MÖVZU 5. ƏMƏK BAZARI. 1. Əmək bazarı. Əmək bazarının seqmentasiyası. 2. Əməyə tələb və beynəlxalq əmək bölgüsü 3. İşsizlik. İşsizliyin səviyyəsi

Benzer belgeler
AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ

Marketinq. Mehdiyev Əkbər

3. Mütəhərrik oyunlara fiziki tərbiyyə vasitəsi kimi nəzəri əsas verən kim olmuşdur (rus alimi)?

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT VÖEN

MÖVZU: Simsiz şəbəkələr. Plan: 1. WiMax tüxnologiyası 2. Digər simsiz texnologiyalar və onların xüsusiyyətləri

MALIYYƏ VƏZIYYƏTI HAQQINDA HESABAT. 31 dekabr 2013-ci il tarixə

MÖVZU 9. TİCARƏT NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ. Kafedra: Metrologiya, standartlaşdırma və keyfiyyətin idarəə olunması

Mövzu 2. İQTİSADİ SAHƏDƏ QENDER BƏRABƏRSİZLİYİ

ŞIRKƏTIN INKIŞAFıNıN RƏQABƏT STRATEGIYALARı VƏ ONLARıN TƏSNIFLƏŞDIRILMƏSI

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri Milli iqtisadiyyat

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində daxili proseduralarla bağlı qəbul edilmiş qaydalar

Biryerdə nəticələrə doğru: AİB-nın Asiya və Sakit Okean Regionunda əməkdaşlığı haqqında 50 məqalə

Qiymətli kağızların təkrar bazar likvidlyinin emitent üçün imkanları. Elxan Həsənov SOCAR Capital Markets

Azərbaycanda sosial müdafiə və sosial inteqrasiya

Finansist. Təqdimat ALMANİYA VERGİ SİSTEMİ

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

MÜTƏXXƏSSİSLƏR dünya standartları tələblərinə cavab verən, 6 ayından 6 yaşınadək uşaqlar üçün inkişafetdirici oyuncaqlar əsasında xüsusi olaraq bütöv

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ Qİda məhsullarının texnologiyası kafedrası Fənn: İaşə müəssisələrinin avadanlıqları

İŞ YERİNƏ DAİR ARAYIŞ ELEKTRON XİDMƏTİNDƏN İSTİFADƏ ÜZRƏ MEDODİKİ GÖSTƏRİŞLƏR

AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI BANK SEKTORU TRENDLƏRİ 2016 /12/

Azərbaycan Texniki Universiteti. Maşınqayırma texnologiyası kafedrası

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN İQTİSADİYYATININ SEKTORLAR ÜZRƏ TƏHLİLİ. Elşən Bağırzadə iqtisad üzrə fəlsəfə doktoru

İllik maliyyə hesabatlarının tərtib olunması üzrə kommersiya təşkilatları üçün nümunəvi formalar. Bakı Çinar Soyuducuları ASC (Təşkilatın adı)

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri. Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

MÖVZU 5 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti

1. Bazar iqtisadiyyatında dövlətin rolu.

TA-9106 AZE: AZƏRBAYCANDA HASİLAT SƏNAYESİNDƏ BENEFİSİAR SAHİBLİK MƏLUMATLARININ AÇIQLANMASINA DAİR YOL XƏRİTƏSİNİN TƏTBİQİNƏ DƏSTƏK ( )

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Fərdi ev və kottec qəsəbələri üçün IP həllər

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

May 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

UniMiles 3 illik 100 AZN və ekvivalenti

Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti

BLACKBERRY ENTERPRISE SERVICE 12 BULUD ÜÇÜN BLACKBERRY HƏLLİ ÜZRƏ LİSENZİYA MÜQAVILƏ ("ƏLAVƏ") ÜÇÜN ƏLAVƏ

Yaponiyanın Azərbaycan Respublikasına göstərdiyi Rəsmi İnkişaf Yardımı (RİY)

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında. Azərbaycan Respublikasının Qanunu

Zeynalova Sevinc III kurs

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə T A R İ F C Ə D V Ə L İ

ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

ƏVVƏLKİ VƏ YENİ BEYNƏLXALQ TERMİNALDA REKLAM MƏKANLARI. Brendlərin Uçuş Zolağı

Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi Q A Y D A L A R I. I.

ERMƏNİSTAN, AZƏRBAYCAN VƏ GÜRCÜSTANDA SOSİAL MÜDAFİƏ VƏ SOSİAL İNTEQRASİYA QISA İCMAL İCMAL HESABATI. Avropa Komissiyası

UNEC. Universitet Daxili İki Diplom Proqramı (UDİD)

SĐYAHIYAALMA VƏRƏQƏSĐ

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat. 1. Ümumi müddəalar

Biznesin təşkilati-hüquqi formaları

Baş redaktor AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI. Dr. Vüsal Musayev. İqtisad Elmləri Doktoru London Universiteti FEVRAL 2017

ASK-nin iqtisadiyyatı və idarə edilməsi. 1. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?

H E S A B A T Q E Y D Ə A L I N D I!

ÖZƏL SEKTORUN QIYMƏTLƏNDIRILMƏSI (XÜLASƏ) 1

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) inkişafı: nailiyyətlər və hədəflər

Azərbaycan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ)

AZƏRBAYCANIN İQTİSADİ ƏLAQƏLƏRİ VƏ DÜNYA TƏSƏRRÜFAT SİSTEMİNƏ İNTEQRASİYA PROSESLƏRİ

BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI QSC AZƏRBAYCAN. Statistik İcmal

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN DƏYİŞDİRİLMƏSİ VƏ YA DUBLİKATININ VERİLMƏSİ ÜÇÜN MÜRACİƏTİN QƏBULU İSTİFADƏÇİ TƏLİMATI

Macarıstanda elektrik enerjisindən istifadə tariflərinin müəyyənləşdirilməsi metodoligiyasının təkmilləşdirilməsi

Azərbaycan Respublikası Prezidentinin cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Əlavə Ümumi müddəalar

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu

Təcrübəçi və Yeni Məzunların işə qəbulu

Nümunəvi. A müəssisəsinin taxıl məhsullarının emalı yönümlü. B i z n e s -p l a n ı. Xaçmaz rayonu 2002

DÜNYA İQTİSADİYYATI. I Mövzu - Giriş: dünya iqtisadiyyatının coğrafiyası və qloballaşma

Qərar Q-14. Relizin Tarixi: Bakı şəhəri, 30 iyun 2014-cü il

Bu hesabatda biznesin həyat siklinin əsas istiqamətləri ətraflı şəkildə təhlil olunur.

