Yeni torpaqlara səyahət

Benzer belgeler
Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Gözəl Mələkə Ester

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Marketinq. Mehdiyev Əkbər

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

BÖYÜK DƏCCAL Amerika

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 51, ERZURUM 2014,

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Peter və Duanın Gücü

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

DAVETLİSİ

Bacarıqlar haqqında. Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın izahı

haqqında ətraflı məlumat

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

TƏŞKİLAT KOMİTƏSİ / TEŞKİLAT KOMİSYONU

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

«Şahdağ» Yay Düşərgəsi. Bakıdan cəmi 3 saatlıq məsafədə yerləşir.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Himayə altında böyüyən uşaq və gənclər

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Acronis True Image Home 2012

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Möcüzələr adamı, Elişa

Paketdə siz görəcəksiniz: Milad bayramı. Uşaqlar üçün dəvətnamələr. Müqəddəs Kitab dərsləri. Yadda saxlamaq üçün ayə. Əl işi. Mahnı.

Dayanýqlý Ýnkiþaf üzrə 2030-cu il Gündəliyi

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Analoq siqnallar Rəqəmli siqnal Rəqəmli siqnal

Məxfilik Siyasəti. Əhatə dairəsi. Məlumatın növü və Toplanma Metodları

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

RESPUBLİKA FƏNN OLİMPİADALARI

DAŞINMA) ƏMLAK AGENTLİKLƏRİ ÜÇÜN ƏMLAK BAZASI. atışda, i a ədə olan əmlaklar barədə məlu atla ın dağı ı fo ada dəftərdə, kompyuterdə qovluqlarda və s.

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Protokolundan Çıxarış aprel 2016-cı il

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

HTML İLK ANLAYIŞLAR. HTML - Hyper Text Mark-up Language (Hiper Mətn Hazırlamaq üçün Dil)

STRATEJİ PLANLAŞDIRMA

Əlavə 1. İnsan Hüquqları haqqında Ümumi Bəyannamə

Respublikanın tədris rus dilində olan ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Azərbaycan dili dərsliyi

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

Gözəl anlarını Azercell 4G ilə paylaş! Instagram müsabiqəsinin qaydaları

İNTERNET BANKÇILIQ SİSTEMİ ÜZRƏ İSTİFADƏÇİ TƏLİMATI

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

Respublikanın ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün Həyat bilgisi dərsliyi

ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK MESAJ SƏMAVİ ELM ALFA VƏ OMEQA

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

İDEYA SİZDƏN, REALLAŞDIRILMASI BİZDƏN!

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

1. Yaddaşın növləri 2. Yaddaşın idarə olunması Əməli yaddaş (RAM) haqqında

1.1. «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə tələbələr arasında I

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

NEHEMYA. Orijinalın adı: Nehemiah Orijinal mətn: Roy Harrison

Səth Su Keyfiyyətinin Monitorinqi. Qərar Qəbul Edən Tərəflər üçün Rəhbər Sənəd

2017-ci ilin 4 ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

çevrilməklə biz eyni zamanda regionların sosial-iqtisadi inkişafını çox sürətlə və effektiv şəkildə həyata keçirə bilərik. Bİr vətəndaş olaraq

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

Yaqub. kitabı əsasında 10 Bibliya məşğələsi

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Yeşaya Gələcəyi Görür

Sentyabr 2013 HƏYAT TƏRZİ HESABAT

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

Azərbaycan Futbol Klublarında çalışan. Azarkeşlərlə əlaqələndirici şəxslər üçün məlumat kitabçası

KƏND TƏSƏRRÜFATI ÜZRƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 28 -li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

3. Tarix hesabı və ya müxtəlif təqvimlər

Ərizə formasının doldurulması qaydaları. I. Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır

TÜRÜK Uluslararası Dil, Edebiyat ve Halkbilimi Araştırmaları Dergisi 2014 Yıl:2, Sayı:4 Sayfa: ISSN:

Kommunal müəssisələr tərəfindən satınalma

Azərbaycan Hava Yolları QSC. Milli Aviasiya Akademiyası. Iqtisadiyyat və Hüquq. Kurs işi. Avidaşımaların satışında reklamın.

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Ana kart (Motherboard)

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR TƏLİMAT

Elmi tədqiqatların təsnifatı. Məqsədli təyinatı üzrə: Fundamental; Tətbiqi; Axtarış; Işləmə.

