AvtoStop 07/2016 RESS

Benzer belgeler
AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Marketinq. Mehdiyev Əkbər

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

Ġstanbul METROBUS BRT. Ümumdünya Ehtiyatları Ġnstitutundan/EMBARQ Sibel Köylüoğlu və Dario Hidalgonun təqdimatlarından istifadə edilmiģdir

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

BAROKKO ÜSLUBUNDA PREMİUM YAŞAYIŞ KOMPLEKSİ

ACCESSPAY XİDMƏTİ. 7/23/2014 AccessBank Sales Training - 1 -

BÖYÜK DƏCCAL Amerika

XƏYALLARINIZI İNŞA EDİRİK! Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon.

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Mən hansı ədədəm? Mən hansı ədədəm? İN S I V SİNİF

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allah İbrahimin sevgisini sınayır

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İtmiş Oğul

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

SərniĢinlərin icbari fərdi qəza sığortası üzrə sığorta Ģəhadətnaməsinin forması, çap olunması və doldurulması QAYDALARI

xazarinshaat.az Ünvan: Nizami Rayonu, Özbəkistan küçəsi 23/34

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Daniel və şirlərin quyusu

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

MobilBank. Mobil telefon vasitəsilə kart hesabının idarə olunması

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Zəngin Adam, Kasıb Adam

Corabların qarışdırılması. Üç müxtəlif corab cütünü bir biri ilə elə qarışdırın ki, heç bir cütdə eyni rəngli corab olmasın.

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Nil Çayından Çıxarılan Şahzadə

Smart Baby Watch Q50 -nin istifadə instruksiyası

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Elektron Təhlükəsizlik Mərkəzi. Qaynar xətt: Ünvan: Azərbaycan, Bakı, Droqal döngəsi, 702-ci məhəllə

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

1 xal. arasında yerləşən neçə ixtisara düşməyən kəsr vardır? Məxrəci 24-ə bərabər olan və 1 5 -lə 3 4 ა) 3 ბ) 4 გ) 5 დ) 6

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

İXM-nin maddəsi Qayda pozuntusu Cəriməsi Balı

[18] 1. Ümumi müddəalar

«Təsdiq edilmişdir»: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının. Protokol 11 -li. «16» may 2016-cı il. Sədr B.

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

haqqında ətraflı məlumat

2014-cü ilin üçüncü rübünün nəticələri

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Rabitəbank ASC-də maliyyə xidmətləri istehlakçılarının şikayət xarakterli müraciətlərinə baxılması və cavablandırılmasına dair.

BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. Allahın Güclü Adamı - Şimşon

Mobil cihazların qeydiyyatının aparılması Qaydası

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

Əlavə C3 ƏMSSTQ Əlavəsi Düzəlişlər Reyestri

Fiziki şəxsin vergi uçotundan çıxarılması elektron xidməti üzrə inzibati reqlament. 1. Ümumi müddəalar

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir. İnsanın Kədərinin Başlanğıcı

Sistem inzibatçıları üçün təlimat

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

İSTİFADƏ QAYDALARI. «Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi sistemi»

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ Tel.: TÜRKÜN SƏSİ

YERLİ ŞİRKƏTİN YARADILMASININ PROSEDUR QAYDALARI

Biznes əməliyyatları hesabatı 2015-ci ilin ilk üç rübünün nəticələri

YAPI KREDİ BANK AZƏRBAYCAN QSC-də. İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar

Elektron müraciət formasının doldurulması qaydalarına dair TƏLİMAT. Əsas anlayışlar:

POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsi ("retail əməliyyatı ) QAYDALARI. 1. Ümumi qaydalar

Zeynalova Sevinc III kurs

Biznes əməliyyatları hesabatı 2015-ci ilin 1-ci yarısının nəticələri

Neftqaztikinti. tresti. edir.

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

Təqdimat Kataloqu 2018

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi. İstifadəçi təlimatı

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

ADA Universitetində təhsil alan tələbələrin təhsil. haqqının maliyyələşdirilməsi üçün Təhsil krediti

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

Biz eyni dalğadayıq TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK ŞƏRTLƏRİ

Güzəştli mənzil elektron sistemindən istifadəyə dair TƏLİMAT

Mobil cihazların qeydiyyatının aparılması Qaydası nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Kompüter (computer) verilənləri emal etmək üçün istifadə edilən proqramlaşdıra bilən elektron qurğu.

Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər (Yeni redaksiyada)

«Proses iştirakçısının Elektron şəxsi kabineti»

BABƏK YUSİFOĞLU. AvtoStop BAŞ REDAKTORDAN

Sentyabr AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Kredit bürosu borcalanlar üçün əla imkanlar

Xaricdə Visa kartı ilə ödə və bizimlə parlaq emosiyaları yadda saxlamaq şansı əldə et AKSİYASINDA İŞTİRAK ŞƏRTLƏRİ

e-hesabat proqramının (ehp) İstifadəçi Təlimati

Protokolundan Çıxarış aprel 2016-cı il

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Müvəqqəti sığınacaq üçün icazə: sizin üçün bu nə deməkdir?

DAVETLİSİ

Azərbaycana gələn xarici vətəndaşlar üçün Vergi Təlimatı 2014

Qarıs ıq so z Viktorinasının 2-ci mövsumunun Keçirilmə Qaydaları

2016-cı ildə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın! TİRAJLI STİMULLAŞDIRICI LOTEREYA QAYDALARI VƏ ŞƏRTLƏRİ

Transkript:

16 AvtoStop 07/2016 RESS

FEATURE ARTICLE Rəhman və Rəhim olan Allahın adı ilə. AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV 1

BU DƏFƏ NƏ OXUYACAQSINIZ? SƏHİFƏLƏR 04 suber Taksi olmaq asandır. 08 Başqasının cəriməsi Sizə yazılmayan cəriməni ödəməyin. səhifə12 24 Asiya malı Asiyanın avtomobil istehsalçılarının loqolarında nə gizlənir? 28 Yol necə nizamlanır? Statistika dairəsindəki xaos necə aradan qaldırıla bilər? İyul 2016 # 16 Təsisçi AvtoStop Media MMC Baş Redaktor Babək Yusif oğlu Redaktor Səma Abiyeva Fotoqraf Orxan Əli Dizayn AvtoStop Media Reklam Meneceri Zəhra İsgəndərova (zehra.isgenderova@avtostop.tv) Müəllifin fikirləri ilə redaksiyanın fikirləri üstüstə düşməyə bilər. Reklam mətnlərinə görə redaksiya məsuliyət daşımır. 76 Özünü yoxla Yol hərəkəti qaydalarından nələri bilirsən? 16 Lazımdır ya yox? Avtomobildə lazımsız funksiyalar. 20 Müvəqqəti nişan Bizdə və dünyada 32 Nişanın mənası İşıq siqnallarından düzgün istifadə qaydaları 34 Atasının balası Britaniyalı F1 ulduzu Censon Batton 45 Rəngli nömrə Bəzi avtomobil nömrələri niyə qırmızı rəngdədir? 48 Gözüm səndədir Park City videoqeydiyyatçısı 52 2 litr problem Hansı istehsalçının mühərriki etibarlıdır? 58 Avtoİmtahan Yol hərəkəti ilə bağlı növbəti hazırlıq sualları 64 AvtoYumor Qadınlar sükan arxasında 2 AVTOSTOP PRESS www.addictmotorist.com WWW.AVTOSTOP.TV

Stəkanın dolu tərəfi BAŞ FEATURE REDAKTORDAN ARTICLE MƏLUM OLDUĞU KIMI ÖTƏN AY ÖLKƏMIZIN PAYTAXTI DAHA BIR BEYNƏLXALQ IDMAN TƏDBIRINƏ FORMULA-1 AVROPA QRAN- PRISINƏ EV SAHIBLIYI ETDI. ƏLBƏTTƏ, ILK BAXIŞDAN BƏZILƏRINDƏ ELƏ TƏSƏVVÜR YARANA BILƏR KI, QISA MÜÜDDƏT SÜRƏN BU YARIŞMA ÖLKƏYƏ CIDDI HEÇ NƏ QAZANDIRMADI. BELƏ QƏRƏZLI, HƏTTA DAHA NEQATIV FIKIRLƏRI CƏMIYYƏT IÇƏRISINDƏ DÖVRIYYƏYƏ BURAXMAĞA ÇALIŞDILAR DA. Lakin bu cür qərəzli cəhdlər heç bir təəsürat oyatmadan qısa müddət ərzində əriyib getdi. Ona görə yox ki, güclü təbliğat işi o cür neqativ fikirlərin qarşısını aldı. Xeyr. Sadəcə qısa zaman içində insanlarımız Bakının beynəlxalq aləmdə yaxşı mənada söhbət mövzuzuna, diqqət mərkəzinə çevrildiyinin şahidi oldular. Elə bil ki, hamı şəhərimizi bir daha dünya gözü ilə gördülər. Media nümayəndəsi kimi qeydiyyatdan keçərək proseslərin birbaşa içərisində olduğum üçün hər şeyin canlı şahidinə döndüm. Əvvəla yarış iştirakçıları, onların komanda üzvləri üçün yaradılmış şərait, onlara göstərilən diqqət qürurvericiydi. Müxtəlif ölkələrin çoxlu sayda radio-televiziya kanallarından gələn nümayəndələrin hər biri yarışı, gedən prosesləri canlı olaraq müasir texniki vasitələrlə öz ölkələrinə yayımlaya bilirdilər. Hilton otelinin ikinci mərtəbəsində lazımi avadanlıqlarla təmin edilmiş ayrıca bir zal media nümayəndələrinin istifadəsinə verilmişdi. Onu da xüsusi olaraq bildirim ki, elə təşrif buyurmuş jurnalistlərin çoxluğu sübut edirdi ki, dünya doğrudan da bu həyəcanverici idman tədbirinə necə maraq göstərir. Bundan başqa dünyanın müxtəlif ölkələrindən, xüsusən də Avropadan gələn azarkeşlər, turistlər hər tərəfi bürümüşdü. Şəhərin gözəllik mərkəzlərindən biri sayılan bulvarda yaradılan əyləncə yerləri, səliqəli iaşə obyektləri, mədəni tədbirlərin təşkilindən ötrü quraşdırılan səhnələr, stendlər... hər kəs üçün maraqlı və çox rahat idi. Bolidlərin yürüşü başladıqda yerli sakinlərimizlə çoxlu sayda xarici turistin eyni tribunalardan ötüşməyə tamaşa etmələri çox xoş idi. Hələ yarışın başlanğıcında dövlət himnimizin səslənməsi zamanı 6 kilometrlik trekin müxtəlif zonalarında qurulmuş tribunalardakı 30 minə yaxın izləyicinin bir nəfər kimi o əzəmtli musiqinin sədaları altında sayğı duruşuna qalxmaları ürəklərimizi inanılmaz duyğulandırırdı. Müxtəlif yerlərə quraşdırılmış nəhəng ekranlarda Bakı Şəhər Halqasının bütün məsafələrində bolidləri rahatlıqla izləmək mümkün idi. Babək Yusif oğlu babek@avtostop.tv Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin dərin koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərlə qoruyub saxladığı simvollar heyrətamiz təəssürat yaratmışdı. Bütün bunlara Avropa Qran-prisinin gedişinə dünyada milyonlarla insan evində televiziya vasitəsiylə tamaşa edirdi. Qədimiliklə müasirliyin vəhdədini özündə uğurla əks etdirən Bakımızın gözəlliyi, əzəməti həmin günlər dünyanın dörd bir yanında dönə-dönə gözlər önündə canlanırdı. Tanımayanlar, bilməyənlər də anladı, öyrəndi ki, dəniz sahilində çox qədim və zəngin mədəniyyətə, dərin mənəvi dəyərlərə sahib, qonaqpərvər bir xalq yaşayır. Artıq Azərbaycanda ardıcıl olaraq müxtəlif möhtəşəm beynəlxalq tədbirlərin çox yüksək səviyyədə, uğurla keçirilməsi ənənə halını alıb ki, bu da ölkəmizin sabitliyindən, sürətlə artan nüfuzundan, iqtisadi və siyasi irəliləyişindən xəbər verir. Təsadüfi deyil ki, gələn il ölkəmiz daha bir möhtəşəm tədbirə Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edəcək. Bəli, indi Azərbaycan müstəqil dövlət kimi daha yüksək səviyyədə tanınır, dünyanın sayılıb-seçilən üzvünə çevrilir, digər xalqların, millətlərin rəğbətini qazanır. Hazırda ən tanınmış, diktə edən dövlətlər də əvvəlcə bu yollardan keçməyiblərmi? Dünyanın ciddi şəkildə diqqətə aldığı bir ölkəyə çevrilməyimiz Azərbaycanın uğurları deyilmi? Bəli. Onda buna ancaq sevinmək lazımdır! AVTOSTOP PRESS 3

AVTOFAYDA Bu gün bir çoxları ölkədə işsizliyin olmasından bəhs edir. Bəziləri hətta bir qədər irəli gedərək cürbəcür faktlar da sadlayırlar. Və ilk baxışdan hər şey sadalandığı kimi görünür. Tural Yusifov B super Elə götürək taksi sürücülərini. Əksəriyyəti daim müştəri kasadlığından şikayətlənir, yol kənarlarında durub gözləməkdən bezdiklərini söyləyirlər. Bu sahədə bürokratik əngəlləri önə çəkənlər də var. Əlbəttə, nəinki taksiçilikdə elə bütün sahələrdə də çatışmazlıqlar tapmaq mümkündü. Lakin niyəsə kimsə məsələni daha obyektiv, daha qlobal təhlil edib nəticə çıxarmaq istəmir. Hətta bəzən adama elə gəlir ki, belə söhbətlərin yayılması kimlərəsə sərfəlidir. Bəli, əslində dediyimiz kimi, indiki dövrdə iş tapmaq asan deyil. Adamların qarşısında müxtəlif cür şərtlər qoyurlar. Amma heç düşünmürük ki, ay atam balası, səni işə götürmək istəyənin tələbləri olmalıdır da. Yoxsa düşünürük ki, yaxşı maaş alıb bizdən günümüzü bir təhər yola verməyi istəyəcəklər? Əslində isə bu sahəni bir qədər neytral tərəfdən təhlil etsək görərik ki, bir çox hallarda təklif edilən iş yerlərində işləmək İSTƏMİRLƏR, ya da BACARMIRLAR. Taksilərin adını çəkdiyim üçün elə bu fəaliyyət növü haqda danışım. Çoxları müasir taksi biznesinin mahiyyətini anlamadan bu işi necə gəldi görmək, əvəzində isə yaxşı qazanc əldə etmək istəyir, amma uğursuzluqla qarşılaşırlar. Nəticədə də tanış narazılıqlar başlayır. Şəxsən mən vəziyyəti düzgün dəyərləndirmək naminə kiçik bir eksperimenti həyata keçirdim. Bundan ötrü Azərbaycanda mövcud bütün taksi xidmətlərindən fərqli olan və dünyadakı taksi bazarının böyük hissəsini ələ keçirən, çox məşhur UBER Taksiçiliyini sınaqdan keçirməyə qərar verdim. Fotoda : UBER-in yaradıcısı Trevis Kalanik Haşiyə: UBER TAKSİ şirkəti 2009-cu ildə Trevis Kalanik və Harret Kemp tərəfindən San-Fransiskoda yaradılıb. Müəssisə şəxsi taksi fəaliyyəti ilə məşğul olanlara bir proqram vasitəsi ilə müştəri təklif edir. Və onlar ən optimal məqamları da nəzərə alaraq işlərini yaxşılaşdırmaqdadırlar. Premium avtomobillərin çalışdığı UBER-də az sonra ekonom-klass maşınlar peyda olmağa başladı. Bu servis UberX adlanır. Yeri gəlmişkən, İstanbulda boğazda hərəkət etmək üçün katerlərdən ibarət UBER Boat və helikopter taksilər də mövcuddur. Şirkət hazırda 50 milyard dollar qiymətləndirilir. 4 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