GENDER (KIŞI VƏ QADINLARIN) BƏRABƏRLIYININ TƏMINATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏHLİLİ

Kommunal müəssisələr tərəfindən satınalma

Biznes əməliyyatları hesabatı 2016-cı ilin birinci yarısının nəticələri

T.C. DEVLET PERSONEL BAŞKANLIĞI

PE 100 BORULARI. su və qaz xətləri üçün POLİETİLEN BORU (PE 100) Keyfiyyətə üstünlük ver!!!

Sağlamlıq imkanları məhdud şəxslərin idarəetmə orqanlarında təmsil edilməsinin faydaları

KƏND TƏSƏRRÜFATI ÜZRƏ ELEKTRON QİYMƏT İNFORMASİYA PORTALININ STRUKTURUNA VƏ FƏALİYYƏTİNƏ DAİR TƏLİMAT. I. Ümumi bölmə

İŞ VAXININ CƏMLƏNMİŞ UÇOTU

Azərlotereya ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin

BALANS HESABATI A-AKTİVLƏR

Banklarda stress testlərin aparılması haqqında Qaydalar

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI. KREDİT SİSTEMİ İLƏ BaKALAVR HAZIRLIĞININ Tədris planı

AVRASİYA SOSİAL ELMLƏR FORUMU

Avqust 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

ETGi Video Konfrans E-Learning, Uzaqdan Təhsil Həlləri

AZƏRBAYCAN YEYİNTİ SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

AMEDIA Ünvan: Bakı, Azərbaycan / C.Cabbarlı 44 / Caspian Plaza Tel.:( ) / ( )

KORPORATİV SOSİAL MƏSULİYYƏT ÜZRƏ BEYNƏLXALQ

Aprel 2017 AZƏRBAYCAN İQTİSADİ İSLAHATLAR İCMALI

Turizm haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AzərbAycAndA dizayn və İnnovAsİyA Mərkəzİnİn yaradılması

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası

STRATEJİ PLANLAŞDIRMA

IZAHATII STATISTİKA. olmaqla, 60. qanun, 91. prezident sərəncamı,167. Demək olar. ki, ilin hər. edilən. izah ediləcək.

Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun Azaldılması Strategiyası

Ana kart (Motherboard)

Təhsil müəssisələrinin akkreditasiyası qaydaları. 1. Ümumi müddəalar

Kurs işi AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ. Kafedra: Bank işi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU İNNOVASİYA FƏALİYYƏTİ HAQQINDA BİR SIRA STİMULLAŞDIRICI

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair PROQRAM

Transkript:

MÖVZU 5. ƏMƏK BAZARI 1. Əmək bazarı. Əmək bazarının seqmentasiyası. 2. Əməyə tələb və beynəlxalq əmək bölgüsü 3. İşsizlik. İşsizliyin səviyyəsi 1. Əmək bazarı. Əmək bazarının seqmentasiyası Əmək bazarı cəmiyyətin sosial siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, iş qüvvəsinin icarə şərtləri, eyni zamanda əmək haqqının kəmiyyəti, əməyin şərtləri, təhsil almaq imkanları, məşğulluğun təminatı və s. müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Qərbin iqtisadi nəzəriyyələrində əmək bazarı-istehsal resurslarından yalnız birinin realizə edildiyi bazardır. Burada müasir əmək bazarının fəaliyyəti təhlil edilərkən 4 əsas konseptual yanaşmanı qeyd etmək lazımdır. Birinci konsepsiyanın əsasında klassik siyasi iqtisadın postulatları durur. Bu konsepsiyanın tərəfdarları hesab edirlər ki, əmək bazarı qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Təhsilə və ixtisasa (insan kapitalı) qoyulan investisiya maşın və avadanlığa qoyulan investisiyaların analoqudur. Qiymət tarazlığı modelinə əsasən, fərd o vaxtacan «ixtisas investisiyalar» qoyur ki, bu qoyuluşa gəlir norması azalır. İş qüvvəsinə qiymət bazar tələbatlarına çevik cavab verir, tələb təkliflərdən asılı olaraq azalır və ya artır. Neoklassiklərdən fərqli olaraq keynsianslar və monetaristlər əmək bazarına daimi və fundamental tarazlıq təzahürü kimi baxırlar. Keynsians modelinə əsasən işçi qüvvəsinin qiyməti (əmək haqqı) qəti müəyyən edilir və demək olar ki, dəyişmir (xüsusilə azalmır). Bu konsepsiyaya əsasən qiymət bazarın tənzimçisi deyilsə, belə tənzimçi kənardan daxil edilməlidir. Bu tənzimçi dövlətə aid edilir. Dövlət tələbatların məcmusunu azaldıb artırmaqla verilmiş tarazlığı poza bilər. Beləliklə, bu modelə uyğun olaraq işçi qüvvəsinə tələbat əməyə bazar qiymətlərinin enib qalxması ilə deyil, tələbatların cəmi, yəni istehsalatın həcmindən asılı olaraq tənzimlənir. Keynsians yanaşma tərəfdarları kimi, monetaristlər məktəbinin nümayəndələri də işçi qüvvəsinə qiymətin dəyişməzliyi fikrinə tərəfdar çıxırlar. Monetaristlər işsizliyin «təbii» səviyyəsi anlayışını irəli sürürlər: Əmək bazarının struktur xarakteristikasını əks etdirən; Onda qiymətləri dəyişməz edən; Onun normal fəaliyyətinə mane olan; Onun bərabərsizliyini və deməli işsizliyi artıran. Bazarın tənzimlənməsi üçün monetaristlər pul- bazar siyasəti alətlərindən istifadə etməyi təklif edirlər. Nəzərdən keçirilən konsepsiyaların çoxu işçi qüvvəsi bazarının digər bazar resursları ilə düzgün qarşılaşdırılmaması üzərində qurulmuşdu. Belə hesab edirlər ki, işçilərin ixtisası onların əmək bazarına gəlmələrindən əvvəl əldə edilir, bu isə həmişə belə olmur, çünki əksər hallarda işçi ixtisasa istehsalata gələndən sonra yiyələnir. Bu isə o deməkdir ki, onun bazarda potensialını qiymətləndirmək çox çətindir. Real iqtisadi həyatda əmək bazarının dinamikasına işçi qüvvəsinə və ona olan tələbata təsir göstərən bir sıra amillər təsir göstərir. Burada tənzimləyici yalnız makro və mikroiqtisadi amillər deyil, eyni zamanda sosial və sosial psixoloji amillərdir. Real iqtisadi həyatda əmək bazarının dinamikasına işçi qüvvəsinin ərz və tələbinə təsir edən bir neçə amillər təsir göstərir. Belə ki, işçi qüvvəsinin ərzi birinci növbədə demoqrafik amillərlə doğum sayının səviyyəsi, əmək qabiliyyəti olan əhalinin sayının artım tempi ilə müəyyən edilir. Demoqrafik amillərlə yanaşı bazar dinamikasının ən mühüm amillərindən biri əmək qabiliyyətli əhalinin müxtəlif demoqrafik və etnik qrupların iqtisadi fəallıq

