SATINALMA ÜZRƏ TƏLIMATLAR

Benzer belgeler
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

MƏSLƏHƏTÇILƏRIN İSTIFADƏSI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Marketinq. Mehdiyev Əkbər

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

UniMiles 3 illik 100 AZN və ekvivalenti

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

[18] 1. Ümumi müddəalar

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azər-Türk Bank ASC üzrə

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında. Metodoloji Rəhbərlik

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

Kommunal müəssisələr tərəfindən satınalma

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Visa Gold / MC Gold 1 illik 40 AZN/USD/EUR/(GBP*) 2 illik 60 AZN/USD/EUR/(GBP*) 3 illik 80 AZN/USD/EUR/(GBP*) 4 illik 100 AZN/USD/EUR/(GBP*)

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə D Ətraf Mühitin və Sosial Sahənin İdarə Edilməsi və Monitorinqi Planı

BALANS HESABATI A-AKTİVLƏR

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

JOHN WOOD GROUP PLC Wood İşçinin Səhm Planının Qaydaları 1

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

BlackBerry ID Sazişi

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

YERLİ BANKLARIN ŞÖBƏLƏRİNİN VƏ YERLİ NÜMAYƏNDƏLİKLƏRİNİN AÇILMASI ÜÇÜN İCAZƏ ALINMASI VƏ İCAZƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Kredit bürosu borcalanlar üçün əla imkanlar

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Klirinq fəaliyyətinin həyata keçirilməsi Qaydalarından çıxarış. 1. Ümumi müddəalar

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

«WESTERN UNION» pul köçürmələri xidmətinin göstərilmə şərtləri

Protokolundan Çıxarış aprel 2016-cı il

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Qeydiyyat ili işçi səhm plan

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

Məlumatların Açıqlanmamasına dair Şərtlər

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

ÜÇÜNCÜ ġəxslər QARġISINDA MÜLKĠ MƏSULĠYYƏT SIĞORTASININ QAYDALARI ÜMUMĠ MÜDDƏALAR

5 li KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

«Atəşgah» Sığorta Şirkəti ASC HƏYAT SIĞORTASI QAYDALARI

İSTİFADƏÇİ TƏLİMATI VƏ ŞƏRTLƏR

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Neftqaztikinti. tresti. edir.

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

AZERCELL TELEKOM MMC. 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə Konsolidə edilmiş maliyyə hesabatları

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

Türkiyədə mövcud tənzimləyici qaydalar

CARİ MƏNFƏƏT VERGİSİ ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 3 li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I.

Transkript:

Bu sənəd ingilis dilindən tərcümə edilmişdir və sənədlə bağlı hər hansı fikir ayrılığı və ya ziddiyət olduğu halda ingilis dilindəki mətn etibarlı sayılır. SATINALMA ÜZRƏ TƏLIMATLAR Aprel 2006 Asiya İnkişaf Bankı

MÜNDƏRİCAT I. MÜQƏDDİMƏ 4 1.1 Məqsəd 4 1.2 Ümumi Təhlil 4 1.5 Təlimatların Tətbiq edilməsi 5 1.6 Münasiblik 6 1.9 Müqavilənin Əvvəlcədən Bağlanması və Xərclərin Sonradan 7 Maliyyələşdirilməsi 1.10 Birgə Müəssisələr 7 1.11 AİB nın İcmalı 7 1.12 Düzgün Aparılmayan Satınalmalar 7 1.13 AİB ə istinadlar 8 1.14 Fırıldaq və Korrupsiya 8 1.16 Satınalma Planı 11 II. BEYNƏLXALQ TENDER 12 A. Ümumi Müddəalar 2.1 Müqəddimə 12 2.2 Müqavilələrin Növü və Ölçüsü 12 2.6 İki Mərhələli Tender 13 2.7 Xəbərdarlıq və Elan 14 2.9 Tender İştirakçılarının Ixtisasa Görə Ilkin Seçimi 14 B. Tender Sənədləri 15 2.11 Ümumi Müddəalar 15 2.13 Tender Təklifləri və Tender Zəmanətinin Qüvvədə Qalması 16 2.15 Dil 17 2.16 Tender Sənədlərinin Aydınlığı 17 2.19 Standartlar 18 2.20 Ticarət Markalarının İstifadəsi 18 2.21 Qiymətlərin Hesablanması 18 2.24 Qiymətlərin Təshih Edilməsi 19 2.26 Daşınma və Sığorta 19 2.28 Valyutaya dair Müddəalar 20 2.29 Tender Təklifinin Valyutası 20 2.31 Tender Təkliflərinin Müqayisəsi üçün Valyutanın Konversiyası 21 2.32 Ödəniş Valyutası 21 2.34 Ödəniş Şərtləri və Metodları 21 2.37 Alternativ Tender Təklifləri 22 2.38 Müqavilənin Şərtləri 22 2.39 İcra Zəmanəti 22 2.41 Ziyanın Ödənilməsi və Mükafatlandırma 23 2.42 Fors Major 23 2.43 Tətbiq Edilən Qanun və Münaqişələrin Həlli 23 1

C. Tenderin Açılışı, Qiymətləndirmə və Müqavilənin Qalib Iddiaçıya Təqdim 24 Edilməsi 2.44 Tender Təkliflərinin Hazırlanması Üçün Ayrılan Müddət 24 2.45 Tender Təkliflərinin Açılış Proseduru 24 2.46 Tender Təkliflərinin Aydınlaşdırılması və ya Onlarda Dəyişikliklər 25 Edilməsi 2.47 Məxfilik 25 2.48 Tender Təkliflərinin Yoxlanılması 25 2.49 Tender Təkliflərinin Qiymətləndirilməsi və Müqayisəsi 26 2.55 Yerli Güzəştlər 27 2.57 Tender Təkliflərinin Qüvvədə Olma Müddətinin Uzadılması 28 2.58 İddiaçıların Tenderdən Sonrakı Ixtisas Seçimi 28 2.59 Müqavilənin Qalib Iddiaçıya Təqdim Edilməsi 28 2.60 Müqavilənin Qalib Iddiaçıya Təqdim Edilməsinin Nəşr Olunması 29 2.61 Heç Bir Tender Təklifinin Qəbul Edilməməsi 29 2.65 Tenderin Nəticələri Barəsində Brifinq 30 D. Dəyişiklik Edilmiş BRT 30 2.66 İdxal Proqramlarını Cəlb Edən Əməliyyatlar 30 2.68 Malların Satın Alınması 31 2.69 Təkrar Sifariş 31 III. Satinalmanin Digər Növləri 32 3.1 Ümumi 32 3.2 Məhdud Beynəlxalq Tender 32 3.3 Milli Rəqabətli Tender 32 3.5 Şoppinq 33 3.6 Birbaşa Bağlanan Müqavilə 34 3.8 Öz Gücü Hesabına Icra 35 3.9 Xüsusiləşdirilmiş Agentliklərdən Satınalma 35 3.10 Satınalma Işləri Üzrə Agentlər 35 3.11 Təftiş Işləri Üzrə Agentlər 36 3.12 Maliyyə Ortaqlarına Verilən Kreditlər Hesabına Satınalma 36 3.13 BOO / BOT / BOOT, Güzəştlər və Oxşar Fərdi Sektorun Vəsaiti 36 Hesabına Satınalma 3.14 İcraya Əsaslanan Satınalma 37 3.16 AİB Tərəfindən Zəmanət Verilən Kreditlər Hesabına Satınalma 38 3.17 Satınalmada Ictimaiyyətin Iştirakı 38 3.18 Bədbəxt Hadisə və Fövqəladə Yardım Zamanı Satınalma 38 ƏLAVƏLƏR 40 Əlavə 1: Tədarük Qərarlarına dair AİB nın İcmalı 1. Tədarükün Planlaşdırılması 40 2. İlkin İcmal 40 5. Sonrakı İcmal 42 2

Əlavə 2: Daxili İstehsalçi və Təchizatçilara Verilən Üstünlüklər 1. Daxildə İstehsal Olunmuş Mallara Üstünlük Verilməsi 44 44 7. Yerli Podratçılara Üstünlük Verilməsi 45 Əlavə 3:Tender İştirakçilarina Tövsiyyələr 1. Məqsəd 2. Tədarük üçün Cavabdehlik 47 47 47 3. AİB nın Rolu 47 5. Tender Haqda Məlumat 48 6. Tender İştirakçılarının Rolu 48 10. Məxfilik 49 11. AİB nın Fəaliyyəti 49 15. Debrifinq 50 3

