Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

Benzer belgeler
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Marketinq. Mehdiyev Əkbər

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

Bakı Tədris proqramı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsil Problemləri İnstitutu

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNEZ UNİVERSİTETİ

Məktəbəqədər Pedaqogika fənni üzrə

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MÜASİR ƏDƏBİYYATŞÜNASLIQDA ŞƏRQ-QƏRB KONTEKSTİNİN TƏDQİQİ

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ. Bakalavr hazırlığı üçün TURİZM MARKETİNQİ. kursunun TƏDRİS PROQRAMI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

İSMAYIL ŞIXLININ ƏDƏBİ TƏNQİDİ GÖRÜŞLƏRİ

MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ, QENDER ASPEKTİ

www. hedef. edu. az 2 ÜQT 2

1. Didaktika anlayışına verilən şərhlər

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

Azərbaycan dili və ədəbiyyat Proqram (bakalavr, Bakalavr

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ədəbiyyat dərsliyi

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.


Bakı Ali Neft Məktəbinin tələbələrinin HESABATLARIN YAZILMASI QAYDALARI ÜZRƏ TƏLİMAT KİTABÇASI

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

BAKÜ DE ULUSLARARASI ŞAH HATAYİ-SULTAN SELİM SEMPOZYUMU GERÇEKLEŞTİRİLDİ

Mirzə Ələkbər Sabirin həyatı

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Ədəbiyyatın əbədiyaşarlıq ünvanı

RG-6 və RG-8 kabelinin fərqi hansıdır? A)omeqa dəyəri B)uzunluğu C)Qalınlığı D)Rəngi E)Heç biri

İrina Nikitina POSTMODERNİST SƏNƏT. Birinci hissə: Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması

Biologiya tədrisi sisteminin formaları

ŞEİR ÇƏLƏNGİ (Türk Dünyası (yeni nəsil) şeir antologiyası)

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

PLAN

1. Standardizasyon ve Kalite. Orhan Küçük. Mart 2004 / 1. Baskı / 208 Səh.

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

İbtidai icma quruluşunun bölündüyü dövrlər. Bilet 1. Azığ mağarasında insanlar necə yaşayırdılar? İbtidai icma quruluşu dövründə cədvəlini doldurun.

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

ŞAHHÜSEYNOVA SEVİNC ASİF

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

OSMAN TÜRKAYIN POETİK İRSİ

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Politologiya Fənni Üzrə Kollokvium Suallarının Cavabları

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Sabancı Universiteti

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU PEDAQOGİKA TARİXİ. fənni üzrə P R O Q R A M

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

QRAMMATİK İNTERFERENSİYA HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ «VERGİ VƏ GÖMRÜK ƏMƏLİYYATLARININ UÇOTU» fənninin P R O Q R A M I

Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ədəbiyyat dərsliyi

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

BİU ZAQATALA ŞÖBƏSİ NƏŞRİ 03 İSLAM DÜŞÜNCƏSİ

II. Test imtahanının təşkili və keçirilməsi

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar İqtisadiyyat fakultəsi

Ülkər Bayramova

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

FOLKLORŞÜNASLIĞA GİRİŞ

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

BÖYÜK DƏCCAL Amerika

Azərbaycan fəlsəfəsinin sönməz günəşi Siracəddin Urməvi

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Vəli Əliyev. Qarabağ. (Qədim dövr)

EDİTÖR DEN. Aşk olsun böyle dostluğa ve kardeşliğe. Eşq olsun belə dostluğa. və qardaşlığa

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

Transkript:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Azərbaycan Müəllimlər İnstitutu Bakalavr hazrlığı üçün «Ədəbiyyat nəzəriyyəsi» fənninin P R O Q R A M I «HS 020200 Azərbaycan dili və ədəbiyyat» ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «---» bölməsinin «- ---» tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (protokol )

B A K I Tərtib edən: Vüqar Əhməd filologiya elmləri doktoru, professor Redaktor: Fikrət Xalıqov filologiya elmləri doktoru Rəyçilər: Elman Quliyev filologiya elmləri doktoru, professor İsgəndər Orucəliyev filologiya elmləri namizədi, dosent Nazilə Abdullazadə Azərbaycan Müəllimlər İinstitutunun baş müəllimi 2