dərəcəsidir Məsələn, qadınların sosial rolunun aktivləşdirilməsi ilə şərtlənən işçi qüvvəsinin tərkibinə daxil edilməsi işçi qüvvəsinin ərzinin artımına gətirib çıxardı. İşçi qüvvəsinin dinamikasına ən ciddi təsir göstərən amillərdən biri də immiqrasiya və emiqrasiya prosesləridir. İşçi qüvvəsinə tələbata ən ciddi təsiri elmi-texniki tərəqqi də göstərir. Bu yaxınlara qədər işçi qüvvəsinə əmtəə kimi baxılmırdı. Şübhəsiz, real həyatda minlərlə adamlar muzdla tutulan işçi kimi işləmiş və işləməkdədirlər. Azərbaycanda əmək bazarı tarazlaşdırılmamışdır. Bir sıra sahələrdə işçilərin və mütəxəssislərin çatışmamazlığı hiss olunur. Lakin ümid etmək olar ki, bu yaxınlarda bazar iqtisadiyyatı tənzimlənəcək. Rəqabət şəraitində müəssisələr işçilərin sayı və tərkibinin optimallaşdırılmasına, işçilər isə daha əlverişli şərtlərlə iş axtarmaq imkanına malik olacaqlar. Lakin bütün bunlar yalnız özəlləşdirmə əsasında yaradılmış tam rəqabət şəraitində işçilərin sərbəst hərəkətinə mane olan qeydiyyatın ləğv edilməsi şəraitində mümkün ola bilər. İnsanların əksəriyyəti öz gəlirlərini əmək bazarında işləməklə əldə edirlər. Qeyd edildiyi kimi yaxşı ödənişli iş yerləri ilə təmin olunma qadın və kişilər üçün eyni deyildir. Əmək bazarlarının bir çoxu iyerarxiya strukturuna malikdir. İlkin sektor iki mərtəbədən ibarətdir: Üst mərətəbə bu iş yerləri peşəkarlar üçündür. Məsələn, vəkil, müəllim, həkim, korporasiyalar müdiri və s. Aşağı mərtəbə - bu iş yerləri «göy yaxalıqlılar» üçündür. Bu mərtəbədə ənənəvi olaraq qadınların məşğul olduğu iş yerləri də vardır («çəhrayı yaxalıqlılar») Bu iş yerləri üçüncü dərəcəli sektordakı iş yerlərinə nisbətən daha böyük statusa malik olsa da, onların qiyməti aşağı salınmışdır, əməyin qiyməti tam ödənilmir. İkinci dərəcəli iş yerləri adətən xüsusi hazırlıq tələb etmir. Bu yerlərdə xidmət sahəsində işləyən, ixtisassız işçilər məşğul olur. Buruda əsasən qadınlar işləyir. Üçüncü dərəcəli sektor bir çox qadınlar üçün, xüsusən köçkün qadınlar üçün ən əsas məşğulluq mənbəyidir. Əmək haqqı çox aşağıdır, əmək şəraiti isə qəbul olunmuş standartlara cavab vermir. Professiolnal inkişafa və xidmət nərdivanında irəliləyişə imkan vermir. Lakin nisbətən inkişaf etmiş ölkələrdə əmək bazarının seqmentasiyasının yeni növünü qeyd etmək olar: Tezböyüyən elmi tutumlu istehsalatları və daha aşağı orta səviyyəli təmərküzləşmə ilə xidmət dairəsi sahələrini əhatə edən bazar. Yaxın keçmişdə mühüm olan iqtisadiyyatın qədim, ənənəvi sektorlarında bazar. 2. Beynəlxalq əmək bölgüsü Müasir iqtisadiyyat bir-biri ilə geniş ticarət şəbəkəsi ilə bağlı olan insan və firmaların ixtisaslaşdırılmasından asılıdır. Qərb ölkələrinin təsərrüfatı sürətli iqtisadi artım keçirdi, belə ki, ixtisaslaşmanın artması işçilərə müəyyən fəaliyyət sahələrində məhsuldarlığın artırılmasına və öz məhsullarını onlara lazım olan məhsullara dəyişdirilməsinə kömək etdi. İqtisadiyyatın qanunauyğunluqlarından bir belədir: Hamını hər işi babat görməyə məcbur etməkdənsə, əmək bölgüsünü təşkil etmək lazımdır. Əmək bölgüsü hündürboy adamlara basketbolçu olmağa, hesabı yaxşı bilənlərə iqtisadiyyat müəllimi və mühasibatçı, inandırmağı bacaran adamlara satıcı işləməyə imkan verir. «Beynəlxalq əmək bölgüsü» termini bir tərəfdən ənənəvi olaraq millətlər arasında istehsalat vəzifələrinin kor təbii bölgüsü, əmtəələrin müəyyən növlərinin müəyyən ölkələrdə ixtisaslaşdırılması deməkdir. Digər tərəfdən istehsalat vəzifələri planlı şəkildə içəridə və firmalar arasında bölüşdürülür. Sahələr daxilində ixtisaslaşma geniş vüsət alır.

