Ağciyərlərin seqmentləri

Benzer belgeler
ADPU-nun biologiya fakültəsinin 301-ci qrup tələbəsi Maksudova Rəhilənin İnsan Anatomiyası fənnindən yoxlama işi. İxtisas: biologiya

Sərbəst iş 2 Ağciyər xərçəngi, periferik ağciyər xərçəngi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Biologiya fənni üzrə istifadə olunmuş test tapşırıqları

Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Aorta dəliyinin daralması, üçtaylı qapağın çatışmazlığı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Amputasiyalara göstərişlər. Mütləq və nisbi olmaqla iki qrupa bölünürlər. Mütləq göstərişlər:

Su duz mübadiləsinin endokrin tənzim mexanizmləri

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ XƏZƏR UNİVERSİTETİ

Qida borusunun döş hissəsinin müxtəlif inkişaf qüsurları və patologiyalarında cərrahi əməliyyatlar

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

PERİTONUN CƏRRAHİ XƏSTƏLİKLƏRİ. I cərrahi xəstəluklər kafedrası

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

QARACİYƏR ANATOMİYASI. Hazırladı: Professor Nuru Bayramov T.ü.f.d. cərrah Aynur Səfiyeva Rezident Nərmin Mürvələdova

Ana kart (Motherboard)

VRF KONDİSİONER SİSTEMLERİNƏDİR

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Aritmiyalar Simptomlar Normal ürək döyünməsi nədir? Səbəblər

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Marketinq. Mehdiyev Əkbər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

9-cu sinif Biologiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

b) Kişi cinsi hormonlar. (C 19 steroidlər). R=CH 3 androgen; c) C 18 steroidinə malik hormonlar. R=H estran.

TİTUL VƏRƏQİ MƏKTƏBLİLƏRİN KİMYA FƏNNİ ÜZRƏ RESPUBLİKA OLİMPİADASI FİNAL MƏRHƏLƏSİ IX SİNİF. İştirakçı S.A.A. Şəhər, məktəb

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ANAL KANAL ANAL KANSER. Hazırladı: Professor Nuru Bayramov T.ü.f.d. cərrah Aynur Səfiyeva Rezident Nərmin Mürvələdova

Biologiya tədrisi sisteminin formaları

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

RESPUBLİKA FƏNN OLİMPİADALARI

BÖYÜK DƏCCAL Amerika

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBEL KATALOQU

Addison xəstəliyi. Böyrəküstü vəzin hormonal funksiyası hipofizin AKTH adrenokortikotrop hormonu tərəfindən kontrol olunur.

Toxuma inkişafı patologiyasının müasir cəhətləri (hipertrofiya,hiperplaziya,metaplaziya,regenerasiya,degen erasiya,atrofiya,apoptoz və şişlər).

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Azər-Türk Bank ASC üzrə

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Vahid rüblük hesabat TƏLİMAT

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

BİOSFER

Azərbasycan Dövlət Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Univesiteti Biologiya fakültəsinin 202-ci qrup tələbəsi Naibova Naibənin Zoologiya

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi. üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən

NƏTİCƏ ƏDƏBİYYAT SİYAHISI

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Firmanız üçün LOQOLU KONFETLƏR. hazırlayaqmı?

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

2014-cü ilin üçüncü rübünün nəticələri

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatına hazır ol TİRAJLI STİMULLAŞDIRICI LOTEREYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Mühazirə 6: Kation və Anion polimerləşmənin xüsusiyyətləri

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

BİOSFER. Talıblı Pərviz Qrup: 400

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

OUTDOOR Çöl reklamları, binaların üzərində, stadionlarda, avtobus üzərində reklam. INDOOR BTL (ING: BELOW-THE-LINE)

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

İnformasiya məhsullarını Beynəlxalq bazarı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Access proqram paketinin əsas funksional imkanları. İnterfeysin ümumi quruluşu Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya

1. ƏDƏDİ BƏRABƏRSIZLİKLƏR VƏ ONLAR ÜZƏRİNDƏ ƏMƏLLƏRİN YERİNƏ YETİRİLMƏSI METODİKASI

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

M Ü H A Z İ R Ə

Mühazirə: Microsoft Excel cədvəl redaktorunda verilənlərin formatları

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Torpağın ağır metallarla çirklənməsi