İzahat vərəqəsi Filologiya fakültələrinin IV kurslarında «Ədəbiyyat nəzəriyyəsi»nin tədrisi yeni, yaradıcı yöndə davam etdirilir. Bədii ədəbiyyatdan istifadə edərkən faktlara, ədəbi metod, cərəyan, istiqamət və üslublara yeni fikir və düşüncə tərzi ilə yanaşılmalıdır. Artıq yaşadığımız XXI əsrin ideya-estetik tələbləri, ədəbi meyar və ölçüləri nəzərə alınmalıdır. 3

Yuxarı kurslarda tələblərin elmi-nəzəri səviyyələri əsas tutulur, zahirən təkrar təsiri bağışlayan bəzi mövzular daha dərindən, müasirliyin yeni meyar və ölçüləri ilə tipoloji axarda tədris olunur. Tələbələr filologiyanın əsaslarını ədəbiyyat nəzəriyyəsini hərtərəfli öyrənməyə istiqamətləndirilir. Və IV kurslarda saatlar belə bölünür: Bədii əsərləri öyrənmə metodları 2 saat. Bədii əsərləri öyrənmə metodları mifoloji nəzəriyyə, mədəni-tarixi metod, müqayisəli-tarixi metod, psixoloji məktəb, formal metod, sosioloji metod, strukturalizm. Bunların səciyyəvi xüsusiyyətləri pozitivizm fəlsəfəsi çərçivəsində yaranmalı. Mifoloji nəzəriyənin yaradıcılarının təhlildə müqayisəyə estetik görüşdə romantik konsepsiyaya əsaslanmalı. Onların inamında bədii yaradıcılığın əsası mifdir, süjet gəzəri və keçicidir. Xalqlar bir-birlərindən hazır süjet və bədii motiv götürürlər, müqayisənin bütün janrlara aid edilməsi, məzmun və süjetdə əsatir və törəməlik axtarılması. Mədəni-tarixi metodun əsas prinsipləri: İ.Tenin təbii elmlərin üsul və metodlarını ədəbi hadisələrə ttbiq etməsi; ədəbiyyatın predmetini insanın xarakterində, mənəvi-psixoloji aləmində axtarması; bədii yaradıcılıqda bəşəriliyə bioloji mövqedən yanaşması, tarixi inkişafın səbbini bədii ideya və ictimai psixologiya ilə əlaqəlndirməsi. Müqayisəli-tarixi metodun iqtibas nəzriyyəsi, ya da kompartivizm adlanması. Komparativistlərn bədii təsiri əsas olmaları, incəsənətin cəmiyyətdən, ictimai-siyasi mübarizədn ayırması. Psixoloji məktəbin avtobioqrafikliyi, müşahidəni, təsviri-emosionallığını, özünü tətbiq və özünü real dərki əsas olması. Sosioloji metodun növləri və onun ədəbiyyatı yalnız sinfi mövqedən öyrənməsi. Formal metodun mahiyyəti və məhdudluğu. 4

Bədii ədəbiyyatın spesifik xüsusiyyətləri 4 saat. Antik estetika ədəbiyyatın varlığı təqlidin və xarakter yaratmağın spesifikliyi. Söz sənətinin dünya xalqlarının təhkiyəsi, bəşərin bədii nitqi və varlığı universal inikası v dərk forması olması. Onun milli-tarixi inkişafı, ənənəsini və nrvator istiqamətini müəyyən inkişaf mərhələlərində yaratması: bədii hərəkətdə alınanda həyatın başqa sahələri ilə əlaqəsinin, yer və mövqeyinin görünməsi; bədii məntiq və mahiyyətin dərk və müşahidədən, canlandırma, fərdiləşdirmə, tipikləşdirmə və obraz yaratmaqdan ayrı olmaması, gerçəkliyin spesifik üsullarla sözlə, ricətlərlə, lövhələrlə, çırpıntı və surətlərlə ifadəsi. Yaradıcılıq prosesində ədəbi şəxsiyyətin əsas komponentlərinin dünyagörüşün, istedad, hiss və duyğuların iştirak etməsi; məzmunla formanın münasibətinin mütləqliyi və bunların bir-birinə keçməsi. İnkişafın incəsənətə təsiri, fərdi-bədii üslubların müxtəlifliyi, incəsənətin dövrün iqtisadi-siyasi həyatından, xalq mənəviyyatından kənarda qala bilməməsi; zamanın snətkarı yaradıcılıq axtarışlarına aparması. Onun fərdiyəti, dünyagörüşü, həyat mövqeyi və bədii yaradıcılığı. Bədii ədəbiyyatın söz sənəti, lövhə, mənzurə və obrazlarla düşünən sənət olması. Dil ədəbiyyatın «ilk ünsürü», «tikinti materiallarıdır». Sözlə lövhə, detal, mənzərə və obrazlarla fikir yaratmaq, təsir oyatmaq üsulları. Bədii əsərin pafosu; onun təzahürü və məzmun təsir müxtəlifliyi 2 saat. Poetik ideyanın canlı ehtiyac, güclü pafos olması; hər hansı poetik əsər pafosun məhsuludur. Pafosda sənətkarın ideyaya, onun təbii-bədii ifadəsinə məftunluğu; pafosun həyatın real, hissi emosional təhlilindən doğması. Dünyagörüşün, ədəbi təcrübənin və varlığı özünəməxsusluğu ilə təsviri məzmun-ideyaya pafosa təsiri. Pafosun fakta, əhvalatda gerçəkliyin təhlilində, ideya inamında olması, epik və dramatik əsərlərdə 5

