TAM YENİ
Yüksək performanslı kompakt avtomobil Yüksək performansı əldə etmək çətindir, amma yeni Kia Rio ilə siz onu əldə etmiş olacaqsınız. Rioya kupeyəbənzər görünüş bəxş edən nisbətən aşağı dam xəttli siluet və kuzovun hamar və rəvan səthləri avtomobildə tətbiq olunmuş ən son texnologiyalarla vəhdət təşkil edir. Təkmilləşdirilmiş xüsusiyyətlər və daha az emissiya avtomobilin mükəmməl olmasından xəbər verir. TAM YENİ
Performans heç vaxt bitmir Gecə düşüb, amma şəhər yenə də səs-küylüdür. Rio hamar və incə profili ilə şəhər sıxlığını yarıb keçir.
Diqqətəlayiq individuallıq Hər bir nöqteyi nəzərdən eleqant təsir bağışlayan Rio-nun nisbətən aşağı, iri kuzovu və qısa çıxıntıları ona güclü və özünəməxsus görünüş verir.
LED tipli dönmə işıqları LED tipli qabarit işıqlar LED tipli arxa fənərlər
Dizaynda dəqiqlik və erqonomiklik Erqonomik sürücü yeri ona hər şeyi tam nəzarət altında saxlamağa şərait yaradır. Forma və funksiyanın harmoniya təşkil etdiyi cihazlar panelində yüksək keyfiyyətli materiallardan istifadə edilib.
Mərkəzi konsol Mərkəzi konsoldakı idarəetmə elementləri bütün lazımi əməliyyatları intuitiv şəkildə aparılması nöqtəyi nəzərdən yerləşdirilib. Hər bir şey avtomobili rahat və zövqlə idarə edilməsi üçün nəzərdə tutulub.
İnteryer məkanından səmərəli istifadə Yer darısqal olduqda, siz ondan mümkün qədər qənaətlə istifadə etməyə çalışırsınız. Rio-nun interyerinin səmərəli planlaşdırılması son dərəcə sərbəst, geniş və rahat salonun yaradılması ilə nəticələnib.
Bort-kompüterli Supervision cihazlar paneli Supervision cihazlar panelinin mərkəzində yerləşmiş və göstəriciləri aydın oxunan bort-kompüter yanacaq sərfiyyatı və ehtiyatı daxil olmaqla sürücüyə bütün lazımi məlumatı əks etdirir.
Hay-tek zəriflik barmaqlarınızın ucunda Kia dizaynerləri Rio-nu yaradarkən yüksək texnologiya ilə bərabər son dərəcə asan istifadəyə də önəm veriblər. Avtomobilin əsas göstəricilərini əks etdirmək üçün parlaq Supervision cihazlar panelində bort-kompüter yer aıb, sükan çarxı isə sizin optimal vəziyyət ala bilməyiniz üçün hündürlüyə görə və teleskopik tənzimlənir. Sizin maksimum rahatlığınızı təmin etmək üçün bütün idarəetmə elementləri əlçatan yerdə yerləşdirilib. Audiosistemin və avtomatik kruiz-kontrolun idarəetmə düymələri sükan çarxında yerləşdiyindən, siz əlinizi sükandan çəkmədən bir neçə sistemi idarə edə bilərsiniz. Ağıllı açar Səliqəli və kompakt açar bir barmaq toxunuşu ilə Rio-nun qapılarını açıbbağlayır. 1 2 1. "Bluetooth" "Bluetooth" sizə əllərinizi sükandan çəkmədən telefon zənglərinə cavab verməyə imkan yaradır. 2. Audiosistemin sükandan idarə olunması Sadəcə baş barmağınızın hərəkəti ilə audiosistemə nəzarət sizin təhlükəsizliyinizi daha da artıracaq. 3. Teleskopik sükan Maksimum rahatlığınız üçün sükanı özününzə yaxınlaşdıra və ya əksinə - özünüzdən uzaqlaşdıra bilərsiniz. 3 4. Avtomatik kruiz-kontrol Şose yollarında əvəzsiz olan avtomatik kruiz-kontrolun düyməsi əlçatan yerdə - sükanda yerləşdirilib. 4
