Azərbaycan: Cənubi Qaz Dəhlizi

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

2014-cü ilin üçüncü rübünün nəticələri

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin Əlavəsi

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Marketinq. Mehdiyev Əkbər

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Fəsil 11 Kumulyati v və transsərhəd təsi rlər

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Fəsil 14 Ümumi layihə qiymətləndirməsi

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Layihə Məlumat Hesabatı

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

8 Məsləhətləşmə və məlumatın açıqlanması

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

1 Giriş. Mündəricat. Şəkillərin siyahısı. Cədvəllərin siyahısı

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

CQBK-nin Genişləndirilməsi Layihəsi, Azərbaycan Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi Son Variant

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

3 Təsirin qiymətləndirilməsi üzrə metodologiya

Protokolundan Çıxarış aprel 2016-cı il

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı nın təsdiq edilməsi haqqında

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Şəffaflıq və bacarıqların yaradılması Şəffaflıq

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Dünya Bankının Sənədi YALNIZ RƏSMI ISTIFADƏ ÜÇÜN

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı ci illər üçün Fəaliyyət Planı

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Layihə Sənədi üçün Məlumat Cədvəli

İşçi sənəd, Oktyabr 2017

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Komissiyanın İkinci hesabatına cavab olaraq biz öz cavabımızı üç komponent ətrafında hazırlamışıq:

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

M Ə L U M A T I. 1. Bankın Nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Fəsil 9 Məsləhətləşmə prosesi

Fəsil 12 Təhlükələri n təhli li və ri ski n qi ymətləndi ri lməsi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Zeynalova Sevinc III kurs

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanası üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ SU STRATEGİYASI

Azərbaycanda turizmin vəziyyəti

Azərbaycan Ölkə Tərəfdaşlığı Strategiyası. Sentyabr 2014

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Korporativ idarəetmə. Ruslan Atakişiyev İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri. Məruzəçi:

[18] 1. Ümumi müddəalar

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Türkiyədə mövcud tənzimləyici qaydalar

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN TƏHLÜKƏSİZLİK DEPARTAMENTİ HAQQINDA Ə S A S N A M Ə 1. ÜMUMİ MÜDDƏALAR

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

Transkript:

Azərbaycan: Cənubi Qaz Dəhlizi Ölkə: Layihənin nömrəsi: İş sahəsi: Bildiriş növü: Ekoloji kateqoriya: Şura iclasının nəzərdə tutulmuş tarixi: Status: İngilis dilindəki LXS-nin açıqlanma tarixi: AZƏRBAYCAN 48376 Təbii sərvətlər DÖVLƏT A 18 oktyabr 2017 Baxılmış konsepsiya 04 avqust 2017 Layihənin təsviri Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi ( TANAP və ya Layihə ) Türkiyə Respublikasını, eləcə də Avropa ölkələrini təbii qazla təchiz etmək üçün Türkiyə Respublikasının ərazisindən keçən təbii qaz boru kəməridir. Hazırda tikilməkdə olan bu boru kəməri Türkiyə-Gürcüstan sərhəddindən Türkiyə-Yunanıstan sərhəddinədək uzanacaq. Layihə TANAP Doğalgaz İletim A.S. ( TANAP A.S. ) şirkəti tərəfindən həyata keçirilir. Layihəyə AYİB-lə yanaşı, bir sıra digər beynəlxalq maliyyə təşkilatları da dəstək göstərəcəklər. Dünya Bankı TANAP üçün 800 milyon ABŞ dolları, Asiya İnfrastruktura İnvestisiya Bankı isə 600 milyon ABŞ dolları maliyyə vəsaiti ayırmağı öhdəsinə götürmüşdür. Avropa İnvestisiya Bankı hazırda TANAP layihəsi üçün maliyyə vəsaiti təmin etmə məsələsini nəzərdən keçirir. Layihənin vəzifələri AYİB-in fəaliyyət göstərdiyi beş ölkə boyunca uzanan Cənubi Qaz Dəhlizi - TANAP Layihəsi bu dəhlizin ayrılmaz tərkib hissəsidir - Avropa və Türkiyənin enerji təchizatının təhlükəsizliyini və müxtəlifliyini artırmaq məqsədi güdən vacib strateji qaz infrastruktur layihələrindəndir. Dəhliz qaz təchizatı imkanlarını genişləndirəcək və Avropanın Xəzər regionundan və daha uzunmüddətli perspektivdə bu regiondan kənar ərazilərdən, o cümlədən Şərqi Aralıq dənizi regionu, Mərkəzi Asiya və Yaxın Şərqdən təbii qaz əldə etməsinə imkan verən yeni enerji nəqli marşrutları təmin edəcək. Cənubi Qaz Dəhlizi təbii qazının əksər hissəsini idxal edən Türkiyədə dəhliz əlavə təbii qaz mənbəyi təmin edəcək və qazın daha yaxşı paylanması, enerjiyə çıxışın yaxşılaşması və hərtərəfli regional artım vasitəsilə ölkənin infrastrukturunu yaxşılaşdıracaq. Cənubi Qaz Dəhlizi regionlararası infrastruktur layihəsi kimi, regionda beynəlxalq əməkdaşlıq, iqtisadi inteqrasiya və dayanıqlı iqtisadi inkişaf üçün imkanları genişləndirəcək. Bu miqyaslı layihələr həmçinin yerli məşğulluq və TANAP Layihəsi ilə biznes üçün böyük imkanlar yaradırlar ki, bu da tikinti zamanı 9000-dən artıq iş yerinin, Türkiyədə əməliyyatlar zamanı isə əlavə 300 yeni daimi iş yerinin yaranması ilə nəticələnəcək. Yerli səviyyədə əldə ediləcək faydalara Türkiyənin regional yol və sosial infrastrukturlarının yaxşılaşması, həmçinin Layihənin Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin edəcək ətraf mühitə təsiri azaltma proqramları daxil olacaq.

