SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

2014-cü ilin üçüncü rübünün nəticələri

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Marketinq. Mehdiyev Əkbər

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Azərbaycan Ölkə Tərəfdaşlığı Strategiyası. Sentyabr 2014

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Oktyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Zeynalova Sevinc III kurs

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Layihə Məlumat Hesabatı

2017-Cİ İL ÜZRƏ İLLİK MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ HESABATI

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ÖLKƏ VƏ FƏALIYYƏT SAHƏLƏRI ÜZRƏ GÖSTƏRICILƏR. Cədvəl 1: Minilliyin İnkişaf Məqsədləri və Hədəflərinə Doğru Tərəqqi

Azərbaycan: Dəmir Yolu Sektorunun İnkişafı Proqramı

Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfiyyatı: Qlobal texnologiyalar və yerli əməkdaşlıq

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

2016-cı il Azərbaycan tarixində dərin islahatlar ili kimi yadda qalacaq! Vusal Musayev

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi nin icra vəziyyəti

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ENERJİ SƏMƏRƏLİYİ: DAVAMLI İNKİŞAF ÜÇÜN YENİ VASİTƏ. Azərbaycan şirkətlərin enerji səmərəyili ilə bağlı təçrübələrinin öyrənilməsi

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ SU STRATEGİYASI

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Azərbaycan: Cənubi Qaz Dəhlizi


Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

AZƏRBAYCANIN DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA PROSESİ

Macarıstanda Qiymətlərin Tənzimlənməsinə dair Təcrübə

İQLİM DƏYİŞMƏLƏRİNƏ TƏSİRİN YUMŞALDILMASI SAHƏSİNDƏ ARDNŞ-İN HAZIRKİ VƏ GƏLƏCƏK FƏALİYYƏTİ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

Üçüncü yol şəbəkəsinin inkişafına investisiya proqramı

AZƏRBAYCAN. Iqtisadi Fəaliyyətin Nəticələri

ABŞERON AQROPARKI İNVESTİSİYA LAYİHƏSİ

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

ÖLKƏ ÜZRƏ YENİLƏNMİŞ STRATEGİYA VƏ PROQRAM AZƏRBAYCAN RESPUBLİKASI

İyul 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

İdarəçiliyi. AQS ölkələri üzrə Çərçivə

ndüz Hava Proqnozu +11 C, Gecə +7 C Lənkəran Gündüz +11 C, Gecə +7 C Lerik Gündüz +5 C, Ge

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI

KONSEPSIYA SƏNƏDLƏRİNİN QƏBULU NO. ITB/AZE/009/2012

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

STRATEJİ PLANLAŞDIRMA

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

AVROPA KOMİSSİYASI PRESS-RELİZ

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

AZƏRBAYCAN RESPUBLİKASININ 2011-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Finansist Təqdimat. Ramil Bağırov EY: Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır

AZƏRBAYCAN. Vətəndaş cəmiyyəti: Ümumi məlumat. Ölkə və dövlət haqqında məlumat VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Layihə Sənədi üçün Məlumat Cədvəli

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

REGİONAL İNKİŞAFDA İNKİŞAF AGENTLİKLƏRİNİN ROLU: AVROPANIN KİÇİK PARİSİ VƏ BAKININ QARDAŞI İZMİRDƏN QEYDLƏR

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

Finansist. Təqdimat ALMANİYA VERGİ SİSTEMİ

cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı GİRİŞ

Türkiyədə mövcud tənzimləyici qaydalar

İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN MİLLİ QURUMLAR. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

TƏHSIL. AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR Aprel May 2015

Transkript:

