Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi

Benzer belgeler
Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Təsviri incəsənət fənni üzrə müəllim üçün metodik vəsait

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Fransız dili dərsliyi

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün İnformatika dərsliyi YEKUN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Respublikanın təlim rus dilində olan ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün İnformatika dərsliyi

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

Marketinq. Mehdiyev Əkbər

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Riyaziyyat dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Təsviri incəsənət dərsliyi

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Texnologiya dərsliyi

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Respublikanın ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Biologiya tədrisi sisteminin formaları

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün İnformatika dərslik komplekti

Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar


Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Azərbaycan dili dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Bakalavr. Tədris semestri Payız Kəmalə Əliyeva. Telefon: N

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün İnformatika dərslik komplekti. Müəlliflər: Ramin Mahmudzadə İsmayıl Sadıqov Naidə İsayeva

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi HƏSƏNOVA SVETA DADAŞ QIZI

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI İMKANLARI

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Milli tədris planı. Giriş

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

BÖYÜK DƏCCAL Amerika

1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri Ümumi təhsilin hüquqi əsasları

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Coğrafiya dərslik komplektinə dair İLKİN RƏY

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

4-CÜ SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

AZЯRBAYCAN DИLИ. METOДИK ВЯSAИTИ (дювлят дили) LAYİHƏ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

YENİ DƏRSLİKLƏR VƏ "YENİLİKLƏR"

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

IV Zirvə Oyunlarının ƏSASNAMƏSİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

3. əyanilik 4. ifadəlilik 5. mənbələrin gostərilməsi 6. fəal təlim ucun şəraitin yaradılması 36. Multimediya nədir? 37.Fənn kurikulumunun təlim

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI T Ə H S İ L P R O Q R A M I AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

Nüşabə Məmmədova Könül Mahmudova Sevil Bəhrəmova. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin METODİK VƏSAİTİ

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Protokolundan Çıxarış aprel 2016-cı il

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün Azərbaycan dili dərslik komplekti

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Yaşıl Kart Sistemi. Maddə Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Kommunal müəssisələr tərəfindən satınalma

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ FƏNN SİNİF TARİX VARİANT ŞAGİRD

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Transkript:

Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün Həyat bilgisi dərsliyi Müəlliflər: Aybəniz İbrahimova Saməddin İbrahimov Bakı: Şərq-Qərb, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Struktur və inteqrasiya baxımından; 2. Standartların dərslikdə əks olunması baxımından; 3. Dərsliyin məzmunu, dil və üslubu baxımından; 4. Dərsliyin bədii tərtibatı və dizaynı baxımından; 5. Şagirdlərin yaş xüsusiyyətləri baxımından. 1. Struktur və inteqrasiya baxımından Dərslikdəki 28 mövzu 5 tədris vahidində cəmləşdirilib: Yaşadığımız dünya (6 mövzu) Həyatımız (4 mövzu) Azərbaycanımız (5 mövzu) Mənəviyyatımız (6 mövzu) Rahatlığımız və təhlükəsizliyimiz (7 mövzu) Tədris vahidlərinə verilən adlardan Azərbaycanımız ı çıxmaqla qalan başlıqların heç biri 6 yaşlı uşağın anlayacağı, onu həyəcanlandıracaq və öyrənməyə sövq edəcək başlıqlar deyil. Kurikulumun 3-cü məzmun xəttinin adının ( Sağlamlıq və təhlükəsizlik ) 4-cü tədris vahidinin adına Rahatlığımız və təhlükəsizliyimiz formasında transformasiya edilməsi düzgün deyil. Sağlamlıq anlayışını rahatlıq anlayışı ilə eyniləşdirmək olmaz. Birincisi, kurikulum rahatlıq la deyil, konkret olaraq sağlamlıq la bağlı olan bilik və bacarıqların formalaşdırılmasını nəzərdə tutur. İkincisi də rahatlıq anlayışı təkcə sağlamlıqla yox, bir çox başqa faktorlarla da bağlıdır. Dərslikdə fəndaxili və fənlərarası inteqrasiya nəzərə alınmayıb. Burada tədris materiallarının sadədən mürəkkəbə doğru ardıcıllığı prinsipi ilə yanaşı, pedaqoji prinsiplər də pozulub. Belə ki, ilk günlərdə öyrədilməli olan bilik və bacarıqlar dekabryanvar aylarında tədris olunur. Məsələn, şagirdlərin məktəbdə əməl etməli olduqları nizam-intizam qaydaları, hüquqları və vəzifələri 14 və 16-cı həftələrdə öyrədilir. Sadə məntiqlə yanaşılarsa, öncə şagirdə məktəbdə davranış qaydaları öyrədilməli, sonra isə digər vərdiş və bacarıqlar öyrədilməli idi. Azərbaycan dili və Riyaziyyat dərslərində 3

