MACƏRA PARKI BOB KART UŞAQ KVADROSİKLLƏRİ HAVA QƏSRLƏRİ DAĞ VELOSİPEDİ SKANDİNAV ÜSLUBLU YERİŞ SƏMTİ MÜƏYYƏN ETMƏ PEYNTBOL SEQVEY TROTTİNETLƏR

Benzer belgeler
BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

«Şahdağ» Yay Düşərgəsi. Bakıdan cəmi 3 saatlıq məsafədə yerləşir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Marketinq. Mehdiyev Əkbər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Zeynalova Sevinc III kurs

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Bu xidmətə qoşularaq, Siz 24 saat ərzində İnternet vasitəsilə kart hesabını yoxlamaq,

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Sistem inzibatçıları üçün təlimat

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Bakırköy İncirli Caddesi cafe restoran vb çok amaçlı bahçeli 800m2

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Antalya Konyaaltı Liman Mahallesi Denize 200 Metre Mesafede Lüx Satılık m2 Daireler

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

Şirkətimiz SFV Group MMC, Azərbaycan bazarında 2010-cu il tarixdən isitmə,

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

UniMiles 3 illik 100 AZN və ekvivalenti

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

EMLAK34 Telefon: İlan No:f Referans No:WS-111 WEST SİDE I

DebitMC/ Visa Electron. Visa İnternet

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

NAZAR EMLAK'TAN TURGUTREİS MERKEZ'DE DENİZE 0 VİLLA REF Muğla / Bodrum

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

haqqında ətraflı məlumat

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

REFERAT. Azərbaycan Respublikası Təhsil Naizrliyi Azərbaycan Dövlət Texniki Universiteti. Kompyuter təhlükəsizliyi. Kompyuter mühəndisliyi

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

MƏHDUD ZƏMANƏT SWD

Firmanız üçün LOQOLU KONFETLƏR. hazırlayaqmı?

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

1.3. Komitə öz fəaliyyəti barədə yalnız Səhmdarların Ümumi Yığıncağı və Müşahidə Şurası qarşısında ildə bir dəfədən az olmayaraq hesabat verir.

ANLAŞMA MEMORANDUMU. İlkin məlumat

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

2014-cü ilin üçüncü rübünün nəticələri

Transkript:

ŞAHDAĞ HARADIR? Şahdağ Turizm Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərindən 212 km, Qusar rayon mərkəzindən isə 32 km məsafədə yerləşərək Şahdağ Milli Parkı ilə əhatələnmişdir. Turizm Mərkəzində 600-dən çox otağı olan 5 hotel fəaliyyətdədir. Bundan əlavə, turizm mərkəzində tibb məntəqəsi, xizək məktəbi, xizəklərin icarəsi və satışı mağazası, spa, idman zalları, kafe və restoranlar və müxtəlif əyləncəli xidmətlər mövcuddur. Şahdağ il boyu fəaliyyət göstərərək qonaqlara həm yay, həm də qış mövsümündə çoxsaylı əyləncələr təklif edir.

YAY ƏYLƏNCƏLƏRİ Yay mövsümü ərzində biz sizə bütün yaş qruplarına uyğun Macəralar parkından tutmuş şişirdilmiş hava qəsrləri, kvadrosikllərdə gəzinti və skandinav üslublu yeriş və hətta səmti müəyyən etməyə qədər müxtəlif növ yay əyləncələri təklif etməkdən məmnunluq duyuruq. Bütün bunlar bizim tam yeni lift bazasında yerləşən 4 ulduzlu Zirvə hotelimizə yaxın ərazilərdə yerləşir.

MACƏRA PARKI BOB KART UŞAQ KVADROSİKLLƏRİ HAVA QƏSRLƏRİ DAĞ VELOSİPEDİ SKANDİNAV ÜSLUBLU YERİŞ SƏMTİ MÜƏYYƏN ETMƏ PEYNTBOL SEQVEY TROTTİNETLƏR ZİPLAYN DAĞ GƏZİNTİLƏRİ AT ÜSTÜNDƏ GƏZİNTİ PARAPLAN KVADROSİKL TURLARI ATICILIQ MƏRKƏZİ

MACƏRA PARKI Qoruyucu kəmərlərinizi taxın və yeni kəşflərə hazır olun. Bizim macəralar parkımız bütün yaş qruplarından olan qonaqlarımızın əylənməsi üçün xüsusi olaraq tərtib edilmişdir. Kəndirlə dırmaşın, körpülərdə yellənin və dartılma məftillərində sinirlərinizi yoxlayın. Bu park ailənizlə birlikdə əylənmək üçün ideal məkandır. Əlbəttə, qonaqlara qoruyucu dəbilqə və digər təhlükəsizlik ləvazimatları veriləcək və nəzarətçilərimiz hər zaman kömək etmək üçün hazır olacaqlar. BOB KART Xizək liftləri ilə yuxarı qalxaraq sürmə bacarığınızdan asılı olaraq ayrılmış müxtəlif dolama yamacların sürətindən həzz alacaqsınız.