Sektorun Yol Xəritəsi SEKTORUN QİYMƏTLƏNDİRMƏSİ (İCMAL): ENERJİ 1 A. Sektorun İcrası, Problemləri və İmkanları 1. Azərbaycan müxtəlif olan bol enerji ehtiyatları ilə zəngindir. Ölkənin karbohidrogen ehtiyatlarının ümumi həcmi neft ekvivalenti ilə təxminən 7 trilyon barel təşkil edir. Azərbaycan dünyanın ən qədim neft hasilatı regionlarından biridir. İllik neft hasilatı 43 milyon ton olmaqla, neft hasilatı ölkə iqtisadiyyatında üstünlük təşkil edir. Neft və qaz ən vacib enerji mənbəyi olub, ixrac olunan əsas məhsullardır. 2. Enerji sektoru iqtisadiyyatda mərkəzi rol oynayaraq, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 50%-ni təşkil edir və onu iqtisadiyyatın ən iri seqmentinə çevirir. İqtisadi artım əsasən neft və təbii qaz ehtiyatlarının uğurlu istismarından asılı olaraq, nəticədə yaranan gəlir axınlarının səmərəli şəkildə idarə olunması yolu ilə baş verir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) hasilatı zəifləsə belə, birbaşa xarici investisiya yeni iri miqyaslı layihələrin inkişaf etdirilməsi və mövcud avadanlıqların təmir olunması ilə ölkənin neft sektorunu yenidən dirçəltmişdir. 3. Azərbaycan 48 trilyon kub fut təbii qaz ehtiyatlarına və geniş qaz şəbəkəsinə malikdir 2. Qaz təchizatı hazırda ARDNŞ-in öz qaz hasilatından, Azəri, Çıraq, Günəşli Hasilatın Pay Bölgüsü Sazişi ilə hasil olunan səmt qazları və Rusiyadan idxal olunan qazdan qaynaqlanır. Yüksək iqtisadi artım, eləcə də neftlə işləyən elektrik stansiyaların qazla işləyən stansiyalara çevrilməsi ilə enerji səmərəliliyinin artırılması istiqamətində ölkənin göstərdiyi səylər sayəsində yerli təbii qaza olan tələbat artır. Ancaq sektordakı infrastruktur investisiyanın olmamasından və texniki xidmətin məhdud olmasından zərər çəkmişdir. 4. Neft və qaz sektoru ilə yanaşı, enerji sektoru Azərbaycanın sosial və iqtisadi inkişafında aparıcı rol oynayır. Son beş il ərzində elektrik enerjisi istehsalında və ötürücü xətlərdə böyük investisiya qoyuluşu enerji təchizatının keyfiyyətinin əlamətdar şəkildə təkmilləşdirilməsi ilə nəticələnmişdir. Hazırda daxili tələbatı ödəmək və artıq qalan enerjinin qonşu ölkələrə, o cümlədən Gürcüstan, Rusiya və Türkiyəyə ixrac etmək üçün kifayət qədər elektrik enerjisi istehsalı vardir. Elektrik enerjisi təchizatı sistemi demək olar ki, bütün əhalini məqbul keyfiyyətdə elektrik enerjisi ilə təchiz etməyə qadirdir. 5. Enerji sektoru vertikal şəkildə inteqrasiya olunur. Azərenerji Səhmdar Cəmiyyəti (Azərenerji) dövlət müəssisəsi olub, əsas istilik və su elektrik enerji stansiyalarının, ötürücü və paylayıcı şəbəkələrin fəaliyyəti və idarə olunması və kommersiya əməliyyatları (bağlantılar, son istifadəçiyədək sayğaclanma, tarifləşdirmə, yığma və müştəri xidmətləri) üçün ölkə üzrə cavabdehlik daşıyır. Bakı və Naxçıvan digər qurumların cavabdehliyi altında olduğu üçün istisna edilir. 2013-cü ildə Azərenerjinin ümüumi elektrik enerjisinin istehsalı 20786.8 mln kvt saata (20.8 teravatt saat) çatmışdır ki, bunun da 93.9%-i istilik elektrik stansiyalarında, 6.1% isə su elektrik stansiyalarında istehsal edilmişdir. Enerji hasilatı avadanlıqlarına qoyulmuş özəl sektor investisiyaları quraşdırılmış generatorların cəmi gücünün təxminən 1%-ni təşkil edir. 1 Bu icmal AİB-nın texniki yardım hesabatlarına və müvafiq hökumət qurumları və digər iştirakçı tərəflərlə apardığı məsləhətləşmələrə əsaslanır. 2 British Petroleum (BP) şirkətinin təxmini hesablamaları. 1

