Kənan Qasımov. Tel: (994 12) Faks: (994 12)

Benzer belgeler
ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

[18] 1. Ümumi müddəalar

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCANDA DÖVLƏT ORQANLARININ QAYNAR XƏTT XİDMƏTLƏRİ MONİTORİNQ HESABATI

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİNİN HÜQUQ VƏ METODOLOGIYA ŞÖBƏSİ HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair ci illər üçün. Tədbirlər Planı

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ Aktın növü

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

İsmayıllı Peşə Tədris Mərkəzi. haqqında məlumat. Tarix: 04/10/2017

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Protokolundan Çıxarış aprel 2016-cı il

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

yeni səhifə İYUN 2013 Vətəndaş və dövlət qurumları münasibətlərində Elektron Hökumət Bülleteni Bülleten 06 / iyun 2013 VAXTA QƏNAƏT ŞƏFFAF ƏLVERİŞLİ

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Sistem inzibatçıları üçün təlimat

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ. AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI Qəbul edildiyi

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Təsdiq edilmişdir Azərbaycan Respublikasının Mərkəzi Bankı cü il. Sədr. Elman Rüstəmov

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Bülleten No: 29 / may 2015 MAY Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam! Heydər Əliyev

Hüquqi şəxslərin Elektron imza sertifikatı almaları üçün E-ərizə ilə müraciət xidməti üzrə İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

FEVRAL Elektron Hökumət Bülleteni. Vətəndaş və dövlət qurumları münasibətlərində yeni səhifə. Elektron Hökumət Portalı

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

ULTRA TECHNOLOGİES Şirkə nin Biznes Tərəfdaşları üzərində lazımı səylər barədə Prosedur

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Kommunal müəssisələr tərəfindən satınalma

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

QEYRİ-QANUNİ YOLLA ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN BANKLAR VASİTƏSİLƏ LEQALLAŞDIRILMASININ QARŞISININ ALINMASINA DAIR

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu

ELEKTRON HÖKUMƏT BÜLLETENİ

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Q A Y D A L A R I

BİZ BİRLİKDƏ GÜCLÜYÜK! HESABAT 2017

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

haqqında ətraflı məlumat

Marketinq. Mehdiyev Əkbər

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

1. Ümumi müddəalar Elektron xidmətin adı: daşınmaz əmlakla bağlı uzufruktun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

Transkript:

ŞƏFFAFLIQ AZƏRBAYCAN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİ Əlaqə: Kənan Qasımov İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Tel: (994 12) 418 11 09 Faks: (994 12) 596 20 38 E-mail: kanan_q@transparency.az 2010-CU İL SON RÜB ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏR BARƏDƏ MƏTBUAT ÜÇÜN HESABAT Transparency International təşkilatının milli bölməsi olan Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata keçirilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsi çərçivəsində son rüb ərzində bir sıra tədbirlər həyata keçirmişdir. Layihə 2005-ci il Aprel ayının 1-dən etibarən MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməyə başlanıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD təşkilatı), eləcə də ATƏT-in Bakı ofisinin qrant dəstəyi əsasında həyata keçirilən layihənin məqdəsi korrupsiya problemləri ilə üzləşən vətəndaşlara-korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstəmək və dövlət qurumları ilə əməkdaşlıq şəklində vətəndaşların şikayətlərinin qanuni həllinə çalışmaqdır. Layihə həmçinin vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etmək məqsədi daşıyır. Layihənin başlıca missiyası isə vətəndaşlara pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir. Lakin layihə, vətəndaşları məhkəmədə təmsil etmir və onların adından və ya onların nümayəndəsi kimi 3-cü şəxslərin qarşısında çıxış etmir. Layihə 5 regional mərkəz vasitəsi ilə həyata keçirilir. Bunlar Bakı, Gəncə, Lənkəran, Quba və Şəki mərkəzləridir. MƏRKƏZLƏRƏ DAXİL OLAN MÜRACİƏTLƏR HAQQINDA Geridə qalan 3 ay (rüb) ərzində mərkəzlərə ümumilikdə 1272 ilkin zəng və şikayət daxil olub. Bakı (160), Gəncə (367), Lənkəran (197), Quba (256) və Şəki (292).