AVTOFAYDA July 2012 Issue 312 Fotoda : UBER-də qeydiyyat səhifəsi. www.partners.uber.com Əvvəlcə onu qedy edim ki, Bakıda mövcud olan bir çox taksi şirkətləri UBER kimi çalışmırlar. Məsələn, mən taksi kimi UBERdə qeydiyyatdan keçəndə şirkət nümayəndələrindən heç birinin üzünü belə görmədim. Bundan başqa, UBER-in proqram təminatı operatorsuz da işləməyə imkan yaradır. Digər şirkətlərin hər birində proqram təminatı olsa da, onlar müştəri üçün nəzərdə tutulur. UBER-də isə sürücü üçün düşünülmüş bir proqram var. Çalışmaq üçünsə heç bir əngəl yoxdur. İlk olaraq partners.uber. com saytında qeydiyyatdan keçmək lazımdır. Bundan ötrü isə mail (elektron ünvan) və telefon nömrəsi vacibdir. Daha sonra isə açılan səhifədə sizə bir neçə sənədin skan edilmiş surətini yerləşdirmək gərəkdir. Əlbəttə, normal taksi fəaliyəti ilə məşğul olmaq istəyirsinizsə mütləq bu sənədləri toplamalı, sonra sadə prosedürlərdən keçməlisiniz. Onsuz da sənədsiz dayanıqlı şəkildə çox işləmək mümkün deyil. İlk işlərdən biri vergi ödəyicisi kimi qeydiyyatdan keçməkdir. ASAN xidmətə yaxınlaşaraq vergilər nazirliyinin bölməsindən fiziki şəxs kimi qeydiyyat məsələsini həll edəcəksiniz. Əgər yalnız taksiçiliklə məşğul olacaqsınızsa, vergi ödəyicisinin təsnifat kodu olaraq 49320 seçilir. VÖEN aldıqdan sonra bir məsələyə mütləq diqqət yetirmək lazımdır: hər 3 aydan bir vergi bəyannaməsi verilməli, həmin aylarda qazandığınız gəlirin 4%-ni vergi qismində ödəməlisiniz. DSMF-də də vergi qeydiyyatından sonra hər ay 22 manat ödəmələsiniz. Bütün bunları öncədən bilin ki, qanunlara düzgün əməl edəsiniz. Əks təqdirdə daha yuxarı məbləğdə cərimələnəcəksiniz. VÖEN aldıqdan sonra sizə bankların birində fiziki şəxs üçün cari hesab açılmalıdır. VÖEN-lə birgə banka təqdim edin (mənim hesabım Xocalı prospektindəki UNİBANK Biznes Mərkəzindədir). Hesab açıldıqdan sonra sizə lazım olacaq növbəti əsas sənəd fərqlənmə nişanıdır. Onun üçün ödəniş 18 manatdır. 40 qəpiksə bank xərcləri üçün nəzərdə tutulub. Fotoda: VÖEN Fotoda: Məhkumluq haqqında arayış AVTOSTOP PRESS 5

AVTOFAYDA FEATURE ARTICLE Fotoda: Fərqlənmə nişanı Koroğlu metro stansiyasının yaxınlığında (Heydər Əliyev prospekti) yerləşən ASAN xidmət bölməsinə yaxınlaşıb Azər Türk Bankda bu ödənişi edib çekləri götürdükdən sonra eyni prospektdəki Bakı Nəqliyyat Agentliyinə (NİİM-in binasına) gəlmək lazımdır. Unutmayın, taksi fəaliyyəti ilə bağlı sizdən orada fərqlənmə nişanı üçün çeki, texniki passportunuzu istəyəcəklər, 10 dəqiqədən sonra da sizə fərqlənmə nişanı təqdim edəcəklər. Fərqlənmə nişanı aylıq verilir və hər ay 18 manat ödəyərək onu yeniləməlisiniz. UBER şirkəti həmçinin sürücülərin məhbusluğu ilə bağlı məsələlərə diqqətlə yanaşdığı üçün məhkumluq haqqında arayış da istəyir. Bu arayışı ASAN xidmətdən çox qısa zamanda pulsuz əldə edə bilərsiniz. Bütün sənədlər hazırdırsa o zaman UBER proqramında qeydiyyatı artıq tamamlamaq olar. Bütün sənədlərin hər birinin sürücülük vəsiqəsinin, texniki passportun, icbarı sığorta haqqında şəhadətnamənin, VÖENin, məhkumluq haqqında arayışın hər birinin skan və ya yaxşı çəkilmiş fotosu qeydiyyat səhifəsində yerləşdirilir. Bir gün ərzində qeydiyyatın tamamlanması prosesi gedir. Maşınınızın keyfiyyətini də unutmayın: avtomobiliniz köhnə olmamalıdır. Məsələn, Jiquli ilə UBER-də işləmək olmaz. Çünki ən azı bu markanın kondisioneri yoxdur. Məlumatlar yoxlanıdıqdan sonra xidmətiniz aktivləşir və siz UBER partners proqramı ilə işləməyə hazırsınız. Bu proqramı App Store və Play Store-dən də yükləmək mümkündür. Necə? Proqrama daxil olduqdan sonra (mail və şifrə ilə) siz xəritədə özünüzü görəcəksiniz. Xəttə çıx düyməsini basdığımız təqdirdə taksi sifarişi vermək istəyənlər üçün görünən olacaqsınız. Onu da mütləq bildirim ki, bu proqramda sifarişlərin intensiv verildiyi yerləri görmək mümkündür. Hətta bonus proqramı belə mövcuddur. Yəqin soruşacaqsınız ki, bonus nədir? Bonus pik saatlıarında daha çox sifariş və əlavə olaraq şirkətin ödədiyi puldur. Məsələn: Cümә günü saat 16:00 dan 21:00-dək xəttə olduğunuz 5 saat ərzində 5 gediş etmisiniz vә gediş haqqı/ödәniş mәblәği ümümi 15 AZN dirsə UBER sizә 5 saata 40 manat gediş haqqı ödәniş mәblәğində zәmanәti verir. Yəni, şirkət mәblәği 25 AZN artırır vә siz belәliklә 5 saata 40 AZN-lik gәliri qazanmış olursunuz. Daha sonra Uber komissiya haqqı tәtbiq edir. SİZ ZӘMANӘT OLMAYAN SAATLARDA SİSTEMDӘ VӘ YÜKSӘK TӘLӘBAT OLAN YERLӘRDӘ OLANDA DAHA ÇOX GӘLİR ӘLDӘ EDӘ BİLӘRSİNİZ!!! Ümumilikdә UBER sizә hәftәlik 77 saat qarşılığında 436 AZN gediş haqqı zәmanәti verir. Siz sadəcə uyğun zamanı seçməlisiniz, UBER-də sizə yardım göstərib onları cədvəl şəklində mail ünvanınıza göndərəcək. Yuxarıda qeyd etdiyimiz proqramla işləmək prosesi sizə çətin gəlməsin. Əslində bu sizin xeyirinizədir. Proqramda dostunu dəvət et bölməsi də var ki, siz dostunuzu işləməyə çağırdıqda buna görə əlavə 30 manat qazana bilərsiniz. Xəttə çıx düyməsini basdıqda siz artıq xəttdəsiniz və müştəriyə yaxın olduğunuz müddət ərzində hər an sifariş ala bilərsiniz. Mənim çalışdığım saatlarda daim sifariş aldığımdan bir dəfə də olsun müştərisiz getməmişəm. Lakin diqqətli olmaq lazımdır, sifariş ekrana çıxdıqda onu 15 saniyə ərzində cavablandırmalısınız. Əgər xəttəsinizsə və onu cavablandırmırsınızsa bu reytinqinizə mənfi təsir edəcək, tədricən daha az sifariş almağınıza səbəb olacaq. Sifarişi aldıqda xəritədə yaşıl nöqtə olaraq müştərinin yerini görmək mümkündür. Ona tez və rahat çatmaq üçün naviqasiya qurğusundan istifadə edin. Orada iki cür naviqasiya təklif olunur waze və google maps. Əgər həmin xəritələr sizə hansısa dolaşıqlıq yaradarsa, ən yaxşısı müştəriyə tez çatmaq üçün özünüzün bildiyi ən qısa yola seçin. 6 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Fotoda: Sürücünün xəttəolma səhifəsi AVTOFAYDA July 2012 Issue 312 Nöqtəyə çatdığınız zaman əgər müştəri görünmürsə, ona zəng vurub yeri dəqiqləşdirin. Amma bunu bilin ki, gəldiyiniz barədə müştərinin telefonuna bildiriş göndərilir. Sifarişçinin gedəcəyi yer xəritədə əvvəlcədən göstərilməyibsə onunla ünvanı dəqiqləşdirin, lakin əlavə artıq hərəkətlər etməyin: yol boyu sual verməyin, danışmayın, güzgüdə onu müşahidə etməyin, o istəmirsə musiqiyə qulaq asmayın Unutmayın ki, müştəri endikdən sonra haqqınızda sistemdə rəy verə bilər. Aşağı rəysə sifarişlərinizin azalmasına gətirib çıxaracaq. Mən işldəyim saatlar ərzində 7 sifariş yerinə yetirdim, lakin bu müddətdə dayanacaqda gözləyən taksi sürücüləri heç iki müştəri belə götürməmişdilər. Əlbəttə, taksiçilər mənim gün ərzində qazancımın miqdarıyla daha çox maraqlanacaqlar. Ümumi gəlirim 3 saat ərzində 24 manat oldu, Uber faizini çıxdıqda isə 18 manatım qaldı (Bu, UBER-də ən aşağı məbləğdir). Amma gəlin qərar üçün tələsməyək və kiçik bir riyazi hesablama aparaq. Beləki biz əgər UBER-in təklif etdiyi pik saatlarda və bonusları işləsək gəlirimiz 18 manatdan 60 manata qalxar. Bu da o deməkdir ki, taksi sürücüsü gündə evinə 60 manat aparanda 10 gündə 600 manat qazanmış olur. Bir ayın hesablamasını isə sizin öhdənizə buraxıram. Sadəcə işləmək, zəhmətə qatlaşmaq, yalnız doğru əmək sərf etmək lazımdır. UBER dünyanın bəzi yerlərində narazılıqla qarşılanır. Narazılıq edənlərsə klassik taksi sürücüləridir ki, onlar bir yerdə dayanıb müştəriyə yüksək qiymət söyləməklə 10 nəfərdən qazanacaqları pulu bir-iki müştəridən çıxarmaq istəyirlər. UBER-sə keyfiyyətli xidmət və sərfəli qiymətlərlə bunun qarşısını alıb. Bəs bu eksprimentim mənə nə qazandırdı? Taksi sürücüsü olmanın inanılmaz çətinliyi ilə bağlı olan mifi dağıtdı İşgüzar bir şəxsin taksi ilə ailəsini normal dolandıra biləcəyini anlatdı Aşağı həcmli mühərrikli (məndə 2.400 kub sm-dir) avtomobilə daha az yanacaq pulu xərcləməklə şəxsi gəliri artırmağın yolunu göstərdi İstəyin və zəhmətin sayəsində arzuladığın hər şeyə nail ola biləcəyini bir daha mənim üçün təsdiq etdi Öz aramızdı, bir taksiçi olmağım qalmışdı, onu da təcrübədən keçirdim. Və hər şey bir yana dursun, hamıya UBER-dən istifadə etməyi məsləhət görürəm. Çünki UBER həqiqətən də sərfəlidir! Fotoda: Sürücünün gəlirləri AVTOSTOP PRESS 7

AVTOFAYDA Başqasının Başqasına yazılmış cəriməni mən ödəməliyəm? 8 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Bəzən bir sıra insanlar xeyli qəribə görünən situasiya ilə üzləşirlər. Və belə zamanlarda nə edəcəklərini belə bilmirlər. Əslində bu çaşqınlıq təbii görünə də bilər, axı hazırda birinin avtomobili yoxdursa, lakin ona sürəkli olaraq cərimələr gəlirsə necə təəccüblənməsin? Tural Yusifov Təsəvvür edin: maşınınız yoxdur, amma qayda pozuntularına görə cərimə ödəmək məcburiyyətindəsiniz. Onda nə etmək lazımdır?.. İlk növbədə vəziyyət aydınlaşdırılmalıdır. Yəni, maşınınız olub, onu satmısınızsa, lakin alan şəxs avtomobili öz adına keçirməyibsə şübhəsiz nəqliyyat vasitəsinin bütün cavabdehliyi sənədlə siz daşıyırsınız. Və təbii ki, qayda pozuntusu törədən avtomobilin sükanı arxasında kim olursa-olsun tətbiq edilən müvafiq cərimələr sürücüyə deyil, Dövlət Yol Polisində (DYP) qeydiyyatda qalan maşının keçmiş sahibinə yazılır. Əlbəttə, çox üzücü bir durumdur. Çünki evinizdə sakit oturduğunuz halda başqasının cərimələrini ödəmək borcundasınız. Belə arzuolunmaz vəziyyətə düşmək istəmirsinizsə diqqətli olmaısınz. Necə?.. 1-ci məsləhət: Avtomobilin yeni sahibi ilə əlaqə yaradın. Yəni, alqı-satqı prosesində maşının yeni sahibinin telefon nömrəsi, ünvanı, elektron ünvanı sizdə qalıbsa onu tapın sənədləşmənin tez bir zaman tam qaydada yerinə yetirilməsini istəyin. Uzaqdan əlaqə saxlamaq mümkün deyilsə, qeydiyyatda olduğu ünvana, avtomobili öz adına qeydiyyata alması ilə bağlı ona xahiş məktubu göndərin. 2-ci məsləhət: əgər avtomobilin yeni sahibi ilə əlaqə saxlamaq mümkün deyilsə, siz rəsmi şəkildə DYP-yə avtomobilin daha öncə qedyiyyata alındığı ünvandan çıxarılması barədə müraciət edə bilərsiniz (alqı-satqı müqaviləsi bağlandığı gündən 10 sutkadan gec olmamaq şərti ilə). Bunun üçünsə alqı-satqı müqaviləsinin əsli və sürətini DYP-yə təqdim etməlisiniz. Və görülən tədbirlərlə avtomobilin qeydiyyatdan çıxması barədə sizə arayış təqdim olunmalıdır. cəriməsi AVTOSTOP PRESS 9

