinti işlərinin aparılmasının qadağan olunduğu və ya məhdudlaşdırıldığı və layihə heyətinin tikinti işlərinə başlamazdan əvvəl boru kəməri operatorları ilə məsləhətləşməli olduqları zonalar boru kəmərinin təklif olunmuş əlavə hissələrinin və boru kəmərinin diametrində dəyişikliyin təsirinə məruz qalmır və CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında təqdim edilmişdir. Bu zonalar boru kəmərinin əlavə hissələrinə tətbiq edilir. 12.2.5 Tektonik qırıma zonaları ilə kəsişmələrdə təsirlərin azaldılması Nəzərdə tutulan boru kəməri Azərbaycanda geoloji qırılma xətlərinin nəzərə alınması ilə layihələndirilmiş CQBK/BTC boru kəməri dəhlizi ilə aparılacaqdır. CQBKG Layihəsi çərçivəsində qırılmaların müəyyən olunması prosesinin nəticələrinin, potensial dağılma zonalarının və qırılmaların xarakteristikasının müəyyən olunması üçün iş üsullarının təsdiqlənməsi məqsədi ilə mövcud CQBK boru kəməri üzrə fəal qırılma kəsişmələri nəzərdən keçirilmişdir. Layihənin layihələndirməsindəki dəyişikliklərdən sonra təklif olunmuş CQBKG marşrutu hazırda CQBK KG23-də (CQBKG KG0) başlayır və aşağıdakı qırılmalar ilə kəsişir: Tektonik qırılma zonası (palçıq vulkanı qırılması) CQBKG KG1.1 Hacıqabulda CQBK KG26.9 və KG27.9-da iki qırılma. Boru kəməri xəndəyinin qırılmalar ilə kəsişən hissəsi trapesiya formasında qazılacaq, geotekstil altlıq döşəmə qatı, boş, fraksiyalara ayrılmış doldurucu materialla doldurulacaqdır (D5-006). Bu potensial seysmik hadisə zamanı boru kəmərinin qrunt səthində sərbəst və qeyri-məhdud hərəkətinə imkan verəcək və yarılmaya səbəb olan halların qarşısını alacaqdır. 12.3 Təsirin əhəmiyyətinin qiymətləndirilməsi 12.3.1 Planlaşdırılmamış halların potensial təsirləri: Tikinti CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 12-ci fəslində təsvir edilən tikinti ərzində boru kəmərinin təklif edilmiş əlavə hissələri planlaşdırılmamış hadisələrin təsirlərini dəyişmir. Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-6

12.3.2 Planlaşdırılmamış hadisələrin potensial təsirləri: Boru kəmərinin istismarı Boru kəmərində nasazlıq Əvvəllər boru kəmərinin bütövlüyünün pozulduğu və sızan qazın alışma mənbəyi taparaq alışması və partlaması halları zamanı aşağıda göstərilən mümkün nəticələr baş vermişdir: Sızmanın mənbəyinə yaxın yerlərdə kraterin yaranması Alov kürəsi Kraterin ətrafındakı torpaq sahəsinin yanması Yanğının bitki aləminə, ağaclara, məhsullara və binalara potensial zərər yetirdiyi geniş ərazi Partlayışdan yaranan səs-küyün daha geniş ərazidə sakinlər üçün mümkün zərər və ya narahatçılıq yaratması İstixana qazlarının atmosferə buraxılması. 48 diametrlik boru kəmərinin tam yarılmasından ibarət çox az ehtimal olunan hadisə zamanı sızma nöqtəsinin daha kiçik diametrə malik olması ilə əlaqədar olaraq, yuxarıdakı nəticələrin potensial əhəmiyyəti 56 diametrlik boru kəməri ilə əlaqədar nəticələrin əhəmiyyətindən az ola bilər. 48 diametrlik boru kəməri üçün riskin qiymətləndirilməsinin nəzərdən keçirilməsindən sonra hiss olunmuşdur ki, boru kəmərinin diametrinin azaldılması ümumi təsirlərə əhəmiyyətli təsir göstərmir və 48 diametrlik boru kəməri üçün hadisənin baş vermə ehtimalı dəyişmədən qaldığına görə boru kəmərinin diametrinin azaldılması riskin ümumi səviyyəsinə təsir göstərməmişdir. Bu nəticələr CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında müzakirə edilmişdir. Hadisənin baş verməsi nəticəsində atıla bilən istixana qazlarının həcmində azacıq azalma vardır. Ümumiyyətlə, Azərbaycanda CQBKG boru kəmərinin pazlı siyirtmələri arasında maksimum məsafə təxminən 77km təşkil edir, ona görə də, boru kəmərinin tam yarılması kimi nadir hadisə baş verdikdə havaya buraxılacaq maksimum qaz sızması 7,700 ton boru kəməri qazına və ya 200,000 ton CO2eq qaza bərabər olacaqdır. Havaya buraxılmış qaz alışarsa, emissiyalar təxminən 25,000 ton CO 2 təşkil edəcəkdir. Yenə də belə azalma potensial təsirin əhəmiyyətinin qiymətləndirilməsinə təsir göstərməmişdir. Çay kəsişməsinin açılması Boru kəmərinin təklif edilmiş əlavə hissələrinin və ya boru kəmərinin diametrində dəyişikliyin nəticəsində basdırılmış boru kəmərinin çay kəsişməsinin açılmasının təsiri dəyişməz qalır və CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında müzakirə olunur. 12.4 Riskin qiymətləndirilməsi Cədvəl 12-6-da planlaşdırılmamış hadisələr ilə əlaqədar mümkün risklərin qiymətləndirilməsi verilir. Boru kəmərinin təklif olunmuş əlavə hissələri və ya boru kəmərinin diametrində dəyişiklik CQBKG üzrə ƏMSSTQ sənədinin son variantında təqdim edilən qiymətləndirmədə dəyişikliyə səbəb olmamışdır. Məsələ Cədvəl 12-6: Planlaşdırılmamış hadisələrin təsirinin və ehtimalının qiymətləndirməsi təsirlər Təsirin əhəmiyyəti hadisənin ehtimalı Hadisə: Boru kəmərində partlayış ilə nəticələnən qaz sızması Termal İcmanın Çox yüksək A30 şüalanmaya 5 təhlükəsizliyi məruz qalma Təsirazal tma D11-02, D11-03, D11-04, Qalıq hadisə ehtimalı Qalıq risk 3 Orta Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-7

