Mühazirə 1.2. : MsExcel TPS-in interfeysilə ilk tanışlıq

Benzer belgeler
İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Ana kart (Motherboard)

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

GPS AVTOMOBİL İZLƏMƏ SİSTEMLƏRİ və NƏQLİYYAT VASİTƏLƏRİNİN İDARƏ EDİLMƏSİ

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Microsoft Access. Fakültə: Qrup: Kafedra müdiri: Müəllim: Tələbə:

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Marketinq. Mehdiyev Əkbər

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

CMD (COMMAND PROMPT) pəncərəsinin əmrləri

Sistem inzibatçıları üçün təlimat

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Acronis True Image Home 2012

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

İNFORMATIKA FƏNNININ PREDMETI KOMPÜTERIN QURĞULARI...

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Mühazirə: Microsoft Excel cədvəl redaktorunda verilənlərin formatları

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Texniki Universiteti LABORATORİYA İŞİ 3

Zeynalova Sevinc III kurs

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«AZƏRBAYCAN HAVA YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI. Aerokosmik informasiya sistemləri

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

haqqında ətraflı məlumat

Bu sənəd Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırlanmışdır və məqsədi ACOS5 sim-sized və ACR38T-D1 USB smart kart oxuyucusu ilə iş

REFERAT. Azərbaycan Respublikası Təhsil Naizrliyi Azərbaycan Dövlət Texniki Universiteti. Kompyuter təhlükəsizliyi. Kompyuter mühəndisliyi

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

MÖVZU:Kompüterlər arasında qarşılıqlı fəaliyyətin yaradılmasında istifadə olunan protokollar stekləri

Vahid rüblük hesabat TƏLİMAT

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞLƏRİNİN QEYDİYYATA ALINMASI VƏ BU BARƏDƏ İŞƏGÖTÜRƏNƏ MƏLUMATIN VERİLMƏSİ XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ METODİKİ GÖSTƏRİŞLƏR

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

2014-cü ilin üçüncü rübünün nəticələri

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

BlackBerry ID Sazişi

Istifadəçi Təlimatı Nokia Lumia 925

1616 az-s Düz cavab a) variantı. 1. #1616#01#01#01 Müasir hesablama və informasiya hesablama sistemlərinin

GİRİŞ SQL Verilənlər Bazası İdarəetmə Sistemləri: SQL verilənləri tanitma dili Əsas verilən tipləri:

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

4. Xarici yaddaş qurğuları

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

Səth Su Keyfiyyətinin Monitorinqi. Qərar Qəbul Edən Tərəflər üçün Rəhbər Sənəd

İnformasiya məhsullarını Beynəlxalq bazarı

Рamin МАЩМУДЗАДЯ Иsmayıl SADЫQOV Naidә ИSAYEVA

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Nisbətin düstura görə seçilməsində hansı müqayisə əməliyyatlarından. Nisbətin düstura görə seçilməsində hansı məntiqi əməliyyatlarından

Istifadəçi Təlimatı Nokia Lumia 1020

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

DATA MİNİNG-onun tətbiq sahələri

Istifadəçi Təlimatı Nokia Lumia 625

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təqdimat Kataloqu 2018

Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

2 Tağların kəmər çevrəsinə görə əsas növləri aşağıdakılardır: A) boşluqlu

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Istifadəçi Təlimatı Nokia Lumia 720

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Istifadəçi Təlimatı Windows Phone 10 Mobile ilə Lumia

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

KURS İŞİ. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

İBTIDAI SINIFLƏRDƏ RIYAZIYYAT TAPŞIRIĞI ÜZRƏ KARTOÇKALAR. İstifadə təlimatı

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

İctimai təşkilatlar yeni media dövründə. Necə faydalanmaq olar?