şagirdlərə məktəblə və bir-birilə tanışlıq, öz ailələri barədə məlumat toplayıb təqdimetmə bacarıqları ilk dərslərdə, bu dərslikdə isə tədris ilinin ortalarından sonra aşılanır. 2.2.2 alt-standartında nəzərdə tutulmuş büdcə anlayışının izahı 9-cu həftədə, amma büdcənin təməlini təşkil edən pul anlayışı isə iki həftə sonra 11-ci həftədə öyrədilir. Riyaziyyat fənnində isə pul anlayışı, pulla bağlı hesablamalar çox-çox sonralar 26-cı həftədən başlayaraq tədris olunur 1. İkinci dərs Mən bunların adını bilirəm başlığı ilə təqdim olunub. Pedaqogika elmi dərsliklərdə, xüsusən də ibtidai təhsil pilləsi dərsliklərində mövzulara cəlbedici, düşündürücü və araşdırmaya sövqedici başlıqlar seçməyi tövsiyə edir. Məsələn, Ətrafımızda nələr var?, Yağış necə əmələ gəlir?, Nəyə görə əllərimizi və üzümüzü yumalı, dişlərimizi təmizləməliyik? və sair. Dərslikdəki başlıq ( Mən bunların adını bilirəm ) isə cəlbetmə əvəzinə əks sual doğurur: Əgər şagird bunların adını bilirsə, onda bu dərsi keçməyin, bildiklərini yenidən öyrətməyin mənası nədir? Səhifə 14-də canlılar aləminə aid olan varlıqların (bitki, insan, heyvan) tanıdılması ilə bağlı müəlliflərin təklif etdikləri resurslar verilmişdir. Dərsliyin bu mövzu ilə bağlı 12-ci səhifəsindəki 6 şəklin hamısında ancaq müxtəlif işlər görən insanlar təsvir edilmişdir. 13-cü səhifədə yenə də ön planda insan şəkilləri, arxa planda isə it, qoyun, fil və bir neçə adsız bitki şəkli var. Yəni şagirdlər bu şəkillərdən bitkilərin, heyvanların və insanların canlı olduğunu müəyyən etməlidirlər. Əgər söhbət hərəkətdən, müəyyən fəaliyyətdən gedirsə, bu olduqca səhv yanaşmadır. Belə şeylər canlını xarakterizə edə bilməz, çünki robotlar, digər maşın və mexanizmlər də hərəkət edə, danışa, hətta bir çox işləri insandan da yaxşı yerinə yetirə bilərlər. Bu baxımdan metodik vəsaitdəki tövsiyələr də tələb olunan ortamı yaradacaq keyfiyyətdə deyil (MMV.14). Müəlliflər şagirdləri 3 tədqiqat qrupuna ayırmağı məsləhət görürlər. Belə ki, I qrup iş vərəqindəki şəklin insan rəsmi olduğunu, II qrup iş vərəqindəki şəklin heyvan rəsmi olduğunu, III qrup iş vərəqindəki şəklin bitki rəsmi olduğunu əsaslandırmalıdır. Amma altstandartda söhbət şəkillərin insan, heyvan və bitki rəsmləri olduğunu əsaslandırmaqdan yox, insanın, heyvanın və bitkinin canlı olmasının əsaslandırılmasından gedir. 1 L.Qurbanova, N.Həsənova. Riyaziyyat-1 (Müəllim üçün metodik vəsait). Bakı, 2012, səh. 141-142. 4

Müəllim üçün metodik vəsaitin 64-cü səhifəsində Qəzalardan mühafizə vasitələri mövzusu ilə bağlı iş üsulu kimi Beyin həmləsi ( Beyin fırtınası ) metodundan istifadə edilməsi məsləhət görülür. Burada tədqiqat üçün Siz yanğınsöndürən olsanız hansı işləri görərsiniz? sualı verilib. Axı yanğınsöndürmə peşəsi ilə bağlı işlərin 1-ci sinif şagirdinə, onun qəzalardan mühafizə vasitələrini tanımasına nə aidiyyəti var? İkincisi də bu, Beyin həmləsi metodunun sualıdırmı? Əlifba təlimi başa çatmamış, hələ öyrənmədikləri hərflər əsasında yazı tapşırıqlarının verilməsi və hətta bu cür tapşırıqların nəticələrinə görə müəllimlərə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin (?!) də təklif edilməsi doğru deyil. Məsələn, şagirdlər metodik vəsaitin 21-ci səhifəsindəki 3-cü tapşırığa görə (7-ci həftə) boş xanalara xala sözünü, 23-cü səhifəsindəki 1-ci tapşırığa görə isə (8-ci həftə) xəstəxana sözünü yazmalıdırlar. Halbuki x hərfi əlifba təliminin 15-ci həftəsində 2 öyrədilir. 31-ci səhifədəki 2-ci tapşırığa görə (12-ci həftə) isə şagirdlər Bayraq sözünü hecalara bölməklə yazmalıdırlar. Amma onlar q hərfini hələ 14-cü həftədə öyrənəcəklər. Bu cür hala 33-cü səhifədə himn sözü ilə bağlı tapşırıqda da yol verilib... 2. Standartların dərslikdə əks olunması baxımından Dərslikdə kurikulumda təsbit olunmuş bilik, bacarıq və dəyərlərin bəzilərinin reallaşdırılmasında kənaraçıxmalar var. Bunlar aşağıdakılardır: 1.1.1. alt-standartı şagirddən "Varlıqları və hadisələri sadə şəkildə təsvir etmək " bacarığını tələb edir. Nə dərslikdə (səh. 6-7) mövzunun izahında, nə də MMV-də (səh. 8) ümumiyyətlə hadisələrə toxunulmur. Şagirddə ilk dərsdə varlıq və hadisə haqqında təsəvvürü bu şəkildə formalaşdırmaq olmaz. 1.1.2. alt-standartı "Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir" kimi olmaqla, şagirdin təbiət hadisələrini sadə şəkildə təsvir etmək və hadisələr arasındakı sadə əlaqələri izah etmək bacarıqlarına nail olmasını tələb edir. Bu mövzu verilmiş bacarıqların heç birini tam olaraq özündə əks etdirmir. Səhifə 8-də şagirdlərə mövzu ilə bağlı suallar verilir: Göldə üzən, quruda yaşayan, göydə uçan nədir? Pələngin 2 S.Abdullayeva, R.İsmayılov və b. Azərbaycan dili-1 (Müəllim üçün metodik vəsait). Altun kitab nəşriyyatı, Bakı, 2012, səh. 87. 5