Ölkələr uzunmüddətli şəkildə atmosferə daha az karbon qazının atılmasını təmin edən iqtisadiyyata keçdikləri üçün təbii qaz alternativ yanacaq kimi mühüm rol oynamağa davam edəcək. Çevik enerji hasilatı mənbəyi təmin edən nisbətən az karbonlu qalıq yanacaq kimi, qazdan genişlənməkdə olan, fasiləli bərpa olunan enerjiyə etibarlı dəstək qismində, bərpa olunan enerji mənbələrini tamamlamaq üçün istifadə edilə bilər. Təbii qazın kapital xərclərinin daha az olması, fasiləli bərpa olunan enerjiyə dəstək kimi daha böyük çevikliyə malik olması və daha az karbon izləri qoyması səbəbindən, yeni istilik stansiyalarının əksəriyyətinin yanacağının təbii qaz hesabına təmin edilməsi gözlənilir. Bərpa edilən enerjidən istifadə genişləndiyi üçün və istixana qazlarının emissiyasının azaldılması hədəfləri daha da sərtləşdirildiyi üçün azkarbonlu iqtisadiyyata keçid prosesində təbii qazın atmosferə daha az karbon qazı atan yanacaq kimi enerji hasilatında vacib rolu getdikcə artacaq. Keçidlə bağlı təsir Layihənin keçidlə bağlı təsirinin, əsasən, onun boru kəməri marşrutu boyunca enerji bazarlarının inteqrasiya və dayanıqlılığına verəcəyi töhfədən əldə ediləcəyi gözlənilir. Lakin onun həm də azkarbonlu iqtisadiyyatlara keçidə dəstəyə ciddi təsir göstərəcəyi gözlənilir. Layihə Avropa və Türkiyədə enerji sektorunun dayanıqlılığını gözlənilməz vəziyyətlərdən qoruyacaq qaz təchizatı mənbələrinin şaxələndirilməsini dəstəkləyəcək. Enerji təhlükəsizliyinin artırılması və enerji təchizatının müxtəlifliyi səmərəli fəaliyyət göstərən iqtisadiyyatların vacib elementləridir. Bundan başqa, Dünya Bankı enerji bazarı təşkilatlarının, həmçinin bu sektordakı əsas iştirakçılar üçün bacarıqların artırılmasının gücləndirilməsinə dəstək göstərmək üçün bu Layihə vasitəsilə siyasətə dair dialoqda iştirak edəcək. Təklif edilən Cənubi Qaz Dəhlizi yalnız Azərbaycanı Avropa qaz bazarı ilə əlaqələndirməklə qalmayıb, həmçinin regional qaz şəbəkəsinin qarşılıqlı əlaqəsini genişləndirəcək. Beləliklə, Layihə kompleks, səmərəli fəaliyyət göstərən Avropa qaz bazarının yaradılmasına kömək edəcək və regionlararası ticarət və əlaqələrə töhfə verəcək. Layihə nəqliyyat potensialını artırma potensialına malik olmaqla, həmçinin Xəzər dənizi regionunun daha geniş ərazilərini Türkiyə və Avropa ilə əlaqələndirə və cənub-şərqi Avropada qaz bazarının inteqrasiyasını gücləndirə bilər. Təbii qaz dünyada azkarbonlu iqtisadiyyata keçid üçün vacib yanacaqlardan biri hesab edilir. Təbii qaz hələ də bərpa edilən enerji mənbələrinin yerinə yetirə bilmədiyi enerji tələbatının paylanmasını əhatə etmək məqsədilə atmosferə ən az karbon buraxan elektrik enerjisi hasilatını təmin edir, eləcə də bərpa olunan enerji mənbələrinin fasiləliliyini tarazlamaq üçün tələb edilən çevik maksimal potensialı enerji ilə təmin edir. Tələbatdan asılı olaraq yeni yanacaq növlərinə (xüsusilə, kömürdən təbii qaza) keçidin və təchizat zəncirinin emissiya ehtiyatlarının (Cənubi Qaz Dəhlizi qazı ilə əvəz edilən digər yanacaqların təchizatı ilə müqayisədə) ümumi nəticəsi olaraq, Cənubi Qaz Dəhlizinin təsirə məruz qalan ölkələrin azkarbonlu intensivlik səviyyələrinə doğru ümumi inkişafına kömək edilməsində böyük müsbət təsirə malik olacağı gözlənilir. Bank bu təsiri qiymətləndirmək məqsədilə, Layihənin emissiyaların azaldılması ilə bağlı potensial faydaların qiymətləndirilməsini həyata keçirir. Bu qiymətləndirmə Türkiyədəki enerji tələbatının artmasını, həmçinin Paris Sazişi də daxil olmaqla, iqlim dəyişmələri ilə bağlı beynəlxalq hədəflər çərçivəsində milli öhdəlikləri nəzərə alır. Qiymətləndirmənin əhatə dairəsinə Layihənin enerji sisteminin karbonsuzlaşdırılmasını necə dəstəkləyə biləcəyinin başa düşülməsi daxildir. Bu qiymətləndirmənin ilkin smetaları AYİB-in fəaliyyət göstərdiyi və göstərmədiyi bütün müvafiq ölkələrdə İstixana Qazlarının böyük həcmdə ümumi emissiya ehtiyatlarını vəd edir.