Transkript:

Fənn: Müasir proqramlaşdırmanın əsasları: Excel&VBA I hissə Müəllif: Etibar Məmmədəli oğlu Axundov Fakültə: Riyaziyyat və İnformatika İxtisas: İnformatika müəllimliyi Kafedra: Hesablama riyaziyyatı və informatika Təhsil pilləsi: Bakalavr Mühazirə 1.2. : MsExcel TPS-in interfeysilə ilk tanışlıq Plan 1. Giriş 2. Menyu paneli 3. Alətlər panelləri 4. Kontekst menyu paneli 5. Excel obyektləri: işçi kitab, vərəq, sütun, sətir, xana 6. Xanaya bağlı düstur sətiri 1.2.1. Giriş Microsoft şirkətinə məxsus Office paketindəki ən çox istifadə olunan, geniş imkanlarına görə hesablama məsələləri ilə məşğul olan qeyri-kompüter mütəxəsislərinin (iqtisadçılar, maliyyəçilər, statistiklər, sosioloqlar və d. mütəxəssis qrupları) sevimli tətbiqi proqram sistemi Excel cədvəl prosessorudur. Şəkil 1. MsExcel TPS-nin Start menyu sistemindən yüklənməsi Eyni zamanda MsOffice-də Excel&VBA proqramlaşdırmanı öyrənmək və ümumi xarakterli TPS-i yaratmaq üçün də ən əlverişli mühitdir. Beləki, bir çox proqramçılar Excel&VBA vasitəsilə həm real 1, həm də imitasiya 2 xarakterli tətbiqi məsələləri bu mühitdə həll etməyə üstünlük verirlər. MsExcel TPS-ni Start + Microsoft Office + Microsoft Office Excel 2003 düymələrini ardıcıl sıxmaqla yükləmək olar. Bundan başqa MsExcel-in yarlığını iş stoluna (Desktop) və ya sürətli yükləmə () sətrinə əlavə etməklə daha asan üsulla yüklənməni təmin etmək olar. Bütün hallarda seçilmiş TPS-in yüklənmə qaydasını istifadəçi müəyyən edir. 1 Hesablama xarakterli və yüksək sürət tələb etməyən tətbiqi məsələlər. 2 İri həcmli kompleks məsələlər üçün optimal alqoritmlərin yaradılması və testləşdirilməsi üçün istifadə olunur. Sonradan bu alqoritmlər digər AD-də realizə olunur. Bu metod əsasən qısa vaxtda realizə olunmalı proqram təminatının hazırlanmasında istifadə olunur. 1

Excel TPS yüklənən zaman monitorda aşağıdakılar görünəcək: Burada Sərlövhə sətri(1). Burada sistemin loqotipi, kitabın adı, pəncərənin idarəetmə düymələri yerləşir 3. Menyu paneli(2). Sistemin bütün funksional imkanları kateqoriyalar şəkilində burada yerləşdirilib. Alətlər panelləri(3, 4, 7). Şəkil 2-də Standart paneli 4 (Ümumi xarakter daşıyan rejimləri özündə saxlayan panel) və Formatlaşdırma paneli (Excel-in obyektlərini formatlaşdırmaq üçün nəzərdə tutulmuş rejimləri özündə saxlayan panel), İşə başlamaq alt-paneli 5 (Excel proqramı faylsız yüklənərkən, istifadəçiyə yardım etmək üçün nəzərdə tutulmuş panel) Şəkil 2. MsExcel sisteminin ümumi görünüşü və strukturu görünür. Sonradan digər alətlər panellərinidə qoşmaq/ayırmaq olar. Aktiv xananın ünvanı (5). Aktiv xananın sütun+sətr şəkildə koordinatını göstərir və ya buradan aktivləşdirmək istədiyimiz xananın koordinatını daxil edə bilərik. Düstur sətiri(6). Xanaya düstur yerləşdirmək və ya mövcud düsturu görsətmək üçün istifadə olunur. Xana(8). Excel-in ən əsas obyekti olub, müxtəlif verilənləri özündə saxlamaq üçün istifadə olunur. Faktiki Excel proqramı ilə iş bu xanalar üzərindəki işdir. o Hər bir işçi vərəqində 65536x256 xana var. o Hər xana 64 Kb informasiya saxlaya bilər. Kitab vərəqi(9). Excel-in əsas obyekti olub, xanalardan ibarətdir. Vərəqlərin sayı kompüterin yaddaşı(operativ və xarici) ilə məhdudlanır. İnformasiya sətri(10). Yerinə yetirilən rejimlər, klaviaturun vəziyyəti və s. haqda informasiyalar yerləşir. İndi isə Excel TPS-ə aid olan obyekt və panellərlə daha yaxından tanış olaq. 1.2.2. Menyu paneli Excel TPS-in bütün funksional imkanlarını əhatə edən rejimlər menyu panelinin kateqoriyaları üzrə cəmləniblər. Mouzu hər hansı menyu kateqoriyasının üzərinə gətirən zaman, bu kateqoriyada olan rejimlər 3 Excel pəncərəsilə iş qaydaları Windows ƏS-nin digər TPS-dən fərqlənmir. 4 Digər ofis proqramlarında olduğu kimi Excel-də çoxlu müxtəlif alətlər panelləri mövcuddur. Bunların 2-si Standar və Formatlaşdırma sükuta görə aktiv, digərləri isə qeyri-aktivdir. İstifadəçi görülən işdən asılı olaraq istədiyi alətlər panelini aktivləşdirə bilər. 5 Bu alt-paneldən MsOffice proqramları ilə bağlı İnternetdən OnLine dəstək əldə etmək, mövcud kitabları açmaq və ya yenisini yaratmaq, TPS-in HELP alt-sistemindən istifadəçini maraqlandıran suallara cavab tapmaq olar. Bu alt-panel Məsələ alətlər panelinə daxildir. 2