pafosun tədricən, hadisələrin, surət və xarakterlərin inkişafında yaranması, əsərin strukturundan keçməsi, məzmun və formadan ayrı olması. Pafosun əsatir, əfsanə və nağılları və mərasim nəğmələrini daxilən hərəkətə gətirməsi; onun təzahür müxtəlifliyi: tragik pafos, qəhrəmanlıq pafosu, romantik pafos, satirik pafos. Tipilik problemi. Bədii obraz, tip və xarakter 4 saat. Tipikliyin estetik kateqoriya kimi hadisələrin ümumi, mühüm qanunauyğun tərəflərini və inkişaf proseslərini müəyyən etməsi. Tipikliyin onu doğurmuş şərait və zamanla bağlı olması. Tipikliyin tipik hadisələrin bədii obrazlar formasında düzgün inikasından ibarət olması. Eyni zamanda obyektiv gerçəkliyin rəngarəngliyi ilə, dərk etmə və təsvir ifadə imkanlarının tükənməzliyi ilə əlaqədar olması. Tipikliyin hadisələrin subyektiv, formalist təsvirinin səthi oxşarlığını əsas götürən naturalizmin əksinə olaraq, realist sənət bədii ümumiləşdirmə yolu ilə tipik və «həyatda hamı üçün maraqlı olanı» əks etdirməsi. Əhəmiyyətli həyat hadisələrinin bədii obrazlarda «qatılaşması» tipikləşdirmə, müəyyən tarixi dövrün adamlarının daha mühüm cəhətlərini konkret əks etdirən surətin ədəbi tip hesab olunması. Tipikliyin həyatda son dərəcə rəngarəng şəkildə özünü göstərməsi. Eyni bir ictimai tipin yazıçının ədəbiyyatda müxtəlif fərdi xarakterlərdə əks etdirməsi. Tipik obraz yaradarkən yazıçının prototipdən istifadə etməsi. Tipiklikdə bədii xarakteristikanın və portretin əhəmiyyəti. Tipiklik üçün qəhrəmann dünyagörüşü, aparıcı şəxslərin baxışları və əqidəsinin vacib şərtlərdən biri olması. Bədii ədəbiyyat prototip; prototipin tarixi şəxsiyyətin xəyal və təfəkkürə toxundurulması. Bədii əsərdə hər şeyin hadisələrin, peysaj, lövhə, detal və mənzərələrin, gülüşün və gülüşün üsullarının ümumiləşməsi. Bədii yaradıcılığın əsas qanunlarından olan tipikliyin bir problem halında dərki və onun nəzəri ümumiləşdirilməsi, həm ayrı-ayrılıqda, həm də bütöv konteksdə alınaraq qiymətləndirilməsi. Bədii obrazın insana məxsus olan tipik cəhətləri əks etdirərkən yalnız olmuş 6