qarşısındakı adam niyə qorxmur? Bu sualların mövzu ilə heç bir əlaqəsi yoxdur. Bu mövzuya aid olan səhifə 9-dakı şəkillərin heç biri varlıq və hadisələrin xarakterik əlamətlərini açıqlamır. Dərslikdə təbiət hadisələri ilə tanışlıq zamanı əsas təbiət hadisələrindən biri yağış, qar, ildırım çaxmasından fərqli olaraq, hər gün təkrarlanan gecə və gündüzün bir-birini əvəz etməsi hadisəsi yaddan çıxmışdır. 1.3.1 alt-standartı şagirdin Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) tanımasını nəzərdə tutur. Bitki və heyvan anlayışlarının ümumi anlayışlar olduğu nəzərə alınarsa, bu alt-standartların reallaşdırılması nəticəsində uşaqların heç olmasa ağacı, kolu və otu, eləcə də ev heyvanlarını, vəhşi heyvanları, quşları və cücüləri fərqləndirə biləcəklərini gözləmək olardı. Halbuki ətrafdakı canlılara, o cümlədən, ev heyvanlarına məhəbbət və qayğı, eləcə də onlara qulluq bacarıqları formalaşdırmalı olan Həyat bilgisi 1 dərsliyində bircə dənə də olsun ev heyvanının inək, camış, keçi, at, eşşək, toyuq, xoruz, qaz şəklinin, quş (sərçə, qaranquş, qarğa və s.), kəpənək, arı və digər cücülərin şəkilləri verilməmişdir. Dərslikdə, demək olar ki, bütün ağaclar və digər bitkilər mücərrəd yaşıl kölgələrdən ibarətdir. Ona görə də şagirdlərin kitabdakı şəkillər üzərində araşdırması zamanı heç bir bitkini adı ilə fərqləndirməsi mümkün deyil. Bu baxımdan müəlliflərin təklif etdikləri metodik tövsiyələrdə bu yaş qrupu üçün xüsusi əhəmiyyət kəsb edən müşahidə tapşırıqlarının olmaması da düşündürücüdür. Halbuki fənn kurikulumunun Təbiət və biz məzmun xəttinin əsaslandırılması bölməsində oxuyuruq: Şagirdlər bu məzmun xəttinin köməyi ilə təbiəti sevmək, ona qayğı ilə yanaşmaq, təbiətlə təmas və ondan istifadə mədəniyyətinə, ev heyvanlarına qulluq, dekorativ və mədəni bitkilərin becərilməsi və s. kimi bacarıqlara yiyələnir, müşahidələr, ölçmələr, təcrübələr aparmaq, nəticələr çıxarmaq, onları yazılı və şifahi şəkildə təsvir etmək bacarıqları qazanır 3. 1.2.2 alt-standartı şagirddə "yaşadığı ərazilərin sadə coğrafi təsvirini verməsi" kimi bacarığın formalaşdırılmasını nəzərdə tutur. Şagirdlərdə hələ təhsilin ilk pilləsində formalaşdırılması vacib hesab edilən bu bacarıq onların öz yaşadıqları ərazinin sadə coğrafi təsvirini verə bilmə bacarığıdır. Yəni şagird evinin harada, hansı tərəfdə, hansı obyektin yanında yerləşdiyini, orada nələrin olduğunu araşdırıb öyrənməli və bu informasiyaları başqalarına çatdıra bilmə qabiliyyətinə malik olmalıdır. Bu bacarığın formalaşdırılması prosesində o, bir tərəfdən, obyektlər üzərində müşahidə aparma 3 Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, Mütərcim, 2012, səh. 262. 6

vərdişlərinə yiyələnirsə, digər tərəfdən də bəzi fövqəladə hallarda (məsələn, yolu azanda, itəndə) ona yardımçı olmaq istəyənlərə vacib məlumatları verə bilir. Bu 2-ci dərs çərçivəsində nəzərdə tutulsa da nə dərslikdə (səh.10-11), nə də metodik vəsaitdə (səh.12-13) bununla bağlı heç bir məlumat və fəaliyyətə rast gəlinmir. 2.1.1. alt-standartı şagirddən Fərd, ailə və kollektiv anlayışları barədə təsəvvürlərini bildirməsini tələb edir. Dərslikdə (səh.18) ancaq ailə haqqında məlumat verilir. Fərd və kollektiv anlayışları sonrakı mövzuda izah olunmağa başlayır. Əvvəlcə fərd, ailə, sonra isə kollektiv haqqında məlumat verilməli idi. Mövzuda fərd və kollektiv haqqında heç bir təsəvvür formalaşdırılmır. 2.3.1 alt-standartı şagirdin dövlət rəmzlərinin sadə şəkildə izah etməsini nəzərdə tutur. Azərbaycan dilində izah etmək ifadəsi anlatmaq, şərh etmək, açmaq, bəyan etmək 4 mənalarında işlənir. Dərslikdə bayraq və himnlə bağlı müəyyən məlumatlar olsa da (səh. 28-31), gerblə bağlı hər hansı məlumata rast gəlinmir. Belə olan halda şagirdin gerb haqqında nə isə bir fikir ifadə edəcəyini gözləmək mümkün deyil. Halbuki dövlət gerbinin təyinatı, üzərindəki ulduz, məşəl, palıd budağı və sünbülün ifadə etdiyi mənalar barədə sadə məlumatlar verilə bilərdi ki, şagirdin bu dövlət rəmzi ilə bağlı təsəvvürləri düzgün formalaşsın. 3.3.1 alt-standartı şagirdin təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, əşyalar) fərqləndirməsini nəzərdə tutur. Dərsliyin mövzuya həsr olunmuş 46-47-ci səhifələrində dini nişanlarla ( Ay-ulduz, Xaç, Davud ulduzu ) və əşyalarla bağlı heç bir şəkil və məlumat yoxdur. Belə bir məlumat metodik vəsaitdə də (səh.48-49) yoxdur. Onda haqlı sual yaranır: Bu alt-standart yarımçıq formalaşmayacaqmı? Dərsliyə kurikulumda olmayan ziyarətgah anlayışı daxil edilib və şagirdlərə Hansı ziyarətgahları tanıyırsınız? sualı ünvanlanıb. MMV-də (səh. 49) sual olunur : Hansı dini ayinlərin, mərasimlərin adlarını bilirsiniz? Axı dini ayinlər, mərasimlər bu standartda tələb olunmur. Bu mövzunun ( Din ) təqdimatında Ümumtəhsil sahəsində dərslik siyasəti sənədinin 3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddədə dünyəvilik prinsipinə əməl edilməsi və dini ayrıseçkiliyə yol verilməməsi şərtləri var. Biz Allahımızı sevirik, Müəllim bildirir ki, Allah hamı üçün birdir (?!). Allahı sevmək hər kəs üçün müqəddəs bir işdir kimi cümlələr, müəllimin Dinimizin adı nədir?, 4 Azərbaycan dilinin izahlı lüğəti, II cild. Bakı, 2006, səh. 619. 7