6. Azərbaycan bir sıra islahatları daxil edən yanacaq-enerji kompleksinin İnkişafı üzrə Dövlət Proqramı (2005-2015) qəbul edilmişdir. (i) Kommunal xidmətlərin göstərilməsində özəl iştirakın artırılmasının təşviqi, (ii) kommunal xidmət təminatçıları üçün dəyərin tam şəkildə ödənməsi sisteminə keçməklə orta müddətli tarif siyasətinin icrası 3, (iii) Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq yeni mühasibat uçotu standartlarının qəbul edilməsi, (iv) Tarif Şurasını gücləndirməklə münasib tənzimləyici mühitin yaradılması və (v) yeni rəqabət qanunu çərçivəsində rəqabətin qüvvətləndirilməsi əsas tədbirlərə daxildir. 7. Ancaq indiki vəziyyət enerji təchizatının adekvatlığını və keyfiyyətini yaxşılaşdırmaq üçün səyləri davam etməyi tələb edir. Enerji alt-sektoru qarşısında duran əsas problem iqtisadi cəhətdən davamlı və ətraf mühit üçün zərərli olmayan şəkildə enerjidən istifadənin səmərəliliyini optimallaşdırmaq, ölkə üzrə adekvat və etibarlı enerji təchizatı təmin etmək zərurətidir. Ölkədə etibarlı enerji təchizatı və enerjidən davamlı istifadə inklüziv iqtisadi artımı gücləndirmək baxımından vacibdir. Enerji sektorunda göstəriləcək əsas səylərin xülasəsi aşağıdakı kimidir. 8. Enerji hasilatı səmərəliliyinin yüksəldilməsi. Bütün elektrik enerji stansiyaları avadanlıqlarının 20%-dən artıq hissəsinin istismar müddəti bitmişdir. 2010-cu ildə elektrik enerji hasilatı stansiyalarının cəmi mövcud istehsal gücü onların təyin edilən istehsal gücünün 54%-ni təşkil etmişdir. Bəzi stansiyaların səmərəliliyi aşağı olaraq, 25%-ə düşmüşdür. Növbəti 3 ildə yeni müasir uyğunlaşdırılmış dövrlə istifadə olunan qaz turbini enerji hasilatı vahidlərinin hazırlanması ilə köhnə və az səmərəli enerji hasilatı vahidləri istismardan çıxarılacaq, o cümlədən istismardan çıxarılmış avadanlıqların utilizasiyası təmin ediləcək və ümumi enerji hasilatı 75%-dək artacaqdır. 9. Ötürücü və paylayıcı şəbəkələrin bərpası. Azərbaycan qarşılıqlı şəkildə əlaqədar olan trans-qafqaz enerji sisteminin mərkəzində yerləşir. Elektrik enerjisi hasilatı və istehlak mərkəzləri arasında olan uzun məsafə enerji nəqliyyatı üçün iri ötürücü xətlər magistralının olmasını tələb edir. Rayonlarda elektrik ötürücü və paylayıcı qurğuların əksəriyyəti 30 il və daha artıq müddət istismar olunmuşdur. Avadanlığın istismar müddəti bitmiş, sızmaların daha tez-tez baş verməsi və artması ilə onun etibarlılığı azalmışdır. 35 kv-dan aşağı gərginlik səviyyələrində paylanma sistemində olan ümumi itkilər təxminən 15% təşkil edir. Şəbəkədə sızmalar zamanı təchiz olunmayan enerjinin illik satışların 15%-ni təşkil etdiyi hesablanmışdır. 10. Yığımların yaxşılaşdırılması. Azərenerji 1,45 milyon müştərini elektrik enerjisi ilə təmin edir ki, bu müştərilərin 60%-i məişət istehlakçılarıdır. Məişət istehlakçılarından yığım səviyyəsi 2006 və 2008-ci illər arasında orta hesabla 50% səviyyəsində qalaraq zəif olmuşdur. 2007-ci ildən etibarən Azərenerji tərəfinən ümumi sayğaclaşdırma, o cümlədən avans sistemli smart sayğaclarının quraşdırılmasına başlanmışdır. Bu, yığımların 2006-cı ildə orta hesabla 38%-dən 2013-cü ildə 88%-dək artması ilə nəticələnmişdir. Bununla elektrik enerjisi istehlakı haqda ictimaiyyəti məlumatlandırma artmış və enerjiyə qənaət edilməsi zərurəti təbliğ edilmişdir. 11. Maliyyə göstəricilərinin yaxşılaşması. Enerji təsərrüfatlarının cari maliyyə göstəriciləri zəifdir. Hər il Azərenerji kapital xərclər proqramının bir hissəsini icra etmək üçün dövlət büdcəsi yardımı alır. İstismar və maliyyə göstəricilərini artırmaq üçün Azərenerji orta və uzun müddətdə müxtəlif tədbirlər görür, o cümlədən (i) texniki itkiləri və əməliyyat xərclərini azaltmaq üçün regional paylayıcı şəbəkəni təmir edir, (ii) gəlirlərin yığımını artırmaq və inzibati xərcləri azaltmaq üçün bütün məişət istehlakçılarında avans sistemli sayğaclar quraşdırır, (iii) Gürcüstan, Türkiyə və Rusiyaya elektrik enerjisi ixracını artırır, (iv) müəssisə resurslarının planlaşdırılmasının tətbiq edilməsi (MRP), daxili audit və nəzarətin genişlənməsi, büdcə və 3 Elektrik enerjisi üçün tarif 2007-ci ilin Yanvar ayında artırılmışdır: $0.024/kWh-dan $0.075/kWh, 2