I. MÜQƏDDİMƏ Məqsəd 1.1 Hazırkı Təlimatların məqsədi Asiya İnkişaf Bankından (AİB) alınmış kreditlə, AİB nın maliyyələşdirdiyi qrantla və ya AİB nın idarə etdiyi vəsaitlərlə 1 tam və ya qismən maliyyələşdirilən layihəni həyata keçirən şəxsləri layihə üzrə zəruri olan mal, iş və xidmətlərin (məsləhətçi xidmətlərindən başqa) 2 alınmasını tənzimləyən siyasətlər haqda məlumatlandırmaqdır. Maliyyə sazişi borcalan 3 və AİB arasındakı hüquqi əlaqələri tənzimləyir, Təlimatlar sazişdə verildiyi kimi mal və işlərin alınması istiqamətində tətbiq edilir. Borcalanın və layihə üçün mal və işlərin təminatçılarının hüquq və öhdəlikləri hazırkı Təlimatlar və ya maliyyə sazişləri ilə deyil, tender sənədləri, borcalanın mal və işlərin təminatçıları ilə imzaladığı müqavilələrlə tənzimlənir. Maliyyə sazişini imzalayan tərəflərindən başqa, heç bir tərəfin burada heç bir hüququ yoxdur və ya maliyyələşdirmənin vəsaitlərinə dair heç bir iddia qaldıra bilməz. Ümumi Təhlil 1.2 Layihənin həyata keçirilməsinə dair cavabdehlik, beləliklə də layihə çərçivəsində müqavilələrin həvalə edilməsi və idarə edilməsi borcalanın üzərinə düşür. AİB öz tərəfindən təmin etməlidir ki, maliyyələşdirmə zamanı ayrılan vəsaitlər qənaətçililik və səmərəlilik nəzərə alınmaqla istifadə edilsin. Layihənin həyata keçirilməsində riayət ediləcək satınalma üzrə müəyyən qayda və prosedurlar müəyyən vəziyyətdən asılı olduğu halda, AİB nin tələblərini adətən beş əsas prinsip tənzimləyir: (a) AİB Sazişi Maddələrinin 14 (ix) Maddəsi çərçivəsində Direktorlar Şurası başqa şəkildə qərar qəbul etməsə, Xüsusi Fondun resurslarından alınan kredit və ya qrantlarla satınalmaya dair paraqraf 2.11 də müəyyən edilmiş səriştənin olması şərti ilə, AİB maliyyələşdirməsinin vəsaitləri ancaq AİBnin üzv dövlətlərindən təchiz edilən və orada hazırlanan mal və işlərin tədarükü üçün istifadə edilə bilər; 1 Hazırkı Təlimatların məqsədi üçün AİB tərəfindən maliyyələşdirməyə AİB nın idarə etdiyi vəsaitlərlə maliyyələşdirmə daxildir. 2 Məsləhətçilərin seçilməsi və cəlb edilməsi ilə əlaqədar Asiya İnkişaf Bankı və onun Borcalanları tərəfindən Məsləhətçilərin istifadə edilməsinə dair Təlimatlara bax. Hazırkı satınalma üzrə Təlimatda mal və işlərə istinada nəqliyyat, sığorta, quraşdırma, tapşırığın verilməsi, təlim və ilkin təmir işləri kimi müvafiq xidmətlər daxildir. Hazırkı satınalma üzrə Təlimatların müddəaları təlim, xəritələrin hazırlanması və oxşar əməliyyatlar kimi xidmətlərə dair tətbiq edilir. 3 Hazırkı Təlimatlarda istifadə edilən borcalan termininə AİB nın maliyyələşdirdiyi qrantları və AİB nın idarə etdiyi fondları qəbul edən tərəfləri, eləcə də layihə üzrə icraçı qurumu əhatə edir. Bəzi hallarda borcalan ancaq vasitəçi kimi çıxış edir, layihə isə digər qurum və ya agentlik tərəfindən həyata keçirilir ki, belə hallarda hazırkı Təlimatlarda borcalana istinad edilərkən belə qurum və agentliklər, eləcə də kreditin verilməsi çərçivəsində altborcalanlar nəzərdə tutulur. 4

(b) Mal və işlərin satınalması da daxil olmaqla, layihənin həyata keçirilməsində qənaətcililik və səmərəliliyə ehtiyac; (c) (d) (e) AİB tərəfindən maliyyələşdirilən mal və işlərin təchiz edilməsində rəqabət aparmaları üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən 4 münasib tender iştirakçılarının hamısına eyni məlumatların və bərabər imkanların verilməsində AİB maraqlıdır; Borcalanın ölkəsində yerli podratın və emal sənayesinin inkişafını təşviq etməkdə AİB maraqlıdır; və Satınalma prosesində şəffaflığın olması vacibdir. 1.3 Açıq rəqabət dövlət satınalmasının səmərəli olması üçün əsasdır. Borcalanlar xüsusi satınalmalar üzrə ən münasib metodu seçəcəklər. Bir çox hallarda qoyulmuş şərtlər altında ölkədə istehsal edilən mallara və müvafiq hallarda işlərin görülməsi üçün yerli podratçılara 5 üstünlüyün verilməsi ilə düzgün idarə edilən beynəlxalq tender (BT) ən münasib metod sayılır. Buna görə də bir çox hallarda AİB münasib təchizatçı və podratçıların 6 iştirak etdiyi BT vasitəsilə mal, iş və xidmətlərin alınmasını borcalandan tələb edir. Hazırkı Təlimatların II Bölməsində BT üzrə prosedurlar təsvir edilir. 1.4 BT in satınalma üçün ən münasib metod olmadığı hallarda, digər satınalma metodlarından istifadə edilə bilər. III Bölmədə digər satınalma metodları və onların tətbiq edilməsi üçün münasib hallar təsvir edilir. Müəyyən edilmiş layihə çərçivəsində satınalma zamanı istifadə ediləcək müəyyən metod haqda maliyyə sazişində müddəa verilir. Layihə çərçivəsində maliyyələşdiriləcək xüsusi sazişlər, onların maliyyə sazişinə uyğun olan satınalma metodu hazırkı Təlimatların 1.16 cı paraqrafında göstərildiyi kimi satınalmalar planında müəyyən edilir. Təlimatların Tətbiq edilməsi 1.5 Hazırkı Təlimatlarda verilən prosedurlar AİB tərəfindən tam və ya qismən maliyyələşdirilən mal və işlər üzrə imzalanan bütün müqavilələrə dair tətbiq edilir 7. AİB tərəfindən maliyyələşdirilməyən mal və işlərin satınalması üçün bağlanmış müqavilələr halında borcalan digər prosedurlardan istifadə edə bilər. Belə hallarda AİB qane olacaq ki, istifadə ediləcək prosedurlar vasitəsilə borcalanın öhdəlikləri yerinə yetiriləcək, bununla da layihə lazımi şəkildə səmərəli həyata keçiriləcək, mal və işlər: 4 1.6, 1.7 və 1.8 ci paraqraflara bax. 5 Hazırkı Təlimatların məqsədi ilə, podratçı ancaq tikinti xidmətlərini təmin edən şirkətə aiddir. 6 1.6, 1.7 və 1.8-ci paraqraflara bax. 7 Buraya borcalan 3.10-cu paraqraf altında satınalma üzrə agenti işə cəlb etdiyi hallar daxildir. 5

Münasiblik (a) yaxşı keyfiyyətdə olmaqla, layihəyə uyğun olsun; (b) vaxtında təmin edilsin və ya başa çatdırılsın; və (c) qiyməti layihənin qənaətcililik və iqtisadi səmərəliliyinə zərər verməsin. 1.6 Rəqabəti təşviq etmək üçün AİB bütün üzv dövlətlərin AİB nin maliyyələşdirdiyi ölkələrə mal, iş və xidmət təklif etməsinə icazə verir 8. İştiraka dair hər hansı şərtlər hər hansı müqavilənin yerinə yetirilməsi üçün iddiaçının potensialını təmin etmək üçün vacib olan şərtlərlə məhdudlaşır. 1.7 AİB tərəfindən tam və ya qismən maliyyələşdiriləcək hər hansı müqavilə ilə əlaqədar olaraq AİB borcalanın müqaviləni uğurla yerinə yetirməsi üçün potensial və resursları ilə əlaqədar olmayan səbəblərə görə iddiaçının iştirakına etiraz etməsinə yol vermir, eləcə də borcalana belə səbəblərə görə hər hansı iddiaçını kənarlaşdırmağa icazə vermir. Nəticə etibarilə borcalanlar müəyyən müqavilə ilə əlaqədar tender iştirakçılarının potensialından əmin olmaq üçün onların texniki və maliyyə baxımından ixtisasını diqqətlə araşdırırlar. 1.8 Yuxarıda qeyd edilənlərə dair istisna halları aşağıdakılardır: (a) Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin VII Bölməsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq yerinə yetirmə aktı ilə borcalan ölkə müəyyən ölkədən, şəxsdən və ya qurumdan malların idxalına və ya onlara ödənişlərin edilməsinə qadağa qoyarsa, ölkənin şirkətləri və ya ölkədə istehsal edilən mallar istisna edilə bilər. Borcalan ölkə hər hansı şirkətə və ya hər hansı mallara görə ödənişlərin edilməsinə qadağa qoyursa, şirkət istisna edilə bilər. (b) Layihənin hazırlanması və ya həyata keçirilməsi üçün məsləhətçi xidmətləri göstərməsi üçün borcalan tərəfindən cəlb edilmiş şirkət və onun filialları layihənin hazırlanması və ya həyata keçirilməsi üçün şirkətin göstərdiyi məsləhətçi xidmətləri nəticəsində ortaya çıxan və ya onlarla birbaşa əlaqədar olan mal, iş və ya xidmətlərin sonradan təmin edilməsindən kənarlaşdırılacaqdır. Bu müddəa tam hazır şərti ilə müqavilələr və ya layihənin hazırlanması və tikinti müqavilələri çərçivəsində podratçının öhdəliklərini həyata keçirən müxtəlif şirkətlərə (məsləhətçilər, podratçılar və ya təchizatçılara) dair tətbiq edilmir 9. (c) (i) hüquqi və maliyyə baxımından müstəqil olarsa, (ii) ticarət qanunu ilə fəaliyyət göstərərsə, və (iii) borcalandan və ya alt borcalandan asılı qurumlar 8 2.11-ci paraqrafa bax. 9 2.5-ci paraqrafa bax. 6