görünürlər. Bu rejimlər ya bir başa yerinə yetirilən alt-sistemlərdir, ya da müəyyən rejimləri özündə saxlayan alt-kateqoriyadır. Şəkil 3-dən göründüyü kimi Menyu panelinin Edit kateqoriyasında aşağıdakı rejim və alt-kateqoriyalar cəmlənib: Şəkil 3. Menyu panelinin Edit kateqoriyası Aktiv Cut, Copy, Office Clipboard..., Paste, Paste Special..., Delete..., Find... və passiv Can`t Undo, Links... bir başa yerinə yetirilən rejimlər (alt-sistemlər), Fill, Clear isə müəyyən rejimləri özündə saxlayan altkateqoriyadır və burada cəmlənmiş rejimləri görmək üçün mouzun piktoqramını seçilmiş alt-kateqoriyanln üzərində saxlamaq kifayətdir. Links... rejimindən sonra gələn işarə Edit kateqoriyasında müvəqqəti görsənməyən rejim və alt-kataloqların olduğunu göstərir. 3-cü şəkildən göründüyü kimi bəzi rejimlərin sonunda 3 nöqtə (...) var. Bu, rejimin dialoq xarakteri daşıdığını göstərir. Yəni bu rejimlə işləyən zaman Excel istifadəçidən bəzi parametrlərin qiymətlərini dəqiqləşdirməsini/daxil edilməsini tələb edə bilər. Rejimlər qarşısında göstərilən digər işarələr isti düymələr 6 adlanır. Məsələn, Ctrl+C, Copy rejimini klaviaturun Ctrl və C düymələrini sıxmaqla yerinə yetirilmə imkanını göstərir. Yəni Copy rejimini, Menyu panelinin Edit kateqoriyasına daxil olmadan, Ctrl+C düymələrini sıxaraq yerinə yetirməyin mümkünlüyünü göstərir. edir. Çox istifadə olunan rejimlərə isti düymələrin qoşulması istifadəçinin daha sürətlə işləməsinə yardım 1. Excel-in Menyu paneli ilə bağlı əldə etdiyiniz bu bilikləri birə-bir Microsoft Office paketinin digər TPS-nə tətbiq edə bilərsiz. 2. Bəzi isti düymələr (Məsələn, Ctrl+C, Ctrl+X, Ctrl+V) artıq bir standarta çevrilib və əksər müasir TPS-də eyni funksiya daşıyır 1.2.3. Alətlər panelləri Microsoft Office paketinin bütün TPS-də alətlər panellərdən istifadə olunur. Bu əsasən TPS-in çox istifadə olunan rejimlərinə daha sürətli müraciət etmək üçün nəzərdə tutulmuş, Menyu panelinə alternativ olan imkandır. Bu səbəbdən alətlər panelindən TPS-nin bütün rejimlərinə müraciət mümkün deyil. Amma istifadəçi alətlər panelinə TPS-nin digər rejimlərini qoşa/ayıra bilər. Bundan başqa istifadəçi özəl alətlər paneli yaradaraq ora yalnız özü üçün maraqlı rejimləri qoşa bilər. Paneldə yerləşdirilmiş yarlıqların hansı rejimə aid olmasını 6 Hot keys 3