Transkript:

Yeni torpaqlara səyahət Siz nəyi gəmidən atardınız? Fəslin mövzusu Çətinlik dərəcəsi Yaş həddi Tələb olunan vaxt İştirakçı sayı Oyunun növü Ümumi insan hüquqları I dərəcə 8 13 yaş 45 dəqiqə 8 20 uşaq Prioritetlərin müəyyənləşdirilməsi, müzakirə Xülasə Uşaqlar təsəvvür edirlər ki, onlar yeni qitəyə üzürlər, ancaq ora çatmaq üçün xüsusi ehtiyac olmayan əşyaları seçib gəmidən atmalıdırlar Vəzifələr Sag qalmaq və inkişaf etmək üçün vacib olanı qiymətləndirmək İstəkləri ehtiyaclardan ayırmaq İnsan ehtiyaclarını onun hüquqlari ilə uzlaşdırmaq Hazırlıq Hər qrup üçün istək və ehtiyac kart dəstləri hazırlayın və nüsxəsini çıxardın; həmin dəstləri zərfə qoyun Materiallar Zərflər İstək və ehtiyac kartlarının nüsxəsi Yapışqan və ya yapışqanlı lent, təmiz vərəqlər Təlimat

1. Uşaqlardan xahiş edin ki, yeni qitəyə üzməyə hazırlaşdıqlarını təsəvvür etsinlər. Hal-hazırda bu qitədə bir adam da yaşamır, buna görə də uşaqlar həmin qitədə yeni ölkənin ilk qurucuları olacaqlar. 2. Uşaqları bir neçə kiçiq qrupa bölün və hər qrupa istək və ehtiyac kart dəstləri olan zərfləri paylayın. İzah edin ki, həmin kartlarda yazılanlar onların yeni ölkədə yaşamaq üçün götürəcəkləri əşyaların adlarıdır. Hər qrupdan xahiş edin ki, zərfləri açsınlar, bütün kartları masa ütünə düzüb onları dəyərləndirsinlər. Variant: Belə bir imkan yaradın ki, uşaqlar götürüləcək bəzi əşyaları özləri əlavə etsinlər. Zərflərə bir neçə boş kart qoyun. Uşaqlara onların fikrincə lazım olacaq və ya istədikləri bəzi əşyaların adlarını həmin kartlarda yazmağı təklif edin. 3. Bildirin ki, hal-hazırda gəmi səyahətə çıxır. Öz hekayənizi belə başlayın: Səyahət çox gözəl başladı. Günəş saçır, dəniz sakitdir. Lakin qəfildən güclü fırtına qopur və gəmini yellədir. Az qalıb ki gəmi batsın! Sağ qalmaq üçün gəmidən kənara 3 əşya atmalısınız. Hər qrupdan xahiş edin ki, nəyi atacaqlarını qərara alsınlar. İzah edin ki, sonra onlar atılan əşyaları qaytara bilməyəcəklər. Qruplardan gəmidən kənara atılanların kartlarını yığın və bir yerdə toplayın. 4. Hekayənizi davam edin: Nəhayət fırtına bitir. Hər kəs dərindən nəfəs alır. Lakin hava haqqında xəbər verilir ki, gəminin düz üstünə çox güclü qasırğa gəlir. Əgər qasırğadan sag-salamat çıxmaq istəyirsinizsə, gəmidən kənara yenə 3 əşya atmalısınız! Unutmayın: sizin yeni ölkədə sag qalmağınız üçün lazım olanları atmamalısınız. Əvvəldə etdiyiniz kimi, qrupların seçdiyi kartları yığın və bir yerdə toplayın. 5. Hekayənizi yenə davam edin: Biz ölümün bir addımlığında idik. Lakin demək olar ki, biz artıq yeni qitəyə çatmışıq. Hər kəs həyəcan içindədir. Ancaq üfüqdə torpağı gördüyümüz anda, böyük balina bizim gəmimiz ilə toqquşur və gəminin yan hissəsində boyük yarıq açır. Siz gəmini bir az da yüngülləşdirməlisiniz! Daha 3 əşya atın.