UŞAQ KVADROSİKLLƏRİ Bu kiçik kvadrosikllərdə uşaqlar da böyüklər kimi gəzintidən həzz alacaqlar. Qısa təlimatdan sonra qoruyucu dəbilqələr geyinilir, mühərriklər işə salınır və uşaqlar xüsusi ayrılmış dolama yollarla gəzintiyə başlayırlar. Yolların ətrafında xüsusi quraşdırılmış, şişirdilmiş, qoruyucu divarlar uşaqlarınızın nəzarət altında tam təhlükəsiz əylənməsini təmin edəcəkdir.

HAVA QƏSRLƏRİ Hava qəsrləri ailənin kiçik yaşlı üzvlərinin nəzarət altında əyləncəli vaxt keçirməsi üçün rahat məkandır. Valideynlər yamaclarda xizək sürərkən və yaxud da spa mərkəzindəki prosedurları qəbul edib dincələrkən peşəkar heyətimizin nəzarəti altında uşaqların əylənməsi və yeni dostlar tapması üçün bu məkan son dərəcə əlverişlidir. Burada 12 yaşa qədər uşaqlar üçün müxtəlif yaş qrupları üzrə üç hava qəsri mövcuddur.

SKANDİNAV ÜSLUBLU YERİŞ Yerli bələdçilərin rəhbərlik etdiyi bu gəzintidə bütün ailə Şahdağ və ətraf ərazilərin saf gözəlliyindən həzz ala bilər. DAĞ VELOSİPEDİ Hər bir velosipedçiyə uyğun olan, müxtəlif çətinlik səviyyələri üzrə ətraf ərazilərdə və ya eniş boyu ayrılmış xüsusi yollarda velosiped sürərkən ətrafdakı möhtəşəm mənzərədən zövq alacaqsınız.

SƏMTİ MÜƏYYƏN ETMƏ Səmti müəyyən etmə iştirakçıların kompas və xəritədən istifadə etməklə hər hansı bir marşrutu axıra qədər tamamladığı idman oyunudur. Müvafiq ləvazimatların istifadəsinə dair təlimdən sonra iştirakçılar nəzarət buraxılış məntəqəsinə gəlməli və marşrutu tamamlamalıdırlar. Burada hər kəs üçün münasib olan bir sıra marşrutlar mövcuddur.

PEYNTBOL Burada sizə peşəkar heyətimizin nəzarəti altında müxtəlif formatları təcrübədən keçirmək imkanı təklif olunur. Peyntbol şirkətlərin komanda quruculuğu günlərini keçirmək üçün xüsusilə məşhurdur. SEQVEY Seqveylər iki təkərli, öz-özünü tənzimləyən və elektriklə işləyən nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin nahamar şinləri sizə dağlıq ərazilərdə rahat dolaşmağa imkan verəcək və siz gəzintidən zövq alacaqsınız. Seqvey vasitəsilə yerli bələdçilərin köməkliyi ilə xüsusi nəzarət olunan cığırlarla hərəkət edərək yüksəkliyə qalxıb möhtəşəm dağ mənzərəsini seyr edə biləcəksiniz. Gəzintiyə başlamamışdan əvvəl təlimatçılarımız sizə nəqliyyat vasitəsinin necə idarə olunmasını izah edəcək və təhlükəsizlik qaydaları ilə sizi tanış edəcəklər. Məhz sizin təhlükəsizliyiniz üçün qoruyucu dəbilqələr təqdim olunacaq ki, gəzinti boyunca həmin dəbilqələri geyinmək zəruridir.

TROTTİNETLƏR Müxtəlif bacarıq səviyyələrinə uyğun olaraq müvafiq gəzinti marşrutları mövcuddur. Siz xizək liftlərindən istifadə etməklə motorollerlərinizi götürərək dağ boyunca əyləncəli gəzintiyə başlaya bilərsiniz. ZİPLAYN Şahdağın möhtəşəm mənzərəsi ilə yüksək adrenalin hissini niyə də birlikdə duymayasan?! Bu möhtəşəm həyəcan dolu gəzinti təhlükəsizlik qaydaları ilə təlimatlandırıldıqdan sonra sizə istirahət mərkəzinin yüksəkliklərinə qalxmağa imkan verəcək. Yüksəklikdən dağ yamacalarına doğru hərəkət edərkən siz istirahət mərkəzini əhatə edən möhtəşəm görüntüdən həzz alacaqsınız. Heç də ürəyi zəif olanlar üçün nəzərdə tutulmayan bu ekstremal idman zamanı siz təxminən 45 metr hündürlükdə 20-25 km/saat sürətlə kanatın bir ucundan digər ucuna kimi havada hərəkət edəcəksiniz. Sizə təhlükəsizlik ləvazimatları veriləcək və daim nəzarət altında olacaqsınız.