Transkript:

Ağciyərlər-pulmones,sağ və sol olmaqla,döş boşluğunda qapalı plevra kisələri daxilində yerləşirlər.ağciyərlər,zirvəsi ilə boyun tərəfə və əsası ilə diafraqmaya baxan,sagital müstəvi üzrə kəsilmiş konusa bənzəyir.hər bir ağciyərdə üç-bayır yaxud qabırğa,içəri yaxud ortadivar və aşağı yaxud diafraqma səthləri,bundan əlavə,əsası və zirvəsi ayırd edilir.səthlərinə müvafiq hər bir ağciyər üç-ön,aşağı və arxa kənara malik olur. Hər ağciyər çəp yarıq-fissura obliqua s. interlobaris vasitəsilə iki paya bölünür.çəp yarıq ağciyər zirvəsindən 6-7 sm aşağı III qabırğa bərabərində içəri səthdən başlayaraq,qabırğa səthi ilə önə və aşağı gedir,ağciyərin əsasında aşağı kənarın ön hissəsinə çatdıqdan sonra,yenə içəri səthə keçir və ağciyər qapısında qurtarır.sağ ağciyərdə,çəp istiqamətli yarıqdan başqa,əlavə bir yarıqda var.bu yarıq çəp yarığın IV qabırğa səviyyəsində ön qoltuq xətti ilə çarpazlaşdığı yerdən başlayaraq,üfüqi istiqamətdə önə doğru gedir və ön kənara çatdıqda içəri səthə keçir.bunun vasitəsilə yuxarı paydan bir hissə ayrılır və üçüncü orta payı-lobus medius pulmonis dextra təşkil edir.beləliklə,sağ ağciyər üç,sol isə iki paya bölünür. Ağciyərlərin payları çoxsaylı paycıqlardan təşkil olunmuşdur.ağciyər toxuması daxilində yerləşən və plevraya söykənən paycıqlar ayırd edilir.birincilərin forması poliqonal olur,ikincilərinki isə çoxtərəfli piramidanı xatırladır.paycıqlar bir-birindən ayrılmış olurlar və bununla belə,birləşdirici toxuma araqatları vasitəsilə birləşərək,vahid bir tamlıqda təmsil olunurlar.bronxdan əlavə,hər paycığa ağciyər arteriyasının şaxəsi daxil olur,periferiya istiqamətində isə ağciyər venasının müvafiq şaxəsi yerləşir.paycıq bronxu paycığın daxilində daha xırda uc bronxiolalara bölünür.sonuncular isə,öz növbəsində,üç dəfə ikiyə bölünmə yolu ilə I,II, və III cərgə tənəffüs bronxiolalarına bölünürlər.tənəffüs bronxiolalarının fərqləndirici xüsusiyyətləri

ondadır ki,onlar yenə də bronx quruluşunu saxlayırlar,lakin arteriyadan əks tərəfdə alveolyar qabarmaya malik olurlar.üçüncü cərgə tənəffüs bronxiolaları kor şəkildə qurtaran alveolyar yollara keçir.alveolyar yolların divarlarında girişləri əhəmiyyətli dərəcədə daralmış qabarmalar alveollar əmələ gəlir.ağciyər paycığının təşkil olunduğu ayrı-ayrı alveol qruplarına akinus-acinus deyilir. Sağ və sol ağciyərin paylarının döş qəfəsinin divarlarına proyeksiyasını müəyyən etmək məqsədilə üç xətdən istifadə olunur.həmin xətlər həmdə paylararası yarıqların proyeksiyasını əks etdirirlər. Birinci proyeksion xətt sol ağciyərin çəp yarığına uyğundur və III qabırğanın sümük hissəsinin qığırdaq hissəyə keçən yerində qurtarır.ikinci xətt,sağ ağciyərin çəp yarığına uyğun olmaqla birinci ilə eynidir.üçüncü xətt sağ ağciyərin üfüqi yarığına uyğundur,sağ çəp xəttin ön qoltuq xətti ilə kəsişdiyi nöqtədən başlayır və IV qabırğanın gedişi boyunca önə gedərək,döş sümüyünün kənarında sona çatır. B.V.Limberq və V.P.Bodulin kliniki-morfoloji müşahidələr əsasında ağciyərlərin hər birinin dörd-yuxarı,aşağı,ön və arxa məntəqələrdən təşkil olunduğunu göstərirlər. Limberq Bodulin sxeminə əsasən döş qəfəsinin üzərində birbiri ilə çarpazlaşan iki xətt çəkilir.birinci xətt III döş fəqərəsinin tin çıxıntısı ilə IV qabırğanın qığırdağa keçən ucu arasında keçirilir.ikinci xətt,sağ və sol olmaqla,iv qabırğanın aşağı kənarını VII döş fəqərəsinin tin çıxıntısı ilə birləşdirir.hər iki xətt ön qoltuq xəttinin IV qabırğa ilə kəsişdiyi yerdə kəsişirlər. Paris anatomik nomenklaturasına görə,ağciyərlərin seqmentar quruluşu aşağıdakı sxem üzrədir: Ağciyərlərin seqmentləri