deyilsə, borcalanın ölkəsində dövlət müəssisələri iddiaçı kimi iştirak edə bilərlər 10. (d) Hazırkı təlimatların 1.14 paraqrafına uyğun olaraq AİB tərəfindən qeyrimünasib bəyan edilmiş şirkət və ya fərdlər AİB nin maliyyələşdirdiyi müqavilələrin həvalə edilməsi üçün AİB tərəfindən müəyyən edilən vaxt ərzində qeyri münasib hesab ediləcəklər. Müqavilənin əvvəlcədən bağlanması və xərclərin sonradan maliyyələşdirilməsi 1.9 AİB əlaqədar maliyyə sazişi imzalanmazdan əvvəl satınalmalar istiqamətində ilk addımların atılmasında borcalanı təşviq edir. Belə hallarda mümkün müqavilələrin AİB nin maliyyələşdirilməsi üçün münasib olması üçün elanın verilməsi də daxil olmaqla satınalma prosedurları Təlimatlara uyğun olacaq, AİB borcalanın həyata keçirdiyi prosesi nəzərdən keçirəcəkdir. Borcalan müqavilənin əvvəlcədən bağlanması ilə əlaqədar hər hansı riski öz üzərinə götürür. AİB nın prosedurlar, sənəd və ya təkliflə razılaşması AİB nı müəyyən layihəni maliyyələşdirməyə məcbur etmir. Əgər müqavilə imzalanıbsa, maliyyə sazişi imzalanmazdan əvvəl müqavilə çərçivəsində borcalan tərəfindən edilmiş hər hansı xərclərin AİB tərəfindən ödənilməsi retroaktiv maliyyələşdirmə adlanır, belə xərclərə maliyyə sazişində müəyyən edilmiş hüquq çərçivəsində icazə verilir. Birgə Müəssisələr 1.10 Hər hansı şirkət müstəqil olaraq və ya birgə cavabdehliyi təsdiq edən yerli və/və ya xarici şirkətlərlə birgə müəssisədə tender təklifi verə bilər, ancaq AİB icbari birgə müəssisələrin və ya şirkətlər arasında icbari birliyin digər formalarının olmasını tələb edən tender şərtlərini qəbul etmir. AİB nın İcmalı 1.11 Satınalma prosesinin razılaşdırılmış prosedurlara uyğun həyata keçirildiyindən əmin olmaq üçün AİB borcalanın satınalma prosedurlarını, sənədləri, tender təkliflərinin qiymətləndirilməsini, müqavilənin verilməsinə dair tövsiyyələri və müqavilələri nəzərdən keçirir. Bu icmal prosedurları Əlavə 1 də verilir. AİB tərəfindən təsdiq edilən satınalmalar planında11 tam və ya qismən AİB tərəfindən maliyyələşdiriləcək mal və işlərin müxtəlif kateqoriyaları baxımından bu icmal prosedurlarının nə dərəcə tətbiq ediləcəyi müəyyən edilir. 10 Paraqraf 3.8-də verildiyi kimi iş qüvvəsi hesabına işi gördürən idarələrdən başqa. 11 1.16-cı paraqrafa bax. 7

Düzgün aparılmayan satınalmalar 1.12 AİB maliyyə sazişinin müddəaları və hazırkı Təlimatlara uyğun olaraq alınmış mal və işlərə çəkilən xərcləri maliyyələşdirir. Əgər satınalma razılaşdırıldığı kimi həyata keçirilməyibsə, AİB satınalmanın düzgün aparılmadığını bəyan edib, adətən düzgün alınmayan mal və işlər üçün ayrılmış maliyyə vəsaitlərini ləğv edir. Müvafiq hallarda satınalmanın düzgün aparılmadığını bəyan etdikdən sonra AİB tenderin yenidən keçirilməsinə icazə verə bilər. Əlavə olaraq, AİB maliyyə sazişi çərçivəsində digər metodları tətbiq edə bilər. AİB dən etiraz yoxdur cavabı alındıqdan sonra müqavilə verilsə belə, AİB yarımçıq, səhv və ya yanıldıcı məlumat əsasında etiraz yoxdur cavabının verildiyi və ya müqavilənin müddəa və şərtlərinin AİB nin razılığı olmadan əhəmiyyətli dərəcədə dəyişdiyi qənaətinə gələrsə, AİB satınalmanın düzgün aparılmadığını bəyan etmək hüququnu saxlayır. AİB ə istinadlar 1.13 Müqavilə tam və ya qismən AİB tərəfindən maliyyələşdirilməlidirsə, aşağıdakı dildə tender sənədlərində AİB a istinad ediləcəkdir:... (borcalanın adı)... (layihənin adı) dəyəri müqabilində Asiya İnkişaf Bankının (adi kapital resursları və ya Xüsusi Fondun resurslarından) kredit almış, nəzərdə tutulur ki, tender üzrə dəvətnamənin verildiyi müqavilə çərçivəsində bu kredit vəsaiti ödənişlər üçün istifadə edilsin. Beləliklə, Asiya İnkişaf Bankı tərəfindən müqavilənin (müqavilələrin) və ödənişlərin müddəa və şərtləri hər bir halda Satınalmalar üzrə Təlimatlar da daxil olmaqla, Kredit Sazişinin müddəa və şərtlərinə uyğunlaşdırılır. AİB başqa şəkildə razılıq verməsə, (borcalanın adı) başqa heç bir tərəfin Kredit Sazişinə dair hüquqları olmayacaq və ya kredit vəsaitinə dair tələb sürməyəcəkdir. 8

Fırıldaq və Korrupsiya 1.14 AİB nın anti korrupsiya siyasəti borcalanların (AİB nın maliyyələşdirdiyi fəaliyyətin benefisiarları daxil olmaqla), eləcə də AİB nın maliyyələşdirdiyi müqavilələr çərçivəsində tender iştirakçılarının, təchizatçı və podratçıların belə müqavilələri həyata keçirərkən ən yüksək etika qaydalarına riayət etmələrini tələb edir. Hazırkı Təlimatlar kontekstində bu siyasətin həyata keçirilməsi məqsədilə AİB: (a) hazırkı müddəanın məqsədi ilə aşağıdakı kimi verilən şərtləri müəyyən edir: (i) (ii) (iii) (iv) korrupsiya praktikası satınalma prosesində və ya müqavilənin həyata keçirilməsində hər hansı tərəfin fəaliyyətə təsir etmək üçün hər hansı dəyərli əşyanın birbaşa və ya dolayısı təklif etməsi, verməsi, alması və ya tələb olunmasıdır; fırıldaq praktikası satınalma prosesinə və ya müqavilənin həyata keçirilməsinə təsir etmək üçün faktların təhrifi və ya gizlədilməsidir; gizli danışıq əsasında razılaşma satınalma prosesində və ya müqavilənin həyata keçirilməsində hər hansı tərəfin fəaliyyətə təsir etmək üçün borcalanın xəbəri ilə və ya xəbəri olmadan iki və daha artıq iddiaçı arasında planın düşünülməsi və ya razılığın əldə edilməsidir; məcbur etmə satınalma prosesinə təsir etmək və ya müqavilənin həyata keçirilməsində iştirak etmələrinə təsir etmək üçün birbaşa və ya dolayısı şəkildə fərdi şəxslərə və ya onların əmlakına zərər verməklə və ya bununla onları qorxuzmaqdır; (b) əgər müqavilənin bağlanması üçün təklif edilən iddiaçının nəzərdən keçirilən müqavilə üzrə rəqabət prosesində korrupsiya, fırıldaq, gizli danışıq əsasında razılaşma və ya məcbur etmə praktikasını tətbiq etdiyini Bank müəyyən edərsə, o zaman o müqavilənin bağlanması təklifini rədd edəcəkdir (c) əgər hər hansı bir vaxt AİB nin maliyyələşdirdiyi borcalanın və ya benefisiarın təmsilçilərinin həmin müqavilə zamanı satınalmada və ya müqavilənin həyata keçirilməsində korrupsiya, fırıldaq, gizli danışıq əsasında razılaşma və ya məcbur etmədə iştirakını Bank müəyyən edərsə və vəziyyəti düzəltmək üçün borcalan vaxtında AİB ni qane edəcək müvafiq tədbir görməsə, Bank müqavilə üçün ayrılmış vəsaitin hissəsini ləğv edəcəkdir;