müəyyən etmək üçün mouzun piktoqramını həmin yarlığın üzərinə gətirmək kifayətdir. Rejimin adı dərhal görsənəcək. 1. Microsoft şirkəti öz TPS-də rejimlərlə işləmək üçün bir neçə alternativ vasitədən (menyu paneli, alətlər panelləri, isti düymələr, kontekst menyu) istifadə edir. Seçim istifadəçinin öhdəsinə buraxılır. 2. Mövcud və ya sonradan yaradılmış (istifadəçiyə məxsus) alətlər panellərini Excel-ə qoşmaq və ya ayırmaq üçün Menyu panelinin View kateqoriyasının Toolbars alt-kateqoriyasına keçməklə Excel-in alətlər paneli olan zolaqda kontekst menyunu 7 çağırmaqla istifadə etmək olar. Alətlər panelində piktoqram vasitəsilə inteqrasiya olunmuş rejimlər haqqında Menu panelində realizə olunmuş kateqoriyaları öyrənən zaman zəruri informasiyaları əldə edəcəyik. Indi isə Excel TPS-də realizə olunmuş bəzi alətlər panelləri və onların özəlliklərilə tanış olaq. Standart alətlər paneli Bu panel universal olub MsOffice paketinin bütün TPS-də var. Özündə əsasən Fayl, Edit kateqoriyaları üzrə rejimlərin yarlığlarını cəmləyib. Bundan başqa digər kateqoriyalardan da bəzi rejimlərin yarlıqları burada yerləşib. Onuda qeyd etmək lazımdır ki, bəzi interaktiv rejimlərin (Məsələn, File kateqoriyasına aid New rejimi) yalnız bir variantı burada öz əksini tapıb. Formatlaşdırma alətlər paneli Bu paneldə Excel TPS-in ən kiçik obyekti olan xanalar üzərində formatlaşdırma aparmaq üçün ən çox istifadə olunan rejimlərin yarlığları yerləşiblər. Aydındır ki, kitab/vərəq/xana obyektləri üçün formatlaşdırmaya aid digər rejimlərin yarlığlarını bu alətlər panelinə pqoşmaq və ayırmaq olar. Alətlər panellərinə Excel-in rejimlərini qoşarkən diqqətli olmaq lazımdır. Bunun üçün rejimə uyğun panel seçilməlidir. İstifadəçi panelləri istisnadır. Məsələ alərlər paneli Şəkil 2-də Məsələ (7) alətlər paneli digər panellərdən fərqlənir. Bu panel özündə Excel sisteminin bəzi kateqoriya və rejimlərinə bağlanan istinadları özündən saxlayaraq, istifadəçinin həll etdiyi məsələdən asılı olaraq özünü fərqli aparır. Onuda qeyd etmək lazımdır ki, bu alt-alətlər -in əksəriyyəti izafi xarakter daşıyır və bunlar alətlər panellər siyahısında yerləşiblər. Bu alt-alətlər -dən Excel Help, Clipboard alt-panellərindən istifadə edəcəyik. Bu alələrərə aşağıdakı alt-panellər inteqrasiya olunub: 7 Kontekst menyunu seçilmiş obyektin və ya sahənin üzərində mouzun sağ düyməsini sıxmaqla aktivləşdirmək olar. 4