hadis və faktların deyil, eyni zamanda hal-hazırda baş verən hadisələrin də mənasına diqqt yetirməyin meydana çıxarması. Sənətkarın yaradıcılıq fərdiliyi. Bədiiliyin meyarı 4 saat. İctimai həyatın ən mühüm chətləri parlaq surətdə ümumiləşdirən əsərlərdə bədiiliyin bütün şərtləri ilə özünü göstərməsi. Həqiqilik, inandırıcılıq, səciyyəvilik, fikir dərinliyi, məfkurə saflığı həyatın düzgün əksi dövrün qabaqcıl fikirlərinin tərənnümü ilə vəhdət təşkil etmsi. Bədiiliyin həyati estetik, obrazlı dərk və əks etdirmək forması olan spesifik xüsusiyyəti olması. Bədiilik sənət əsərinə xas olan keyfiyyətlərin mükmməl səviyəsinə qaldırılan məcmusudur. Məzmun və formanın vəhdəti, məhz hər iki tərəfin ahəngdarlığı əsərin yüksək bədiiliyi, onun həyat həqiqətinin inandırıcı təcəssüm etdirməsi üçün mühüm əsasdır. Bədiiliyin ümumiləşdirmənin inandırıcılığı və təsvirin həyatiliyi kimi müəyyən olunan həqiqəti kimi. Bədiiliyin meyarının anlayışı forma və məzmun vəhdəti prinsipinin əks etdirməsi. Sənətkarın yaradıcı fərdiliyinin metod, üslub, ədəbi cərəyan, dünyagörüşü, ictimai gerçəklik və s. mühüm nəzəri komponentlərlə bağlıdır. Yazıçının bioqrafiyasının həm fərdi, həm də ümumi, ictimai-estetik mənaya malik olması. Ədəbiyyatda fərdiliyin varlığı estetik mənimsəmə üsulu, aləmi bütün əlvanlığı ilə açmağa imkan verən bir vasitə olmalı. Sənətkarın yaradıcılıq fərdiliyinin formalaşmasında zamanın estetik tələblərinin mühüm rol oynaması. Eyni həyat hadisəsinin müxtəlif sənətkarlar tərəfindən müxtəlif bədii qiymət alması. Yaradıcılıq fərdiliyinin ədəbiyyatın spesifikliyi ilə bağlılığı: onun ədəbi fərdiyyətin dünyagörüşü, təcrübə və istedadını, müşahidə aparmaq, faktı seçmək, əhvalatın iştirakçısı olmaq, zamanın tələbləri səviyyəsində dayanmaq, həyatı ifadə ed bilmək bacarıq və imkanını ifadə etməsi. 4 saat. Ədəbiyyatın inkişaf qanunauyğunluğu xəlqilik, ənənə və novatorluq 7

İncəsənətin tədricən milli özünəməxsusluq qazanması, ədəbi inkişafın əsrləri əhatə etməsi. Hər bir dövrün müvafiq olaraq mövzular meydana çıxarması. Zamanın ədəbiyyatın süjet və konfliktlərinə mühüm təsir göstərməsi. Bədii əsərlərin ideya tematik məzmunu ilə bağlı olaraq bədii təsvirin üsul və priyomlarının dəyişməsi, müxtəlif növ və janrlar yaranması, müxtəlif üslublar, ədəbi cərəyanlar, yaradıcılıq metodlarının əmələ gəlməsi. Tarixi inkişafın müəyyəni mərhələlərində ədəbiyyatın ideya-estetik yaxınlığı. Hər hansı bir xalqın ədəbiyyatın təsiri ilə yox, özünün qanunauyğyn inkişaf v milli ənənəsini yarada bilməsi. Milli ədəbiyyatda ədəbi proseslərin, istiqamət, cərəyan və inkişaf mərhələlərinin xronoloji ardıcıllıqla və eyni dövrdə yaranmaması. Ədəbiyyatın bir mərhələsinin digər mərhələsi ilə əvəz olunmasının mütləq səciyyə daşıması. Hər hansı milli ədəbiyyatın keçid mərhələsində mifologiyanın antik bədii mədəniyyətin, tam bədii dərk ədəbiyyatının əlamətlərindən istifadə edilməsi, antik ədəbiyyatdan Şekspirə qədər dünya bədii təhkiyəsində heç bir ədəbi cərəyanın olmaması; onu ədəbi meyl və münasibətlərin əvəz etməsi. Antik mədəniyyətdə XII-XVI əsrlərdə Şərq və Avropa ədəbiyyatında ədəbi meyllər. İlk ədəbi cərəyanın klassizmin yaranması; onun ədəbi üsul və ölçülərinin müəyyənləşməsi; cərəyanların ya bir-birini əvəz etməsi, ya da onların yan-yana inkişafı. İqtisadi-siyasi mühitin, tarixi şəraitin cərəyanlara, dünyagörüşü və fərdi bədii üslublara təsiri. Xəlqiliyin milli-bədii, tarixi inkişaf və ideyalılıqdan, bunların da novatorluq və yaradıcılıq axtarışından ayrılması, incəsənətin başlanğıcının folklor olması. Yaradıcılığın sintetik mifoloji, folklor mərhələsində ədəbiyyatın xəlqiliyinin aşkarlanması və özünün ənənəsini yaratması. Xəlqilik və ənənə ədəbi nəsillər arasında ədəbi varislikdir; varislikdə daxili hərəkət və fasiləsizlik. Bəzi xalqların ədəbiyyatının müəyyən dövrlərd öz kökündən, ənənəsindən qəlpələnməsi. Xəlqiliyin novatorluqla vəhdəti, onun bədii əsərlərin komponentlərini əhatə etməsi. Xəlqi ədəbiyyat həm də ümumbəşəri ədəbiyyatdır. Novatorluğa yön almayan ədəbiyyatda ənənənin 8