(d) əgər hər hansı bir vaxt şirkətin AİB nin maliyyələşdirdiyi müqavilə üzrə rəqabətdə və ya onun həyata keçirilməsində korrupsiya, fırıldaq, gizli danışıq əsasında razılaşma və ya məcbur etmədə birbaşa və ya təmsilçi vasitəsilə iştirak etdiyini Bank müəyyən edərsə, o həmin tərəfə və ya onun davamçısına qarşı sanksiya tətbiq edəcək, AİB nın maliyyələşdirdiyi tədbirlərdə iştirak etməsi üçün qeyri müəyyən və ya bəyan edilən müddət üçün qeyri münasib elan edəcəkdir; və 1.15 (e) AİB tərəfindən maliyyələşdirilən tender sənədləri və müqavilələrdə müddəanın daxil edilməsini tələb etmək hüququ olacaqdır. Müddəa ilə tender iştirakçılarından, təchizatçı və podratçılardan AİB və ya onun nümayəndələrinin onların tender təklifinin verilməsi, müqavilənin icrası ilə bağlı hesablarını və digər sənədlərini yoxlamasına, AİB tərəfindən təyin edilən auditorlar tərəfindən nəzərdən keçirməsinə icazə vermələri tələb ediləcəkdir. (a) AİB nın xüsusi razılığı ilə AİB nin maliyyələşdirdiyi benefisiar tender sənədlərində verildiyi kimi müqavilə üzrə rəqabətin aparılmasında və onun icrasında fırıldaq və korrupsiyaya qarşı (rüşvətxorluq daxil olmaqla) ölkənin qanunlarına riayət etməsi istiqamətində iddiaçının iltizamını təqdim edə bilər. Belə iltizamı tənzimləyən qaydaların AİB üçün qane olması şərti ilə AİB borcalan ölkənin xahişi ilə belə iltizamı qəbul edəcəkdir. (b) Müqavilə tam və ya qismən AİB tərəfindən maliyyələşdirildikdə, müqavilə sənədlərinə podratçı tərəfindən iltizam daxil ediləcəkdir ki, satınalma prosesində və ya müqavilənin icrasında tenderdə göstərilənlərdən başqa satınalma prosesi və ya müqavilənin icrası ilə əlaqədar heç bir haqq, pul şəklində hədiyyə, güzəşt, hədiyyə, komisyon haqqı və digər ödənişlər nə verilib, nə də alınıbdır. (c) AİB hesab edir ki, maraqların toqquşması elə bir vəziyyətdir ki, tərəfin maraqları tərəfin rəsmi öhdəlik və ya cavabdehliklərinin, müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsinə, tətbiq edilən qanun və qaydalara uyğun işləməsinə təsir edə bilər, belə maraq toqquşması anti korrupsiya siyasəti çərçivəsində qadağa edilmiş praktikanın olması üçün şərait yarana bilər və ya həmin təcrübə həyata keçirilə bilər. Borcalanın (AİB nın maliyyələşdirdiyi fəaliyyətin benefisiarları daxil olmaqla), eləcə də AİB nın maliyyələşdirdiyi müqavilələr çərçivəsində tender iştirakçılarının, təchizatçı və podratçıların belə müqavilələri həyata keçirərkən ən yüksək etika qaydalarına riayət etmələrini tələb edən AİB nın anti korrupsiya siyasətinin tətbiq edilməsi məqsədilə, maraqların belə toqquşması zamanı vəziyyəti həll etmək üçün AİB müvafiq tədbirlər görəcək və ya maraq toqquşmasının hər hansı satınalma 10

Satınalma Planı prosesinin düzlüyünə xələl gətirdiyini müəyyən edərsə, müqavilənin verilməsi təklifini rədd edə bilər. 1.16 Layihənin hazırlıq hissəsi kimi borcalan AİB nın aşağıdakıları izah edən satınalma planını12 hazırlayacaq, kredit üzrə danışıqlar başlamazdan əvvəl təsdiq etməsi üçün AİB na təqdim edəcəkdir: (a) ən azı 18 aylıq ilkin mərhələ ərzində layihənin həyata keçirilməsi üçün tələb olunan mal, iş və/və ya xidmətlər istiqamətində xüsusi müqavilələr; (b) maliyyə sazişi çərçivəsində icazə verilən müqavilələrin satınalma üzrə təklif edilən metodları və (c) AİB nın əlaqədar olan icmal prosedurları 13. Borcalan illik olaraq və ya layihə müddəti boyu lazım olduqda satınalma planını yenidən işləyəcəkdir. Borcalan AİB tərəfindən təsdiq edilən tərzdə satınalma planını həyata keçirəcəkdir. 12 Əgər layihəyə məsləhətçi xidmətlərinin seçimi daxildirsə, satınalma planında Asiya İnkişaf Bankı və onun Borcalanları tərəfindən Məsləhətçilərin İstifadəsi üzrə Təlimatlara uyğun olaraq məsləhətçi xidmətlərinin seçilməsi metodları daxil edilməlidir. Əlaqədar maliyyələşdirmə təsdiq edildikdən sonra AİB ilkin satınalma planını ictimaiyyətə açıqlayacaq, əlavə dəyişikliklər haqda məlumat AİB onları təsdiq etdikdən sonra çatdırılacaqdır. 13 Əlavə 1 ə bax 11

II. BEYNƏLXALQ TENDER A. Ümumi Müddəalar Müqəddimə 2.1 Hazırkı Təlimatlarda təsvir edildiyi kimi beynəlxalq tenderin (BT) məqsədi bütün münasib gələcək tender iştirakçılarını 14 borcalanın tələbləri haqda vaxtında və müvafiq şəkildə məlumatlandırmaq, tələb olunan mal və işlər üçün tender təklifini vermələri üçün bərabər imkanlar verməkdir. Müqavilələrin Növü və Ölçüsü 2.2 Tender sənədlərində bağlanacaq müqavilənin növü müəyyən edilir, təklif edilən müvafiq müqavilə şərtləri verilir. Müqavilələrin daha sadə növlərində ümumi məbləğ və ya vahid qiymət və ya onların kombinasiyası əsasında ödənişlər müəyyən edilir. 2.3 Fərdi müqavilələrin ölçüsü və əhatə dairəsi layihənin əhəmiyyətindən, səciyyəsi və yerindən asılıdır. Müxtəlif çeşidli mal və işlərin təmin edilməsini tələb edən layihələr üzrə adətən avadanlıq və zavod 15 müxtəlif maddələrinin təchizatı və/və ya quraşdırılması, işlərin görülməsi üçün adətən ayrıca müqavilələr verilir. 2.4 Oxşar, ancaq ayrı avadanlıq maddələrinin təmin edilməsini və ya işlərin görülməsini tələb edən layihə üzrə həm kiçik, həm də böyük şirkətlərin marağını cəlb etmək üçün alternativ müqavilə variantları ilə tender təkliflərinə dair dəvət verilə bilər ki, bu şirkətlər də öz seçiminə görə fərdi müqavilələr (hissə) və ya oxşar müqavilə qrupu (paket) üzrə tender təklifi təqdim edə bilər. Borcalan üçün ən aşağı qiyməti təklif edən tender təklifini və ya təkliflərin kombinasiyasını müəyyən etmək üçün bütün tenderlər və tender kombinasiyaları eyni son müddətdə alınmalı, eyni vaxtda açılıb, qiymətləndirilməlidir. 16 2.5 Müəyyən hallarda AİB layihə və hazırlanma, avadanlığın təchizatı və quraşdırılması, tam avadanlığın tikintisi və ya işlərin görülməsini bir müqavilə çərçivəsində olan tam hazır şərti ilə qəbul edə bilər və ya onu tələb edə bilər. 14 1.6, 1.7 və 1.8 ci paraqraflara bax. 15 Hazırkı Təlimatlarda zavod istehsal avadanlığında olduğu kimi quraşdırılmış avadanlığa istinad edilir. 16 Tender təkliflərinin qiymətləndirilməsi prosedurları üzrə 2.49 2.54 cü paraqraflara bax. 12