Getting Started. İşə başlamaq alt-paneli. Excel faylsız yüklənəndə görsənir və istifadəçiyə ilkin işlərin təşkilində yardım etmək üçün nəzərdə tutulub. Help. Excel Help alt-sisteminin paneli. Search Results. Axtarış paneli. Clip Art. Vektor qrafikalı şəkillər kolleksiyası paneli. Research. Digər dillərdə Məlumat Kitablarının axtarılması, tərcümə paneli. Clipboard. Verlənlərin mübadiləsi buferi. Burada Office paketinin ixtiyari açıq TPS-də köçürülmüş/yeri dəyişdirilmiş (copy, cut vasitəsilə) obyektlərə istinadlar yerləşir. Bu istinadları sonradan Excel və ya Office paketinin digər TPS-nə yerləşdirmək (paste) olar. New Workbook. Yeni kitabın yaradılması paneli. Template Help. Help şablonu. İstifadəçi öz sistemləri üçün kömək sənədlərini Məlumat Kitablarını buradan daxil edə bilər. Xüsusi modul tələb etdiyi üçün, bu rejim əksər hallarda passiv olur. Shared Workspace. Ümumi iş sahəsi bir neçə istifadəçinin eyni bir İşçi kitab üzərində işini təmin edən alətlər paneli. Document Updates. Sənədlərin yenilənməsi. Əsasən Shared Workspace rejimində işləyən zaman ehtiyac əmələ gəlir. XML Source. İşçi kitabın istifadə etdiyi (əgər istifadə olunarsa) XML sənədin ilkin kodları. Visual Basic alətlər paneli Biz Excel mühitində VB/VBA AD vasitəsilə proqramlaşdırma ilə məşğul olacağıq. Bunun üçün Visual Basic alətlər panelini Excel interfeysinə qoşmaq lazımdır. Bu panel vasitəsilə biz həm makroslarla, həm də scriptlərlə işləmək imkanları əldə etmiş oluruq. Bu alətlər panelinin daim aktiv olması məqsədəuyğundur. Panel üzərinə yarlıqlar vasitəsilə inteqrasiya olunmuş rejimlər menyunun Tools kateqoriyasının Macro altkateqoriyasına aiddir. Aydındır ki, bu rejimlərə sürətli müraciət üçün Visual Basic alətlər panelindən istifadə daha əlverişlidir. Menyu vasitəsilə istifadə isə izafi vaxt sərfinə gətirib çıxarır. Bu fikirin doğruluğuna siz Excel&VBA mühitində real işləyən zaman əmin olacaqsınız. Proqramlaşdırma üçün nəzərdə tutulmuş digər alətlər panelləri 5

Control Box adlanan alətlər paneli Excel kitabının vərəqini visual proqramlaşdırmanın idarəetmə komponentlərinin platforması kimi istifadə etməyə imkan verir. Yəni bu komponenetləri bir başa vərəqə yerləşdirərək, onlara istifadəçi prosedur/funksiyalarını qoşmaq imkanları var. Control Box alətlər paneli həm alətlər paneli siyahisindən, həm də Visual Basic alətlər panelinin yarlığına qoşulmuş rejim vasitəsilə yandırılıb/söndürülür. Bu alətlər panelini çağırmaq üçün 2-ci üsuldan istifadə məqsədəuyğundur. Digər alətlər paneli isə Form adlanır. VB/VBA-da geniş istifadə olunan UserForm sinifinin komponentləri bu paneldə realizə olunub. Bu komponentləri də kitabın vərəqlərinin üzərinə yerləşdirmək mümkün olsa da, onların idarə olunmasında müəyyən çətinliklər ola bilər (yerlərinin, ölçülərinin dəyişdirilməsilə bağlı). Bu səbəbdən Excel kitabın vərəqinə idarəetmə komponentlərini düzərkən Control Box alətlər panelindən istifadə məqsədəuyğundur. İstifadəçinin alətlər paneli Qeyd etdiyimiz kimi, alətlər panellərindəki yarlıqlar müəyyən meyarlar əsasında yerləşdirilib. Bu alətlərə yarlıqlar əlavə etmək və ya silmək mümkündür. Bir çox hallarda istifadəçinin özəl alətlər panelinə ehtiyacı yarana bilər 8. Bunun üçün Customize interaktiv rejimi vasitəsilə yeni, boş alətlər paneli yaratmaq və ora həm Excel-in, həm də özəl prosedur/funksiyaların yarlıqlarını yerləşdirmək olar. Aşağıda Mənim panelim adı altında yaradılmış alətlər panelinə, 6 yarlıq yerləşdirilmişdir. Bu yarlıqlar (soldan sağa) aşağıdakı rejimlərə bağlanıblar: Salam - VBA-da yazılmış özəl prosedur/proqram. Bu düymə sıxılarkən monitora Salam proqramçı!!! cümləsi olan mətn qutusu çıxır. Web Preview Page File kateqoriyasının rejimi. Vərəqin internet səhifəyə eksportunun nəticəsinə baxmaq. Edit kateqoriyasının Clear alt-kateqoriyasının rejimləri. Bu rejimlər xanaların təmizlənməsinə xidmət edir. o Clear All o Clear Contents o Clear Formating o Delete/Clear Comment 8 Bu ehtiyac əsasən Excel mühitində işləyən proqramçılarda yarana bilər. 6