Sifarişçi Cənubi Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin ( Borc alan ) səhmlərinin 51%-nin mülkiyyətçisi Azərbaycan Respublikası, 49%-nin mülkiyyətçisi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (dolayı olaraq, səhmlərin 100%-nin mülkiyyətçisi Azərbaycan Respublikasıdır). TANAP A.S. şirkətinin səhmlərinin 58%-nin mülkiyyətçisi olan Borc alan Azərbaycan Respublikasının Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsindəki maraqlarını idarə edir. AYİB-in maliyyəsi Cənubi Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinə ( Borc alan ) 500 milyon ABŞ dollarınadək kredit ayrılmasına Azərbaycan Respublikası tərəfindən təminat verilir. Bu kreditdən Borc alanın Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsi çərçivəsində öhdəliklərinin bir hissəsini maliyyələşdirmək üçün istifadə ediləcək. Layihənin ümumi xərcləri TANAP layihəsinin cəmi xərcləri: 8,6 milyard ABŞ dolları Cənubi Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin payı: 5 milyard ABŞ dolları Ətraf mühitə təsir Layihəyə Türkiyədə 1850 km uzunluğunda yüksək təzyiqli əsas qaz boru kəmərinin tikintisi daxildir. Layihə 2014-cü il tarixli Ekoloji və Sosial Siyasətə uyğun olaraq, A kateqoriyalı layihə kimi təsnif edilmişdir. Bankın təmin etdiyi Ekoloji və Sosial Aləmin Kompleks Yoxlanışı (ESAKY) ətraf mühit, sağlamlıq, təhlükəsizlik və sosial məsələlər üzrə beynəlxalq məsləhətçi tərəfindən tamamlanmışdır. Qiymətləndirməyə Layihənin Ekoloji və Sosial Aləmə Təsirinin Qiymətləndirilməsi (ESTQ), Yerləşdirmə Tədbiri Planları (YTP-lər), Biomüxtəliflik Fəaliyyəti planı (BFP), Ekoloji və Sosial İdarəetmə Planları (ESİP-lər), Maraqlı Tərəflərin Cəlb Edilməsi Planının (MTCP) və digər sənədlərin, həmçinin Ərzurum və Ankara bölgələrində iki Tikinti sahəsinə səfərin nəzərdən keçirilməsi daxil olmuşdur. ESVQ-yə həmçinin digər müvafiq layihələrin/əlaqədar ərazilərin, məsələn, Şahdəniz 2, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və Trans-Adriatik Boru Kəmərinin (TABK) yüksək səviyyədə təhlili daxil olmuşdur. Layihə kompleks ESTQ həyata keçirmişdir. Bu qiymətləndirmə çərçivəsində mənfi təsirlər qiymətləndirilmiş və boru kəmərinin layihələndirmə, mühəndislik fəaliyyətlərindən tutmuş tikintisinədək boru kəmərinin istismarı boyunca və istismarı dayandırılana qədər önləyici, azaldıcı tədbirlər müəyyənləşdirilmişdir (AYİB-in Ekoloji və Sosial Siyasətinin tələbinə uyğun olaraq). ESTQyə Layihənin ümumi və qalıq təsirlərinin qiymətləndirilməsi daxildir. ESTQ şirkətin davamlı məsləhət prosesinin tərkib hissəsi kimi, TANAP-ın veb-saytında ictimai şəkildə açıqlanmışdır (22 iyun 2015-ci il tarixində). Türkiyənin Ətraf Mühit və Urbanizasiya Nazirliyi 2014-cü ilin iyun ayında ESTQ-ni təsdiq etmişdir. Bankın ESTQ-si ekoloji və sosial Fəaliyyət Tələblərindən (FT-lər) heç bir Ciddi Uyğunsuzluğun olmadığını müəyyənləşdirmişdir. Bununla belə, bir sıra Qismən Uyğunsuzluq müəyyənləşdirilmişdir ki, bunlar da Sifarişçi ilə razılaşdırılmış və Bankın veb-saytında açıqlanmış Ekoloji və Sosial Tədbirlər Planının hazırlanması və həyata keçirilməsi vasitəsilə asanlıqla aradan qaldırıla bilər. Layihə müntəzəm şəkildə nəzərdən keçirilən güclü ekoloji və sosial idarəetmə sistemlərinə və prosedurlarına malikdir. ESVQ ekoloji və sosial aspektlərin və təsirlərin Layihənin həcminin müəyyənləşdirilməsi və planlaşdırılması ərzində nəzərdən keçirilmiş olduğunu müəyyənləşdirmişdir. Bu zaman təsirazaltma iyerarxiysının və Nümunəvi Beynəlxalq Təcrübənin (NBT) tətbiqi vasitəsilə önləyici fəaliyyətlərə lazımi diqqət yetirilmişdir.