"Arkamys" akustik sistemi Səsin aydınlığı sizə real və mükəmməl dinləmə imkanı bəxş edir. Görünüşü və səsi ruhunuzu oxşayacaq Hazırda avtomobildə müasir məlumat-əyləncə sisteminin mövcudluğu əlavə tələb kimi deyil ilkin şərt kimi qiymətləndirilir. Bu səbəbdən Arkamys virtual akustik sistem dərin bas, geniş orta diapazon və dəqiq zili ilə zəngin və rəngarəng səsə təminat verir. Amma Rio tək bununla kifayətlənmir. Avtomobil üç audioçıxışla təchiz edilib ki, siz onların vasitəsilə istənilən xarici musiqi qurğusunu avtomobilin audiosisteminə qoşa bilərsiniz. Rionuzu individuallaşdırmaq üçün isə ön paneldəki xüsusi çərçivəyə istədiyiniz şəkili yerləşdirə bilərsiniz. 1 2 1. Şəkil çərçivəsi Rio-nuzu individuallaşdırmaq üçün ön paneldəki xüsusi şəkil çərçivəsi var. 2. Aux / USB / ipod çıxışlar Üç çıxış hər növ musiqi qurğusunu avtomobilin audiosisteminə qoşmağını təmin edir. 3 3. Radio / CD / MP3 Dərin bas, geniş orta diapazon və dəqiq zili. Musiqisevərlər Rio-nun müasir "Arkamys" virtual akustik sistemindən razi qalacaqlar. 4. Tam avtomatik kondisioner / İonizator Sadəcə salonun temperaturunu seçin - sistem avtomatik olaraq salonda bu temperaturu təmin edəcək. İonizator isə salonun havasını təmiz saxlayacaq. 4
Ailənizin mükəmməl dostu Yüksək təhlükəsizlik xüsusiyyətləri və rahatlığı ilə Rio sevdiklərinizlə səyahəti unudulmaz xatirəyə çevirəcək. İri sedanlara məxsus rahatlığı və yoldakı mükəmməl maneraları uzun zamandır gözlənilən səyahətə çıxmaq üçün ideal səbəbdir.
Güc və təhlükəsizlik Mükəmməl partnyorluq Daha az tullantı və yanacaq sərfinə malik Rio güc, qənaətcillik, performans və təhlükəsizlik xüsusiyyətləri ilə sizi təəccübləndirəcək. Ön və yan toqquşmalar zamanı zərbələrin gücünü udan kuzovun strukturu və çoxsaylı aktiv və passiv təhlükəsizlik sistemlərinin vasitəsilə Rio tam müdafiəni təmin edir. EBD / ABS Əgər siz qəflətən əyləcə basmalı olsanız, EBD/ABS sistemləri hər bir təkərə lazımi miqdarda əyləc gücü tətbiq etməklə sizin nəzarəti itirməməyinizi təmin edir. 6 hava yastığı və poladın gücü Təhlükəsizlik iki ön, iki yan və iki pərdə tipli hava yastıqlarından ibarət 6 hava yastığı sistemi ilə təmin olunur. Bundan savayı, möhkəm poladdan hazırlanmış kuzov lazım olan yerlərdə gücləndirilib. Parklama sensorları (arxada) Avtomobili arxaya sürərkən, digər avtomobilə və ya hansısa maneəyə yaxınlaşdıqda parklama sensorları səs siqnalı ilə sizi xəbərdar edəcək.
Texnologiyalardan alınan güc Rio-nun kapotunun altında növbəti nəsil 1,2 və 1,4 litr həcmli benzin mühərriklər yanacağa qənaətciliklə bərabər mükəmməl performans nümayiş etdirir. Çəkini aşağı salmaq və bununlada yanacağa qənaət etmək məqsədilə alüminiumdan yüksək təzyiqli tökmə üsulu ilə hazırlanmış nərdivan çərçivəli konstruksiya möhkəmliyi təmin etməklə yanaşı vibrasiyanı da minimuma endirir. Möhkəm, səssiz və rəvan işləməsi ilə seçilən bu mühhəriklərə doğrudan da etibar etmək olar. "Gamma" 1.4 Benzin mühərrik 107a.g. / 13,8 kq.m Tam yeni mühərrik daha güclü olmasına baxmayaraq, tullantıların miqdarı artmayib. Mühərrikin fərqləndirici xüsusiyyətləri: qazpaylama fazalarının pilləsiz dəyişmə sistemi, qazpaylayıcı mexanizmin səssiz polad zənciri və qeyri-mərkəzləşdirilmiş dirsəkli val. "Kappa" 1.2 Benzin mühərrik 87a.g. / 12,2 kq.m Alüminiumdan hazırlanmış yüngülçəkili dörd silindrli mühərrikin fərqləndirici xüsusiyyətləri qazpaylama fazalarının ikili pilləsiz dəyişmə sistemi və tullantıların miqdarını və yanacaq sərfini azaldan xüsusi texnoloqiyadır.