Aşağıda göstərilən diaqram hər beş mərkəz üzrə qəbul olunan şikayətlərin rəqəmlə ifadə olunması göstərilir. Şikayətçilərin cinsi Şikayətçilərin cinsi nisbəti ilə götürsək, mərkəzlərə şikayət ilə müraciət edən kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Bu hal özünü daha çox kənd yerlərində büruzə verir. Bunun əsas səbəblərindən biri kimi yerli əhali ilə təşkil edilən görüşlərin daha çox çay evi və ya ofis daxilində keçirilməsini göstərə bilərik. O cümlədən qadınlar bir başa müraciət edib, problemlərinin özləri vasitəsi ilə həll edilməsində bir o qədər də maraqlı deyillər. Aşağıda göstərilən diaqramda hər beş mərkəzə hesabat dövrü ərzində müraciət edən şikayətçilərin cinsi nisbətini göstərilib: Şikayətçilərin cinsi Bakı Gəncə Lənkəran Quba Şəki A Kişi 108 190 123 207 176 B Qadın 52 177 74 49 116 C Şikayətlərin ümumi sayı 160 367 197 256 292 Şikayətçilərin yaşı

Lənkəran, Quba və Şəki mərkəzlərində ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Gəncə mərkəzində isə bir qədər daha yaşlı əhalinin aktivliyi nəzərə çarpır. Yaş qrupu Bakı Gəncə Lənkəran Quba Şəki A < 20 0 0 1 5 0 B 20 35 34 52 44 60 40 C 35 50 51 102 104 106 120 D 50 65 36 139 17 58 18 E 65 + 18 74 2 15 1 F Müəyyən deyil 21 0 29 12 113 G Ümumi say 160 367 197 256 292 Şikayətçilərin coğrafi yerləşməsi Layihənin ilkin həyata keçirilmə mərhələlərində hüquqi yardım əsasən şəhər əhalisinə edilirdisə, son dövrdə kənd əhalisi də prosesə cəlb olunub. Quba və Şəki regional mərkəzlərinin kənd yerlərində keçirdikləri mobil təlimlərin nəticəsində mərkəzlərimizə müraciət edən kənd əhalisinin sayında da nəzərə çarpacaq artım müşahidə olunur. Şikayətlərin ünvanlandığı sahələr Bu rüb ərzində mərkəzlər üzrə şikayətlərin ən çox ünvanlandığı sahələr müxtəlifdir. Amma şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatçılıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, bələdiyyə (əsasən regionlarda) və kommunal xidmət sahələri ilə bağlı olduğu diqqət çəkir. Keçən rüblə müqayisədə təhsillə ilə bağlı şikayətlərin sayı azalıb. Bu da Təhsil Nazirliyin nəznində movcud olan qaynar xəttin uğurla fəaliyyət göstərməsi ilə əlaqədardır. Ümumiyyətlə edilən müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablar qurumdan quruma fərqlənir. Beləki, son rüb ərzində təşkilat tərəfindən Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə göndərilən müraciətlərə verilən cavablar daha qanedici və ətraflıdır. Bununla belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Müdafiə Fondu, Azərsu və Azəriqaz İstehsalat Birliyi tərəfindən verilən cavabların qanedicilik səviyyəsi yüksək deyil. Adları sadalanan qurumlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində çalışmağa səy göstərsələr də, əməli fəaliyyətin hiss edilməsi baxımından çatışmazlıqlar mövcuddur.

Şikayətlərin sahələr üzrə bölgüsü (ümumi sayı 1,272) Sahələr üzrə Bakı Gəncə Lənkəran Quba Şəki A Məhkəmə 39 85 11 57 42 B Səhiyyə 2 12 3 3 3 C Təhsil 1 3 7 4 4 D Gömrük 1 0 0 1 0 E Vergi/Maliyyə 1 0 1 14 3 F Polis 19 60 18 36 29 G Lizensiyalar (tikinti 2 0 0 0 1 və s.) H Alqi-satqı 0 0 0 0 3 I Özəlləşdirmə 12 0 0 1 3 K Inspeksiya 9 0 0 0 0 L İcra orqanları 10 36 13 4 5 M Pensiya və ünvanlı sosial yardım 14 25 9 27 30 N Əmək mübahisəsi 0 0 2 8 14