Sağ ağciyər Sol ağciyər Yuxarı pay Yuxarı pay I-zirvə I- zirvə II- II-arxa arxa III-ön ön III- Orta pay IV- IV-bayır yuxarı dilcikli V-içəri V- aşağı dilcikli Aşağı pay Aşağı pay VI- VI-zirvə zirvə VII-içəri bazal içəri bazal VII- VIII-ön bazal (bəzən bu pay göstərilmir) VIII- IX-bayır bazal ön bazal X-arxa bazal bayır bazal IX-

arxa bazal X- Plevra və ağciyərlərin ön və arxa hüdudları eynidir,aşağı hüdudları isə qabırğa-diafraqma ciblərinin hesabına xeyli fərqlənir.sağ və sol ağciyər hüdudları arasında bəzi fərqlər vardır,bu sağ və sol diafraqma gümbəzlərinin müxtəlif yüksəklikdə olması,sağ və sol ağciyərlərə bəzi orqanların söykənməsi və hər iki ağciyər ölçülərinin qeyri-bərabər olması ilə izah olunur. Sağ ağciyərin aşağı hüdudu VI qabırğanın döş sümüyünə birləşən yerindən başlayaraq,qövsü istiqamətdə aşağı və bayır tərəfə gedir və orta körpücük xətti üzərində VII qabırğanın yuxarı kənarını,ön qoltuq xətti üzərində VII qabırğanın aşağı kənarını,orta qoltuq xətti üzərində VIII qabırğanı,kürək xətti üzərində X qabırğanı və onuğayanı xətt üzərində XI qabırğanı çarpazlayaraq,onun boyunu bərabərində sona çatır. Sol ağciyərin aşağı hüdududun gedişi,ümumiyyətlə,sağ tərəfdəki kimidir,ancaq fərqi bundadır ki,sol tərəfdə aşağı hüdud VI qabırğa qığırdağının linea parasternalis ilə çarpazlaşdığı yerdən başlayır və sonrakı xəttlər və qabırğalarla boyunu bərabərində sona çatır. Ağciyər kökünün üstündə sağ yuxarı paya tək venanın qövsü və bir az yuxarıda yuxarı boş vena,daha yuxarıda ağciyər zirvəsi yaxınlığında isə sağ bazu-baş vena söykənir.aşağı paya,demək olar ki,bütün gedişi boyunca ağciyər kökündən arxada şaquli olaraq tək venanın qalxan hissəsi və yemək borusu söykənir.öndə yuxarı və orta paylara perikardın sağ qulaqcığın yerləşməsinə müvafiq plevra ilə örtülmüş hissəsi və sağ mədəciyin müəyyən sahələri söykənirlər.solda perikardın sol mədəciyin və sol qulaqcıq seyvanının proyeksiyasına