Müxtəlif ölkələrin firmaları arasında kooperasiyanın intensiv inkişaf etməsi yaranma təşəbbüsçüsü çox vaxt transmilli korporasiyalar (TMK) olan iri beynəlxalq istehsal-investisiya komplekslərinin meydana çıxmasına səbəb oldu. Bu əsas üzərində milli iqtisadiyyatçıların açıqlıq dərəcəsi artır. Açıq iqtisadiyyat ölkənin dünya təsərrüfat əlaqələrinə daha artıq qoşulması əsasında formalaşır. İnkişaf etmiş ölkələrdə açıq iqtisadiyyatın inkişafının formalaşmasında ölkələrin ixrac istehsalının stimullaşdırıldması, xarici kapitalın, texnologiyaların, ixtisaslı kadrların idxalı üzrə hüquqi bazanın yaradılması sahəsində əcnəbi firmalarla kooperasiyaya yönəlmiş xarici iqtisadi strategiyası mühüm rol oynayır. Beynəlxalq istehsal əməkdaşlığının bir neçə mərhələsini göstərmə olar. Birinci mərhələ, başlıca olaraq, ölkələrin ümumi əməyin beynəlxalq bölgüsü əsasında ixtisaslaşması ilə bağlıdır, yəni bu zaman bir istehsal sahəsinin (tutalım, sənayenin) məhsulunun digər sahənin (məsələn, kənd təsərrüfatının) məhsulu ilə dəyişdirilməsi inkişaf edir. İkinci mərhələ əməyin qismən bölgüsü bazasında sahələrarası ixtisaslaşmanın intensiv inkişafı ilə xarakterizə olunur, bu isə ilk növbədə maddi istehsalın sahə strukturunun mürəkkəbləşdirilməsi, yəni sənaye sahələrinin fərqləndirilməsi ilə bağlıdır. Bu öz təzahürünü «beynəlxalq ixtisaslaşdırılmış sahələrin» və istehsalın yaranmasında, ölkənin bundan aldığı məhsulun beynəlxalq bazara çıxarmasında göstərir. Üçüncü mərhələ onunla xarakterizə olunur ki, burada əməyin ümumi və özəl bölgüsünə əsaslanan beynəlxalq sahə ixtisaslaşmasının inkişafı ilə yanaşı, əməyin özəl və fərdi bölgüsünə əsaslanan beynəlxalq sahələrdaxili ixtisaslaşması prosesinin dərinləşdirilməsi başlayır. İstehsal əməkdaşlığı üçün baza anlayışları olan «beynəlxalq ixtisaslaşma» və «istehsalın kooperasiyası» bir-biri ilə qırılmaz surətdə bağlıdır. Beynəlxalq istehsal kooperasiyası bu müxtəlif ölkələrin eyni və ya müxtəlif sahələrdə hüquqi şəxs olan, lakin bir-biri ilə istehsal prosesləri ilə bağlı olan subyektlərin gündəlik əmək əlaqələrinin bilavasitə birliyidir. Beləliklə, beynəlxalq istehsal kooperasiyası onun üzvlərini konkret istehsal məqsədlərinin vəhdəti ilə bağlayır. Beynəlxalq istehsal əməkdaşlığının aşağıdakı formalarını fərqlənqdirmək olar: ixtisaslaşma və kooperasiya əsasında istehsal və satışın birgə əlaqələndirilməsi; müəssisələrə birgə sahibkarlıq (birgə müəssisə); podrat tikinti; elmi-tkexniki əməkdaşlıq. Beynəlxalq iztisaslaşma əsasında birgə istehsal, bir qayda olaraq, müxtəlif ölkələrin firmaları arasında beynəlxalq inteqrasiya proseslərinin kifayət qədər yüksək inkişaf həddində olduğunu əks etdirir. İstehsal əməkdaşlığının xarakterik əlamətləri bunlardır: - partnyorlar arasında iqtisadi münasibətlərin uzunmüddətliyi, sabitliyi və müntəzəmliyi; - istehsal kooperasiyasının bilavasitə subyektləri qismində müxtəlif ölkələrin sənaye müəssisələrinin (firmalarının) mövcudluğu; - kooperasiyanın baş obyektləri kimi hazır məmulatların, komponentlərin, digər ayrıayrı məhsulların və müvafiq texnologiyaların müqavilə qaydasında təsbit edilməsi; - razılaşdırılmış proqramlar çərçivəsində tapşırıqların bölünməsi, partnyorlar arasında müqavilə məqsədlərindən irəli gələn istehsal ixtisaslaşmasının təsbit edilməsi; - partnyorlar arasında qarşılıqlı və ya birtərəfli məhsul tədarükü və beynəlxalq əməkdaşlıq çərçivəsində istehsal proqramlarını uyğun satışının əlaqələndirilməsi. İstehsal əməkdaşlığının nəticəsi beynəlxalq iqtisadi inteqrasiyadır, bu isə öz növbəsində ölkələrin milli təsərrüfatları arasında dərin sabit əlaqələr və əmək bölgüsü əsasında siyasi-iqtisadi birlik prosesi, müxtəlif səviyyələrdə və formalarda istehsal strukturlarının əməkdaşlığıdır. Mikrosəviyyədə bu proses yaxınlıqda yerləşən ölkələrin ayrı-ayrı təsərrüfat subyektlərinin (müəssisələrinin, firmalarının) öz aralarında iqtisadi

müqavilələr sisteminin formalaşdırılması, xaricdə filiallarının yaradılması yolu ilə kapitallarının əlaqələndirilməsi vasitəsilə həyata keçirilir. Dövlətlərarası səviyyədə isə inteqrasiya dövlətlərin iqtisadi birliklərinin formalaşdırılması və milli siyasətin razılaşdırılması əsasında baş verir. Firmalararası əlaqələrin sürətlə inkişaf etməsi iqtisadi, elmi-texniki, maliyyəvalyuta, sosial, xarici və müdafiə siyasəti çərçivəsində əmtəənin, xidmətlərin, kapital və işçi qüvvəsinin ölkələrarası sərbəst dövriyyəsinin təmin olunmasına yönəlmiş dövlətlərarası tənzimlənmənin vacibliyini irəli çəkir. İqtisadi birliyin ən sadə forması azad ticarət zonasının yaradılmasıdır: onun çərçivəsində iştirakçı dövlətlər arasında ticarət məhdudiyyətləri, ilk növbədə isə gömrük rüsumları, ləğv edilir. Digər birlik forması - gömrük ittifaqıdır. Bu növ ittifaqın yaradılması, azad ticarət zonasının fəaliyyəti ilə yanaşı, vahid xarici ticarət tariflərinin müəyyən edilməsini və üçüncü dövlətlərə münasibətdə vahid xarici siyasətin yeridilməsini nəzərdə tutur. Hər iki halda dövlətlərarası münasibətlər yalnız mübadilə sahəsinə toxunur və qarşılıqlı ticarətin və maliyyə hesablamalarının inkişafında iştirakçı-dövlətlər üçün eyni imkanların təmin olunmasına xidmət edir. İqtisadi birliyin nisbətən mürəkkəb forması ümumi bazardır. Ümumi bazar onun iştirakçılarına azad qarşılıqlı ticarət və vahid xarici tariflər şəraiti yaratmaqla, həm də kapitalın və işçi qüvvəsinin azad hərəkətini və iqtisadi siyasətin razılaşdırılmasını təmin edir. Lakin dövlətlərarası iqtisadi birləşmənin ən mürəkkəb forması iqtisadi (və maliyyə) ittifaqıdır. Bu növ birlik yuxarıda göstərilən bütün formaları özündə birləşdirir və ümumi iqtisadi və valyuta-maliyyə siyasətinin yeridilməsini tələb edir. İqtisadi birlik qarşılıqlı əlaqələri həyata keçirən ölkələrə bir sıra əlavə imkanlar yaradır. Birincisi, birgə əməkdaşlıq təsərrüfat işləri aparan subyektlərə (əmtəə mal istehsaçılarına) müxtəlif növ resurslara, o cümlədən maliyyə, material, əmək, region miqyasında yeni texnologiya resurslarına geniş yol tapmağa, eləcə də bütöv birlik qrupunun yığcam bazarına yönəlmiş məhsul istehsalına imkan yaradır. İkincisi, region çərçivəsində ölkələrin iqtisadi yaxınlaşması iqtisadi birlik iştirakçısı olan ölkələrin firmalarına bir sıra imtiyazlar verir, müəyyən dərəcədə onları üçüncü ölkələrin firmalarının rəqabətindən qoruyur. Üçüncüsü, birgə əməkdaşlıq onun iştirakçılarına geridə qalmış ayrı-ayrı rayonların inkişaf şəraitinin tarazlaşdırılması, əmək bazarında vəziyyətin yumşaldılması, əhalinin aztəminatlı təbəqəsinə sosial zəmanətlərin verilməsi, səhiyyə,əməyin mühafizəsi və sosial təminat sisteminin daha da inkişaf etdirilməsi kimi nisbətən kəskin sosial problemlərin birlikdə həll olunmasına imkan yaradır. İqtisadi birləşmə öz kökündə bir sıra obyektiv faktorlara söykənir ki, onlardan ən vacib yerləri aşağıdakılar tutur: 1. Təsərrüfat həyatının artan beynəlmilləşməsi; 2. Əməyin beynəlxalq bölgüsünün dərinləşməsi; 3. Elmi-texniki inqilabın mahiyyətcə ümumdünya xarakteri daşıması; 4. Milli iqtisadiyyatların açıqlıq \dərəcəsinin artması. Bütün bu amillər bir-birindən asılıdırlar. Beləliklə, əməyin beynəlxalq bölgüsü və sənayenin yenidən təşkili əmək bazarı üçün əhəmiyyətli nəticələr verir. İlkin, ikinci və üçüncü sektorlarda seqmentləşmənin mövcüdluğu eyni səciyyəli xüsusiyyətlərə malikdir və inkişaf edən ölkələrin azad iqtisadi zonalarındakı iş yerlərinə aiddir. Lakin azgəlirlə, kiçik və orta səviyyəli müəssisələrlə bağlı olan Şimalın ikinci və üçüncü sektorlarından fərqli olaraq, cənub ölkələrində işə götürən sahibkarlar qismində