Alternativ kimi borcalan layihə və hazırlıq üzrə əsas cavabdeh olaraq qala bilər, layihə komponenti üzrə bütün malların təchizatı və işlərin görülməsi üçün vahid cavabdehlik altında müqavilənin bağlanması məqsədilə tender təkliflərinin verilməsinə dəvət edə bilər. Layihə və tikinti, müqavilələrin bağlanması üzrə müqavilələr 17 müvafiq hallarda 18 qəbul edilir. İki Mərhələli Tender 2.6 (a) Tam hazır şərti ilə müqavilələr və ya böyük mürəkkəb obyekt və ya xüsusi işlərin görülməsi, mürəkkəb informasiya və kommunikasiya texnologiyası üzrə müqavilələr halında, tam texniki xüsusiyyətlərin əvvəlcədən hazırlanması arzuedilməz və ya praktiki deyildir. Belə hallarda iki mərhələli tender prosedurundan istifadə edilə bilər ki, bu zaman da qiymət göstərmədən texniki təkliflərin verilməsinə dair təklif birinci verilir. Bunlar konsepsiya layihəsi və ya icra spesifikasiyası əsasında hazırlanıb, texniki, eləcə də kommersiya baxımından aydınlaşdırılmalı və uyğunlaşdırılmalıdırlar. Texniki təklifin aydınlaşdırılması üzrə ilk mərhələdən sonra yenidən işlənmiş tender sənədlərinin 19 verilməsi gəlir. Yekun texniki təkliflərin və qiymət qoyulmuş tender təkliflərinin təqdimatı ikinci mərhələdə olur. (b) Texniki və maliyyə təkliflərinin ayrıca zərflərdə eyni zamanda təqdim edildiyi iki zərfli prosedur malların, işlərin satınalması və ya tam hazır şərti ilə müqavilələrin yerinə yetirilməsi üçün istifadə edilə bilər. Borcalan bir mərhələli və ya iki mərhələli tenderdən istifadə edə bilər. Bir mərhələli iki zərfli tender prosedurunda texniki təklif birinci açılır, tender sənədlərinə müvafiq olduğunu yoxlamaq üçün nəzərdən keçirilir. Tələblərə cavab verən texniki təklifləri irəli sürən tender iştirakçılarının maliyyə təklifləri qiymətləndirmə və müqayisə üçün açılır. Texniki təklifləri tələblərə cavab verməyən tender iştirakçılarının maliyyə təklifləri açılmadan geri göndərilməlidir. Iki mərhələli iki zərfli prosedurda eyni texniki standartlara uyğunluğu təmin etmək üçün tender iştirakçılarına öz texniki təkliflərini yenidən işləmək üçün icazə verilir. Orijinal və ya işlənmiş texniki təklifləri razılaşdırılmış texniki standartlara uyğun gələn tender iştirakçılarının əlavə qiymət təkliflərini də daxil edən maliyyə təklifləri qiymətləndirmə və müqayisə üçün açılır. Bu prosedurların istifadə edilməsi AİB və borcalan tərəfindən razılaşdırılmalıdır. 17 Tikintidə idarə etmə üzrə podratçı adətən birbaşa işi yerinə yetirməyib, onu digər podratçılara müqavilə ilə verib, işləri idarə edir, qiymət, keyfiyyət və vaxtında icra üçün bütün cavabdehlik və riski öz üzərinə götürür. Əksinə, tikinti rəhbəri borcalanın məsləhətçisi və ya agenti olduğu halda, belə riskləri öz üzərinə götürmür. (AİB tərəfindən maliyyələşirsə, tikinti rəhbərinin xidmətləri Asiya İnkişaf Bankı və onun Borcalanları tərəfindən Məsləhətçilərin İstifadəsi üzrə Təlimatlar çərçivəsində alınmalıdır. 18 İcra əsasında müqavilənin verilməsi üçün 3.14 və 3.15 ci paraqraflara bax. 19 İkinci mərhələdə tender sənədlərini dəyişərkən borcalan tender iştirakçısının ilk mərhələdə istifadə etdiyi texniki təkliflərinin məxfiliyinə hörmət etməlidir ki, bu da şəffaflığa dair tələblər və əqli mülkiyyət hüquqlarına uyğundur. 13

Xəbərdarlıq və Elan 2.7 Tender təkliflərinin verilməsi üçün vaxtında xəbərdarlığın verilməsi rəqabətli tenderin olması üçün vacibdir. BT daxil edən layihələrdə borcalan satınalma barədə ümumi elanın layihəsini hazırlayıb, AİB na verməlidir. AİB onun nəşrini təşkil edəcəkdir. 20 Elanda borcalan (və ya gələcək borcalan) haqqında məlumat, kreditin məbləği və məqsədi, BT çərçivəsində satınalmaların həcmi, telefon nömrəsi, e poçtu ünvanı (və ya faks nömrəsi), borcalanın satınalma üzrə cavabdeh agentliyinin ünvanı, xüsusi satınalma elanlarının veriləcəyi vebsəhifənin ünvanı verilməlidir. Əgər məlumdursa, ixtisasa görə ilkin seçimin və ya tender sənədlərinin alınması üçün planlaşdırılmış tarix qeyd olunmalıdır. Əvvəlcədən müqavilənin verilməsi halları istisna olmaqla, 21 ixtisasa görə ilkin seçim və ya tender sənədləri satınalma üzrə ümumi elan nəşr olunmazdan əvvəl ictimaiyyət qarşısında açıqlanmayacaqdır. 2.8 Ixtisasa görə ilkin seçim və ya tender sənədlərinin təqdim edilməsinə dair dəvətnamə AİB nın veb səfihəsində, eləcə də (i) borcalanın ölkəsində respublika üzrə yayılan qəzetdə (varsa, ən azı bir ingilis dilli qəzetdə) və ya (ii) ingilis dilində beynəlxalq səviyyədə tanınan və pulsuz baxıla bilən veb səhifədə satınalma üzrə xüsusi elan kimi verilməlidir. Tender İştirakçılarının ixtisasa görə ilkin seçimi 2.9 Ixtisasa görə ilkin seçim geniş və kompleks işlərin görülməsi, rəqabətə mane ola biləcək ətraflı tender sənədlərinin hazırlanması üçün yüksək xərclərin olduğu digər vəziyyətdə zəruri ola bilər, məsələn, sifarişlə hazırlanan avadanlıq, sənaye müəssisəsi, ixtisaslaşmış xidmətlər, müəyyən mürəkkəb informasiya və texnoloji müqavilələr və tam hazır şərti ilə verilən müqavilələr, layihələşdirilən və tikilən və ya müqavilə üzrə idarə olunan. Bu da təmin edir ki, tenderə dəvətnamələr müvafiq potensial və resursu olanlarla məhdudlaşır. Ixtisasa görə ilkin seçim gələcək tender iştirakçılarının müəyyən müqaviləni uğurla yerinə yetirmək üçün potensial və resurslarına əsaslanacaqdır, burada onların (a) oxşar müqavilələrdə iş təcrübəsi və keçmiş icrası, (b) tikinti və ya istehsal avadanlıqları baxımından səriştəsi, və (c) maliyyə vəziyyətləri 22 nəzərə alınacaqdır. 2.10 Xüsusi müqavilələr və ya oxşar müqavilələr qrupu üzrə tender üçün ixtisasa görə ilkin seçimnə dəvət yuxarıda 2.7 və 2.8 ci paraqraflarda təsvir edildiyi kimi elan ediləcək, bu haqda xəbərdarlıq veriləcəkdir. Müqavilənin həcmi və ixtisas üzrə tələblərə dair aydın bəyanat dəvətnaməyə cavab vermiş şəxslərə 20 AİB nın veb səhifəsində: www.abd.org 21 1.9 cu paraqrafa bax. 22 AİB müvafiq müqavilə növləri üçün borcalanlar tərəfindən icbari istifadə edilməsi üçün standart texniki şərtlərə uyğunluğun ilkin qiymətləndirməsi sənədini hazırlamışdır. 14