Qrupların seçdiyi kartları yığın və bir yerdə toplayın. 6. Nəhayət ki, onların sağ-salamat yeni qitəyə çatdıqlarını və yeni ölkə qurmağa hazır olduqlarını elan edin. Hər kəsin Yeni qitəyə hansı əşyaların gətirdiklərini yadda saxlamaq üçün hər qrupdan xahiş edin ki, onlarda qalan kartları təmiz vərəqlərə yapışdırsınlar. Sağ qalmaq üçün onlarda lazım olan hər şey varmı? Bəs normal inkişaf üçün? 7. Bütün qruplardan xahiş edin ki, vərəqlərini otağın ön divarında assın. Qitəyə gətirdikləri əşyalara şərhlər verin. Hər şərhdən sonra bütün qrupdan soruşun: Onların inkişafı və sağ qalmaları üçün lazım olan hər şey varmı? Təhlil və qiymətləndirmə 1. Bu sualları verərək oyunu təhlil edin: a) Bu oyunda sizin xoşunuza gələn nə idi? b) Qitədə yaşamaq üçün lazımlı əşyaları seçəndə qərarınızı necə verirdiniz? Sizin üçün əsas olan nə idi? c) Çətinliklə verdiyiniz qərarlar var idi? Hansılar idi? d) Əşyaların saxlanması və atılması seçimi ilə bağlı qrup daxilində mübahisə etdiyiniz hallar oldumu? Həmin mübaisələri necə həll etdiniz? e) Bütün insanların tələbatları eynidir? Kimlərin digər tələbatları da ola bilər? f) Son qəbul etdiyiniz qərar haqqında nə düşünürsünüz? Siz yeni bir qitədə sağ qala bilərdinizmi? Siz burda normal yaşayıb inkişaf edə bilərdinizmi? g) Sizin qrupunuz atılacaq əşyalar barəsində qərara necə gəldi? h) Son qərar sizi təəccübləndirdimi? i) Əgər bu oyunu ikinci dəfə oynamalı olsaydınız, başqa hansı əşyaları atardınız? 2. Qeyd edin ki, insan hüquqları onun tələbatlarına hər bir insana onun yaşamağı, normal inkişafı və layiqli həyatı üçün zəruri olan şeylərə əsaslanır. Suallar verin: a) Sağ qalmaq üçün sizdə hər şey varmı? b) Sizin normal həyat və inkişafınız üçün hər şey varmı? c) Hansı əşyaların olmağını siz istəyərdiniz, lakin düşünürsünüz ki, onlar ilk tələbat əşyaları deyil? 3. Vurğulayın ki, hər insana bütün hüqüqların olması gərəklidir! Bəzi hüquqlar yaşayıb sağ qalmaq üçün zəruridir: qida, içməli su, ev. Digərləri yaxşı yaşamaq və

inkişaf etmək üçün vacibdir. Ancaq sağ qalmaqla insan kifayətlənə bilməz. Suallar verin: a) Hansı kartlarda elə əşyaların adları qeyd olunmuşdur ki, onların olmağını biz istəyərdik, lakin sağ qalmaq üçün onlardan imtina etmək olar? b) Hansı kartlarda bizim sağ qalmağımız üçün zəruri əşyaların adları qeyd olunmuşdur? c) Bəs hansı kartlarda normal yaşayıb inkişaf etmək üçün lazım olan əşyaların adları yazılmışdır? d) əşyası sizdə olmasa, yeni ölkədə nə baş verər? (Bir neçə kartdan nümunələr götürün) Davamı üçün təkliflər. İnsanın tələbatlarını onun hüquqlarının əsası kimi izah edən Dovşanın hüquqları oyunu bu oyunun əla davamıdır. Müzakirələrdə uşaqlarla birlikdə demokratik qanunların yaranmasını əks etdirən Bizim qrupun konstitusiyası oyununu da tövsiyə edirik. Aparıcılara məsləhətlər: Vacibdir ki, uşaqlar bəzi insan hüquqların digərlərindən az əhəmiyyətli olduğu və onlardan imtina etməyin mümkünlüyü qənaətinə gəlməsinlər. Təhlil zamanı hüquqların bir-birindən asılı olduğunu vurğulayın. Atılan əşyaları geri qaytarmaq mümkün olmadığını, qalan əşyaların isə ancaq müvəqqəti sağ qalmaq üçün deyil, həm də yeni ölkəni qurmaq üçün onlara lazım olacağını vurğulayın. Bəzi əşyalar qəsdən birmənalı deyil. Onlar nəyin ilk tələbat əşyası olduğunu müzakirəyə çıxartmaq üçün siyahıya daxil edilmişdir (məsələn, mobil telefon bəziləri üçün dəbdəbəli əşyadır, digərləri üçün isə rabitə vasitəsidir). Öz istək və tələbatları arasında seçim edəndə azyaşlı uşaqlar çətinlik çəkə bilər. Qitədə sağ qalmaq üçün lazımlı əşyaları seçməkdə uşaqlara kömək edin. Variantlar

Təhlil zamanı hər böhran mərhələsində dənizə atılan əşyalar arasında müqayisə aparın. Seçimlər arasında gördükləri fərqlər barədə danışmağı uşaqlardan xahiş edin. Paylama materialı: İstək və tələbat kartları Öz fikrini bildirmək imkanı İstədiyiniz kimi xərcləyə biləcəyiniz pullar Təmiz su Şəxsi yataq otağı İnternetə çıxış və kompüter Ədalətli münasibət və ayrı-seçkiliyin olmaması Təmiz ətraf mühit Mobil telefon Koka-kola və hamburger Dincəlmək və oynamaq imkanı Televiziya və qəzetlər Öz dininə ibadət etmək imkanı Rahat ev Dəbli geyim Dəniz kənarında tətil Qida məhsulları Qəddar rəftardan müdafiə Təhsil Həkimlər Velosiped Şirniyyat Bəzək əşyaları MP3 pleyer və CD-pleyer İsti geyim

Valideynlər Oyun və oyuncaqlar Dərman və peyvəndlər Demokratik seçkilər Saat Öz mədəniyyətini öyrənmək və öz dilində danışmaq imkanı