DAĞ GƏZİNTİLƏRİ Bələdçilərimizdən biri ilə dağ gəzintisinə çıxın və dağların gizli gözəlliklərini kəşf edin. Şahdağda yeni başlayanlardan tutmuş daha təcrübəli və yüksək fiziki hazırlığa malik qonaqlar üçün müxtəlif sayda gəzintilər təklif edilir. Əgər siz ailəniz və dostlarınızla gözəl vaxt keçirmək istəyirsinizsə, fərdi gəzintilər də sifariş verə bilərsiniz. Yerli bələdçilərimiz macəra dolu gəzinti ərzində sizə dağların gizli xəzinələrini kəşf etməkdə kömək edəcəklər.

AT ÜSTÜNDƏ GƏZİNTİ Yaşından asılı olmayaraq hərkəs at üstündə Şahdağın gözəl təbiəti qoynunda, dağların təmiz havasında gəzintiyə çıxa bilər. Bunun üçün heç bir təcrübə tələb olunmur. Bələdçilərimizin müşayəti ilə istirahətinizdən həzz alın. PARAPLAN Əsrarəngiz Şahdağ yamaclarını yüksəklikdən seyr etmək və dağların möhtəşəm təbiətini fəth etmək üçün paraplandan daha ekstremal nə ola bilər?!

KVADROSİKL TURLARI Kvadrosiklərdə hərkəs həyəcan dolu gəzintidən həzz alacaqlar. Qısa təlimatdan sonra qoruyucu dəbilqələr geyinilir, mühərriklər işə salınır və xüsusi ayrılmış dolama yollarla gəzinti başlayır. Bələdçilərimiz sizi təhlükəsizlik qaydaları ilə tanış edərək maksimum əyləncə və həyəcan yaşamaq üçün bu güclü maşınların necə idarə olunmasını izah edəcəklər.

Lift bazasında yerləşən müasir və dörd ulduzlu Zirvə hoteli, xüsusilə xizək həvəskarları və əsl səyahətçilər üçün dizayn edilmişdir. Bu hotel möhtəşəm dağ mənzərəsini seyr etmək üçün ideal məkandır. Komfortlu otaqlarımız son dərəcə dəqiqliklə düşünülmüş əlavə xidmətlər, o cümlədən istifadəsi asan texnologiyalar ilə təchiz edilmişdir. Göstərdiyimiz diqqətli xidmət sizin rahatlığınızı təmin edir. Hotel 40 standart və 3 lüks otaqdan ibarətdir. Otaqlar 43 otaq 20 Superior Twin 20 Superior King 3 Suite Restoran və barlar Ləzzət Restoranı Rahat Bar Nəfəs Bar & Barbeque Tez Bazar Café Digər xidmətlər Dağ əyləncə mərkəzi Uşaq klubu Xizək satışı və kirayəsi Xizək məktəbi Tibb məntəqəsi Konfrans otağı

OTAQLAR Geniş 43 otağımız müasir və istifadəsi asan texnologiyalarla, rahat mebellərlə təchiz edilmişdir. Göstərilən diqqətli xidmət bütün qonaqların bərabər surətdə istirahətini təmin edərək onları yerli ənənələrlə tanış edir. Hotelin bütün ərazisi pulsuz internet Wi-Fi ilə təmin edilmişdir ki, bu da qonaqların daim əlaqədə qalmasına şərait yaradır.

Ləzzət restoranında qonaqlar ənənəvi Azərbaycan mətbəxi ilə yanaşı, bol çeşiddə sağlam və dadlı yeməklərdən dada bilərlər. Səhər yeməyi üçün və ya dağ havasında gözəl gün keçirdikdən sonra yenidən güc toplamaq üçün buraya gələ bilərsiniz.

Zirvə hotelində yerləşən Rahat Bar R hərfini Rahatlıq simvoluna çevirməklə bərabər, dəbdəbəli atmosferi ilə nahardan əvvəl və sonra içki içmək üçün ideal məkandır.