Alternativlərin və marşrut seçiminin qiymətləndirilməsi Layihənin texniki əsaslandırılmasının nəzərə alınması ilə yanaşı, ekoloji və sosial təsirlərin profilaktikasının və minimallaşdırılmasının təmin edilməsi üçün də ən vacib obyektivlərdən biridir. Ekoloji və sosial meyarlar Üstünlük verilən marşrut dəhlizinin 2 km-dən 500 m-dək daraldılmasına lazımi şəkildə tətbiq edilmişdir. ESTQ 500 metrlik boru kəməri dəhlizini bütünlüklə əhatə etmişdir. Seçilmiş marşrut bütün dəhliz marşrutu boyunca ev təsərrüfatlarının fiziki olaraq köçürülməsinin qarşısını almağa imkan vermişdir. Tikinti mərhələsi boyunca marşrut seçimində əlavə dəyişikliklər edilmişdir və əhəmiyyətli mədəni irs ərazilərinin və vəhşi təbiət kimi müəyyənləşdirilmiş ərazilərin əhatə olunmasının qarşısını almaq üçün bu seçim Dəyişikliyin İdarə Edilməsi prosesi vasitəsilə idarə edilmişdir. ESTQ layihənin potensial ekoloji və sosial təsirlərini, müvafiq ekoloji və sosial təsirazaltma tədbirlərini qiymətləndirmişdir və nəzərəçarpan qalıq risklərini aradan qaldırmaq məqsədilə, bir sıra idarəetmə planlarına öhdəliklər ötürülmüşdür. ESTQ-nin, eləcə də Ekoloji və Sosial İdarəetmə Planı üzrə öhdəliklərin icrasının daxili monitorinqi və üçüncü şəxslər tərəfindən monitorinqi həyata keçirilmişdir. ESVQ müəyyənləşdirmişdir ki, gəmilərarası qarşılıqlı əlaqələr və gəmilərin dəniz faunası ilə qarşılıqlı əlaqələri ilə əlaqədar potensial risklər kompleks Təhlükələrin Müəyyənləşdirilməsinin Araşdırması (TMA) vasitəsilə ESTQ-dən sonrakı inkişaf qiymətləndirilmişdir. Dənizdəki fəaliyyətlər üçün Layihə ilə bağlı potensial riskləri müəyyənləşdirmək və azaltmaq məqsədilə, Podratçı tərəfindən İş Risklərinin əlavə Qiymətləndirilmələri hazırlanacaq, həmçinin Layihə tərəfindən müvafiq ESİP hazırlanacaq və açıqlanacaq. Layihədə hazırda boru kəmərinin və kompressor stansiyalarının tikintisi üzrə 9445 nəfər işçi çalışır (2066 ixtisassız, 1907 yarımixtisaslı və 5472 ixtisaslı işçi). Həmçinin yerli məşğulluqdan istifadə (xüsusilə, ixtisassız və yarım-ixtisaslı işçilər üçün) maksimallaşdırılır və bacarıqların ötürülməsini