İnteryer rəngləri Fərqli avtomobilin interyer rəngləri ilə tanış olun. Parça Parça Süni dəri Dəri Qara Qara rəng heç vaxt dəbdən düşmür. Şıq və klassik olmaqla bərabər eyni zamanda çox praktikdir. Parça Parça Dəri Səhra bozu Avtomobilə əyləşdiyiniz hər bir vaxt boz rəng sizi öz zərifliyi ilə valeh edəcək. Parça Süni dəri Dəri Qəhvəyi Fərqlənməyi sevənlər üçün qəhvəyi rəng ənənəvi və eyni zamanda müasirdir.
Sizi razı salacaq opsiyalar Onlardan bəziləri çox mühümdür, digərləri rahatlığınızı artırır, lakin onların hamısı idarəetmədən alınan həzzin səviyyəsini artırır. Yayda istifadə etdiyiniz lyukdan tutmuş, qışda əvəzsiz olan oturacaqların isidilməsinə kimi Rio-nun hər bir opsiyası nə vaxt və hara yollanmağınızdan asılı olmayaraq sizin avtomobili idarə etməkdən həzz almağınız üçün nəzərdə tutulub. Aerodinamik şüşətəmizləyici şotkalar Yüksək sürətlərdə şotkaların şüşədən ayrılmasına yol vermir. Günəş şüalarından qoruyan şüşələr Günəş şüalarının sərin salona daxil olmasının qarşısını alır. Lyuk Lyuk Rio-nun daha bir üstün cəhətidir: o, təmiz havanın və işığın içəri daxil olmasına imkan verir. Yağış sensoru Ön şüşəyə düşən yağış damcılarını hiss edir və şüşətəmizləyiciləri işə salır. Xəlitəli pedallar Paslanmayan metaldan olan pedallar interyerə idmansayağı görünüş verir. Avtomatik transmissiya 4 pilləli avtomatik transmissiya yanacağa qənaətcilliyi ilə seçilir. Rahatlıq üçün əllə idarəetmə rejimi sürücü tərəfdə yerləşdirilib. Soyudulan əlcək dolabı (15 litr) İsti yay günlərində içkilərinizi sərin saxlayır. Tənzimlənən dirsəkaltı Sükan arxasında ən rahat vəziyyət tutmaq üçün tənzimlənə bilər. Tərləmə əleyhinə sistem Sensorlar şüşədə tərləməni hiss edir və avtomatik tərləmə əleyhinə sistemi işə salır. Nəticədə sizin hansısa bir düyməni basmağınıza ehtiyac qalmır.
3 QAPILI Sərhədsiz inam obyekti Üçqapılı Rio idman üslublu kuzovunun dinamik görünüşü və alçaq profili ilə sössüz ki diqqət mərkəzində olmağı sevənləri təsirləndirəcək. Enerji dolu görünüşü olmasına baxmayaraq o, digər modellərdə olduğu kimi yanacağa qənaət edən mühərriklərlə təchiz olunub və sinfinin ən təsiredici göstəricilərə malikdir.
Arxa oturacaqlara rahat keçid Geniş arxa oturacaqlara keçid yaratmaq üçün ön sərnişin oturacağının söykənəcəyi asanlıqla irəliyə qatlanır. Daxilinizdəki cavanlıq ruhunu oyadın 3-qapılı ultra idmansayağı siluet və müasir dizayn sizi digərlərindən fərqləndirəcək. Siz həmçinin salonun genişliyi, passiv və aktiv təhlükəsizlik sistemləri və "hay-tek" elementləri ilə öyünə bilərsiniz. Axı bunların çoxuna yalnız premium sedanlarda rast gəlmək mümkündür.