planlaşdırma funksiyaları daxil olmaqla korporativ prosesində tədbirləri davam etdirir, və (v) korporativ kredit reytinqini əldə etməyə və öz maliyyə kanallarını şaxələndirməyə çalışır. 12. Çarpaz subsidiyalaşdırmanın aradan qaldırılması. Elektrik enerjisi istehsalında istifadə olunan qaz dövlət tərəfindən əhəmiyyətli dərəcədə dotasiya olunur. Bu dotasiyanın məbləği orta hesabla hər il təxminən 650 milyon dollar həcmində qiymətləndirilmişdir. Türkiyə və digər qonşu ölkələrə elektrik enerjisi ixracını artırmaqla Azərenerji artıq qalan elektrik enerjisinin istifadəsinə maliyyə mövqeyini gücləndirmək vasitəsi kimi baxır. Bu siyasət Azərenerji üçün faydalı olacağı halda, Azərbaycan iqtisadiyyatının maraqlarına potensial mənfi təsir göstərə bilər. Paylama şəbəkələrində adekvat investisiya qoyuluşu və korporativ islahatların davam etməsi ilə Azərenerji öz əməliyyat səmərəliliyini və idarəetməni təkmilləşdirmək, hökumət subsidiyaları olmadan daha böyük maliyyə mənfəəti əldə etmək iqtidarında olmalıdır. Ehtimal edilir ki, bu çarpaz subsidiyalaşdırma tədricən aradan qalxacaq, sektor daha şəffaf olacaq və nəzarətdə saxlanacaqdır. 13. Enerji təchizatının şaxələnməsi. Azərbaycanda bərpa olunan enerji sektorunun, xüsusilə də günəş, külək və kiçik su elektrik stansiyaların inkişafı üçün böyük təbii potensial vardır. Artıq, bu potensialdan istifadə edilməyə başlanılmış və sektorun inkişaf etdirilməsi üçün əhəmiyyətli işlər görülür. mənbələrinin daha fəal istifadəsi qarşısında duran maneələr (i) bərpa olunan enerji mənbələrinin dəstəklənməsi üçün güclü institusional və tənzimləyici bazanın olmaması, (ii) bərpa olunan enerjinin stimullaşması üçün xüsusi tarif mexanizminin və ilkin investisiyaları dəstəkləmək üçün fondun olmaması, və (iii) texniki imkanların olmamasıdır. Dövlət dəstəyi və inkişaf sahəsində çalışan beynəlxalq tərəfdaşların yardımı ilə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəqqi əldə edilməkdədir. B. Hökumətin Sektor Strategiyası 14. Hökumətin sektor strategiyasının ümumi konsepsiyası daxili enerji resurslarını səmərəli şəkildə istifadə etmək, ölkənin enerji təhlükəsizliyini qorumaq, davamlı iqtisadi inkişaf üçün ölkə boyu etibarlı və adekvat enerji xidmətlərinin göstərilməsini təmin etməkdir. Enerji sektorunun siyasi çərçivəsinin aşağıdakı xüsusiyyətləri vardır: (i) enerji resurslarının səmərəli istifadəsinin təşviq olunması və sektorun əməliyyat səmərəliliyinin artırılması, (ii) rəqabəti təşviq etmək üçün düzgün qanunvericilik bazasının qurulması, (iii) daha çox investisiyaların cəlb olunması üçün sektorun strukturunun təkmilləşdirilməsi, (iv) ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün bərpa olunan enerjinin və davamlı inkişafın təşviq edilməsi, (v) sektorda maliyyə intizamının artırılması və enerji istehlakı üçün tam ödənişin təmin edilməsi və (vi) enerji təchizatında alternative və bərpa olunan, xüsusən də günəş, külək və bioqazın xüsusi çəkisinin artırılması. Enerji həmçinin Azərbaycan 2020 konsepsiyasında əməmiyyətli yer almışdır və bərpa olunan enerji və enerji səmərəliliyi məsələsi vurğulanır. 4 15. Uzun müddətli inkişafa nail olmaq üçün aşağıdakı əsas hədəflər müəyyən edilmişdir: (i) elektrik enerjisinə olan tələbatın tam şəkildə ödənməsi, (ii) gizli subsidiyaların aradan qaldırılması və tariflərin müəyyən edilməsinin daha şəffaf olması daxil olmaqla, müvafiq tariflərin dəyişməsi planının icra edilməsi, (iii) əməliyyatların səmərəliliyinin artırılması, maliyyə və əməliyyatda şəffaflığın təşviq edilməsi, (iv) enerjidən səmərəli istifadə və alternativ enerji texnologiyalarının təşviq olunması, və (v) özəl sektorun müvafiq səviyyədə iştirakının təşviq olunması. 4 Azərbaycan 2020I Gələcəyə Baxış konsepsiya sənədi 3