təmin etmək məqsədilə güclü təlimlər keçilir. Əmək və iş şəraiti meyarları əsasında qiymətləndirmənin tərkib hissəsi kimi, normalardan heç bir ciddi uyğunsuzluq müəyyənləşdirilməmişdir. Qismən uyğunsuzluğa podratçılar səviyyəsində əlavə iş saatları və fiziki yorğunluğun öhdəsindən gəlinməsi məsələləri daxildir. Tikintidə qısamüddətli işçi qüvvəsi ilə müqavilələrin uzadılması da daha çox şəffaflıq tələb edir və TANAP işə xitam verilməsinə dair şəffaf prosedurlar hazırlayacaq. Layihə 3 saylı FT-yə tam əməl olunduğunu nümayiş etdirir. Emissiyaları mənbəyində azaltmaq məqsədilə, Kompressor Stansiyalarının layihələndirilməsi müvafiq Nümunəvi Texniki şərtləri nəzərə almışdır. Düşərgələr üçün su götürülməsinin təsirləri və suyun sınaqdan keçirilməsi məsələləri adekvat şəkildə qiymətləndirilmiş, Dövlət Hidravlik Fəaliyyətləri Baş İdarəsi tərəfindən verilmiş icazələr əsasında su götürülmüşdür. Düşərgələrdən və tikinti sahəsindən yığılan sanitar çirkab suları müəssisə daxilində çirkab suların təmizlənməsi qurğusunda təmizlənir və müvafiq Layihə Standartlarına cavab verəcək hala gəldikdən sonra təsdiq edilmiş yerə boşaldılır. Hidravlik sınaq üçün su götürülməsi sayğacla ölçülür və hidravlik sınaq üçün təkrar istifadə edilmiş su bir hissədən digərinə nasosla vurulur. Hidravlik sınaq Layihə Standartlarına uyğunluğu təmin etmək məqsədilə yekun boşaldılmadan əvvəl sedimentasiya və filtrasiya proseslərindən, həmçinin laboratoriya sınaqlarından keçirilir. ESTQ Layihədən yaranan su axınlarını qiymətləndirir. İdarəetmə və azaltma tədbirləri TANAP və podratçılar tərəfindən hazırlanmış Tullantıların İdarə Edilməsi və Çirklənmənin Qarşısının Alınması Planında sənədləşdirilir. Müvafiq poliqonda tullantıların məhv edildiyini təsdiq edən nəzarət sənədləri zənciri TANAP tərəfindən saxlanılır. TANAP risklərin qiymətləndirilməsi vasitəsilə məlumatla təmin edilən kompleks Sağlamlıq və Təhlükəsizliyin İdarə Edilməsi Sistemi tətbiq edir. Müvafiq tələblər podratçılara bildirilir və müqavilələrə daxil edilir. Yüksək riskli fəaliyyətlərə İş prosesinə İcazə vasitəsilə nəzarət