göndəriləcəkdir. Ümumiyyətlə, altı həftəlik minimum müddət ixtisasa görə ilkin seçim üzrə ərizələrin təqdim edilməsi üçün verilir. Ixtisasa görə ilkin seçim üçün tender iştirakçılarının sayında məhdudiyyət olmayacaqdır. Təsdiq edilmiş texniki şərtlər uyğunluğun ilkin qiymətləndirilməsi meyarlarına uyğun olaraq işi qaneedici tərzdə yerinə yetirənlər texniki şərtlərə uyğunluğa görə ilkin olaraq qiymətləndiriləcək və tender təkliflərini verməyə dəvət olunacaqlar. Ixtisasa görə ilkin seçim başa çatdıqdan sonra, tender sənədləri texniki şərtlərə uyğunluğa görə ilkin qiymətləndirilmiş gələcək tender iştirakçılarına veriləcəkdir. Müəyyən vaxt ərzində veriləcək müqavilələr qrupu üzrə ixtisasa görə ilkin seçim zamanı hər hansı iddiaçına veriləcək müqavilənin sayı və ya ümumi dəyərinə dair məhdudiyyət iddiaçının resursları əsasında qoyulacaqdır. Belə hallarda texniki şərtlərə uyğunluğa görə ilkin qiymətləndirilmiş şirkətlərin siyahısı dövri olaraq yeniləşdiriləcəkdir. Ixtisasa görə ilkin seçim üçün verilmiş sənədlərdə olan məlumatın yoxlanması müqavilə verildiyi an təsdiq ediləcək, müqaviləni uğurla həyata keçirmək üçün artıq potensial və ya resursları olmadığı hesab edilən iddiaçına müqavilənin verilməsi rədd edilə bilər. B. Tender Sənədləri Ümumi Müddəalar 2.11 (a) Tender sənədlərində göstəriləcəkdir ki, Xüsusi Fondun resurslarından alınan kredit və ya qrantlarla bağlı hallar istisna olmaqla, AİB kredit və ya qrantların vəsaitindən ödənişlər ancaq AİB nin üzv dövlətlərindən təchiz edilən və orada hazırlanan mal və xidmətlərin tədarükü üçün istifadə edilə bilər ki, burada da ödənişlər bu resursların yaranmasına yardım etmiş inkişaf etmiş üzv dövlətlərdə və inkişaf etməkdə olan üzv dövlətlərdə istehsal olunan mallar və göstərilən xidmətlərlə məhdudlaşacaqdır. (b) Vacibdir ki, tender iştirakçıları üçün tələblərə cavab verən tender təkliflərinin hazırlanması üçün zəruri olan bütün məlumatlar tender sənədlərində verilsin. Bu sənədlərin təfərrüatları və mürəkkəbliyi alınmalı malların növündən və müqavilənin həcmindən asılı olaraq dəyişdiyi halda, onlara adətən aşağıdakılar daxil olacaqdır: tender təkliflərinin verilməsinə dəvət; tender iştirakçılarına təlimatlar; tender formaları; müqavilənin şərtləri, ümumi və xüsusi; texniki xüsusiyyətlər; iş həcminin xüsusiyyətləri və çertyojlar; preyskurant; zəruri əlavələr, podratçının rəsmi zəmanəti və icra zəmanəti. 2.12 (a) Borcalanlar layihənin xüsusi şərtlərini ünvanlamaq üçün AİB üçün məqbul olan kiçik dəyişikliklərlə AİB tərəfindən nəşr edilmiş müvafiq Standart Tender Sənədlərindən istifadə edəcəklər. Hər hansı belə dəyişikliklər AİB nın 15

standart Tender Sənədlərinin standart ifadələrin dəyişməsilə deyil, tender və ya müqavilənin məlumat vərəqələrində və ya müqavilənin xüsusi şərtlərində təqdim edilməlidir. Müvafiq standart tender sənədlərinin verilmədiyi yerlərdə borcalan beynəlxalq səviyyədə tanınmış digər standart şərtləri olan müqavilədən və AİB üçün məqbul olan müqavilə formalarından istifadə edəcəkdir. (b) Borcalan tender sənədlərinin paylanması üçün elektron sistemdən istifadə edə bilər, ancaq AİB onun adekvatlığı ilə məmnun olmalıdır. Əgər tender sənədləri elektron şəkildə paylanırsa, elektron sistem tender sənədlərinə heç bir dəyişikliyin edilməyəcəyini təmin edəcək, tender iştirakçılarının tender sənədlərini əldə etməsini məhdudlaşdırmayacaqdır. Tender sənədləri sorğu əsasında tender iştirakçılarına çap olunmuş vəziyyətdə verilməlidir. Elektron sənədlərin əsas surəti çap formasında, AİB üçün məqbul imza, möhür və ya digər formada təsdiq edilməlidir. Tender Təklifləri və Tender Zəmanətinin qüvvədə qalması 2.13 Tender iştirakçıları tender sənədlərində göstərilən müddət ərzində etibarlı olan tender təkliflərini təqdim etməlidirlər ki, bu müddət də borcalanın tender təkliflərinin müqayisəsini və qiymətləndirməsini başa çatdırması, AİB ilə müqavilənin verilməsinə dair tövsiyyənin nəzərdən keçirilməsi (əvvəlcədən nəzərdən keçirilməsi tələb olunursa), həmin müddət ərzində müqavilənin verilə bilməsi üçün bütün zəruri təsdiq cavablarının alınması üçün kifayət olacaqdır. 2.14 Borcalanların tender zəmanətini tələb etmək seçimi vardır. Istifadə edildikdə tender zəmanəti tender sənədlərində 23 müəyyən edilmiş məbləğ və formada olacaq, tender təkliflərinin etibarlılığı müddətindən sonra dörd həftəlik müddət üçün etibarlı qalacaqdır ki, zəmanət tələb edildikdə, borcalanın tədbir görməsi üçün kifayət qədər vaxtı olsun. Qalib iddiaçı ilə müqavilə bağlandıqdan sonra tender zəmanəti uduzmuş tender iştirakçılarına qaytarılacaqdır. Tender zəmanəti əvəzinə borcalan tender iştirakçılarından bəyannamə imzalamağı tələb edə bilər. Bununla onlar qəbul edəcəklər ki, əgər etibarlılıq dövründə onlar öz tender təkliflərini geri götürsələr və ya onu dəyişsələr və ya onlara müqavilə verilərsə və onlar müqavilə bağlaya bilməsə və ya tender sənədlərində müəyyən edilmiş son müddətdən əvvəl icra zəmanətini verə bilməsələr, iddiaçı müəyyən müddət üçün borcalanla heç bir müqavilədə tender təklifi vermək üçün münasib hesab edilməyəcəkdir. 23 Tender iştirakçısının seçimi ilə tender zəmanəti sertifikatlaşdırılmış çek, akkreditiv və ya etibarlı bankdan bank zəmanəti formasında olacaqdır. 16

Dil 2.15 AİB nın Sazişinin Maddələri çərçivəsində AİB nın işçi dili ingilis dilidir, buna görə də tender və digər müvafiq sənədlər, elanlar da daxil olmaqla, ingilis dilində hazırlanacaqlar. Əlavə dilin istifadə edildiyi halda ingilis variantı üstünlük təşkil edəcəkdir. Tender Sənədlərinin Aydınlığı 2.16 Tender sənədləri elə ifadə ediləcəkdir ki, beynəlxalq tenderin keçirilməsinə imkan olsun və o təşviq edilsin. Tender sənədlərində yerinə yetiriləcək işi, işin yerini, təmin ediləcək malları, təhvil vermə və ya quraşdırılma yerini, təhvil vermə və ya işin sona çatdırılması cədvəlini, icraya dair minimum tələbləri, zəmanət və təmirə ehtiyacları, eləcə də hər hansı müvafiq müddəa və şərtləri aydın və dəqiq təsvir edəcəkdir. Əlavə olaraq, müvafiq yerlərdə tender sənədlərində təhvil veriləcək avadanlığın və ya görülən işlərin spesifikasiyalarla müvafiqliyini yoxlamaq üçün istifadə ediləcək test, standart və metodlar müəyyən ediləcəkdir. Çertyojlar spesifikasiyaların mətninə uyğun olmalıdır, ikisi arasındakı birincilik sırası müəyyən edilməlidir. 2.17 Tender sənədlərində qiymətdən başqa tender təkliflərinin qiymətləndirilməsində nəzərə alınacaq faktorlar, belə faktorların necə ölçüləcəyi və ya qiymətləndiriləcəyi digər yollar göstəriləcəkdir. Alternativ layihə, material, başa çatdırma cədvəlləri, ödəniş şərtləri və s. əsasında tender təkliflərinə icazə varsa, onların münasibliyi şərtləri və onların qiymətləndirilməsi metodu dəqiq veriləcəkdir. 2.18 Bütün gələcək tender iştirakçılarına eyni məlumat veriləcək, vaxtında əlavə məlumat almaları üçün bərabər imkana malik olmaları təmin ediləcəkdir. Borcalanlar gələcək tender iştirakçılarının layihə yerlərinə getmələrinə imkan verəcəkdir. İşlərin görülməsi və ya kompleks təchizat müqavilələri, xüsusilə də mövcud zavod və ya avadanlığın təzələnməsini tələb edən müqavilələr üzrə tenderdən əvvəl konfrans təşkil edilə bilər ki, burada da potensial tender iştirakçıları məsələyə aydınlıq gətirmək üçün borcalanın nümayəndələri (şəxsən və ya on layn rejimində) ilə görüşə bilərlər. Konfransın protokolu bir surəti AİB na təqdim olunmaqla, gələcək tender iştirakçılarına veriləcəkdir. Hər hansı əlavə məlumat, tender sənədlərinin dəyişdirilməsi, səhvlərin düzəldilməsi və ya dəyişikliklər orijinal tender sənədlərini almış hər bir kəsə vaxtında göndəriləcəkdir ki, tender təkliflərinin alınması üçün təyin edilmiş son müddətdən əvvəl tender iştirakçıları müvafiq tədbir görə bilsinlər. Lazım olarsa, son müddətin vaxtı uzadıla bilər. AİB na sənədlərin surəti təqdim ediləcəkdir. Müqavilə ilkin nəzərdən keçirildiyi vaxt etiraz yoxdur cavabını verməsi üçün Bankla məsləhətləşmə aparılacaqdır. 17