Məsələ A4 A8 A3 A17 A32 A35 A25 A31 A23 Qrunt strukturunun itkisi Vizual müdaxilə Torpağın eroziyası Təbii mühitin itkisi Kənd təsərrüfatı torpaqlarının itkisi Üçüncü tərəflərin infrastrukturun a zərər Səs-küy İcmanın sağlamlığı Qazların atmosferə buraxılması təsirlər Kraterin yaranması Görünən alov kürəsi Torpağı yanmış hissələrində torpaq örtüyü götürülmüşdü Bitki aləminə yanğından zərər Əkinə zərər Binalara zərər Əsas qəzaların səs-küy müdaxiləsi Ətraf icmalarda sakinlərin narahatlığına səbəb olma İstixana qazlarının buraxılması Təsirin əhəmiyyəti C3 Orta B2 B3 -orta A2 B3 B2 C5 Yüksək C4 Orta hadisənin ehtimalı Təsirazal tma D11-05, D12-02, D12-03, D5-001, D-5010, D5-011, D5-034, 4-14, 36-02, OP20, OP121, OP123, OP124, OP125, OP128, OP129, OP130, OP131, OP132, OP133, OP136, OP140, OP143, X5-17, 32-07 Qalıq hadisə ehtimalı Qalıq risk Orta 12.5 Təsirazaltma tədbirləri Planlaşdırılmamış hadisələr üçün azaltma tədbirləri dəyişilmədən qalmışdır və ümumilikdə, aşağıdakılardan ibarətdir: Planlaşdırılmamış hadisələrin təsirlərinin və onların baş vermə ehtimalının məhdudlaşdırılması məqsədi daşıyan layihə tədbirləri Planlaşdırılmamış hadisələrin baş vermə ehtimalını azaldan, lakin baş verən zaman onların təsirlərinə müdaxilə etməyən əməliyyat monitorinq tədbirləri, və ya Təsirə məruz qalan sahəni və ya təsirin davam etmə müddətini məhdudlaşdıran əməliyyat cavab tədbirləri. Sözügedən təsirazaltma tədbirləri CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 12.5 bölməsində tam müzakirə edilir və aşağıda yalnız əlavə və ya düzəliş edilmiş təsirazaltma tədirləri təsvir edilmişdir. 12.5.1 Layihəyə daxil edilmiş təsirazaltma tədbirləri Planlaşdırılmamış hadisənin baş vermə ehtimalını azaltmaq üçün bütövlükdə CQBKG boru kəmərinin layihəsinə daxil edilmiş bir sıra eyni tədbirlər CQBKG Layihəsinin Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-8

layihələndirməsindəki dəyişikliklərə də daxil edilmişdir. Əraflı məlumat üçün CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 12.5.1 bölməsinə istinad etməyiniz xahiş olunur. 12.6 Qalıq risk Ümumi qiymətləndirilmiş qalıq risk boru kəmərinin diametrinin 56 -dən 48 -ə dəyişdirilməsinin və boru kəmərinin əlavə hissəsinin təsirinə məruz qalmayacaqdır və ümumiyyətlə, planlaşdırılmamış hadisələr zamanı icmanın sağlamlığı və təhlükəsizlik ilə bağlı risklər orta əhəmiyyətə malik olmaqla, qalıq risk aşağı əhəmiyyətlidir. Qalıq risklərə dair tam müzakirə üçün CQBKG üzrə ƏMSSTQ sənədinin son variantının 12- ci fəslinə müraciət etmək olar. Təhlükələrin təhlili və riskin qiymətləndirilməsi 12-9