Dinimizin peyğəmbəri kimdir?, Allahımızı sevməyi kimdən öyrənmisiz? kimi yönəldici sualları isə tamamilə bunun əksini göstərir. Dərslikdən və məktəbdən dini təbliğat vasitəsi kimi istifadə edilməsi ölkə qanunları ilə də qadağan olunub. Bu standartın kurikuluma daxil edilməsində məqsəd isə şagirdləri hansısa dinə yönləndirmə yox, onlara dini sahə ilə bağlı müəyyən bilgilər aşılamaqdır. Allaha, müxtəlif tanrılara inanmağı və ya inanmamağı, onları sevməyi və ya sevməməyi təbliğ etmək isə dünyəvi təhsilin işi deyil. 3.4.1 alt-standartı şagirdin Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə etməsini nəzərdə tutur. Göründüyü kimi, standartın əsas məqsədi şagirdlərdə ətrafındakılara hörmət və qayğı kimi bəşəri dəyərlər formalaşdırmaqdır. Burada söhbət həm də şagirdin yalnız öz yaxınlarına hörmət və qayğısından deyil, ehtiyacı olduğunu hiss etdiyi hər kəsə hörmət və qayğı göstərməsindən gedir. Dərsliyin 49-cu səhifəsindəki şəkillər isə bu yanaşmanı tamamilə alt-üst edir. Belə ki, həmin şəkillərdə uşaq bağçasında tərbiyəçinin uşaqlara qayğısı, həkimlərin xəstələrə qayğısı, gənc qızın nənə-babasına xidmət göstərməsi təsvir olunub. Halbuki, tərbiyəçinin və həkimlərin bu hərəkəti onların mənəvi deyil, xidməti borcudur və onlar bunun müqabilində maaş alırlar. Əks halda cəzalana, işdən azad oluna bilərlər. Deməli, burada söhbət təmənnasız hörmət və qayğıdan gedir. Gənc qızın evdə nənəbabasına xidmət göstərməsi isə onun yaşlı ailə üzvləri qarşısında övlad borcudur. 4.3.2 alt-standartı Sağlamlıq və təhlükəsizlik məzmun xətti üzrə təsbit olunmuş şagirdin Mülki-müdafiə siqnallarını və qəzalardan mühafizə vasitələrini (əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su, qum) tanımasını tələb edir. 4.3.3 alt-standartı isə Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə, su, qum və respiratordan istifadə bacarıqlarını nümayiş etdirməsini nəzərdə tutur. Bunun üçün bilik və bacarıqların formalaşdırılmasına cəmi bircə dərs (29-cu dərs) nəzərdə tutulur. Dərslikdə (səh.64) və metodik vəsaitdə (səh.64) isə mülki-müdafiə siqnalları barədə heç bir məlumat verilməyib. Uşaqların bu siqnalları tanıması və fərqləndirməsinin fövqəladə hallar zamanı böyük əhəmiyyət kəsb edir. İkinci standartdan görünür ki, nəzərdə tutulan süni ekstremal şərait sinifdən kənarda, heç olmasa, məktəbin həyətində yaradıla bilər. Əlbəttə, burada söhbət kiçik yanğınların söndürülməsi və çirklənmiş havadan (məsələn, tüstüdən) qorunma bacarığının real şəraitdə nümayiş etdirilməsindən gedir. Amma bu dərs yalnız mühafizə vasitələri ilə 8

tanışlıq üzərində qurulub. Dərsliyin 65-ci səhifəsindəki şəkillərdən isə belə görünür ki, müəllim dərsin bir hissəsini dəhlizdə keçirməklə orada qoyulmuş yanğınsöndürmə balonundan tədris vasitəsi kimi istifadə edir... 3. Dərsliyin məzmunu, dil və üslubu baxımından Fənnin mənimsədilməsində dərsliyin məzmunu və onun dilinin anlaşıqlığı başlıca şərtlərdən biridir. Həyat bilgisi 1 in mətnlərinin ifadə formasında, onların nə dərəcədə lazımlı olmasında xeyli qüsurlar var. Məsələn, 29-cu mövzunun (səh.64) 4 cümləlik mətnində olduğu kimi: Bizim məktəbimizin bütün mərtəbələrində qum, xüsusi su xətti, yanğınsöndürmə balonları var. Doğrudur, bu günə qədər onlardan istifadə edilməyib. Çünki buna ehtiyac olmayıb. Ancaq müəllimimiz əleyhqazdan, sudan, qumdan, yanğınsöndürmə balonundan istifadə qaydalarını hamımıza öyrədib. Buradan ortaya xeyli sual çıxır: Mövzunun adı Qəzalardan mühafizə vasitələri dir, burada heç olmasa, hansısa bircə qəzanın adı varmı? Əgər müəllim bütün burada yazılanları öyrədibsə, onda şagird bu mətni incələyib hansı bilgi və ya bacarıqları müəyyən edib mənimsəyəcək? Məktəbin bütün mərtəbələrində qum yox, qum dolu yeşiklər var olmalıdır. Əleyhqaz sözünün əvvəlki iki cümlə ilə əlaqəsi nədir? Bu söz haradan çıxdı? Müəllim sudan, qumdan, yanğınsöndürmə balonundan nədə istifadə qaydalarını öyrədibmi? Bəlkə bunlar məktəbin divarlarını suvamaq üçün palçıq düzəltməkdə istifadə üçündür. İkinci cümlədə doğrudur sözü artıqdır. Biliklərin şagirdlərə yarımçıq çatdırılması təbii olaraq təlimin gələcək pillələrində ciddi problemlər yaradır. Ona görə də dərslik müəllifləri belə məsələlərə ciddi yanaşmalıdırlar. 9