C. AİB-nın Sektorda Təcrübəsi və Yardım Proqramı 16. AİB əməliyyatları. Enerji sektoru AİB əməliyyatları üçün prioritet sahə kimi müəyyən edilmişdir. AİB-nın Azərbaycanın elektrik enerjisi sektorunda iştirakı 2006-cı ildə bərpa olunan enerji resurslarının inkişafının dəstəklənməsi ilə başlamışdır. AİB texniki yardım layihəsi təqdim etmişdir ki, bu layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək fəaliyyət planı hazırlanmış, hökumət tərəfindən icra olunan kiçik su elektrik stansiya layihələri işlənmişdir. AİB elektrik enerjisi sektoruna ilk dəfə $160 milyon dəyərində kredit vermişdir ki, bu da 2008-ci ildə elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması layihəsi üçün olmuşdur. 17. AİB-nın sektor strategiyası. AİB-nın 2020 Strategiyasında infrastrukturun inkişafı əsas əməliyyat sahəsi kimi müəyyən edilmişdir. Enerji sektorunda (i) təmiz enerji təchizatının artırılması, (ii) təchizat yönümlü və tələbat yönümlü tədbirlər vasitəsilə enerjidən səmərəli istifadənin təşviq edilməsi, və (iii) enerjidən səmərəli istifadə üçün siyasi, institusional və tənzimləyici maneələrin aradan qaldırılması məsələləri vurğulanır. Xüsusilə də Strategiya 2020- də qeyd edilir ki, enerjidən səmərəli istifadəni təkmilləşdirməklə, təmiz enerji mənbələrindən istifadəni artırmaqla və havaya buraxılan istilik qazlarının miqdarını azaltmaqla inkişaf edən üzv dövlətlərə öz iqtisadiyyatını aşağı karbon inkişaf yoluna istiqamətləndirməsində AİB dəstək göstərəcəkdir. AİB-nın Enerji Siyasətində (2009) enerjidən səmərəli istifadə və bərpa olunan enerji mənbələrinin təşviq edilməsi AİB-nın enerji sektorunda göstərdiyi yardımın üç komponentindən biri kimi prioritetləşdirilir. 5 18. AİB-nın Azərbaycana yardımı çərçivəsində həddən artıq yüklənmiş elektrik enerjisi sistemlərində olan təhlükəli boşluqları və məhdudiyyətləri aradan qaldıran, elektrik enerjisi infrastrukturunu bərpa edərək, onu müasirləşdirən infrastruktur layihələri prioritetləşdiriləcəkdir. Prioritet sahələrə aşağıdakılar daxildir: (i) (ii) (iii) (iv) (v) Enerjidən səmərəli istifadə və bərpa olunan enerji mənbələrinin inkişafı. AİB bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləyəcək, enerjidən səmərəli istifadə, bərpa olunan enerji və iqlim dəyişikliyinə uyğunlaşma sahələrində olan imkanları araşdıracaqdır. Elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələrinin bərpası. Ötürücü xətlərə investisiya qoyuluşu layihəsindən başqa, AİB enerjinin paylanma sisteminin genişlənməsi sahəsində investisiya proqramlarını dəstəkləməyə davam edəcəkdir. Regionda elektrik enerjisi ticarətinin və bu sahədə əməkdaşlığın dəstəklənməsi. AİB Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) vasitəsilə trans-sərhəd səviyyədə enerjinin ötürülməsi sistemlərinin bir-birinə bağlanması mümkünlüyünü və qonşu ölkələrlə elektrik enerjisinin ticarətini dəstəkləməyə davam edəcəkdir. Siyasət və institusional islahat. AİB inkişaf sahəsində olan digər tərəfdaşlarla əməkdaşlıq edəcək, rəqabəti təşviq etmək və özəl sektoru iştiraka cəlb etmək üçün müvafiq tarif rejiminin qurulması və düzgün hüquqi çərçivənin hazırlanmasına yönələn siyasət və institusional islahatları dəstəkləyəcəkdir. Kadr Potensialın inkişaf etdirilməsi. Potensialın inkişaf etdirilməsi üçün aşağıdakı sahələr müəyyən edilmişdir: (i) uzun müddətli korporativ planlaşdırma, (ii) layihə ekspertizası, (iii) layihə idarəçiliyi və nəzarəti, (iv) 5 AİB. 2009. Enerji Siyasəti. http://www.adb.org/sites/default/files/pub/2009/energy-policy-2009.pdf 4