Xizək liftlərinə əlverişli mövqedə yerləşən Tez Bazar restoranı enişlər arasında fasilə üçün ən mükəmməl məkandır. Bu havalı və işıqlı özünəxidmət restoranında qonaqlara xizək enişlərinə qayıtmamışdan əvvəl bol yemək çeşidləri, yüngül qəlyanaltı və içkilərdən həzz almaq imkanı təklif edilir.

OTAQ BAR

KONFRANS ZALLARI Zirvə hoteli təbii gün işığı və ən müasir texnologiyalarla təchiz olunmuş zallarda görüş və tədbirlərinizin uğurla həyata keçirilməsini təmin edəcəkdir. Hotel kiçik ölçülü tədbirlər və qonaqlıqlar, o cümlədən böyük həcmli toplantıların həyata keçirilməsi üçün lazımi konfrans avadanlıqları ilə təchiz olunmuşdur. Biz böyük səylə sizin tədbirinizin layiqincə həyata keçirilməsinə zəmanət veririk.

Şahdağ Hotel&SPA Azərbaycanın ilk müasir dağ hoteli olaraq beynəlxalq dəbdəbə ilə yerli koloritin mükəmməl ahəngini təşkil edir və dünyanın ən lüks hotellərinə bərabər səviyyədə yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Otaqlar 172 otaq 33 Deluxe Twin 113 Deluxe King 6 Deluxe əlillər üçün dizayn olunmuş otaq 17 Junior Suite 2 Suite 1 Prezident Suite Restoran və bar Miras Restoran Mənzərə Restoran & Bar Xəzine Bar Ovdan Bar Digər xidmətlər Spa və sağlamlıq mərkəzi Qapalı hovuz və idman zalı Uşaq klubu Xizək məktəbi Xizək satışı və kirayəsi Əyləncə sahəsi Konfrans otağı Detoks proqramı

OTAQLAR Geniş, dekorasiya ilə zəngin otaqlarda mükəmməl otaq xidməti təklif olunur. Şahdağ Hotel&SPA nın ən önəmli xüsusiyyəti təbii gözəllikərlə - dağ zirvələri və dərələrlə əhatə olunmasıdır. Burada istirahətdən zövq almaq qaçılmazdır.

Xəzinə bar qonaqlara əsl möhtəşəm mənzərə təklif edir. Elə bu səbəbdən də, Xəzinə bar dostlarınız və ailənizlə görüşmək və gün ərzində yaşadığınız təəssüratları bölüşmək və yaxud sadəcə aperitivdən zövq almaq üçün mükəmməl məkandır.

Miras restoranını qaçırmaq olmaz. Klassik üslubda tərtib edilmiş ənənəvi Miras restoranı qonaqlarına zəngin səhər yeməyi ilə yanaşı nahar və şam yeməyi də təklif edir. Böyük oturacaqlar dostlarınız və ailə üzvlərinizi bir yerə toplamaq, kiçik, daha yığcam məkanlar isə romantik nahar etmək istəyən cütlüklər üçün ideal imkan yaradır. Miras restoranında iki şərab anbarı mövcuddur və qonaqlar burada geniş çeşiddə dünya şərablarının dadına baxa bilərlər.

Digərlərindən heç də geri qalmayan Mənzərə restoranı qonaqlara bol çeşiddə içki və yüngül yeməklərlə yanaşı ətrafdakı dağların gözəl mənzərəsindən zövq almağı təklif edir.

Dağların qoynunda Şahdağ Hotel&Spa - da yerləşən Ovdan Spa mərkəzində mükəmməl xidmət təklif olunur. Azərbaycan dağlarının gözəlliyi və təbiətin saflığı ilin bütün fəsillərində bizim spa mərkəzinin terapiyaları ilə harmoniya təşkil edir. Təbii daşlar, əsl mis və taxta materiallardan hazırlanmış və əsrarəngiz şəkildə işıqlandırılmış məkan onu əhatə edən dağların mənzərəsi ilə uyğunlaşdırılmışdır. Spa mərkəzimizdə eksklüziv masaj növləri, üz və bədən prosedurları, tibbi müayinə və qonaqlarımızın hər birinə fərdi yanaşma mövcuddur. Ovdan Spa sizə 14 prosedur otağı, yoqa otağı, istirahət zalı, hamam, sauna, Rasul hamamı, qapalı hovuz, idman zalı və barın xidmətlərinin yararlanmağı təklif edir. Ovdan Spa ruhunuzun və bədəninizin dincəlməsi üçün məhz sizin üçün yaradılmış bir məkandır. Burada olarkən siz zamanı unudacaqsınız. Burada keçirdiyiniz vaxt unudulmaz olacaq.