uyğun gələn hissəsi yuxarı payın ön şöbələri ilə təmasda olur.ağciyər kökünün üstündən yuxarıda və ondan arxada yuxarı paya enən aortanın qövsü və başlanğıc hissəsi söykənir.plevra gümbəzləri və ağciyərlərin zirvələri I qabırğaya və körpücükaltı arteriyaya çox yaxın söykənirlər. Sağ və sol ağciyərlərin ortadivar səthlərinin ortasından azca yuxarıda,arxa kənara yaxın,şaquli istiqamətdə dərin oyuq formasında ağciyər qapısı-hilus pulmonis yerləşir.o,sağda çox vaxt əsası ilə yuxarıya baxan armudabənzər,düzgün olmayan oval formasında yaxud qabarıqlığı ilə arxaya baxan qalınlaşmış vergül şəklində olur.ağciyər qapılarının ölçüləri daimi olmurlar,solda az olmaqla,hündürlüyü 4,6-9 sm,sağda isə 5,7-9,8 sm təşkil edir. Ağciyərin kökləri adətən arxada V-VI və VII döş fəqərələrinə,öndə III-V qabırğalara proyeksiya olunurlar.pariyetal plevra ağciyər kökünü öndən və arxadan örtərək,onun üzərindən visseral plevraya keçır.plevranın ağciyər kökünün üzərində yerləşən və pariyetal plevra ilə visseral plevra arasındakı hissəyə keçid plevrası deyilir. Ağciyərin kökü və ya qapısının ünsürlərinin bir-birinə nisbəti sağda və solda fərqlənir.sol ağciyər kökünün tərkibindəki əsas elementlər yuxarıdan aşağıya doğru ağciyər arteriyasından,ondan aşağıda sol baş bronxdan və ən aşağıda iki ədəd ağciyər venalarından (ABV) təşkil olunmuşdur.sağ ağciyər kökünün ən yuxarı elementi baş bronx,onun altında ağciyər arteriyası və bundan da aşağıda ağciyər venalarıdır (BAV).Ağciyər kökünün ünsürlərinin öndən arxaya doğru,yəni horizontal müstəvi üzrə münasibəti belədir,öndə ağciyər venaları,bundan arxada ağciyər arteriyası və ən arxada baş bronx yerləşir (VAB). Ağciyərlərin vaskulyarizasiyasında kiçik qan dövranından olan ağciyər arteriyaları və döş aortasının şaxələri olan bronx

arteriyaları aa.bronchiales iştirak edirlər.ağciyər arteriyaları aa.pulmonales dextra et sinistra sağ mədəcikdən başlayan ağciyər kötüyünün şaxələridir.onlar,kiçik qan dövranının damarları olmaqla,tənəffüs vəzifəsini həyata keçirmək üçün əsasən qazlar mübadiləsində iştirak edir və ağciyərlərin quruluş vahidi olan akinus elementlərini qidalandırır.bronx arteriyaları isə ağciyərlərin bronx ağacını,birləşdirici toxumasını qidalandırır və yalnız trofik vəzifə daşıyır. Ağciyər arteriyalarının gətirdiyi venoz qan ağciyərlərdə qazlar mübadiləsi sayəsində oksigenlə zənginləşərək,arterial qana çevrilir və dörd ədəd ağciyər venaları vv.pulmonales vasitəsilə sol qulaqcığa daşınır,beləkilə də,kiçik qan dövranı qapanır.ağciyərlərdən venoz qan,başlıca olaraq,bronx venaları vv.bronchiales ilə daşınır və tək,yarımtək venalar vasitəsilə yuxarı boş venaya tökülür.ağciyər damarları arasında anastomozların mövcudluğu və onların ağciyər qan təchizatındakı funksional rolu məsələsi böyük praktiki əhəmiyyətə malikdir. Ümumi ağciyər damarlarının anastomozları aşağıdakı sxem ilə təqdim oluna bilər: I.Eyni qan dövranı damarları arasındakı anastomozlar: Orqandaxili anastomozlar 1) Ağciyər arteriyasının arasında 2) Ağciyər arteriyasının paydaxili və seqmentdaxili əlaqələri 3) Ağciyər venalarının paydaxili və seqmentdaxili əlaqələri 4) Ağciyər arteriya və venalarının arasında Orqanxarici anastomozlar 5) Bronx arteriyaları ilə ortadivarın digər arteriyaları arasında 6) Bronx venaları ilə ortadivarın digər arteriyaları arasında 7) Sağ və sol ağciyər venaları arasında.