maliyyə idarəçiliyi, (v) insan resursları idarəçiliyi, və (vi) ətraf mühit və sosial zəmanətlər. 19. AİB adekvat maliyyə resurslarını səfərbər etmək və yüksək investisiya xərclərini azaltmaq üçün kommersiya kreditorları ilə tərəfdaşlıqda maliyyə xərclərini azaltmaq üçün kredit risklərinin bölüşdürülməsi və PPP, alternativ satınalma modelləri kimi innovativ maliyyələşdirmə alətlərindən istifadəni davam edəcəkdir. Dövlət sektorunun müdaxiləsi AİB-nın Özəl Sektor Əməliyyatları Departamenti tərəfindən dəstəklənən müdaxilələrlə yaxından əlaqələndiriləcəkdir. 20. Sektorda AİB-nın investisiyalarında gender inteqrasiyasının yaxşılaşdırılması üçün aşağıdakı imkanlar vardır: Enerjidən səmərəli istifadəni təşviq etmək üçün (məs., enerjiyə qənaət qurğularından istifadə) qadınların dəyişiklik agenti kimi təlim keçəcəyi və məvacib alacağı dövlət kommunikasiya strategiyalarının hazırlanması. Qadınların öz narahatlıqlarını səsləndirə biləcəkləri və dərhal cavab ala biləcəkləri müştərilərlə əks əlaqə mexanizmlərinin işlənməsi. Enerji sektorunda qadın məşğulluğunun və karyera imkanlarının artırılması. Kiçik sahibkarları və informasiyaya çıxışı dəstəkləmək üçün xüsusilə də şəhərətrafı və kənd yerlərində elektrik enerjisinin ev təsərrüfatlarına təchizatının keyfiyyətini və davamiyyətini artırmaq. 5