DETOKS PROQRAMI Artıq kiloqramlardan can qurtarmaq, orqanizmi zərərli toksinlərdən təmizləmək və bir neçə gün ərzində istirahət etmək istəyirsinizsə, Şahdağ Hotel&SPA detoks proqramı sizin üçündür. Bütün kurs ərzində sizinlə olacaq peşəkar dietoloqa etibar edin və Ovdan Spa prosedurlarından həzz alın. 3-5-7 günlük Detoks-bərpaedici proqramına daxildir: * Detoks proqramından əvvəl 3 günlük pəhriz planı * 5 ulduzlu hoteldə gecələmə * Proqramın ilk günü ümumi və tibbi müayinə * Xüsusi reseptlər, fiziki məşğələlər və spa müalicə üsulları ilə 3, 5 və ya 7 günlük detoks proqram * Peşəkar dietoloqun məsləhəti * Detoks proqramından sonra 3 günlük pəhriz planı

QIŞ ƏYLƏNCƏLƏRİ Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşməklə Şahdağ Turizm Mərkəzi müxtəlif çətinlik dərəcələrinə uyğun 14 xizək yamacı və dünya səviyyəli xizəkçilik təklif edir. Burada həm təcrübəsiz, həm də təcrübəli xizəkçilər üçün fərdi dərslər verə biləcək peşəkar təlimçilərin çalışdığı xizək məktəbi də mövcuddur. Yamaclar xizəkçilikdən əlavə həm də snoubord və aeroxizək sürmək üçün əlverişli imkanlara malikdir. Uşaqlar üçün burada qar tübinqi, hava qəsrləri, kirşə, uşaq kvadrosiklləri sürmə kimi əyləncələr mövcuddur. Mərkəzdə yerləşən spa isə sizə buzdan və soyuqdan kənarda həzz dəqiqələri bəxş edəcək.

XIZƏK SÜRMƏ AEROXIZƏK SÜRMƏ ZIPLAYN QARSIXICI MAŞINLARDA GƏZINTI QAR TÜBINQI QARDA GƏZINTI HAVA QƏSRLƏRI DAĞ GƏZINTILƏRI AT ÜSTÜNDƏ GƏZİNTİ ATICILIQ MƏRKƏZİ UŞAQLAR ÜÇÜN KİRŞƏLƏR BUZ MEYDANÇASI UŞAQ PARKI KVADROSİKL TURLARI PEYNTBOL

XIZƏK SÜRMƏ Yamaclar üzərində ilk xizək təcrübəsini yaşamağınız və ya təcrübəli xizəkçi olub-olmamağınızdan asılı olmayaraq, bizdə sizə lazım olan hər bir şey mövcuddur. Şahdağ Turizm Mərkəzində fəaliyyət göstərən xizək mağazasından siz ən müasir ləvazimatları satın ala və ya icarəyə götürə bilərsiniz, mağazamızda çalışan personalımız sizə xizəksürmə bacarığınızdan asılı olmayaraq bu əyləncəli idman növündən zövq almağınız üçün peşəkar məsləhətlər verəcəklər. Burada yeni başlayanlar, eləcə də təcrübəli xizəkçilər üçün də xizək məktəbi mövcuddur. Süni qar yaradılmasında istifadə olunan ən son texnoloji avadanlıqlar 14 yamacda qış mövsümü boyu qar örtüyünü təmin edir. Bununla yanaşı Şahdağı kəşf etmək üçün ən müasir liftlər və qondola qaldırıcıları da sizin ixtiyarınıza verilir. Unutmayın ki, qoruyucu dəbilqədən istifadə mütləqdir.

AEROXİZƏKDƏ GƏZİNTİ Siz həmişə aeroxizək sürmək arzusunda olmusunuz? Bəlkə siz daha fərqli həyəcan axtarışında olan təcrübəli xizəkçisiniz? Yerli bələdçilərimiz sizi təhlükəsizlik qaydaları ilə tanış edərək maksimum əyləncə və həyəcan yaşamaq üçün bu güclü maşınların necə idarə olunmasını izah edəcəklər. Bu gəzinti ilə siz dağların başına qalxaraq, istirahət mərkəzi və ətraf ərazilərin möhtəşəm mənzərəsindən zövq alacaqsınız. Sizə gəzinti zamanı istifadə etmək üçün təhlükəsizlik dəbilqələri təqdim olunacaq.