II.Böyük və kiçik qan dövranları damarları arasındakı anastomozlar: Orqandaxili anastomozlar 1) Ağciyər və bronx arteriyaları arasında 2) Bronx və ağciyər venaları arasında Orqanxarici anastomozlar 3) Ağciyər və bronx venaları arasında 4) Ağciyər venaları ilə ortadivarın digər venaları arasında. Bronx və ağciyər damarları arasında çoxsaylı anastomozların mövcudluğu,bir sıra patoloji proseslər zamanı onların genişlənməsi,plevra bitişməsində yeni anastomozların törənməsi ağciyər arteriyası və venalarının bağlanmasından sonra klinikada rast gəlinən ağciyərin tez şişməsi faktının topoqrafo-anatomik izahı sayılırlar.cərrahi əməliyyatlar zamanı artıq bağlanmış ağciyər arteriyasının periferik hissəsindən yaxud bütün ağciyər damarlarının bağlanmasından sonra kənarlaşdırılan ağciyər parenximasından qanaxmanın baş verməsi də məhz bunula izah olunur.bir halda ki,pnevmonektomiya zamanı ağciyərin çapıq bitişməsindən azad edilməsi və bununla birlikdə həm də oraya cəlb olunmuş damarların zədələnməsi ağciyər kökü ünsürlərinin işlənilməsindən tez aparılır,demək belə qanaxmaların baş verməsi cərrahın hərəkətini bronxu əhatə edən bronx damarlarına yönəltməlidir,çünki onların bronxla birlikdə sıxılması bu ağırlaşmanın qarşısını alır. Ağciyərlərin innervasiyası simpatik sinir sisteminin II-IV boyun və I-V döş qanqlionlarından başlayan nn.splanchnici thoraci və azan sinirlərin parasimpatik liflərinin iştirakı ilə əmələ gələn ön və arxa ağciyər kələfləri plexus pulmonales anterior et posterior ilə təmin olunur.bu kələflərin əmələ gəlməsində diafraqma sinirləri də iştirak edir.kələflərdən çıxan

simpatik,parasimpatik və hissi liflər damarların və bronxların üzəri ilə gedərək,bronxların və bronxiolaların adventisiya,əzələ və selikli qişalarına çatır,onların sekretor,hərəki və hissi innervasiyasını təmin edirlər.ağciyər kələfləri ürək və yemək borusu kələfləri ilə əlaqədə olurlar.ağciyər kələfləri ağciyər kökünün ön və arxa səthlərində yerləşirlər. Ağciyərlərin limfa sistemi plevranın səthi və ağciyərdaxili dərin limfa damarları ilə təmsil olunur.səthi limfa toru ağciyər paycıqları əsaslarının konturlarına müvafiq iri və paycıqların səthlərində yerləşmiş kiçik ilgəklərdən təşkil olunur.dərin limfa sisteminin mənbələrini respirator və terminal bronxiolaların ətrafında,paylararası arakəsmədə və bronxların selikli qişasında yerləşən limfa kapilyarları təşkil edirlər. Hər iki limfa kapilyar torları öz aralarında geniş anastomozlar əmələ gətirirlər,ona görə də ağciyərlərin limfa sisteminin səthi və dərin olmaqla iki qrupa bölünməsinə daha çox şərti xarakter daşıyır.limfa kapilyarları öz aralarında birləşərək,ağciyər kökünə istiqamətlənən limfa damarları əmələ gətirirlər.çoxsaylı limfa damarları limfa düyünləri ilə birlikdə ağciyərlərin əsas limfa kollektorlarını yaradırlar.bu kollektorlara limfanın regionar axını baş verir.ağciyərlərin müxtəlif şöbələrindən limfanı qəbul edən bütün limfa düyünləri şərti olaraq ağciyərdaxili,kök,ortadivar və körpücüküstü qruplara bölünürlər.sonuncu limfa düyünləri ağciyərlərdən limfa axınının venoz sistemə daxil olması ərəfəsindəki axırıncı mərhələsini təşkil edirlər. Ağciyər limfa düyünlərinin topoqrafiyası 1. Ağciyər limfa düyünləri n.l.pulmonales seqmentlərin kökləri və ağciyərlərin anatomik payları məkanlarında ağciyər daxilində yerləşirlər,limfanı ağciyərin