çox vaxt strateji planlarına ucuz qadın əməyinin cəlb olunması daxil olan subkontrakt şəbəkəli multimilli korporasiyalar çıxış edirlər. Məşğulluğun daha bir növü olan və qadınları xüsusilə cəlb edən evdə görülmüş işi ayrıca qeyd etmək gərəkdir. Bu əmək minimum qiymətlərlə ödənilsə də, uşaqlara baxmaq və ev işlərini görmək imkanı verir. Qadınlar tərəfindən müftə icra edilən və qida hazırlığı, paltar yumaq, uşaqlara, xəstə və qoca qohumlara qulluq, evdə işlədilən əşyaların hazırlanması ilə bağlı olan bu ev işləri özlüyündə gizli məşğulluğun bir növüdür. 2. Əməyin təklifi və əməyə tələbat Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən asılıdır, o cümlədən: 1. İqtisadiyyatın strukturundan, firma və ya sənaye sahəsi səviyyəsində əməyin təşkilindəki dəyişikliklərdən; 2. Yeni texnoloji kəşflərdən və işçi qüvvəsinin digər idarə üsullarından; 3. Beynəlxalq rəqabət bacarığından; 4. Firmaların, sənaye sahələrinin strategiyasından, habelə gəlir meyarlarından və bazar qiymətlərindən; 5. Əmək haqqı normasına nisbətdə əməyin səmərəliliyindən; 6. Sosial və əmək hüquqlarının təminat səviyyəsindən; 7. Əmək münasibətlərinin çevikliyindən (məsələn, subkontrakt və ya vaxt əsasında işçiləri nə qədər asan işdən azad etmək və ya işə cəlb etmək mümkündür); 8. Firma istehsalatı üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqdan; 9. Həmkarlar ittifaqlarının aktivliyindən; 10. Hökumətin hərəkətlərindən; 11. Monetar siyasətdən. Son əsrdə əmək və kapital arasında əmək haqqı tarifləri, əmək şəraiti və ittifaqlar yaratmaq uğrunda həlledici döyüşlər nəzərə çarpırdı; bugün bir çox ölkələrdə qadınlar özlərinin yaxşı işi və əməyin kişilərə bərabər ödənilməsi hüquqları uğrunda mübarizə aparırlar. Tələbat qanununa uyğun olaraq, əgər əmək resurslarının təklifi azalarsa yaxud əməyə tələbat artarsa, hər hansı bir qiymət kimi, əmək haqqı da artacaqdır. İstehsal faktoruna tələbat bu faktorun məhsuldarlığının son həddini əks etdirir və bu faktorun əlavə vahidinin istifadəsindən alınan əlavə gəlir kimi müəyyən edildir. Azalan koefisiyenit qanununa əsasən, əməyin hər bir əlavə vahidi məhsulun ən az hissəsini artırır. Məhsuldarlığın son həddinin, eləcə də işçilərin əmək haqqlarının artırılmasının iki əsas yolu mövcuddur. Birincisi, işçilər keyfiyyətcə və kəmiyyətcə partan rifahla təmin olunarlarsa, son məhsul həddi də artar. İkincisi, işçilər daha savadlı və ya təcrübəlidirlərsə, onların istehsal etdikləri son məhsul da artmış olar. İnkişaf etmiş ölkələrdə əmək haqqı ona görə yüksəkdir ki, bu ölkələr uzun illər boyu kifayət qədər kapital ehtiyatı toplaya, geniş şəbəkəli avtomobil və dəmir yolları, telekommunikasiyalar, hər bir fəhlə üçün əhəmiyyətli sayda zavodlar və avadanlıqlar, əlavə hissələrin müvafiq inventarını yarada biliblər. İkinci dünya müharibəsindən sonra əhalinin hər adambaşına düşən orta kapital həddi iki dəfədən də çox artmışdır. Bundan əlavə, texniki irəliləyiş, radio, televizor, kompüterlər və s. kapital ehtiyatlarını daha səmərəli ediblər. Eyni zamanda əmək resurslarının ixtisaslaşması da yaxşılaşmışdır.