AT ÜSTÜNDƏ GƏZİNTİ Yaşından asılı olmayaraq hərkəs at üstündə Şahdağın gözəl təbiəti qoynunda, dağların təmiz havasında gəzintiyə çıxa bilər. Bunun üçün heç bir təcrübə tələb olunmur. Bələdçilərimizin müşayəti ilə istirahətinizdən həzz alın. ZİPLAYN Havadan asılı qalaraq yaşadığınız heyranedici duyğularla dağların möhtəşəm mənzərəsinin ahəngini hiss edin. Bu ağlasığmaz, həyəcanlı gəzinti istirahət mərkəzindən yuxarıda yerləşən platformaya çıxmamışdan əvvəl təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən təlimatların verilməsi ilə başlayır. Platformadan yamaca doğru endikcə qarşınızda istirahət mərkəzinin və ətraf ərazilərin valehedici mənzərəsi açılacaqdır. Heç də ürəyi zəif olanlar üçün nəzərdə tutulmayan bu ekstremal idman zamanı siz təxminən 45 metr hündürlükdə 20-25 km/saat sürətlə kanatın bir ucundan digər ucuna kimi havada hərəkət edəcəksiniz. Sizə təhlükəsizlik ləvazimatları veriləcək və daim nəzarət altında olacaqsınız.

QARSIXICI MAŞINLARDA GƏZİNTİ Tam fərqli bir əyləncə istəyirsinizsə, bizim isti qarsıxıcı maşınlarımızdan birinə minin və yamacların necə qardan təmizləndiyini öz gözlərinizlə görün. Biz sizi yamacların ən yüksək nöqtəsinə qaldıracayıq, burada siz möhtəşəm mənzərəni seyr etməklə yanaşı, bizim peşəkar heyətimizi də iş başında görəcəksiniz. Maşınların ölçüsünü nəzərə alaraq, bu gəzintilər əsasən kiçik qruplar üçün nəzərdə tutulur. Ona görə də əvvəlcədən sifariş etməklə siz bu fürsətdən yararlana bilərsiniz.

HAVA QƏSRLƏRİ Bu qəsrlər ailənin kiçik yaşlı üzvlərinin nəzarət altında əyləncəli vaxt keçirməsi üçün rahat məkandır. Valideynlər yamaclarda xizək sürərkən və yaxud da Spa mərkəzindəki prosedurları qəbul edib dincələrkən peşəkar heyətimizin nəzarəti altında uşaqların əylənməsi və yeni dostlar tapması üçün bu məkan son dərəcə əlverişlidir. Burada 12 yaşa qədər uşaqlar üçün müxtəlif yaş qrupları üzrə üç qala mövcuddur. DAĞ GƏZİNTİLƏRİ Bələdçilərimizdən biri ilə dağ gəzintisinə çıxın və dağların gizli gözəlliklərini kəşf edin. Şahdağda yeni başlayanlardan tutmuş daha təcrübəli və yüksək fiziki hazırlığa malik qonaqlar üçün müxtəlif sayda gəzintilər təklif edilir. Əgər siz ailəniz və dostlarınızla gözəl vaxt keçirmək istəyirsinizsə, fərdi gəzintilər də sifariş verə bilərsiniz. Yerli bələdçilərimiz macəra dolu gəzinti ərzində sizə dağların gizli xəzinələrini kəşf etməkdə kömək edəcəklər. Bələdçilərimizdən biri ilə dağ gəzintisinə çıxın və dağların ecazkar gözəlliklərini kəşf edin.

QARDA GƏZİNTİ Dağların gizli gözəlliklərini kəşf etmək üçün sakit gəzintiyə çıxmağı arzulayırsınız? Bələdçilərimizin nəzarəti ilə həyata keçirilən qarda gəzintilərimiz sizi yamaclardan uzağa təbiətin qoynuna aparacaq. Biz yeni başlayanlar üçün, eləcə də daha təcrübəli və yüksək fiziki hazırlığa malik olanlar üçün geniş seçimdə gəzinti imkanları təklif edirik. Bütün ailə üçün möhtəşəm əyləncə: piyada gəzərək dağları tam fərqli tərəfdən kəşf edin. Siz lazımi ləvazimatlarla təmin ediləcəksiniz, bununla belə isti geyinməyiniz məsləhət görülür.

ATICILIQ MƏRKƏZİ Şahdağ Turizm Mərkəzində istifadəyə verilən yeni Atıcılıq Mərkəzi ilə tanış olun. İstirahətinizi atıcılıq kimi maraqlı əyləncə ilə daha da rəngarəng edin. Şahdağın gözəl təbiəti qoynunda uçan hədəfləri vuraraq bu maraqlı əyləncəni yeni hobbinizə çevirin. Təlimçilərimiz sizi bütün lazımi təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra istirahətdən zövq almaq üçün başlaya bilərsiniz.