seqmentlərindən qəbul edərək,aparıcı damarları ilə bronxağciyər limfa düyünlərinə ötürürlər. 2. Bronx-ağciyər limfa düyünləri n.l.bronchopulmonales ağciyərdə baş bronx və onun şaxələri boyunca yerləşirlər.onların aparıcı damarları aşağı və yuxarı traxeyabronx və ön ortadivar limfa düyünlərinə,həmçinin solda döş limfa axacağına və sağ limfa axacağına açılırlar. 3. Aşağı traxeya-bronx limfa düyünləri n.l.tracheobranchiales inferiores traxeya haçalanmasının altında yerləşirlər və müxtəlif ölçülü düyün qruplarından təşkil olunurlar,çox halda 1-2 iri limfa düyünlərinə rast gəlinir.bunlara ağciyərlərdən,ürəkdən,yemək borusundan,perikarddan,həmçinin ağciyər və bronx limfa düyünlərindən gələn limfa damarları açılırlar. 4. Yuxarı traxeya-bronx limfa düyünləri n.l.tracheobranchiales superiores traxeya və baş bronxlar arasında yerləşirlər.bu düyünlər limfanı ağciyərin yuxarı,orta və dilcikli paylardan,traxeya və yemək borusundan,həmçinin aşağı traxeya-bronx və bronx-ağciyər limfa düyünləri qruplarından qəbul edib,aparıcı damarları ilə dərin boyun limfa düyünlərinə,döş və sağ limfa axacaqlarına ötürürlər. 5. Traxeya limfa düyünləri n.l.tracheales yemək borusu və traxeya arasında əmələ gəlmiş şırımda traxeyanın yanları boyunca yerləşirlər və qayıdan sinirləri müşayiət edirlər. 6. Tək vena qövsünün limfa düyünü n.l.arcus venae azygos,traxeyadan sağda tək vena qövsünün altında yerləşir traxeya,sağ ağciyər,yemək borusu və qalxanabənzər vəzdən limfanı qəbul edirlər. 7. Ön ortadivar limfa düyünləri n.l.media stinales anteriores aorta qövsündən öndə və sol ümumi yuxu arteriyasının ortadivar hissəsinin gedişi boyunca yerləşirlər.boyun və traxeya limfa düyünlərinə,həmçinin bilavasitə sağ və sol vidaci limfa kötüklərinə,sağ limfa

axacağına,döş axacağına və bəzi hallarda körpücükaltı və daxili vidaci venaların birləşdikləri yerdəki venoz bucaqda birbaşa onlara açılırlar. 8. Arxa ortadivar limfa düyünləri n.l.media stinales posteriores arxa ortadivarda yemək borusunun arxasında və yanları boyunca,aortanın döş şöbəsinin yanında yerləşirlər.aparıcı limfa damarları sağ,sol aşağı traxeyabronx limfa düyünlərinə,bəzi hallarda isə birbaşa döş axacağına açılırlar. 9. Ağciyər bağlarının düyünləri n.l.ligamentum pulmonales parietal plevranın ağciyər bağlarını əmələ gətirən dublikaturasında yerləşir,plevradan və ağciyərlərin aşağı sahələrindən limfanı qəbul edir və aparıcı damarlarla arxa ortadivar düyünlərinə ötürürlər. 10. Onurğaönü limfa düyünləri n.l.prevertebrales onurğanın döş şöbəsinin ön səthində yerləşirlər,limfanı plevradan və fəqərələrarası limfa düyünlərindən qəbul edib,döş limfa axacağına ötürürlər. 11. Diafraqma limfa düyünlər n.l.phrenici diafraqma sinirlərinin diafraqmaya daxil olduğu sahədə onun səthində yerləşirlər və limfanı pariyetal plevra,perikard və qarciyərdən qəbul edib, aparıcı damarlarla ön və arxa ortadivar,həmçinin parasternal və bronx-ağciyər limfa düyünlərinə ötürürlər. Ağciyər qüsurları embrional inkişafın pozulması nəticəsində meydana çıxır.onların təsnifatı çoxdur.bunların ən sadəsi Q.L.Vol-Eynşteynin verdiyi təsnifatdır: A. Ağciyərin lazımi qədər ikişaf etməməsi: 1. ağciyərin və ya payının ageneziyası,aplaziyası 2. ağciyərin və ya payının hipoplaziyası a) əsas və ya pay bronxlarının şaxələnməsindən sonra b) seqmentar bronxların şaxələnməsindən sonra 3. sistlər 4. sistəbənzər bronxoektaziyalar