Əmək haqqının ödənilməsində ölkələr arasında fərqlər böyükdür. Məsələn, inkişaf etmiş ABŞ, Yaponiya, İngiltərə kimi ölkələrdə inkişafda olan Meksika, Hindistan və bu kimi ölkələrə nisbətən əmək haqqı əhəmiyyətli dərəcədə artıqdır. Bu fərq əməyə olan təlabat və təklifdən irəli gəlir və iqtisadiyyat sahələrindən asılıdır. Məsələn, kənd təsərrüfatında və ticarətdə əmək haqqı tarifi emal sənayesində və kommunikasiya sahəsində olduğundan xeyli aşağıdır. Təcrübəli işçi-qadın təcrübəsiz işçi-kişidən az əmək haqqı ala bilər. Əmək haqqı həddindəki bu fərqləri izah etmək üçün çoxlu fəhləsi və işəgötürəni olan və onlardan heç birisinin əmək haqqı tarifinə təsir göstərə bilməyən mükəmməl rəqabətə malik bir əmək bazarını nəzərdən keçirək. Əgər mükəmməl rəqabətli əmək bazarında bütün iş yerləri və bütün adamlar tamamilə eynidirlərsə, onda rəqabət də hamı üçün eyni olan saathesabı əmək haqqı tarifinə gətirib çıxaracaqdır. Heç bir işəgötürən adama əməyinə görə onun oxşarına və ya eyni ixtisasa malik olan digər şəxsə nisbətən artıq əmək haqqı ödəməz. Əmək haqqında yaranan bir çox gözə görünən fərqlər çox zaman iş yerinin qeyri-bərabər keyfiyyətindən asılı olur. Müxtəlif vəzifələr bir-birindən cəlbetmə dərəcəsi ilə fərqlənir, buna görə də əmək haqqı ona görə artırıla bilər ki, işçini daha az cəlbedici sahəyə çəkmək mümkün olsun (məsələn, zibil yığanın işi ofis klerkinin işindən daha artıq ödənir). Əməyin qeyri-bərabər ödənilməsinin səbəblərini eyni zamanda insanlar arasındakı keyfiyyət fərqlərində və o fərqlərdə axtarmaq lazımdır ki, onlara anadangəlmə əqli və fiziki qabiliyyət, tərbiyə, təhsil, şəxsi təcrübə və s. səbəb olur. Baxmayaraq ki, əməyin bir çox ixtisas fərqləri qeyri-iqtisadi faktorlarla müəyyən edilir, insani kapitalın toplanması haqqında qərar iqtisadi nəzər-nöqtəsindən qiymətləndirilməlidir. «İnsani kapital» termininin özü təhsil prosesində əldə olunmuş faydalı və qiymətli biliklər ehtiyatına aiddir. Həkimlər, hüquqşünaslar, mühəndislər təhsilə və praktiki təlimə uzun illər sərf edirlər. Buna və gələcək əmək haqqına görə onlar böyük məbləğlər sərf edirlər. Bu peşəkarların yüksək məvacibinin bir hissəsini onların öz insani kapitallarına qoyduqları investisiyralar kimi qiymətləndirmək olar, belə ki, təhsilin gəlirliyi onları yüksək ixtisaslı mütəxəssis etmişdir. Gəlirlərin və təhsilin iqtisadi tədqiqi göstərir ki, insani kapital orta hesabla çox gözəl kapital qoyuluşudur. Müasir rəqabət şəraitində əmək haqqındakı fərqlər ona görə lazımdır ki, bununla təhsil fərqlərini və ya müəyyən növ əmək məşğulluğunun qeyri-cəlbedici olduğunu əks etdirmək, yaxud nadir istedadı mükafatlandırmaq mümkün olsun. Hətta bu səbəbləri bütövlükdə nəzərə alsaq belə, əmək haqqı tariflərində hələ də nəhəng bərabərsizliklər qalmaqdadır. Bu uyğunsuzluqların başlıca səbəbi ondadır ki, əmək bazarları rəqabət aparmayan qruplara bölünmüşdür. Məsələn, həkimlər və riyaziyyatçılar bir-biri ilə rəqabət aparmayan qruplardırlar, çünki bu peşələrin hər hansı bir nümayəndəsi üçün digər peşəyə keçmək həm çətindir, həm də baha başa gələr. Bunun əsas səbəbi vaxtın və pulun çoxluğudur ki, onların vasitəsilə yüksək ixtisaslı mütəxəssis olmaq olar. Çətin ki, bir gecəyə iqtisadçı kordiocərraha çevrilə bilsin. Bir dəfə özlərinə müəyyən məşğuliyyət seçmiş insanlar «subbazar» əməyin konkret parçasına çevrilirlər. Beləliklə də, onlar məhz bu ixtisasa olan tələbat və təklifin təsirinə məruz qalır və həmin sahədə baş verən bu və ya digər hadisələrdən asılı olaraq öz üzərlərində maaşlarının dəyişkənliyini hiss edirlər. Bu cür seqmentləşmədə bir fəaliyyət sahəsindəki əmək haqqı digərlərində olduğundan xeyli fərqli ola bilər. Rəqabət aparmayan qruplar nəzəriyyəsi əmək bazarındakı ayrı-seçkiliyin səbəblərini başa düşməyə kömək edir. Ayrı-seçkilik- ənənələrin, qanunların, yanlış fikirlərin nəticəsi kimi meydana çıxır və o zaman özünü göstərir ki, işçilər cinsi, irqi yaxud etnik mənsubiyyətlərinə görə rəqabətsiz qruplara bölünürlər.