XİZƏK MƏKTƏBİ Qar üzərində ilk təcrübəniz olmasından və yaxud bacarıqlarını təkmilləşdirmək istəyən təcrübəli xizəkçi olmağınızdan asılı olmayaraq, Şahdağ Turizm Mərkəzinin peşəkar təlimatçıları ilə dərslər sizin bacarıqlarınızı daha da inkişaf etdirəcəkdir. Xizək məktəbimizin heyəti fərdi və ya qrup şəklində təşkil edilmiş məşğələlər vasitəsilə sizə xizəksürmə və ya snoubordinq bacarığınızı təkmilləşdirməyə kömək etmək üçün buradadırlar. Siz ya yamaclarda, ya da yamaclardan kənar yollarda özünüzü sınaya bilərsiniz, belə ki Şahdağ Turizm Mərkəzində seçim imkanları çox genişdir. Azərbaycanda ilk xizək məktəbi unudulmaz və əyləncəli öyrənmə dəqiqələri, eləcə də gözəl hisslər keçirdəcəyinizə zəmanət verir!

ZİPLAYN Şahdağın möhtəşəm mənzərəsi ilə yüksək adrenalin hissini niyə də birlikdə duymayasan?! Bu möhtəşəm həyəcan dolu gəzinti təhlükəsizlik qaydaları ilə təlimatlandırıldıqdan sonra sizə istirahət mərkəzinin yüksəkliklərinə qalxmağa imkan verəcək. Yüksəklikdən dağ yamacalarına doğru hərəkət edərkən siz istirahət mərkəzini əhatə edən möhtəşəm görüntüdən həzz alacaqsınız. Heç də ürəyi zəif olanlar üçün nəzərdə tutulmayan bu ekstremal idman zamanı siz təxminən 45 metr hündürlükdə 20-25 km/saat sürətlə kanatın bir ucundan digər ucuna kimi havada hərəkət edəcəksiniz. Sizə təhlükəsizlik ləvazimatları veriləcək və daim nəzarət altında olacaqsınız.

UŞAQLAR ÜÇÜN KİRŞƏLƏR Xüsusilə balaca macəraçılar üçün Əgər siz artıq dörd yaşından böyüksünüzsə və əylənmək üçün enerji və həvəsiniz çoxdursa, bu kirşələr sizin üçündür. Kirşədən bərk yapışın və uşaqlar üçün ayrılmış xüsusi ərazidə əyləncədən həzz alın. Övladlarının kirşədə sürüşdüyünü müşahidə edən valideynlər bir anlıq da olsa, öz uşaqlıqlarına geri dönəcəklər. BUZ MEYDANÇASI Şahdağ Turizm Mərkəzindəki buz meydançasında ruhunuza tam sərbəstlik verin. Meydança mərkəz hissədə, əsas meydanın sağ tərəfində yerləşir. Əgər siz ailənizlə birlikdə əylənmək və ya buz üstündə romantik gəzinti istəyirsinizsə, yaxud da sadəcə yeni həyəcan axtarışındasınızsa, Şahdağ Turizm Mərkəzindəki buz meydançasına gəlin.

UŞAQ PARKI Az yaşlı qonaqlarımızın da xoş vaxt keçirməsi üçün fəaliyyət göstərən uşaq parkı ixtiyarınızdadır. Uşaqlarınız xüsusi şişirdilmiş dairələrdə oturmaqla əyləncədən həzz alacaqlar. Nəzarətçilərimiz müşahidəsi altında uşaqlarınız tam təhlükəsizlikdə olacaqlar.

KVADROSİKL TURLARI Kvadrosiklərdə hərkəs həyəcan dolu gəzintidən həzz alacaqlar. Qısa təlimatdan sonra qoruyucu dəbilqələr geyinilir, mühərriklər işə salınır və xüsusi ayrılmış dolama yollarla gəzinti başlayır. Bələdçilərimiz sizi təhlükəsizlik qaydaları ilə tanış edərək maksimum əyləncə və həyəcan yaşamaq üçün bu güclü maşınların necə idarə olunmasını izah edəcəklər. PEYNTBOL Burada sizə peşəkar heyətimizin nəzarəti altında müxtəlif formatları təcrübədən keçirmək imkanı təklif olunur. Peyntbol, şirkətlərin komanda quruculuğu günlərini keçirmək üçün xüsusilə maraqlıdır. Biz sizi bütün zəruri təhükəsizlik avadanlıqları ilə təmin edirik. Qısa təhlükəsizlik təlimatlarından sonra siz oyundan zövq almaq üçün başlaya bilərsiniz.