5. dizontogenetik bronxoektaziyalar 6. traxeobronxomalyasiya B. Ağciyərin inkişafında əlavə elementlərin əmələ gəlməsi: 1. əlavə ağciyər 2. tək venanın payı 3. traxeal bronx C. Ağciyər damarlarının qüsurları: 1. normal ağciyərdə anomal damarlar 2. anormal ağciyərdə anomal damarlar Ç. Ağciyər qüsurları ilə şişlər: 1. hamartoxondromalar. Ağciyərdə cərrahi əməliyyat-şiş,abses,bronxektaziya,vərəm olduqda aparılır. Ağciyərin birini bütöv kəsib götürmə-pulmonektomiya,payının kəsilib götürülməsi-lobektomiya,2 payının kəsilib götürülməsinə-bilobektomiya,seqmentlər üzrə kəsilməsinəseqmententomiya deyilir. Pulmonektomiya-arxa-yan yol tətbiq olunur.əsasən cərrahlar operativ müdaxiləyə ağciyər arteriyası və əsas bronxların işlənməsi ilə başlayırlar.kök olduqda müdaxiləyə venaların işlənməsindən başlanılır.bu şiş hüceyrələrinin yayılmasını yavaşıdır. Lobektomiya-arxa-yan yoldan müdaxilə olunur.yuxarı payı çıxarmaq üçün IV və V qabırğalararası sahədən,aşağı payı çıxarmaq üçün V və VI qabırğalararası sahələrdən istifadə olunur.bəzən qabırğaları rezeksiya edirlər. Seqmentektomiya-seqment ağciyərin anatomo-cərrahi hissəsidir ki,bu da seqment arteriyası,bronxu və seqmentlərarası venadan təşkil olunmuşdur.bir və yaxud bir neçə seqmenti ayırmaq üçün anatomik sərhəd seqmentar arteriya və bronxun kəsilməsindən sonra keçirilməlidir.

Ağciyərin rezeksiyasının bütün variantlarında cərrahi əməliyyat tipli etapları ağciyərin bitişmələrdən və bağlardan azad olunması,ağciyər damarı və bronxlarının işlənməsi və plevra boşluğunun drenə edilməsindən ibarət olur. Cərrahi əməliyyat əsas etibarilə bronxektaziya,xoş və bəd xassəli şişlər,xroniki abseslər və fibroz,kavernoz vərəm zamanı aparılır. Pnevmotomiya ağciyər absesi zamanı aparılan əməliyyatdır.2 variantı var A) Biretaplı-qabırğayadək kəsik aparılır.döşdaxili fassiya parietal və visseral plevra bitişmə yerlərindən şpris alınır.irin hüdudları aşkarlandıqdan sonra elektrobıçaqla kəsik aparılır.tənziflə salınmış barmaqla abses boşluğu təmizlənir,antiseptiklə yuyulur,drenləşdirilir,seyrək tikiş qoyulur. Bəzən ağır intoksikasiya halında bitişmə olmadığı halda birmomentli pnevmotomiya məqsədilə səhfələr bir-birinə tikilir.bu əməliyyat plevra-pnevmotomiya adlanır. B) İkietaplı-əvvəlcə yara sümüküstlüyünün daxili səhfəsindən açılır.sümüküstlüyü üzərindən tamponla təzyiq edilir.seyrək tikişlə yara bağlanır.8-10 gün sonra bitişmə əmələ gəlir.sonra biretaplı kimi əməliyyat davam edir.

İstifadə olunan ədəbiyyat siyahısı: 1.L.A.Məmmədov.Döş nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatlar.bakı- Müəllim nəşriyyatı -2003.səh.36-52,151-155,162-200.