Əmək haqqındakı fərqlər bazar iqtisadiyyatının universal xüsusiyyətidir. Ötən əsrdə ayrı-seçkilik rəngli əhalinin və qadınların yüksək ödənişli işlərdən kənarlaşdırılması ilə səciyyələnirdi. Nəticədə onlar ixtisa tələb etməyən kobud işlərdə çalışmaq məcburiyyətində qalır, rəqabətsiz qrupların nümayəndələrinə çevrilirdilər. İqtisadi ayrı-seçkilikdən əziyyət çəkən ən böyük qrupu qadınlar təşkil edir. Bütün il boyu tam iş gücündə çalışan qadın eyni vaxta, təhsilə və sosial statusa malik olan kişinin orta əmək haqqının yalnız 80%-ni ala bilir. Kişilərin və qadınların gəlirlərinin fərqli olmasının kökündə nə durur? Səbəblər çoxdur və onların kökləri ictimai ənənə və gözləmələrdə, eləcə dəsosial-iqtisadi faktorlarda, məsələn, təhsildə, peşə təlimində və iş təcrübəsində gizlənir. Ümumiyyətlə götürsək, eyni iş üçün qadınlar kişilərdən az məvacib almırlar. Sadəcə olaraq qadın əməyinin az ödənişi ondan irəli gəlir ki, onlar bir vaxt yüksək ödənişli peşələrdən, məsələn, tikinti ya şaxta işindən kənarlaşdırılmışdılar. Bundan başqa qadınlara öz karyeralarını yarımçıq qoyub özlərini uşaqlara qulluğa və ev işlərinə həsr etmək xasdır: beləliklə də, belə çıxır ki, qadınlar azödənişli iş yerləri çərçivəsində məhdudladırılıblar, çünki təhsil və uzunmüddətli iş təcrübəsi yüksək məvacib lə bağlı olduğundan, əmək ödənişindəki fərqlər heç də təəccüb doğurmur. 1980-ci illərin sonunda kişi və qadın əmək haqqları arasındakı fərqləri azaltmağa yönəlmiş yeni yanaşma müqayisəli dəyər təklif olundu. Bu ideya «eyni iş üçün bərabər əmək haqqı» ideyasını əvəz etdi. Bu yeniliyi başa düşmək üçün əmək haqqının strukturunu təhlil etmək və baxmaq lazımdır ki, müqayisəli dəyər əməyin ayrıayrı növlərində əmək ödənişinin bərabərləşdirilməsinə necə təsir göstərir. Müqayisə edilən dəyərlər təliminqə görə, əmək haqqı tarifi həmin əməyin dəyərinə əsaslanmalıdır. Müqayisəli dəyərlərlə ölçülən əmək sahələrində çalışan adamların əməyi eyni cür ödənməlidir və əgər işəgötürən bu prinsipə əməl etmirsə, bunu mənəviyyatsızlıq və qanunsuz ayrı-seçkilik kimi başa düşmək lazımdır. Bu yanaşmaya uyğun olaraq, cəmiyyət eyni işlər üçün kişi və qadınlara bərabərləşdirilmiş eyni əmək haqqı ödənməsinə nail olar, haqsız fərqləri və ayrı-seçkiliyi ləğv edə bilər. Bu sistemin bir sıra çatışmayan cəhətləri vardır: məsələn, qiymətləndirmədə istifadə olunan faktlar heç də tam əhatəli deyildirlər və bazar şəraitində onlara istinad kifayət deyil; xarakterizə edilən işlərin dəyəri işəgötürəndən asılı olaraq dəyişir; hərhansı işin ağırlığı (deməli, tələb olunan kompensasiya) bir adamdan başqasına keçiddə xeyli dəyişə bilər. Müqayisəli dəyərlər prinsipi həmkarlar təşkilatları tərəfindən istifadə olunur, ələlxüsus qadınların çoxluq təşkil etdiyi təşkilatlar ki, onlar bu prinsipi danışıqlar aparmaq üçün bir alətə çevirirlər. Bəzən məhkəmələr qərar çıxarırdılar ki, müqayisəli dəyərlər kişilərin və qadınların maaşları arasındakı davamlı fərqləri aradan götürmək üçün ən münasib çıxış yoludur. Yəqin ki, müqayisəli dəyər təlimi hələ uzun illər əmək bazarında dövlət siyasətinin baş problemi kimi qalacaqdır. Təklif. Ölkənin daxili iş qüvvəsini adətən yaşı 16-dan yuxarı, əmək haqqı qazanmaq üçün işləyən və yaxud aktiv olaraq iş axtaran adamlar təşkil edir. İş təklifi, yaxud işçi qüvvəsinin miqdarı, faktorlar müxtəlifliyi ilə müəyyən edilir, o cümlədən: 1. Qender tutumlu: bu sıradan olan faktorlar ev işlərindən, evdarlıqdakı əmək bölgüsündən, uşaq bəsləmək və ona qulluqdan, qadınların evdən kənar işləmələrinə məhdudiyyətdən irəli gəlir. 2. Həyat tərzi iş yeri seçimi kriterisi: işləmək həvəsi yaxud işləmək vacibliyi? 3. Yaş həddi: evdə iş götürməyə qanunvericilikdə qoyulan qadağala;

onlara riayətin ciddiliyi. Pensiya yaşı. Yaş ayrı-seçkiliyim mövcuddurmu? 4. Əmək bazarında iştirakın şərtlərində dəyişikliklər. 5. İmmiqrasiya. Əməyin təklifi bu gəlir əldə etmək məqsədlə əhalinin zavodlarda, fermalarda, kommersiya, dövlət və gəlirsiz təşkilatlarda işləmək istəyinə ayırdığı saatların miqdarıdır. Əmək təklifinin analizində üç element əsas götürülür: iş saatı, iştirak norması (və yaxud əhalinin ümumi sayında işçi qüvvəsinin payı) və immiqrasiya. İşçi qüvvəsinə inkişaf etmiş ölkələrdə statistika adətən bütün məşğul olanları (o cümlədən hərbi qulluqçuları) və işsizləri aiddir. Bu anlayışın sinonimi «iqtisadi cəhətdən aktiv əhali» kateqoriyasıdır. Statistikada, hərbi qulluqçuları çıxmaqla, həm də mülki işçi qüvvəsi anlayışı mövcuddur. Kimlər məşğul sayılırlar: A) statitstik sorğu keçirilən zamanı ödənişli işdə yaxud öz müəssisələrində bir həftə müddətində işləyən şəxslər; B) öz ailə üzvlərinə məxsus olan müəssisələrdə həftədə 15 saat ödənişsiz işləmiş şəxslər; C) əmək qabiliyyətini müvəqqəti itirmiş və məzuniyyətdə olan şəxslər. Bazar iqtisadiyyatlı nisbətən inkişaf etmiş ölkələrdə muzdla tutulan işçilər bütün işçi qüvvəsinin orta hesabla 90% təşkil edir. İşçi qüvvəsinin müəyyən hissəsini «müstəqil işçiləri» sayılan işçilər təşkil edir ki, onlar bütövlükdə, bir qayda olaraq, muzdlu əməkdən imtina edən kiçik sahibkarlardan və müstəqil peşə sahiblərindən (vəkillər, jurnalistlər, yazıçılar və s.) ibarət kütləni təmsil edirlər. Son illərdə davamlı olaraq qadınların məşğulluq səviyyəsinin artım prosesi nəzərə çarpır. 1980-cı illərin ikinci yarısında əmək fəaliyyəti ilə məşğul olan əhali arasında qadınların payı artmışdır. Bu artımın əsas gücü «qeyri-istehsal» sektoru deyilən sahəyə düşmüşdü ki, burada qadınların payı 86% təşkil edirdi. Öz əsas işlərindən və ev işlərindən kənar əlavə olaraq əmək fəaliyyəti ilə məşğul olan qadınların sayı artır, 1990-cı illərin sonunda qadınların təqribən 40% əlavə qazanc üçün çalışırdı.ö iş yerində bir stavkadan artıq işləməyə məcbur olan qadınlar məşğul olan qadınların 20%-ni təşkil edir. Bugün özəl sektorda çalışan əksər qadınların bir iş gününün davamlılığı 10 saatı ötür. Hazırda qadınların çoxu praktiki olaraq bütün vaxtlarını ailə üçün vacib olan gəlirin müəyyən və ya tam hissəsini əldə etmək üçün sərf edirlər, özü də bu zaman onların və ailələrinin həyat keyfiyyəti aşağı enir. İştirak norması (əhalinin ümumi sayında işçi qüvvəsinin payı). Son illərin ən təsir bağışlayıcı nailiyyətlərindən biri qadınların ən təsir bağışlayıcı nailiyyətlərindən biri qadınların əmək bazarına kəskin axınıdır. Əməklə məşğul olan və ya iş axtaran 15 yaşdan yuxarı qadınların payı hazırda 1960-cı illərin ortalarına nisbətən 40 faizdən 60 faizədək artmışdır. Qismən də olsa, buna səbəb real əmək haqqının xeyli artması, əməyin qadın üçün daha cəlbedici olmasıdır. Lakin bu göstəricilərin dəyişməsi yalnız iqtisadi səbəblərlə izah etmək mümkün deyil. Əməyin strukturunda baş vermiş bu gözəçarpan dəyişikliyi anlamaq üçün cəmiyyətin qadına bir ana kimi, evdar qadın və işçi kimi olan dəyişmiş münasibətinə kənardan nəzər salınsınması gərəkdir. Bir məsələyə də diqqət yetirmək lazımdır ki, əmək bazarında qadınların iştirakı artdıqca, bu bazarda ahıl kişilərin, ələlxüsus da yaşı 65-i ötmüş kişilərin aktivliyi kəskin surətdə aşağı düşüb. Ola bilsin, bu halın səbəbi sosial təminat proqramları üzrə verilən ödənişlərin daha səxavətli olmasıdır ki, bu da çox adamlara işləməkdənsə pensiyaya çıxmaq imkanı verir. İmmiqrasiya. İşçi qüvvəsi kimi, immiqrantlar əhəmiyyətli rol oynayırlar. Məsələn, ABŞ-a hər il 1 milyondan çox immiqrant köçür, bunlardan 200 mini ölkəyə qanusuz daxil