TİBBİ KLİNİKA Şahdağ Turizm Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş tibbi klinika yaranan hər cür arzuolunmaz halların aradan qaldırılması üçün qonaqlarımızın ixtiyarındadır. İşinin pəşəkarı olan qayğıkeş həkimlərimiz daim qonaqlarımızın səhhətinin qeydinə qalaraq, hər cür köməklik göstərməyə hazırdırlar. Klinika qlobal tibbi informasiya bazasına qoşulmağa imkan verən PACS sistemi ilə təchiz olunmuşdur. Mərkəzləşdirilmiş tibbi informasiya sistemi xəstənin tibbi durumu ilə bağlı diaqnoz qoymağı xeyli asanlaşdırır.

Əgər gətirilən şəxs huşunu itiribsə, xəstənin şəxsiyyətini təsdiq edən sənədin nömrəsini sistemə daxil etməklə xəstənin sağlamlığı ilə əlaqədar əvvəlki tibbi məlumatları əldə etmək olar. Yamaclar boyu ilkin tibbi yardım göstərmək üçün isə peşəkar xizək patrulları da fəaliyyət göstərməkdədir. Onlar daim bütün yamacları nəzarətdə saxlayır, hər hansı hadisə baş verərsə, dərhal aeroxizəklərlə köməyə gəlir və zədələnmiş qonağı ən qısa vaxtda tibbi klinikaya çatdırırlar.

Əzəmətli dağların arasında yerləşən Pik Palace Şahdağ Hoteli səyahətçilər, cütlüklər və ailələr üçün ideal rahatlıq bəxş edən heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlar 167 otaq: 45 Deluxe King Otaqlar 13 Deluxe Twin Otaqlar 30 Deluxe King Otaqlar Eyvan ilə 30 Deluxe Twin Otaqlar Eyvan ilə 16 Junior Suite Otaqlar 32 Executive Suite Otaqlar 1 Royal Suite Otağı Restoran və bar Alpina Brasserie & Wine Bar Scalini Restaurant Chocolat Lounge Digər xidmətlər Spa və sağlamlıq mərkəzi Qapalı hovuz və idman zalı Acacia ziyafət zalı Uşaq klubu

Restoran Alpina açıq mətbəxi, xüsusi şərab dequstasiya sahəsi, yemək otağı və gözəl mənzərə yaradan rahat açıq terassası ilə qonaqları heyran edir.

ACACİA ZIYAFƏT ZALI Təbii gün işığı ilə dolu 500 nəfərlik Acacia ziyafət zalı uca dağlara ən möhtəşəm mənzərəni təklif edir

Təklif etdiyi 164 geniş yataq otaqları, dağlara açılan gözəl mənzərəli lüks otaqlarla Park Chalet Şahdağ Hoteli mükəmməl mühiti ilə seçilir. Otaqlar 164 otaq: 38 Deluxe King Otaqlar 27 Deluxe Twin Otaqlar 47 Deluxe King Otaqlar Eyvanlı 37 Deluxe Twin Otaqlar Eyvanlı 11 Chalet Suite Otaqlar 2 Mansard Suite Otaqlar 2 Duplex Suite Otaqlar Restoran və bar Aspen Grill, Bar & Lounge Mocca cafe Digər xidmətlər Spa və sağlamlıq mərkəzi Qapalı hovuz və idman zalı Samur konfrans zalı Uşaq klubu

Gündəlik qidalanma və ya dəbdəbəli nahar istəyinizdən asılı olmayaraq, bu restoran sizin bütün gözləntilərinizi həyata keçirmək üçün yaradılmışdır. 7-ci mərtəbədə yerləşən bu gözəl məkan öz rahatlığı və eleqantlığı, o cümlədən eyvana açılan gözəl mənzərəsi ilə yüngül səhər yeməyi, günorta çayı, həmçinin yeməkdən əvvəl və ya sonra içilə biləcək ləzzətli kokteyllər üçün unikal məkandır. Bu dəbdəbəli bar dağlıq məkan ab-havası yaradır. Qədəhdə şərab növlərindən əlavə, qonaqlarımız burada humidor siqar, burbon və molt viski növlərindən dada bilərlər.

Bizim çoxfunksiyalı və banket üslubunda 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan Samur Konfrans Zalımız gün işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunmuşdur.

SPA Lüksun dəbdəbəli dünyasına, sakitlik və dincliyin vahəsinə addım atmaq istəyirsinizsə, o zaman Spa məhz sizin üçün yaradılmışdır. Buradakı rahatlıq və harmoniyadan zövq alacaqsınız.

Şahdağ Turizm Mərkəzi Azərbaycan Respublikası (+994 12) 310 11 10 Mob: 1110 shahdag@shahdag.az www.shahdag.az