Problem Ağacı TƏSİRLƏR Qeyri-davamlı iqtisadi inkişaf Daxili enerji resurslarının qeyri-səmərəli istifadəsi Təsirə məruz qalan ev təsərrüfatlarının elektrik enerjisindən istifadəsi ƏSAS PROBLEM Etibarsız və qeyri-adekvat enerji təchizatı SƏBƏBLƏR <Fiziki> <Qeyri-Fiziki Zəif və qeyri-adekvat fiziki infrastruktur Qeyri-kafi investisiya və maliyyələşmə Zəif institusional potensial Qeyri-müvafiq planlaşdırma, siyasi və tənzimləyici məhdudiyyətlər Köhnəlmiş aktivlərin səmərəsiz icrası Ötürücü gücün məhdud olması Paylanma şəbəkələrinin pisləşməsi Qonşu ölkələrlə məhdud elektrik enerjisi ticarəti Bərpa olunan enerjinin inkişafında zəif tərəqqi Sistem strukturunda köhnə texnologiya Qeyri-kafi maliyyələşdirmə resursları Tariflər və xərclərin ödənməsində tarazlığın olmaması Zəif yığımlar və xərclərin ödənməsi Qeyri-kafi özəl iştirak Məhdud insan resursları və biznes təcrübəsi Işçilərin məhdud qüvvətləndirlməsi və təlimi Məhdud korporativ idarəetmə Qeyri-adekvat sektor planlaşdırması və strategiyası Hüquqi və tənzimləyici qanunvericiliyin zəif hazırlanması Müdaxilələr Enerji hasilatı, ötürülməsi, bərpa olunan enerji avadanlıqlarına dövlət investisiya qoyuluşu davam edir AİB, DB, KfW, AYİB, JİCA, İsİB-dan maliyyə yardımı AİB, Aİ, KfW, və JICA tərəfindən dəstəklənən potensial quruculuğu proqramları. AİB və JİCA yardımı ilə elektrik enerjisi sektorunun baş planı və yol xəritəsinin hazırlanması. Donorların birgə siyasi dialoqunun aparılması. AİB = Asiya İnkişaf Bankı, AYİB = Avropa Yenidənqurma və İnkişaf Bankı, Aİ = Avropa İttifaqı, IsİB = Islam İnkişaf Bankı, JICA = Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyi, KfW = Kreditanstalt für Wiederaufbau, DB = Dünya Bankı. Mənbə: Asiya İnkişaf Bankı. 6