Digər alətlər panelləri haqqında Exceldə realizə olunmuş digər panellərlərdən, işdən asılı olaraq, tədricən istifadə edəcəksiniz. Bu panelləri öyrənmək və onlardan konkret işlərdə istifadə tələbələrin öhdəsinə buraxılır. 1.2.4. Kontekst menyu paneli Microsoft Office paketinə daxil olan əsas TPS-də kontekst menyu adlanan panellər realizə olunub. Kontekst menyu seçilmiş obyektlə işləmək üçün nəzərdə tutulmuş rejimləri özündə cəmləyir. Bu isə öz növbəsində istifadəçinin daha operativ və effektiv işləməsinə şərait yaradır. Aşağıdakı şəkillərdə Excel TPS-də 2 müxtəlif obyektdə hansı fərqli kontekst menyudan istifadə olunduğunu göstərir. Xanaya uyğun kontekst menyu Sheet1 vərəqinə uyğun kontekst menyu Göründüyü kimi fərqli obyektlərə fərqli kontekst menyular uyğundur. Kontekst menyunu yükləmək üçün mouzun piktoqramını seçilmiş obyektin üzərinə gətirmək və sağ düyməni sıxmaq lazımdır. TPS-in obyektlərilə işləmək üçün konteks menyudan istifadə bir çox hallarda menyu paneli, alətlər paneli və ya isti düymələr lə işləməkdən daha əlverişlidir. 1.2.5. Excel obyektləri: işçi kitab, vərəq, sütun, sətir, xana Biz Microsoft Office paketinin Excel 2003 TPS-ni öyrənirik. Bu TPS-in əsas obyektləri aşağıdakılardır: Kitab. Excel faylın məxsusi adı. Vərəq. Hər bir kitab vərəqlərdən təşkil olunub. Bir kitabdakı vərəqlərin maksimum sayı 255-dir. 7