AVTOFAYDA 3-cü məsləhət. DYP-yə müraciət edin. Yəni, siz DYP-nin yol hərəkəti sahəsinə ünvanlanmış inzibati qayda pozuntusu ilə bağlı məktub göndərə bilərsiniz. Məktubda mütləq şikayətinizi bildirin, avtomobilin satılması səbəbini göstərin və buraya alqı-satqı müqaviləsinin surətini əlavə edin. Bilin ki, DYP cərimələri sizin adınızdan çıxarmaq hüququna malikdir. Lakin siz şikayətinizi cərimə çekini aldığınız tarixdən 10 gündən gec etsəniz, o zaman siz şikayət müddətinin uzaldılması üçün də ərizə yazmaq məcburiyyətində qalacaqsınız. 4-cü məsləhət: Qərardan şikayət edin. Əyər sizin əlinizdə inzibati xəta və ya cinayət işinə cəlb olunmanız barədə göstəriş varsa, onlardan məhkəməyə şikayət etməli olacaqsınız. Bu zaman əsas sübutunuz alqısatqı müqaviləsi və ondan əlavə avtomobilin qedyiyyatdan çıxması barədə arayış olacaq. Avtomobilin qayda pozuntusu zamanı digər sahibinin mülkiyyətində olduğunu sübüt etdiyiniz halda cəzadan qurtulacaqsınız. Unutmayın, maşın qeydiyyatdan çıxdığı zaman vergi ödəyicisi nəqliyyat vergisini ödəmək məcburiyyətindən də azad olur. Alqı-satqı müqaviləsi bağlanıb nəqliyyat vasitəsinin aktı verildikdən sonra DYP Qeydiyyat-İmtahan bölməsinə avtomobilinizin satılması və adınızdan çıxması barədə müraciət edin və müraciətə mütləq şəkildə alqı-satqı sənədlərini də qoşun. Onda vergi inspeksiyası özü avtomobilin qedyiyyatdan çıxıb-çıxmaması barədə DYPyə sorğu göndərəcək. Ümumiyyətlə, belə əzab-əziyyət, başağrısı çəkmək, başqasının vergisini və cərimələrini ödəmək istəmirsinizsə, onda mütləq alqı-satqı müqaviləsi bağlandıqdan və nəqliyyat vasitəsinin verilməsi aktı imzalandıqdan sonra alıcı ilə birgə DYP-yə gedib nəqliyyat vasitəsinin addan-ada keçirilməsində şəxsən iştirak edin. 10 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyun 2016 15 AVTOSTOP PRESS 11

AVTOMOBİL RAV4-dən YAXŞı RAV4 YENİ RAV4 HAQQINDA BİR NEÇƏ SÖZ O, təcrübəli alpinistlər kimi bazar zirvələri ni fəth edərək yuxarıya doğru yüksəlməkdəydi. Hətta maliyyə vəziyyətin böhran uçqununun pik nöqtəsinə çatmağına baxmayaraq, «RAV4» öz seqmentində lider olaraq qalmışdı. Əslində dayanıqlılıq üçün çox əziyyətlər sərf olunmuşdu. Dizaynerlərin təkcə ön paneldən 1970-ci illəri xatırladan saatı ləğv etmələri üçün bir neşə il tələb olundu. İndi RAV4 -ün sükanı nazik dəri ilə örtülüb, yeni 4.2 diaqonallı rəngli displey əlavə edilib, ön panelin və qapılarıın üzərinə çox xoş plastik çəkilib, naviqator və multimedia düymələri gözəl dəyişiklərə uğrayıb.. Salon isə gözəgörünəcək dərəcədə yenilənib, lakin özünəməxsus erqonomik səhifələr qalıb. Belə ki, ön panelin yuxarı hissəsi böyük olduğundan düymə və klaviş görünmür, onların da yerin tapmaq üçün diqqət yoldan yayınır. Yeri gəlmişkən, RAV4 bundan sonra öz sahibinə isti münasibəti qarantiya edir: hər iki sıranın oturacaqları, sükan, külək şüşəsi və yuyucu forsunkalar isidiləcək. Yuxariya doğru yol Modernləşməsi zamanı heç bir güc vahidi ziyan görmədi. Həmişəki kimi 2.0, 2.5 və 2.2 L turbodizelli mühərrikləri benzin işə salır. İki litrlik, lakin gücün həm də ön təkərlərə ötürülə bilən RAV4 -ü də əldə etmək mümkündür. Altıpilləli mexanika və variator yalnız ona məxsusdur. Effektli hesab edilən altıpilləli avtomat qutuyla malik digər nəsilin benzin mühərriki 180 at gücünə malikdir və pedala cəld reaksiyası var, sürücüdə isə gümrah sürətlənmə hissi yaradır. Amma aidiyyati səsboğucu qurğular yenilənsə də təkərlərin səsinin salonda yayılması onun hörmət inə xələl gətirməkdədir. Bəlkə Pirelli Zeronun şinləri bu qədər səslidi? Nə bilmək olar? Bir qədər enişli-yoxuşlu torpaq yollarda elektrormaqnitli mufta güclə işləyir. Əlbəttə, bu zaman sport düyməsini sıxmaqla mövcud alqoritmi işə salmaq mümkündür. Amma həmin şəraitdə funksiyalar başqa işlərə yönəldilibsə vəziyyəti anlamaq gərəkdir. 12 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

SPESIFIKASIYA İyul 2016 16 MÜHƏRRIK: 2500 kum sm mühərrik GÜC:...180 at gücü MAKSIMAL SÜRƏT:...180 km saat TRANSMISSIYA: 6 pilləli variator UZUNLUQ:...4605 mm TƏKƏR BAZASI:...2660mm ÇƏKİ:...1855 kq YANACAQ ÇƏNİ:... 60lt YANACAQ SƏRFIYYATI:...8.6 lt-100km(qarışıq rejimdə) YANACAQ STANDARTI:...AVRO 6 AVTOSTOP PRESS

AVTOMOBİL «TOYOTA 6 PILLƏLİ SÜRƏTLƏR QUTUSU ƏSLINDƏ PILLƏSİZDİR. Ümumiyyətlə, RAV4 pis yolları sevmir. Səbəblərindən biri budur ki, mühərrikin gücü 2.5L olduğu halda buraxılış qaz borusunun yerdən hündürlüyü 165 mm səviyyəsindədir. Halbuki digərlərində həmin ölçü 197 mm təşkil edir. Finiş? RAV4 -ün indiki nəsli təkmilləşərək bazarın pik nöqtəsində qalma gücünə malikdir. Amma demək olmaz ki, onun hakimiyyətinin tam zəmanəti vardır. Çünki onun rəqibləri də yatmayıb, təzələnməkdədirlər. Bu yarışma ya daha inamlı qoşulanlar Hyundai Tucson, yeni nəsillə önə çıxacaq «KİA Sportage» və Volkswagen Tiguan fürsət gözləyirlər. RAV4 -ün rəqibləri ilə müqayisədə necə olduğunu isə bizim müqayisə testimiz göstərəcək. DÖRD FAKT Toyota krossoverlərinin başlanğıcı RAV Four 1989-cu ildə Tokio avtomobil salonunda göstərilib. İlk seriyalı RAV4 -lər satışa 1994-cü ildə daxil olub. Yaponlar hər ay avtomobil satışını 4.200 ədəd nəzərdə tutsalar da, elə ilk ayda 8.000 maşın satışını həyata keçiriblər. 14 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

RAV4» İyul 2016 16 Tural Yusifov 2012-ci ildə Toyota, Tesla şirkəti ilə birgə məhdud tirajla 1.484 ədəd RAV4 EV elektrokar istehsal etdi. Maşınların enerjisi 160 km məsafəni getməyə çatır. RAV4 Toyotanın 2015-ci ildə İlk 8 görüş filmində çəkilən dörd avtomobilindən biridir. MÜSBƏT TƏRƏFLƏRİ: düz asfalt üzərində sürülməsi, idarə olunması hamardır; hər bir yerin isidilməsi normaldır; rahat dairəvi baxış sistemə malikdir. MƏNFİ TƏRƏFLƏRİ: Torpaq yolda silkələnir; narahat yolda gedərkən səslər salonda eşidilir. AVTOSTOP PRESS

AVTOFAYDA SƏNƏ BU LAZIMDIR? Bütün dillerlər avtomobil satışı zamanı maşına quraşdırıla biləcək əlavə qurğular, texniki sistemlər təklif edirlər. Özü də çox aktiv şəkildə. Adətən bunlar tək-tək və ya paket şəkilində olur və çox cəzbedici görünür. Bəs həmin vaxt çaşmamaqdan ötrü nəyi almaq lazımdır, nəyi yox? Optimal bir qənaət üçün biz redaksiya əməkdaşları bunu aydınlaşdırmağa çalışdıq. Bundan ötrü mizan nöqtəsi kimi müəyyən bazalı komplektasiyası olan orta statistik bir avtomobil nəzərdə tutulmuşdur. Onun üzərində artıq iki hava yastığı, ABC, kondisioner, qaçırılma əleyhinə immobilayzer, musiqi, həm də pəncərələr üçün elektrik ötürücü, tənzimlənən oturacaq və sükan, mərkəzi açar (kilitləmə), məxmər xalçalar, arxa şüşəni isidən qurğular, yük yerində ehtiyat təkər quraşdırılmış, yerləşdirilmişdir. 16 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyun 2016 15 Beləliklə... ƏN GƏRƏKLİLƏR 1-ci yer Seçimdə birinciliyi iki sistem öz aralarında bölüşdürdü. Onlardan biri adətən ESP(Electronic Stability Program) kimi qeyd olunan kurs stabilliyinin davamlılıq sistemi idi. (Əlbəttə mübahisəlik deyil. Çünki onun funksiyaları həqiqətən çox önəmlidir: avtomobilin yana sürüşmələrinin və əyləc mexanizminin sınmasının qarşısını alır). Və 10 müsbət bal yığmaqla anketlərdə ən arzuolunan seçim kimi göstərilib. (Əslində bir çox hallarda o, komplektasiyaya daxil edilir və o zaman onun quraşdırılması üçün əlavə müzakirəyə, ödənişə ehtiyac qalmır). İkinci 10 bal toplayan oturacaqların qızdırılması sistemidir. 2-ci yer Hər biri 9 müsbət bal toplayan əlavə hava yastıqları, yan güzgülərin isidilməsi və yığılıb açılan arxa oturacaqlar oldu. 3-cü yer Sonuncu liderliyi müsbət 8 balla arxa və ön parktonik ( və ya bu sistemin fərqli adlı analoqları) qurğusu qazandı. Maraqlıdır, tam ölçülü ehtiyat təkərsə cəmi 6 müsbət bal topladı. O ballardanda biri mənim verdiyim səs idi. ƏN GƏRƏKSİZLƏR 1-ci yer İşlənmiş qaz borusunun xromlaşdırılmış başlığı lazımsız görüldü. Onun göstəricisi mümkün olan 20 mənfi baldan 13-nə sahib çıxdı. 2-ci yer Xromlaşdırılmış başlığın ardınca arxa spoyler gəlir. Dillerlərin arxa spoyler adlandırarkən nəyi nəzərdə tutduqlarını bilmədən ona 10 mənfi bal verilib. 3-cü yer Sərnişin oturacaqlarının məşğul olması ötürücüsü bu yeri qazanıb. Onun təyinatı sərnişinin təhlükəsizlik kəmərinin bağlamadığını bezdirici siqnal vasitəsi ilə xəbər verməkdir. Bunu faydalı sanan sürücünü təsəvvür etmək çətin olsa da dillerlər bu funksiyanın satışının mümkünlüyünü düşünürlər. Ümümiyyətlə, mənfi cəhətlər müsbətlərdən daha çox qeyd edilib. Əlbəttə, sükan sisteminin gücləndirilməsi, nizamlanması ( adətən Hyundai markasında bu, Flex steer adı kimi təqdim olunur) kimsədə etiraz doğurmur. Çünki onun təyinatı aşağı sürətlə gedərkən çətin manevrlərdə sükanın rahat dönməsinə yardım etməkdir. AVTOSTOP PRESS 17