yaşaya bilməmsi. Novatorluğun real gerçəkliyin lərindən qavranılmasında meydana çıxması. Ənənə və novatorluğun həllində meydana çıxan müxtəliflik, onun dünya ədəbiyyatının təcrübəsinə əsaslanmasından əlav, hər bir ədəbiyatın milli-tarixi xüsusiyyətlərinin də ifadə edilməsi ilə bağlılığı. Müasir şeirşünaslığın əsas problemləri 4 saat. Şərq ölkələrində şeirin inkişafı, onun ənənəsinin zənginlik və bənzərsizliyi; erkən bənd növləri və onlara münasibət. Bədii ədəbiyyatda nəzm sistemləri, onlardan dillərin təbiətinə, milli xüsusiyyətlərinə istifadə üsulları. Şeirdə zəruri tələblər ölçü, bölgü, ahəng, qafiyə. Müasir ədəbiyyatda bənd növlərinin dinamiklşməsi və yeni çalarlar alması. İri bənd növlərinin yaranma üsulları. Azərbaycan şeirində vəzn; vəznlərin inkişafı və bir-birinə təsiri. Heca vəzni Azərbaycan şeirinin əsas dilə yatımlı ölçüsü. Əruz vəzninin türkdilli ədəbiyyata keçməsi, mənimsənilməsi və heca vəzni ilə bərabər işlənməsi. Azərbaycan şeirində əruzun bəhrləri. Bəhrlərdən dilin tələbinə uyğun istifadə. Yazılı ədəbiyyatda şeir şəkilləri; qəzəl, qəsidə, qitə, tərkibbənd, tərcibənd, rübai, məsnəvi, müsəmmət və müstəzad. Heca vəzninin qəlibləri və qaydaları. Əruz vzninin qəlibləri. Sərbəst vəznin yarandığı və yayıldığı sosial-tarixi şərait. Sərbəst şeirdə misraların uzunluğu, bölgülərin sayının müxtəlifliyi. Sərbəst şeirin məzmunla əlaqədar Azərbaycan şeirinə yeni ifadələr gətirməsi. Bədii əsərlərin məzmun və formanın vəhdətinə əsaslanması. Sənət əsərində forma ideya-tematik məzmunun ifadəsi kimi qiymətləndirilməsi. Bədii növ, janr, dil kimi komponentlərin forma elementləri hesab olunması. Həqiqi sənət əsərində forma və məzmunun möhkəm əlaqəsi və birinin digərinə keçməsi. Sənətkarın subyekt, obyetlə daim fəal münasibətdə 9