Sütun. Hər bir vərəq 256 sütundan ibarətdir və hərflərlə işarələnib 9. 1-ci sütun A, 256-cı sütun IV kimi işarələnib. Sətr. Hər bir vərəq 65536 sətrdən ibarətdir və ədədlərlə işarələnib. Xana. Sütun və sətrlərin kəsişməsi xana adlanır. Bir vərəqdə 256 x 65536 = 16 777 216 xana var. Hər bir xana 64 Kb 10 informasiya saxlaya bilər. 1.2.6. Xanaya bağlı düstur sətiri Excel 2003 TPS-nin ən kiçik və ən əsas obyekti xanadır. Xanaya və oradakı informasiyaya nəzarət etmək üçün, Excel interfeysinə Düstur sətiri inteqrasiya olunub. Düstur sətiri nin əvvəlindəki sahədə aktiv xananın ünvanı görsənir. Düstur sahəsində isə ya xanaya yazılmış verilən və ya düstur/funksiya görsənir. Yuxarıdakı şəkildən göründüyü kimi hal-hazırda B2 xanası aktivdir və bu ünvan sahəsində öz əksini tapıb. Bundan başqa B2 xanasında 12 ədədi yerləşib və bu verilən həm xananın daxilində, həm də Düstur sətiri nin uyğun sahəsində görünür. Bu şəkildə isə C2 xanası aktivdir və bu ünvan sahəsində öz əksini tapıb. Bundan başqa C2 xanasında olan 24 ədədi müəyyən düsturla hesablanmış veriləndir. Bu düstur Düstur sətiri nin uyğun sahəsində görünür. =B2*2 düsturu B2 xanasının 2 mislini hesablayır və nəticə C2 xanasında görünür. Praktikum / Sərbəst araşdırma 1. Alətlər panellərini araşdırmaq və hansı işlər üçün istifadə olunması haqda avtoreferat hazırlamaq. 2. Excel 2003 və Excel 2007 interfeysləri arasında fərqləri göstərən avtreferat hazırlamaq. 3. Xananın formatlaşdırılması ilə bağlı bütün rejimləri özündə saxlayan yeni istifadəçi panelini hazırlamaq. 9 Excel-də R1C1 stili seçilərsə o zaman sütunlar ədədlərlə işarələnir. 10 Simvolların sayı ilə götürüldükdə 1024x64=65536 simvol (probeldə simvol hesab olunur) yerləşdirmək olar. Əgər A4 formatlı kağız vərəqə 80x30=2400 simvol yerləşərsə, onda Excel kitabın 1 xanasına təqribən 27 səhifə informasiya yazmaq olar. 8

Testlər 1. Excel - in loqotipi, kitabın adı, pəncərələrin idarəetmə düymələri yerləşir. A) Menyu panelində B) Sərlövhə sətirində C) Düstur sətrində D) Standart paneldə E) Alətlər panelində 2. Excel - in bütün funksional imkanlarını kateqoriyalar şəklində özündə nə saxlayır? A) Düstur sətri B) Formatlaşdırma paneli C) Sərlövhə sətri D) Menyu paneli E) Standart paneli 3. Excel - in ümumi xarakter daşıyan rejimlərini özündə nə saxlayır? A) İşə başlamaq paneli B) Sərlövhə sətri C) Düstur sətri D) Formatlaşdırma paneli E) Standart paneli 4. Excel - in obyektlərini formatlaşdırmaq üçün nəzərdə tutulmuş rejimləri özündə nə saxlayır? A) Sərlövhə sətri B) Standart paneli C) İşə başlamaq paneli D) Formatlaşdırma paneli E) Ünvan sətri 5. Excel - də aktiv xananın sütun + sətr şəklində yazılışı nə adlanır?. A) Formatlaşdırma paneli B) Düstur sətri 9

C) Standart paneli D) Aktiv xananın ünvanı E) Sərlövhə sətri 6. Excel - də xanaya düstur yerləşdirmək üçün nə istifadə olunur? A) Menyu paneli B) Xana C) Aktiv xananın koordinatı D) Düstur sətri E) Sərlövhə sətri 7. Yalnız faylsız yüklənmiş Excel - də aktiv panel/sətir hansıdır? A) Standart paneli B) Formatlaşdırma paneli C) İşə başlamaq paneli D) İnformasiya sətri E) Menyu paneli 8. Excel - in ən əsas obyekti olub, müxtəlif verilənləri özündə saxlayan nədir? A) İnformasiya sətri B) Düstur sətri C) Standart panel D) Xana E) Menyu paneli 9. Excel 2003 də bir işçi vərəqində neçə xana olur? A) 250 x 65530 B) 255 x 65535 C) 257 x 65537 D) 253 x 65533 E) 256 x 65536 10. Excel vərəqdəki bir xana nə qədər informasiya saxlayır? 10

A) 54 Kb B) 60 Kb C) 64 Kb D) 68 Kb E) 50 Kb 11