5 QAPILI Həyatınıza stil əlavə edin Cəlbedici görüntünü qurban vermədən hetçbekin universallığından zövq alın. Qeyri-şərtsiz rahatlıq və təhlükəsizlik xüsusiyyətləri ilə vəhdət yaradan qabarıq, dinamik dizayn bu avtomobili istənilən şərait üçün uyğun edir.
Şəhər üçün ideal aksessuar Populyar restoran, gözəl kafe, xüsusi görüş yeri. Bu yaddaqalan yerlər tezliklə sizin həyatınızın bir hissəsi olacaq. Təbii ki, sizi oralara tez bir zamanda çatdıracaq Rio ilə.
60:40 nisbətində qatlanan arxa oturacaqlar Müxtəlif ölçülü yüklərin daşınmasına şərait yaradır. 2-ci cərgə oturacaqlarının qatlanması Digərlərindən fərqlənən Beşqapılı Rio-nun eksklyuzivliyi təkcə xarici görünüşü ilə bitmir. Xaricdən elegant və mükəmməl olduğu qədər salonu da geniş və cəlbedicidir. Rio modern və yüksək funksionallığı ilə seçilən interyer və müasir cizgilərlə yadda qalan xarici dizaynı ilə rəqiblərindən fərqlənir.
Macəraya hazır ol Rio-nun yük yeri ilə tanışlıqdan sonra siz artıq gedəcəyiniz yerləri səbirsizliklə gözləyəcəksiniz. 288 litr həcmli yük yeri aktiv həyat tərzi üçün idealdır.
5-qapılı Rio İstənilən həyat tərzi üçün istedadlı trio Hər səhər şəhər kənarından şəhərə işə yollanan, hər həftəsonunu bayram edən, dəb yaradıcısı. Kim olmağınızdan və hara getməyinizdən asılı olmayaraq yeni Rio sizin özünüzü ən yaxşı şəkildə ifadə etməyinizə kömək edəcək. Daha çox komfort, qənaət və funksionallığın mükəmməl birliyini axtararkən stildə güzəştə getməyə artıq ehtiyac qalmır.
4-qapılı Rio 3-qapılı Rio
Kuzovun rəngləri UD_White (Solid) Disklər 3D_Bright Silver (Metallic) 14 düymlük qapaqlı polad disk 15 düymlük qapaqlı polad disk Spesifikasiya "Kappa" 1.2 Benzin mühərrik İş həcmi (kub. sm) FDP_Fresh Beige (Pearl) F2G_Caramel Yellow (Pearl Metallic) Maksimal güc (a.g. / dövr/dəq) Maksimal fırlanma anı (kq.m / dövr/dəq) 17 düymlük yüngül xəlitəli disk 15 düymlük yüngül xəlitəli disk "Gamma" 1.4 Benzin mühərrik 1248 1396 87 a.g. (64 kvt) @ 6.000 dövr/dəq 12,2 kq.m (119,7 Nm) @ 4.000 dövr/dəq 107 a.g. (79 kvt) @ 6.300 dövr/dəq 13,8 kq.m (135 Nm) @ 4.200 dövr/dəq Ölçülər (mm) 4 qapı / 5 qapı Uzunluq BEG_Signal Red (Pearl) 4.365 / 4.045 4 qapı / 5 qapı Təkər izi (arxa) / 1.525 4 qapı / 5 qapı Oturacaq-tavan məsafəsi (ön) / 1.015 En / 1.720 Çıxıntı (ön) 810 / 805 Oturacaq-tavan məsafəsi (arxa) Hündürlük / 1.455 Çıxıntı (arxa) 985 / 670 Çiyin səviyyəsində salonun eni (ön) / 1.350 Təkərlərarası baza / 2.570 Ayaqlar üçün yer (ön) / 1.112 Çiyin səviyyəsində salonun eni (arxa) / 1.324 Təkər izi (ön) / 1.521 Ayaqlar üçün yer (arxa) / Klirens / 790 955 / 960 140 DBS_Wendy Brown (Pearl Metallic) Ölçülər (mm) 4 qapılı FBD_Electronic Blue (Pearl Metallic) BLA_Formal Deep Blue (Pearl Metallic) 5 qapılı ABT_Platinium Graphite (Pearl Metallic) ABP_Aurora Black (Pearl) Bu dərgidə qeyd olunanlar və şəkillər çap zamanı olan məlumatlara əsaslanır. Şirkət xəbərdarlıq etmədən hər hansı dəyişiklik etmə hüququnu özündə saxlayır. Komplektasiyaların tam siyahısını və əlavə məlumatı rəsmi distribütor Kia Motors Azərbaycan şirkətinin salonlarından ala bilərsiniz.