olması. Sosialist realizminin sənətin məzmununu yalnız materialist idrak nəzəriyyəsinin tələbləri əsasında müəyyənləşdirə bilməsinin yalnışlığı. Həqiqi sənət əsərinin məzmun və formasının maddi və mənəvi həyatı təsdiq, materializmi isə inkar etməsi. Materializmin obyektiv həqiqəti inkar etməsi. V.İ.Leninin idrak nəzəriyəsinin puçluğu. Marksist-Leninçi inikas nəzəriyyəsinin prinsiplərinin, sənəti obyektiv məzmuna malik olmaqdan məhrum etməsi. Sosializm dövründə Azərbaycan sənətkarlarının yazdıqları əsərlərin məzmununu yalnız sosializm idealogiyası forması ilə qələmə almağa məcbur olması. Varlığı xəyal və düşüncəyə toxundurmaq, niyyətə uyğun formaya salmaq; əsərdə hadisələorin bir istiqamətdə cəmlənməsi, formanın məzmundan təzahür etməsi, incəsənətin janrlarının formasının, ifadə və təsir üsullarının bir-birindən fərqlənməsi. Sənətkarların bənzərsiz tikinti materiallarından səs, söz, ritm, ahəng, melodiya, rəng, cizgi, kompazisiya, tunc, mərmər və gildən istifadə üsulları. Formanın məzmundan asıllığı, təzə məzmuna müqavimət göstərməsi. Məzmunun adiliyinin, qeyri-reallığının formaya təsiri və formanın əsasını məzmunu itirməsi, inkişaf tapmaması. Aristotelin və Bualonun estetiasında forma. Şərq ədəbiyyatnda forma. Müasir ədəbiyyatda məzmunun sosialist ideologiyasını davam etdirməsi. Bir sıra sənətkarların sosialist ideologiyasında yaranan şüarçılğın ənənələrinə sadiq qalaraq yaratdığı əsərdəki qəhrəmanını ideal insan kimi göstərməsi. Bunun da nəticəsində müasir ədəbiyyatın müəyyən qədər tənəzzülə uğraması. Ədəbi cərəyan, metod və üslub 6 saat. Cərəyanların yaradıcılıq metodlarının yaxın olması; bədii təfəkkür üsullarını cərəyanları fərdi yaradıclıqlarnın ümumi prinsipləri yaratması; şəxsiyyət və dünya haqqında konsepsiyanın tipologiyası cərəyan. Bədii metodun varlığın konkret sosial-tarixi şəraitdə meydana çıxması və məlum dünyagörüşünün ifadəsi olması. Bədii metodun ədəbi cərəyanın 10

nəzəriyyəsi kimi həyatı mənimsəmək və əks etdirmək üçün tətbiq olunan qabaqcıl yaradıcılıq prinsiplərinin vəhdəti olması. Üslubun hər hansı bir yazıçının yaradıcılığına xas olub əsərlərində təkrar edilən əsas ideya-bədii xüsusiyyətlərinin məcmusu, yazıçının dünyagörüşü və onun əsərlərinin məzmununu təyin edən əsas ideyalar və xarakterlər dairəi, onun üçün tipik olan bədii təsvir vasitəsi olması. Üslubun bütöv bədii strukturda özünü göstərən ideya-bədii xüsusiyyət kimi yazıçının və ya onun əsərlərinin mühüm bədii xüsusiyyətləri deyil, məzmun və formanın meydana çıxmasına yardım göstərən bütöv bədii vasitələrin vahid sistemi olması. Üslub anlayışında ayrı-ayrı snətkarların özünəməxsusluğu. Bədii metodda ümumi cəhətlər. Üslubun müəyyən xalqın ədəbiyyatında, fərdi üslubun isə yaradıcılqlarda yaranması, hərəkət və inkişaf etməi. Romantizm və realizmin prinsipləri; bu metodların ilk ünsürlərinin folklorda yaranması. Romantizmin bir yaradıcılıq metodu kimi formalaşması və vahid istiqamətli ədəbi və ideya-estetik hərəkat olmaması. Romantik obrazın təkamül özünəməxsusluğu, müstəsna hadisələrdən, şərtiliklərdən, işarə və rəmzlərdən istifadə üsulları. Romantizm və realizmin qarşılıqlı təsir və əlaqədə inkişafı. XX əsrin ilk illərində Azərbaycanda vücud gələn siyasiictimai şəraitdə romantik sənətkarların yetişməsi. Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhət, Əlibəy Hüseynzadə kimi sənətkarların öz əsərlərində xalqı istibad və zülmə qarşı mübarizəyə dəvət etməsi. Azərbaycanın azadlıq və istiqlal üçün çalışması. Realizmin həyatın bədii anologiyası olması; təsvirin reallığı, mənzərələrin varlığı uyğun gəlməsi, tipik şəraitdə, tipik xarakterlərin təşəkkül tapması. Tənqidi realizmin mahiyyəti. Sosialist realizmin bitərəfliyi, partiya siyasətini əsas tutması, sənətkarı çərçivəyə salması, əsasında siyasəti yaymaq, təbliğ etmək, tərifləmək, ideallaşdırmaq pafosunun dayanması. Sosialist realizmin, həqiqi realizmin əksinə olaraq tarixi təhrif etməsi və XX əsrdə baş verən bütün bəşəri nailiyyətləri K.Marksın, F.Engelin, V.İ.Leninin adı ilə bağlanmas. 1920-ci ilin aprelində Azərbaycan xalqının müstəqilliyini əlindən almış və 11