Dərsliyin 32-ci səhifəsində Məktəbin daxilində bütün şagirdlərin əməl etməli olduğu qaydalar verilmişdir. Buradakı bəzi qayda ların məntiqi qüsurluluğu açıqaydındır : valideynlərə və müəllimlərə hörmət etmək; məktəbin həyətində və sinifdə təmizliyə riayət etmək; vaxtdan səmərəli istifadə etmək. Buradan belə suallar meydana çıxır: Şagird valideynlərə və müəllimlərə yalnız məktəbin daxilində hörmət etməlidir? Bəs o, dəhlizdə, idman zalında, kitabxanada, yeməkxanada təmizliyə riayət etməli deyil? Və yaxud şagird məktəbin daxilində vaxtdan necə səmərəli istifadə edə bilər? Axı məktəbdə vaxt rejimi onun iradəsindən asılı olmadan müəyyənləşdirilir. Sinifdə dərs prosesinin rejimi isə müəllimin şəxsi mülahizəsinə bağlıdır. Ümumiyyətlə, bu qaydaların tərtibində müəlliflər Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli qərarı ( 5) ilə təsdiq edilmiş Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi nin 5 müvafiq müddəalarına əsaslanmalı idilər. Dərsliyin 7-ci səhifəsində sual olunur: Nəfəs almayan, qidalanmayan varlıqlar hansılardır? Nəfəs alan, qidalanan varlıqlar hansılardır? Aydındır ki, burada məqsəd şagirdlərə canlı varlıqları cansızlardan fərqləndirən əlamətləri aşılamaqdır. Ancaq məsələ ondadır ki, həmin əlamətləri hansısa subyektiv mülahizələrə görə təsnif etmək, bir hissəsini öyrədib digər hissəsini sonraya saxlamaq olmaz. Pedaqoji ədəbiyyatda canlıları fərqləndirən əlamətlər ardıcıllıqla belə göstərilir: Doğulur, tənəffüs edir, qidalanır, hərəkət edir, inkişaf edir, çoxalır, qocalır və məhv olur. Göründüyü kimi, müəlliflər bu əlamətlərin çoxunu ixtisar edərək, göstərdikləri cəmi iki əlamətdən birini də səhv izah ediblər. Belə ki, canlılar tənəffüs edir, nəfəs almaq isə bu prosesin bir hissəsidir. Axı canlı nəfəsi aldıqdan sonra həm də nəfəs verməlidir. Dərsliyin 27-ci səhifəsində II sual səhvdir. Yazılıb: 3 qəpiklik pulun üstündəki nişanları sadalayın. Olmalıdır: 3 qəpiklik pulun üstündəki təsviri sadalayın. Dərsliyin 23-cü səhifəsində Qənaət ailə büdcəsini artırar. Bəs israfçılıq? sualı düzgün deyil. Əgər büdcə gəlirlərin və xərclərin əvvəlcədən müəyyən edilmiş planıdırsa (±100), onda qənaət büdcəni necə artıra bilər? Qənaət hesabına başqa problemləri həll etmək olar, amma bu heç də büdcənin artması demək deyil. 5 http://www.cabmin.gov.az/?/az/pressreliz/view/437/ 10

Ümumiyyətlə, dərslikdə qoyulmuş bəzi suallar qüsurludur. Məsələn, Su nə üçündür? (səh.15) Niyə hər bir hadisənin öz adı var? (MMV səh.10) Hadisələrin adlarını kim müəyyən edir? (MMV səh.10) Varlıq və hadisələrin adları müxtəlif dillərdə niyə eyni olmur? (MMV səh.10) 6 yaşlı şagirdin tənqidi təfəkkürünün inkişafına xidmət göstərəcəyi güman edilən bu suallara cavab ların, onun inkişafına kömək edəcəyinə inanmaq çətindir. Ümumiyyətlə, 1.1.2 alt-standartındakı varlıq və hadisələri xarakterik əlamətlərinə görə fərqləndirmə bacarığını müəlliflər yalnız onların adlarına bağlamışlar. Belə ki, şagirdə yağışın, qarın, küləyin, daşqının, ildırımın xarakterik əlamətləri barədə bilgilər aşılamaq yerinə, dərsi adlar üzərində qurmanın anlamı başa düşülmür. Səhifə 14-də Udduğunuz hava ilə şara doldurulmuş havanı müqayisə edin tapşırığının necə yerinə yetiriləcəyi də məlum deyil. Səhifə 14-də (MMV) mövzunu ümumiləşdirən müəllim insanın, bitkinin, heyvanın, balığın, quşun canlı varlıqlar olduğunu əsaslandırır. Belə çıxır ki, balıqlar və quşlar ayrıca canlı varlıqlardır. Axı balıq da, quş da heyvanlardır. Onda heyvanlar dedikdə nə nəzərdə tutulur? Səhifə 30-da (MMV) Dövlət rəmzlərimizin təsviri olan Azərbaycan pullarının bir neçəsini sadalayın tapşırığı düzgün deyil. Çünki Azərbaycanın pul nişanlarının üzərində heç bir dövlət rəmzimizin olmaması, hətta bunun Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə nin 4-cü maddəsinə 6 zidd olduğu hazırda cəmiyyətdə müzakirə olunan məsələlərdən biridir. İstər Ümumtəhsil sistemində dərslik siyasəti 7 sənədinin 3.1-ci maddəsinə, istərsə də Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) istifadə etdiyi qiymətləndirmə meyarlarına görə, dərsliklərin məzmununa qoyulan tələblərdən biri də onlarda gender, irq, etnik və din məsələlərinə həssas yanaşılmasıdır 8. Dərslikdə bu baxımdan da ciddi qüsurlar var. Məsələn, burada 25-ə yaxın müəllim və həkim rəsmi verilsə də, demək olar 6 http://www.meclis.gov.az/?/az/topcontent/20 7 http://www.edu.gov.az/view.php?lang=az&menu=162&id=537 8 Fikrət Süleymanoğlu. Dərslik siyasəti: köhnə və təzə problemlər. Bakı, 2010, səh. 72-73. 11