edilir. Bu nəzarət TANAP işçilərinin müşahidəsi altında podratçılar tərəfindən həyata keçirilir. TANAP iş yerinin Sağlamlıq və Təhlükəsizlik hadisələrini və qəzalarına nəzarət edir. Yerüstü Qurğular üçün təqribən 260 ha daimi torpaq sahəsinin əldə edilməsi tələb edilir. 3 illik müvəqqəti müddət üçün isə təqribən 6600 ha torpaq sahəsi (tikinti dəhlizi üçün istifadə hüququ olan torpaq sahəsi və ya məhdudiyyətsiz olaraq Ərazidən Keçmə Hüququ (ƏKH) tələb olunur). Tikinti başa çatdıqdan və hüquqlar geri qaytarıldıqdan sonra bu torpaq sahəsi öz mülkiyyətçilərinə geri veriləcək. Bu zaman müvəqqəti istifadə hüququnun olduğu ərazilərdə kənd təsərrüfatına/binalara müəyyən məhdudiyyətlər qoyulacaq. BOTAS tərəfindən həyata keçirilmiş milli torpaq əldə etmə prosesi ilə Layihə standartları arasında bəzi boşluqlar müşahidə olunmuşdur. TANAP Boru Kəmərinin YTP-sində İslahedici Tədbirlər, o cümlədən yeni bir səlahiyyətlər matrisi və YTP fondu hazırlamağı üzərinə götürmüşdür ki, burada məqsəd kompensasiya ödənişləri sahəsində milli qanunvericiliklə beynəlxalq standartlar arasındakı boşluğu doldurmaqdır. Mərmərə dənizində balıqçılara potensial təsirləri öyrənmək üçün araşdırma hazırda yekunlaşdırılmaqdadır və Layihə tərəfindən müvafiq Həyatın Bərpası Planı hazırlanacaq və həyata keçiriləcək. Biomüxtəlifliklə bağlı araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, boru kəməri quruda 67, şirin sularda isə 27 kritiki məskunlaşma sahəsində kəsib keçəcək. Quruda yerləşən kritiki məskunlaşma sahəsində ESTQ-də qiymətləndirilmiş 500 metrlik Yerli Araşdırma Ərazisinin yalnız 0,39%-ni, ƏKH-nin isə 5,6%-ni (36 m) əhatə edir. Bitki və heyvan növləri üçün müdafiənin vəziyyəti və endemizm BERN, IUCN, CITES, Quşlara dair Direktiv, Canlılara dair Direktivin meyarları əsasında müəyyənləşdirilmişdir. ƏKH çərçivəsində mühafizə əhəmiyyətli növlərə və canlılara təsirləri azaltmaq üçün Biomüxtəliflik Tədbirləri Planı hazırlanmışdır. ESVQ Prioritet Biomüxtəliflik Xüsusiyyətlərinin heç bir Xalis İtkisinə yol verilməməsinin və əhəmiyyətli canlıların Xalis Gəlirinin (qalıq təsirlərinin mövcud olduğu yerlərdə) təmin edilməsi baxımından 6 saylı FT-nin tələblərinə uyğunluqda boşluq müəyyənləşdirmişdir. Belə çatışmazlıqlar BTP-yə əlavə kimi, Biomüxtəlifliyin Tarazlanması Strategiyasının hazırlanması vasitəsilə aradan qaldırılacaq. Bu iş hazırda davam etdirilməkdədir və şura tərəfindən Layihənin təsdiq edilməsindən əvvəl genişləndiriləcəkdir. Layihə 8 saylı FT-yə tam şəkildə uyğundur. Mədəniyyət və Turizm Nazirliyinin Muzey rəhbərliyi ilə davam edən və sıx fəaliyyət həyata keçirilmişdir. Hazırda Mədəni İrsin İdarə Edilməsi Planı, o cümlədən İmkanların Axtarışı Proseduru mövcuddur və onun tələbləri tikinti podratçısının İdarəetmə Planlarında əks olunur. Yerin təmizlənməsi işlərinə TANAP-ın Mədəni İrs məsələlərinə məsul əməkdaşı və müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə arxeoloqlar tərəfindən nəzarət edilir. ESTQ-nin hazırlanması və milli səviyyədə açıqlanması ərzində maraqlı tərəflərin cəlb edilməsi fəaliyyətlərinə kəndlər səviyyəsində toplantılar, gender məsələlərinə həssas yanaşan toplantılar/fokus qrupları və Layihənin xarakterinə və həcminə uyğun olaraq maraqlı tərəflərin təhlili daxil olmuşdur. Beynəlxalq standartlara uyğunlaşdırılmış Maraqlı Tərəflərin Cəlb Edilməsi Planı ilk dəfə 2013-cü ilin avqust ayında hazırlanmış və ictimaiyyətin iştirakını və açıqlama tələblərini əks etdirmək üçün dəyişikliklərə məruz qalmışdır. Davam edən cəlb etmə fəaliyyətlərini, şikayətləri və maraqlı tərəflərin maraqları məsələlərini izləmək üçün MTCP daxili onlayn Maraqlı Tərəflərin İnformasiya Sisteminə uyğunlaşdırılır. MTCP öhdəliklərinə uyğun olaraq, Layihə şikayətlərin və islahedici tədbirlərin icmalını təsirə məruz qalan icmalara açıqlama öhdəliyi götürmüşdür. Bununla yanaşı, müvafiq maraqlı tərəflərə yenilənmiş layihə sənədlərinə, o cümlədən YTP və BTP-yə dair vaxtlı-vaxtında məlumatlar veriləcək.