Biz ətraf mühitin qayğısına qalırıq Ekoloji təhlükəsizlik sizin üçün vacibdirmi? Bizim üçün bəli. Buna görə də biz artıq indi gələcəyin problemlərini həll etdiyimiz üçün fərəh hissi duyuruq, həmçinin ətraf mühitin qorunmasına və cəmiyyətin ekoloji cəhətdən sabitliyinə öz töhfəmizi bəxş edirirk. Biz özümüz və uşaqlarımız üçün ekoloji cəhətdən təmiz gələcəyə yol çəkərək hibrid və yanacaq elementlərilə işləyən, ətraf mühit üçün təhlükəsiz avtomobillərin istehsalı istiqamətində iş aparan ekoloji araşdırma mərkəzini yaratmışıq. Biz avtomobilin layihələşdirilməsindən emalına qədər onun bütün istismar müddəti ərzində ekoloji təmizlik konsepsiyasına sadiq qalmasını təmin edirik. Bütün yeni məhsullar yenidən emal mümkünlüyünü nəzərə alaraq yaradılır. Kia modellərinin istehsalında təkrar istifadə olunan və ya emal olunan materiallar mümkün olan hər yerdə tətbiq olunur. Hətta avtomobillərin emalı belə öz-özlüyündə ekoloji cəhətdən təmiz prosedura çevrilib. Qapalı texnoloji prosesdən istifadə edilərək zərərli tullantılar yenidən emal olunur və gələcək istifadə üçün bərpa edilir. Bunula biz ətraf mühitin müdafiəsinə zəmanət veririk. Gördüyün kimi, hər bir dərrakəli istehlakçı üçün normaya çevrilən həyat tərzini biz artıq çoxdan sənaye miqyasında həyata keçiririk.
Kia Motors Azərbaycan www.kia.az Kia Motors dünyada dәyişikliyin әn yeni vә әn hәyәcanlandırıcı qüvvәsidir. O, sizin avtomobil idarә etmәklә bağlı hisslәrinizi vә düşüncәlәrinizi dәyişmәyә hazırdır. Biz söz vermirik, biz hәm dә bütün dünya alıcıları üçün avtomobili idarә etmәyi әsl hәzzә çeviririk. Gәnc üslub vә әn son qabaqcıl texnologiya ilә bütün dünyanı heyran edirik. Picanto-dan Mohave-yә kimi, Kia bütün siniflәri әhatә edәn avtomobil model sırasını tәklif edir, SUV-lar vә MPV-lәr ancaq praktik deyil, hәmçinin insanda şәn әhval-ruhiyyә yaratmağa qadirdir. Kia-nın yeniliklәrini izlәyin, çünki әn yaxşısı hәlә irәlidәdir. Kia Motors Korporasiyası haqqında Ruhәn gәnc olanlar üçün yüksәk keyfiyyәtli nәqliyyat vasitәlәrinin istehsalçısı olan Kia Motors Korporasiyası (www.kia.com) 1944-cü ildә tәsis edilib vә Koreyanın ilk avtomobil istehsalçısıdır. Kia dünyanın 8 ölkәsindә yerlәşәn 13 zavod vә yığım müәssisәlәrindә hәr il 2,1 milyondan artıq avtomobil istehsal edir vә bu avtomobillәr dünyanın 172 ölkәsindә olan distribütor vә diler şәbәkәsi vasitәsilә satılır vә xidmәt olunur. Kia-nın hazırda bütün dünyada 40.000-dәn artıq işçisi var vә illik gәliri 20 milyard ABŞ dollarından çoxdur. Kia tennis üzrә "Australian Tennis Open" turnirinin baş sponsoru vә FİFA-nın rәsmi avtomobil partnyoru olaraq FIFA dünya çempionatının tәşkilatçılar sırasındadır. Kia Motors Korporasiyasının şüarı olan "Heyrәtlәndirmәk bacarığı ilә" şirkәtin müştәrilәr qarşısında daim yeniliklәr etmәk öhdәliyini ifadә edir. Facebook Kia-nın pərəstişkarı ol http://www.facebook.com/pages/kia-motors-azerbaijan/132492530098850