Azərbaycan xalqını qanına qəltan eləmiş «XI Qırmızı Ordu»nu xilaskar kimi qələmə verməsi. 1905-1918-ci illərdə Azərbaycan xalqını soyqırıma məruz qoyan mənfur və bədnam erməniləri «qardaş» adlandırması, 1918-ci ildə Azərbaycan xalqını ermənilərin törətdiyi soyqırımdan xilas etmiş Osmanlı türklərinin düşmən kimi qələmə verməsi. Sosialist realizmin eyni zamanda Allaha, peyğəmbərə, İslam dininə qarşı təbliğat aparması və xalqın həqiqi tarixini dəyişib, istədiyi şəklə salması. Müasir ədəbiyyatşünaslıqda cərəyanlar: modernizm, freydizm, irosionalizm. Modernizmin prinsipləri, onun öz məzmununda bir neçə cərəyanı birləşdirmsi. Seminar məşğələlərində aşağıdakı mövzuların öyrənilməsi məqsədəuyğun hesab edilir: Bədii ədəbiyatı öyrənmə metodları. Bu metodların mahiyyəti, səciyyəvi xüsusiyətləri 2 saat. Bədii əsərin pafosu; onun təzahür və məzmun təsir müxtəlifliyi 2 saat. Bədii ədəbiyyatın spesifik xüsusiyətləri 2 saat. Bədii ümumiləşdirmə, fərdiləşdirmə, bədii obraz, xarakter və tip 2 saat. Sənətkarın yaradıcılıq fərdiliyi 2 aat. Ədəbiyyatın inkişafı qanunauyğynluğu; xəlqilik, ənənə və novatorluq 2 saat. Bədii əsəri məzmun və formavəhdətində öyrənməyin vacib müasir şərtləri 2 saat. Ədəbi cərəyanlar; yaradıcılıq metodu və cərəyan 2 saat. Bədii üslub. Sənətkarın fərdi-bədii üslubu 2 saat. Ə D Ə B İ Y Y A T 12

1. Aristotel. Poetika. Bakı, 1974 2. Azərbaycan ədəbiyyatında sosializim realizm məsələləri. Bakı, 1986 3. K.Məmmədov Qasım bəy Zakir. Bakı, 1985 4. K.Məmmədov. Yusif Vəzir Çəmənzəminli. Bakı, 1987 5. B.Abdulla. Kitabi-Dədə Qorqudun poetikası. Bakı, 1999 6. A.Səfiyev. Azərbaycan dramaturgiyası müasir mərhələdə. Bakı, 1998 7. Q.Kazımov. Qurbani və poetikası. Bakı, 1996 8. B.Babayev. Abdulla Şaiqin bədii nəsri. Bakı, 1999 9. T.Mütəllimov. Əbdülrəhim bəy Haqverdiyevin poetikası. Bakı, 1988 10. T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979 11. T.Hacıyev. Satira dili. Bakı, 1975 12. Q.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, 1987 13. B.Əhmədov. Azərbaycan satirasının inkişaf problemləri. Bakı, 2000 14. A.Məmmədov. Nəsrin poetikası. Bakı, 1990 15. Ə.Nazim. Seçilmiş əsərləri. Bakı, 1979 16. M.Arif. S.Vurğunun dramaturgiyası (seçilmiş əsərləri, 2 c., bakı, 1968) 17. M.Rəfili. M.F.Axundov. Bakı, 1990 18. F.Qasımzadə. M.F.Axundovun həyatı və yaradıcılığı. Bakı, 1962 19. H.Araslı. Füzuli. Bakı, 1985 20. S.Əliyev. Füzulinin poetikası. Bakı, 1986 21. Ə.Mirəhmədov. Sabir. Bakı, 1985 22. C.Xəndan. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı, 1962 23. K.Talıbzadə. A.Səhhət. Bakı, 1986 24. Q.Xəlilov. Azərbaycan romanının inkişafı tarixindən. Bakı, 1973 25. Y.Qarayev. Realizm: sənət və həqiqət, Bakı, 1980 13

26. Ə.Hüseynov. Sənət yanğısı. Bakı, 1976 27. N.Şəsizadə. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, 1997 14