O Bələdiyyə 0 43 23 2 2 P Prokurorluq 11 37 0 0 2 Q Özəl sektor 0 7 2 13 12 R Hərbi Kommisarlıq 2 13 4 5 10 S Kommunal xidmətlər 23 46 104 81 111 T Müəyyən deyil 14 0 0 0 18 U Müxtəlif sahələr üzrə ünvanlanan şikayətlərin ümumi sayı 160 367 197 256 292 Şikayətlərin sahələr üzrə bölgüsü - layihə boyu (ümumi sayı 24,273) 2. MƏRKƏZLƏRİN FƏALİYYƏTİ HAQQINDA MƏLUMAT - Seminar və Tədbirlər Layihənin işçi heyəti hesabat dövrü ərzində müxtəlif təşkilatlar tərəfindən təşkil olunan və həmçinin özlərinin təşkil etdiyi seminar, dəyirmi masa və konfranslarda iştirak

etmiş və həmçinin yerləşdikləri ərazi üzrə yaşayan əhaliyə korrupsiya ilə bağlı mübarizə üzrə maarifləndirmə məqsədi ilə seminarlar təşkil ediblər. Aşağıda ayrı-ayrı mərkəzlərdə keçirilən tədbirlər haqqında qısa məlumat verilib: 1 Layihə çərçivəsində əhali və dövlət qurumları arasında korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlılığı artırmaq məqsədi ilə maarifləndirici tədbirlər də həyata keçirilir. Ötən rüb bu cür tədbirlər daha çox təhsil sahəsi ilə bağlı olan sahələrdə həyata keçirilib. Şəffaflıq Azərbaycan Təşkilatının əməkdaşları Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Müəllimlər İnstitutunda regionlardan olan məktəb direktorları və müəllim heyəti üçün təlimlər keçirmişdir. Təlimlərdə ümumilikdə respublikanın müxtəlif bölgələrindən olan 100 nəfərdən çox təhsil işçisi iştirak etmişdir. Təlimlər zamanı onlar korrupsiyaya qarşı mübarizə ilə bağlı məlumatlandırılıb, bu istiqamətdə təşkilat və dövlət tərəfindən görülən işlər barədə informasiya almışlar. Təlimlərin keçirilməsində əsas məqsəd gənc nəslin yetişdirilməsində müstəsna rola malik müəllimlərin korrupsiyaya qarşı mübarizədə rolunu artırmaq və yaranan sualları cavablandırmaq olub Yuxarıda şəkildə:azərbaycan Müəllimlər İnstitutunda keçirilən təlim Şəffaflıq Azərbaycan təşkilatının Bakı Mərkəzinin əməkdaşları müstəqil müşahidəçi kimi Respublika Prokurorluğunun Müsabiqə Komissiyası və Tələbə Qəbulu üzrə dövlət Komissiyası ilə birlikdə təşkil edilən Prokurorluq orqanlarında boş qalan iş yerlərinə işə qəbulla bağlı imtahan prosesinin ikinci-yazılı mərhələsinin gedişini izləyiblər. 285 namizədin qatıldığı imtahan prosesi şəffaf keçirilimiş, imtahanın gedişində qanun pozuntusuna yol verilməsi, aşkarlığın pozulması hallarına rast gəlinməmişdir. Bu kimi müşahidəçilik missiyalarında iştirak etməkdə əsas məqsəd imtahan prosesinin şəffaf keçirilib keçirilmədiyinə nəzarət etmək, ortaya çıxan çatışmazlıq hallarının aradan qaldırılması üçün təkliflər verməkdir. 1 Hesabatda yalnız bir neçə seminar işıqlandırılıb. Mərkəzlərin keçirdiyi və qatılığı digər seminarlar haqqında əlavə məlumat almaq üçün Layihənin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Kənan Qasımov ilə 418-11-09 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