olur. İmmiqrantlar əhalinin 39% artımını «yaratmaqla» işçi qüvvəsinin artan hissəsini təşkil edirlər. İmmiqrant üçün iş seçimi rəqabətsiz qrupların klassik nümunəsidir. Açıq vəzifə bazarına çıxmazdan əvvəl müxtəlif ölkələrən olan yeni immiqrantlar dar çərçivəli fəaliyyət növlərində çalışmağa meyl göstərirlər. İmmiqratlar böyük əmək stajı əldə etdikcə və təhsilə yiyələndikcə, habelə dil sərbəstliyi qazandıqca, onların iş yeri seçmək imkanı da genişlənir və onlar ümumi əmək təklifinin bir hissəsinə çevrilirlər. Qadın-miqrantlar iş tapmaq və gəlir əldə etmək baxımından daha zəif qrupa aiddirlər. Onların çoxu hər-hansı bir gəlir mənbəyinə yol tapmaq imkanından məhrumdurlar və məcburdurlar ki, dolanmaq üçün primitiv kənd təsərrüfatı istehsalında yaxud da iqtisadiyyatın qeyri-formal sektorunda çalışsınlar. Qeyri-leqal qadın immiqrantın işi həyat minimumu ilə ödənilir, buna görə də onun iqtisadi təhlükəsizliyi olduqca əhəmiyyətlidir. 4. İşsizlik, işsizlik dərəcəsi İşsizlik sosial-iqtisadi haldır, o deməkdir ki, işçi qüvvəsinin bir hissəsi əmtəə mal və xidmətlər istehsalı ilə məşğul olmur. İşsizlər məşğul olanlarla birlikdə ölkənin işçi qüvvəsini təşkil edirlər. Real iqtisadi həyatda işsizlik işçi qüvvəsinə olan tələbatdan artıq olan əmək təklifi kimi çıxış edir. İşsizliyin strukturu onun səbəblərinə görə dörd əsas işçi qüvvəsi kateqoriyasına bölünür: işdən azad olunma nəticəsində işini itirənlər; könüllü olaraq işi tərk edənlər; fasilədən sonra əmək bazarına gələnlər; əmək bazarına ilk dəfə gələnlər. Bu kateqoriyaların nisbəti ilk növbədə iqtisadi dövrün mərhələsindən asılıdır. İşsizliyin cari il üçün orta aylıq həddi aşağıdakı formula ilə hesablanır: Lue = UE / LFc 100%, buradan LUE - işsizliyin %-lə dərəcəsini (normasını), UE işsizliyin orta aylıq sayını, Lec mülki işçi qüvvəsinin sayını göstərir. Qərb iqtisadi elmində belə bir nəzər-nöqtə hökm sürür ki, işsizlik mahiyyətcə resurslardan istifadə olunmasının iqtisadi məqsədəuyğunluğunu əks etdirir, necə ki, tutalım, əsas kapitalın məqsədyönlü və səmərəli istifadəsi istehsal obyektlərinin tam yiyələnməsini tələb edir. Bunu işsiliyin təbii həddi deyilən və əmək bazarındakı struktur nisbətsizliyini (ixtisasa, demoqrafik, coğrafi və qeyri kriterilərə görə fərlə qüvvəsinə olan struktur tələbat və təklif arasında) əks etdirən hal göstərir. İqtisadi işsizlik dərəcəsi iqtisadi və sosial problemdir. Ona görə iqtisadi problemdir ki, o, çoxlu resursların məsrəfinə səbəb olur. Sosialdır ona görə ki, gücbəla ilə özünü dolandırmağa çalışan işsizlərə saysız-hesabsız əzablar gətirir. İşsizliyin yüksək olduğu dövrlərdə iqtisadi uğursuzluqlar adamların emosional sferasına, onların ailə həyatına güclü təsir göstərir. İqtisadi tənəzzül şəraitində əvvəllər dövlət tərəfindən təmin olunan tam məşğulluq yoxa çıxdı; tənəzzül ən ciddi şəkildə bilavasitə qadınların məşğulluğunda özünü göstərdi. İşsizlik ən aktual problemlərdən biridir, işsizlərin təqribən 55% qadınlardır. İşsizlik xüsusilə də nisbətən yyüksək təhsilin və elmi dərəcələri olan gəncləri və qadınları əhatə edir.