AVTOFAYDA Avtomatlaşdırılmış parketmə sistemi də elə bunun qədər mənfi rəy qazanıb mənfi 6 bal. Əlbəttə, həmkarlarımızın məntiqi izah olunandır əyər biz parktonik seçmişiksə, onda avtomatlaşdırılmış parklanma nəyə lazımdı ki?.. Növbəti 5 mənfi balı olan bardacok (əlcək yuvası) və avtomatlaşdırılmış qapı bağlayıcısı göstərilib (əlbəttə, bu axı soyuğun mənbəyidir). Əslində o tamamən lazımsızlar siyahısına düşmür, çünki xromlaşdırılmış boru başlıq kimi sadəcə xarici görnüş üçün deyil. YAXŞI VƏ PİS Bu imtahanda lider, qalib və ya məğlub yoxdur, burada sadəcə müsbət və mənfi rəy qazananlar var. Mənim araşdırmamın sirli siyahısına kruiz-kontrol (3 müsbət və 1 mənfi bal), eyni nəticəli rezin xalçalar (ayaqaltılar), eləcə də faraların yuyulması və ölü zonaya nəzarət sitemləri də daxildir. Eyni zamanda oturacaqların ventilyasiyasını və masajını da unutmaq lazım deyil ( 1 müsbət 3 mənfi bal). Bəziləri məndən fərqli düşünsələr də hesab edirəm ki, bunlar heç də lazımsız deyillər. ƏN DİQQƏT CƏLB ETMƏYƏNLƏR Maraqlıdır, funksiyalar arasında nə mənfi nə müsbət bal almayanlar da oldu. Onları biganəlik göstəricisi kimi də qruplaşdırmaq mümkündü, 18 AVTOSTOP PRESS lakin bu o qədər də düzgün yanaşma olmazdı. Bəlkə də mənim xəsislik edərək qoyduğum yalnız 5 müsbət və mənfi seçim qaydası onların da müəyyən rəy qazana biləcəyinə mane oldu. Hər şeyin nəzərə alınması və təsvirin tam görünməsi üçün hə və yox söyləməyənləri də qeyd edərkən elektron yardımçılar siyahısındakı adaptə olunmuş faraların, yoxuşa qalxmaya yardım və avtomobili sürücüsüz saxlama funksiyalı qoruyucu əyləc sistemlərinin, habelə interyer, rahatlıq baxımından dəri sükanın, oturacaqların elektron nizamlanmasının, stəkan altlığının reylinqləri diqqətdən kənarda qalmamalıdır. Çox qəribə görünsə də güzgülərin avtomatik yığılıb açılması da həmin siyahıya daxildir. Onu da əlavə edim ki, həmkarlarımda startstop sistemi (1 mənfi bal), sirli-boltlar (1 mənfi bal) və dəri oturacaqlar (1 mənfi bal) parlaq reaksiya doğurmadı. Sonda yekun nəticəni etmək qaldı. Məncə hər bir adam avtomobil sahibinə çevrilərkən həm özünün nəyə daha çox ehtiyac duyacağını, həm bir fərd kimi xarakterini, həm də dəyərləndirmələrdəki bütün rəyləri, hətta rəydən kənarda qalanları belə nəzərə alıb buna görə qərar verməlidir. Satışda maraqlı olan dillerləri isə qınamaq lazım deyil... Tural Yusifov WWW.AVTOSTOP.TV

AVTOFAYDA Müvəqqəti nişanlar Adətən ilin bu dönəmində isti yay aylarında insanlar istirahətə yollanırlar. Şəhərlərin yorucu, işgüzar dövrünün stresindən təbiətin qoynuna sığınırlar. Və bu zamanlarda bir çoxları həmin istirahət məkanlarına öz avtomobillərində getməyi xoşlayırlar. Əlbəttə, maşınla səyahət rahatlıq üçün önəmli vasitə olsa da onun da özünəməxsus diqqət tələb edən qaydaları var və onları bilmək vacibdir. Çox sadə görünsə də elə yolhərəkət nişanları var ki, ya sürücülərin məlumatsızlığı, ya da məsuliyyətsiz digər müdaxilələr üzündən qarışıqlıqlar baş verir. Əlbəttə, adətən sürücülərimiz özlərinin bilgisizliyini, məlumatsızlığını etiraf etməyi xoşlamasalar da bu həqiqəti dəyişdirmir... Məsələn, əgər səyahət etdiyiniz yolda müvəqqəti nişan quraşdırlıbsa, o zaman nə etmək lazımdır? Çoxları təsdiqləyər ki, insanların daha çox istirahətə getdiyi dövrlərdə yol idarələri təmirə başlayırlar. Belə olanda da mövcud hərəkət sxemi dəyişdirilməyə məruz qalır. Əslində yol nişanları və xətləmələri bir-birinin əksinə göstəriş verməməlidir, lakin buna da rast gələ bilirik. Belə hallarla ən çox dediyimiz bu yol təmirləri zamanı rastlamaq olar. Bu da qəzalar üçün münbit şərait yaradır. Əvvəlki dövrlərdə tez-tez eşitdiyimiz Təkrar biliyin anasıdır şüarına əsaslanaraq təhlükəsilik nədəniylə bəzi məsələləri təkrar etmək yerinə düşər. Məlumdur ki, yol-hərəkət nişanları və nişanlanması iki cür olur: daimi və müvəqqəti. Müvəqqəti yol nişanları əsas yol nişanlarından fərqlidir, yəni, sarı fondadır. Yeri gəlmişkən, bizdə müvəqqəti yol nişanları daimi, amma daşınan nişanlar kimi mövcud olur. Yəni, nişan daşınandır, amma daimi ilə eynilik təşkil edir. Bəli, bu bizim ölkənin qəribəliklərindən biridir. Əgər siz yolda 1.8, 1.15, 1.16, 20 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Iyul 2016 # 16 1.18 1.21, 1.33, 2.6, 3.11 3.16, 3.18.1 3.25 nişanlarını sarı fonda görürsünüzsə, bu nişanlar müvəqqəti nişanlar hesab edilir. Bununla bərabər hərdən adi nişan formasında, lakin sarı elemetnlərlə də ola bilir. Müvəqqəti yol nişanlanması da əlbəttə daimi rəngdən fərqli olur. Bunun qaydası belədir. Əgər daimi nişan ağdırsa, müvəqqəti nişan narıncı rəngdə olmalıdır və bunu daimi sarı xətlərlə qarışdırmaq lazım deyil. YHQ-da birbaşa göstərilir ki, müvəqqəti nişan daimi nişandan üstündür. Həmçinin, yol nişanlanmasında da eyni prinsip tətbiq edilir. Əgər yerdəki nişanlanma ilə yüxarıdakı nişan arasında fərqlilik varsa o zaman müvəqqəti yol nişanı (yuxarıdakı) tədbiq edilir. Prioritetləri siyahı ilə göstərsək belə olmalıdır: Müvəqqəti yol nişanı Daimi yol nişanı Müvəqqəti yol nişanlanması Daimi yol nişanlanması Bu zaman son dərəcə diqqətli olmaq lazımdır, əgər yol hərəkətinin təşkilində, necə deyərlər, aləm bir-birinə dəymişdirsə ilk növbədə müvəqqəti nişana, daha sonra daimi nişanlara fikir verin. Dərhal ardınca yol nişanlanma xətlərinə nəzər yetirin və tələsməyin. Bilgisizlik, tələskənlik istrahətə getdiyiniz yerdə sizə peşimançılıq yaşada bilər... Lakin bir şeyi nəzərə almaq lazımdır ki, bizdə yol təmiri zamanı istifadə edilən nişanların hamısı sarı fonda deyil ağ fondadır. Onların daşına bilən olması onları müvəqqəti edir. Əslində isə qaydalar əsasən müvəqqəti yol nişanları sarı fona malik olmalıdırlar. Necə ki, bizdə svetoforla nizamlanan yolayrıclarına «zebra» dediyimiz piyada keçidi çəkilir (əslində qanunla belə olmalı deyil), o cür də müvəqqəti yol nişanları tədbiq edilir. Ona görə ölkə reallığını nəzərə almağınızda fayda var. Tural Yusifov AVTOSTOP PRESS 21

AVTOMOBİL WWW.AVTOSTOP.TV

İyun 2016 15

AVTOFAYDA ASİYA MALI Hər zaman Asiya ən müxtəlif sahələrdə Avropa və Amerika ilə mübarizədədi. Və çox təəssüf ki, çox uzun əsrlər boyu həmişə öndə olan qitə, son üç-dörd yüz ildə qərbli qardaşlar yla ayaqlaşa bilmir. Amma bu heç də o demək deyil ki, o öz müqəddəratını qarşıya təslim edib. Xeyr. Əslində həyatın, sivilizasiyanın beşiyi olan Asiya son dönəmlərdə mövcud geriliyi aradan qaldırmaq üçün çox çalışır. Hətta deyərdim ki, xeyli müddətdi bir sıra sahələrdə uğur qazanmağı da bacarıb. Elə götürək avtomobil istehsalını. Əlbəttə, iradə və yetərincə əmək, zəhmət sərf olunanda nəticə də özünü göstərir. Və bunu ürəkdən alqışlamaq gərəkdir. Mənsə bu dəfə sizə dünyada tanınmış 12 avtomobil markasının simvol hekayələrindən danışacam. Honda Honda şirkətinin loqotipi mühəndis və avtoyürüşçü Sohiro Honda tərəfindən hazırlanıb. Yaranma tarixi isə qeyri-ordinardır. Çox kasıb bir ailədən olan Sohiro Honda 1922-ci ildə, 16 yaşında oxuduğu məktəbi ataraq avtotəmir müəssisələrin birində şagirdliyə başlayıb, bir müddət sonra isə usta kimi çalışıb. Ağlı və bacarığı ona imkan verib ki, başqalarından daha yaxşı işləsin. İlk dəfə o, motosikl təkərlərində taxta millərin dəmir millərlə əvəzlənməsinə girişib. Məhz belə bacarıqları sayəsində də irəli gedərək az sonra Honda dogma Hamamaçu şəhərində öz avtotəmir müəsisəsini açaraq istedadlı mühəndis kimi ətrafa səs salıb. Əslində onun yenilkçi ideyaları çoxdur. Məsələn, Sohiro Hondanın 1938-ci ildə kəşf etdiyi porşen halqası uzun müddət avtomobil istehsalında vacib detallardan biri sayılıb. O, 1948-ci ildə Honda Motor Companyni rəsmən qeydiyyatdan keçirərək mototexnika istehsalına başaladı. 1963-cü ildə isə bazara ilk S500 roadsteri təqdim edildi. Loqosundakı H işarəsi soyadının baş hərfidir. Acura Acura brendi isə 1984-cü ildə yaradılıb. Bu, Honda şirkətinin ABŞ bazarını ələ keçirmək üçün yaratdığı bir brenddir. Məhz Acura Yaponiyanın ilk premium sinif avtomobili sayılır. Şirkətin adındakı Aku (Acu) latın morfemasıdır, mənası səliqəli (və ya dəqiq) deməkdir. Bir çoxları Acura nın loqosunda hər hansı bir aləti təssəvvür etsələr də, bu sadəcə böyük A hərfidir. Elə Honda da olan böyük H hərfi kimi. 24 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Hyundai Çon Dju Yen Cənubi Koreyada Kanvon-do vilayətinin kiçicik Asan kəndində yoxsul bir ailənin 7-ci övladı olaraq dünyaya göz açdı. Orta təhsil aldıqdan sonra pul qazanmaq üçün Seula gələn Çon ilk dövrlər yük daşıdı, fəhlə işlədi, sonra kuryer, daha sonra isə avtomexanik kimi çalışdı. Bu qədər ağır zəhmətlərin ardından o, 1939-cu ildə özünə avtotəmir emalatxanası aça bildi. Sonralar isə bu emalatxana inkişaf edərək hamının tanıdığı, məşhur Hyundai (1946-cı il) adıyla məşhirlaşdı. İndi Hyundai böyük bir konqlomeratdır. Avtomobildən savayı məişət texnikası, lift və bir sıra digər avadanlıqlar istehsal edir. Hyundai loqosundakı əyiımiş H hərfi isə biri-birinin əlini sıxan iki adamı simvolizə edir: onlardan biri şirkət nümayəndəsi, digəri isə xoşbəxt müştəridir. Kia 1944-cü il Kia Motorsun əsasının qoyulduğu ildir. Həmin vaxt şirkət KyungSung Precision adlanırdı və velosiped istehsalıyla məşğul olurdu. Yeri gəlmişkən onu da xatırladaq ki, ilk Koreya velosipedləri Kia tərəfindən istehsal edilib. Şimali Koreya ilə üzücü müharibədən sonra istehsal aşağı düşməyə başlasa da ölkə prezidenti Pak Çonxi KİA-nı istehsaltda yenə lider sayaraq dövlət tərəfindən ona kifayət qədər maliyə yardımları ayırırdı. 1960-cı illərin sonunda KİA ilk 3 təkərli yük avtomobili K360-ı istehsal etdi. 10 il sonra isə müəssisə 4 təkərli yük avtomobilləri Titan və Boxer in istehsalına keçdi. KİA -nın ilk minik avtomobili 1974-cü ildə buraxılıb. Bu, Mazda şirkəti ilə birgə istehsal edilmiş KİA Brisa idi. KİA adı ki sözündən yaranmışdır və dünyaya tanıdılan və ya dünyaya göstərilən mənasını verir. Sonluqdakı A isə Asiya qitəsi anlamındadır: yəni, dünyaya Asiyadan tanıdılan. 1994-cü ildən mövcud olan ellipsvari loqo isə şirkətin ambisiyalarını göstərir ki, bu da dünyanı əhatə etmək deməkdir. Lakin daxilə istehsal edilən məhsullarda şirkətin loqosu K hərfi ilə göstərilir. Tural Yusifov AVTOSTOP PRESS 25

İyun 2016 16 IQUAM EAT. TEM EICIENT LABORERSPIS DEBIS PARUM QUAE ILLIBEATENIA QUATI CORE NUM QUAM VOLUPTUR? SAPITIOSSED QUO ES EXPLABO. US SUNT VOLUPICATUS, ESTISSUS ET PRE VOLOREC EREREPRATEM ANDITATA QUE. By Jane Doe AVTOSTOP PRESS 27

YOL NECƏ NİZAMLANIR? Statİs 28 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyun 2016 15 tika YOL NECƏ BAKI Tural Yusifov NİZAMLANIR? AVTOSTOP PRESS 29

AVTOFAYDA STATISTIKA DAİRƏSINDƏ HƏRƏKƏT SXEMİ Bir çox sürücülər Statistika dairəsi deyilən yerdən keçəndə hər zaman çətinlik yaşayırlar. Zarafat deyil, 5 küçənin birləşməsindən yaranan yolayrıcında vəziyyət heç də ürəkaçan deyil. İş vaxtlarında bu yolayrıcı nizamlanmayan, qeyri iş günlərində isə nizamlanan yol ayrıcına çevrilir. Hərəkətin pik saatlarında isə hərəkət etmək mümkün deyil. Bəs o zaman burada hərəkət necə nizamlansa, daha yaxşı olar. Bu barədə oxucumuzun təklif etdiyi hərəkət sxeminə nəzər salaq. Statistika dairəsində nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsi üçün müəyyən araşdırmalar aparılmışdır. Araşdırmaların nəticəsi olaraq A.Mirzəyev küçəsindən Statistika dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəyə daxil olmasının sxemdə göstərilən qaydada yeni adacığın yaradılması ilə tam məhdudlaşdırılmasını məqsədə müvafiq sayırıq. A.Mirzəyev küçəsindən gələnlər dairəyə daxil olmadan düzünə İnşaatçılar pr-i istiqamətində hərəkət etməlidirlər. Onlar yenidən geriyə İnşaatçılar pr-dən dairəyə qayıtmaq üçün irəlidə Ə.Haqverdiyev küçəsi və ya İnşaatçılar Pr-i H.Cavid parkından geriyədönmə edə bilərlər. Həmçinin avtobus dayanacağının içərisində quraşdırlmış piyada keçidi oradan ləğv edilməlidir. Bir qədər irəliyə və ya geriyə çəkilməklə, svetoforla nizamlanan piyada keçidi təşkil edilməlidir. Təbii ki, idealda bu piyada keçidi üstdən kontruksiyalı olsa, daha yaxşı olardı. Lakin mövcud vəziyyəti nəzərə alaraq svetoforla nizamlanan piyada keçidi ilə kifayətlənmək olar. Həmçinin burada olan svetoforların yaşıl dalğa prinsipi ilə işləməsi hərəkətin intensivliyinə müsbət təsir göstərmiş olardı. Eləcə də, B.Bağırova küçəsinin girişində quraşdırılmış birtərəfli hərəkət nişanını nəzərə alaraq, girişdə hazırlanmış heç bir əhəmiyyət kəsb etməyən adacığı götürüb yeni adacıq yaratmaqla nəqliyyat vasitələrinin B.Bağırova küçəsindən İnşaatçılar prospektinə daxil olmasını tam məhdudlaşdıraraq hərəkətin sxemdə göstərilən qaydada təşkil olunmasını təklif edirik. 30 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyun 2016 16 A.Mirzəyev küçəsindən gələnlər sola dairə istiqamətində deyil,inşaatçılar pr-i istiqamətində hərəkət etmiş olsalar, o zaman hərəkət intensivliyi sürətlənmiş olar. AVTOSTOP PRESS