Aşağıdakı tədbirlər ESAP-ın tərkib hissəsi kimi razılaşdırılmışdır: Layihənin həm tikinti, həm də fəaliyyət mərhələləri üçün ətraf mühit və sosial monitorinq məsələləri üzrə müstəqil məsləhətçilərin işə götürülməsi; dənizdə tikinti üçün ekoloji və sosial idarəetmə planının, o cümlədən dənizdə fövqəladə hallara qarşı cavab tədbirləri planının hazırlanması və açıqlanması; fəaliyyət mərhələsində bioloji bərpa və monitorinq fəaliyyətləri və yeni müəyyənləşdirilmiş bərpa və islahetmə fəaliyyətləri üçün xərclərin smetasının təmin edilməsi; müvafiq plan və prosedurlar, həmçinin cəlb edilmənin yaxşılaşdırılması və təlimlər vasitəsilə podratçıların iş vaxtından artıq iş və fiziki yorğunluğun öhdəsindən gəlinməsi məsələlərinin gücləndirilməsi; podratçılar üçün şəffaf işə xitam vermə sənədlərinin hazırlanması; istixana qazlarına dair illik hesabatların təqdim edilməsi; Layihə ərazilərində yoluxucu xəstəliklərin profilaktikasına və idarə edilməsinə dair proqramın hazırlanması və həyata keçirilməsi; Banka YTP Fondunun idarə edilməsinə dair yekun prosedurun və təsirə məruz qalan torpaq sahiblərinin və torpaq istifadəçilərinin cəlb olunması planının təqdim edilməsi; Yerüstü Qurğular üçün daimi torpaq sahələrinin əldə edilməsinin təsirlərinə məruz qalan insanlar və dənizdə tikintinin təsirinə məruz qalan balıqçılar üçün Həyatın Bərpası Proqramının təqdim edilməsi; YTP Fondunun monitorinqinə dair hesabatların təqdim edilməsi; kritiki məskunlaşma sahələrinə və xalis itki/gəlir fəaliyyətlərinə qalıqların təsirlərinin kəmiyyətini müəyyənləşdirən Biomüxtəlifliyin Bərpası Strategiyasının hazırlanması; şikayətlərin, o cümlədən yerdəyişmə ilə bağlı şikayətlərin və TANAP və podratçılar tərəfindən həyata keçirilmiş tədbirlərin xülasəsinin açıqlanması (belə şikayətlərin icmaya yönəldilməsi üçün) və əsas sənədlərin (məsələn, YTP, BTP), həmçinin ekoloji və sosial idarəetmə planlarının yerli açıqlanmasının modallığına dair dəlillərin təqdim edilməsi. Texniki əməkdaşlıq Bank ölkənin enerji, sənaye, kommersiya və məskunlaşma sektorlarında enerjiyə tələbatın artmasını, həmçinin iqlim dəyişmələri ilə bağlı beynəlxalq hədəflərə dair mövcud və planlaşdırılan milli öhdəlikləri (Paris Sazişi ilə götürülən öhdəliklər daxil olmaqla) nəzərə alaraq, Layihənin (və daha geniş şəkildə Cənubi Qaz Dəhlizinin) Türkiyənin azkarbonlu iqtisadiyyata keçidinə necə dəstək verə biləcəyini anlamaq üçün hərtərəfli qiymətləndirmə aparır. Bu fəaliyyət Türkiyənin enerji sektorunun Aİ-nin enerji strategiyalarına uyğun şəkildə təkmilləşdirilməsi proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş Yaşıl İqtisadiyyata Keçid Layihəsinin Hazırlanması və Həyata Keçirilməsi Çərçivəsinə uyğun olaraq həyata keçirilmişdir.