UĞURLA HƏLL EDİLMİŞ BƏZİ MÜRACİƏTLƏR 2 Ötən rüb ərzində mərkəzlərə ünvanlanan müraciətlərdən bir çoxu müsbət həll edilmişdir. Aşağıda uğurla həll edilmiş müraciətlərin bir neçəsi barədə məlumat verilib. Bakı mərkəzimizə Goranboy rayonundan edilən şikayətdə bildirilir ki, İcra Hakimiyyətinin əməkdaşları qanunsuzluğa yol verərək, ona məxsus olan torpaq sahəsində xırda bizneslə məşğul olmağa imkan vermir və istifadə etdiyi kiçik dükanı sökürlər. Məsələ ilə əlaqədar təşkilat tərəfindən müvafiq qurumlara göndərilən müraciətin ardından, problem yoluna qoyulub və hətta sökülmüş obyektin yenidən tikilib istifadəyə verilməsi üçün İcra Hakimiyyəti tərəfindən müvafiq inşaat materialları ayrılıb, obyetkin tikintisi üçün köməklik göstərilib. Gəncə mərkəzimizə müraciət edən vətəndaş, şəxsiyyət vəsiqəsi itdiyi üçün Nizami rayon Şəxsiyyət Vəsiqəsi və qeydiyyat bölməsinə müraciət edərkən, ondan 65 manat tələb olunduğunu bildirib. Təşkilatın məsələyə müdaxiləsinin ardından sakin 15 manat cərimə və 3 manat dövlət rüsumu ödəyərək problemini yoluna qoya bilib. Lənkəran rayon Talışlı kəndindən Lənkəran mərkəzimizə müraciət edən vətəndaş iki ildən artıq bir müddət ərzində onun leyhinə çıxarılmış məhkəmə qərarının icra olunmadığını bildirmişdir. Lənkəran rayon Məhkəmə Qərarlarının İcrası Bölməsinin rəisinə göndərilən müraciətə cavab olaraq bildirilmişdir ki, problem yoluna qoyulub və məhkəmə qərarı icra olunub. Vətəndaş özü də mərkəzə gələrək qərarın icra olunduğunu deyib. Gəncə mərkəzimizə müraciətvedən vətəndş şikayətində bildirib ki, bəzi səbəblərdən oğluna doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə qanunla nəzərdə tutulmuş müddətdən gec müraciət etmişdir. Bundan istifadə edən qeydiyyat idarəsinin rəsisi ondan 50 manat tələb etmişdir. Təşkilatın müdaxiləsindən sonra, müraciətçi Dövlət rüsumları haqqında qanunun 13 cü maddəsinə əsasən doğum haqqında şəhadətnaməni pulsuz olaraq alıb. Müraciərçi Yevlax şəhərindən Bakı mərkəzinə müraciət edərək, alimentin tutulmasına dair məhkəmə qətnaməsinin məhkəmə icraçıları tərəfindən icra olunmadığını bildirmişdir. Müraciət aidiyyatı üzrə Ədliyyə Nazirliyi Məhkəmə İcraçıları baş idarəsinə göndərilmişdir. Müraciətə gələn cavabda qeyd olunub ki, müraciətçinin ərizəsi Yevlax rayon Məhkəmə icraçıları şöbəsinə göndərilib. Eyni zamanda Baş idarəyə, təşkilata və vətəndaşa cavab verilməsinə dair tapşırıq verilib. Müraciətçi şəxsən ofisə gələrək, məhkəmə qətnaməsinin icra oldugunu bildirmişdir. Saatlı rayonu Qara-Nuru kəndinin sakini Lənkəran mərkəzimizə kənd məktəbinin direktorundan şikayət edərək bildirmişdir ki, onun övladı məktəbdə müəllimlər tərəfindən döyülüb və uşağın şərəf və ləyaqəti alçaldılıb. Təhsil Nazirliyinə göndərilən müraciətə cavab olaraq qeyd olunub ki, məsələ araşdırılıb və iki müəllim və məktəb rəhbərliyinə şiddətli töhmət verilib. 2 Burada uğurla həll edilmiş işlərin yalnız bəziləri qeyd olunub. Uğurlu işlərin tam siyahısını əldə etmək üçün 418 11 09 və ya 596 20 38 telefon nömrələri ilə Şəffaflıq Azərbaycan İB-yi ilə əlaqə saxlaya bilərsiniz.

2005 ci il Aprel ayının 1-dən etibarən Transparency International Təşkilatının Azərbaycan bölməsi olan Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi MDB ölkələri arasında ilk olaraq yeni İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri layihəsini həyata keçirir. Layihənin Bakı, Gəncə, Lənkəran, Quba və Şəkidə mərkəzləri mövcuddur. Layihənin məqsədi Vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etməkdir. Layihə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi əsasında həyata keçirilir. Şəffaflıq Azərbaycan və ALAC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz. Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun həyata keçirdiyi layihə ilə bağlı əlavə məlumat almaq üçün təşkilatın icraçı direktoru xanım Rəna Səfərəliyevadan müsahibə götürə bilərsiniz.