ki, onların hamısı qadındır. Buradan isə kiçikyaşlı şagirdlərdə belə təəssürat yarana bilər ki, bu peşələrin sahibləri ancaq qadınlar ola bilər. Dərslikdə ənənəvi qarasaçlı azərbaycanlı obrazlarından başqa nəinki digər irqlərin nümayəndələrinə, heç saçlarının rəngi fərqli olan azərbaycanlı obrazına da rast gəlmək mümkün deyil. Halbuki istər bu, istərsə də mətnlərdəki uşaq adları irqlərarası və millətlərarası münasibətlərin düzgün yönləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrin müasir dərslik adlandırılan nəşrlərində bu məsələlərə çox ciddi yanaşılır. Məsələn, Almaniya məktəblərinin hətta riyaziyyat dərsliklərində belə adların bir hissəsinin türk və müsəlman adı olmasına xüsusu diqqət yetirilir. Bu, orada yaşayan 3,5 milyona yaxın türkün və xeyli sayda digər müsəlmanın Alman cəmiyyətinə inteqrasiyasına dəstək və tolerantlıq dəyərlərinə sədaqət kimi başa düşülür. Həyat bilgisi-1 dərsliyində isə 12 adın (9 oğlan, 3 qız?!) hamısı azərbaycanlı adıdır. Halbuki çoxmillətli respublika olan ölkəmizdə bu dərsliklər həm də tədris rus və gürcü dilində olan məktəblərdə istifadə edilir. 4. Dərsliyin bədii tərtibatı və dizaynı baxımından Dərsliyin bədii tərtibatında ciddi qüsurlar var. Bu baxımdan ən ciddi qüsur Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bağlıdır. Belə ki, dərsliyin 28-ci səhifəsində Dövlət Bayraq Meydanından çəkilmiş foto-şəkildə bayraq cırılıb didilmiş vəziyyətdə görünür. Bayrağın belə bir halda şəklinin böyük tirajla çapı və yayılması dövlət rəmzinə qarşı hörmətsizlik olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunun 9 9.3-cü maddəsində Dövlət bayrağının istifadəsinə dair qoyulmuş tələblərin ( Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir ) kobud şəkildə pozulmasıdır. Qanunun 9.2-ci maddəsində Dövlət bayrağının rəngli təsvirinin çapı zamanı onun mavi rənginin Panton rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin Red 185 C rənginə, yaşıl rənginin Green 3405 C rənginə uyğunluğunun təmin edilməsi tələbi var. Komplektin çapı zamanı qanunun bu tələbi dəfələrlə pozulub. Bu özünü dərsliyin 31 səhifəsində daha qabarıq şəkildə göstərir. Bu cür hallar 1-ci sinif şagirdlərinin Dövlət bayrağının rəngləri barədə təsəvvürlərində qarmaqarışıqlıq yarada 9 http://www.meclis.gov.az/?/az/topcontent/21 12

bilər. Çünki dərsliyin 28-ci və 31-ci səhifələrində verilmiş bayraqlar arasında ciddi fərq var. Dərsliyin üz qabığındakı şəkil uğursuzdur. Şagirdlərin məktəbli paltarı düzgün verilməyib. Məktəbə gəldiyiniz ilk gün şəklindən belə çıxır ki, müəllim uşaqları gül-çiçəklə evə yola salır, məktəbin həyətində yalnız 4 şagird var. Halbuki ilk gündə məktəbin həyəti uşaq, valideyn və müəllimlərlə dolu olur. Dərsliyin 23-cü səhifəsində I şəkil 1-ci siniflər üçün ingilis dili dərsliyindəki şəkillə eynidir. Dərsliyin 25-ci səhifəsində Gün rejimi düzgün təsvir olunmayıb. * uşağın səhər durduğu yataq axşam yatdığı yataqdan fərqlidir; *şagirdin məktəbə geyindiyi geyimin rəngi ilə məktəbdəki geyiminin rəngləri fərqlidir; *dərsdən yorğun gələn uşaq saat 2(14)-dən 3(15)-ə qədər dərs oxuyur. Birincisi, kurikulum proqramına görə şagirdə ev tapşırığı verilməməlidir. İkincisi, şagirdin hansı kitabları oxuduğu məlum deyil. 1-ci sinif şagirdinin belə dərslikləri olmur. *Saat 6(18)-da pəncərədən ay görünür, saat 7(19)-də isə hava işıqlanıb. Dərsliyin 33-cü səhifəsində şagirdin stolunun üstündəki dərsliklər hansı fənnə aiddir? Dərsliyin 47-ci səhifəsində Bakıda bir neçə il əvvəl inşa edilmiş sinaqoqun əvəzinə Çexiya Respublikasının Plzen şəhərindəki sinaqoqun 10, paytaxtımızın çox gözəl memarlıq abidələrindən hesab olunan Bakı kafedral kilsəsinin əvəzinə Rusiya Dövlət Bankının rəhbəri A.L.Ştiqlisin (1814-1884) İvanqorod şəhərində ailə məzarları üçün şəxsi mülk kimi tikdirdiyi kilsənin 11 şəklinin verilməsi məqsədəmüvafiq deyil. Bu cür şəkillər həm də reklam xarakteri daşıyır. Nəyə görə dərsliklərdə ölkənin dini memarlıq abidələri yox, başqa ölkələrin abidələri reklam edilməlidir? Bundan həm də ölkədə mövcud olan dini tolerantlığın təbliği kimi istifadə edilə bilməzdimi? Axı bu dərsliklərin rus və gürcü məktəblərində istifadəsini, müxtəlif beynəlxalq qurumlar tərəfindən diqqətlə incələndiyi də nəzərə alınmalıdır. Digər tərəfdən, bu həm də dövlət siyasətinin bir istiqamətidir. 10 http://czech-republic.cc/ru/foto/gallery/pilsen#img_pole_general_div 11 http://nnm.ru/blogs/flynnm/rossiya_ivan-gorod_ii_cerkov_svyatoy_zhivonachalnoy_troicy/ 13