Sektorda Nəticələrin Çərçivəsi (Energetika 2014 2018) Ölkədə Sektor üzrə Fəaliyyət Ölkədə Sektor üzrə Nəticələr AİB Sektor Əməliyyatları AİB Töhfəsi ilə Fəaliyyət Hədəflər və Baza xətləri olan Göstəricilər AİB-nın Töhfəsi ilə Nəticələr Pilləli Hədəflərlə Göstəricilər AİB-nın Planlaşdırılmış və Cari Müdaxilələri AİB Müdaxilələrindən Gözlənilən Fəaliyyət mənbələri daxil olmaqla Əhalinin elektrik xidməti ilə əhatə olunması 2020- Elektrik enerjisi təchizat sisteminin istehsalı potensialının Planlaşdırılmış fəaliyyət sahələri əsas Planlaşdırılmış fəaliyyət sahələri əsas enerji mənbələrinin ci ildə 99.9%-ə qədər genişlənməsi, 2011-ci ildə 950 MVdan 2020-ci ildə 1,250 mənbələrinin inkişaf səmərəli istifadəsinin artmışdır. of the təkmilləşdirilməsi və artması population by (baza yaxşı idarə olunması MV-dək artması. etməsi məlumatı 2011: 85%) Enerji təchizatından istifadə 2018-ci ildə hər nəfərə 2500 kwh (2011 baza məlumatı: 1650 kwh) Elektrik satışlarında ümumi gəlir 2017-ci ildə $900 milyon artmışdır (2011 baza məlumatı: $862 milyon) Atmosferə CO 2 buraxılması (ildə tco 2 olmaqla) 2020-ci ildə 24,000 ton azalmışdır 2020 (2011 baza məlumatı: 0) 2020-ci ilədək 1,500 km uzunluğunda əlavə ötürücü xətlərin quraşdırılması (baza xətti 2011: 2,700 km) 2020-ci ilədək təxminən 45,000 km uzunluğunda əlavə ötürücü xətlərin quraşdırılması və təkmilləşdirilməsi (baza xətti 2011: 130,000 km) Elektrik enerjisi üçün yığımların 2011-ci ildə 70%-dən 2020-ci ildə 100%-dək artırılması Elektrik enerjisində kəsilmələrin 2018-d ildə bir dəfəyə çatdırılması ((baza məlumatı 2011: 8 dəfə) Paylanma şəbəkəsinin bərpa olunması və istifadəyə verilməsi (sektorda 91% kreditvermə) mənbələrinin inkişafı (sektorda 9% kreditvermə) Ötürücü və paylayıcı şəbəkədə texniki itkilərin 2018-ci ildə 18% çatdırılması (baza məlumatı: 2011 27%) AİB = Asiya İnkişaf Bankı, CO 2 = karbon dioksid, km = kilometr, kv = kilovolt, MVA = meqa volt amper, MV = meqavatt Təxmini məbləğlə hazırlıq mərhələsində olan layihələr MFF Elektrik Enerjisinin Paylanması Sisteminə İnvestisiya Proqramı ($500 milyon) Bərpa olunan Enerji Mənbələrinin İnkişafı (Biokütlənin birgə enerji istehsalı) Layihəsi ($50 milyon) Təsdiq olunmuş məbləğlə icra olunan layihələr Elektrik enerjisinin ötürülməsi sisteminin genişləndirilməsi layihəsi ($160 milyon) Elektrik enerjisinin paylanma sisteminin genişlənməsi, təkmilləşməsi və yaxşı idarə olunması Hazırlıq mərhələsində olan layihələr Enerjinin paylanma şəbəkəsinin bərpa olunması və təkmilləşdirilməsi 43,000 km Təxminən 5,500 MVA transformator gücünün əlavə edilməsi Ölkədə təxminən 1.2 milyon avans sistemli elektrik sayğacın quraşdırılması Icra olunan layihələr 300 km yüksək voltlu (220 kv və 110 kv) ötürücü xətlərin çəkilməsi Bir yeni 220 kv gücündə altstansiyanın başa çatdırılması və beş mövcud alt stansiyanın bərpa olunması 7