Standartlar 2.19 Tender sənədlərində qiymətləndirilmiş standart və texniki spesifikasiyalar ən geniş rəqabətin olmasını təşviq edəcək, eyni zamanda satınalma çərçivəsində mal və/və ya xidmətlərlə bağlı işin ciddi yerinə yetirilməsini və ya digər tələblərin ödənilməsini təmin edəcəkdir. Mümkün olaraq, borcalan avadanlıq, material və ya məhsulun cavab verəcəyi, məsələn, Beynəlxalq Standartlar Təşkilatı tərəfindən verilən beynəlxalq səviyyədə tanınmış standartları təyin edəcəkdir. Beynəlxalq standartların olmadığı və ya qeyri münasib olduğu hallarda milli standartlar təyin edilə bilər. Bütün hallarda tender sənədlərində qeyd ediləcəkdir ki, eyni dərəcədə dəyərli olan digər standartlara cavab verən avadanlıq, material və ya məhsul qəbul ediləcəkdir. Ticarət Markalarının İstifadəsi 2.20 Spesifikasiyalar müvafiq xarakteristika və/və ya icraya dair tələblərə əsaslanacaqdır. Ticarət markalarına, kataloq nömrələrinə və ya oxşar təsnifatlara dair istinadlara yol verilməyəcəkdir. Natamam spesifikasiyalara aydınlıq gətirmək üçün müəyyən istehsalçının ticarət markasına və ya kataloq nömrəsinə istinad etmək zəruridirsə, o zaman hər belə istinaddan sonra və ya ekvivalenti sözləri əlavə edilməlidir. Spesifikasiyalar eyni xüsusiyyətləri olan, təyin edilmiş malların icrasına ekvivalent olan mallara dair təkliflərin qəbul edilməsinə icazə verəcəkdir. Qiymətlərin hesablanması 2.21 Mallara dair tender təkliflərinin verilməsinə dəvət xaricdən təklif edilən bütün mallar üzrə SİF və ya SİP, əvvəllər də idxal edilmiş mallar daxil olmaqla, ölkədə olan, quraşdırılan və ya istehsal olunan mallar üzrə EXW 24 əsasında ediləcəkdir. Ölkədə daşınma, quraşdırma, işə salmanın və ya digər oxşar xidmətlərin iddiaçı tərəfindən görülməsi tələb olunduğu hallarda, məsələn, təchizat və quraşdırma müqavilələrində olduğu kimi iddiaçından bu xidmətlər üçün ayrıca qiymətin verilməsi tələb ediləcəkdir. 2.22 Tam hazır şərti ilə müqavilələrdə tender iştirakçıları avadanlığın təchiz edilməsi, dəniz və ölkədə daşınması, sığortası, quraşdırılması, işə salınması, eləcə də əlaqədar işlər və layihə, təmir və istismar kimi müqaviləyə daxil edilmiş digər xidmətlərlə bağlı xərclər də daxil olmaqla, yerdə quraşdırılmış avadanlığın qiymətini qeyd etməlidir. Tender sənədlərində başqa tərzdə qeyd olunmasa, 24 Əlavə məlumat üçün İNCOTERMS 2000 bax. İnternational Chamber of Commerce tərəfindən nəşr olunub, 38 Cours Albert 1er, 75008 Paris, Fransa. CİF dəyəri, sığortası və yükdaşıma, FOB borlta pulsuz, dənizlə nəqliyyat üçün. CİP- daşıma və sığorta üçün haqq, FCA haqsız yükdaşıyan, multimodal nəqliyyat üçün. EXW- alıcı malın istehsalçıdan daşınma xərclərini özü ödəyir yada istehsalçının fondlarından təchiz olunur. EXW qiyməti gömrük, satış və başqa vergiləri daxil edir, hansı ki ödənilib yada ödəniləcək xam malın və komponentlərin istifadəsi və ya avadanlığın yığınmasında, yada avadanlığın importından əvvəl, tenderdə təklif olunan. 18

tam hazır şərti ilə bütün rüsumlar, vergi və digər ödənişlər müqavilələrin qiymətinə daxildir. 2.23 Tikinti işləri müqavilələri üzrə tender iştirakçıları işlərin görülməsi üçün vahid qiyməti və ya cəmi qiyməti qeyd etməli, belə qiymətlərə bütün rüsumlar, vergi və digər ödənişlər daxil olmalıdır. Tender iştirakçılarına istənilən münasib mənbədən bütün istehsal faktorlarını əldə etməyə icazə verilir (səriştəsiz fəhlə qüvvəsindən başqa), beləliklə, onlar ən rəqabətli tender təkliflərini verə bilərlər. Qiymətlərin təshih edilməsi 2.24 Müqavilənin nəzarət edə bilmədiyi əmək, avadanlıq və materiallar kimi müqavilənin ən böyük xərc tələb edən komponentlərində dəyişiklik baş verdiyi hallarda qiymətlərin təshih edilib edilməyəcəyi tender sənədlərində aydın göstəriləcəkdir. Təhvil müddəti qısa olan sadə təchizat müqavilələrində qiymətlərin təshih edilməsinə dair müddəaların olması zəruri deyildir. Hər halda, uzun müddətli təhvil və ya başa çatdırma müddətləri olan müqavilələrdə (adətən 18 aydan çox), tikinti işləri müqavilələri də daxil olmaqla, qiymətlərin təshih edilməsinə dair müddəalar daxil ediləcəkdir. Təhvil vermə vaxtından asılı olmayaraq, sabit qiymətlər verməsini tender iştirakçılarından tələb edən normal kommersiya təcrübəsi tətbiq olunduğu hallarda avadanlığın müəyyən növü üzrə qiymətlərin təshih edilməsinə dair müddəanın əlavə edilməsinə ehtiyac yoxdur. Qısa dövrdə qiyməti kəskin dəyişə bilən böyük əmtəə komponentini özündə saxlayan müqavilələrdə qiymətin təshih edilməsinə dair müddəa olacaqdır ki, bu da qiymətin kəskin dəyişdiyi hallarda borcalanı və ya podratçını zərərdən qoruyacaqdır. 2.25 Qiymətlərin təshih edildiyi məbləğ müqavilənin ən böyük komponentlərinin qiymətindəki dəyişikliklərə əsaslanacaqdır. Tətbiq edilərsə, tender sənədlərində qeyd edilən təshih etmə metodu ilə qiymətin təshih edilməsi formulalarından və ya formulasından istifadə etməklə qiymətdə dəyişiklik hesablana bilər. Daşınma və Sığorta 2.26 Tender sənədləri təchizatçı və podratçılara istənilən münasib mənbədən nəqliyyatı və sığortanı təşkil etməyə icazə verəcəkdir. Tender sənədləri iddiaçının təmin edəcəyi sığortanın növü və şərtlərini müəyyən edəcəkdir. İtirilmiş və ya zədələnmiş malların tez əvəz edilməsi üçün nəqliyyat sığortası altında ödəniləcək kompensasiya müqavilənin valyutasında və ya azad konversiya edilən valyutada müqavilə məbləğinin ən azı 110 faizini təşkil etməlidir. İşlərdə podratçının adətən Bütün Risklər sığorta polisi müəyyən edilir. Yerdə bir neçə podratçının çalışdığı geniş layihələrdə borcalan tərəfindən yekunlaşdırıcı və ya ümumi layihə sığortası alına bilər ki, bu halda da borcalan belə sığorta üçün rəqabət aparmağa çalışacaqdır. 19