Dərsliyin 49-cu səhifəsində Azərbaycanda səhiyyə işçilərinin istifadə etdiyi tibb çantasının üzərində qırmızı aypara əvəzinə, qırmızı xaçdan istifadə olunması düzgün deyil. İbtidai təhsil pilləsi dərsliklərində, xüsusən də 1-ci sinif dərsliklərində rəsmlər və foto-şəkillər məzmunun əsas hissəsini təşkil etdiyindən mənimsənməli bilik və bacarıqların əksəriyyəti şagirdlərə bunların vasitəsilə çatdırılır. Ona görə də rəssam və dizaynerlərin, başlıcası da müəlliflərin bu işə olduqca diqqətlə yanaşmaları tələb olunur. Amma, əksər hallarda onlar bu işə başdansovdu yanaşılır. Tərtibat zamanı ClipArt şəkillərdən rəng korrektəsi aparılmadan gen-bol istifadə edilməsi sonda bir sıra şəkillərin qarmaqarışıq rəng qarışığı görüntüsü yaratmasına gətirib çıxarıb. Rəssamın insan fiqurları üçün əl (səh.49) və ayaq (səh.14) çəkməkdə naşılığı bəzi rəsmlərdə karikatura təsiri bağışlayır. Səhifə 50-51-də Yurdumuza Novruz gəlir rəsmində bahardan mart ayından əsər-əlamət görünmür. Buradakı ağac və kolların hamısı yay aylarındakı kimi, qalın yamyaşıl yarpaqlarla örtülüb. Hətta sağ tərəfdə verilmiş uca enliyarpaqlı ağacın yarpaqları payız fəslindəki kimi saralmış (?!) vəziyyətdədir. Halbuki mövsümə uyğun olaraq belə rəsmlərdə ağaclar hələ təzə tumurcuqlanan və çiçəklənən vəziyyətdə olmalı, uşaqlarda bahar əhvali-ruhiyyəsi yaratmalı idi. Dərsliklərdə şagirdlərin görmə fəaliyyətləri üçün daha münasib şəraitin yaradılması, onların görmə orqanlarının mühafizəsi və tez-tez yorulmamaları üçün istifadə olunan şriftlərin qarnitur və ölçülərinə, rəsm və fotoların rəng çalarlarına xüsusi əhəmiyyət verilir. Məsələn, latın qrafikalı əlifbadan istifadə edən Qərb ölkələrində dərsliklərə qoyulan gigiyenik tələblərə görə, ibtidai sinif dərsliklərində Tayms tipinə aid olan şrift qarniturlarının istifadəsinə yol verilmir. Bu pillədə, adətən, Arial tipli qarniturlardan istifadə olunur. Həyat bilgisi-1 dərsliyində isə bunun əksinə olaraq, yalnız Tayms tipli Məktəbli qarniturundan istifadə edilmişdir. Beynəlxalq standartlara görə hələ oxu vərdişlərinə yaxşı yiyələnməmiş ibtidai sinif şagirdləri üçün mətnlərdə uşaqların gözlərinin tez yorulmaması məqsədilə sətirlərin uzunluğunun 126-130 mm (keqel 14, 16, 20) olması, cümlələrin 3-4-dən artıq sətrə bölünməməsi tələbləri var 12. Halbuki bu dərsliyin 40, 42, 43, 46, 48, 52, 54, 56, 58, 63 və 64-cü səhifəsindəki materiallardakı sətirlərin əksəriyyəti 155 mm, hətta 160 mm 12 http://bestpravo.ru/sssr/eh-akty/m8g.htm ; http://life.of.lugansk.ua/archives/93 14