AVTONİŞAN Maddə 59. Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir. III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: 1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər.; 2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində - qabarit işıqları IV. Uzaq işıq yaxın işığa: 1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə; 2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa; 3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır; 4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar. V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır: 1) motosiklet və mopedlərdə; 2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda; 3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində; 4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində; 5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində; 6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrində. V-I. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə; 3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə. Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə Nişanın 32 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 SÜRÜCÜLƏRİMİZİN BİR ÇOXU AVTOMOBİLİN İŞIQLARI NECƏ İSTİFADƏ EDİLİR BİLMİRLƏR. VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir. VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə. VIII. Projektor-faradan və axtarıcıfaradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stopsiqnallara qoşmaq qadağandır. X. Avtoqatar tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır. XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: 1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; 2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir. mənası AVTOSTOP PRESS 33

AVTOİDMAN ATASININ 34 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyuL 2016 16 BALASIMüəllif :Rövşən Ruhi AVTOSTOP PRESS 35

AVTOİDMAN Aynur Hüseynzadə Onu sürətə və avtomobill yarışlarına rəğbət bəsləyənlər, xüsusən də Formula-1 azarkeşləri yaxşı tanıyırlar. Çünki bir zamanlar o, avtomobil yarışlarlnda diqqətləri özünə çəkə, izləyəcilərə həyacanlı anlar yaşada bilmişdi. Əslində Aleksandr Battonun xarakterinə bələd olanlar əvvəllər də onun qarşısına qoyduğu məqsədə mütləq çatacağına inanırdılar. Böyük Britaniyanın Somerset qraflığındakı Froum şəhərində dünyaya gələn və çox erkən yaşlarından kartinqlə məşğul olmağa başlayan Censon çox böyük zəhmətlər və risklər hesabına həqiqətən də tutduğu yolun zirvəsini fəth etməyi bacardı. Belə ki, Aleksandr Batton 2009-cu ilin Formula-1 üzrə Dünya Çempionu adına sahib oldu. Əslində onu Formula-1 qəhrəmanları içərisində Sonuncu Mogikan lardan biri də adlandırmaq da olar. Batton Formula-1-də debütünü hələ uzaq 2000-ci ildə Williams sükanı arxasında etmişdi. Və sadəcə bir neçə ildən sonra 2003-cü ildə Renault komandasında çıxış edərkən, Flavio Briatore onu Fernando Alonso ilə əvəzləmişdi. Həmin vaxt fikrini də belə ifadə eləmişdi: Сenson yaxşı pilotdur, lakin onun fikrini yayındıran çox nüanslar var. Mənim qərarımınsa səhv olub-olmadığını zaman göstərəcək. 2003-cü ildən Battonun karyerasında Honda dövrü başlamışdı. (Bar-Honda). Xeyli əmək sərf edildi, zəhmətlər çəkildi. Və o, bütün bunların bəhrəsini gördü: ilk dəfə 2004-cü ildə podiuma qalxdı (Malayziya Qran-prisi). Əlbəttə, bu, diqqətlərin ona yönəlməsinə səbəb olsa da növbəti ildə bir sıra qarmaqarışıqlar, dolaşıqlıqlar vəziyyəti tərsinə çevirdi. Belə ki, 2005-ci ildə baş verən Williams-Bar qalmaqalı, sezonun əvvəlində isə texniki problemlər və cərimələr Censonun 2 yarış buraxmasına gətirib çıxardı. Əlbəttə, bütün bunların psixoloji təsirləri də vardı. Lakin Batton Honda da qalmaqda davam edirdi. Ən başlıcası isə bütün sıxıntılarına baxmayaraq o başarısına olan inamını itirməmişdi. Və 2006-cı ildə Censon Formula-1-də ilk tarixi qələbəsini qazandı. Həm də nəzərdə tutulmayan maneələrlə üzləşdiyi bir şəraitdə. Belə ki, Macarıstan Qran-Prisində, startda mühərrik dəyişikliyinə görə 10 pillə itirərək 14-cü olmasına rəğmən britaniyalı, güclü yağışlı hava şəraitində keçən yarışda 13 pillə irəliləməyi bacardı, bununla da Naycel Mensellin 1989- cu il rekordunu qıraraq 12-ci yerdən 1-ci yerə adlayıb qələbə qazandı. 36 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Amma həyatda heç nə əbədi olmadığı kimi onun bu uğuru da yavaş-yavaş öz yerini tərk etməkdəydi və maləsəf ki, bir qədər erkən. Lyuis Hemiltonun səhnəyə çıxması ilə, Battonun Britaniyanın Formula-1 ümidi kimi rolu azalmağa başladı. Naycel Mensellsə Censonun bu illər ərzində kifayət qədər imkanının olduğu, lakin bunlardan istifadə edə bilməməsi barədə tənqidlərlə çıxış etməkdəydi. 2008-ci ildə HondaRacing F1 daha zəif şassiyə malik idi və Censon mövsümü cəmi 3 xalla başa vurdu (İspaniya Qranprisində 6-cı yer). Lakin bu azmış kimi dünyada baş verən iqtisadi böhrana görə Honda ilin sonunda çempionatdan getdiyini də açıqladı. Aynur Hüseynzadə İçİban nədir? Sual: Azarkeşlər bilir ki, yapon heroqliflərindən ibarət tatuirovkanız nömrə 1 mənasını verir. 2009-cu ildən əvvəl yaranmasına baxmayaraq, qələbədə onun rolu nə qədərdir? Cavab: Bəli. Yəni, bu İçiban, Nömrə 1 adlanır. Lakin yarışlarla heç bir əlaqəsi yoxdur, bu mənim və dostlarımın iştirak etdiyi triatlon komandasının adıdır. AVTOSTOP PRESS 37

AVTOİDMAN Maraqlıydı, çoxlarının artıq Censon Batton üçün zəfərlərin bitdiyini düşündükləri bir dövrdə o, hər kəsi təəccübləndirdi. 2009-cu il mövsümü Censon Battonun Formula-1 karyerasında, belə demək mümkünsə, yeni bir inqilab oldu. Honda komandası əvvəlki sahibi Ross Braun tərəfindən simvolik qiymətə alınaraq, yeni Brawn GP adı ilə təsdiqləndi. Və Censon burada mövsüm boyu möhtəşəm nəticələr göstərərək 6-sı qələbə olmaqla, 9 dəfə podiuma çıxdı. Sonda isə ən yaxın izləyicisi olan Sebastyan Vetteli 11 xal qabaqlayaraq çempion adını qazandı. Lakin bu uğurun davamı gəlmədi. 2010-cu ildə Braun konserni Mercedesə satılandan sonra Censon Mclaren ə keçidiyini elan etdi. Səbəb kimi Hemiltonla bir komandada olmasınin ona daha çox motivasiya verəcəyi idi. Lakin 2010-2013-cü illər Red Bull Racing pilotu Sebastyan Vettelin dominantlığı ilə keçdi. Censon da öz növbəsində bu nəticələrlə yadda qaldı: 2010-cu il 5-ci yer, 2011-ci il 2-ci yer, 2012-ci il 5-ci yer, 2013-cü il 9-cu yer. 2014-cü il isə britaniyali eks dünya çempionu üçün heç də yaxşı başlamadı. 13 yanvar, 2014-cü ildə Censonun atası, rallikross yarıslarının keçmiş pilotu, Con Batton dünyasını dəyişdi. O vaxt Rusiya Formula-1-nin səsi sayılan Aleksey Popov bunları demişdi: Oğlunda ralli, kartinq və nəhayət Formula-1 sevgisi yaradan, Con istisnasız olaraq bütün yarıslarda oğlunu canlı izləyirdi. O bununla sadəcə oğlunun yanında olmağa, onu dəstəkləməyə çalışırdı. Və Con Batton 2000-ci illərin ortalarındakı böhranlı dövrdən Braunla qazanılan çempionluğa qədər Censonun yanında idi... Sən həmişə ürəklərdə qalacaqsan. Təbii ki, atasının yoxluğunu o daha dərindən hiss edirdi. Və özünü sürətə daha çox həsr etdikcə sanki bundan daha çox təsəlli tapırdı: Hər çıxdığım yarış, atamın yoxluğunu az da olsa mənə unutdurur. Lakin Formula-1-in 2014-cü il mövsümündə Sinqapur Qran-Prisi istisna olmaqla, Censon bütün yarışlarda finişə çataraq turnir cədvəlində xal hesabında 8-ci yeri tutdu. 2015-ci il mövsümündə Ferrari dən ayrılan Fernando Alonso ilə eyni komandada çıxış edən Batton bir qədər də zəif göstəricilərə imza atdı. Əslində həmin yürüşlər hər iki pilot üçün zəif mühərriklər və bərbad nəticələrlə yadda qaldı. (Batton-16, Alonso-17 pillə) Nömrə 22-nin uğuruna bəslənən ümid... Hal-hazırki mövsümdə 9 mərhələdən sonra 13 xalla 15-ci pillədə qərarlaşan Censon cari çempionatda 22 nömrə altında yarışa qatılıb. Xatırladaq ki, məhz bu nömrə ilə o, 2009-cu ildə çempion olmuşdu. Lakin... Mən səbirsizliklə Britaniya Qran-Prisini gözləyirəm. Azarkeşlər məni doğma divarlarar asında dəstəkləyəcəklər. Silverstouna gəlin möhtəşəm yarış olacaq! Və biz qalib gələcəyik. Avstriya Qran-prisindən sonra Censon Battonsa qazandığı 6-cı pillədən ilhamlanaraq dediyi bu sözlərlə yadda qaldı... 38 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 AVTOSTOP PRESS 39

AVTOİDMAN Aynur Hüseynzadə AVROPA 40 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Qısa xatırlatma: Bakıda keçirilən ilk Avropa Qran-prisinin qalibi Mercedes komandasının pilotu Niko Rosberq oldu. Niko Rosberq həm də ən sürətli dövrəyə imza atdı (1:46.485). Podiumda ikinci yerdə Ferrari komandasının pilotu Sebastian Fettel, üçüncü yerdə isə Force İndian dan Serxio Peres qərarlaşdı. Trassda maksimal sürət saatda 340 km. nəzərdə tutulsa da, Mercedes in pilotu Levis Hemilton sürəti saatda 364 km-ə çatdırmağa nail oldu. Bakı Şəhər Halqasından verilən məlumata görə, Qran-pri yürüşlərinə 42 ölkəyə daxil olmaqla 25 min bilet satılmış, təqribən 4 milyon manat gəlir əldə edilmişdir. Havanın vəziyyətindən isə kimsə narazılıq edə bilməzdi. Qran-pri günəşli və quru hava şəraitində keçdi. Azərbaycanlıların Formula-1 marağı?.. Əslində Formula-1-in ən böyük rəqibi futbol deyil, azərkeş sayıdır. Bu idman növünü deyilənlərə görə, dünya üzrə 500 milyon insan izləyir (bu böyük göstəricidir red.), lakin etiraf etməliyik ki, bununla belə planetin əhalisinin futbola olan marağı Formula- 1-i üstələyir. Və azərbaycanlılar da futbolu Formula-1-dən üstün tutanlar sırasındadır. Bizim üçün Formula-1 üzrə Avropa Qranprisi ilə əlaqədar bağlanmış müqavilənin 5 ilindən biri artıq geridə qalaraq (10 illik bağlanan bu müqavilənin 5 ili mütləq şəkildə, digər 5 ili isə dövlətin razılığı əsasında keçirilə bilər) tarixə çevrildi. Amma daha maraqlısı budur ki, yerdə qalan müddətdə ölkəmizdə Formula-1-ə olan maraq artacaq yoxsa?.. Avtostop komandası Avropa Qran-prisində akkreditə olunmuş KİV-lərdən biri idi. Əslində Formula-1 bizim komanda üçün yeni bir mövzü deyildi. Çünki bu haqda artıq 2 ildir həm efirimizdə, həm də jurnalımızın səhifələrində rubrikalar səslənir, müxtəlif yazılar yer alır. Hətta 2015-ci ilin sentyabrından başlayaraq proqram çərçivəsindəki Bolid FM sırf Avropa Qran-prisinə həsr olunmuş rubrika kimi canlı olaraq yayımlanmağa başlayıb. Amma onu da deyim ki, bu rubrika dinləyicilərimiz arasında heç də birmənalı qarşılanmadı. MACƏRASI AVTOSTOP PRESS 41