2.27 İstisna hal kimi borcalan milli şirkətlərə və ya digər təyin edilmiş mənbələrə malların idxalı üçün nəqliyyat və sığorta sifariş vermək arzusundadırsa, 2.21 ci paraqrafda təyin edilmiş CİF və ya CİP (təyinat məntəqəsi) qiymətindən əlavə, tender iştirakçılarının FCA, CFR (adı verilən yer) və ya CPT (təyinat məntəqəsinin adı verilən yeri) 25 qiymətlərini verməsi xahiş ediləcəkdir. Ən aşağı qiymətləndirilmiş tender təklifi CİF və ya CİP (təyinat məntəqəsinin adı) qiyməti əsasında olacaqdır, ancaq borcalan müqaviləni FOV, FCA, CRF və ya CPT şərtləri ilə bağlaya bilər, nəqliyyat və/və ya sığortanı özü təşkil edə bilər. Belə hallarda müqavilə FOB, FCA, CFR və ya CPT qiyməti ilə məhdudlaşacaqdır. Əgər borcalan bazarda sığorta təminatı almaq istəyirsə, AİB na dəlillər təqdim ediləcəkdir ki, itirilmiş və ya zədələnmiş malların əvəz edilməsi üçün tələb olunan kompensasiyanın azad dəyişdirilə bilən valyutası ilə dərhal ödəniş etmək üçün hazır resurslar var. Valyutaya dair Müddəalar 2.28 Tender sənədlərində tender iştirakçıları öz qiymətlərini deyəcəkləri valyuta və ya valyutalar, tender təkliflərinin müqayisə edilməsi üçün müxtəlif valyuta ilə verilmiş qiymətlərin vahid valyutaya konversiyası proseduru, müqavilə qiymətinin ödəniləcəyi valyutalar müəyyən edilir. Aşağıdakı müddəaların məqsədi (2.29 2.33 cü paraqraflar) (a) tender iştirakçılarının tender təklifi və ödənişin valyutası ilə əlaqədar mübadiləsi ilə bağlı hər hansı riski minimuma endirmək imkanı olmasını təmin etməkdir, beləliklə tender iştirakçıları ən yaxşı qiyməti təklif edə biləcəklər; (b) zəif valyutası olan ölkələrdə tender iştirakçılarına daha güclü valyutadan istifadə etmək seçimi vermək, beləliklə, onların tender qiymətinin daha sabit olması üçün əsas təmin etmək; və (c) qiymətləndirmə prosesində ədalət və şəffaflığı təmin etməkdir. Tender Təklifinin Valyutası 2.29 Tender sənədləri qeyd edəcəkdir ki, iddiaçı tender qiymətini istənilən valyutada ifadə edə bilər. Əgər iddiaçı müxtəlif xarici valyutalarda tender qiymətini məbləğlərin cəmi kimi göstərmək istəyirsə, onlar belə edə bilər, ancaq qiymətə üçdən artıq xarici valyuta daxil olmamalıdır. Bundan başqa, borcalan tender iştirakçılarından borcalanın ölkəsinin valyutasında 26 çəkilən yerli xərcləri təmsil edən tender qiymətinin bir hissəsini bəyan etməyi tələb edə bilər. 2.30 İşlərin görülməsi üzrə tender sənədlərində hesablamalarda istifadə edilən valyuta kursları ilə birgə tender qiymətinin faizi ilə ifadə edilmiş borcalanın ölkəsindən deyil, kənardan gətiriləcəyi gözlənilən istehsal faktorları üzrə öz seçimləri ilə üçədək xarici valyutada ödənişlərin edilməsinə dair tələblərlə birgə, 25 İNCOTERMS 2000 pulsuz daşıyıcı (təyin olunmuş yer) və ödənilmiş daşıma üçün ( təyin olunmuş gediləcək yer)ç müvafiq olaraq. 26 Yerli valyuta kimi istinad edilir. 20

borcalan tender iştirakçılarından tender qiymətini tam olaraq yerli valyutada verməsini tələb edə bilər. Tender Təkliflərinin Müqayisəsi üçün Valyutanın Konversiyası 2.31 Tender qiyməti iddiaçının tələb etdiyi müxtəlif valyutalarda bütün ödənişlərin cəmidir. Qiymətlərin müqayisəsi üçün tender qiymətləri borcalan tərəfindən seçilmiş (yerli valyuta və ya tam konversiya edilə bilən xarici valyuta) və tender sənədlərində müəyyən edilmiş vahid valyutaya konversiya ediləcəkdir. Borcalan mənbə və tarix tender sənədlərində müəyyən edilməzdən əvvəl seçilmiş tarixdə rəsmi mənbə (mərkəzi bank kimi) və ya kommersiya bankı və ya eyni əməliyyatlar üzrə beynəlxalq səviyyədə yayılan qəzet tərəfindən deyilən valyutalar üzrə satış (mübadilə) kurslarından istifadə etməklə bu konversiyanı həyata keçirəcəklər, ancaq tarix tender təkliflərinin alınması üçün son müddətdən dörd həftə əvvəl, tender təklifinin etibarlılığı müddətinin başa çatması orijinal tarixindən gec olmamalıdır. Ödəniş Valyutası 2.32 Müqavilə qiymətinin ödənişi qalib iddiaçının tender təklifində tender qiymətinin ifadə edildiyi valyutada və ya valyutalarda ediləcəkdir. 2.33 Tender qiymətinin yerli valyuta ilə ifadə edilməsi tələb olunduqda, ancaq iddiaçı ödənişin tender qiymətinin faizi kimi ifadə edilmiş xarici valyutalarda edilməsini xahiş edirsə, ödəniş üçün istifadə edilməli valyuta kursları iddiaçının tender təklifində təyin etdiyi kurs olacaqdır, beləliklə tender təklifinin xarici valyuta ilə göstərilən hissəsinin dəyəri itkisiz və ya gəlirsiz qalacaqdır. Ödəniş Şərtləri və Metodları 2.34 Ödəniş şərtləri müəyyən mal və işlərə dair tətbiq edilən beynəlxalq kommersiya təcrübəsinə uyğun olacaq, AİB nın Kreditin Ayrılması Təlimatlarında (vaxtaşırı düzəlişlər edilir) göstərilən prosedurlara uyğun aparılacaqdır. (a) Quraşdırılma və işə salmanı daxil edən müqavilələrdən başqa, malların təchiz edilməsinə dair müqavilələr çərçivəsində, tələb olunarsa, müqavilə ilə sifariş edilmiş malların təhvili və yoxlanması zamanı tam ödəniş ediləcəkdir. Quraşdırmanı və işə salmanı daxil edən müqavilələrdə ödənişin bir hissəsi təchizatçı müqavilə çərçivəsindəki bütün öhdəliklərini yerinə yetirdikdən sonra ediləcəkdir. Akkreditivlərin istifadəsi təşviq edilir ki, təchizatçıya dərhal ödənişlər edilsin. Avadanlıq və zavodlara dair böyük müqavilələrdə avans ödənişlərin edilməsinə, uzun müddətli müqavilələrdə istehsal və ya quraşdırma müddətində ödənişlərin edilməsinə dair müddəalar ediləcəkdir. 21

(b) İşlərə dair müqavilələrdə müvafiq hallarda səfərbərlik üçün avans ödənişə, podratçının avadanlıq və materialları üçün avans ödənişə, müntəzəm tədrici ödənişlərə, müqavilə çərçivəsində podratçının öhdəlikləri başa çatdıqdan sonra dayandırılacaq münasib məbləğlərin tutulmasına dair müddəalar veriləcəkdir. 2.35 Mal və ya iş müqavilələrinin imzalanması ilə səfərbərlik və oxşar xərclərin ödənməsi üçün istənilən avans ödəniş bu xərclərin təqribi məbləği ilə əlaqədar olub, tender sənədlərində təyin ediləcəkdir. Məsələn, zavoda daxil edilməsi üçün yerə gətirilmiş materiallarla əlaqədar ödəniləcək digər avans ödənişlərin məbləği və ödəmə vaxtı da təyin ediləcəkdir. Tender sənədlərində avans ödənişlərə dair tələb edilən zəmanət müəyyən ediləcəkdir. 2.36 Təklif edilən ödəniş metodu və şərtlər, alternativ ödəniş metodlarının və şərtlərinin olub olmayacağı, müsbət halda, şərtlərin tender təkliflərinin qiymətləndirilməsinə necə təsir edəcəyi tender sənədlərində veriləcəkdir. Alternativ Tender Təklifləri 2.37 Tender sənədlərində tender iştirakçılarının nə zaman alternativ tender təklifini təqdim edə biləcəyi, alternativ tender təkliflərinin necə təqdim edilməsi, tender qiymətlərinin necə təklif edilməsi, alternativ tender təkliflərinin qiymətləndiriləcəyi əsas aydın göstəriləcəkdir. Müqavilənin Şərtləri 2.38 Müqavilə sənədlərində yerinə yetiriləcək işlərin həcmi, təchiz ediləcək mallar, borcalanın, təchizatçı və ya podratçının hüquq və öhdəlikləri, borcalan tərəfindən cəlb edilibsə, müqaviləyə nəzarətdə və onun idarə edilməsində mühəndis, memar və ya iş icraçısının funksiya və səlahiyyətləri aydın göstəriləcəkdir. Müqavilənin ümumi şərtlərindən başqa, tədarük ediləcək xüsusi mal və ya işlər üçün səciyyəvi olan hər hansı xüsusi şərtlər və layihənin yeri daxil edilməlidir. Müqavilənin şərtləri risk və öhdəliklərin tarazlaşdırılmış şəkildə bölüşdürülməsini təmin edəcəkdir. İcra zəmanəti 2.39 Müqavilə podratçı tərəfindən pozulduğu halda borcalanın mühafizəsi üçün tender sənədlərində zəmanət formasının təqdim edilməsi tələb edilməlidir. Bu zəmanət, borcalan tərəfindən tender sənədlərində qeyd edildiyi kimi, xüsusi forma və məbləğdə olmalıdır 27. Zəmanətin məbləği təqdim edilmiş zəmanətin 27 İcra zəmaətinin formatı standart tender sənədlərinə uyğun olaraq bank zəmanəti formasında və ya nəğd depozit şəklində olmalı və iddiaçının seçdiyi tanınmış bank və ya maliyyə qurumları tərəfindən tərtib edilməlidir. Əgər zəmanəti verən müəssisə borcalanın mənsub olduğu ölkədən xaricdə yerləşərsə, borcalanın ölkəsində bu zəmaətin qüvvəyə minməsini təmin edən və xaricdəki qurumla əlaqəsi olan maliyyə qurumu olmalıdır. 22