uzunluğundadır. Cümlələrin sətirlərə bölünməsində də ciddi qüsurlar var. Belə ki, dərsliyin 16, 19, 25 və 39-cu səhifələrində nəinki bu normadan artıq, hətta 6-7 sətrə bölünmüş cümlələrlə rastlaşırıq. Beynəlxalq standartlar ibtidai sinif dərsliklərində şagird üçün nəzərdə tutulmuş mətnlərin ağ fonda qara şriftlərlə çap olunması tələbini qoyur. Lakin dərslikdə səhifə 46-dakı mətn tünd yaşıl rəngdə verilmişdir. Bir çox səhifələrdə isə mətnlər rəngli fonlar üzərində yağlı şriftlə çap edilmişdir. Tərtibat zamanı soyuq tünd rənglərə üstünlük verilmişdir. Elə səhifələr var ki, oradakı rəsmlərdəki informasiyanı almaq olduqca çətin, bəzi hallarda isə (səh.10) praktiki olaraq mümkün deyil. 5. Şagirdlərin yaş xüsusiyyətləri baxımından Birinci sinif şagirdinin ətraf aləmi dərk etməsi prosesində belə ciddi psixoloji dəyişikliyin baş verdiyi dönəmdə cəlb olunduğu təlimin onun araşdırma və öyrənməyə yönəlmiş maraqlarını dəstəkləməsi şərtdir. Bu zaman istifadə edilən dərsliklərin bədii və texniki tərtibatının, mövzularının və onların ifadə formalarının, uşağın yaş, hazırlıq və psixoloji səviyyəsinə adekvat olması da birinci dərəcəli əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, şagird təhsilin ilk pilləsində hələ dünyanı bütöv şəkildə qavramaq qabiliyyətinə malik olmur. Bu dərketməyə o, ətrafındakı varlıq və hadisələri yaxından uzağa prinsipi ilə tədricən bircə-bircə müşahidə edib öyrənməklə, necə deyərlər, onun hissələrini bir-bir birləşdirməklə ( Puzzle oyunundakı kimi) nail olur. Amma müəlliflər hələ məktəbdə yoldaşları ilə tanış olmağa belə macal tapmamış, davranış qaydalarını mənimsəməmiş uşaqlara elə ilk dərsdən Yaşadığımız dünya nı öyrənməyi, Həyatımız haqqında fikirlər yürütməyi təklif edirlər. İlk dərs Həyat varlıqlardan ibarətdir adlanır. Bu məntiqsiz başlıqdır. Çünki həyat sözü Azərbaycan dilində, adətən, Canlı vücudun törədiyi andan yox olana qədərki dövr (bütöv dövr və ya onun bir hissəsi); ömür 13 anlamında işlənir. Belə olan halda dövr, ömür varlıqlardan necə ibarət ola bilər? Müəlliflər bəzən şagirdə cavabını nə dərslikdə, nə də tədris prosesində istifadə edilən digər resurslarda tapmayacağı suallar verirlər. Məsələn, Dərsliyin 52-ci səhifəsində: Təmizliklə sağlamlığın nə əlaqəsi var? MMV-in 16-cı səhifəsində: Su heyvanları tənəffüs edirmi? Necə?, İnsan niyə üşüyür? kimi suallara cavab vermək üçün şagirdin istifadə edəcəyi heç bir resurs 13 Azərbaycan dilinin izahlı lüğəti, II cild. Bakı, 2006, səh. 380-381. 15

yoxdur. Hətta resurs olsa belə bu sualların cavabı nəinki 1-ci sinif şagirdi, hətta 5-ci sinif şagirdləri üçün də çətindir. 1-ci sinif şagirdinə bu cür sualları vermək pedaqoji cəhətdən uyğun deyil. MMV-in 12-ci səhifəsində müəllim şagirdlərdən Azərbaycanla bağlı konkret çayların, göllərin adını soruşur. Axı 6 yaşlı uşaq Azərbaycanla bağlı konkret çayların, göllərin adını nə vaxt öyrənməli idi ki, müəllimin sualını cavablandırsın. Bu məlumatı o, yuxarı siniflərdə öyrənəcək. Dərsliyin 11-ci səhifəsində soruşulur: "Çaylar necə yaranır?"," Həm bulaqda, həm çayda, həm də göldə olan nədir?" Çayların və göllərin yaranma mexanizmləri, bulaq haqqında məlumat 1-ci sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil. Dərsliyin 13-cü səhifəsində soruşulan suallar şagirdlərin yaş səviyyəsinə uyğun deyil. Soruşulur: Niyə insan ən ağıllı varlıqdır? İnsanın ağıllı varlıq olmasının səbəblərini hələ 1-ci sinif şagirdi dərk edə bilməz. Ağacda yetişən, tumu olan meyvə adlarını söyləyin. 6 yaşlı uşaq ağac, kol və ot bitkilərini tanımırsa, o, necə bu sualı düzgün cavablandıra bilər? MMV-in 27-cü səhifəsində 3-cü sual İki sutka neçə saatdır 1-ci sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil. Axı 1-ci sinif şagirdi hələ sutka anlayışını öyrənməyib. Həm də axı 1-ci sinfin sonunda şagird 1-20 dairəsində toplama, çıxma əməllərini yerinə yetirəcək. Belə olan halda bu suala o, necə cavab verə bilər? Nəticə 1. Dərsliyin forzas səhifəsində Dövlət Himni Azərbaycan Respublikasının Dövlət Himni haqqında 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ( Azərbaycan marşı ) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. 16

2. Dərslikdə fənn kurikulumu çərçivəsində nəzərdə tutulmuş alt standartların reallaşdırılmasında çoxlu sayda kənaraçıxmalar var. Bəzi hallarda fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınmayıb. 3. Struktur və inteqrasiya baxımından dərsliyə 7 irad bildirilib və onlardan 3-ü müəlliflər tərəfindən qəbul olunub. 4. Standartların dərslikdə əks olunması baxımından dərsliyə 11 irad bildirilib və onlardan 4-ü müəlliflər tərəfindən qəbul olunub. 5. Dərsliyin məzmunu, dil və üslubu baxımından dərsliyə 11 irad bildirilib və onlardan 8-i müəlliflər tərəfindən qəbul olunub. 6. Dərsliyin bədii tərtibatı və dizaynı baxımından dərsliyə 11 irad bildirilib və onlardan 8-i müəlliflər tərəfindən qəbul olunub. 7. Şagirdlərin yaş xüsusiyyətləri baxımından dərsliyə 7 irad bildirilib və onlardan 4-ü müəlliflər tərəfindən qəbul olunub. 17