AVTOİDMAN Bizim əsas məqsədimiz və funksiyamızsa MAARİFLƏNDİRMƏK olduğu üçün bu, işimizin istiqamətini dəyişmyəcəkdir. Belə ki, verilişin adından bəlli olduğu kimi, avtomobil aləmində, xüsusən də avtoidmanda özü də həmin avtoidmanın Azərbaycanla birbaşa əlaqəsi varsa, Avtostop komandası mütləq bunu işıqlandırmalıdır. Biz juralistlər üçün Avropa Qran-prisi iyunun 16-da, bulvarda start götürən avtoqrafsessiyalardan başladı. Əcnəbi turistlərin və könüllülərimizin əlindən (yaxşı mənada) pilotlara yaxın durmaq müşkül məsələ idi. Əlbəttə, Formula-1 yalnız bolidlərin yarışı olduğundan sırf azarkeşlərin sayı tədbirə maraq üzündən gələn turistlərin sayından, özündə müxtəlif idman növlərini cəmləşdirən beynəlxaq tədbirlərin üzvlərindən az idi, amma bu normal haldır. Jurnalistlər üçün media mərkəzi Hilton otelin ikinci mərtəbəsində yerləşirdi. Burada işgüzar bir atmosfer hökm sürüdüyündən həm yerli, həm də əcnəbi pressa nümayəndələri keyfiyyətli şəkildə işlərini görə bilirdilər. Əcnəbi jurnalistlər gözlərini noutbuklardan, monitorlardan ayırmırdılar. Əlbəttə, işlə bağlı bəzi özəl durumların yaşanması istisna olmaqla. Yəni, qəflətən biri qulaqçığı taxaraq, mikrofonu çıxarıb bir başa hansısa xarici telekanalda yayıma bağlayırdı. Onu da qeyd edim ki, pilotlarla müsahibələr istisna olmaqla, ümumilikdə açıq havada reportaj hazırlayan juralistlər o qədər də çox deyildi. Məlumatlar monitorda izlənilib saytlara çatdırılırdı. Bulvardakı əyləncə proqramlarına gəldikdə... Bu il Avropa Qran-prisində belə bir vəziyyət yaranmışdı: həm turistlər, həm də Azərbaycan izləyicilərinin böyük bir qismi sanki Avropa Qran-prisinin möhtəşəm komandalarına, pilotlarına azərkeşlik etməyə, onların risqli, həyəcanlı yürüşlərini izləməyə deyil, Enrike İqlesias, Kris Braun və Farel Vilyamsın konsertindən zövq almağa qatılıblar. Belə ki, yürüşlər zamanı tribunalarda axşam konsertə toplanmış tamaşaçı kütləsini görmək mümkün olmadı. Konsertdən savayı bulvarda müxtəlif əyləncə proqramları (games zone), brend butiklər (komandalara məxsus 1 maykanın qiyməti təqribən 80-100 AZN təşkil edirdi), kafelər, biletləri olan şəxslər üçün pulsuz qidalanma köşkləri, həmçinin milli atributlarla bəzədilmiş stendlər yer almışdı. Mətbuat konfransları, paddok hissədə pilotlarla müsahibə, komandaların boksları, bir sözlə hər bir element FİA standartlarına uyğun hazırlanmışdı. Qran-pri zamanı təhlükəsizliyin təminatını xüsusilə qeyd etməliyik. Çünki belə yürüşlərin bəzilərində hansısa yarış fanatının trassa qaçması və ya kimlərinsə pilotlara qarşı arzuolunmaz hərəkətlərdə bulunması... baş verir, lakin Bakıda keçirilən Avropa Qran-prisi bu baxımdan da uğurla başa çatdırıldı. Əlbəttə, yürüşdən əvvəl pişiyin trassa tullanmasını və Ferrari nin pilotu Kimi Raykonenin bolidinə göy sellofan paketin ilişməsini nəzərə almasaq... 10 aydan sonra Bakı ikinci dəfə Formula-1 üzrə Aropa Qran- prisini qarşılayacaq. Bu dəfə iki əsas vəzifə qarşımızda durur: biletlərin sayını maksimum səviyyədə artırmaq, ictimaiyyətdə bu idman növünə olan marağı inkişaf etdirmək. Düzdür, bir çox yerlərdə Formula-1 kral yürüşləri adlandırılır, lakin bu o demək deyil ki, bütün dünya üzrə onu izləyən tamaşaçıların hər biri onu rəğbətlə qarşılamaq statusu na sahibdirlər. 42 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

Formula-1-də futbol kimi bir idman növüdür və bu idman növünü iqnorə tməyə dəyməz. Əgər Formula-1 də pilotlar milyonlar qazanırsa, unutmayaq ki, futbolda da oyunçuların transferləri əfsanəvi məbləğlərlə gerçəkləşir. Formula-1-ə ilkin mərhələdən başlayaraq yüksək səviyyədə maraq göstərməyə məcbur deyilik. Lakin bu idman növünün bizim izləyicilərimizdən ötrü bir yenilik olduğunu nəzərə alsaq zamanla onu da sevə biləcək səbəblərimiz artacaqdır. Məgər yarışlarda ən azı Gülhüseyn Abdullayev kimi gənc pilotlarımızın da iştirakı, müxtəlif ölkələrdən insanların ölkəmizə kütləvi şəkildə səfər etməsi, paytaxtımızın gözəl görüntülərinin bütün dünyaya canlı yayınlanması, xalqımız haqqında xoş məlumatların digər millətlər arasında gəzməsi... kiçik səbəblərdirmi? Əlbəttə yox. Və mən inanıram ki, şox tezliklə bizim də bu həyəcanlı yürüşlərə olan münasibətimiz dəyişəcək...

VAXT VAR İDİ Aynur Hüseynzadə 1882-ci ildə parisli zadəgan vikont Alber de Dion təsadüfən mağazaların birinin vitrinində oyuncaq buxar maşını ilə rastlaşır. Və bu, zadəganın diqqətini özünə elə cəlb edir ki, o, digər işləri unudub oyuncağın kim tərəfindən düzəldildiyi ilə maraqlanır. Bütün bu məlumatları öyrəndikdən sonra de Dion oyuncağın yaradıcıları mexanik Jorj Buton və Şarl-Arman Trepardla tanış olur və onların şirkətinə sərmayə yatırmağı təklif edir. Əlbəttə, bu onlar üçün göydəndüşmə bir iş idi. Razılaşırlar. Və beləcə adi bir təsadüf nəticəsində Fransanın yeni De Dion Buton avtomobil şirkəti yaranır. Əlbəttə, elə başlanğıcdaca müəssisə mükəmməl texnika buraxmadı. İlk vaxtlar şirkət buxar maşını ilə hərəkətə gətirilən dördtəkərli motosikllər istehsal edirdi. O dövrlər üçün bu heç də pis texnika sayılmasa da Alber daha fərqli şeylərin hazırlanmasını düşünürdü. Məhz həmin ərəfələrdə Parisdə keçirilən Beynəlxalq sərgidə Daymlerin avtomobilini görən Alber de Dion da daxili yanacaqla işləyən avtomobilin patentini hazırlayır. Və çəkilən zəhmətlər öz bəhrəsini verir. Onların buraxdığı maşının mühərriki 0,5 at gücündə idi. Avtomobilin sürəti də olduqca yüksək alınmışdı, beləliklə ilkin mərhələ keçilmişdi. Sonrakı illərdə şirkət bazara güclü buxar maşınları çıxarmağa başladı. Həmin markanın ilk avtomobili isə 1895-ci ildə istehsal edildi. Sözügedən dövrdə pis qoxuyan at arabalarına qarşı Parisdə xüsusi aksiya keçirlirdi. Məhz elə bu dövrlərdə Alber de Dion maraqlı bir reklam plakatı nümayiş etdirməyə başladı. Plakatda yarıçılpaq gözəlçənin De Dion Buton avtomobilində qaçırılması göstərilirdi. Bannerdə həm də həmin avtomobilə çatmağa cəhd göstərən at arabaları və motosikllər nümayiş olunurdu. Əlbəttə, belə bir təbliğatın tam yerinə və zamana təsadüf etdiyini xüsusi qeyd etməmək günah olardı. İnsanlar doğrudan da artıq at arabalarını bəyənmirdi... Bundan başqa, Alber de Dion avtomobillərinin populyarlaşmasında əsas rolu özünün düşünüb tapdığı körpü böyük rol oynayırdı. Belə ki, de Dion körpü sü təkərlərin oxlarını bir-birinə bağlayır və onların paralel hərəkətini təmin edirdi. Əlbəttə, bu, maşınlar üçün olduqca önəmli elementlərdən biri idi. Alber de Dionu dostları idman markizi adlandırırdılar. Çünki o, bacarıqlı istehsalçı, uğurlu sahibkar, bir çoxlarına inandırıcı görünməsə də yaxşı qılıncoynadan olmaqla yanaşı həm də Fransada ilk avtoklubun da yaradıcısı və yarışçısı idi. Bəli, o həqiqətən yarışlara da qatılırdı. Qeyd edim ki, 1894-cü ildə ilk dəfə Paris-Ruan arasında təşkil olunmuş avtomobil yürüşlərinə qoşulan Alber de Dion həmin yarışda qalib gəlmişdir. Özü də Dion bu yürüşlərdə özünün buxar maşını əsasında hazırlanan avtomobil sayəsində qələbə qazanmışdır. De Dion Buton şirkətinin maşınları çox uzun müddət ərzində bir çox Avropa ölkələrinin avtomobil muzeylərinin bəzəyinə çevirilmişdir. İnsanlar bu texnikanın keyfiyyətinə həmişə dəyər vermişlər. Xatırladım ki, şirkətin sonuncu avtomobili 1952- ci ildə istehsal edilib... 44 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Yəqin ki, hər birimiz şəhərdə rəngli dövlət nömrə nişanları olan avtomobillərlə rastlaşırıq. Maraqlıdır, görəsən həmin rənglər yalnız bizdə belə düşünülüb, yoxsa bütün ölkələrdə mövcuddur və nəyi bildirir? Əlbəttə, bunların nə demək olduğunu bilənlər az deyil, amma müşahidələrimə görə, söyləyə bilərəm ki, əhalinin böyük əksəriyyətinin belə nömrə nişanlar haqqında ətraflı bilgiləri yoxdur. Və bunu nəzərə alaraq bu dəfəki rubrikamızda onlardan ilk olraq qırmızı dövlət nömrə nişanlarından bəhs edəcəyik. Ümumiyyətlə, ilk nöbədə söyləmək lazımdır ki, qeydiyyat seriyasına məxsus hər bir rəngin öz mənası var. Qırmızı rəngli dövlət nömrə nişanları müxtəlif ölkələrdə müxtəlif mənalara sahibdir. Məsələn, Azərbaycanda qırmızı fonda ağ simvollarla qeyd olunan nömrələr ölkədəki diplomatik korpusa məxsus maşınların nömrə nişanlarıdır. Adətən belə nişanlarda seriya dörd/beş rəqəmdən ibarət olur. Birinci üç rəqəm nümayəndəliyin hansı ölkəyə aid olduğunu ifadə edir, ikicərgəli nömrələrdə hərf üst sırada, rəqəmlər alt sırada yerləşir. Məlumat üçün onu da bildirək ki, bu rəngin ifadəsi təkcə Azərbaycana məxsus deyil. Beləki Rusiyada, Monqolustanda, Qazaxıstanda da səfirlik, konsulluq avtomobilləri qırmızı rəngli dövlət nömrə nişanları ilə təmin edilir. Qırmızı dövlət nömrə nişanlararıyla Avropa ölkələrində də qarşılaşmaq olur. Belarusiya Respublikası ərazisində isə bu rəngdə nömrələr diplomatik statuslu şəxslərlə yanaşı, Respublika Daxili İşlər Nazirliyində çalışan dövlət məmurlarına da təqdim olunur. Bolqarıstan, Danimarka, İspaniya kimi ölkələrdə qırmızı rəngli nömrələr hava limanlarında xidmət göstərən nəqliyyat vasitələrinə yerləşdirilir. Ukraynada isə vəziyyət tamam fərqlidir. Burada qırmızı dövlət nömrə nişanları tranzit nömrələr hesab olunurlar. Bu nömrəli avtomobillər yalnız müəyyən məhdud tarixdə istifadə edilir. Bu zaman avtomobil nömrəsinin verilmə tarixi elə nişanın üzərində qeyd olunur və adətən bu nömrələr keyfiyyətsiz materialdan hazırlanır. Klassik Belçika avtomobil nişanları elə qırmızı rəngdədir. Daha dəqiq desək ağ fonda qırmızı yazılarla işarə edilir. Macarıstanda isə qırmızı rəngli dövlət nömrə nişanları aşağı sürətlə idarə olunan və xüsusi yol nişanlarına riayət edən avtomobillərə yerləşdirilir. Almaniyada isə bu növ nömrələr diler və retro avtomobillərin sahibləri üçün nəzərdə tutulur. Yunanıstanda qırmızı rəngli nömrələrdən taksilər istifadə edir. Polşada sözügedən nişanlar maşınqayırma zavodlarına test avtomobilləri üçün təqdim olunur. Və nəhayət qardaş Türkiyə ərazisində qırmızı fonlu sarı yazılı nömrələr hökümət avtomobillərinə, qırmızı fonda ağ yazılı nişanlar isə ali təhsil ocaqlarının rektorlarının istifadəsində olan maşınlara bağlanır. Aynur Hüseynzadə AVTOSTOP PRESS 45

AVTOTEXNOLOGİYA SİRLİ DÜYMƏLƏR Daha öncəki təhlillərimizdə biz müasir avtomobillərin bir sıra sirli düymələri barədə danışmışıq. Deyilənlərlə ətraflı maraqlananlar üçün onların bütün tərəfləri aydınlığa çıxıb. Əslində bu möcüzəvari sistemlərin, qurğuların insanlar üçün sirli davranış sərgiləməsində təəccüblü heç nə görmürəm, sadəcə hər şey heyrətamiz şəkil almağa başlayıb. Müasir dünyanın adamları gündəlik bu qədər məlumatın öhtəsindən rahatlıqla necə gələ bilər? Məhz bu səbəbdən də hər kəs öz yaşamına, həyat tərzinə, məşğul olduğu işlərə yardımçı olan, xeyir verən qismlə kifayətlənir. Hətta elələri də var ki, yalnız ən zəruriləridən yararlanır. Bəli, artıq məişət texnikasının uzun təlimatlarını öyrənmək üçün vaxt itirməyə dəyməz. Bununla razı deyilsiniz? Axı kim mikrodalğalı sobasının bütün rejimlərinin incəliklərini bilir, yaxud kim televizorun elektron sxemlərini öyrənir... Hamı sadəcə istifadə etməyi 46 AVTOSTOP PRESS bacarmırmı?.. Artıq elə bir zaman yetişib ki, hətta bahalı avtomobillər də mikrodalğalı soba kimi istifadə əşyasına çevrilib. Və dövr dəyişdikcə ən mürəkkəb funksiyalı texnikalar belə əlimizin altında gündəlik işlədilən sıradan aparat halına gəlir. Əlbəttə burada söhbət texnikanın nə qədər mürəkkəb olduğundan deyil, onların insanlara göstərəcək xidmətindən gedir. Və proses də bir tələbata çevrilib... Gəlin avtomobillərdə uşaqarın təhlükəsiz daşınması üçün nəzərdə tutulan gərəkli funskiyalı qurğulardan başlayaq. Əlbəttə, bəzən şərait el gətirir ki, kiçik yaşlı övladları çox qısa sürəlik də olsa avtomobildə tək qoymaq məcburiyyətində qalırıq. Bu bilərəkdən və ya bilməyərəkdən də ola bilir. Məlum olduğu kimi bir çox müasir avtomobillərdə qapılar bir düymə ilə anında bloklanır və bayırdan onları açmaq mümkün deyil. Əlbəttə, içəridən bunu asanlıqla etmək olur: bunun üçün qapı dəstəyini iki dəfə çəkmək kifayətdir. Belə baxanda müəyyən situasiya üçün problem görünmür. Amma... Bəs bunu nadinc uşaq avtomobil hərəkətdə olan zaman etsə nə baş verəcək? Nəticəsini düşünmək belə qorxuludur, deyilmi? Amma texniki tərəqqiyə alqışlar, bunun da çıxış yolu var. Hər iki arxa qapının içində dəstəyi tapın və onun çəkin. Bu zaman əyər mərkəzi açar (kilidlənmə) qoşulmayıbsa, arxa qapını yalnız bayır hissədən açmaq mümkün olacaq. Və uşaqlar sizdən qaça bilməyəcək. WWW.AVTOSTOP.TV

Əgər avtomobilinizdə açarsız daxil olma funksiyası mövcuddursa, elektron açarsa qatlama ucluqdan məhrumdursa yenə çıxış yolu yox deyil. Elektron açarın və ya çip-kartın korpusuna baxıın, fiksatoru tapın və oradan dili çıxarın və ya dil gizlənən açarın qapağını açın. Bundan sonra onunla qapını açmaq mümkündür. AVTOTEXNOLOGİYA İndi isə salonda olan güzgüyə diqqət edin. Əgər korpusa yerləşdirilmiş güzgünün kənar hissəsində sehirli led işıq görünürsə demək bu, elektroxromlaşdırılmış güzgüdür. Elektroxromlaşdırılmış güzgü digər maşınların gur fara larının gözqamaşdırıcı (koretmə) effektinin qarşısını alır. Yəni, əgər gecə saatlarında sizdən arxada gələn avtomobil güclü uzağı işıqlandıran fanarları yandırarsa bu zaman güzgü avtomatik olaraq tündləşir. Qeyd edim ki, müasir elektroxromlaşdırırlmış güzgülərdə iki fotoötürücü mövcuddur. Birincisi irəliyə yönəlib və ümümi işıqlanmanı qiymətləndirir, ikincisi geriyə yönələrək dediyimiz kimi arxadan gələn avtomobillərin işığını udur. Beləliklə müəyyən fərq yarandığı zaman elektornika tündəşmə əmrini verə bilir. Düymə isə bu funskiyanı söndürmək üçündür. Əyər həm led işıq, həm də düymə yoxdursa, amma əvəzində dəstək varsa, demək bu sadə, böyük güzgüdür. Onda sadəcə dəstəyi aşağı çəkmək lazımdır. Bu zaman güzgünün enmə bucağı azalacaq və koretmə effekti təhlükə yaratmayacaq. Buna bənzər funksiya elektron şüşəqaldıranlarda da var. Heç fikir vermisinizmi, dörd pəncərə olsa da sürücü qapısında yerləşən şüşəqaldıran düymələrin sayı beşdir. Bəli, məhz bu beşinci düymə hər dörd şüşəqaldıranı blok edir. O düyməyə sıxdığınız zaman sürücüdən başqa heç bir sərnişin öz şüşəsini aça, bağlaya bilməyəcək. Lakin bəzi Koreya avtomobillərində bu düyməyə sıxıldıqda yalnız arxa şüşələr bloklanır, bu zaman onları hətta sürücü belə aça bilmir. Əminəm ki, bu, hər kəsin müasir tipli avtomobilində var, amma istifadə etməyib: təhlükəsizlik kəmərinin hündürlüyə görə tənzimlənməsi. Kuzovun orta hissəsində yerləşir və yuxarı-aşağı hərəkət edə bilir. Bunun üçün nəzərdə tutulan fiksatora və ya düyməyə sıxmaq lazımdır.bu zaman güzgünün enmə bucağı azalacaq və koretmə effekti təhlükə yaratmayacaq. Və sonda adı dilimizə yatmayan lifehach i görək. Əyər siz maşınla hərəkətə başlayan zaman mərkəzi açarın (kilidin) avtomatik olaraq işə düşməsini istəyirsinizsə (ola bilsin öncədən bu funksiyanı kimsə söndürüb), qapı bloklama düyməsini bir neçə saniyə sıxıb saxlayın. Siqnal səsi eşidilən anda həmin funksiya işə düşəcək. O eyni üsulla da söndürülür. AVTOSTOP PRESS 47

Gözüm səndədir PARKCİTY DVR HD 592 48 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyun 2016 15 İndiki dövrdə videoqeydiyyatçı almaq istəyənlər onun çox sayda növləri qarşısında çaşırlar. Seçim etməyin özü bir mürəkkəb işə çevrilir. Hər birinin fərqli funksiyaları da diqqətçəkicidir: Wi Filı, GPS-li, müxtəlif ötürücülü, hətta toqquşmanı belə xəbər verənlər var. Yəni, qadjetlərdə geniş yayılmış, necə deyərlər, hamısı birində dəbi videoqeydiyyatçılardan da yan ötməyib. Eynən mobil telefonlar kimi, daha çox maraq çəkmək üçün ovuca yerləşəcək qədər kiçildiblər. Əvəzində qeydiyyatçılarsa balaca qurğulardan dolu (massiv) və boyük həcmli qutuya çevrildilər. Şübhəsiz, onun mənfi tərəfi də var: o, ön şüşədə çox yer tutduğundan sürücünün görmə sahəsini məhdudlaşdıra bilir. Məlum olduğu kimi avtomobili idarə edənin görmə sahəsi bir başa təhlükəsizliklə bağlıdır, xüsusən də bu, sürücülüyə yeni başlayanlardan ötrü çox ciddi maneə yaradır. Əksər postsovet ölkələrin reallığında videoqeydiyyatçıdan imtina etmək o qədər də yaxşı fikir deyil. Çünki sürücü üçün o bir sıra məqamlarda vacib rol oynaya bilir. İdarəetmədə maneə yaratmasın deyə, klassik yığcam qeydiyyatçıya müraciət etmək mümkündü. Bunlardan biri PARKCİTY DVR HD 592 qadjeti hesab olunur ki, həcmi də münasibdir: o, kibrit qutusunda azacıq böyükdür. Həmin qurğunun yeganə funksiyası yolda baş verənləri Full HD formatında çəkməkdir və əlavə pul odəniləcək gərəksiz işi yoxdur. Bəhs etdiyimiz PARKCİTY DVR HD 592 görkəminə görə müstəqil qadjetdir, dəyəri də təxminən 120 manatdır. Qurgunun komplektasiyası tükənəndir, lakin qadjetin fəaliyyəti üçün nəzərdə tutulan bütün aksesuarlar istehsalçı təfərindən qutusuna yığılmış vəziyyətdə olur. Yəni, qeydiyyatçıdan əlavə komplektasiyada avtomobil alışqanı üçün enerji yığan qurğu, alın şüşəyə bərkidilməsi üçün prisoska, məlumatları PK-ya ötürən usb, çap olunmuş təlimat və bonus kimi PARKCİTY-nin avtoviziti (əlbəttə, çox faydalı hədiyyədi!) var. AVTOSTOP PRESS 49

AVTOTEXNOLOGIYA Qadjet həqiqətən çox yığcamdır, hətta alın şüşəsində çox yer tutub görməni məhdudlaşdırmamsı üçün münasib üsul var. Onu gerini göstərən güzgüsünün arxasında gizlətmək asandır. Zarafat deyil, şüşəyə bərkidilən prisoska ilə birlikdə uzunluğu iphone altını keçir. Bərkidilməni hesaba almasaq qeydiyyatçı sadə karandaş çərtənlə eynidir. Fəaliyyət effektinə heç bir irad olmayan qurğunun istifadəsi də yetərincə rahatdır. 1.5 diaqonallı displeydə qeydiyyat aparmaq üçün start və fotoçəkiliş (aparat 14mp-dək fotokartlar çəkməyə imkan verir) düymələri, həmçinin aşagı hissədə menyuya uyğun blok düymələri də yerləşdirilib. Düymələr qısa və konkretdır. Qurğunun korpusunda aparatın qidanladığı Mini-USB və TV-yə qoşulması üçün nəzərdə tutulan interfeyslər yer alıb. Bildirdiyimiz kimi onun işə salınması sadədir: qedyiyyatçıya yaddaş kartı daxil edilir, avtomobilin şüşəsinə bərkidilərək bort şəbəkəsinə qoşulduqda atıq o, iş üçün hazırdı. Qadjetlərin interfeysi də yetərincə sadə və rahat olmaqla yanaşı menyu üzrə naviqasiya xüsusiyyətlərinə öyrəşmək də çox zaman alan deyil. Qeydəalma fotmatı (saniyədə 30 və ya 30/60 kadr tezliyi olan Full HD), çəkiliş parametrləri ( ağ balans- əl ilə və ya avtomatika ilədir) və videoyazının müddəti kişik monitorda əks olunur. Bir çox videoyazı parametrlərini özün də aktivləşdirə 50 AVTOSTOP PRESS bilərsən, lakin buna ehtiyac qalmır, avtomatikanın üzü bunun öhdəsindən pis gəlmir. Apparatların texniki xassələri bahalı olmayan videoqeydiyyatçıların ölçülərinə görə standartdır. DVR HD 592-də iki meqapikselli KMOP- OmniVision OV2710 matrisası və 110 görünüş bucağı altında optika quraşdırılıb ki, belə linzanı genişmiqyaslı hesab etmək olar. Amma daha müasir modellərdə görmə bucağı 140 150 çatır (bu göstərici nə qədər yüksək olursa qurğuya bir o qədər çox məlumat düşür). Bununla yanaşı, böyük görünüş bucağı olduqda balıq gözü effekti qaçılmazdır və bu təsviri çox təhrif edir. Gün işığında da qurğu öz işinin öhtəsindən çox yaxşı gəlir. Dəmək olar ki, bütün məqamlar videoyazıda aydın görünür. Kiçik sürətli videoyazılarda tək dövlət qeydiyyat nişanlarını deyil, qonşu axını QR3 görmək də mümkündür. Əlbəttə, bu çox yaxşıdır. Qadjetdə geniş dinamik diapazon var, qurğu kənar (yad) işiqlardan qorxmur, günəşə qarşı çəkilişdə xırda detallar kölgədə itmir. Bir sözlə, əksər müasir mobil matrisalar gündüz çəkilişlərinin öhtəsindən layiqincə gəlirlər. Elə DVD HD592 də bunu bir daha sübüt edir. Lakin gecə çəkilişlərində iş başqa cür qurulub. Burada qedyiyyatçılar, digər kameralarda olduğu kimi iki problemlə üzləşirlər: 1 işığın total çatışmazlığı, 2 həddindən artıq nöqtəvi işıq mənbəyi təsvirin fərqli hissələrində işıltı əks etdirə bilməsi. WWW.AVTOSTOP.TV

İyul 2016 16 Xoşbəxtlikdən proqramlaşdılılmış alqoritmlər rəsmin emalını son anda uğurla dartırlar. Doğrudur, gecə çəkilişində yoldakı avtomobillərin nömrələri bir o qədər aydın görünmür, lakin onların aşkarlanması mümkündür. Bunun üçün videogörüntüləri durdurub yaxınlaşdırmaq lazımdır. Ümümiyyətlə, yoldakı vəziyyət: nişanlar, kənardakı qeydlər, işıqforların siqnalları gecə çəkilişi olmasına baxmayaraq çox aydın şəkildə görünür. Belə kiçik həcmli heç bir qeydiyatçıdan bundan daha yaxşı təsvirləri gözləmək mümkün deyil. Qeyd etdiyimiz kimi qurğuda əlavə funksiyalar yoxdur. Və bu da belə izah olunur: kiçik həcm və ucuz qiymət. Lakin heç nəyə baxmayaraq o öz yeganə tapşırığının öhdəsindən pis gəlmir, qaranlıqda kiçicik qüsurları nəzərə almasaq. Full HD burada təmami ilə dürüstdür. PARKCİTY DVR HD 592 üstunlükləri Кorpusun yığcam ölçüləri sürücüyə mane olmur və sərnişini qıcıqlandırmır Yetərincə işıqlanma olan zaman video-çəkilişin keyfiyyəti yaxşı olur 14mp-dək ölçüdə foto etmək mümkündür Münasib qiyməti (məqalə hazırlanan zaman qurğu 120 manat civarında idi) var...və PARKCTY DVR HD 592-də Görmə bucağı 110 daha yüksək ola bilərdi. Korpusun kiçik həcminə görə, qeydiyyatçının lazım olan düyməsini tez tapmaq olmur AVTOSTOP PRESS 51

AVTOTEXNOLOGİYA 2 litr problem Tural Yusifov 52 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Mühərrik avtomobildə əsas və ən bahalı qurğudur. Və maşının çox xərc tələb edibetməməsi əsasən onun etibarlılığından, keyfiyyətindən asılıdır. Bundan xəbərdar olmaq xüsusən ikinci əl avtomobil sahibi olmaq istəyənlər üçün daha aktualdır. Çünki mühərriklər zəmanət müddəti bitəndən sonra özünə diqqət tələb etməyə başlayır. Bu da dediyimiz kimi adətən avtomobilin ikinci və ya üçüncü sahiblərinə qismət olur. Onda təbii bir sual ortaya çıxır: bəs hansı mühərrik daha etibarlı və uzunömürlüdür? Bu suala rəğmən 2.0 L həcmində olan səkkiz atmosferli yanacaq mühərriklərinin sırasını qurmağa qərar verdik. Və bildirim ki, hazırlanan reyting 20 ilə yaxın peşəkar səviyyədə mühərrik təmiri ilə məşğul olan Moskvanın İNOMOTOR şirkəti ilə hazırlanıb. Müqayisə üçün həm də fərqli mühərrik həcminə malik məlumatlara əsalandıq. Beləliklə atmosfer yanacaqlı 2.0L mühərriklərdən başlayaq. Keyfiyyətli təmir həmişə bahalı həzz sayılır, motor təmirçilərinə ( motoristlərə ) kiçik həcmli qurğular demək olar ki, təqdim edilmir. Çünki onların bərpası xaricdən gətirilən az yürüşü mühərriklərdən baha başa gəlir. Bu səbəbdən belə mühərriklərin statistikası da geniş olmur. 8-ci yer: BMW Konstruksiyada olan fərqə baxmayaraq, N43, N45 və N46 seriyalı BMW mühərrikləri eyni fəslə aiddirlər. Onların daşıyıcıları 318i, 320i (E90) və 520i (E60) modelləridir ki, onlar bu markanın 3 və 5-ci seriyalarının sondan əvvəlki nəslinin nümayəndələridir. Reytinq üçün yaxşı öyrənilən, ilk dəfə 10-15 il öncə işə düşən, tanınmış mühərriklər təqdim olunub. Çünki keyifyyətin düşməsi təxminən bu zamanlar baş verir işləndikcə mühərrikin güçü və etirbarı azalır. Sıralamada əsas meyar mühərriklərin ümümi hissələri götürülür. Bundan səvayı, müxtəlif sistem və elementlərin etibarlılığı və istehsal keyfiyyəti qiymətləndirilir. Mühərrikin təxminən bütün hissələri bərpa olunduğu üçün söhbət onun yalnız maddi cəhətdən məqsədə uyğunluluğundan gedir. Burada motor təmirinə yanaşma eynidir, fərq yalnız təmirə ehtiyacı olan hissələrin sayındadır. Bu səbəbdən də növbəti müqayisə meyarı kimi ehtiyyat hissələrinin qiyməti və nə qədər əlverişli olduğu önəm təşkil edir. Ümümilikdə 2.0L həcmə malik atmosferli yanacaq mühərrikləri yetərincə ehtiyat hissələrinə malikdirlər və bu sarıdan o qədər problemli deyil. Yalnız o fəsildən olan 2.3L- 2.5L kimi daha böyük həcmli motorlar adətən problemli sayılır. Məncə bu da bizim reytinq mükafatçılarımız ın işinə çox yarayır. Motorun orta yürüş gücü, porşenli silindir qrupunun aşınmasına görə 150.000 km-dən aşağı qiymətləndirilir. Motorlar konstruktiv yağ istifadəsinə meyilli olmaqla yanaşı vəziyyəti daha da ciddiləşdirən nasazlıqlar da var. Tullantı qazın havalandırılma qapağının rezin diafraqmasının sıradan çıxması nəticəsində yağ qazın giriş borusuna düşür və avtomobil tüstü buraxır. 100.000 km yürüşüdən sonra, yönəldici oymaqların aşınması baş verir, QRM sistemin qapaqlarında boşluq yaranır ki, nəticədə yağ yağvuran qapaqlardan bir başa yanacaq kamerasına düşür. Həmçinin qapaqların tam bağlanmaması yanacaq itkisinə səbəb olur, bu da qışda hərəkətə başlama zamanı mühərrikin çalışmasında fasilələr yaradır. 150.000 km-dək sürülmədə adətən QRM zənciri və qaz paylayıcı muftalar da davam gətirmir. Bir çox hallarda qeyri- bərabər uzanmış zəncirdən səslər gəlir, hətta qırılması da mümknüdür. Və belə olan halda porşen və qapaq toqquşması labüdləşir. Ardınca digər nasazlıqların da üzə çıxmasina görə, mühərrik qəza rejiminə keçir. Drossel qapaqları əvəzinə çalışan Valvetronic qurğunun dəyişdurmə sistemi bir qədər dəymədüşər dir. Və 100.000 km yürüşdən sonra avtomotor yağ qalıqları ilə dolur və pərçimlənmə baş verir. AVTOSTOP PRESS 53

AVTOTEXNOLOGİYA Ətalətlə gedişdə maşının həssas sistemi döngələrdə bunu nasazlıq kimi qəbul etdiyindən mühərrikin fəaliyyətrində fasilələr yaranır və Check Engine lapması yanır. BMW -lərin bu mühərikləri, digərləri kimi zavod təmirli ölçülərə malik deyil. Slindr divarlarının yüksək aşınması zamanı, motoristlər bərpa işlərini öz üsullarıyla görürlər. Əlbəttə, orijinal BMW hissələrinin qiyməti, digər seçilənlər arasında ən bahalısıdır, analoqları isə demək olar ki, yoxdur. Məhz bu səbəbdəndir ki, həmin mühərriklərin əsaslı təmiri ən baha qiymətə başa gəlir. Yanacaq aparatının püskürmə sistemi dəymədüşərdir. Bahalı, lakin qısamüddətli forsunkalar və TNVD 100.000 km yürüşdən sonra məhv olur. Bundan başqa, qidalanma sistemindəki konstruktiv çatışmazlıq nəticəsində silindrlərdə qeyri-bərabər aşınmalar baş verir. Forsunka yanacağı silindrin əks divarına səpələyir, beləliklə də onun yağını yuyub aparır. Nəticədə 120. 000 km yürüşdən sonra silindr aşınaraq çəllək formasını almağa başlayır. Növbəti çatışmazlğı yanacağın giriş qapağını yanıqdan ( naqar ) təmizləməməsidir. Müəyyən zaman keçdikdən sonra bu onların natamam bağlanmasına və mühərrikin qeyristabil işə düşməsinə səbəb olur (xüsusən qışda). Yönləndirici qapaq tıxaclarının aşınması vəziyyəti dahada dərinləşdirir ki, bu da öz növbəsində yağ məsrəfini artırır. Volkswagen üçün təmir həcmi nəzərdə tutulmayıb. Orijinal ehtiyyat hissələri isə ucuz deyil, amma bazarda əvəzedicisi çoxdur. Motorun əsaslı təmiri çox bahadır, ondan daha baha olan, yalnız BMW motorudur. 7-ci yer: Volkswagen «Volkswagen»in bir çox modellərinə 2.0 FSİ mühərrikini quraşdırırdılar. Bunun ən məşhurları ikinci nəslin Golf V, Passat B6, Octavia və Audi A3 modelləridir. Mühərriklərin orta yürüş gücü 150.000 km-dir. Motorist lər onların istehsal keyifyyətini orta qiymətləndirirlər. BMW motorları kimi, Volkswagen 2.0 FSİ mühərrikləri də texniki cəhətdən çətin konstruksiyaya sahib olduqlarından etibarlılıq baxımından göz oxşamır. 6-cı yer: Ford / Mazda Bu markaların ortaq məhsulu Duratec HE/MZR fəslinin mühərikləridir. Çox geniş yayılan bu oxşar mühərriklər ilk iki nəslin Mazda 3 və Mazda 6, Focus və Mondeo -nun törəmə modellərinə quraşdırılır. Mühərriklərin yürüş gücü 150.000-180.000 kmdir. Konsruktiv olaraq onlar yetərincə sadədirlər, lakin təəssüf ki, hissələrin keyfiyyətinin daha da yaxşı olmasını arzulayırıq. Bundan səvayı, bu motorlar yağ aclığına və qızmaya qarşı həssasdır. 54 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 Onun aktiv yürüşü zamanı yağ məsrəfi çoxalır. Əgər avtomobilin sahibi yağın səviyyəsinə nəzarət yetirməyibsə bu mühərrikin dirsəkli val boyuncuqlarının zədələnməsinə səbəb ola bilər. Yəni, yağ aclığı və motorun qızması üzündən vəziyyət korlanar. Sıradan çıxmış hissələrin təmirində isə istehsal keyfiyyətinin necə olduğu üzə çıxır. Dirsəkli valın çatlaması təəccüblü hadisə olmasa da belə vacib, bahalı hissə tullantıya çevrilməsi heç xoş deyil. Hələ köklü qapaq boltlarını açdıqda dəlikdən vintin sıradan çıxmış parçaları da tökülürsə demək vəziyyət daha mürəkkəbdir. Motorların təmir ölçüsü yoxdur. Ford modelləri üçün mühərrikin ehtiyat hissələrini şort-blokdan başqa ayrı-ayrılıqda əldə etmək mümükün deyil. Xoşbəxtlikdən satışda Mazda nın detallarının analoqları var. Saxtalarını da bazardan tapmaq olur. Mühərriklərin əsaslı təmirinin qiyməti ortadır. Adətən, tam təmir ölçüləri nəzərdə tutulmur. Orijinal ehtiyyat hissələrini isə ayrı-ayrılıqda tapmaq mümkündür. Əsaslı təmir xərcinə görə Ford / Mazda cütlüyü ilə yanaşı qoyula bilər. 4-cü yer: Mitsubishi 4B11 seriyasından olan Mistsubishi mühərriki ciddi problemləri olmayan motor sayıla bilir. Əvvəllər onu ötən nəslin Outlanderi və ilk buraxılış X Lancer ə də quraşdırırdılar. Mühərrikin yürüş gücü 180.000-200.000 km-dir. Hissələrinin istehsal keyfiyyəti yaxşıdır. Motorun ümümi etibarlılığı sadə konstruksiyanın problemsiz sistemi ilə seçilir. Unutmayaq, adətən mühərriklər silindr-porşen aşınması səbəbindən təmirə gedirlər. Mitsubishi lərin motoru təmir ölçüsünə malikdir. Ayrı-ayrılıqda ehtiyyat hissələrini əldə etmək mümkündür. Bu mühərrik bərpasının qiymətinə görə Renault, Nissan, Ford və Mazda mühərrikləri ilə eynidir. 5-ci yer: Renault- Nissan Renault-Nissan konsernin M4R/ MR20 fəslinin mühərrikləri yapon krossoverlərinə görə daha çox tanınır. X-Trail in öncəki nəsili MR20 motorlarıyla təhciz edilirdi, Qashqai isə indiyədək ondan ayrılmayıb. Markanın fransız analoqu Meqa isə onun üçüncü nəslində dayanıb. Qardaş mühərriklərin yürüş imkanı 180.000-200.000 km təşkil edir. Hissələrin keyfiyyəti, yaxın rəqibləri olan Ford və Mazda mühərrikləri ilə müqayisədə daha yaxşı olsa da, zəif məqamları da yox deyildir. Bəzən dirsək vallarının boyuncuqlarında çatlar əmələ gəlir və dördüncü silindrin forması deyişir. QRM-in uzunömürlü olmayan zəncirləri artıq 80.000 km-dən sonra dartılır. AVTOSTOP PRESS 55

AVTOTEXNOLOGİYA 3-cü yer: Honda R20 seriyalı Honda mühərriki, üstünlüyü Accord un yeddinci, səkkizinci və CR-V-nin son iki nəslinə verib. Yürüş gücü təxminən 200.000 km təşkil edir. Hissələrin istehsal keyfiyyəti Mitsubishi motorundan bir qədər yüksəkdir. R20 konstruksiyası etibarlıdır və konstruktiv olaraq sadədir. Qapaqların nizamlanmasının sadə vintqayka sxemi xüsusi seçim və təkanverici qapaqlar tələb etmir. İdarərtmə və nəzarət qaydalarına əməl olunduqda (hər 45.000 km) R20 silindr-porşen təbii aşınmadan başqa problem yaratmır. Mühərrik üçün təmir ölçüləri müəyyən olunmayıb. Honda mühərrik hissələrinin qiyməti ucuz deyil və bu səbəbdən əsaslı təmir yapon altqruplarında ən bahalılardan hesab edilir. 2-ci yer: Toyota 1-AZ seriyasından olan Toyota özünü yaxşı tövsiyyə edib. Buna, ikinci nəsil Avensisa və RAV4 krossoverinin sondan əvvəlki nəsilini də misal göstərmək olar.yürüş gücü 200.000 km-dir. Hissələrin istehsal keyfiyyəti çox yaxşıdır. Belə göstəricilərinə görə onun iki məlum lider var: Toyota və Subaru. 1-AZ mühərriki Honda nın R20 motorunu qabaqlayır və orijinal hissələrinin qiyməti ucuzlar siyahısındadır. Reytinqimizdə 1-AZ motorunun bərpasının qiyməti isə ən aşağıdır. 1-ci yer: Subaru Motor biliciləri Subaru nun 1990-cı ildəki EJ20 seriyasının mühərrikini ən etibarlı və ən uzunömürlü olduğunu qeyd edirlər. Onu bu günədək yapon bazarı üçün nəzərdə tutlmuş müəyyən modellərdə quraşdrırlar. Avropada isə Subaru nun məlum nəilini təmsil edən maşınların populyarlığı 2011-ci ildə sona yetdi. Son yayilmış EJ20 mühərriklə «Subaru» markasının 3-cü nəsil Forester i də təhciz olunur. Yürüş gücü 250.000 km-dir. Hissələrin istehsal keyfiyyəti Toyota 1-AZ-da olduğu kimi yüksəkdir. Və bundan əlavə EJ20-nin daha bir üstünlüyü var. Bu bizim siyahıda olan nadir mühərriklərdən biridir ki, onun üçün bir zavod təmirli ölçü nəzərəd tutulub. Əslində belə özəllik 2000-ci ilin əvəllərinə təsadüf edən mühərriklər üçün nadir haldır. Lakin Subaru motorunun da bir mənfi cəhəti var. Orijinal ehtiyyat hissələri baha, analoqları isə azdır. Və yapon mühərriklərinin əsaslı təmir üçün ən çox xərc tələb edən böyük dördlüyü içərisində Subaru nun da yeri var. Amma böyük imkanlar və etibarlılıq əlbəttə böyük xərclərə dəyər... 56 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

AVTOİMTAHAN AVTO İMTAH 58 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 AN AVTOSTOP PRESS 59

AVTOİMTAHAN 1. İkinci zolaqdan dönmə əməliyyatı yerinə yetirən hansı sürücü qaydanı pozur? A) Minik avtomobili və motosiklet B) Minik avtomobili C) Heç biri 2. Minik avtomobilinin sürücüsü parkinqə daxil olarkən... A) Yol verməlidir B) Yük avtomobili qarşısında üstünlüyə malikdir C) Belə manevr edə bilməz. 60 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyun 2016 15 3. Qırmızı rəngdə olan avtomobil göy rəngdə olan avtomobilə yol vermədən, parklanma edib. Qaydanı pozubmu? A) Bəli B) Xeyr 4. Kim hərəkət üsntünlüyünə malikdir? A) Minik avtomobili B) Yük avtomobili AVTOSTOP PRESS 61

AVTOİMTAHAN 5. Burada ötməyə icazə varmı? A) Bəli B) Xeyr 6. 3-cü qrup əlillərə avtomobilindən bu işarəni asmaq olarmı? A) Olar B) Olmaz 62 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

AVTOYUMOR 64 AVTOSTOP PRESS WWW.AVTOSTOP.TV

İyul 2016 16 AVTOSTOP PRESS 65

ÇATDIN??? Ehtiyyatlı ol!!! ÇATDIN???